Məhkəmə qərarları › İş №1-1(102)-50/2021

Ali Məhkəmə Qərar — İş №1-1(102)-50/2021

13.10.2021 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-50/2021 13.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Rüstəmova-Qasımova Türkən Bəndər qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun iştirakı ilə xx xxxx 1993-cü il tarixdə Ağsu rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, himayəsində bir azyaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin 3-cü taborunun minaatan tağım komandiri vəzifəsində, leytanant hərbi rütbəsində xidmət edən, ünvan1 qeydiyyatda olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 178.1 və 32.4, 312.1-ci maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 aprel 2021-ci il tarixli ilkin baxış qərarından dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Rizvanov Qalib Arif oğlu tərəfindən verilmiş kassasiya protestinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Tərtər Hərbi Məhkəməsinin 08 oktyabr 2020-ci il tarixli qərarına əsasən (hakim İ.M.Quliyev) Məhkum xidmət etdiyi hərbi hissə tərkibində döyüş əməliyyatlarında iştirak etməsi ilə əlaqədar onun olduğu yer müəyyən olunmadığından cinayət təqibi üzrə icr aat dayandırılmışdır. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən dövlət ittihamçısı tərəfindən apelyasiya protesti verilmiş, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 aprel 2021-ci il tarixli ilkin baxış qərarı ilə (hakimlər: T.A.Muxtarov (sədrlik edən), Ç.B.Məmmədov və L.S.Süleymanov) apellyasiya protesti təmin edilməmiş, Tərtər Hərbi Məhkəməsinin 08 oktyabr 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Tərtər Hərbi Məhkəməsi tərəfindən 12 mart 2021-ci il tarixdə Məhkum CMin 178.1 və 32.4, 312.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraat təzələnərək məhkəmə baxışma təyin edildiyindən cinayət işinin materialları mahiyyəti üzrə baxılması üçün Tərtər Hərbi Məhkəməsinə qaytarılmışdır. Apellyasiya Məhkəməsinin həmin qərar ından dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilmişdir. Həmin protestdə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 aprel 2021-ci il tarixli ilkin baxış qərarının ləğv edilməsi və işə yenidən apellyasiya instansiya məhkəməsində baxılması xahiş olunur. Protest müəllifi qeyd edir ki, məhkəmə öz qərarında təqsirləndirilən şəxs Məhkum xidmət etdiyi hərbi hissə tərkibində döyüş əməliyyatlarında iştirak etməsini göstərmiş, onun hərbi xidmətdə olmaqla döyüş əməliyyatlarında olması məhkəməyə məlum olmuş, həmin dövr üçün məlum hadisələr üzrə cinayət təqibi üzrə icraatın dayandırılması məcburi olmamasına, məhkəmə iclasının təxirə salınmasının mümkünlüyünü və CPM-in tələblərində cinayət təqibi üzrə icraat dayandırılmalıdır yox, dayandırıla bilər qeyd edilməsinə baxmayaraq məh kəmə proses tərəflərinin məhkəmə iclasında iştirakını təmin etmədən cinayət təqibi üzrə icraatı dayandırmış, CPM-in axtarış elan edildikdən sonra cinayət təqibi üzrə icraat dayandırıla bilər tələbini pozmuş, habelə qətimkan tədbirini də ləğv etmişdir. Məhkəmə kollegiyası kassasiya protestinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya protestinin təmin edilməsi barədə dövlət ittihamçısı A.Hüseynlinin çıxışını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya protesti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin ilkin baxış qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxara q müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Məhkəmə kollegiyası kassasiya protestini əsassız hesab edərək aşağıdakıları qeyd edir: Azərbaycan Resp ublikası CPM-in 53.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxsin olduğu yer müəyyən olunmadıqda cinayət təqibi üzrə icraat dayandırıla bilər. CPM-in 53.3.2-ci maddəsinə əsasən bu Məcəllənin 53.1.2-ci maddəsində nəzərdə tutulmuş hallarda yalnız təqsirləndirilən şəxs haqqında axtarış elan edildikdən sonra dayandırıla bilər. İş materialarından görünür ki, Tərtər Hərbi Məhkəməsi Məhkum xidmət etdiyi hərbi hissə tərkibində döyüş əməliyyatlarında iştirak etməsi ilə əlaqədar onun olduğu yer müəyyən olunmadığından cinayət təqibi üzrə icraatı 08 oktyabr 2020-ci il tarixdə dayandırmışdır. Azərbaycan Respublikası CPM-nin 141.1-ci maddəsinə əsasən “Cinayət təqibi üzrə icraatın materiallarından istifadə edilmədən aşağıdakı hallar sübut edilmiş hesab olunur: 141.1.1. ü mumi məlum olan faktlar”. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmənin qərar qəbul edərkən əsaslandığı hallar ümumi məlum olan hallara aiddir və sübut edilmiş hesab edilir. Həmçinin, iş materiallarından görünür ki, Tərtər Hərbi Məhkəməsi tərəfindən 12 mart 2021-ci il tarixdə Məhkum Azərbaycan Respublikası CM-in 178.1 və 32.4, 312.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraat təzələnmişdir. Məhkəmə kollegiyası aşağı instansiya məhkəmlərinin gəldikləri nəticə ilə razılaşaraq, CPM-in 53.3.2-ci maddəsinin tələbinin pozulması ilə bağlı qeyd edir ki, 27 sentyabr 2020ci il tarixdə Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımız bütün cəbhə bo yu əks-hücum, əks-həmlə əməliyyatına başlamış və həmin vaxt Məhkum xidmət etdiyi N nömrəli hərbi hissə də döyüş əməliyyatları keçirmişdir. Həmin əməliyyatlar dövlətin hərbi fəaliyyəti ilə bağlı olub dövlət sirrini təşkil etdiyindən, döyüş əməliyyatlarında olan əsgər Məhkum barəsində axtarış elan edilməsi qanuna müvafiq olmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum CM-in 178.1 və 32.4, 312.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraat təzələnərək məhkəmə baxışı təyin edildiyindən və iş üzrə icraatın dayandırılması halı artıq aradan qaldırıldığından, yəni artıq cinayət işi üzrə icraatın dayandırılması qərarı icraatın təzələnməsi ilə öz hüquqi əhəmiyyətini itirdiyindən protestin təmin edilməsi üçün əsaslar yoxdur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası Azərb aycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq Qərara alır: Kassasiya protesti təmin edilməsin. Məhkum barəsində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 aprel 2021-ci il tarixli ilkin baxış qərarı dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar