Məhkəmə qərarları › İş №1-1(102)-51/2022

Ali Məhkəmə Qərar — İş №1-1(102)-51/2022

13.07.2022 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-51/2022 13.07.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Kazımov Tahir Lələkişi oğlu və Seyidov Əziz Cəfər oğlundan ibarət tərkibdə, Qurbanov Emin Eyvaz oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun, Zərərçəkmiş şəxsin hüquqi varisi - X4, Zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi – fərdi qaydada fəaliyyət göstərən vəkil Mu stafayev Əsabəli Qurban oğlunun iştirakları ilə, Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsinin 01 oktyabr 2021-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 329.2.1-ci maddəsi ilə məhkum olunmasına dair cinayət işi üzrə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 09 dekabr 2021-ci il tarixli qərarından zərərçəkmiş şəxsin hüquqi varisi X4 nümayəndəsi – vəkil Mustafayev Əsabəli Qurban oğlu tərəfindən və Məhkum müdafiəçisi Ələsgərov Hafiz Zakir oğlu tərəfindən verilmiş kassasiya şikayətlərinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsinin (sədrlik edən İ.S.İbrahimov) 01 oktyabr 2021-ci il tarixli hökmü ilə xx xxx 1994-cü ildə Astara rayonunun Şiyəkəran kəndində anadan olmuş, Azərbaycan Respublikasının vət əndaşı, subay, ali hərbi təhsilli, əvvəllər məhkum olunmayan, Astara rayonunun Şiyəkəran kəndində daimi qeydiyyatda olan, N №-li hərbi hissədə tağım komandiri vəzifəsində xidmət etmiş Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.2.1-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilərək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz olunması və onun məhkəmə zalından həbsə alınması, cəza çəkmə müddətinin əvvəlinin 01 oktyabr 2021-ci il tarixdən hesablanması hökm edilmişdir. Hökmdən məhkumun müdafiəçisi Ələsgərov Hafiz Zakir oğlu və zərərçəkmiş şəxsin hüquqi varisi X6 tərəfindən verilmiş apell yasiya şikayətlərinə əsasən işə baxan Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının (Qurbanov Yusifəli Süleyman oğlunun sədrliyi (məruzəsi) ilə, hakimlər Quliyev Vüqar Kərim oğlu və Allahverdiyev Mehman Dünyamalı oğlundan ibarət tərkibdə) 09 dekabr 2021-ci il tarixli qərarı ilə apellasiya şikayətləri təmin edilməmiş, Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsinin 01 oktyabr 2021-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, “8 NoyabrZəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli 395-VİQR nömrəli Qərarının 9.2.3 və 9.3-cü bəndləri tətbiq edilməklə Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin 01 oktyabr 2021-ci il tarixli 1-1(092)-20/2021 nömrəli hökmü ilə Məhkum təyin edilmiş 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsi 6 (altı) ay azaldılmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 09 dekabr 2021-ci il tarixli qərarından zərərçəkmiş şəxsin hüquqi varisi X4 nümayəndəsi – vəkil Mustafayev Əsabəli Qurban oğlu tərəfindən və Məhkum müdafiəçisi Ələsgərov Hafiz Zakir oğlu tərəfindən kassasiya şikayətləri verilmişdir. İŞİN HALLARİ: Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsinin 01 oktyabr 2021-ci il tarixli hökmü ilə Məhkum təqsirli bilinib məhkum edilmişdir, ona görə ki, o, N №-li hərbi hissənin 5-ci taborunun 17-ci bölüyünün 3-cü taqımın komandiri vəzifəsində xidmət edərkən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 38-ci maddəsində göstərilən "hərbi qulluqçular b ir-birinə münasibətdə həmişə nəzakətli və təmkinli olmalıdırlar" və 47-ci maddəsində göstərilən "komandir (rəis)... tabeliyində olanlara rəğbət və ehtiram göstərməli, qayğılarına qalmalı, kobudluq və onların şəxsi ləyaqətini alçalda biləcək hərəkətlər etməməlidir" tələblərini pozaraq 2021-ci ilin mart ayının əvvəllərində, saat 12 radələrində əsgər yoldaşı ilə mübahisə etməsi səbəbindən yataqxananın qarşısında öz tabeliyində olan əsgər X7 yaxasından yapışıb sifətinə sillə zərbələri vurmaqla, təkrarən 2021-ci ilin mart ayının ortalarında, saat 15 radələrində fincanında manqa komandirinin çay içməsinə etirazını bildirməsi səbəbindən yataqxanada ona qarşı nalayiq ifadə işlədib qulağından tutaraq sifət və boyun nahiyəsinə sillə zərbələri vurmaqla, 2021-ci ilin mart ayının sonlarında, saat 23 ra dələrində bölük komandirinin şəxsi heyətlə iş üzrə müavininin yataqxanada səs salaraq onu yatmağa qoymamasını bildirməsi səbəbindən zabitə hörmətsizlik etdiyini bəhanə edərək qolundan tutub yeməkxanaya apararaq orada sifətinə sillə zərbəsi vurmaqla hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı rəis kimi öz tabeliyində olan şəxsə qarşı təkrar zor tətbiq etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Zərərçəkmiş şəxsin hüquqi varisi X4 nümayəndəsi – vəkil Mustafayev Əsabəli Qurban oğlu tərəfindən verilmiş kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin qərarı ədalətsiz və qanunsuz olduğundan ləğv edilməli və işin yenidən araşdırılması üçün iş ibtidai istintaqa nəzarət edən prokurorluğa qaytarılmalıdır. Belə ki, rəsmi versiyaya görə A.İsmayılov xidmətdə olarkən ona təhkim edilmiş avtomat silahdan atəş açaraq özünü öldürmüşdür. İstintaq orqanı fakt üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə cinayət işi başlayıb. Daha sonra iki hərbçi-baş leytenant Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.2.1-ci və müddətli əsgər X8 isə 332.3-cü maddələrilə cinayət məsuliyyətinə cəlb olundular, ittihama görə zərərçəkmiş şəxsin komandiri baş leytenant Məhkum tabeliyində olası əsgər X9 bir neçə dəfə döymüş və təhqir etmişdir. Zərərçəkmiş şəxslər birgə xidmət edən əsgər X8 həmin maddə ilə təqsirli bilinərək məhkum olunmuşdur. Hər iki təqsirləndirilən şəxs barədə cinayət işlərinin istintaqı və məhkəmə baxışları ayn-ayrılıqda aparılmışdır. Birinci instansiya məhkəməsind ə hər iki cinayət işi eyni hakim tərəfindən baxılmışdır. Çıxarılmış hökmlərə əsasən Məhkum 2 il 6 ay, X10 isə 5 il müddətinə azadlıqdan məhrum olunmuşlar. İstintaqın ilk gönündən və sonradan məhkəmə proseslərində zərərçəkmişin hüquqi varisi oğlunun ölümü barədə rəsmi versiyanı israrla rədd edirdi. Onun rəyinə görə oğlu özünə qəsd etməmiş, istintaqa cəlb olunmamış şəxs tərəfindən qəsd nəticəsində qətlə yetirilmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi əsaslı ehtimallarına görə aparılmış istintaq və məhkəmə araşdırılmaları həmin qəsdin ört-basdır olunmasına yönəlmişdir. Zərərçəkmiş tərəfinin şikayət və vəsatətlərində təqdim etdikləri sübutların və arqumentlərin böyük qisminin istintaq və məhkəmələr tərəfindən araşdırılmaması bu ehtimalların əsaslı olmasını bir daha nümayış etdirmişdir. Zərərçə kmişin hüquqi varisinin məhkəmələrdən bu işlər üzrə icraata xitam verilməsi barədə tələbləri də ibtidai istintaqın təzələnməsi və onun obyektiv aparilması, oğlunun ölümündə həqiqətən də təqsirli olan şəxslərin müəyyən olunaraq məsuliyyətə cəlb edilməsi məqsədi daşıyırdı. Lakin hazırkı işə baxmış məhkəmələr, o cümlədən apellyasiya instansiyası məhkəməsi zərərçəkmişin hüquqi varisinin bu tələblərini təmin etməmiş, yalnız ittiham tərəfinin iddialarını əsas götürərək onlar əsasında qərarlar qəbul etmişdirlər. Məhkəmə baxışı zamanı sadalanan sübutlar tədqiq olunarkən müəyyən edilmişdir ki, istintaq orqanı tərəfindən işin həqiqi halları və həqiqət tam araşdırılmamış və cinayət işin materialları ilə apellyasiya şikayətində göstərilən dəlillər ziddiyət təşkil etməsinə baxmayaraq apellyasiya icraat ı zamanı işin həqiqi halları tam araşdırılmamışdır. Odur ki, göstərilənləri nəzərə alaraq, Apellyasiya Məhkəməsinin qərarını ləğv etməklə, cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Məhkum müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkum heç bir cinayət əməli törətmədiyi halda əsassız və qanunsuz olaraq ittiham edilərək təqsirli bilinib məhkum edilmişdir. Belə ki, Məhkum elan edilmiş ittiham istər ibtidai istintaq zamanı toplanmış, istərsə də, məhkəmə istintaqı zamanı tədqiq edilmiş kifayət qədər sübutlarla öz təsdiqini tapmamış, hüquqları ibtidai istintaq orqanı və birinci instansiya məhkəməsi tərəfindən kobud şəkildə pozulmuş, faktiki olaraq Məhkum istinad edilən cinayət əməlinə görə birinci instansiya məhkəməsi, eləcə də apellyasiya i nstansiyası məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilməmiş, bu da onun barəsində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməklə ittiham hökmünün çıxarılması ilə nəticələnmişdir. Məhkum saxlanıldığı cəzaçəkmə müəssisəsində konfidensial ünsiyyət zamanı mərhum əsgər X13 ilə hər zaman normal münasibətlərdə olmuş, tabeliyində olan əsgər kimi həmişə qayğı ilə yanaşmışdır. Mərhum əsgər Aqil İsmayılovun əsgər yoldaşlarından bəziləri ilə aralarında mübahisələr yaşayanda həmin mübahisələri Daxili Xidmət Nizamnaməsi çərçivəsində həll etməyə çalışmış, onların hər biri ilə ayrılıqda söhbət edərək bəzən məsləhətlər, bəzən isə böyük kimi nəsihətlər vermişdir. Həmçinin, mərhum əsgər xidmət zamanı qarşılaşdığı qanun pozuntuları ilə bağlı, habelə özünə qarşı baş vermiş hər hansı bir hüquq pozuntusu ilə bağlı yuxarı komandanlığa heç bir şikayət bildirməmişdir. Odur ki, göstərilənləri nəzərə alaraq, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının qərarını ləğv etməklə barəsində olan cinayət işinə bəraətverici əsaslarla xitam verilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi Ə.Q.Mustafayev çıxış edərək, məhkəmələrin nəticəyə gələrkən məhkəmə çəkişməsi prinsipinə riayət etmədiyini, ittiham aktında ittihamı təsdiq edə biləcək şahidlərin məhkəmədə ifadələrinə müraciət olunmadığını, qanunvericiliyə əsasən məhkəmələrin yalnız özünün tədqiq etdiyi sübutlar əsasında qərar qəbul etməli olduğunu və səbəbdən də burada böyük prosessual pozuntunun olduğunu, meyitin üzərində müayinə ekspertizasının aparıl masında boşluqların olduğunu, tərəflərindən verilmiş bir çox haqlı vəsatətlərin məhkəmələr tərəfindən təmin olunmadığını bildirib məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsini, tərəflərindən verilmiş kassasiya şikayətinin isə təmin olunmasını və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 09 dekabr 2021-ci il tarixli qərarının ləğv edilərək cinayət işi üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində zərərçəkmiş şəxsin hüquqi varisi A.İ.İsmayılov çıxış edərək, Məhkum bu qətl hadisəsini törədənlərdən biri olduğunu, oğlunun özünə qəsd etmədiyini cəsədin yerə yıxılma formasından, güllənin bədəndə yaratdığı izlərdən görsəndiyini bildirib, məhkumun müdafiəçisi tərəfindən verilm iş kassasiya şikayətinin təmin edilməməsini, nümayəndəsi tərəfindən verilmiş kassasiya şikayətinin isə təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlu çıxış edərək kassasiya şikayətlərinin dəlilərinin əsassız olduğunu, cinayət əməlinin məhkum tərəfindən törədilməsinin tam təsdiq olunduğunu bildirib, apellyasiya məhkəməsinin qərarının ləğvi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərərək, apellyasiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını və kassasiya şikayətinin təmin edilməməsini xahiş etdi. HÜQUQİ MƏSƏL ƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normal arın tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətlərinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində məhkumun təqsirsiz olduğu halda məhkəmələr tərəfindən barəsində qanunsuz və ədalətsiz qərarlar qəbul edildiyi və nəticədə sübutetməyə dair maddi və prosessual normaların pozulduğu iddia edilmiş, bununla da məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.6-cı maddəsində (məhkəmə cinayət tərkibinin əlamətləri olmadan ittiham hökmü çıxardıqda) nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Həmçinin, zərərçəkmiş şəxsin qanuni nümayəndəsi tərəfindən verilmiş kassasiya şikayəti ndə Məhkum təqsirsiz olduğu halda məhkəmələr tərəfindən onun barəsində qanunsuz və ədalətsiz qərarlar qəbul edildiyi, təqsirli olan şəxsin müəyyən edilmədiyini və nəticədə sübutetməyə dair maddi və prosessual normaların pozulduğu iddia edilmiş, bununla da məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.2-cı maddəsində (məhkəmə bu Məcəllənin 143 - 146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə) nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətlərini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri hesab edir və bu müraciətlə əlaqədar Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 09 dekabr 2021-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq aşağıdakı xüsusatları qeyd edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətlərinin dəlillərini müzakirə edərək, tərəflərin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayətləri təmin edilmədən, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 09 dekabr 2021-ci il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır ”. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməllərin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrinin dispozisiyaları ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbayc an Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Birinci instansiya məhkəməsinin hökmü və apellyasiya məhkəməsini qərarı ilə Məhkum olunduğu Azərbaycan Respublikası CM-nin 329.2.1-ci maddəsinin dispozisiyası təkrarən hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı və ya belə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar rəisin öz tabeliyində olan şəxsə zor tətbiq etmə kimi müəyyən edilmişdir. Birinci instansiya məhkəm əsinin hökmündən və apellyasiya məhkəməsinin qərarından görünür ki, Məhkum verilmiş tabelikdə olan hərbi qulluqçuya qarşı zorakı hərəkətlər etmə ilə bağlı ittiham birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş məhkumun və zərərçəkmiş şəxsin hüquqi varisinin ifadəsi, şahidlərin ifadələri və digər iş materialları ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146 maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin bunlara dair gəldiyi nəticə ilə razılaşmışdır. Məhkum əməlinə hüquqi qiymət verilməsi məsələsinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, həmin əməl Azərbaycan Respublikası CM-nin 329.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaratdığı, bu cinayətin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddə ilə tövsif edilmişdir. Məhkumun müdafiəçisi və zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi tərəfindən verilmiş kassasiya şikayətlərində apellyasiya məhkəməsinin qərarını ləğv etməklə cinayət işinin icraatına xitam verilməli olduğu, məhkuma bəraət verilməli olduğu, həmçinin cinayət törətmiş şəxsin müəyyən edilmədiyi iddia edilir. Belə ki, istintaq zamanı, eləcə də məhkəmə istintaqı zamanı dindirilmiş Məhkum ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2021-ci ilin fevral ayının sonlarında əsgər Aqil İsmayılovla əsgər Şahid2 arasında mübahisə olduğuna görə mart ayının əvvəllərində saat 12 radələrində postun əsgərlərini yataqxananın qarşısında düzərək A.İsmayılovun yaxasından yapışmış, 2021-ci ilin mart ayının ortalarında A.İsmayılova evlərindən göndərilmiş fincanda manqa komandirinə çay verilərkən fincanı onun qabağından götürdüyünə görə A.İsmayılovu yataqxanada yanına çağırıb danlayaraq qulağından yapışıb etdiyi hərəkətin tərbiyəsizlik olduğunu bildirərək onun çiyni ilə boynunun birləşdiyi yerdən 2 dəfə əlinin içi ilə vurmuş, həmin vaxt A.İsmayılon yataqxanadan çıxıb qaçdığına görə onun arxasınca gedib onunla söhbət etmiş, 2021-ci ilin mart ayının sonlarında posta gəlmiş bölük komandirinin şəxsi heyət üzrə müavini baş leytenant Ü.Hüseynov “yat” komandasından sonra yataqxanada onunla söhbət edərkən ucadan danışıb güldüyünə görə Aqil İsmayılovun yata bilməyib yeməkxanaya getməsi barədə ona məlumat verilmiş, buna görə yataqxanaya çağırılan A.İsmayılov baş leytenant Ü.Hüseynova onun səsindən yata bilmədiyini dediyinə görə onun qolundan tutub yeməkxanaya aparmış, orada ondan niyə sifət etdiyinin soruşduqda heç nə deməmiş, bundan sonra Ü.Hüseynovun yeməkxanaya gəlib əsgərlə özünün söhbət edəcəyini dediyinə görə oradan çıxıb getmiş, onlar orada qalıb söhbət etdikdən sonra A.İsmayılov gəlib yataqxanada yatmış, etdiyi hərəkətlərə görə peşman olmuşdur. Beləliklə, işdən göründüyü kimi Məhkum təqsiri məhkəmədə dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlər Şahid1, Şahid7, Şahid5, Şahid6, Şahid2, Şahid3, Şahid4 ifadələri ilə təsdiq edilir. Qeyd olunanlara əsasən, kasasiya şikayətlərinin dəlillərini iş materialları il ə birgə tədqiq edən məhkəmə kollegiyası hesab edir ki, Məhkum tabelikdə olan hərbi qulluqçuya qarşı zorakı hərəkətlər etməsi hər iki məhkəmə instansiyasında tədqiq olunmuş mötəbər, bir-birilə uzlaşan sübutların məcmusu ilə tam təsdiq olunur. Eyni zamanda kassasiya şikayətində mərhum əsgər xidmət zamanı qarşılaşdığı qanun pozuntuları ilə bağlı, habelə özünə qarşı baş vermiş hər hansi bir hüquq pozuntusu ilə bağlı yuxarı komandanlığa heç bir şikayət bildirməməsi qeyd edilmişdir. Həmin dəlillə bağlı kollegiya qeyd edir ki, bununla əlaqədar yuxarı komandanlığa müraciət edilməməsi həmin halların mövcud olmaması kimi qiymətləndirilə bilməz Məhkum ona hökmlə istinad edilən (apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı), cinayət əməlini törətməsi kassasiya şikayətində iddia olunanın əksinə olaraq birinci instansiya məhkəməsində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 33, 125, 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Həmin dəlillər məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması zamanı apellyasiya məhkəməsi tərəfindən də yoxlanılmış, məhkəmə həmin dəlillərin (onların üzərində qurulmuş iddiaların) baxılmış sübutların məcmusu ilə və digər materiallarla təkzib olunması haqqında nəticəyə gələrək birinci instansiya məhkəməsinin ittihamın sübuta yetirilməsi ilə bağlı gəldiyi nəticə ilə razılaşmışdır. Apellyasiya məhkəmə kollegiyası belə qənaətə gələrkən Azərbaycan Respublikası CPM-nin 146.1-ci maddəsinin tələbinə əsaslanmışdır. Həmin n ormada göstərilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiyası işdə olan sübutları bir daha təhlil edərək hesab edir ki, onlar Məhkum təqsirinin təsdiq edildiyi barədə yekun nəticəyə gəlməyə imkan verir. Məhkəmələrin yekun nəticəyə gəlməsi üçün kifayət hesab etdiyi mötəbər, mümkün və birbirini tamamlayan sübutl ar birinci instansiya məhkəməsinin hökmündə və apellyasiya məhkəməsinin qərarında ətraflı şərh edildiyindən kassasiya məhkəmə kollegiyası həmin sübutları təkrarən sadalamağa zərurət görmür. Zərərçəkmiş şəxsin hüquqi varisi X4 nümayəndəsinin kassasiya şikayətindən görünür ki, onun irəli sürdüyü bütün iddialar Aqil İsmayılovun özünə qəsd etməməsi, istintaqa cəlb olunmamış şəxs tərəfindən qəsd nəticəsində qətlə yetirilməsi, eyni zamanda şikayətdə qeyd edilənlərin əksinə olaraq kassasiya məhkəmə baxışı zamanı A.İ.İsmayılov çıxışında oğlunun qətlinin səbəbkarının həmçinin Məhkum olması barədə ziddiyyətli dəlillərin üzərində qurulmaqla məhkəmə baxışının hədlərinə dair Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinin müəyyən etdiyi hüdudlardan açıqaşkar kənara çıxır. Be lə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Qeyd olunan normaların tələblərinə və Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə, istər birinci və apellyasiya instansiyası məhkəmələri, istərsə də kassasiya instansiyası məhkəməsi ittihamın hüdudlarından kənara çıxmaq, barəsində ittiham irəli sürülməyən, araşdırma aparmaq səlahiyyətində deyillər və bu səbəbdən də cinayətin məhkəməyə verilən (barəsində ittiham irəli sürülən) şəxsin deyil, digərinin törətməsi barədə dəlillərdən çıxış etməklə baxılan (məhkəmə baxışının p redmetini təşkil edən) ittihama münasibətini müəyyənləşdirə, belə dəlilləri qərarlarının motivlərini formalaşdıran əsaslar kimi nəzərdən keçirə bilməzlər. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətində göstərilmiş qeyd edilən cinayətin məhkum tərəfindən deyil başqa şəxs tərəfindən törədilməsi, ümumiiyətlə zərərçəkmişin digər şəxslər tərəfindən öldürülməsinə dair dəlilləri və bu dəlillər üzərində qurulmuş kassasiya tələblərini əsaslı dəlil və tələblər kimi nəzərdən keçirməkdən imtina edir. Müdafiə tərəfinin kassasiya şikayətində məhkuma bəraət verilməli olduğu iddia olunur. Şəxsə bəraət verilməsi ilə bağlı məsələlər Azərbaycan Respublikası CPM-nin 42ci maddəsi ilə tənzimlənir. Həmin normada (CPM-nin 42.1-ci maddəsində) nəzərdə tutulmuşdur ki, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü cinayət hadisəsi olmadıqda; əməldə cinayət tərkibi olmadıqda; cinayətin törədilməsinə aidiyyəti olmadıqda; təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır. Sübutların bu normanın tələbləri və kassasiya şikayətinin dəlilləri baxımından təhlili göstərir ki, həmin normada sadalanan, Məhkum bəraət verilməsinə əsas verən hallar iş üzrə mövcud deyildir. Kassasiya şikayətində göstərilənlərdən deyil, məhz məhkəmələr tərəfindən müəyyən edilmiş faktiki hallardan çıxış etmək barədə kollegiyanın qənaəti ondan irəli gəlir ki, bu şikayətin dəlilləri ilə eyni məzmunda olan dəlillər məhkumun müdafiəçisi tərəfindən apellyasiya məhkəməsi qarşısında da irəli sürülmüş və apellyasiya məhkəməsi həmin dəlillərlə əlaq ədar birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgün olubolmamasını yoxlayıb sübutlar və sübutetmə, eləcə də cinayətin epizodlarını təşkil edən faktiki halların müəyyən edilməsi məsələlərində hər hansı bir pozuntu aşkar etməmiş, Məhkum hazırki qərarın “İşin halları” bölməsində təsvir edilmiş hərəkətlərindən, eyni zamanda, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.2.1-ci maddəsinin dispozisiyasından və cinayət qanununun ümumi hissəsinin müddəalarından çıxış edərək, Məhkum hərəkətlərində Cinayət Məcəlləsinin 329.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkibinin olması, bu maddə ilə onun təqsirli bilinməsini və cəzalandırılmasını istisna edən halların, o cümlədən CPM-in 42.1-ci maddəsində təsbit edilmiş əsasların olmaması haqqında nəticəyə gəlmişdir. Kassasiya şikayətl ərində cinayət və cinayət prosessual qanununun normalarına istinad edilsə də, məhkəmə kollegiyasının qənaətinə görə həmin normaların tələbləri pozulmamış, apellyasiya məhkəməsinin qərarı həmin normalarla ziddiyyət təşkil etmir. Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPMnin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətlərinin dəlilləri isə əsassızdır. Cəza məsələsini müzakirə edən kassasiya məhkəmə kollegiyası hesab edir ki, apelyasiya məhkəməsi tərəfindən Məhkum cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, c əzasını yüngülləşdirən hallar, cəzasını ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə uyğun cəza təyin edilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə məhkəmələr tərəfindən Məhkum islah olunması məqsədini və Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPMnin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətlərinin dəlilləri isə əsassızdır. Azərbaycan Respublikası Cinayət Prosessu al Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Bütün bunları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, məhkum müdafiəçisi və zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi tərəfindən verilmiş kassasiya şikayətləri isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Zərərçəkmiş şəxsin hüquqi varisi X4 nümayəndəsi – vəkil Mustafayev Əsabəli Qurban oğlu tərəfindən və Məhkum müdafiəçisi Ələsgərov Hafiz Zakir oğlu tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməsin. Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsinin 01 oktyabr 2021-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.2.1-ci maddəsi ilə məhkum olunmasına dair cinayət işi üzrə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 09 dekabr 2021-ci il tarixli qərarı kassasiya şikayətlərinə əsasən dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar