Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-51/2025 18.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Teyyub Asif oğlu Muxtarov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, Pərviz Müseyib oğlu Hacıyevin katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun və məhkumun müdafiəçisi Müdafiəçi2 iştirakları ilə, Naxçıvan Muxtar Respublikası Ali Mə hkəməsinin Cinayət kollegiyasının 23 oktyabr 2024-cü il tarixli 1-1(108)-21/2024 nömrəli qərarından Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin (hakimlər İlham İbrahimov (sədrlik edən və məruzəçi), Səxavət Hüseynov və Abil Orucəliyev) 18 sentyabr 2024-cü il tarixli 1-1(092)-38/2024 nömrəli hökmü ilə 06 avqust 1996-cı il tarixdə Gədəbəy rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali-hərbi təhsilli, əvvəllər məhkum olunmayan, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin tabeliyində olan N1 nömrəli hərbi hissədə xidmət edən, Gədəbəy rayonunun Qızıltorpaq kəndində qeydiyyatda olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 228.2. 2, 232.2.2 və 232.2.3-cü maddələri ilə təqsirli bilinərək, CM-in 228.2.2-ci maddəsi ilə 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-in 232.2.2 və 232.2.3-cü maddələri ilə 5 (beş) il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaqla ona qəti olaraq 5 (beş) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəlinin 28 fevral 2024-cü il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmü ilə Məhkum təqsirli bilinərək məhkum edilmişdir ona görə ki, o, baş leytenant Quliyev X2 Nazirliyinin N nömrəli hərbi hissəsinin tabeliyində olan N1 №-li hərbi hissəsinin 1-ci xüsusi təyinatlı bölüyünün, 4-cü xüsusi təyinatlı qrupunun komandiri vəzifəsində, xidmət edərkən hərbi hissənin şəxsi heyəti ilə birgə 09 sentyabr 2023-cü il tarixdən N sentyabr 2023-cü il tarixədək Azərbaycan Respublikasının Qarabağ bölgəsində “Lokal Xarakterli Antiterror” əməliyyatlarına cəlb edilmiş, həmin əməliyyatlarda iştirak edərkən komandiri olduğu qrupda kəşfiyyatçıqumbaraatan vəzifəsində xidmət edən, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu, əsgər Şahid1 22 sentyabr 2023-cü il tarixdə Ağdərə rayonunun Heyvalı kəndində olan evdən 1 ədəd “AKM” markalı avtomat silah və həmin silaha aid hər birində 30 ədəd 7,62 mm çaplı döyüş patronu olan N ədəd daraq tapmış, silahı, daraqları və döyüş sursatını özü ilə götürərək orada olduğu müddətdə Məhkum icazəsi ilə döyüş növbətçiliyində olarkən həmin silahla xid mətə çıxmış, 27 sentyabr 2023-cü il tarixdə döyüş əməliyyatları başa çatdığından hərbi hissənin şəxsi heyəti Kəlbəcər rayonunun Vəng kəndində yerləşən Müdafiə Nazirliyinə məxsus olan bölməyə qayıtmış, orada olarkən yuxarı komandir və rəislər tərəfindən şəxsi heyətə özlərinə təhkim olunmuş silahsursatdan başqa döyüş əməliyyatları zamanı götürülən bütün növ hərbi qəniməti Azərbaycan Respublikası Prezidentinin N oktyabr 2020-ci il tarixli, 1170 nömrəli fərmanının 6.3-cü bəndinə əsasən inventarlaşdırılaraq dövlət əmlakının siyahısına alınmasından ötrü təhvil vermək tapşırılmış, qrup komandirlərinə tabeliklərində olan şəxsi heyəti yoxlayaraq özlərinə təhkim olunmuş silah-sursatdan başqa nə varsa götürüb təhvil vermələri bildirilmiş, bu vaxt Məhkum öz qulluq mövqeyindən, yəni qrup komandiri olma ğından istifadə edərək tabeliyində xidmət edən əsgər Şahid1 hərbi qənimət kimi götürdüyü 1 ədəd AKM markalı avtomat silahı və hər birində 30 ədəd 7.62 mm çapında döyüş mərmisi olan həmin silaha aid N ədəd darağı təhvil verməməsini, özü ilə birlikdə Naxçıvana aparmasını, orada öz xidmət etdikləri hərbi hissənin raket-artileriya, silah təchizatı xidmətinə təhvil verəcəyini deyib sonuncunu hərbi qənimət kimi götürdüyü AKM markalı avtomat silahı və içərisində sursat olan daraqları təhvil verməmiş, N sentyabr 2023-cü il tarixdə şəxsi heyət hərbi hissənin daimi dislokasiya rayonuna, Ordubad şəhərinə qayıtdıqdan sonra yuxarı komandir və rəislər tərəfindən şəxsi heyətə yenidən özlərinə təhkim olunmuş bütün növ silah-sursatı sayla təhvil verməsi, kiminsə üzərində, çantasında qalan hərbi qənimət kim i götürülmüş döyüş əmlakı varsa inventarlaşdırılaraq dövlət əmlakının siyahısına alınmasından ötrü hərbi hissənin raket-artileriya, silah təchizatı xidmətinə təhvil verilməsi üçün kənara yığılması tapşırılmış, Məhkum yataqxananın qarşısında düzülən şəxsi heyətə başçılıq etmiş, Şahid1 hərbi qənimət kimi götürdüyü 1 ədəd AKM markalı avtomat silahı və hər birində 30 ədəd 7.62 mm çapında döyüş mərmisi olan həmin silaha aid N ədəd darağı hərbi hissəyə təhvil verməsi üçün Məhkum vermiş, Məhkum də həmin silahı və sursatı ondan alıb təhvil verməyərək öz qulluq mövqeyindən istifadə edərək 1 ədəd AKM markalı avtomat silahı və hər birində 30 ədəd 7.62 mm çapında döyüş mərmisi olan həmin silaha aid N ədəd darağı talayıb hərbi hissənin kompyuter otağına apararaq orada saxlamış, həmin gün saat N radələr ində hərbi hissəyə gələrək kompyuter otağında olan içərisində 100 ədəd 7,62 mm çaplı döyüş sursatı olan sandıqçanı öz qulluq mövqeyindən istifadə etməklə təkrar olaraq talayıb sandıqçanı (sink), 1 ədəd AKM markalı avtomat silahı və hər birində 30 ədəd 7.62 mm çapında döyüş mərmisi olan həmin silaha aid N ədəd darağı özü ilə gətirdiyi çantaya yığaraq kirayə yaşadığı ünvan 1 ünvanına qanunsuz olaraq daşıyıb orada 20 noyabr 2023 cü il tarixədək qanunsuz olaraq saxlamış, 2023-cü ilin oktyabr ayında Məhkumlə eyni bölükdə xidmət edən baş gizir Şahid2 bölük komandiri baş leytenant Novruz Məstanova döyüş əməliyyatları zamanı hərbi qənimət kimi 1 ədəd AKM markalı avtomat silah götürülüb Məhkum verildiyini, onun isə hərbi hissəyə təhvil vermədiyini məruzə etdikdə N.Məstanov Məhkum yanına çağırıb bu barədə ondan soruşmuş, sonuncu belə bir hal olmadığını deyərək həmin silahı təhvil verməmiş, 20 noyabr 2023-cü il tarixdə N nömrəli hərbi hissənin komandiri polkovnik-leytenant Şahid8 bu barədə məlumat əldə etdikdən sonra Məhkum silahı təhvil verməsi üçün hərbi hissənin raket-artileriya, silah təchizatı xidmətinin rəisi kapitan Şahid9 və N1 nömrəli hərbi hissənin qərargah rəsi kapitan Şahid7lə birlikdə yaşadığı evə göndərmiş, Məhkum guya evi axtarıb tapa bilmədiyini deyərək yenə də silahı təhvil verməmiş, evdə saxladığı sursatlar barədə heç kimə heç nə demədən onları da təhvil verməyib hərbi hissəyə qayıtmış, həmin gün saat 23 radələrində Məhkum avtomat silahı axtarmaq məqsədi ilə N.Məstanovla birlikdə yenidən yaşadığı evə getmiş, bu vaxt onları hərbi hissəyə çağırdıqlarından N.Məstanov evdən çölə çıxdıqdan sonra Məhkum onunla eyni hərbi hissədə xidmət edən, yaxınlıqda yaşayan baş leytenant Şahid5 zəng vurub yaşadığı binanın yanına gəlməsini bildirmiş, bir az keçdikdən sonra Şahid5 oraya gəldikdə ona bir ədəd çanta verib içərisində sursat olduğunu, özündə saxlamasını, səhəri gün ondan götürəcəyini deyərək hərbi hissəyə getmiş, Şahid5 çantanı ondan aldıqdan sonra hərbi hissəyə aparıb öz xidməti otağına qoymuş, Məhkum hərbi hissədə olarkən hərbi hissə komandiri Şahid8 onunla söhbət aparıb Şahid1 ona sursatlar da verdiyini, həmin sursatların harada olduğunu soruşduqda Məhkum əvvəlcə onda hər hansı sursat olmadığını, Şahid1 ona təkcə 1 ədəd AKM markalı avtomat silah verdiyini deyib təhvil verməmiş, Şahid8 israrla soruşduqda məcbur qalıb etiraf edərək həmin sursatları onunla e yni hərbi hissədə xidmət edən baş leytenant Şahid5 verdiyini demiş, Şahid8 göstərişinə əsasən Şahid5 həmin sursatları təhvil vermiş, bununla da Məhkum odlu silahı və döyüş sursatını öz qulluq mövqeyindən istifadə etməklə təkrar talamış və həmin odlu silahı, döyüş sursatını qanunsuz olaraq daşımış və təkrar saxlamışdır. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər İlqar Mirzəyev (sədrlik edən və məruzəçi), Müşfiq Həsənov və Səxavət Novruzov) 23 oktyabr 2024-cü il tarixli 1-1(108)-21/2024 nömrəli qərarı ilə Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin 18 sentyabr 2024-cü il tarixli 1-1(092)-38/2024 nömrəli hökmü dəyişdirilmədən saxlanılmış, məhkumun müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Məhkum müdafiəçisi Müda fiəçi2 kassasiya şikayəti verərək Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 23 oktyabr 2024-cü il tarixli 11(108)-21/2024 nömrəli qərarını dəyişdirərək, məhkum barəsində CM-in 70-ci maddəsi tətbiq edilməklə ona şərti məhkum etmə cəzasının təyin edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Müdafiəçi2 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmələr məhkuma cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun həyat şəraitinə təsirini nəzərə almasını, iş üzrə cəzanı ağırlaşdıran halların olmamasını hökmdə göstərsə də, faktiki olaraq həmin halları nəzərə almaya raq ona ağır cəza təyin etmişdir. Belə ki, Məhkum törətdiyi əməli etiraf edərək əməlindən peşman olduğunu bildirmiş, əvvəllər məhkum olunmamış, ilk dəfədir cinayət törədib, xidmət etdiyi dövr ərzində heç bir intizam pozuntusuna yol verməmişdir. Xüsusi təyinatlı bölüyündə kəşfiyyatçı vəzifəsində xidmət etmiş, 2020-ci ildə 44 günlük Vətən müharibəsi dövründə və 2023-cü ildə keçirilən Lokal Xarakterli Antiterror əməliyyatlarında kəşfiyyatçı olaraq xüsusi xidmətləri olmuş, Azərbaycan Respublikası Prezidentinin 07 noyabr 2023-cü il tarixli 4158 nömrəli Sərəncamı ilə “Döyüşdə fərqlənməyə görə” medalı ilə təltif olunub. Hərbi hissə komandiri tərəfindən dəfələrlə Fəxri fərmanla təltif edilib. Zərərçəkmiş hüquqi səxslə barışıq əldə edib və zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin heç bir tələb və ş ikayəti yoxdur, iş üzrə cəzasını ağırlaşdıran hallar yoxdur. Ailəsi maddi cəhətdən çox çətin vəziyyətdədir. Evin yeganə qazanc gətirən şəxsidir. Məhkəmələr tərəfindən çıxarılan qərarlar qanuni olmaqla bərabər həm də ədalətli olmalı, ictimai münasibətlərin-düzgün tənzimlənməsinə xidmət etməlidir. Məhkəmə qərarında ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər ədalətin bərqərar edildiyi də aydın görülməlidir. Şikayət olunan məhkəmə aktı həmin qanun normalarının tələblərinə cavab vermir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirmədən saxlanılmalıdır. Hüquq i məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Qanunun yuxarıda göstərilən tələblərinə uyğun olaraq kassasiya kollegiyası apellyasiya məhkəməsinin həmin normalara riayət etməsini yoxlayaraq qeyd edir ki, məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstün lük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiyası Məhkum əməlinə dair məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPMin 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Odur ki, məhkum edilmiş şəxs Məhkum əməlləri Azərbaycan Respublikası CM-in 228.2.2, 232.2.2 və 232.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin tərkibini yaratdığı üçün həmin əməllərin yuxarıda göstərilən maddələr ilə tövsif edilməsini məhkəmə kollegiyası düzgün sayır. Kassasiya şikayətinin başlıca dəlili Məhkum təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsi ilə bağlıdır. Məhkum barəsində Azərbaycan Respublikası CM-in 70-ci maddəsinin tətbiq edilməsi barədə kassasiya tələbini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, birinci və apellyasiya instansiyası məhkəmələri cəza təyini məsələsini həll edərkən maddi hüquq normalarının, o cümlədən Azərbaycan Respublikası CM-in 8, 41.2, 58.3, 59 və 61-ci maddələrinin tələblərinə əməl etməklə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, cəzanı yüngülləşdirən halları düzgün nəzərə almış və Azərbaycan Respublikası CM-in 70-ci maddəsinə əsasən təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsi üçün əsaslar müəyyən etməmişdir. Belə ki, Azərbaycan Respublikası CM-in 70-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterin i, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Həmçinin məhkəmə kollegiyası bildirir ki, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 25-ci bəndində göstərilmişdir ki, şərti məhkum etmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədlərinə cavab verməlidir. Şərti məhkum etmə cəza təyin etmə ilə bağlı müstəsna norma olmaqla CM-in 70.1-ci maddəsinin tələbi üzrə yalnız o halda tətbiq edilə bilər ki, məhkumun cəza çəkmədən islah olunması mümkün olsun. Qanunun mənasına əsasən şərti məhkum etmə bir qayda olaraq cinayət törətmiş şəxslərə müstəsna hallarda, məhkumun təyin olunmuş cə zanı real çəkməsi məqsədə müvafiq olmadıqda tətbiq edilə bilər. Cinayət işi üzrə isə belə hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq Məhkum cəza çəkmədən islah olunmasını və bununla əlaqədar onun barəsində CM-in 70ci maddəsinin tətbiq olunmasını mümkün hesab etmir. Cinayət qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasına, beynəlxalq hüququn hamılıqla qəbul edilmiş normalarına və prinsiplərinə əsaslanmaqla, cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini, həcmini, eləcə də digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edir (Ci nayət Məcəlləsinin 1.2 və 2.2-ci maddələri). Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir (Cinayət Məcəlləsinin 41.1 və 41.2-ci maddələri). Göstərilən normalardan aydın olur ki, cəza törədilmiş cinayətin hüquqi nəticəsi olmaqla cinayət qanunu ilə nəzərdə tutulan hallarda və hədlərdə təqsirkara qarşı yönəldilir və onun həmin cəzanın icrası ilə əlaqədar məhrumiyyətlərə məruz qalması cəzanın məqsədlərinə nail olmasına xidmət edir. Bundan başqa kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cina yətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinin tələbinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan R espublikası Ali Məhkəməsinin Plenumunun 2003-cü il 25 iyun tarixli, 4 saylı qərarının 1ci bəndində göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Məhkuma istinad edilən Azərbaycan Respublikası CM-in 228.2.2-ci maddəsinin sanksiyasında üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 232.2.2 və 232.2.3-cü maddələrinin sanksiyasında beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarından da görünür ki, Məhkum Azərbaycan Respublikası CM-in 228.2.2-ci maddəsinin sanksiyası həddində 3 (üç ) il müddətə, CM-in 232.2.2 və 232.2.3-cü maddələrinin sanksiyası həddində 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Apellyasiya instansiyası məhkəməsi Məhkum cəza təyin edərkən yuxarıda göstərilən qanun normalarının tələblərini və Ali Məhkəmənin Plenumunun tövsiyələrini nəzərə almış və məhkuma ədalətli və cəza məqsədlərinə cavab verən cəza təyin etmişdir. Ona görə də məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri əsaslı hesab etmir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş hər hansı pozuntuya yol verilməmişdir. Qeyd olunanlar, apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərarının qanuni və əsaslı olduğunu, onun kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasl arın olmadığını göstərir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya şikayətinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya şikayətinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də hesab edir ki, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 23 oktyabr 2024-cü il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində onun dəyişdirilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə əsassız olduğundan, şikayətin təmin edilmədən, həmin qərar isə dəyişiklik edilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilməsin. Məhkum barəsin də Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 23 oktyabr 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1-1(102)-51/2025
Ali Məhkəmə Qərar — İş №1-1(102)-51/2025
18.06.2025 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver