Məhkəmə qərarları › İş №1-1(102)-50/2025

Ali Məhkəmə Qərar — İş №1-1(102)-50/2025

24.04.2025 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-50/2025 24.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi XN, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Zəminə Oruc qızının, Məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Bakı şəhəri 24 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 iştirakları ilə, Təqsirləndirilən ş əxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə: Azərbaycan Respublikası CM-in və ya CM-in) 334.N-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək, cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi əsası ilə barəsində olan cinayət işi üzrə icraata xitam verilməsinə dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının N6 dekabr 2024-cü il tarixli, N-N(N07)-N7/2024 nömrəli qərarından apellyasiya instansiya məhkəməsində məhkəmə icraatında iştirak etmiş Dövlət ittihamçısı4 tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları:

1. Məhkum Təqsirləndirilən şəxs xx.xx.N973-cü il tarixdə ünvan N ünvanında qeydiyyatda olan, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, N nömrəli hərbi hissənin sabiq əsgəri olmuşdur.

2. Birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs təqsirli bilinmişdir ona görə ki, Təqsirləndirilən şəxs xx.xx.N993-cü il tarixdə Şəki rayonu hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılaraq, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissə komandirinin N fevral N993-cü il tarixli 23 saylı əmrilə şəxsi heyətə daxil edilərək, həmin hərbi hissədə əsgər rütbəsində müddətli hərbi xidmətdə olarkən, müddətindən asılı olmayaraq hərbi xidmətdən boyun qaçırmaq məqsədilə hərbi hissəni N may N993-cü il tarixdə özbaşına buraxıb getmiş və bir daha xidmət yerinə qayıtmamışdır, yalnız 09 noyabr 2003-cü il tarixdə təqsirini boynuna almaqla könüllü olaraq Şəki şəhər rayo n polis şöbəsinə gedərək, N3 noyabr 2003-cü il tarixdə Qarabağ hərbi prokurorluğuna gətirilmişdir, yəni hərbi hissəni üç aydan artıq müddətə özbaşına buraxıb getməklə fərarilik etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 334.N-ci maddəsi ilə (N may 2020-ci ilədək olan redaksiyada) nəzərdə tutulan cinayət əməlini törətmişdir.

3. Tərtər Hərbi Məhkəməsinin (sədrlik edən hakim: X6) N7 oktyabr 2023-cü il tarixli NN(098)- 4/2023 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs CM-in 334.N-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən cinayət işi üzrə icraata xitam verilməsi, Təqsirləndirilən şəxs barəsində seçilmiş "həbs” növündə qətimkan tədbirinin ləğv edilməsi qərara alınmışdır.

4. Həmin qərardan dövlət ittiha mçısı, ədliyyə polkovnik-leytenantı Dövlət ittihamçısı2 tərəfindən apellyasiya protesti verilmişdir.

5. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X7 (sədrlik edən və məruzəçi), X8 və X2 ibarət məhkəmə tərkibində) 28 dekabr 2023-cü il tarixli, N-N(N07)N6/2023 nömrəli qərarı ilə dövlət ittihamçısı, ədliyyə polkovnik-leytenantı Dövlət ittihamçısı2 tərəfindən verilmiş apellyasiya protestinin təmin edilməməsi, Tərtər Hərbi Məhkəməsinin N7 oktyabr 2023-cü il tarixli N-N(098)-4/2023 nömrəli qərarının baxılmış apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

6. Həmin qərardan Dövlət ittihamçısı3 tərəfindən kassasiya protesti verilmişdir.

7. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X9 (sədrlik edən və məruzəçi ), X4 və X3 ibarət məhkəmə tərkibində) 28 iyun 2024-cü il tarixli, N-N(N02)-37/2024 nömrəli qərarı ilə kassasiya protestinin təmin edilməsi, Təqsirləndirilən şəxs barəsində olan Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 dekabr 2023-cü il tarixli qərarının ləğv edilməsi, cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsi qərara alınmışdır.

8. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X7 (sədrlik edən və məruzəçi), X8 və X2 ibarət məhkəmə tərkibində) N6 dekabr 2024-cü il tarixli, N-N(N07)N7/2024 nömrəli qərarı ilə Dövlət ittihamçısı2 tərəfindən verimiş apellyasiya protestinin təmin edilməməsi, Tərtər Hərbi Məhkəməsinin N7 oktyabr 2023-cü il tarixli N-N(098)4/2023 nömrəli qərarının verilmiş apellyasiya protestinə münas ibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

9. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının N6 dekabr 2024-cü il tarixli, NN(N07)-N7/2024 nömrəli qərarından apellyasiya instansiya məhkəməsində məhkəmə icraatında iştirak etmiş Dövlət ittihamçısı4 kassasiya protesti verilmişdir. II. Kassasiya protestinin dəlilləri və etirazlar:

10. Kassasiya protestinin dəlilləri apellyasiya protestinin dəliləri ilə eynilik təşkil edərək, dövlət ittihamçısı onları təkrarlamaqla kassasiya protestində göstərilənləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – Azərbaycan Respublikası CPM) 4N6.N.4, 4N6.N.22 və 4N6.2-ci maddələrində nəzərdə tutulmuş halları yaradan pozuntu kimi qiymətləndirərək, həmin əsasla Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının N6 de kabr 2024-cü il tarixli, N-N(N07)-N7/2024 nömrəli qərarının ləğv edilməsini, cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş edir.

11. Kassasiya protestinə qarşı etiraz verilməmişdir.

12. Qərardan kassasiya şikayəti verilməmişdir. III.Proses iştirakçılarının çıxışları:

13. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı Əliyeva Zəminə Oruc qızı kassasiya protestini müdafiə edərək, onun dəlillərinə uyğun qaydada çıxış edib məhkəmə kollegiyasından təmin edilməsini xahiş etdi.

14. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi3 kassasiya protestinə etiraz edərək, məhkəmə kollegiyasından təmin edilməməsini xahiş etdi. IV. Hüquqi məsələlər:

15. Kassasiya instansi yası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 4N9-cu maddəsi müəyyən edir.

16. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

17. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhk əməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.

18. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-in 4N6-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

19. Dövlət ittihamçısı kassasiya protestində məhkəmə tərəfind ən Təqsirləndirilən şəxs barəsində cinayət işi üzrə icraata cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi ilə əlaqədar xitam verilməsi ilə cinayət qanunu normasının düzgün tətbiq edilməməsini iddia edərək, mübahisələndirilən qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi Azərbaycan Respublikası CPM-nin 4N6.N.4, 4N6.N.22 və 4N6.2-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir.

20. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısının kassasiya protestini Azərbaycan Respublikası CPM-nin 4N9-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Şəki Apellyasiya Məhkəməsi nin Cinayət kollegiyasının N6 dekabr 2024-cü il tarixli, N-N(N07)-N7/2024 nömrəli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.

21. Cinayət işi materiallarından və apellyasiya instansiya məhkəməsinin mübahisələndirilən qərarından da görünür ki, hazırkı kassasiya protestinin dəlilləri apellyasiya instansiya məhkəməsi qarşısında da irəli sürülmüş, apellyasiya məhkəməsi cinayət işi materiallarında möbvcud olan sübutları əlaqəli şəkildə təhqiq edərək belə qənaətə gəlmişdir ki, təqsirləndirilən şəxs 09 noyabr 2003-cü ildə könüllü olaraq Şəki Şəhər-Rayon Polis Şöbəsinə gəlmiş, Ağdam Hərbi Məhkəməsinin 2N yanvar 2004-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməklə axtarış elan edilmiş, bununla əla qədar cinayət işi üzrə icraat dayandırıldığından, həmin axtarışla əlaqədar Təqsirləndirilən şəxs Rusiya Federasiyasının Tümen şəhərində gizləndiyi müəyyən edilərək onun, 30 iyun 2004- cü ildə tutulduğundan CM-in 75.3-cü maddəsinə əsasən müddətin axımı, həmin şəxsin tutulduğu, yəni 30 iyun 2004-cü il tarixdən bərpa olunur.

22. Azərbaycan Respublikası CM-in N5.3-cü maddəsində göstərilir ki, qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur.

23. Həmin Məcəllənin 75.N və 75.N.2-ci maddələrində göstərilir ki, az ağır cinayətin törədildiyi gündən yeddi il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz.

24. Həmin Məcəllənin 75.2-ci maddəsində göstərilir ki, müdd ətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Şəxs yeni cinayət törətdikdə, hər bir cinayətə görə müddət müstəqil hesablanır.

25. Həmin Məcəllənin 75.3-cü maddəsində göstərilir ki, cinayət törətmiş şəxs istintaqdan və ya məhkəmədən gizlənərsə, müddətin axımı dayanır. Bu halda müddətin axımı, həmin şəxs tutulduğu və ya könüllü gəlib təqsirini boynuna aldığı vaxtdan bərpa olunur.

26. Azərbaycan Respublikası CM-nin 334.N-ci maddəsində ağır cəza olaraq azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi il müəyyən edildiyindən törədilmiş cinayət az ağır cinayətlər kateqoriyasına aiddir.

27. Göründüyü kimi, az ağır cinayətlər üzrə cinayət məsuliyyətinə cəlb etmə müddətləri 7 il təşkil edir. Həmin müddətlər keçdikdən sonra şəxs cinayət məsuliyyəti nə cəlb oluna bilməz.

28. Qeyd olunan hallar baxımından Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsi tərəfindən CM-in 334.N-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməsi və cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi əsası ilə barəsində olan cinayət işi üzrə icraata xitam verilməsinə dair (apellyasiya instansiya məhkəməsi tərəfindən dəyişdirilmədən qüvvəsində saxlanılmış) gəlmiş olduğu nəticə qanuni və əsaslıdır, məhkəmələr tərəfindən gəlinən nəticə bu məsələnin həllində əhəmiyyət kəsb edən bütün halların tarazlı şəkildə nəzərə alınmasına əsaslanan tədbir kimi çıxış edir.

29. Hazırki kassasiya protestinin dəlilləri ilə eynilik təşkil edən dəlillər apellyasiya instansiya məhkəməsi qarşısında da irəli sürüldüyündən və apellyasiya instansiya mə hkəməsi tərəfindən hər bir sübut ayrı-ayrılıqda təhqiq edilərək qiymət verildiyindən, kollegiya apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşdığından eyni dəlilləri təkrarlamağa lüzum görmür.

30. Bütün bunlar kassasiya protestinə baxılması nəticəsində Azərbaycan Respublikası CPM-in 4N6.N.4, 4N6.N.22 və 4N6.2-ci maddələrində nəzərdə tutulmuş halların müəyyən edilmədiyini, yəni həmin müraciətin təmin edilməsi, mübahisələndirilən qərarın ləğv edilməsi üçün əsasların olmadığını göstərir.

31. Beləliklə, məhkəmə kollegiyası iclasda iştirak etmiş dövlət ittihamçısının və təqsirləndirilən şəxsin müdafiəçisinin çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya protesti təmin edilməməli, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Təqsirləndirilən şəx s barəsində olan N6 dekabr 2024-cü il tarixli, N-N(N07)N7/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

32. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 4N9.N0.Nci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 334.N-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək, cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi əsası ilə barəsində olan cinayət işi üzrə icraata xitam verilməsinə dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının N6 dekabr 2024-cü il tarixli, N-N(N07)-N7/2024 nömrəli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Kassasiya protesti təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar