Məhkəmə qərarları › İş №1-1(102)-51/2017

Ali Məhkəmə Qərar — İş №1-1(102)-51/2017

01.06.2017 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-51/2017 01.06.2017 ALİ MƏHKƏMƏ İş № 1-1(102)-51/17 Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi Kollegiyasının Q Ə R A R İ xx xxxx 2017-ci il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi Kollegiyası hakimlər Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Nəsirov İnqilab Maşallah oğlu və Əliyev Fərhad Kazım oğludan ibarət tərkibdə, Allahverdiyeva Nilgün Qəhrəman qızının katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Yusifov İlkin Fərhad oğlunun iştirakı ilə, Füzuli Hərbi Məhkəməsinin xx xxxx 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 232.2.1, 232.2.3 və 228.2.1-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum1 və qeyriləri barəsində Şirvan Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının xx xxxxxx 2015-ci tarixli qərarından Məhkum1 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq MÜƏYYƏN E T D İ: Füzuli Hərbi Məhkəməsinin xx xxxx 2015-ci il tarixli 1(097)50/2015 saylı hökmü ilə (sədrlik еdən hаkim K.S.Bəşirov, hakimlər Ə.B.Nəcəfov və A.Ə.Qasımovdan ibarət tərkibdə) xx xxxxx 1996-cı ildə Yеvlах rаyоnundа аnаdаn оlmuş, Аzərbаycаn Rеspublikаsının vətəndаşı, оrtа təhsilli, subаy, əvvəllər məhkum оlunmаmış, Yеvlах rаyоnu, Q.Quliyеv küçəsi, еv-3А, mənzil-174 ünvаnındа dаimi qеydiyyаtdа оlаn, xx.xx.2014-cü il tаriхdə Səfərbərlik v ə Hərbi Хidmətə Çаğırış üzrə Dövlət Хidmətinin Yеvlах rаyоn şöbəsi tərəfindən həqiqi hərbi хidmətə çаğırılmış, N sаylı hərbi hissənin Sаbirаbаd Filiаlının Mühаfizə və Təminаt bölüyünün əsgəri, bаrəsində həbs qətimkаn tədbiri sеçilmiş xxx AzərbaycanRespublikasıCinayət Məcəlləsinin (bundan sonra AR CM-in)232.2.1, 232.2.3 və 228.2.1-cimaddələriilətəqsirlibilinərək, AR CM-in 232.2.1 və 232.2.3-cü maddəsi ilə 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, AR CM-in 228.2.1-ci maddəsi ilə 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, AR CM-in 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq 5 (beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasınıümumi rejimlicəzaçəkməmüəssisəsindəçəkməsi müəyyən edilm işdir. Hökmlə həmçinin Məhkum3 və Məhkum2 da AR CM-in 232.2.1, 232.2.3 və 228.2.1-ci maddələri ilə təqsirli bilinərək hər biri qəti olaraq 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzalarına məhkum edilmiş, lakin hazırda onların barəsində kassasiya şikayəti və ya protesti daxil olmamışdır. İŞİN H A L L A R İ: Məhkəmənin hökmünə əsasən Məhkum1 ona görə təqsirli bilinib məhkum edilmişdir ki, o, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N sаylı hərbi hissəsinin Sabirabad rayonunun Qaratəpə kəndində yerləşən Sabirabad Filialının mühafizə və təminat bölüyünün 2-ci tağımının 2-ci manqasında atıcı vəzifəsində, əsgər hərbi rütbəsində xidmət edərkən, xx xxxxxx 2014-cü il tarixdə saat 11:15-də işçi qrupunun tərkibində Filialın 1 №-li sursat anbarında sursatların daşınması və yığılm ası üzrə xidməti vəzifələrini yerinə yetirən zaman, xx xxxxxx 2014-cü il tarixdə gecə vaxtı özünə təhkim edilmiş avtomat silaha doldurub havaya atəş açmaqla atəşfəşanlıq keçirmək niyyəti ilə 5,N mm çaplı “PS” markalı patronların talanmasını planlaşdıraraq, yaxın münasibətdə olduğu və işçi qrupuna daxil olan həmin bölüyün digər əsgərləri Məhkum3 və Məhkum2 bu haqda məlumat verib həmin cinayəti onlarla birgə törətmək barədə qabaqcadan razılaşmışdır. Həmin razılığa əsasən Məhkum1 işçi qrupunun digər üzvlərinin anbarda tapşırılan işlə məşğul olmasına görə diqqətdən kənarda qalmasından istifadə edərək, anbarın içərisində 2-ci cərgədə üst-üstə yığılan sursat yeşiklərinin arxasına keçib, orada N sаylı hərbi hissəyə məxsus, təyinatı üzrə istifadə üçün yararlı olan, döyüş sursatı hesab edilən bir ə dədinin qiyməti 0,66 manat olmaqla ümumi dəyəri 712,8 manat olan 1080 ədəd 5,N mm çaplı “PS” patronların olduğu zavod üsulu ilə qablaşdırılmış bir ədəd hermetik metal (sink) qabı gizli yolla götürüb anbarın içərisində arxa divarda yerləşən 1-ci havalandırma dəliyinin qarşısına gətirərək dəliyin içərisinə yerləşdirmiş və çöl tərəfdən həmin sink qabın götürülməsinə şərait yaratmaq üçün havalandırma dəliyinin bayıra açılan örtüyünün cəftəsini açdıqdan sonra, geri qayıdıb xidməti vəzifələrini davam etdirmişdir. Həmin gün saat 11:30-da işçi qrupuna istirahət vaxtı verilərkən öz cinayət əməlini davam etdirmək üçün əlverişli şəraitin yaranmasından istifadə edən Məhkum1 anbardan çıxıb arxa tərəfinə gedərək əvvəlcədən örtüyünü açıq saxladığı 1-ci havalandırma dəliyindən, patronlar yığılmış sink qab ı götürüb onu faktiki olaraq saxlancdan kənara çıxarmağa nail olmuş, lakin hərbi hissəyə təzə gəldiyi üçün texniki sahəyə girmək imkanı olan sursat saxlancının mühafizəsini həyata keçirən silahlı qarovul naryadına təyin olunmadığı və 2,25 metr hündürlükdə tikanlı məftillərlə hasarlanmış texniki sahədən taladığı patronları təkbaşına çıxara bilməyəcəyi üçün, patronlar olan sink qabı anbarın arxasında texniki sahədə yerləşən otluq əraziyə daşıyıb orada gizlədib saxlamış və sonradan götürülməsi üçün patronların yerini quru ot kolları ilə işarələmişdir. Daha sonra Məhkum1 cinayətin başa çatdırılması və talanmış patronları texniki sahədən çıxarıb onlara yiyələnməsi üçün eyni növbədə silahlı qarovul naryadına saatdar kimi təyin olunan və texniki sahəyə girmək imkanı olan əsgərlər Məhkum3 və Məhku m2 içərisində 1080 ədəd 5,N mm çaplı “PS” markalı patron yığılmış bir ədəd sink qabı çıxarıb texniki sahədə gizlətməsi barədə məlumat verməklə, gizlədilmiş patronların dəqiq yerini onlara izah etmişdir. Döyüş sursatını texniki sahədən çıxarmaqla talamanın başa çatdırılması və oğurlanmış patronların öz aralarında bölüşdürülməsi barədə Məhkum1la aralarında olan razılaşmaya müvafiq olaraq, əsgərlər Məhkum3 və Məhkum2 cinayətin başa çatdırılması üçün əlverişli şərait yaranmasından, yəni xx xxxxxx 2014-cü il tarixdə döyüş sursatlarının saxlanıldığı saxlancın mühafizəsinə cəlb olunmuş silahlı qarovul naryadının tərkibində saatdar kimi eyni növbədə təyin olunmalarından, digər növbələrin isə oyaq və istirahət növbəsində olmasından istifadə edərək, həmin gün saat 23:30-da saatdar qismində bir qrup şəxs tərkibində hərəkət etməklə, təyin olunmuş hərəkət marşrutundan özbaşına çıxıb qeyri-qanuni yolla, yəni çəpərin altından sürünərək texniki sahəyə daxil olub əsgər Məhkum1 gizlətdiyi həmin sink qabı otluq sahədən birlikdə götürüb 1 saylı qarovul postunun müşahidə qülləsinin yaxınlığına gətirmiş, sonra həmin yerdə Məhkum2 sink qabın örtüyünü üstündə olan, xidməti istifadə üçün verilmiş süngü bıçağı ilə açaraq, özü və Məhkum3 hər biri 30 ədəd patron götürmüş, sonra isə içərisində 1020 ədəd patron qalmış sink qabı 1 saylı qarovul postunun yanğın şitinin arxasında yerləşən kanalın kənarına gətirib, orada torpağa basdırıb gizlətmişlər. Bundan sonra, Məhkum3 və Məhkum2 taladıqları patronlardan atəş açmaqla atəşfəşanlıq keçirməyin mümkünsüz olduğunu dərk edib atəş açmaqdan imtina edərək və pat ronları üzərlərində gəzdirməkdən qorxaraq, həmin patronları xidmət apardıqları ərazidə gizlətməyi qərara almışlar. Bu məqsədlə həmin gün saat 24 radələrində Məhkum2 üstündə gəzdirdiyi 30 ədəd patronu texniki sahənin sağ tərəfində olan metal borunun içərisində, Məhkum3 isə üstündə gəzdirdiyi 30 ədəd patronu qarovul evinin arxa tərəfində olan kanalın yatağında gizlətmiş və xx xxxxxx 2015-ci il tarixdə saat 01 radələrində birlikdə növbəni təhvil verib qarovul evinə gəldikdə Məhkum1 texniki sahədən patronları çıxarıb, kanalın yatağında gizlətdikləri barədə məlumat vermişlər. Bundan sonra isə həmin patronlar xx xxxxxx 2015-ci il tarixdə saat 10 radələrində alınmış məlumat əsasında hərbi hissə komandanlığı tərəfindən aşkar olunub götürülmüşdür. Bununla da, Məhkum1 qabaqcadan əlbir olan bir qru p şəxs halında və öz qulluq mövqeyindən istifadə etməklə döyüş sursatını talamış, habelə qanunsuz olaraq əldə etmiş, saxlamış, daşımış və gəzdirmişdir. Hökmdən Məhkum1 müdafiəçisi V.Y.Quliyev, Məhkum3 və digər Məhkum2 müdafiəçisi F.S.Rüstəmov tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Hərbi kollegiyası (hakimlər: İ.H.Əhmədov (sədrlik edən və məruzəçi), K.H.Əkbərov və E.Ə.Camalovdan ibarət tərkibdə) xx xxxxxx 2015-ci il tarixli qərarı ilə apellyasiya şikayətlərini təmin etmədən, hökmü isə dəyişdirilmədən saxlamışdır. Şirvan Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının xx xxxxxx 2015-ci il tarixli qərarından Məhkum1 kassasiya şikayəti verərək qeyd olunan apellyasiya qərarının ləğv edilməsini və ona daha yüngül cəza verilməsi barədə qərar ç ıxarılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN D Ə L İ L L Ə R İ: Məhkum1 kassasiya şikayətində atasının ağır xəstə olduğunu, vərəm dispanserində, Yevlax rayon Mərkəzi Xəstəxanasında müalicə olunduğunu, anasının evdar qadın olmasını, onun bu yaxınlarda cərrahiyyə əməliyyatı keçirməsini və əmək qabiliyyətini itirməsini, ümumiyyətlə ailəsinin maddi vəziyyətinin acınacaqlı olmasını, atasının işləmədiyi üçün hətta onun yanına gələ bilmədiyini və özlərinə dərman almağa maddi imkanlarının olmamasını göstərərək apellyasiya qərarının ləğv edilməsini və ona daha yüngül cəza verilməsi barədə qərar çıxarılmasını xahiş edir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı İ.F.Yusif ovun çıxışını dinləyib hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli Şirvan Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının xx xxxxxx 2015-ci il tarixli qərarı Məhkum1 aid hissədə dəyişdirilməli, AR CMin 62-ci maddəsi tətbiq edilməklə Məhkum1 təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 2 (iki) il 6 (altı) ay müddətə endirilməlidir. HÜQUQİ M Ə S Ə L Ə L Ə R: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra AR CPM) 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiya sı məhkəmələrində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti qismən təmin edilməlidir. Cinayət işinin materiallarından müəyyən edilir ki, Məhkum1 cinayət əməlləri AR CPM-in 143146-cı maddələrinə müvafiq toplanıb tədqiq edilmiş, mötəbər və yekun nəticəyə gəlməyə imkan verən sübutların məcmusuna istinad edilməklə Füzuli Hərbi Məhkəməsinin xx xxxx 2015-ci il tarixli hökmü ilə ARCM-in 232.2.1, 232.2.3 və 228.2.1-ci maddələrinə tövsif edilmişdir. Apellyasiya instansiyası məhkəməsində məhkumların apellyasiya şikayətləri əsasında cinayət işinə baxılarkən sübutların toplanması, tədqiqi və qiymətləndirilməsində birinci instansiya məhkəməsi tərəfindən nöqsanlara yol verilib-verilmədiyi yoxlanılmış və Şirvan Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının xx xxxxxx 2015-ci il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, hökm dəyişdirilmədən saxlanılmışdır. Hazırkı kassasiya şikayətində məhkumun əməlinin hüquqi tövsifi mübahisələndirilməmiş, apellyasiya instansiyası məhkəməsinin qərarından kassasiya protesti verilməmişdir. Məhkumun kassasiya şikayətində ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının yüngülləşdirilməsi xahiş edilmişdir. Birinci ins tansiya məhkəməsinin hökmündən görünür ki, Məhkum1 cəza təyin edilən zaman onun ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsi, əməlindən səmimi peşmançılıq hissi keçirməsi, xidməti xasiyyətnaməsində müsbət xarakterizə olunması cəzanı yüngülləşdirən hallar kimi nəzərə alınmış, cəzanı ağırlaşdıran halların isə olmaması qeyd olunmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, birinci və apellyasiya instansiyası məhkəmələri cinayət törədildikdən sonra oğurlanmış 1080 ədəd 5,N mm “PS” patronlarının hərbi hissənin anbarına təhvil verilməsinə baxmayaraq, bu faktı Məhkum1 davranışı ilə bağlı müstəsna hal kimi qiymətləndirməmişlər. Halbuki, Məhkum1 cinayət törətdikdən sonra belə davranışı onun törətdiyi cinayət əməllərinin nəticələrindən səmimi peşmançılıq keçirməsinə, bu nəticələri aradan qaldırmaq üçün mümkün olan imkanlarından istifadə etməsinə, yəni törətdiyi əməli etiraf etməsi, cinayətin açılmasına fəal köməklik etməsi, onun islah yoluna düşməsinə dəlalət edən hallar olmaqla, cəzanın məhkumun islah edilməsi məqsədi barədə qanunda nəzərdə tutulmuş tələblərə uyğun hərəkətlərdir. Bundan başqa cinayət işi üzrə zərər çəkmiş şəxsin nümayəndəsinin ifadəsində göstərilən hallar yəni, Məhkum1 və qeyrilərinə qarşı hər hansı mülki iddia və tələbin olmaması, patronların isə istifadəyə tam yararlı vəziyyətdə aşkar edilərək geri qaytarılması və digər hallar AR CM-in 62.1-ci maddəsində nəzərdə tutulmuş müstəsna hallara uyğundur və ona görə də ona cəza təyin edilməsində bu qanunun müddəaları tətbiq edilməlidir. Belə ki, AR CM-in 62.1-ci maddəsinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayə tin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Həmin məcəllənin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törə dilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. AR CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.3-cü maddəsinə əsasən isə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli, 4 nömrəli Qərarının 1-c i bəndində göstərilir: “Məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər”. Həmin Qərarın 2-ci bəndində əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, AR CM-nin 59.2-ci maddəsinin tələblərinə əsasən cəza təyin edilərkən həmin Məcəllənin 59.1.1-59.1.10-cu maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Cinayət işinin materiallarından göründüyü kimi, Məhkum1 ilk dəfədir ki, cinayət törətmiş, tö rətdiyi əməli etiraf etmiş, cinayətin açılmasına fəal köməklik göstərmiş və özünü təqsirli bilərək əməlindən peşman olduğunu bildirmişdir. Bundan əlavə, onun əməlində cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli, cəmiyyətin maraqlarının açıq-aşkar tələb etməsinə xüsusi göstərişlərin mövcudluğu nöqteyi-nəzərindən qiymətləndirilməlidir. Cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.0.21-ci maddəsinə əsasən məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kas sasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, Məhkum1 təqsirli bilindiyi AR CM-in 232.2.1, 232.2.3 və 228.2.1 maddələri ilə ona təyin edilmiş 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasının müddəti AR CM-in 62-ci maddəsi tətbiq edilməklə 2 (iki) il 6 (altı) ay müddətə endirilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.4-cü maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi kollegiyası, QƏRARA A L D İ: Məhkum1 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. ŞirvanApellyasiyaMəhkəməsininHərbikollegiyasının xx xxxxxx 2015-ci il tarixliqərarıMəhk um1 cəza təyini hissəsində dəyişdirilsin. Məhkum1 AR CM-in 232.2.1 və 232.2.3-cü maddələri ilə təyin edilmiş 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasının müddəti AR CM-in 62-ci maddəsi tətbiq olunmaqla 2 (iki) il müddətinə, 228.2.1-ci maddəsi ilə 3 (üç) il müddətinə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti isə AR CM-in 62-ci maddəsi tətbiq olunmaqla 1 (bir) il müddətinə endirilsin. AR CM-in 66.3-cü maddəsinə əsasən Məhkum1 təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə onun üzərində qəti olaraq 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Qərar qalan hissəsi dəyişdirilmədən saxlanılsın. Sədrlik edən: Hakimlər: İlqar Qılıcov İnqilab Nəsirov Fərhad Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar