Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-50/2020 01.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və X4 Novruzovdan ibarət tərkibdə, katib İsa-zadə Elnur Nizami oğlu Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru 1-ci dərəcəli hüquqşünas X5, müdafiəçi-vəkil Müdafiəçi iştirakları ilə, Bakı Hərbi Məhkəməsinin xx xxx 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respubli kası CM-nin 178.2.3, 178.2.4 və 32.4,312.2-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş X1 barəsində Bakı Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasının xx xxxx 2019-cu il tarixli qərarından məhkumun müdafiəçisi-vəkil Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Hərbi Məhkəməsinin xx xxx 2019-cu il tarixli hökmü ilə (hakimlər: R.Q.Abbasov (sədrlik edən və məruzəçi), C.C.Ramazanov və E.H.Allahverdiyev) x1 – xx xxxxx 1994-cü il tarixdə Bakı şəhərində anadan olmuş, orta təhsilli, subay, əvvəllər məhkumluğu olmamış, Azərbaycan Respublikasının vətəndaşı, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzinin hərbi qulluqçusu, gizir, Ü1 ünvanında qeydiyyatda olmaqla yaşamış, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 1 78.2.3, 178.2.4 və 32.4,312.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinərək CM-nin 178.2.3 və 178.2.4-cü maddələri ilə 2 (iki) müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 32.4, 312.2 -ci maddəsi ilə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-ci maddəsinin tələblərinə əsasən təyin olunmuş cəzalar qismən toplanılmaqla X1 qəti olaraq 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cəzasını ümümi rejimli cəzacəkmə müəssəsində cəkməklə, cəzasının başlanğıcı xx xxxxxx 2019-ci il tarixdən hesablanmışdır. İşin halları: Məhkəmənin hökmünə əsasən X1 təkrarən xidməti vəzifəsinin icrası ilə əlaqədar hər hansı hərəkətin edilməsi müqabilində vəzifəli şəxsə onun öz ü üçün, birbaşa, vasitəçidən istifadə etməklə maddi nemət, yəni rüşvət verməyə təhrik etmiş, habelə təkrarən xeyli miqdarda ziyan vurmaqla özgənin əmlakını aldatma yolu ilə ələ keçirərək dələduzluq etmişdir. X1 Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təlim və X3 təlim mərkəzinin tədris prosesinin təminatı taborunun təlim maşınları və silahları bölüyünün 3-cü təlimdöyüş maşını tağımının 4-cü döyüş maşını manqasının komandiri vəzifəsində, gizir hərbi rütbəsində xidmətdə olarkən, 2017-ci ilin oktyabr ayının sonlarında tanışı, N nömrəli hərbi hissənin giziri X3 ona zəng edib xidmət yoldaşı, həmin hərbi hissənin müddətdən artıq hərbi xidmət edən hərbi qulluqçusu, əsgər X2 xəstəliklə əlaqədar ordu sıralarından tərxis olunmasına köməklik edə bilib-bilməyəcəyini soruşduqda, qanunsuz olaraq öz gənin əmlakını ələ keçirmək qərarına gələrək, X3 məsələnin ətraflı müzakirəsi üçün X2 onunla əlaqə saxlamasını demişdir. 2017-ci ilin oktyabr ayının sonlarında X2 X1 zəng etmiş və onlar göstərilən məsələni müzakirə edərkən o, xəstəliklə əlaqədar ordu sıralarından tərxis etdirmək üçün real imkanlara və səlahiyyətlərə malik olmadığı, həmçinin X2 tərxis olunması üçün hər hansı köməklik göstərmək niyyətində olmadığı halda ona geniş əlaqələrə malik olduğunu bildirərək 7000 (yeddi min) manat məbləğində pul müqabilində adını və vəzifəsini demədiyi yüksək vəzifəli şəxsin vasitəsilə onu xəstəliklə əlaqədar ordu sıralarından tərxis etdirəcəyi barədə yalan vəd verib inandıraraq X2 rüşvət verməyə təhrik etmişdir. X2 X1 inanaraq onun təklifini atası X4 bildirdikdə o, bununla razılaşmış və aralarında əl də olunmuş razılığa əsasən X1 2017-ci ilin noyabr ayının ortalarında X2 və onun atası X4 Silahlı Qüvvələrin Baş Klinik Hospitalının yaxınlığında görüşərək x4 7000 (yeddi min) manat məbləğində pul almış, lakin verdiyi vəd üzrə heç bir hərəkət etməyərək xeyli miqdarda ziyan vurmaqla özgənin əmlakını aldatma yolu ilə ələ keçirərək dələduzluq etmişdir. O, həmin vəzifədə və rütbədə xidmətdə olarkən 2018-ci ilin may ayının ortalarında qohumu X5 ona zəng edib dostu X6 hər hansı bir işə qəbul olunmasına köməklik göstərə bilib-bilməyəcəyini soruşduqda, X1 qanunsuz olaraq özgənin əmlakını ələ keçirmək qərarına gələrək, X5 məsələnin ətraflı müzakirə edilməsi üçün görüşmək istədiyini demişdir. Bir neçə gün sonra X1 Suraxanı rayon prokurorluğunun yaxınlığındakı poliklinikanın qarşısına X6 görüşərək işə qəbul etdirmək üçün real imkanlara və səlahiyyətlərə malik olmadığı, X6 işə qəbul olunması üçün hər hansı köməklik göstərmək niyyətində olmadığı halda ona geniş əlaqələrə malik olduğunu bildirərək 12000 (on iki min) manat məbləğində pul müqabilində adını və vəzifəsini demədiyi yüksək vəzifəli şəxsin vasitəsi ilə onu Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə İdarəsinə zabit kimi xidmətə qəbul edilməsini təşkil edə biləcəyi barədə yalan vəd vermişdir. XXX X1yə 5500 (beş min beş yüz) manat pulunun olduğunu bildirdikdə X1 6500 (altı min beş yüz) manat məbləğində pulu öz cibindən verəcəyini və həmin məbləği X6 işə qəbul edilməsindən sonra sonuncudan alacağını deyib razılığa gələrək XXX təkrarən rüşvət verməyə təhrik etmişdir. XXX X1nin təklifi ilə razılaşdıqdan sonra xx xxx 2018- ci il tarixdə saat 21 radələrində onlar Bakı şəhəri, Əmircan qəsəbəsində yerləşən “Bizim Market” adlanan mağazanın avtomobil dayanacağında görüşərək Xx xxx 5000(beş min) manat, ertəsi gün, xx xxx 2018-ci il tarixdə isə Ü1 nömrəli binanın yaxınlığında daha 500 (beş yüz) manat, ümumilikdə 5500 (beş min beş yüz) manat məbləğində pul almışdır. X1 X6 pulunu qanunsuz ələ keçirmək üçün cinayət əməllərini davam etdirərək 2018-ci ilin avqust ayının sonlarında sonuncu ilə Ü2 yaxınlığında görüşüb 1000 (bir min) manat məbləğində pul verəcəyi təqdirdə adını çəkmədiyi vəzifəli şəxsin vasitəsi ilə onun Daxili İşlər Nazirliyinin İnsan Alverina qarşı Mübarizə İdarəsinə işə qəbul olunmasının təzləşdiriləcəyi, həmin işlə əlaqədar toplanmış sənədlərin qısa müddət ərzində imzalanılacağı barədə yalan vəd vermək lə onu inandırmışdır. Gəldikləri razılığa əsasən 2018-ci ilin avqust ayının sonlarında X1 qohumu X5 ilə Ü1 yaxınlığında görüşərək sonuncudan X6 ona çatdırılması üçün verdiyi 700 (yeddi yüz) manat, iki gün sonra isə onunla həmin yerdə görüşərək X6 göndərdiyi 300 (üc yüz) manat pulu alaraq ümumi niyyətlə X6 məxsus 6500 (altı min beş yüz) manat məbləğində pulu ələ keçirmiş, lakin verdiyi vəd üzrə heç bir hərəkət etməyərək təkrarən xeyli miqdarda ziyan vurmaqla özgənin əmlakını aldatma yolu ilə ələ keçirərək dələduzluq etmişdir. O, 2018-ci ilin avqust ayının ortalarında tanışı X7 iş axtardığını bildikdə onun ilə Bakı şəhəri, Ü2 prospektində yerləşən «Ü3» hərbi yataqxanasının qarşısında görüşərək söhbət etmiş, X7 N nömrəli hərbi hissənin mülki yeməkxanasını işlətmək istədiyini bildirdikdən so nra özgənin əmlakını qanunsuz ələ keçirmək qərarına gələrək, hərbi hissə daxilində mülki yeməkxana işlətməyə icazə almaqdan ötrü real imkanlara və səlahiyyətlərə malik olmadığı, X7 hər hansı köməklik göstərmək niyyətində olmadığı halda sonuncuya geniş əlaqələrə malik olduğunu bildirərək Müdafiə Nazirliyində işləyən adını və vəzifəsini demədiyi yüksək vəzifəli tanışına 15000 (on beş min) manat məbləğində pul verilməsi müqabilində N nömrəli hərbi hissədə mülki yeməkxana işlətməsi üçün icazə ala biləcəyi barədə yalan vəd vermişdir. X7 X1 5000 (beş min) manat məbləğində pulunun olduğunu, yalnız həmin məbləği verə biləcəyini dedikdə sonuncu adını və vəzifəsini bildirmədiyi vəzifəli şəxslə danışıb məlumat verəcəyini bildirmiş, həmin gün saat 22 radələrində X7 zəng edərək göstərdiyi vəzifəli şəxs lə məsələni razılaşdırdığını bildirərək X7 təkrarən rüşvət verməyə təhrik etmişdir. X7 X1 təklifi ilə razılaşdıqdan sonra gəldikləri razılaşmaya əsasən onlar xx xxxxxx 2018-ci il tarixdə Ü4 yaxınlığında görüşərək X1 X7 2500 (iki min beş yuz) manat, iki-üç gün sonra Bakı şəhəri, Ü2 prospektində yerləşən «Ü3» hərbi yataqxanasının qarşısında görüşərək 1500 (bir min beş yuz) manat və ertəsi gün X7 xahişi ilə sonuncunun əmisi oğlu X8 ilə Ü5 ərazisində yerləşən Ü6 yaxınlığında görüşərək 1000 (bir min) manat, ümumilikdə isə 5000 (beş min) manat məbləğində pul almış, lakin verdiyi vəd üzrə heç bir hərəkət etməyərək təkrarən özgənin əmlakını aldatma yolu ilə ələ keçirərək dələduzluq etmişdir. Hökmdən məhkumun müdafiəçisi-vəkil Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Ba kı Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyası (hakimlər: M.Ə.Abbasov (sədrlik edən və məruzəçi), E.E.Rəhimov və V.Ə.Mursaqulovdan ibarət tərkibdə) xx xxxx 2019-cu il tarixli qərarı ilə apellyasiya şikayətini təmin etmədən, hökmü isə dəyişdirilmədən saxlamışdır. Bakı Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasının xx xxxx 2019-cu il tarixli qərarından x1 müdafiəçisi-vəkil Müdafiəçi kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri: x1 müdafiəçisi-vəkil Müdafiəçi kassasiya şikayəti verərək bildirmişdir ki, birinci instansiya məhkəməsi məhkəmə baxışına təqdim edilmiş bütün sübutları məhkəmə iclasında tədqiq etmədən məhkəmə istintaqını yekunlaşdırmış, müdafiə tərəfin sübutlarını tədqiq etməkdən qərəzli olaraq imtina etmiş, məhkəmə istintaqı zamanı sübutları CPM-nin 144-145-ci maddələ rində nəzərdə tutulmuş qaydada yoxlayıb, qiymətləndirməmiş, ittiham hökmündə və qərarda ziddiyyətli və bir-birini inkar edən işin nəticəsi ilə maraqlı olan qərəzli şahidlərin ifadələrindəki yolverilməz məlumatlara və ekspert rəylərinə istinad etmiş, sübutları qiymətləndirərkən mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları cinayət prosessual məcəlləsində nəzərdə tutulmuş qaydada araşdırmamış, gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmamış, cinayət qanunu normasını düzgün tətbiq etməmiş, təqsirsizlik məsələsini həll edərək məhkəmə baxışının nəticələrinə dair bəraət hökmü çıxarmalı olduğu halda bunu etməmiş, cinayət prosesində müdafiə tərəfə cinayət təqibi ilə əlaqədar bütün halların tam, hərtərəfli və obyektiv araşdırdması üçün zəruri şəraiti təmin etməmiş, təqsirləndirilən şəxsin pozulmuş hüquqlarının və qanunu mənafelərinin bərpa edilməsinə yönəldilmiş vəsatətlərimizi əsassız və qanunsuz olaraq təmin etməməklə CPMnin 121.2-ci maddəsinin tələblərini pozmuş, hökmünün əsasını CPM-nin 351.3.3.-cü maddəsinin tələblərinə uyğun olaraq məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlar deyil, ibtidai istintaqda toplanmış və məhkəmə istintaqında tədqiq olunmamış şübhəli sübutlar təşkil etmiş, nəticədə cinayət törətməmiş şəxsi əsassız və qanunsuz olaraq təqsirli bilib ittiham Aktının mətnini hökmünə köçürtməklə və şahidlərin ifadələrini təhrif etməklə həddən ağır ədalətsiz cəzaya məhkum etmişdir. Qeyd edilənləri nəzərə alaraq Bakı Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasının xx xxxx 2019-cu il tarixli qərarını ləğv edərək, cinayət işinin yeni apelyasiya baxış ına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə müdafiəçinin, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib aşağıdakı hüquqi nəticələrə gəlmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kass asiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, aşağıdakı əsaslarla yekun nəticəyə gəlmişdir. Müdafiəçi kassasiya şikayətində məhkum x1 əməllərində cinayət tərkibinin olmaması, məhkəmə məhkəmə iclasında t ədqiq olunmuş sübutlar əsasında ona bəraət verməli olduğu halda, ibtidai istintaq zamanı toplanmış əsassız sübutlara istinad edərək barəsində ittiham hökmü çıxardığını, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilərək cinayət işinin həmin məhkəmədə yeni apellyasiya baxışına təyin edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclas protokolundan və hökmündən müəyyən edilir ki, məhkum X1 ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilmiş, özünü Azərbaycan Respublikası CM-nin 178.2.3-cü və 178.2.4 maddələri ilə təqsirli bilsə də 32.4,312.2-ci maddəsi ilə təqsirli bilmədiyini göstərmiş, lakin, ittihamın məzmununa tam uyğun ifadə vermiş, onun ifadəsində göstərdiyi hallar həm də zərərçəkmiş şəxslərin şahidlərin ifadələri ilə də uyğunluq təkil edərək bir- birini tamamlamışdır. Məhkum Azərbaycan Respublikası CM-nin 32.4,312.2-ci maddəsi ilə özünü təqsirli bilməməsini məhkəmə iclasındakı ifadəsində onunla izah etmişdir ki, zərərçəkmiş şəxslrdən aldığı pul məbləğlərini onların xahişini həll etmək üçün hansısa bir vəzifəli şəxsə verəcəyini göstərməmişdir. Lakin, Cinayət işinin materiallarından müəyyən edilir ki, o zərərçəkmiş şəxslərin inamını qazanmaq üçün müəyyən məbləğlərdə pul verəcəyi təqdirdə adını çəkmədiyi vəzifəli şəxsin vasitəsi ilə onların xahişini yerinə yetriəcəyini göstərmişdir. Azərbaycan Respublikası CM-nin 312-ci maddəsində rüşvət vermə, yəni xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətin edilməsi və ya belə hərəkətin edilməsindən imtina olunması müqabilində vəzifəli şəxsə onun özü və ya üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair nemət, imtiyaz və ya güzəşt təklif olunması, vəd edilməsi və ya verilməsi cinayət tərkibi nəzərdə tutulmuşdur. X1 məhkəmə iclasındakı ifadəsində göstərdiyi kimi, zərərçəkmiş şəxslərdən pul alarkən, həmin pul məbləğlərini verəcəyi vəzifəli çəxsin adını çəkmədiyi halda belə, onları qanunsuz yolla xəstəliklə əlaqədar ordu sıralarından tərxis etdirmə, Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə İdarəsinə zabit kimi xidmətə qəbul etdirmə, N nömrəli hərbi hissədə mülki yeməkxana işlətməsi üçün icazə verdirmə barədə vədlər verərkən aldığı pul məbləğlərinin bir hissəsini və ya hamısını hansısa vəzifəli şəxsə rüşvət kimi verəcəyi ehtimalına onları inandırmışdır. Bununla da onları rüşvət ve rməyə təhrik etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, bu yolla aldadılaraq maddi zərər çəkmiş şəxslər rüşvət verməyə görə cinayət məsuliyyəti daşımırlar. Əvvəla ona görə ki, onlardan aldadılaraq alınmış pul məbləğləri rüşvət kimi hər hansı vəzifəli şəxsə verilməmişdir. Digər tərəfdən onlar öz şikayətləri ilə bu barədə müvafiq orqanlara məlumat vermişlər. Azərbaycan Respublikası CM-nin 312-ci maddəsinin qeydində göstərilir ki, rüşvət verən şəxs vəzifəli şəxs tərəfindən tətbiq edilən hədə-qorxu nəticəsində rüşvət verdikdə və ya rüşvət vermə haqqında müvafiq dövlət orqanına könüllü məlumat verdikdə cinayət məsuliyyətindən azad edilir. Göstərilənlərə əsasən X1 aldadılaraq pul məbləğləri vermiş şəxslərin rüşvət verməyə görə cinayət məsuliyyətinə cəlb olunmaları barədə dəlillər əsassızdır. Ka ssasiya şikayətində x1 təqsirsizliyinə dəlalət edən vəsatətlərinin birinci instansiya məhkəməsi tərəfindən təmin edilməməsi barədə kassasiya şikayətinin dəlilləri əsassızdır. Birinci instansiya məhkəməsinin məhkəmə iclas protokolundan məhkəmə iclasında iştirak etmiş müdafiəçi-vəkil Müdafiəçiu məhkəmə baxışı gedişində hər hansı vəsatət verməsi müəyyən edilməmişdir. Məhkəmə iclas protokoluna da müdafiəçi tərəfindən qeyd verilməsi müəyyən edilməmişdir. Kassasiya şikayətində göstərilmişdir ki, X2, X2, X6, X5, X8 və X7 X1 cinayət törəməyə təhrik etmişlər. Bu dəlillər subyektiv mülahizələrdən başqa hər hansı mötəbər faktla əsasandırılmamışdır. Kassasiya şikayətində məhkuma həddindən artıq ağır cəza təyin edildiyi göstərilmişdir. Cinayət işinin materiallarından müəyyən edilmişdir ki, birinci inst ansiya məhkəməsi təqsirləndirilən şəxs x1 əvvəllər məhkum olunmamasını, cavanlığını, əməllindən peşmançılıq çəkməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alməş, CMnin 61-ci maddələrinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. birinci instansiya məhkəməsi bu halları və Azərbaycan Respublikası CM-nin 8.1-ci və 58.3-cü maddələrində nəzərdə tutulmuş əsasları nəzərə almaqla CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədlərinə uyğun nəticəyə gəlmiş, məhkumun təqsirli bilindiyi hər iki cinayətə görə maddələrin sanksiyasının aşağı hədlərində ədalətli cəza təyin edilmişdir. Ona görə də kassasiya şikayəti təmin ediloməməlidir. Cinayət işinin ibtidai istintaqı, birinci və apellyasiya instansiyaları məhkəmə baxışı mərhələlərində cinayət və cinayət prosessual qanunlar ın kobud pozulması, x1 müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının kobud pozulması halları müəyyən edilməmişdir. Göstərilənlərə əsasən kassasiya şikayətinin dəlilləri əsassız olduğundan və cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasının xx xxxx 2019-cu il tarixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilmədən qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. x1 məhkum edilməsinə dair cinayət işi üzrə B akı Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasının xx xxxx 2019-cu il tarixli qərarı müdafiəçisinin kassasiya şikayətinə münasibətdə dəyişikliksiz saxlansın.
Məhkəmə qərarları › İş №1-1(102)-50/2020
Ali Məhkəmə Qərar — İş №1-1(102)-50/2020
01.09.2020 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver