Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-50/2024 18.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Vidadi Cəfər oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əlisoy Nuray Kəramət qızının, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Yaqut Bəşir qızının iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1-1(107)-4/N0N4 nömrəli, 31 yanvar N0N4-cü il tarixli qərarından dövlət ittihamçısı Cabbarlı Bəhruz Qənbər oğlu tərəfindən verilmiş kassasiya protestinə mahiyyət i üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Cinayət məsuliyyətindən azad edilmiş Məhkum xx xxxxxxxx 1983-cü il tarixdə Yevlax rayonunda anadan olmuş, ailəli, himayəsində üç azyaşlı uşağı olan, ali hərbi təhsilli, N nömrəli hərbi hissənin maddi-texniki təminat bölməsinin avtomobil xidməti rəisi vəzifəsində, mayor hərbi rütbəsində xidmət etmiş, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, N nömrəli hərbi hissədə yaşayır. 2. 17 iyul N0N3-cü il tarixli ittiham aktına görə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CM”) 3N9.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir.
3. N6 iyul N0N3-cü il tarixdə Tərtər Hərbi Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum cinayət təqibi orqanı tərəfin dən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.
4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum N nömrəli hərbi hissənin maddi-texniki təminat bölməsinin avtomobil xidməti rəisi vəzifəsində, mayor hərbi rütbəsində xidmət edərkən 08 aprel N0N3-cü il tarixdə, saat NN radələrində Yevlax rayonunun Aran qəsəbəsində yerləşən N nömrəli hərbi hissənin avtomobil parkında parkın gün növbətçisi olan həmin hərbi hissənin 4cü taborunun 10-cu bölüyünün N-ci tağımının 1-ci qrupunun kəşfiyyatçı-heyət nəfəri vəzifəsində, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu olmaqla əsgər hərbi rütbəsində xidmət edən Zərərçəkmiş şəxs park növbətçisinin istirahət otağında “Whatsapp” mobil tətbiqi vasitəsilə atası Şahi dNla görüntülü danışdığı zaman otağa daxil olub Zərərçəkmiş şəxs mobil telefonu tələb etmişdir. Zərərçəkmiş şəxs zəngi sonlandırıb telefonu vermək istəsə də, Məhkum ona imkan verməyib və barəsində nalayiq söz ifadəsi istifadə edib Zərərçəkmiş şəxs təhqir edərək sağ əli ilə sol baş nahiyəsinə bir dəfə yumruq zərbəsi, sol ayağı ilə sağ bud nahiyəsinə bir dəfə təpik zərbəsi vurmuş, daha sonra Zərərçəkmiş şəxs sağ çiyin nahiyəsindən sol əli ilə bir dəfə yumruq zərbəsi vurub çiynindən itələməklə rəis olaraq hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı öz tabeliyində xidmət edən əsgər Zərərçəkmiş şəxs zor tətbiq etmişdir.
5. Tərtər Hərbi Məhkəməsinin 1-1(098)-166/N0N3 nömrəli, 17 oktyabr N0N3-cü il tarixli qərarı ilə Məhkum Azərbaycan Respublikası CM-nin 3N9.1-ci maddəsi ilə təqsirl əndirildiyi cinayət işi üzrə zərərçəkmiş şəxslə barışması ilə bağlı Azərbaycan Respublikası CM-nin 73.1-ci maddəsinə əsasən, həmçinin həmin Məcəllənin 74-cü maddəsinə əsasən şəraitin dəyişməsi ilə bağlı cinayət məsuliyyətindən azad edilməsi, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 43.3-cü maddəsinə əsasən başlanmış cinayət təqibinə və cinayət işi üzrə icraata xitam verilməsi qərara alınmışdır.
6. Birinci instansiya məhkəməsinin qeyd edilən qərarından dövlət ittihamçısı apellyasiya protesti verib, qərarın ləğv edilməsi, Məhkum Azərbaycan Respublikası CM-nin 3N9.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində ittiham hökmünün çıxarılmasını xahiş etmişdir.
7. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1-1(107)-4/N0N4 nömr əli, 31 yanvar N0N4-cü il tarixli qərarı ilə apellyasiya protesti təmin edilməmiş, Tərtər Hərbi Məhkəməsinin 1-1(098)-166/N0N3 nömrəli, 17 oktyabr N0N3-cü il tarixli qərarı apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
8. Apellyasiya instansiyası məhkəməsinin həmin qərarından dövlət ittihamçısı kassasiya protesti vermişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar
9. Kassasiya protestində qeyd edilmişdir ki, məhkəmə öz qərarında hadisədən sonra təqsirləndirilən şəxs Məhkum zərərçəkmiş şəxslə barışmasını, hadisə ilə əlaqədar zərərçəkmiş şəxsə dəymiş ziyanı tam aradan qaldırmasını, eləcə də zərərçəkmiş şəxsin ondan heç bir şikayəti və tələbi olmadığından sonuncunun barəsində olan cinayət işinin icraatına xitam verilməsini xahiş etməsini əsas gətirib Azərbaycan Re spublikası CM-nin 73.1-ci maddəsini, məhkəmədə işə baxılan ərəfədə isə təqsirləndirilən şəxs Məhkum 19-N0 sentyabr N0N3-cü il tarixlərdə keçirilmiş antiterror əməliyyatlarında iştirak etməsini əsas gətirib şəraitin dəyişməsi ilə bağlı Azərbaycan Respublikası CM-nin 74-cü maddəsini tətbiq edərək cinayət təqibinə xitam verilməsi haqqında qərar qəbul etmişdir. Lakin məhkəmələr nəzərdən qaçırmışlar ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1 və 73.N-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun N5 iyul N0NN-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası CM-nin 73.1-ci maddəsinin tələblərinə uyğun olaraq böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxsin zərərçəkmiş şəxslə barışması, ona dəymiş ziyanı ödəməsi və ya vurulmuş zərəri aradan qaldırması onun cinayət məsuliyyətindən azad edilməsinə dair qərarın qəbul olunmasına səbəb olmur. Qanunverici belə qərarın qəbul edilməsini cinayət prosesini həyata keçirən orqanların vəzifəsi deyil, hüququ kimi müəyyən etmişdir. Cinayət təqibinə xitam verilməsi haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs ərizə ilə müraciət edərək təqsirləndirilən şəxs Məhkumlə barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını, sonuncunun barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs müraciətindən göründüyü kimi, təqsirləndirilən şəxs ona dəymiş ziyanı ödəməmiş və ya vurulmuş zərəri aradan qaldırmamışdır. Bundan əlavə, məhkəmə Azərbaycan Respublikası CM-nin 73-cü maddəsinin tətbiqi ilə bağlı yekun nəticəyə gələ rkən zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışmasına dair iradəsinin təzyiq və yaxud hədə-qorxu ilə deyil, məhz sərbəst və şüurlu şəkildə ifadə edildiyini yoxlamamışdır. Konstitusiya Məhkəməsinin müvafiq qərarına görə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışmasına dair ərizəsinə baxılarkən nəinki bunun üçün qanunla nəzərdə tutulan əsasların olub-olmaması yoxlanılmalı, həmçinin törədilmiş əməlin ictimai təhlükəliliyi, təqsirləndirilənin şəxsiyyəti, cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar da daxil olmaqla konkret işin bütün halları nəzərə alınmalıdır. Məhkəmə yuxarıda qeyd edilənləri, cinayətin ictimai təhlükəliliyini, həmçinin təqsirləndirilən şəxs Məhkum iki obyektə, yəni hərbi xidmətin nizamnamə qaydalarına, habelə zərərçəkmiş şəxsin sağlamlığına, şərəf və ləyaqətinə q əsd etməsini nəzərə almamışdır. Azərbaycan Respublikası CM-nin 3N9.1-ci maddəsində nəzərdə tutulan əməllər böyük ictimai təhlükə törətməyən cinayət hesab edilsə də, cinayətin digər bir obyektinin (hərbi xidmət çəkmənin nizamnamə qaydaları) mövcudluğu Azərbaycan Respublikası CM-nin 73.1 və 74-cü maddəsinin tətbiq olunmasını istisna edir. Həmçinin, “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 37.4, 39.1.9, 40.N və 41.7-ci maddələrinin şərh edilməsinə dair ” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul N011-ci il tarixli qərarında da qeyd edilmişdir ki, “ictimai təhlükəsizliyə və ictimai qaydaya qarşı və ya dövlət hakimiyyəti əleyhinə olan cinayət işlərində tərəflərin barışması nəticəsində cinayət təqibinə xitam verilməsi Azərbaycan Respublikası CM-nin 73-cü m addəsinin tələbləri ilə uyğunsuzluq təşkil etmiş olardı. Azərbaycan Respublikası CM-nin 73-cü maddəsinin mənasına görə cinayət məsuliyyətindən azad edilmə yalnız konkret şəxslərin hüquqlarına və qanuni maraqlarına qəsd edən cinayətlər üzrə yolveriləndir. Buna görə də, məsələn, ədalət mühakiməsi əleyhinə olan işlərdə zərər çəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması ilə əlaqədar cinayət məsuliyyətindən azad edilmə Azərbaycan Respublikası CM-nin 73-cü maddəsinin tələblərinə cavab verməyən kimi qəbul edilməlidir.” Lakin hazırki iş üzrə isə yalnız konkret şəxslərin hüquq və qanuni maraqlarına deyil, paralel olaraq hərbi xidmət çəkmənin nizamnamə qaydaları da pozulduğu üçün məhkəmə CM-nin 73-cü maddəsinə istinad etməklə iş üzrə icraata xitam verilməsində haqlı olmamış və norma pozuntusuna y ol vermişdir. Azərbaycan Respublikası CPM-nin 37.4-cü maddəsində də qanunverici “ictimai-xüsusi” ittiham nəzərdə tutulan işlər üzrə Azərbaycan Respublikası CM-nin 73 və 73-1-ci maddədə nəzərdə tutulmuş hallarda zərərçəkmiş şəxslər barışıqla əlaqədar xitam verilməsini nəzərdə tutmuşdur. Azərbaycan Respublikası CM-nin 3N9.1-ci maddəsi isə “ictimai” qayda da ittiham aparılan cinayət təqibi nəzərdə tutulmuş cinayətlərin sırasındadır. Hətta bütün bunlar nəzərə alınmasa belə, Azərbaycan Respublikası CM-nin 73.3-cü maddəsinin tələbi üzrə, yəni “Başqa növ cinayət törətmiş şəxs, bu Məcəllənin 73.1-ci maddəsində nəzərdə tutulmuş şərtlər mövcud olduqda, yalnız bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində bilavasitə müəyyən edilmiş hallarda cinayət məsuliyyətindən azad edilir” müddəası üzrə Az ərbaycan Respublikası CM-nin 3N9-cu maddəsində bilavasitə zərərçəkmiş şəxslə barışıqla əlaqədar cinayət təqibi üzrə icraata xitam verilməsi və ya məsuliyyətdən azad edilmə nəzərdə tutulmamışdır. Bundan əlavə konkret olaraq məhkəmə şəxsin məsuliyyətdən azad edilməsi ilə bağlı qərarında həm Azərbaycan Respublikası CM-nin 73.1-ci maddəsini, həm də Azərbaycan Respublikası CM-nin 74-cü maddəsini əsas götürməkdə də haqlı olmamışdır. Belə ki, sadalanan maddələrdən biri zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməsi və barışıqla bağlı məsuliyyətdən azad etməni, digəri isə şəraitin dəyişməsi ilə bağlı məsuliyyətdən azad etməni nəzərdə tutur. Hər iki maddəyə istinad edilməsi məhkəmənin gəlmiş olduğu nəticəni ziddiyyətli və müəmmalı bir vəziyyətə gətirib çıxarır. Cinayətin digər obyektinin mövcudluğu fonunda onsuz da Azərbaycan Respublikası CM-nin 73.1-ci maddəsinə istinad edilməklə məsuliyyətdən azad edilmə ilə bağlı icraata xitam verilməsi əsassız olsa da, məhkəmə bununla kifayətlənməyərək bir şəxs barəsində iki müxtəlif halı əsas götürüb məsuliyyətdən bu iki hal üzrə azadetməni nəzərdə tutan xitam qərarını qəbul etmişdir. Göstərilənlərə əsasən Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1-1(107)-4/N0N4 nömrəli, 31 yanvar N0N4-cü il tarixli qərarının ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
10. Kassasiya protestinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər
11. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudların ı Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsi müəyyən edir.
12. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və CinayətProsessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
13. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib -verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.
14. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
15. Kassasiya protestində məhkəmələrin cinayət təqibini istisna edən halların düzgün tətbiq edilmədiyi, nəticədə cinayət işi üzrə icraata səhvən xitam verildiyi iddia edilə rək, kassasiya xahişi Azərbaycan Respublikası CPM-nin 416.1.14-cü maddəsində nəzərdə tutulmuş məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslarla əlaqələndirilmişdir.
16. Odur ki, məhkəmə kollegiyası kassasiya protestini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan görür və bu müraciətlə əlaqədar Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11(107)-4/N0N4 nömrəli, 31 yanvar N0N4-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.
17. Kassasiya protestində Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikası CMnin 3N9.1-ci maddəsi ilə cinayət təqibini istisna edən halların müəyyən edilməsinə dair maddi hüquq normal arının düzgün olaraq tətbiq edilmədiyi əsas gətirilib, cinayət işi üzrə icraata əsassız olaraq xitam verildiyi iddia edilir.
18. Baxılan cinayət işi üzrə müəyyən edilmiş hallardan görünür ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası CM-nin 3N9.1-ci maddəsi ilə təqsirliliyi müəyyən edilmiş Məhkum cinayət işi üzrə zərərçəkmiş şəxslə barışması ilə bağlı Azərbaycan Respublikası CM-nin 73.1-ci maddəsinə, eyni zamanda şəraitin dəyişməsi ilə bağlı həmin Məcəllənin 74-cü maddəsinə əsaslanaraq onun cinayət məsuliyyətindən azad edilməsi, Azərbaycan Respublikası CPM-nin 43.3-cü maddəsini rəhbər tutaraq başlanmış cinayət təqibinə və icraata xitam verilməsi barədə qənaətə gəlmiş, apellyasiya instansiyası məhkəməsi də həmin mövqeyi əsaslı saymışdır.
19. Məhkəmə kollegiyası qeyd edir ki, Az ərbaycan Respublikası CM-nin 74-cü maddəsinin tətbiq edilməsi barədə aşağı instansiya məhkəmələrinin yanaşması əsaslı olsa da, Azərbaycan Respublikası CM-nin 73.1-ci maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi və iş üzrə icraata xitam verilməsi barədə gəlinən nəticə maddi hüquq normalarının tətbiqi üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun formalaşmış hüquqi mövqeyinə deyil.
20. Belə ki, Azərbaycan Respublikası 73.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər.
21. Azərbaycan Respublikası 73.1-ci maddəsinin tətbiqi üzrə məsələlərə münasibətini bildirdiyi qərarında Azərbaycan Respubl ikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, cinayət təqibi ictimai-xüsusi və ictimai ittiham qaydasında həyata keçirilərkən Cinayət Məcəlləsinin həmin maddəsində nəzərdə tutulmuş hallar aşkar olunduqda, bu Qərarın əsaslandırıcı hissəsində göstərilən şərtlərə riayət edilməklə icraatın məhkəməyədək mərhələsində təhqiqatçının və müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmaya və ya ona xitam verilə bilər. Bu hal məhkəmə baxışının gedişində müəyyən edildikdə cinayət təqibinə müdafiə tərəfinin razılığı ilə xitam verilə bilər. Bununla belə, zərərçəkmişin təqsirləndirilən şəxslə barışmasına dair ərizəsinə baxılarkən nəinki bunun üçün qanunla nəzərdə tutulan əsasların olubolmaması yoxlanılmalı, həmçinin törədilmiş əməlin ictimai təhlükəliliyi, təqsi rləndirilənin şəxsiyyəti, cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar da daxil olmaqla, konkret işin bütün halları nəzərə alınmalıdır. Göstərilən hallardan başqa cinayət əməlinin obyektinin xarakterinin də nəzərə alınması vacibdir. Məsələn, ictimai təhlükəsizliyə və ictimai qaydaya qarşı və ya dövlət hakimiyyəti əleyhinə olan cinayət işlərində tərəflərin barışması nəticəsində cinayət təqibinə xitam verilməsi Azərbaycan Respublikası CM-nin 73-cü maddəsinin tələbləri ilə uyğunsuzluq təşkil etmiş olardı. Azərbaycan Respublikası CM-nin 73-cü maddəsinin mənasına görə cinayət məsuliyyətindən azad edilmə yalnız konkret şəxslərin hüquqlarına və qanuni maraqlarına qəsd edən cinayətlər üzrə yolveriləndir. Buna görə də, məsələn, ədalət mühakiməsi əleyhinə olan işlərdə zərər çəkmiş şəxsin təqsirləndi rilən şəxslə barışması ilə əlaqədar cinayət məsuliyyətindən azad edilmə Azərbaycan Respublikası CM-nin 73-cü maddəsinin tələblərinə cavab verməyən kimi qəbul edilməlidir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 37.4, 39.1.9, 40.N və 41.7-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı, 15 iyul N011-ci il).
22. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyindən çıxış edən məhkəmə kollegiyası qeyd edir ki, Məhkum Azərbaycan Respublikası CM-nin 3N9.1-ci maddəsi ilə törətdiyi cinayət əməli hərbi xidmət əleyhinə olan cinayətlərə aid olmaqla, cinayətin obyekti qismində tabeçilik münasibətləri və hərbi xidmət çəkmənin nizamnamə qaydaları, habelə zərərçəkmiş şəxsin sağlamlığı, əlavə obyektini isə hər bi qulluq mənafeləri təşkil edir.
23. Belə cinayət böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid edilsə də, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışıq əldə etməsi və zərərçəkmiş şəxsə vurulmuş maddi ziyanın tam ödəməsi, hazırki halda cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 73.1-ci maddəsinin tətbiqi üçün əsas ola bilməz ona görə ki, təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli nəticəsində yalnız zərərçəkmiş şəxsin hüquqlarına və qanuni maraqlarına deyil, eyni zamanda qorunan digər tabeçilik münasibətlərinə və hərbi xidmət çəkmənin nizamnamə qaydalarına ziyan vurulmuşdur. Bu səbəbdən kassasiya protesti müvafiq hissədə əsaslı hesab edilərək təmin edilməlidir.
24. Lakin məhkəmə kollegiyası kassasiya protestinin Məhkum barəsində Azərbaycan Respublikası CM-ni n 74-cü maddəsinin tətbiqi üzrə məhkəmələrin mövqeyinin əsassız olması barədə dəlilləri ilə razılaşmır və qeyd edir ki, həmin maddədə şəraitin dəyişməsi nəticəsində törədilmiş əməlin və ya bu əməli törətmiş şəxsin ictimai təhlükəli olmadığı müəyyən edildikdə, böyük ictimai təhlükə törətməyən cinayət və ya az ağır cinayət törətmiş şəxsin cinayət məsuliyyətindən azad edilməsinin mümkün olduğu təsbit edilir.
25. Hüquq nəzəriyyəsinə görə şəraitin dəyişməsi ilə cinayət məsuliyyətindən azad etmə aşağıda göstərilən şərtlər daxilində mümkündür: a) törədilən cinayətin böyük ictimai təhlükə törətməyən, yaxud az ağır cinayətlər kateqoriyasına aid olması; b) şəraitin dəyişməsi ilə şəxsin təhlükəliliyinin, yaxud da cinayətin ictimai təhlükəliliyinin aradan qalxması. Burada şəraitin dəyişməsi dedikdə, c inayət törədilən ana qədər mövcud olan vəziyyətlə müqayisədə şəxsin həyatında şəraitin ciddi surətdə dəyişməsi başa düşülür. Şəraitin dəyişməsi siyasi, iqtisadi və sosial sahələrdə baş verən dəyişikliklərlə də bağlı ola bilər. Belə dəyişiklik ölkə miqyasında və ya müəyyən regionda, şəhərdə və s. ərazidə baş verə bilər. Şəraitin dəyişməsinin nisbətən geniş miqyasda baş verməsi ictimai münasibətlər sistemində elə dəyişikliyi nəzərdə tutur ki, bunun təsiri ilə cinayət əməli öz maddi əlamətini - ictimai təhlükəliliyini itirir.
26. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CPMnin 40.N-ci maddəsində müəyyən edilmiş qaydaya görə, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası CM-nin 7N.1, 73.1, 73-1.3 və 74-cü maddələrində nəzərdə tutulmuş halla rda təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmaya və ya ona xitam verilə bilər. Bu hallarda cinayət təqibinin başlanılmaması və ya ona xitam verilməsi cinayət prosesini həyata keçirən orqanların hüququ olaraq qalır (onlar üçün məcburi xarakter kəsb etmir). Azərbaycan Respublikası CM-nin 74-cü maddəsinin tətbiqi ilə şəxsin cinayət məsuliyyətindən azad edilməsi və bununla əlaqədar olaraq onun barəsində cinayət təqibinə xitam verilməsi üçün, ilk növbədə, şəxsin təqsiri müəyyən edilməli, bundan sonra şəraitin dəyişmiş olmasına dəlalət edən hallar müəyyən edilərək qiymətləndirilməlidir.
27. Konstitusiya Məhkəməsinin Plenumu “cinayət məsuliyyətindən və cəzadan azad etmə” anlayışlarına aydınlıq gətirərək göstərmişdir ki, nəzəriyyədə cinayət məsuliyyətindən azad etmə dedikdə, törədilmiş cinayətə görə dövlətin şəxsi mühakimə etməkdən və ona cəza tətbiq etməkdən imtina etməsi başa düşülür. Cinayət məsuliyyətindən azad etmə həm məhkəməyədək mərhələdə, həm də məhkəmə baxışı mərhələsində mümkündür. Azərbaycan Respublikası CPM-nin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.1N və 40.N-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır (“Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 37.4, 39.1.9, 40.N və 41.7-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı, 15 iyul N011-ci il)
28. Cinayət işinin mate riallarından isə müəyyən edilir ki, Məhkum cinayət əməlini 08 aprel N0N3-cü il tarixdə törətmiş, məhz bundan sonra, yəni cinayəti törətdiyi andan sonraya təsadüf edən dövrdə o, Azərbaycan Respublikasının ərazi bütövlüyünü tamamlayan 19-N0 sentyabr N0N3-cü il tarixində keçirilmiş antiterror əməliyyatında iştirak etmişdir.
29. Məhkəmə kollegiyasının fikrincə, Məhkum törətdiyi cinayətin böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid olduğu, cinayəti törətdikdən sonra onun ölkə ərazisinin işğaldan tamamilə azad edilməsinə yekun vuran antiterror əməliyyatında iştirak etməsi, Məhkum özünün və törətdiyi cinayət əməlinin ictimai təhlükəliliyinin aradan qalxmasına dəlalət edir. Belə olan halda məhkəmələrin şəraitin dəyişməsinə əsaslanaraq müdafiə tərəfinin razılığı ilə şəxsi cinayət məsuliyyətindən azad etməklə iş üzrə icraata xitam verilməsi barədə qərarı, qanunsuz və əsassız nəticə kimi qiymətləndirilə bilməz.
30. Təsvir olunanlar onu göstərir ki, dövlət ittihamçısının kassasiya protesti qismən əsaslıdır, baxılan işdə apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-nin 73.1-ci maddəsinin tətbiqi ilə bağlı maddi-hüquq normalarının pozuntusuna, nəticə etibarı ilə Azərbaycan Respublikası CPM-nin 416.1.14-cü maddəsində nəzərdə tutulmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini tələb edən halın yaranmasına yol verilmişdir.
31. Bununla belə, apellyasiya instansiyası məhkəməsinin baxılan iş üzrə mübahisəsi edilən qərarında buraxılan nöqsanın aradan qaldırılması məqsədi ilə həmin qərarın Azərbaycan Respublikası CM-nin 73.1-ci maddəsini n tətbiq edilməsinə dair hissəsində ləğv edilməsini, Məhkum təkcə Azərbaycan Respublikası CM-nin 74cü maddəsi ilə müəyyən edilmiş qaydada şəraitin dəyişməsi əsası ilə cinayət məsuliyyətindən azad edilməsinə dair müddəaların saxlanılmasını nəzərdə tutan yeni qərarın qəbul edilməsi kassasiya icraatı daxilində qeyri-mümkündür ona görə ki, belə qərar faktiki olaraq Məhkum vəziyyətinin ağırlaşdırılması ilə nəticələnir, bu növdən olan hüquq isə kassasiya instansiyası məhkəməsinin səlahiyyətlərindən kənardır.
32. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısının çıxışını dinləyib, təsvir edilən əsaslara görə hesab edir ki, kassasiya protesti qismən təmin edilməli, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1-1(107)-4/N0N4 nömrəli, 31 yanvar N0N4-cü il tarixli qərarı qismən - Məhkum zər ərçəkmiş şəxslə barışması ilə bağlı Azərbaycan Respublikası CM-nin 73.1-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməsinə dair hissədə ləğv edilməli, cinayət işi apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməlidir. Yuxarıda şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.N-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya protesti qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1-1(107)-4/N0N4 nömrəli, 31 yanvar N0N4-cü il tarixli qərarı qismən - Məhkum zərərçəkmiş şəxslə barışması ilə bağlı Azərbaycan Respublikası CM-nin 73.1-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməsinə dair hissədə ləğv edilsin, cinayət işi həmin hissədə apellyasiya instansiyası məhkəməsində