Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-51/2024 25.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Vidadi Cəfər oğlu və Rəcəbov İlkin Əbülfəz oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X4 iştirakı ilə, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 08 dekabr N3-cü il tarixli qərarından Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya pr otestinə mahiyyəti üzrə baxaraq, MÜƏYYƏNETDİ: Gəncə Hərbi Məhkəməsinin 1-1(095)-155/N3 saylı, 04 iyul N3-cü tarixli hökmü ilə (sədrlik edən hakim X3) Məhkum (xx xxxxx 1992-ci ildə Tovuz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində iki azyaşlı uşağı olan, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin sabiq müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər, Tovuz rayonunun Qaraxanlı kəndində qeydiyyatda olan və yaşayan), Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Məcəlləsinin 333.4- cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.3-cü maddəsinə əsasən Gəncə Hərbi Məhkəməsinin 16 iyun N1- ci il tarixli hökmü ilə Məhkum təyin edilmiş hər ay aylıq pul təminatından 5 (beş) faiz məbləğdə dövlət nəfinə tutulmaqla 6 (altı) ay müddətə hərbi xidmət üzrə məhdudlaşdırma cəzasının çəkilməmiş 4 (dörd) ay hissəsinin hər dörd günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər tutulmaqlahəmin hökmlə təyin edilmiş cəza Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına tam birləşdirməkyolu ilə ona hökmlərin məcmusu üzrə qəti olaraq 2 (iki) il 1 (bir) ay müddətinə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi, təyin edilmiş cəzanın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 6 (altı) ay sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilməsi, sınaq müddəti ərzində onun davranışı üzərində nəzarətin yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilməsi, üzərinə davranışına nəzarət edən icra orqanına məlumat vermədən daimi yaşayış yerini dəyişməmək, öz davranışı ilə islah olunmasını sübut etmək vəzifəsinin qoyulması, təyin edilmiş sınaq müddətinin əvvəlinin hökm qanuni qüvvəyə mindiyi gündən hesablanması, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1-1(104)-62/N3 saylı, 08 dekabr N3-cü il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim N.T.Əliyev, hakimlər S.B.Hüseynov və R.M.Cəfərovdan ibarət məhkəmə tərkibi) dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməmiş, Gəncə Hərb i Məhkəməsinin 1-1(095)155/N3 saylı, 04 iyul N3-cü tarixli hökmü həmin apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 08 dekabr N3-cü il tarixli qərarından Dövlət ittihamçısı3 tərəfindən kassasiya protesti verilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmü ilə Məhkum təqsirli bilinib ona görə məhkum olunmuşdur ki, o, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin kəşfiyyat bölüyünün 1-ci kəşfiyyat taqımının 1-ci kəşfiyyat manqasının kəşfiyyatçısı vəzifəsində, əsgər rütbəsində müddətdən artıq həqiqi hərbi xidmətdə olarkən, Şəmkir hərbi prokurorluğunda istintaq olunan cinayət işi üzrə Gəncə Hərbi Məhkəməsinin 26 yanvar N1-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seç ildiyindən həmin hərbi hissə komandirinin N oktyabr N1-ci il tarixli, 311 nömrəli əmrinə əsasən “Hərbi xidmətkeçmə haqqında əsasənamə”yə müvafiq olaraq, tutduğu vəzifədən azad olunaraq hərbi hissə komandirinin sərəncamına çıxarılmış və həmin işüzrə Gəncə Hərbi Məhkəməsinin yekun hökmü çıxarılana qədər, yəni 20 sentyabr N2-ciil tarixədək Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılmışdır. O, N nömrəli hərbi hissə komandirinin sərəncamında olduğu və həbsdə saxlanıldığı müddətdə Gəncə Hərbi Məhkəməsinin 20 sentyabr N2-ci il tarixli bəraət hökmü ilə məhkəmə zalında həbsdən azadlığa buraxılmışdır. Lakin həmin vaxt hərbi qulluqçu olaraq 21 sentyabr N2-ci il tarixdən xidmət etdiyi N nömrəli hərbi hissəyə qayıtmalı olduğu halda üzrlü səbəblər olmadan, hərbi xidmət vəzifələrinin icrasından müvəqqəti yayınmaq məqsədilə həmin tarixdə xidmət yerinə qayıtmayaraq, 29 noyabr N2-ci il tarixdə qayıtmaqla, bir aydan artıq, lakin üç aydan çox olmayaraq xidməti yerinə vaxtında gəlməmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı protestində göstərmişdir ki, nəzərə alınmalıdır ki, Məhkum məhkəmədə səsləndirdiyi ifadəsi, onun əvvəllər də məhkum olunmasına baxmayaraq, təkrarən cinayət törətməsi heç də əməlindən peşmançılıq hisslərini əks etdirmir, əksinə onun xidmətdən yayınmağa meylli hərbi qulluqçu olmasına işarə edən amillərdir. Bu da onun real cəza çəkmədən islah olunmasını istisna etsə də, məhkəmə buna fərqli mövqe nümayiş etdirmişdir. Məhkəmə Məhkum N0-ci ilin iyul ayında döyüş əməliyyatlarında iştirak etməsi qənaətində olsa da, N nömrəli hərbi hissə komandirinin N iyun N3-cü il tarixli, 723 nömrəli arayışının surətindən görünür ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Məhkum hərbi hissə komandirinin N iyul N0-ci il tarixli əmri ilə taborun döyüş mövqeyinin gücləndirilməsi məqsədilə 1 -ci kəşfiyyat taqımının 1 -ci kəşfiyyat manqasının kəşfiyyatçı-artilleriya korrektəedicisi vəzifəsinə təyin olunmuş, lakin faktiki döyüş əməliyyatlarında iştirak etməmişdir. Odur ki, qeyd edilən hallar məhkumun barəsində CM-nin 70-ci maddəsinin tətbiqi üçün deyil, yalnız ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəzanın aşağı həddinin təyin edilməsi üçün əsas ola bilər. Məhkəmə tərəfindən cinayət əməli tam sübuta yetirilmiş Məhkum cəza çəkmədən islah olunmasının mümkün sayılaraq onun barəsində CM- in 70-ci maddəsi tətbiq edilməklə təyin edilmiş cəzanın şərti hesab edilməsi həmin maddənin müstəsna əhəmiyyətinin itirilməsinə səbəb olmuşdur. Belə ki, təqsirləndirilən şəxs Məhkum Gəncə hərbi məhkəməsinin 16 iyun N1-ci il tarixli hökmü ilə CM-nin 350.1-ci maddəsi ilə təqsirli bilinərək aylıq pul təminatından dövlət nəfinə 05 % tutulmaqla 06 ay müddətdə hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına məhkum edildiyi, həmin hökm qanuni qüvvəsini alıb icraya yönəldiyi, real cəza çəkildiyi halda, məhkəmənin həmin cəzanın çəkilməmiş 4 ay hissəsinin CM-in 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş 2 il müddətə azadlıqdan məhrum etmə cəzasına tam birləşdirmək yolu ilə ona hökmlərin məcmusu üzrə qəti olaraq 2 il 1 ay müddətinə azadlıqdan məhrumetmə cəzasının təyin edərək barəsində CM-in 70- ci maddəsi tətbiq etməsi qanunauyğun deyildir. Məhkəmələr faktiki olaraq, səlahiyyət hüdudlarını asmaqla, qanuni qüvvədə olan başqa bir hökm üzrə təyin edilmiş cəzanı da şərti hesab etmişlər. Sadalananlardan göründüyü kimi, məhkəmə kollegiyası Məhkum tərəfindən törədilən cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsini, xarakterini və təqsirləndirilən şəxsin şəxsiyyətini nəzərə almamaqla cəza təyin etmə barədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41 və 58.3 maddələrinin tələblərini pozmuş, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarındakı tövsiyələri nəzərə almamışdır. Məhkəmə koleqiyasının təqsirləndirilən şəxsə təyin etdiyi cəza ilə sosial ədalət bərpa olunmamış, şərti hesab edilməsi ilə ə laqədar islah təsirinin yetərli olmaması səbəbindən həmin cəza gələcəkdə həm təqsirləndirilən, həm də başqa şəxslər tərəfindən eyni kateqoriyadan olan cinayətlərin törədilməsinin qarşısının alınmasına, bir sözlə qeyd olunan cəza ədalətli olmadığından cəzanın məqsədinin təmin olunmasına xidmət etməmişdir. Beləliklə, məhkəmə kollegiyası Məhkum təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını CM-in 70-ci maddəsinə əsasən şərti hesab etməklə cinayət qanunu normasını düzgün tətbiq etməmişdir. Dövlət ittihamçısı kassasiya protestində göstərilənlərə əsasən X2 Cinayət kollegiyasının 08 dekabr N3-cü il tarixli qərarının ləğv edilməsini, işin yenidən apellyasiya instansiya məhkəməsində yenidən baxılması üçün qərar qəbul edilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kass asiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublika sı Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Dövlət ittihamçısı protestdə kassasiya tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 416.1.2, 416.1.15 və 416.1.21-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Odur ki, kollegiya dövlət ittihamçısının kassasiya protestini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası nın 08 dekabr N3-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Məhkəmə kollegiyası kassasiya protestinin Məhkum təqsirli bilindiyi CM-in 333.4-cü maddəsi ilə CM-in 70-ci maddəsinə əsasən 6 ay sınaq müddəti müəyyən olunmaqla şərti olaraq tətbiq olunmuş 2 il müddətə azadlıqdan məhrum etmə cəzasının mübahisələndirilməsi üzrə dəlilləri ilə kassasiya müraciətinin müəllifi ilə razılaşmaq üçün əsas görmür. Belə ki, baxılan işdə Məhkum cəzasını ağırlaşdıran hallar müəyyən edilməmiş, işin müəyyən olunmuş hallarına görə təqsirləndirilən şəxsin himayəsində iki azyaşlı uşağının olmasını, cinayəti qismən etiraf etməklə əməlindən peşmançılıq çəkməsini, ordu sıralarında müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmə t keçməsini, xidmət müddətində hərbi hissə komandanlığı tərəfindən müsbət xasiyyətləndirilməsini, N0ci ilin iyul ayında döyüş əməliyyatlarında iştirak etməsini və hazırda isə ordu sıralarından tərxis olunmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirilmiş və birinci instansiya məhkəməsi cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar məsələsi üzrə müəyyən etdiklərini Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərini gözləməklə, cəzanın təyin edilməsində əhəmiyyətli olan digər əsaslarla (cinayətin xarakteri və ictimai təhlükəliliyi, törədilmə halları, təqsirkarın şəxsiyyəti, o cümlədən ailə vəziyyəti, törətdiyi cinayətə və onun nəticələrinə görə məsuliyyətini dərk etməsi, öz vəziyyətinə tənqidi münasibət bəsləməsi, prosessual vəzifələrini vicdanla yerinə yetirməsi, məhkəmədə davranışı, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri ilə) birlikdə götürməklə nəzərə almış və Hüseyn Mədətovun barəsində 2 il müddətə azadlıqdan məhrum etmə cəzasına şərti məhkum etmə şəklində CM-in 58-ci maddəsi ilə yanaşı 59, 61, 70-ci maddələrinin tələblərinə cavab verən və CM-in 41.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərin təmin edilməsi üçün kifayət edən ədalətli cinayət-hüquqi xarakterli tətbir tətbiq etmişdir. Məhkəmələrin cəzanı yüngülləşdirən və ağırlaşdıran, təqsirkarın şəxsiyyətini səciyyələndirən hallar, CM-in 58.3-cü maddəsində nəzərdə tutulmuş digər məsələlər üzrə nəticələri məhkəmə baxışında CPM-in 143-146-cı maddələrinə müvafiq sürətdə tədqiq olunub-qiymətləndirilmiş sübutlardan hasil edilmiş, yəni məhkəmələr tərəfindən CPM-in 139, o cümlədə n 139.0.5-ci maddəsinin tələblərinə də əməl olunmuşdur. Odur ki, dövlət ittihamçısının birinci instansiya məhkəməsinin Məhkum şərti məhkum etməni tətbiq etməklə (apellyasiya məhkəməsinin bu cinayət-hüquqi xarakterli tədbirlə razılaşmaqla) Cinayət Məcəlləsinin və Cinayət-Prosessual Məcəllənin pozuntularına yol vermələri barədə iddiası əsaslı sayıla bilməz. Qeyd olunanlar məhkəmələr tərəfindən Azərbaycan Respublikası CPM-in 416.1-ci maddəsində təsbit edilən, o cümlədən kassasiya protesti ilə ehtiva olunan CPM-in 416.1.2, 416.1.15 və 416.1.21-ci maddələrində nəzərdə tutulmuş pozuntulara yol verilmədiyini, bu protestin təmin edilməsi, apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərarının ləğv edilməsi və yaxud dəyişdirilməsi üçün əsasların olmadığını göstərir. Beləliklə, məhkəmə k ollegiyası kassasiya protestinin təmin edilməsinə dair dövlət ittihamçısının çıxışını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya protesti təmin edilməməli, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 08 dekabr N3-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilməsin. Məhkum barəsində olan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 fevral N3-cü il tarixli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1-1(102)-51/2024
Ali Məhkəmə Qərar — İş №1-1(102)-51/2024
25.07.2024 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver