Məhkəmə qərarları › İş №1-1(102)-50/2023

Ali Məhkəmə Qərar — İş №1-1(102)-50/2023

02.11.2023 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-50/2023 02.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), X3 və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X2 iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1-1(106)-1/2023 nömrəli, 28 fevral 2023-cü il tarixli hökmündən Məhkum1 müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətinə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Məhkum1 xx xxxx 1996-cı il tarixdə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali hərbi təhsilli, əvvəllər məhkum olunmamış, Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin 16- cı sərhəd zastavasının rəisi vəzifəsini icra etmiş, Kəngərli rayonunun Qarabağlar kəndində daimi yaşayış qeydiyyatındadır.

2. Füzuli Hərbi Məhkəməsinin 1-1(097)-4/2021 nömrəli, 19 mart 2021-ci il tarixli hökmü ilə Məhkum1 Azərbaycan Respublikası CM-nin 329.2.1, 329.2.2, 329.2.6 və 341.2.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinib Azərbaycan Respublikası CM-nin 329.2.1, 329.2.2 və 329.2.6-cı maddələri ilə 02 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzasına, A zərbaycan Respublikası CMnin 341.2.1-ci maddəsi ilə 03 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən az ciddi cəzanın daha ciddi cəza ilə əhatə etməklə qəti olaraq 03 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi, Azərbaycan Respublikası CM-nin 311.3.2-ci maddəsi ilə hökmün nəticə hissəsinə əlavə edilmiş qeydlə bəraət verilmiş, barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsini tətbiq etməklə təyin olunmuş 03 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzasının 01 (bir) il sınaq müddəti ilə şərti hesab edilməsi hökm edilmişdir.

3. Həmin hökmlə həmçinin Məhkum2 təqsirli bilinərək məhkum edilmişdir.

4. Füzuli Hərbi Məhkəməsinin 1(97)-04/2021 nömrəli, 19 mart 2021-ci il tarixli hökmündən dövlət ittiham çısı tərəfindən apellyasiya protesti, təqsirləndirilən şəxs Məhkum2 müdafiəçisi X4 və təqsirləndirilən şəxs Məhkum1 müdafiəçisi Müdafiəçi1 tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayətləri verilmişdir.

5. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1-1(106)-1/2023 nömrəli, 28 fevral 2023-cü tarixli hökmü ilə apellyasiya şikayətləri təmin edilməmiş, dövlət ittihamçısının apellyasiya protesti qismən təmin edilmiş: Füzuli Hərbi Məhkəməsinin 1(97)-04/2021 nömrəli, 19 mart 2021-ci il tarixli hökmü Məhkum1 aid hissədə ləğv edilmiş, əməlində cinayət tərkibi olmadığından ona Azərbaycan Respublikası CM-nin 311.3.2-ci maddəsi ilə bəraət verilmiş, Azərbaycan Respublikası CM-nin 329.2.1, 329.2.2, 329.2.3, 329.2.6, 341.2.1 və 341.2.3-cü maddələri ilə təqsirli bilinib Azərbaycan Respublikas ı CM-nin 329.2.1, 329.2.2, 329.2.3, 329.2.6-ci maddələri ilə 2 (iki) il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-nin 341.2.1 və 341.2.3-cü maddələri ilə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 66.2 maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaqla ona 5 (beş) il müddətə azalıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Məhkum1 31 oktyabr 2019-cu il tarixdən 19 mart 2021-ci il tarixədək həbsdə saxlanıldığı müddət ona təyin edilmiş 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti olaraq 3 (üç) il 7 (yeddi) ay 11 (on bir) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsin də çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 14 mart 2022-ci il tarixdən hesablanması; Füzuli Hərbi Məhkəməsinin 19 mart 2021-ci il tarixli, 1(97)-04/2021 nömrəli hökmünün Məhkum2 aid hissədə dəyişdirilmiş, Azərbaycan Respublikası CM-nin 329.2.1, 329.2.2, 329.2.3, 329.2.6, 341.2.1 və 341.2.3-cü maddələri ilə təqsirli bilinib Azərbaycan Respublikası CM-nin 329.2.1, 329.2.2, 329.2.3, 329.2.6 maddələri ilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CMnin 341.2.1 və 341.2.3-cü maddələri ilə təqsirli bilinib 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş Azərbaycan Respublikası CM-nin 66.2 maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaqla ona 4(dörd) il 6 ay müddətə azalıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 29 oktyabr 2019-cu il tarixdən hesablanması müəyyən edilmiş, hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır.

6. Apellyasiya instansiyası məhkəməsinin həmin hökmündən Məhkum1 müdafiəçisi Müdafiəçi2 kassasiya şikayəti vermişdir.

7. Cinayət işinə kassasiya instansiya məhkəməsində mahiyyəti üzrə baxılanadək, Məhkum1 cəza çəkdiyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasından ərizə ilə müraciət edib, müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətini geri götürdüyünü bildirmişdir. II. Hüquqi məsələlər

8. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 414.1-ci maddəsinə əsasən kassasiya şikayəti və kassasiya protesti kassasi ya instansiya məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. Eləcə də, həmin Məcəllənin 414.5-ci maddəsinə əsasən məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin vermiş olduğu kassasiya şikayətini geri götürmək hüququna malikdir.

9. Məhkəmə kollegiyası Məhkum1 Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətini geri götürməsi barədə təqdim etdiyi ərizəsi ilə bağlı proses iştirakçılarının çıxışında bildirdiyi mövqeyini nəzərə alıb və həmin ərizəni iş materialları ilə əlaqəli şəkildə müzakirə edib, cinayət prosessual qanunvericiliyin yuxarıda qeyd edilən müdd əalarına əsaslanmaqla belə nəticəyə gəlir ki, ərizə təmin edilməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1-1(106)-1/2023 nömrəli, 28 fevral 2023-cü il tarixli hökmündən Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 414-cü maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum1 ərizəsi təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1-1(106)-1/2023 nömrəli, 28 fevral 2023-cü il tarixli hökmündən Məhkum1 müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar