Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-52/2018 14.06.2018 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi Kollegiyası hakimlər Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Nəsirov İnqilab Maşallah oğlu və Əliyev Fərhad Kazım oğlundan ibarət tərkibdə, Allahverdiyeva Nilgün Qəhrəman qızının katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Məmmədov Anar Ələsgər oğlu və Məhkum müdafiəçisi X2 iştirakları ilə, Gəncə Hərbi Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.3 və 333.4-cü maddələri ilə təqsirli bilinib məh kum olunmuş Məhkum barəsində Gəncə Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının xx xxxx 2018-ci il tarixli qərarından dövlət ittihamçısı Rizvanov Qalib tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq MÜƏYYƏN E T D İ: Gəncə Hərbi Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli hökmü ilə (sədrlik edən hakim S.B.Hüseynov) xx xxxxxx 1988-ci il tarixdə Hacıqabul rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, hazırda işsiz, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.3 və 333.4-cü maddələri ilə təqsirli bilinib, CMin 333.3-cü maddəsi ilə 1 il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 333.4-cü maddəsi ilə 2 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmin Məcəllənin 66.2ci maddəsinə əsasən cəzaları qismən toplanılaraq ona 3 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, həmçinin CM-in 71.5-ci maddəsinə əsasən onun barəsində əvvəllər Gəncə Hərbi Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə təyin edilmiş şərti məhkum etmə ləğv edilmiş, həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən əvvəlki hökm üzrə təyin edilmiş 3 il müddətə azadlıqdan məhrum etmə cəzası hazırkı hökm üzrə təyin edilmiş cəzaya qismən birləşdirilməklə onun üzərində qəti olaraq 4 il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış və CM-in 70-ci maddəsi tətbiq edilərək cəzası 2 il sınaq müddəti şərti hesab edilmiş, sınaq müddətinin əvvəlinin hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmış, habelə sınaq müddəti ərzində davranışı üzərində nə zarətin yaşayış yeri üzrə Hacıqabul rayon İcra şöbəsinə həvalə edilməsi, sınaq müddəti ərzində davranışına nəzarət edən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməyin, öz davranışı ilə islah olunduğunu sübut etməyin bir vəzifə olaraq tapşırılması və barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İ Ş İ N H A L L A R İ: Məhkəmənin hökmünə əsasən Məhkum ona görə təqsirli bilinib məhkum edilmişdir ki, o, Müdafiə Nazirliyinin Daşkəsən rayonu Xoşbulaq kəndi ərazisində dislokasiya edilmiş N №-li hərbi hissənin sabiq 2-ci taborunun maddi texniki təminat taqımının təsərrüfat manqasının komandiri vəzifəsində, əsgər hərbi rütbəsində müddətdən artıq həqiqi hərbi xidmətdə olarkən üzürlü s əbəblər olmadan xx.xx.2017-ci il tarixdə saat 08:00-da xidmət yerini özbaşına tərk etmiş və xx.xx.2017-ci il tarixdə saat 18:00-da xidmət yerinə qayıtmışdır. Bundan başqa o, xx.xx.2017-ci il tarixdə saat 08:00-da xidmət yerini təkrarən özbaşına tərk etmiş və xx.xx.2017-ci il tarixdə saat 09:00-da xidmət yerinə qayıtmış, xx.xx.2017-ci il tarixdə saat 08:00-da xidmət yerini təkrarən özbaşına tərk etmiş və xx.xx.2017-ci il tarixdə saat 16:00-da qayıtmaqla bir il ərzində təkrarən on gündən az, lakin üç gündən çox olmaqla xidmət yerini özbaşına tərk etmişdir. Bundan başqa o, həmin vəzifədə və rütbədə müddətdən artıq həqiqi hərbi xidmətdə olarkən, üzürlü səbəblər olmadan xx.xx.2017-ci il tarixdə saat 08:00-da xidmət yerini özbaşına tərk etmiş və xx.xx.2017-ci il tarixdə saat 21:10-da Bakı Qarn izonu Hərbi polisinin əməkdaşları tərəfindən tutulub saxlanılmaqla bir aydan artıq, lakin üç aydan çox olmayaraq xidmət yerini özbaşına tərk etmişdir. Hökmdən dövlət ittihamçısı Sahib Əliyev tərəfindən verilmiş apellyasiya protestinə əsasən işə baxan Gəncə Apellyasiya Məhkəməsinin Hərbi kollegiyası (hakimlər: E.İ.Xasməmmədov (sədrlik edən və məruzəçi), T.A.Muxtarov və Ə.G.Abdullayevdən ibarət tərkibdə) xx xxxx 2018-ci il tarixli qərarı ilə apellyasiya protestini təmin etmədən, hökmü isə dəyişdirilmədən saxlamışdır. Gəncə Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının xx xxxx 2018-ci il tarixli qərarından dövlət ittihamçısı Rizvanov Qalib kassasiya protesti vermişdir. KASSASİYA PROTESTİNİN D Ə L İ L L Ə R İ: Dövlət ittihamçısı Q.Rizvanov kassasiya protestini onunla əsaslandırmışdır ki, tə yin edilmiş cəza törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun deyil, həmçinin cəza təyin edilərkən CM-in 8.1, 41.2, 58.3-cü maddələrinin, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli 4 saylı qərarının tələbləri pozulmuşdur. Belə ki, məhkəmə məhkumun şəxsiyyətini araşdırarkən, obyektiv mövqe tutmamış, məhkumun xidmət dövründə 8 dəfə cəzalandırılması və 1 dəfə də həvəsləndirilməməsi, məhz xidməti uyğunsuzluğa görə ehtiyata buraxılması barədə komandanlığın təqdim etdiyi sənədə tənqidi yanaşmamış, bu sənədin məzmununun onun davranışı ilk kəskin ziddiyət təşkil etməsinə əhəmiyyət verməməklə müqayisəli tədqiq etməmişdir. Məhkum törətmiş olduğu cinayət əməli böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlər kateqoriyasına aid olsa da eyni xarakterli cinayətlərin yenidən residivi olaraq törədilməsi yüksək ictimai təhlükəliliyə malik olan əməllərdir. Belə ki, bu kimi əməllər Silahlı Qüvvələrdə mövcud olan hüquq qaydasına ciddi zərər vurur, hərbi intizamı zəiflədir, şəxsi heyətin döyüş hazırlığını və döyüş qabiliyyətini pozur. Bu kateqoriyalı cinayətləri törətmiş şəxslərə təyin edilmiş cəzaların təkrar şərti hesab edilməsi gələcəkdə həmin qəbildən olan cinayətlərin qarşısının alınmasına öz mənfi təsirini göstərməyə bilməz. Bundan başqa cinayət işi məhkəmənin icraatına daxil olduqdan sonra təqsirləndirilən Məhkum barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam növündə qətimkan t ədbirinin şərtlərini pozaraq məhkəmə hazırlıq iclasına dəfələrlə gəlməmiş, ona görə də onun məcburi gətirilməsi haqqında 13 noyabr 2017-ci il tarixdə qərar qəbul edilmiş, əlavə olaraq xx xxxxxx 2017-ci il tarixdə təqsirləndirilən şəxsin barəsində axtarış elan edilməsi, tutulması və iş üzrə icraatın dayandırılması haqqında qərar qəbul edilmiş və axtarış yolu ilə Hacıqabul rayon Polis Şöbəsinin əməkdaşlaı tərəfindən tutularaq məhkəməyə təqdim olunduqdan sonra xx xxxxxx 2017-ci il tarixdə istintaq təzələnmiş və məhkəmə hazırlıq iclası keçirilmişdir. Belə olan halda C.Ə Səttərovun səmimi peşmançılığı yüngülləşdirici hal kimi qəbul edən məhkəmənin mülahizələri düzgün və əsaslı hesab edilə bilməz. Sadalanan xüsusatlara əsasən Məhkum Azərbaycan Respublikası CM-in 333.3 və 333.4-cü maddələri ilə m əhkum olunmasına dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasının xx xxxx 2018-ci il tarixli qərarı ləğv edilməli və iş apellyasiya instansiyası məhkəməsində yenidən baxılmağa təyin edilməlidir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin dəlillərini müzakirə edib, kassasiya protestinin təmin edilməsi barədə dövlət itihamçısı A.Ə.Məmmədovun, kassasiya protestinin təmin edilməməsi barədə Məhkum müdafiəçisi E.Ə.Həmidovun çıxışlarını dinləyib hesab edir ki, kassasiya protesti təmin edilmədən Gəncə Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının xx xxxx 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanmalıdır. Kassasiya protestinə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq Məhkum məhkəmədə iştirak etməmişdi r. Buna görə də məhkəmə kollegiyası Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.4-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ M Ə S Ə L Ə L Ə R: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayətprosessual nor malarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Cinayət işinin materiallarından görünür ki, Məhkum cinayət əməli Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinə müvafiq toplanıb tədqiq edilmiş, mötəbər və yekun nəticəyə gəlməyə imkan verən sübutların məcmusuna istinad edilməklə Gəncə Hərbi Məhkəməsinin xx xxxxxx 2018ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 333.3 və 333.4-cü maddələrinə tövsif edilmişdir. Apellyasiya instansiyası məhkəməsində dövlət ittihamçısının apellyasiya protesti əsasında cinayət işinə baxılarkən sübutların toplanması, tədqiqi və qiymətləndirilməsində birinci instansiya məhkəməsi tərəfindən nöqsanlara yol verilib-verilmədiyi yoxlanılmış və Gəncə Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının xx xxxx 2018-ci il tarixli qərarı ilə apellyasiya protesti təmin edilməmiş, hökm dəyişdirilmədən saxlanılmışdır. Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində məhkumun əməlinin tövsifi və təqsirlilik məsələsi mübahisələndirilməmiş, ilkin olaraq Məhkum Azərbaycan Respublikası CM-in 70-ci maddəsi ilə nəzərdə tutulan şərti məhkum etmənin düzgün olmayaraq tətbiq olunması iddia edilməklə buna dair bir sıra dəlillər irəli sürülmüşdür. Protestin dəlilləri ilə əlaqədar ilk növbədə qeyd olunmalıdır ki, apellaysiya məhkəməsi Məhkum barəsində şərti məhkum etmənin tətbiq edilməsinə dair birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab etməklə qeyd etmişdir ki, birinci instansiya məhkəməsi toplanmış sübutları müqayisəli şəkildə tədqiq edərək məhkuma ittiham olunmuş cinayət əməlini törətməsi haqda işin faktiki hallarına uyğun olan qanuni və əsaslı nəticəyə gəlmiş və onun əməlini Azərbaycan Respublikası CM-in 333.3 və 333.4-cü maddələri ilə düzgün tövsif etmişdir. Qərardan görünür ki, məhkəmə məhkuma cəza təyin edərkən cəza təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan AR CM-in 58.3-cü maddəsinin tələblərinə əməl edərək, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən onun cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini müzakirə edərək, belə qənaətə gəlmişdir ki, Məhkum əməlindən peşman olması, ordu sıralarından təxris edildiyindən əməlin ictimai təhlükəlilik dərəcəsinin azalması, atasının və qardaşının vəfat etməsi, ailə üzvünün anasından ibar ət olması, şahidlər R.Ə.Xəlilov və S.M.Xəlilovun məhkəmə iclası zamanı məhkumun əvvəllər nümunəvi hərbi qulluqçu kimi xidmət etməsi və sonradan ailə vəziyyəti ilə əlaqədar olaraq xidmət yerini özbaşına tərk etmək məcburiyyətində qalması məzmununda verdikləri ifadələri kimi halların məcmusu nəzərə alınmaqla onun cəmiyyətdən təcrid etmədən islah olunmasını mümkün hesab edilərək barəsində AR CM-in 70-ci maddəsini tətbiq etmişdir. Apellaysiya məhkəməsinin gəldiyi bu nəticə iş materiallarına və qanun tələblərinə tam uyğun olduğu üçün məhkəmə kollegiyası da onunla razılaşır və qeyd edir ki, Məhkum barəsində CM-in 70-ci maddəsinin tətbiq edilməli olduğuna dair həmin nəticənin qanuniliyini şübhə altına almağa əsas yoxdur, kassasiya protestinin dəlilləri də buna əsas vermir. Belə ki,AR CM-in 70.1-c i maddəsində nəzərdə tutulmuşdur ki, islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.2-ci maddəsində isə qeyd olunmuşdur ki, məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Bu normaların həm məzmunundan, həm də mənasından belə başa düşülür ki, məhkəmə AR CM-in 70.2-ci maddəsində göstərilmiş halları nəzərə almaqla məhkumun cəza çəkmədən islah olunmasını mümkün saydıqda şərti məhkum e tmə tətbiq edilməsi barədə qərar çıxara bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hökmün əsaslandırıcı hissəsində maddi hüquq normalarının tətbiqinə istinad edərək nəticə hissəsində bu normalara riayət etməklə və cəzanı yüngülləşdirən hallar kimi Məhkum səmimi etirafını, əməlindən peşman olmasını AR CMin 59.2-ci maddələrinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzər almışdır. Həmçinin, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi cəzanı yüngülləşdirən halları müəyyən edərkən cinayət-prosessual qanunu tələblərinə riayət etmiş, eləcə də sübutların araşdırılmasında hər hansı bir qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarı qəbul edilərkən yol verilməz sübutlarda n istifadə olunmamış, araşdırılmış sübutlara isə AR CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Odur ki, kassasiya protestinin qeyd olunan dəlilləri kifayət qədər əsaslandırılmamışdır. Məhkəmə kollegiyası cinayət işinin materiallarını araşdıraraq, cəza təyin etmənin ümumi əsaslarına, həmçinin şərti məhkum etməyə dair cinayət qanunvericiliyinin yuxarıda qeyd olunan müddəalarına əsaslanaraq Məhkum barəsində müəyyən edilmiş yüngülləşdrici halların məcmusunu nəzərə alaraq onlar barəsində CM-in 70-ci maddəsinin tətbiq olunmasını istisna edən hər hansı hal görmür. Məhkəmə kollegiyası həmçinin onu da qeyd etməyi zəruri hesab edir ki, şərti məhkum etmə zamanı məhkum cinayət məsuliyyətindən azad olunmur və onun əsası nı məhkum edilmiş şəxsin öz davranışı ilə islah və tərbiyə olunduğunu sübut etməsi təşkil edir. CM-in 71-ci maddəsinə əsasən şərti məhkum edilmiş şəxs məhkəmə tərəfindən onun üzərinə qoyulmuş vəzifələri yerinə yetirməkdən boyun qaçırdığına və ya ictimai qaydanı pozduğuna görə barəsində inzibati tənbeh tətbiq edildikdə, məhkəmə məhkumun üzərində nəzarəti həyata keçirən dövlət orqanının təqdimatı əsasında sınaq müddətini bir ildən çox olmayaraq uzada bilər. CM-nin 71-ci maddəsi həmçinin müvafiq hallarda şərti məhkum etmənin ləğv edilməsini və hökmlə təyin olunmuş cəzanın icra olunmasının əsaslarını və qaydasını nəzərdə tutur. AR CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalı, yəni cinayətin xarak terinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq olunur. Yəni cəzanın məqsədi təkcə məhkumun islah olunması ilə məhdudlaşmır. Qanuna görə təqsirli şəxsə təyin edilən cəza başqalarına xəbərdarlıq baxımından da əhəmiyyətlidir. Digər tərəfdən, AR CM-in 58.3-cü maddəsinə görə cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Kassasiya protestində bir sıra cinayət və cinayət prosessual qanunvericiliyinin normalarına istinad edilərək, bu normaların müddəaları göstərilsə də, məhkəmə kollegiyasının qənaətinə görə həmin normaların tələbləri pozulmamışdır. Göründüyü kimi, kassasiya protestinin dəlilləri apellyasiya məhkəməsinin qərarının qanuniliyini şübhə altına almağa əsas vermir. Qərarda göstərilən nəticələr tam qanuni olmaqla protestdə istinad edilən Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum qərarının və cinayət qanunvericliyinin müvafiq olaraq izahları və müddəaları ilə ziddiyyət təşkil etmir. Bunları nəzərə alaraq, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan (AR CPM-in 416-cı maddəsində nəzərdə tutulan hallar mövcud olmadığından) dəyişdirilmədən saxlanılmalı, kassasiya protesti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA A L D İ: Kassasiya protesti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.3 və 333.4-cü maddələri ilə məhkum edilməsinə dair iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasının xx xxxx 2018-ci il tarixli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1-1(102)-52/2018
Ali Məhkəmə Qərar — İş №1-1(102)-52/2018
14.06.2018 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver