Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-51/2023 19.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun iştirakı ilə, Tərtər Hərbi Məhkəməsinin 26 iyul 2022-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 128, 331.3 (01 iyun 2020-ci il tarixədək qüvvədə olmuş) və 341.1-ci (01 iyun 2020-ci il tarixədək qüvvədə olmuş redaksiyada) maddələri ilə elan olunmuş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyindən bəraət verilməsinə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 noyabr 2022-ci il tarixli hökmü ilə isə Məhkum CM-nin 341.1-ci maddəsi ilə bəraət verilməsinə və CM-nin 128 və 329.1-ci maddələri ilə təqsirli bilinərək məhkum edilməsinə dair cinayət işi üzrə apellyasiya instansiyası məhkəməsinin həmin hökmündən dövlət ittihamçısı Almazov Ramin Pənah oğlu tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Tərtər Hərbi Məhkəməsinin 26 iyul 2022-ci il tarixli hökmü ilə (sədrlik edən haki m Əzizov Sevindik Əziz oğlu) Məhkum, xx xxxxxx 1977-ci il tarixdə Astara rayonunun Ərçivan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, Astara rayonunun Ərçivan qəsəbəsində daimi qeydiyyatda olan, N nömrəli hərbi hissənin sabiq hərbi qulluqçusu, həmin hərbi hissədə Zenit-Raket Artilleriya Batareyasının baş çavuşu vəzifəsində baş gizir hərbi rütbəsində xidmət etmiş, CM-nin 128, 01 iyun 2020-ci il tarixədək qüvvədə olmuş 331.3 və 341.1-ci (01 iyun 2020-ci il tarixədək qüvvədə olmuş redaksiyada) maddələri ilə elan olunmuş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyinə görə bəraət verilmişdir. İşin halları: İbtidai araşdırma orqanı tərəfindən Məhkum qarşı CM-nin 128, 331.3 (01 iyun 2020-ci il tarixədək qüvvədə olmuş) və 341.1 -ci (01 iyun 2020-ci il tarixədək qüvvədə olmuş redaksiyada) maddələri ilə ittiham irəli sürülmüşdür ona görə ki, o, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin Ağcabədi rayonunun Minəxorlu kəndinin ərazisində yerləşən Zenit-Raket Artilleriya Batareyasının baş çavuşu vəzifəsində, baş gizir hərbi rütbəsində həqiqi hərbi xidmətdə olarkən, 18-20 noyabr 2018-ci il tarixləri aralığında nahar yeməyindən əvvəl batareyanın əsgər yataqxanasının içərisində onun tərəfindən verilmiş tapşırığı icra edərək təmizlik işləri ilə məşğul olan həmin batareyanın 1 -ci tağımının 4-cü manqasının tuşlayıcısı, əsgər X9 yanına çağırıb heç bir səbəb olmadan Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 47-ci maddəsində göstərilmiş "Komandir tabeliyində olanlara hörmət və ehtiram göstə rməli, qayğılarına qalmalı, kobudluq və onların şəxsi ləyaqətlərini alçalda biləcək hərəkətlər etməməlidir, o, Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına, hərbi andın, hərbi nizamnamələrin tələblərinə və vəzifə borcuna əməl etməklə tabeliyindəkilər üçün nümunə olmalıdır" tələblərini pozaraq hər iki əli ilə əsgər X8nin qulaqlarını sıxıb ovuşdurmaqla ona fiziki ağrı ilə müşayiət olunan işgəncə verib sonuncuya ağırlıq dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, sağlamlığa yüngül zərər vumaya aid "Sağ qulaq seyvanının hematoması" xəsarətini yetirməklə qəsdən sağlamlığına yüngül zərər vurmuş və bundan sonra nahar yeməyindən əvvəl əsgər X8 ona yaxınlaşıb sağ qulağının bərk ağrıdığını və şişdiyini, sağ qulağının sınmasından narahat olduğunu bildirdikdə, Məhkum rə is heyətindən olan vəzifəli şəxs kimi tabeliyində olan əsgər X8nin müayinə və müalicəsi üçün tədbirlər görməli və faktla bağlı araşdırmanın təyin olunmasını təmin etməli olduğu halda, Azərbaycan Respublikası Müdafiə Nazirinin 16 may 2014-cü il tarixli, 26 N°-li qərarının 2.7-ci bəndinin "Xidməti araşdırmaların aparılması üçün səbəb olmuş hallar aşkar edildikdən (məlum olduqdan) sonra 24 saatdan gec olmayaraq xidməti araşdırma təyin olunur" tələblərini pozaraq digər şəxsi marağa, yəni əsgər X8nin sağlamlığına zərər vurduğunu gizlətmək məqsədi ilə ona "Boş şeydir, hava dolub keçib gedəcək, mən özüm döyüşdə olmuşam, mənim də qulağım sınıb, mən bilirəm qulaq sınması necə olur, sənin qulağın sınmayıb" deyərək onun müayinə və müalicəsi, eləcə də xəsarət alması faktı ilə bağlı araşdırma təyin olu nması üçün zəruri tədbirlər görməyərək hakimiyyətdən qəsdən istifadə etməmişdir. Yuxarıda qeyd olunduğu kimi, Məhkum həmin ittiham üzrə təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə birinci instansiya məhkəməsi tərəfindən onun barəsində bəraət hökmü çıxarılmışdır. Hökmdən dövlət ittihamçısı Orucov Azad Talıb oğlu tərəfindən verilmiş apellyasiya protestinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Bağırov Məhəmməd Ənvər oğlu (sədrlik edən və məruzəçi), Əhmədov İsmayıl Həmid oğlu və Əliyev Elşad İbiş oğlundan ibarət tərkibdə) 16 noyabr 2022-ci il tarixli hökmü ilə apellyasiya protesti qismən təmin edilmiş Tərtər Hərbi Məhkəməsinin 26 iyul 2022-ci il tarixli hökmü ləğv olunmuş, Məhkum əməlində cinayət tərkibi olmadığına görə CM-nin 341.1-ci maddəsi i lə irəli sürülmüş ittiham üzrə Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin (bundan sonra mətndə CPM-nin) 42.1.2-ci maddəsinə əsasən bəraət verilmiş, o, CM-nin 128, 329.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinmiş, lakin CPM-nin 39.1.3-cü maddəsində göstərilən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdiyindən CPM-nin 44.2.1-ci maddəsinə əsasən həmin maddələr üzrə ona cəza təyin edilməmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 noyabr 2022-ci il tarixli hökmündən dövləti itihamçısı Almazov Ramin Pənah oğlu kassasiya protesti verərək həmin hökmün ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına təyin olunmasını xahiş etmişdir. Kassasiya protestinin dəlilləri: Kassasiya protestində əsasən Məhkum qarşı irəli sürülmüş ittihama, iş üzrə toplanmış və məhkəmə iclaslarında aradırılmış sübutlara, qəbul edilmiş yekun məhkəmə aktlarına, Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə, CPM-nin bir sıra normalarına istinad edərək işin faktiki hallarını mübahisələndirən dövlət ittihamçısı R.P.Almazov kassasiya protestini belə əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən yeni hökm çıxarılarkən sübutlar CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilməmiş, Məhkum qarşı irəli sürülmüş ittiham üzrə cinayət əməllərini törətməsinin sübuta yetirilməsinə baxmayaraq ona əsassız olaraq CMnin 341.1-ci maddəsi ilə bəraət verilmiş, onun əməli isə CM-nin 329.1-ci maddəsi ilə düzgün tövsif edilməmişdir. Dövlət ittihamçısının mövqeyinə görə, Məhkum zərər çəkmiş şəxs X8yə qarşı işgəncə verməklə zor tətbiq etməsi araşdırılmış sübutlarla tam təsdiq edilir və CM-nin 329.2.6-cı maddəsinin müddəaları belə əməllərin məhz həmin maddə ilə tövsif edilməsini nəzərdə tutur. Lakin apellyasiya instansiyası əsassız olaraq CM-nin 293cü maddəsinin “Qeyd” hissəsinə əsaslanaraq, formalaşmış məhkəmə təcrübəsinə zidd olaraq Məhkum əməlini CM-nin 329.1-ci maddəsi ilə düzgün tövsif etməmiş, bununla da cinayət qanunu normasının tətbiqində səhvə yol vermişdir. Eyni zamanda məhkəmə Məhkum CM-nin 341.1-ci maddəsi ilə bəraət verməkdə də haqlı olmamış və onun bu cinayəti törətməsini təsdiq edən edən sübutları düzgün olmayaraq nəzərə almamışdır. Kassasiya protestində şərh olunan dəlillərə əsaslanaraq dövlət ittihamçısı R.P.Almazov həmin protestin təmin edilməklə Şirvan Apellyasiy a Məhkəməsinin Cinayət kollegiyasının 16 noyabr 2022-ci il tarixli hökmünün ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına təyin olunmasını xahiş edir. Kassasiya protestinə baxılmasının vaxtı və yeri haqqında cinayət prosesi iştirakçıları qanuna müvafiq qaydada və müddətdə məlumatlandırılmış, lakin Məhkum və zərər çəkmiş şəxs X8 naməlum səbəblərdən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası bununla bağlı dövlət ittihamçısı H.B.İmranovun rəyini dinləyərək və CPM-nin 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya protestinə təqsirləndirilən şəxs Məhkum və zərərçəkmiş şəxs X8nin iştirakları olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-nin 419.4-cü maddəsinə əsasən kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, k imlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Kassasiya protestinin məzmunundan göründüyü kimi, dövlət ittihamçısı R.P.Almazov həmin protestində apellyasiya instansiyası məhkəməsinin sübutlar və sübutetməyə dair cinayət-prosessual qanunun tələblərini pozmaqla əsassız olaraq Məhkum CM-nin 341.1-ci maddəsi ilə bəraət verilməsini, onun əməlinin CM-nin 329.1-ci maddəsi ilə düzgün tövsif edilməməsini iddia edərək, həmin hökmün ləğv edilməli olması haqqında kassasiya tələbini CPM-nin 416.1.2 və 416.1.15-ci maddələrində məhkəmə hökmünün və ya qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir. CPM-nin 416.1.2 və 416.1.15-ci maddələrinin tələblərinə görə isə, məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə və törədilmiş əməlin tövsifində səhvə yol verdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısının kassasiya protestini CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Ci nayət Kollegiyasının 16 noyabr 2022-ci il tarixli hökmünün qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası növbəti dəfə xatırladır ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419-cu maddəsi müəyyən edir. Belə ki, CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. CPM-nin 419.11-ci maddəsinin tələblərinə görə isə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya inst ansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə, birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-nin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Apellyasiya intansiyası məhkəməsi tərəfindən cinayət və cinayət-prosessual qanunlarının düzgün tətbiq edilib-edilməməsinin yoxl anılması nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Cinayət Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Beləliklə, şərh edilənlərdən belə nəticə hasil olur ki, cinayət-prosessual qanunvericiliyinin tələblərinə görə, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, süb ut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən olunması və onların şəxsin hər hansı cinayətin törədilməsində təqsirli bilinməsi üçün kifayət edib-etməməsi başa düşülür. Hazırki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 noyabr 2022-ci il tarixli hökmündən verilmiş kassasiya protestinin dəlillərinin inandırıcı şəkildə cavablanlandırılması ilə bağlı isə məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra mətndə Konstitusiyanın) 12-ci maddəsinin I hissəsi insan v ə vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstitusiyanın 26-cı maddəsinin II hissəsində göstərilmişdir ki, dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Konstitusiyanın 60-cı maddəsinin I hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Cinayət mühakimə icraatının təməl prinsiplərindən biri olan təqsi rsizlik prezumpsiyası təsbit edilmiş Konstitusiyanın 63-cü maddəsinin tələbinə görə hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli bilinməsinə əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. Ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. Konstitusiyanın 125-ci maddəsinin VII hissəsində deyilir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın bu norması çəkişmə pr insipinə əsasən işə baxan məhkəmənin üzərinə özü tərəfindən cinayət məsuliyyətinə cəlb edilmiş şəxsin təqsirliliyinə və ya təqsirsiz olmasına dair sübutların axtarılmasını və belə sübutların araşdırılmasını deyil, cinayət prosesinin iştirakçılarına işin düzgün həlli, yəni həqiqətin müəyyən edilməsi məqsədilə cinayət prosesinin iştirakçılarına öz sübutlarını məhkəməyə təqdim etmək üçün bərabər şərait yaratmaq, təqdim olunmuş bütün sübutları tam, hərtərfli və obyektiv araşdırmaq, bu zaman qaldırılmış vəsatətlər üzrə əsaslandırılmış qərarlar qəbul etmək, araşdırılmış sübutlara qanuna müvafiq qaydada qiymət vermək və həmin sübutlara əsasən müəyyən etdiyi faktlara əsasən bu və ya digər nəticəyə gəlmək vəzifəsini qoyur. Məhkəmə icraatı zamanı qeyd olunan vəzifənin yerinə yetirilməsi zamanı sübut ların təqdim olunması üçün istər ittiham, istərsə də müdafiə tərəfinə əlverişsiz şəraitin yaradılması, qaldırılmış vəsatətlərin əsassız olaraq təmin edilməməsi, faktiki isə təqdim olunmuş sübutların tədqiqindən imtina edilməsi hallarında məhkəmənin təhlil edilən konstitusiyon tələbə əməl etməsindən, ədalətli məhkəmə araşdırılması hüququnun təmin olunmasından söhbət gedə bilməz. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, “Mülki və siyasi hüquqlar haqqında" Beynəlxalq Paktın 14-cü maddəsində də təqsirsizlik prezumpsiyası nəzərdə tutulurur ki, həmin beynəlxalq müqavilələrin tələblərinə görə də, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunverici likdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız, o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. Cinayət məsuliyyətinin əsaslarına dair CM-nin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. CM-nin 7.1-ci maddəsinin tələbinə görə, yalnız törətdiyi ictimai t əhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. CPM-nin 8.0-cı maddəsində göstərilmişdir ki, cinayət mühakimə icraatının vəzifələri aşağıdakılardan ibarətdir: 8.0.1. şəxsiyyəti, cəmiyyəti və dövləti cinayətkar qəsdlərdən qorumaq; 8.0.2. həqiqi və ya ehtimal edilən cinayət törətməsi ilə əlaqədar şəxsiyyəti vəzifə səlahiyyətlərindən sui-istifadə edilməsi hallarından qorumaq; 8.0.3. cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq; 8.0.4. cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; 8.0.5. cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək. Qanunçuluq prinsipi təsbit edilmiş CPM-nin 10.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-nin 10.2 və 10.5-ci maddələrinin tələblərindən isə görünür ki, Azərbaycan Respublikasının qüvvəyə minmiş və dərc edilmiş qanunu ilə müəyyən olunan əsaslardan və qaydalardan kənar heç kəsin cinayət təqibi üzrə şübhəli və ya təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilməsinə, tutulmasına, həbsə alınmasına, axtarılmasına, məcburi gətirilməsinə və digər prosessual məcburiyyət tədb irlərinə məruz qalmasına, habelə məhkum edilməsinə, cəzalandırılmasına, hüquq və azadlıqlarının digər formada məhdudlaşdırılmasına yol verilmir. Qanunun bu maddəsində göstərilən tələblərin pozulması ilə aparılan prosessual hərəkətlərin və qəbul olunmuş qərarların hüquqi qüvvəsi yoxdur. CPM-nin 12.1-ci maddəsinin müddəaları cinayət prosesini həyata keçirən orqanlardan cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etmələrini tələb edir. Cinayt mühakimə icraatının təqsirsizlik prezupsiyası prinsipinə görə (CPM-nin 21-ci maddəsi), şəxsin təqsiri CPM-də nəzərdə tutulmuş qaydada sübuta yetirilmədiyi halda onun təqsirli bilinməsinə yol vermir. CPM-nin 21.2 və 21.3-cü maddələrinə əsasən, bu Məcəlləni n müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. CPM-nin 28.5-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-nin 33. 2 və 32.4-cü maddələrinə əsasən, cinayət mühakimə icraatı həyata keçirilərkən cinayət-prosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması, eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-nin 124.1-ci maddəsinin tələblərindən görünür ki, məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1. cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə i lə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilibtörədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. CPM-nin 125.1-ci maddəsində isə təsbit edilmişdir ki, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. CPM-nin 138.1-ci maddəsinə görə, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əl də edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. CPM-nin 138.2-ci maddəsində müəyyən edilmişdir ki, təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. CPM-nin 139-cu maddəsi bu normada göstərilən digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Belə ki, həmin maddədə qeyd olunur ki, cinayət təqibi üzrə icraat zamanı aşağıdakılar yalnız sübutlara əsasən müəyyən edilir: 139.0.1. cinayət hadisəsinin baş vermə faktı və halları; 139.0.2. şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi; 139.0.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri; 139.0.4. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi; 139.0.5. cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar; 139.0.6. bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar. CPM-nin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-145.3-cü m addələrinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün m ötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM-nin 146.1-ci maddəsi). CPM-nin 349.5-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslandıqda; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-nin 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-nin 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmi ş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, CPM-nin 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli və ya təqsirsiz olması (təqsirinin sübuta yetirilməməsi) barədə nəticə əsaslı sayıla bilər. Qanunvericiliyin tələblərinə uyğun olan eyni hüquqi mövqe “Azərbaycan Respublikası CPM-nin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 may 2009-cu il tarixli Qərarında da ək sini tapmışdır. Həmin Qərarda qeyd edilir ki, həqiqətin müəyyənləşdirilməsi ədalət mühakiməsinin mütləq şərtidir və hər zaman cəmiyyət məhkəmədən həqiqəti əks etdirən ədalət mühakiməsini tələb edəcəkdir. Hər bir hakim bu vəzifəsini icra etmək üçün ilk əvvəl prosessual tələblərə hökmən riayət olunmasını təmin etməlidir, çünki bu hal cinayət işi üzrə həqiqətin müəyyənləşdirilməsinin və düzgün məhkəmə qərarının qəbul olunmasının mühüm şərtidir. Eynilə də cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səh vləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu eyni zamanda vurğulamışdır ki, hökm çıxarıldığı zaman məhkəmə onun qanunçuluq və əsaslılıq tələblərinə cavab verə biləcəyinin təmin edilməsi üçün öz aktını bu amillərin üzərində qərarlaşdırmalıdır. Belə tələblərə cavab verməyən məhkəmə qərarlarına yenidən baxılması imkanının məhdudlaşdırılması ədalət və hüquqi müəyyənlik kimi dəyərlərin müdafiəsində tarazlığın pozulması və Konstitusiya ilə təminat verilən insan hüquq və azadlıqlarına zərər yetirilməsi ilə nəticələnə bilər. “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 sentyabr 2005-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-nin 349.3-cü maddəsi).... Məhkəmə hökmünün əsaslılığını şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-nin 28.5- ci maddəsi). “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekunun da konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd etməyi zəruri hesab etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra mətndə Avropa Məhkəməsi) təqsirsizlik prezumpsiyası ilə bağlı “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsi üzrə şikayətlərlə bağlı müxtəlif ölkələrə qarşı qəbul etdiyi Qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidirlər. Avropa Məhkəməsi xüsusilə qeyd etmişdir ki, Konvensiyay a uyğun Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir. Adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında tədqiq edilməlidir. Bu prinsipdən istisna ola bilər, lakin istisnalar təqsirləndirilən şəxsin müdafiə hüququna xələl gətirməməli və o, ittiham tərəfinin şahidlərinin ifadələrini təkzib etmək imkanına malik olmalıdır. Avropa Məhkəməsinin yerli məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə 09 mart 2006-cı il, “Fadin Rusiyaya qarşı” iş üzrə 27 iyul 2006-cı il, “Lenskaya Rusiyaya qarşı” iş üzrə 29 yanvar 2009-cu il tarixli Qərarlarına əsasən, hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallar la yanaşı, məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Yuxarı məhkəmələrin hüquqi qərarları ləğv etmə gücü məhz ciddi səhvlərin düzəldilməsində özünü göstərməlidir. Bu güc elə tətbiq edilməlidir ki, fərdi maraqlarla mühakimə sisteminin effektivliyinin təmin edilməsi arasında ədalətli balans yaratmaq maksimal dərəcədə mümkün olsun. Bir sıra məhkəmə qərarlarında “ciddi səhv” anlayışının təhlili zamanı Məhkəmə vurğulamışdır ki, işin “natamam və qərəzli” olması, yanlış nəticəyə səbəb olması, məhkəmə prosesinin ciddi pozuntuları, hakimiyyətdən sui-istifadə, hüququn tətbiqi dairəsindəki səhvlər və ədalət mühakiməsi maraqlarına təsir edən digər ağır nöqsanlar ciddi səhvin mövcudluğu kimi göstərilir. Göstərilənlərlə bağlı Konvensiya prinsipial olaraq dövlətin cinayət mühakimə icraatı zamanı səhvlərin aradan qaldırılması imkanına malik olması üçün yekun məhkəmə qərarlarının yenidən baxılmağa açılmasına icazə verir. Belə səhvlərin aradan qaldırılmadan qalması ədalət mühakiməsinin ədalətliliyinə, obyektivliyinə və ictimai nüfuzuna ciddi təsir edir. “Barbera, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qəbul etdiyi Qərarda Avropa Məhkəməsi göstərmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir, bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür və istənilən şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2 007-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirilərkən, bir qayda olaraq, “affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür)” prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qətnəmələrin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında vurğulanmışdır ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli Qərarının 8-10-cu bəndlərində məhkəmələrə izah edil mişdir ki, Konstitusiyanın 63-cü maddəsinə, habelə CPM-nin 33, 125-ci maddələrinə əsasən ədalət mühakiməsi həyata keçirilərkən qanunsuz yolla əldə edilən sübutlardan istifadə edilə bilməz. Məhkəmə öz təşəbbüsü ilə və yaxud cinayət prosesi tərəflərinin vəsatətləri əsasında sübutun CPM-nin 125.2-ci maddəsində nəzərdə tutulmuş pozuntularla əldə edilməsi səbəbindən istifadə edilməsinin qeyri-mümkün olması barədə nəticəyə gəlib, onu sübutların sırasından xaric edərkən qanun pozuntusunun nədən ibarət olmasını əsaslandırmalıdır. CPM-nin 33.4, 338.1.2 və 349.5.1-ci maddələrinə müvafiq olaraq məhkəmənin hökmü yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Bu maddələrin tələbinə görə məhkəmə gəldiyi nəticələri şərh edərkən məhkəmə iclasında tədqiq edilməyən və məhkəmə ic las protokolunda əksini tapmayan sübutlara istinad edə bilməz. Təqsirləndirilən şəxsin, şahidlərin, zərər çəkmiş şəxsin, məhkəməyədək icraat zamanı verdikləri ifadələrə o vaxt istinad etmək olar ki, onlar CPM-nin 327, 329 və 330.1-ci maddələrinə uyğun olaraq məhkəmə iclasında elan edilməklə yanaşı, başqa sübutlarla müqayisə edilmiş olsun. İşin müəyyən edilmiş faktiki hallarını cinayət-prosessual qanunvericiliyinin yuxarıda şərh edilən normalarının tələbləri, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeləri, habelə Ali Məhkəmənin Plenumunun tövsiyələri ilə müqayisə etməklə apellyasiya instansiyası məhkəməsinin hökmünü yoxladıqda həmin yekun məhkəmə aktının yuxarıda qeyd olunan prosessual normaların tələblərinə, xüsusilə d ə CPM-nin 143-146-cı maddələrində nəzərdə tutulmuş sübutların tədqiqi qaydalarına və CPM-nin 349.5-ci maddəsində təsbit olunmuş məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanması, bu sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət edən olması, məhkəmənin müəyyən etdiyi halların onun tədqiq etdiyi sübutlarla uyğunluq təşkil etməsi barədə tələblərə cavab verdiyi müəyyən olunur. Məhkəmə kollegiyası bununla bağlı, habelə kassasiya protestinin dəlillərinə cavab verilməsi üçün apellyasiya instansiyası məhkəməsinin işin faktiki hallarının müəyyən edilməsi ilə bağlı hökmdə istinad etdiyi sübutların bir hissəsinə bir daha müraciət etməyi zəruri sayır. Belə ki, apellyasiya instansiyası məhkəməsində keçirilən məhkəmə istintaqı zamanı Məhkum ona elan o lunmuş ittiham üzrə özünü təqsirli bilməyib ibtidai araşdırma zamanı və birinci instansiya məhkəməsinin məhkəmə iclasında verdiyi ifadələri təkrarlayaraq göstərmişdir ki, o, tabeliyində olmuş əsgər X11 qarşı heç bir zorakılıq hərəkətləri etməmiş və ona xəsarət yetirməmiş, X8 xəsarət aldığı dövrdə isə o, məzuniyyətdə olmuşdur. Belə ki, 21 noyabr 2018-ci il tarixdən o, məzuniyyətə buraxılmış və həmin gün səhər təxminən saat 10:00 radələrində hərbi hissəni tərk etmişdir. Məzuniyyətdə olarkən zenit-raket artilleriya xidmətinin rəisi mayor X24 telefonla ona zəng edərək onun əsgər X8in sağ qulağına xəsarət yetirməsini bildirsə də o, sonuncuya qarşı heç bir zorakılıq etməməsini demişdir. Sonradan o, X8i təhqiqat bölməsinə aparanda "X8 mən nə vaxt sənin qulağını ovuşdurub sındırmışam, niyə mənə şə r atırsan?” deyəndə X8 cavabında "dedim də komandir, artıq gecdir” deyə cavab vermişdir. Bundan sonra X8nin onu şərlədiyinə əmin olub artıq narahat olmağa başlamış və çalışmışdır ki, X8 ondan şikayətçi olmasın, bunun üçün isə o, qohumlarına da müraciət etmişdir. Apellyasiya protestinə məhkəmə baxışı iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş X8 ifadələrindən görünür ki, o, baş gizir Məhkum hərbi xidmətdə olduğu vaxt tanımış, onunla münasibətləri xidməti olmuş, aralarında düşmənçilik və ədavət olmamışdır. 2018-ci ilin noyabr ayında Məhkum məzuniyətə getməmişdən 2-3 gün əvvəl zenit-raket artilleriya batareyasının yataqxanasında təmizlik işləri görülməsi ilə bağlı ona tapşırıq vermiş və o, yataqxanada təmizlik işlərinin görülməsi ilə məşğul olan zaman Məhkum onu yanına çağırmış, o, so nuncunun yanına gəlmiş və bu vaxt Məhkum onun hər iki çiyin nahiyəsindən tutaraq çiyin damarlarını hər iki əli ilə sıxmağa başlamış, çiyinləri sıxıldıqca o, aşağı doğru əyilmiş, bundan sonra Məhkum hər iki əli ilə onun qulaqlarını tutub ovuşduraraq sıxmışdır. Qulaqları ağrıdığından Məhərrəmin əlindən çıxmağa çalışmış, sol qulağını onun əlindən çıxara bilsə də, sağ qulağı Məhərrəmin əlində qalmışdır. O, özünü aşağı əyib sağ qulağını da Məhkum əlindən çıxarmaq istəyən zaman "şıqqıltı” səsi eşitmiş, qulağının ağrısından qışqırmış, güclə onun əlindən çıxmağa nail olmuşdur. Məhkum onun sağ qulağına xəsarət yetirdikdən sonra o, sonuncuya yaxınlaşıb sağ qulağında bərk ağrı olduğunu, bundan narahat olduğunu ona demiş və sağ qulağının sınıb-sınmadığını ondan soruşaraq onu tibb məntəqəsinə müayinəyə göndərməsini xahiş etmişdir. Lakin Məhkum bunun cavabında ona "boş şeydir hava dolub, keçib gedəcək” deyə bildirmiş, sonra isə əlavə olaraq "mən özüm döyüşdə olmuşam, mənim də qulağım sınıb, mən bilirəm qulaq sınması necə olur, sənin qulağın sınmayıb” demiş və onu tibbi müayinəyə göndərməmişdir. Onun qulağındakı xəsarət yetirildiyi gündən təxminən 10 gün müddətində qulaqları elə də çox ağrımamış, vaxt keçdikcə, hava soyuq olanda sağ qulağı ağrımağa, sızıldamağa başlamışdır. 2018-ci ilin noyabr ayının axırlarında X5 ona xəsarət yetirməsi ilə bağlı məhkəmə-tibbi ekspertizasından keçmək üçün Füzuli rayonunda yerləşən Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinə getmiş, hərbi hospitala çatdıqdan sonra məhkəmə-tibb ekspertinə təqdim olunmuş, ekspertin otağına daxil olduqda ekspert ona "çox yax ın gəlmə, dur qapının ağzında” deyə bildirmiş, otağa daxil olduqda sol tərəfdə komputerin arxasında bir nəfər mülki geyimli şəxsin oturduğunu görmüşdür. Ekspert isə ondan 5-6 metr məsafədə sol istiqamətdə yerində oturmuş, o, özü həmin vaxt qış geyimində olmuş, qazan papağını başından çıxartmamış, papaq qulağının yuxarı hissəsini örtmüşdür. Ekspertin qabağında sənədlər olmuş, ekspert ona X5 tərəfindən gözünün altına xəsarət yetirilməsi ilə bağlı suallar vermiş və orada olduğu 5-6 dəqiqə ərzində sonuncu ancaq yerində oturaraq uzaqdan sənədlərə baxıb gözaltı nahiyəsində xəsarət olduğunu söyləmiş, bu müddətdə onun yanına gəlməmiş və onda olan xəsarətlərə baxmamışdır. 07 dekabr 2018-ci il tarixdə o, briqadanın qərargah bölüyünün yataqxanasının qarşısında olarkən hərbi hissənin texniki işlərini görən tanımadığı üç nəfər bir-biriləri ilə söhbət etmiş, o, həmin şəxslərin qarşısından keçərkən elektrik işi ilə məşğul olan mülki geyimli şəxs sağ qulağındakı xəsarəti görüb həmin yerdə olan qısa boylu bir kişiyə üzünü tutub "əsgərin qulağını starşina sındırıb, hələ də aparmırlar tibb məntəqəsinə” deyə bildirmiş, aralarında daha yaşlı olan şəxs üzünü ona tutaraq "həqiqətən sənin qulağını starşina sındırıb?” deyə sual verdikdə, o həmin şəxsə "qulağımı starşına sındırıb, heç veclərinə deyil" deyə cavab vermişdir. Onlardan biri ona "sənin qulağını soyuq şişirdəcək, sonra qulağını kəsəcəklər” deyə söylədikdə, o, bundan qorxduğunagörə həmin gün batareyadan çıxıb briqadanın qərargahına, hərbi hissə komandirinin hüquq işləri üzrə köməkçisi baş leytenant X25in yanına gedərək yuxarıda qeyd etdikl ərini ona bildirmişdir. X25 onu dinlədikdən sonra mobil telefonla hava hücumundan müdafiə bölməsinin rəisi mayor X24a zəng vuraraq telefonda ona "sənin əsgərinin qulağı sınıb” deyə bildirmişdir. 23 dəqiqədən sonra mayor X24 X25in yanına gəlmiş, orada olarkən onu görüb qulağına baxaraq şişkinliyi aşkar etmişdir. Mayor Hüseynov ona bölük komandirini otağa çağırmağını tapşırmış, həmin gün axşam hərbi hissənin tibb məntəqəsinə getmiş, onu tibb məntəqəsinin həkimi qəbul etmiş, həkim ondan həmin xəsarəti necə və hansı şəraitdə almasını soruşduqda o, sonuncuya qulağının gizir Məhkum tərəfindən ovuşdurulması nəticəsində xəsarət aldığını söyləmişdir. 10 dekabr 2018-ci il tarixdə o, Müdafiə Nazirliyinin Füzuli rayonunda yerləşən hərbi hospitalına göndərilmiş, hərbi hospitalda həkimlər onun qulağında kı şişkinliyi kəsərək əməliyyat etmişlər. 12 dekabr 2018-ci il tarixdə atası və anası hospitala yanına gəlmiş, həmin vaxt o, valideynlərinə hadisəni olduğu kimi danışmışdır. Həqiqi hərbi xidmətini başa vurub yaşadığı evə qayıdanda Məhkum ailə üzvlərinin də onlara gəldiyini görüb onlarla görüşmüşdür. Məhkum qaynanası onun valdeyinlərinə 200 manat pul təklif etmişdir ki, o şikayətini geri götürsün. Ancaq onun valdeyinləri həmin 200 manat pulu qəbul etməmişlər. Məhkum qaynanası "bağışla onu səni vurduğuna görə, şikayətini geri çək” deyə ondan xahiş etmişdir. Cinayət işinin materiallarının təhlili göstərir ki, Məhkum cinayət təqibinin bütün mərhələlərində X8yə heç bir xəsarət yetirməməsini təkidlə bildirsə də, onun 18-20 noyabr 20218-ci il tarixləri arasında tabeliyində olan əsgərə qarşı zor tətbiq edərək onun sağlamlığına yüngül zərər vurması zərər çəkmiş şəxs X8inin ardıcıl olaraq eyni məzmunda verdiyi ifadələri ilə yanaşı həmçinin şahidlərin ifadələri, məhkəmə-tibbi ekspertizasının rəyləri ilə, N nömrəli hərbi hissənin tibb məntəqəsinin ambulatoriyada xəstələrin qeydiyyatı alınması haqqında kitabdan çıxarışla, bir çox istintaq hərəkətlərinin aparılması haqqında protokollarla və cinayət işinə əlavə edilmiş sübut əhəmiyyətli sənədlərlə tam təsdiq edilir. Məhkəmə kollegiyası hesab edir ki, məhz bu sübutlara əsaslanan apellyasiya instansiyası məhkəməsi haqlı olaraq iş üzrə belə nəticəyə gəlmişdir ki, Məhkum N nömrəli hərbi hissənin Zenit-Raket Artilleriya Batareyasının baş çavuşu vəzifəsində, baş gizir hərbi rütbəsində həqiqi hərbi xidmətdə olarkən, 18-20 noyabr 2018-ci il tar ixləri aralığında nahar yeməyindən əvvəl batareyanın əsgər yataqxanasının içərisində onun tərəfindən verilmiş tapşırığı icra edərək təmizlik işləri ilə məşğul olan həmin batareyanın 1-ci tağımının 4-cü manqasının tuşlayıcısı, əsgər X8ni yanına çağırıb heç bir səbəb olmadan Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 47-ci maddəsində göstərilmiş "Komandir tabeliyində olanlara hörmət və ehtiram göstərməli, qayğılarına qalmalı, kobudluq və onların şəxsi ləyaqətlərini alçalda biləcək hərəkətlər etməməlidir, o, Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına, hərbi andın, hərbi nizamnamələrin tələblərinə və vəzifə borcuna əməl etməklə tabeliyindəkilər üçün nümunə olmalıdır" tələblərini pozaraq hər iki əli ilə əsgər X8nin qulaqlarını sıxıb ovuşdurmaqla ona a ğırlıq dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, sağlamlığa yüngül zərər vumaya aid "Sağ qulaq seyvanının hematoması" xəsarətini yetirməklə, yəni qəsdən sağlamlığa yüngül zərər vurmaqla tabeliyində olan hərbi qulluqçuya qarşı zor tətbiq etmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə, işin bu faktiki hallarının arxasında duran yuxarıda göstərilən sübutlar ibtidai araşdırma zamanı qanuni üsullarla əldə edilmiş, həmin sübutlar həm birinci, həm də apellyasiya instansiyası məhkəməsinin məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırılmış və apellyasiya instansiyası məhkəməsi göstərilən yuxarıda nəticəyə gələrkən, yəni işin faktiki hallarını bu cür müəyyən edərkən CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq həmin sübutları həm ayrı-ayrılıqda, həm də məcmu şəklində mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək Məhkum təsvir olunmuş əməli törətməsi barədə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə qanuni və əsaslıdır və onun şübhə altına alınması üçün heç bir əsas yoxdur. Məhkum şərh edlən əməlinin hüquqi tövsif ilə bağlı məhkəmə kollegiyası əvvəla qeyd edir ki, ibtidai araşdırma orqanı tərəfindən Məhkum 01 iyun 2020-ci il tarixədək qüvvədə olmuş CM-nin 331.3 və eyni zamanda CM-nin 128-ci maddələri ilə ittiham elan olunmuşdur ona görə ki, o, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin Ağcabədi rayonunun Minəxorlu kəndinin ərazisində yerləşən Zenit-Raket Artilleriya Batareyasının baş çavuşu vəzifəsində, baş gizir hərbi rütbəsində həqiqi hərbi x idmətdə olarkən, 18-20 noyabr 2018-ci il tarixləri aralığında nahar yeməyindən əvvəl batareyanın əsgər yataqxanasının içərisində onun tərəfindən verilmiş tapşırığı icra edərək təmizlik işləri ilə məşğul olan həmin batareyanın 1-ci tağımının 4-cü manqasının tuşlayıcısı, əsgər X9 yanına çağırıb heç bir səbəb olmadan Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 47-ci maddəsində göstərilmiş "Komandir tabeliyində olanlara hörmət və ehtiram göstərməli, qayğılarına qalmalı, kobudluq və onların şəxsi ləyaqətlərini alçalda biləcək hərəkətlər etməməlidir, o, Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına, hərbi andın, hərbi nizamnamələrin tələblərinə və vəzifə borcuna əməl etməklə tabeliyindəkilər üçün nümunə olmalıdır" tələblərini pozaraq hər iki əli ilə əsgə r X8nin qulaqlarını sıxıb ovuşdurmaqla ona fiziki ağrı ilə müşayiət olunan işgəncə vermiş, nəticədə isə sonuncuya ağırlıq dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, sağlamlığa yüngül zərər vumaya aid "Sağ qulaq seyvanının hematoması" xəsarətini yetirməklə qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Hazırki cinayət işi üzrə ibtidai araşdırma aparılan dövrdə Məhkum bu əməlinin həmin dövrdə qüvvədə olmuş CM-nin 331.3 və eyni zamanda CM-nin 128-ci maddələri ilə tövsif edilməsi düzgün olsa da, məhkəmə kollegiyası qeyd edir ki, “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında“ Azərbaycan Respublikasının 01 may 2020-ci il tarixli Qanunu ilə (Qanun 01 iyun 2020-ci il tarixdə qüvvəyə minmişdir) CM-nin 331-ci maddəsi ləğv edilmiş və Məcəlləyə rəisin tabelikdə olan hərbi qulluqçuya qarşı zorakı hərəkətlər etməsinə görə məsuliyyət nəzərdə tutan “Tabelikdə olan hərbi qulluqçuya qarşı zorakı hərəkətlər” adı altında yeni redaksiyada 329cu maddə əlavə edilmişdir. CM-nin 329.1-ci maddəsində hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı və ya belə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar rəisin öz tabeliyində olan şəxsə zor tətbiq etməsinə görə, CM-nin 329.2 və 329.3-cü maddələrində isə bu əməllərin ağırlaşdırıcı hallarda törədilməsinə görə cinayət məsuliyyəti müəyyən edilmişdir. Eyni zamanda rəisin tabelikdə olan şəxsə qarşı CM-nin 329.1-ci maddəsinin dispozisiyasında göstərilən əməli sonuncuya işgəncə verməklə törətməsi halında onun CM-nin 329.2.6-cı maddəsi ilə məsuliyyətə cəlb edilməsi nəzərdə tutulmuşdur. Hazırki iş üzrə ap ellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəyə görə Məhkum yuxarıda təsvir edilmiş əməli törətsə də, onun bu əməlinin zərər çəkmiş şəxsə işgəncə verilməklə törətməsi kimi qiymətləndirilməsi üçün heç bir əsas müəyyən edilməmişdir. Belə ki, “İşgəncələrə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və cəza növlərinə qarşı” 10 dekabr 1984-cü il tarixli Konvensiyaya (Azərbaycan Respublikası Milli Məclisi Konvensiyanı 31 may 1996-cı il tarixdə ratifikasiya etmişdir) görə, “işgəncə” dedikdə hər hansı bir şəxsə, ondan və ya üçüncü şəxsdən məlumat, yaxud etiraf əldə etmək üçün, onu, özünün, yaxud üçüncü şəxsin törətdiyi, yaxud törədilməsində şübhəli bilindiyi, şübhə doğuran hərəkətə görə cəzalandırmaq üçün, həmçinin onu, yaxud üçüncü şəxsi qorxutmaq və ya məcbur etmək üçün, y axud hər hansı xarakterli ayrı-seçkiliyə əsaslanan hansısa səbəbə görə dövlətin vəzifəli şəxsi, yaxud rəsmi şəxs kimi çıxış edən başqa bir şəxs tərəfindən, yaxud onların təhriki və ya məlumatlılığı, yaxud göz yumması ilə qəsdən fiziki, yaxud mənəvi cəhətdən güclü ağrı və ya əzab verən hər hansı hərəkət başa düşülür. Yalnız qanuni sanksiyalar nəticəsində baş verən, bu sanksiyaların ayrılmaz tərkib hissəsi olan, yaxud onların təsadüfən doğurduğu ağrı və ya əzablar bu anlayışa daxil deyildir. Adı çəkilən Konvensiyanın bu müddəalarına uyğun olaraq CM-nin 293-cü maddəsinin "Qeyd" hissəsində göstərilmişdir ki, bu maddədə, habelə bu Məcəllənin digər maddələrində (o cümlədən CM-nin 329.2.6-cı maddəsində - m.k.) “işgəncə” dedikdə şəxsin özündən və ya digər şəxsdən məlumat və ya etiraf almaq, yaxud onu və ya digər şəxsi qorxutmaq, özünün və ya digər şəxsin törətdiyi və ya törədilməsində şübhəli bilindiyi əmələ görə cəzalandırmaq, iradəsi əleyhinə hər hansı əməli törətməyə məcbur etmək məqsədilə və ya ayrı-seçkiliyə əsaslanan hər hansı səbəbdən ona güclü fiziki ağrı və ya psixi iztirablar vermə başa düşülür. Apellyasiya instansiyası məhkəməsi adı çəkilən beynəlxalq müqavilənin və cinayət qanunvericiliyinin təsvir edilən tələblərindən çıxış edərək belə qənaətə gəlmişdir ki, həmin qanunvericilik aktlarının tələbinə görə, əməlin işgəncə kimi qiymətləndirilməsi üçün hər hansı məqsəd və ya səbəb olmalıdır və bunlar olmadan hər hansı şəxsə fiziki ağrı və ya psixi iztirablar vermə işgəncə kimi qiymətləndirilə bilməz. Məhkum qarşı irəli sürülmüş ittihamda onun X8yə qarşı zorun hər hansı səbəb dən və ya hər hansı məqsədilə törətməsi göstərilməmiş, araşdırılmış sübutlarla isə onun ittiham olunduğu əməli – tabeliyində olan hərbi qulluqçuya qarşı zor göstərmə əməlini X8dən və ya digər şəxsdən hansısa məlumatı və yaxud da etirafı alma, onu və digər şəxsləri qorxudaraq şübhəli bilindiyi əmələ görə cəzalandırmaq, iradəsi əleyhinə hər hansı əməli törətməyə məcbur etmək məqsədi izləməməiş, ayrı-seçkiliyə əsaslanan hər hansı səbəbdən ona güclü fiziki ağrı və ya psixi iztirablar verməmişdir. Təsvir olunanlara əsaslanaraq məhkəmə kollegiyası Məhkum törətdiyi cinayət əməlinin CM-nin 329.1 və 128-ci maddələri ilə tövsif edilməsini əsaslı və qanuni hesab edir və qeyd eməy lazım bilir ki, apellyasiya instansiyası məhkəməsi də həmin əmələ cinayət qanunu normalarını bu cür tətbiq eməklə qanunv ericiliyin tələblərinin pozulmasına yol verməmişdir. Belə olan halda Məhkum CM-nin 128 və 329.1-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə cəzanın təyin edilməməsini də məhkəmə kollegiyası qanuni sayır ona görə ki, həmin maddələrdə nəzərdə tutulmuş cinayətlər CMnin 15.2-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aiddir (CM-nin 128-ci maddəsinin sanksiyasında min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə, CM-nin 329.1-ci maddəsinin sanksiyasında isə bir ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya bir ilədək müdd ətə intizam xarakterli hərbi hissədə saxlama və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzaları nəzərdə tutulmuşdur), CM-nin 75.1.1-ci maddəsinə əsasən isə böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. CM-nin 75.2-ci maddəsində təsbit edilmişdir ki, müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanir. CPM-nin 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir. CPM-nin 44.2.1-ci maddəsinin tələblərindən görünür ki, bəraət hökmü və ya cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılması üçün müvafiq olaraq bu Məcəllənin 42 və 43-cü maddələrində göstərilən əsaslar mövcud olmadıqda, məhkəmə bu Məcəllənin 39.1.3-cü maddəsində nəzərdə tutulmuş halda təqsirləndirilən şəxsə cəza təyin etməməklə ittiham hökmü çıxarır. CPM-nin 43.3-cü maddəsinin tələbinə görə, məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Lakin, iş materiallarından görünür ki, Məhkum cinayət təqibinin digər mərhələlərində olduğu kimi, apelyasiya protestinə məhkəmə baxışı iclasında da özünü hər hansı cinayəti, o cümlədən CM-nin 128 və 329.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilməmiş və onun barəsindəki cinayət işinin icraatına yuxarıda təsvir olunmuş prosessual qanunveiciliyinin normalarına uyğun olaraq xitam verilməsinə razılıq verməmşdir. Belə olan halda, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsi tərəfindən Məhkum barəsində ona cəza təyin edilməməklə ittiham hökmünün çıxarılmasını qanuni və əsaslı hesab edir. Məhkum əsassız olaraq CM-nin 341.1-ci maddəsi ilə bəraət verilməsi barədə kassasiya protestinin dəlillərinə cavab olaraq məhkəmə kollegiyası yenə də cinayət işinin materiallarına və Məhkum qarşı həmin maddə ilə irəli sürülmüş ittihama müraciət edərək və qeyd etməyi zəruri bilir ki, bu itihama görə, Məhkum ibtidai araşdırma orq anı tərəfindən CM-nin 341.1-ci maddəsi ilə (01 iyun 2020-ci il tarixədək qüvvədə olmuş redaksiyada) təqsirləndirilən şəxs qismində cəlb edilmişdir ona görə ki, o, rəis heyətindən olan vəzifəli şəxs kimi tabeliyində olan əsgər X8yə qarşı zor tətbiq etdikdən sonra onun müayinə və müalicəsi üçün tədbirlər görməli və faktla bağlı araşdırmanın təyin olunmasını təmin etməli olduğu halda, Azərbaycan Respublikası Müdafiə Nazirinin 16 may 2014-cü il tarixli, 26 N°li qərarının 2.7-ci bəndinin "Xidməti araşdırmaların aparılması üçün səbəb olmuş hallar aşkar edildikdən (məlum olduqdan) sonra 24 saatdan gec olmayaraq xidməti araşdırma təyin olunur" tələblərini pozaraq digər şəxsi marağa, yəni əsgər X8nin sağlamlığına zərər vurduğunu gizlətmək məqsədi ilə ona "Boş şeydir, hava dolub keçib gedəcək, mən özüm döyüşdə olmuşam, mənim də qulağım sınıb, mən bilirəm qulaq sınması necə olur, sənin qulağın sınmayıb" deyərək onun müayinə və müalicəsi, eləcə də xəsarət alması faktı ilə bağlı araşdırma təyin olunması üçün zəruri tədbirlər görməyərək hakimiyyətdən qəsdən istifadə etməmişdir. Əvvəla vurğulanmılıdır ki, 01 iyun 2020-ci il tarixədək “Vəzifə səlahiyyətlərindən suiistifadə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə” adı altında verilmiş CM-nin 341.1-ci maddəsində rəisin və ya vəzifəli şəxsin hakimiyyətdən və ya öz qulluq mövqeyindən sui-istifadə etməsinə, hakimiyyət həddini və ya qulluq səlahiyyətini aşmasına, hakimiyyətdən qəsdən istifadə etməməsinə görə, bu əməllər müntəzəm, yaxud tamahkarlıq məqsədilə və ya digər şəxsi marağa görə törədildikdə, habelə bu əməllər əhəm iyyətli zərər vurduqda, cinayət məsuliyyəti nəzərdə tutulmuşdur ki, Məhkum barəsində cinayət təqibi aparılan dövrdə də həmin maddə bu redaksiyada qüvvədə olmuş və ona qarşı yuxarıda təsvir olunmuş əməli törətdiyinə görə məhz həmin redaksiyada olan CM-nin 341.1-ci maddəsi ilə ittiham irəli sürülmüşdür. Lakin bu halda da, hətta ibtidai araşdırma zamanı toplanmış sübutlarla Məhkum həmin əməli müntəzəm, tamahkarlıq məqsədilə və ya digər şəxsi marağa görə, habelə həmin əməllərin törədilməsi nəticəsində əhəmiyyətli zərərin vurulması müəyyən edilmədiyindən Məhkum elan olunmuş ittihamda cinayətin zəruri olan bu dispozitiv əlamətlərindən yalnız biri - onun digər şəxsi marağının olması, yəni əsgər X8yə xəsarət yetirməsini gizlətmək məqsədi izləməsi göstərilərək ibtidai araşdırma orqanı yalnız bu əla mətə görə onun hakimiyyətdən istifadə etməməsi barədə nəticəyə gəlmişdir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 01 may 2020-ci il tarixli Qanunu ilə isə CM-nin 341.1-ci maddəsi fərqli redaksiyada veilmiş və işə apellyasiya instansiyası məhkəməsində baxılarkən həmin maddə məhz bu redaksiyada qüvvədə olmuşdur: “341.1. Rəisin və ya vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi və ya xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər etməsi fiziki və ya hüquqi şəxslərin hüquqların a və qanuni mənafelərinə, yaxud cəmiyyət və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda - iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Göründüyü kimi, CM-nin 341.1-ci maddəsinin əvvəlki dispozisiyasında cinayətin zəruri olan əlaməti olan “digər şəxsi marağa görə hakimiyyətdən istifadə etməmə” əlaməti yeni redaksiyada verilmiş maddənin dispozisiyasından çıxarılmışdır. Bu o deməkdir ki, şəxs hətta digər şəxsi marağa görə hakimiyyətdən istifadə emədikdə digər dispozitiv əlamətələrinin müəyyən edilməməsi halında CM-nin 341.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilə və bu maddə ilə təqsirli bilinərək məhkum edilə bilməz. Təhlil edilən hala görə məhkəmə kollegiyası CM-nin 10.3-cü maddəsinin tələblərinə əsaslanaraq belə nəticəyə gəlir ki, apellyasya instansiyası məhkəməsi tamamilə haqlı olaraq Məhkum qarşı irəli sürülmüş ittihamda artıq dekrimillaşdırılmış dispozitiv əlamətə əsasən onun CM-nin 341.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətdiyinə görə təqsirli bilinərək məhkum olunmasını mümkün bilməmişdir, çünki bu əlamətə görə əməlin cinayət hesab edilməsi aradan qalxmışdır. CM-nin 10.3-cü maddəsinə əsasən isə, əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və bu əmələ görə cəzanı aradan qaldıran, cəzanı yüngülləşdirən, yaxud cinayət etmiş şəxsin vəziyyətini başqa cür yaxşılaşdıran cinayət qanununun geriyə qüvvəsi vardır, yəni həmin qanunun qüvvəyə minməsindən əvvəl müvafiq əməli (hərəkət və ya hərəkətsizli yi) törətmiş şəxslərə, habelə cəza çəkən, yaxud cəzasını çəkmiş, lakin məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslərə şamil edilir. Bununla yanaşı məhkəmə kollegiyası onu da qeyd edir ki, ibtidai araşdırma orqanı tərəfindən Məhkum qarşı digər şəxsi marağa görə, yəni onun tabeliyində olan əsgər X8yə qarşı zor tətbiq etməsini gizlətmək məqsədilə hakimiyyətdən istifadə etmədiyinə görə ittiham irəli sürülsə də, aşağıda göstərilənlərə görə bunun üçün də əsaslar olmamışdır. Belə ki, Konstitusiyanın 66-cı maddəsinə əsasən, heç kəs özünə, arvadına (ərinə), övladlarına, valideyinlərinə, qardaşına, bacısına qarşı ifadə verməyə məcbur edilə bilməz. CPM-nin 20.1-ci maddəsinin tələbinə görə də, heç kəs şəxsən özünün və yaxın qohumlarının əleyhinə ifadə verməyə məcbur edilə bilməz və buna g örə hər hansı təqibə məruz qala bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin formalaşmış prsedent hüququna görə, susmaq və özünə qarşı ifadə verməmək hüququ Avropa Məhkəməsi tərəfindən ədalətli məhkəmə araşdırması hüququnun mühüm tərkib elementi kimi nəzərdən keçirilir. Bununla əlaqədar qeyd olunur ki, susmaq və özünə qarşı ifadə verməmək hüquqları Konvensiyanın 6-cı maddəsinə əsasən ədalətli prosedurun təməlini təşkil edən beynəlxalq standartlar kimi tanınmışdır. Onların məqsədi hakimiyyətin qanunsuz məcburetmə tədbirlərindən təqsirləndirilən şəxsin müdafiəsini təmin etmək və beləliklə ədalət mühakiməsindən suiistifadə olunmasını istisna etməklə Konvensiyanın 6-cı maddəsinin məqsədlərini həyata keçirməkdir. Özünə qarşı ifadə verməmək hüququ ilk növbədə təqsirləndirilən şəxsin susmaq n iyyətinə hörməti nümayiş etdirir və ittiham tərəfinin şəxsin iradəsinə zidd məcburetmə vasitələri ilə əldə olunmuş sübutlara əl atmadan təqsirləndirilən şəxsə qarşı sübutlar təqdim etmək vəzifəsini ehtiva edir. Bu mənada qeyd edilən hüquq Konvensiyanın 6-cı maddəsinin 2-ci bəndində nəzərdə tutulmuş təqsirsizlik prezumpsiyası ilə sıx bağlıdır. Avropa Məhkəməsi qeyd edir ki, Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulmuş ədalətliliyə dair ümumi tələblər konkret cinayətin xüsusiyyətlərindən asılı olmayaraq istənilən cinayət proseduruna şamil olunur. Ümumi maraq Konvensiyanın 6-cı maddəsi ilə təminat verilən ərizəçinin müdafiə olunmaq, o cümlədən özünə qarşı ifadə verməmək hüququnun mahiyyətinə toxunan tədbirlərə bəraət qazandıra bilməz ("A.G.Zayçenko Rusiya Federasiyasına qarşı" işi üzrə 11 f evral 2010-cu il tarixli Qərar). Məhkəmə kollegiyası Konstitusiyanın, CPM-nin tələblərinə və Avropa Məhkəməsinin hüquqi mövqeyinə əsaslanaraq hesab edir ki, hər bir şəxsin susmaq, özünə qarşı ifadə verməmək hüququ vardır və bu hüquqlar təmin edilməlidir. Heç bir maraq şəxsin müdafiə olunmaq, o cümlədən susmaq və özünə qarşı ifadə verməmək, habelə törətdiyi cinayət xarakterli əməl barədə məlumat verməmək hüququndan məhrum etmir. Bu baxmdan məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Məhkum tabeliyində olan şəxsə qarşı zor tətbiq etməsi barədə yuxarı komandanlığa məruzə etmək, bununla bağlı araşdırmanın aparılmasına nail olmaq vəzifələrini daşımamış, öz vəzifə səlahiyyətlərinə görə bu halın araşdırması hüququna malik olmamış, bununla da Azərbaycan Respublikası Müdafiə Nazirinin 16 may 2014-cü il tarixli, 26 №-li qərarının 2.7-ci bəndinin "Xidməti araşdırmaların aparılması üçün səbəb olmuş hallar aşkar edildikdən sonra 24 saatdan gec olmayaraq xidməti araşdırma təyin olunur" tələblərini pozmamışdır. Bütün təsvir olununlardan çıxış edərək məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Məhkum törətdiyi cinayət əməli CM-nin 329.1 və 128-ci maddələri ilə düzgün tövsif edilmiş və ona əsaslı olaraq əməlində cinayət tərkibinin olmaması əsası ilə, yəni CPM-nin 42.1.2-ci maddəsinə əsasən CM-nin 341.1-ci maddəsi ilə bəraət verilmişdir. Belə olan halda məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsi tərəfindən onun çıxardığı hökmün ləğv edilməsini şərtləndlirən CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş hər hansı pozuntuya yol verilməsini müəyən et məyərək kassasiya protestinin dəlillərini qəbul edilməz sayır və həmin protestin təmin edilməsini mümkün bilmir. Buna görə məhkəmə kollegiyası kassasiya protestinin təmin edilməsi haqda dövlət ittihamçısı H.B.İmranovun çıxışını dinləyərək belə nəticəyə gəlir ki, yuxarıda şərh edilən əsaslara görə kassasiya protesti təmin edilməməli və Məhkum CM-nin 341.1-ci maddəsi ilə bəraət verilməsinə, CM-nin 128, 329.1-ci maddələri ilə isə təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 noyabr 2022-ci il tarixli hökmü kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcələsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali M əhkəməsinin Cinayət Kollegiyası QƏRARA A L D I: Kassasiya protesti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 341.1-ci maddəsi ilə bəraət verilməsinə və həmin Məcəllənin 128 və 329.1-ci maddələri ilə təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 noyabr 2022-ci il tarixli hökmü kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1-1(102)-51/2023
Ali Məhkəmə Qərar — İş №1-1(102)-51/2023
19.09.2023 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver