Məhkəmə qərarları › İş №1-1(102)-52/2019

Ali Məhkəmə Qərar — İş №1-1(102)-52/2019

16.05.2019 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-52/2019 16.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri: Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Nəsirov İnqilab Maşallah oğlu və Əliyev Fərhad Kazım oğlundan ibarət tərkibdə; Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X4, Məhkum müdafiəçisi Müdafiəçi iştirakları ilə, Gəncə Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasının 26 fevral 2019-cu il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Tərtər Hərbi Məhkəməsinin 10 dekabr 2018-ci il tarixli, №1(098)-286/2018 saylı hökmü ilə (sədrlik edən hakim V.M.Nəsirov) 05 sentyabr 1998-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Azərbaycan Respublikası MN-in N №li hərbi hissəsinin əsgəri, barəsində komandanlığın müşahidəsi altına vermə qətimkan tədbiri seçilmiş Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 330.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, 01 (bir) il müddətə intizam xarakterli hərbi hissədə saxlama cəzasına məhkum edilmiş, təyin edilmiş intizam xarakterli hərbi his sədə saxlama cəzasını intizam xarakterli hərbi hissədə, yəni MN-in N №li hərbi hissəsində çəkməsi, cəzaçəkmənin başlanğıcının onun intizam xarakterli hərbi hissədə cəzasının icrasına başladığı gündən hesablanması və barəsində seçilmiş komandanlığın müşahidəsi altına vermə qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması müəyyən edilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum təqsirli bilinib ona görə məhkum olunmuşdur ki, o, Azərbaycan Respublikası MN-in N №li hərbi hissəsinin artilleriya təlim batareyasının 2-ci taqımının 1-ci manqasında heyət nəfəri vəzifəsində əsgər hərbi rütbəsində xidmətdə olarkən 04 may 2018-ci il tarixdə saat 18:00-da həmin batareyanın 2-ci taqımının 4-cü manqasının komandiri vəzifəsində əsgər hərbi rü tbəsində olan və batareyanın zabitlər üçün nəzərdə tutulan əl-üz yuma yerinin təmizlənməsinə nəzarət etməsi məqsədilə rəis təyin edilmiş Zərərçəkmiş şəxs hərbi xidmət üzrə öz vəzifələrini yerinə yetirməsi ilə əlaqədar otağın təmizlənməsi ilə bağlı verilən əmrin icra olunmasına göstəriş verməsi ilə bağlı aralarında yaranmış mübahisə zamanı onun sifət nahiyəsinə başı ilə bir zərbə vuraraq üst dodağının sol yarısının əzilmiş-cırılmış, alt dodağın selikli qişasının sol yarısının əzilmiş yaraları və sağ saidin yuxarı 1/3-nin ön içəri səthinin sıyrığı ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərərvurmaya aid xəsarət yetirərək rəis hesab olunan Zərərçəkmiş şəxs qarşı zor tətbiq etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasının 26 fevral 2019-cu il tar ixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim E.İ.Xasməmmədov, hakimlər T.A.Muxtarov və Ə.G.Abdullayevdən ibarət məhkəmə tərkibi) Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Tərtər Hərbi Məhkəməsinin 10 dekabr 2018-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasının 26 fevral 2019-cu il tarixli qərarından məhkumun müdafiəçisi Müdafiəçi kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum müdafiəçisi Müdafiəçi kassasiya şikayətində aşağıdakıları qeyd etmişdir: Məhkuma cəza təyin edərkən birinci instansiya məhkəməsi sonuncuya təyin edilmiş intizam xarakterli hərbi hissədə saxlama cəzasını çəkmədən islah olunmasının mümkünlüyü məsələsini tam və hərtərəfli araşdırmamışdır. Gəncə A pellyasiya Məhkəməsinin Hərbi Kollegiyası Tərtər Hərbi Məhkəməsinin hökmünü qüvvədə saxlayarkən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 330.1-ci maddəsi ilə cəza təyin edərkən onun məsuliyyətini yüngülləşdirən bir sıra halları, eləcə də təyin edilmiş cəzanın onun ailəsinin həyat şəraitinə təsiri nəzərə almamışdır. Belə ki, cinayət işinin materialları ilə Məhkum elan olunmuş ittihamla özünü tam təqsirli, öz əməlini etiraf etməklə səmimi peşimançılıq çəkir, o cümlədən cinayətin açılmasına və bütövlükdə ibtidai və məhkəmə istintaqının aparılmasına fəal kömək göstərməsi tam təsdiq olunur. Bundan əlavə, cinayət işinin materiallarında olan sənədlərlə tam təsdiq olunur ki, Məhkum əvvəllər məhkum edilməmişdir, hadisələrin təsadüfi axarı zəminində ilk dəfə böyük ictimai təhlükə törətməy ən cinayət törətmişdir, atası rəhmətə gedib, himayəsində xəstə anası və azyaşlı bacısı var, ailə üzvləri heç bir yerdə işləməməklə maddi cəhətdən sıxıntı yaşayırlar. Eləcə də qeyd olunmalıdır ki, hərbi hissə komandanlığının verdiyi xasiyyətnamədən görünür ki, Məhkum müsbət xarakterizə olunur, gəncdir, hətta birinci instansiya məhkəməsində zərərçəkmişlə barışıb və zərərçəkmişin ondan heç bir şikayət və tələbi olmamışdır, lakin zərərçəkən apellyasiya mərhələsində əsəbləşərək yenidən şikayətçi olduğunu bildirsə də, qərar elan olunduqdan sonra yenidən təqsirləndirilən şəxsə qarşı heç bir tələb və şikayəti olmadığını bildirmiş və qeyd etmişdir ki, Ali Məhkəmədə də gəlib şikayətçi olmadığına dair izahat verəcəkdir. Bundan başqa Gəncə Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyası həmçinin təqsirlənd irlən şəxsin ailənin tək oğlu olmasını, hadisədən sonra hərbi hissə komandanlığı tərəfindən müsbət keyfiyyətləri nəzərə alınaraq manqa komandiri vəzifəsinə təyin olunması faktını da diqqətdən kənarda saxlamışdır. Məhkum müdafiəçisi Müdafiəçi Gəncə Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasının 26 fevral 2019-cu il tarixli qərarının dəyişdirilməsinə və Məhkum CM-in 330.1-ci maddəsi ilə həmin Məcəllənin 70-ci maddəsinin tətbiq edilərək cəzasının şərti hesab edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi Kollegiyası cinayət işinin materiallarını öyrənib kassasiya şikayətinin dəlillərini müzakirə edərək, kassasiya şikayətinin təmin edilməsi barədə Məhkum müdafiəçisi Müdafiəçi və kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçı sı İ6 çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilməməli və Məhkum barəsindəki Gəncə Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının 26 fevral 2019-cu il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Kassasiya şikayətinə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq Zərərçəkmiş şəxs məhkəmə iclasında iştirak etməmişdir. Buna görə də məhkəmə kollegiyası Azərbaycan Respublikası CPM-in 419.4-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə c inayət və cinayətprosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Məhkəmə kollegiyası məhkumun müdafiəçisi X2 Məhkəməsinin Hərbi kollegiyasının 26 fevral 2019-cu il tarixli qərarından kassasiya şikayəti verərək qeyd olunan qərarda dəyişiklik edilməklə məhkuma təyin olunmuş cəzanın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq edilməklə ona şərti olaraq tətbiq edilməsi barədə dəlillərini cinayət qanunvericiliyinin cəza təyininə dair maddələrinin tələblərinə uyğun şəkildə qiymətləndirərək hesab edir ki, həmin dəlillər onun barəsində şərti məhkum etmənin tətbiqi üçün əsas ola bilməz. Belə ki, birinci instansiya məhkəməsi törədilmiş cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, məhk umun şəxsiyyətini, o cümlədən cəzanı ağırlaşdıran və yüngülləşdirən halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona intizam xarakterli hərbi hissədə saxlama cəzası təyin etmişdir. Təyin olunmuş cəza ədalətli və qanuni olmaqla məhkumun əməlinə və şəxsiyyətinə uyğundur. Məhkəmə kollegiyası məhkumun müdafiəçisinin kassasiya şikayətində göstərdiyi hallara hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi cəzanın təyin edilməsinin ümumi əsaslarını müəyyən edən Azərbaycan Respublikası CM-in 58-ci maddəsində nəzərdə tutulan cəzanın təyin edilməsinin ümumi əsaslarını kifayət qədər nəzərə almaqla M əhkum tərəfindən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsinə, həmçinin onun şəxsiyyətinə uyğun ədalətli cəza təyin etmişdir. Belə ki, Məhkum təqsirləndirildiyi CM-in 330.1-ci maddəsinin sanksiyasında törədilən cinayət əməlinə görə iki ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya iki ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur ki, birinci instansiya məhkəməsi məhkumun təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan daha yüngül cəza növlərində olan müəyyən müddətə intizam xarakterli hərbi hissədə saxlama cəzasının təyin edilməsini məqsədəuyğun hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xar akteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, məhkumun törətmiş olduğu cinayət əməlindən səmimi peşiman olması, ilk dəfə cinayət törətməsi və digər sadalanan hallar cinayət qanununa əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alınsa da, bu hallar məhkuma Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq edilməklə ona təyin olunmuş cəzanın şərti olaraq tətbiq edilməsi üçün əsas deyildir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xara kterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır və birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs Məhkum barəsində göstərilmiş iş üzrə mühüm əhəmiyyət kəsb edən halları cəza təyini zamanı nəzərə almaqla əsaslandırmış və onun şəxsiyyətinə və cinayətin ağırlığına uyğun cəza təyin etmiş, apellyasiya instansiyası məhkəməsi düzgün olaraq qərarı dəyişdirilmədən saxlamışdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası da kassasiya şikayətində göstərilən halları nəzərə almaqla, Məhkum barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq edilərək ona şərti məhkum etmənin tətbiqini mümkün saymır. Kassasiya instansiyası məhkəməsi, həmçinin qeyd edir ki, hazırkı cinayət işinə apellyasiya instansiyası məhkəməsi tərəfindən baxılarkən hər hansı maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apellyasiya məhkəməsinin qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində nəzərdə tutulan əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi kollegiyası Qərara aldı: Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasının 2 6 fevral 2019-cu il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Sədrlik edən: imza Hakimlər: imzalar Düzdür Ali Məhkəmənin hakimi Əziz Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar