Məhkəmə qərarları › İş №1-1(102)-52/2022

Ali Məhkəmə Qərar — İş №1-1(102)-52/2022

26.05.2022 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-52/2022 26.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədli Aytac Səfa qızının, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analtik təhlil şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Əliyeva Yaqut Bəşir qızının və Zərərçəkmiş şəxs2 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 yanvar 2022- ci il tarixli, 11(103)-4/2022 nömrəli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Məhkum xx xxxx 1999-cu il tarixdə Quba rayonunun Digah kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Pentensiar Xidmətinin Mühafizə Alayının sabiq müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər.

2. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə Məhkum Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı şəhərində yerləşən Mühafizə Alayının 12-ci bölüyünün 2-ci tağımının 3-cü manqasında atıcı vəzifəsində, əsgər hərbi rütbəsində müddətli həqiqi hərbi xidmətdə olarkən, 2018-ci ili n oktyabr ayının sonlarında, təxminən saat 20 radələrində, xidmət etdiyi bölüyün sanitar qovşağında, həmin bölükdə atıcı vəzifəsində xidmət edən əsgərlər X6, X2 və X10 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 38, 42 və 138-ci maddələrində göstərilən «hərbi qulluqçular bir-birinə münasibətdə həmişə nəzakətli və təmkinli olmalıdırlar…», «hərbi qulluqçular həmişə yüksək mədəniyyət, təvazokarlıq və təmkin nümunəsi göstərməli, ictimai yerlərdə və küçədə özlərini ləyaqətlə aparmalıdırlar», «əsgərin vəzifəsidir: hərbi nəzakət və davranış qaydalarına ciddi riayət etmək…» tələblərini, yəni tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını zərərçəkmiş şəxslərə q arşı zor tətbiq etməklə əlaqədar pozaraq, digər əsgərlərin qarşısında öz üstünlüklərini nümayiş etdirmək, özləri üçün əlverişli xidmət şəraiti yaratmaq, imtiyazlı mövqeyə nail olmaq, gənc əsgərlərin iradələrini sındırıb özlərinə tabe etdirmək məqsədilə, əsgərləri bir sırada düzdükdən sonra ilk öncə Məhkum həmin bölüyün əsgərləri Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs4 sifət nahiyəsinə bir sillə, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs6 və Zərərçəkmiş şəxs7 sifət nahiyəsinə iki-üç sillə, əsgər Zərərçəkmiş şəxs8 qarın nahiyəsinə iki yumruq, əsgər Zərərçəkmiş şəxs1 sifət nahiyəsinə iki sillə, bel nahiyəsinə isə iki yumruq zərbəsi vurmuş, onun ardınca cinayətkar qrupun üzvü olan N.Nəzərov qrup üzvlərinin cinayətkar məqsədini davam etdirərək əsgərlər Zərərçəkmiş şəxs2 və Zərərçə kmiş şəxs4 sifət nahiyəsinə bir sillə, Zərərçəkmiş şəxs6 və Zərərçəkmiş şəxs7 sifət nahiyəsinə iki-üç sillə, Zərərçəkmiş şəxs8 qarın nahiyəsinə iki yumruq, əsgər Zərərçəkmiş şəxs1 sifət nahiyəsinə iki sillə, qarın nahiyəsinə isə bir yumruq zərbəsi vurmuş, həmin vaxt cinayətkar qrupun digər üzvü olan B.Bayramov da öz növbəsində əsgərlər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs7 sifət nahiyəsinə iki-üç sillə zərbəsi vurmuş, cinayətkar qrupun digər üzvü olan Ə.Orucov isə həmin vaxt əsgərlər Zərərçəkmiş şəxs1 qarın nahiyəsinə bir yumruq, Zərərçəkmiş şəxs8 qarın nahiyəsinə isə iki yumruq zərbələri vurub zor tətbiq etməklə həmin şəxsləri bir qrup şəxs halında döyüb onlara fiziki ağrı yetirmişlər. Bundan başqa, Məhkum həmin vəzifədə və rütbədə xidmət edərkən, 05 noyabr 2018-ci il tarixdə, günorta va xtı, xidmət etdiyi bölüyün sanitar qovşağında, həmin bölükdə atıcı vəzifəsində xidmət edən əsgər Zərərçəkmiş şəxs1 yaxınlaşmış, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 38, 42 və 138-ci maddələrinin tələblərini, yəni tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını təkrarən zərərçəkmiş şəxsin şərəf və ləyaqətini alçaldıb ona qarşı zor tətbiq etməklə əlaqədar pozaraq, digər əsgərlərin qarşısında öz üstünlüyünü nümayiş etdirmək, gənc əsgərləri qorxudub özündən asılı hala salmaq, onların iradəsini sındırmaq məqsədilə, heç bir səbəb olmadan ona «sən bölükdə özünü yaxşı aparmırsan» deyərək sonuncunun ünvanına nalayiq söyüşlər söyüb Zərərçəkmiş şəxs1 sinə nahiyəsinə iki yumruq, qarın nahiyəsinə isə iki tə pik zərbəsi vuraraq ona qarşı zor tətbiq edib döyməklə fiziki ağrı yetirmişdir. Bundan əlavə, Məhkum həmin vəzifədə və rütbədə xidmət edərkən, 2018-ci ilin noyabr ayının sonlarında, təxminən saat 20 radələrində, xidmət etdiyi bölüyün sanitar qovşağında təkrarən, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 38, 42 və 138-ci maddələrinin tələblərini, yəni tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını təkrarən zərərçəkmiş şəxsin şərəf və ləyaqətini alçaldıb ona qarşı zor tətbiq etməklə əlaqədar pozaraq, digər gənc əsgərlərin qarşısında öz üstünlüklərini nümayiş etdirmək, özləri üçün əlverişli xidmət şəraiti yaratmaq, imtiyazlı mövqeyə nail olmaq, birgə qulluq etdikləri hərbi qulluqçuları özlərinə tabe e tdirmək məqsədilə, əsgər Zərərçəkmiş şəxs1 bel nahiyəsinə iki yumruq, sifət nahiyəsinə isə iki sillə vurmuşdir. Bundan başqa, Məhkum həmin vəzifədə və rütbədə xidmət edərkən, 05 dekabr 2018-ci il tarixdə, təxminən saat 20 radələrində, xidmət etdiyi bölüyün əsgər yeməkxanasında, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 38, 42 və 138-ci maddələrinin tələblərini, yəni tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını təkrarən zərərçəkmiş şəxsin şərəf və ləyaqətini alçaldıb ona qarşı zor tətbiq etməklə əlaqədar pozaraq, digər əsgərlərin qarşısında öz üstünlüyünü nümayiş etdirmək, özü üçün əlverişli xidmət şəraiti yaratmaq, imtiyazlı mövqeyə nail olmaq, birgə qulluq etdiyi hərbi qulluqçuların iradələrini sındırıb özünə tabe etdirmək, sırada danışdıqlarına bəhanə edib onları cəzalandırmaq məqsədilə, əsgər Zərərçəkmiş şəxs1 qarın nahiyəsinə iki təpik zərbələri vuraraq ona qarşı zor tətbiq etməklə həmin şəxsi döyüb fiziki ağrı yetirmiş, həmin əsgərə və yeməkxanada olan digər əsgərlərə gələcəkdə qarovulda və sırada danışacaq əsgərin özünün və ailəsinin ünvanına çox nalayiq formada söyüş söyəcəyini və həmin əsgərin bu söyüşlə xildmətini alçalmış formada davam etdirəcəyini bildirib gənc əsgərləri qorxutmuşdur. 06 dekabr 2018-ci il tarixdə, saat 20 radələrində, əsgər Zərərçəkmiş şəxs1 qarovul xidmətində 3 №-li postda silahlı döyüş xidmətində olarkən, təbii ehtiyacını ödəmək üçün rabitə vasitəsilə qarovul rəisi gizir X1 icazə istəmiş, sonuncu isə ona icazə verməmişdir. Bir neçə dəqiqə sonra növb əni təhvil verib digər əsgərlərlə birlikdə növbə yolu ilə sırada hərəkət edərkən, Zərərçəkmiş şəxs1 qarovul rəisinin köməkçisi, çavuş Elvin Kazımova ayaqyoluna getmək üçün qarovul rəisindən icazə istədiyini sonuncunun isə icazə vermədiyini demiş, bu zaman həmin sırada olan Məhkum bir gün əvvəl qarovulda və ya sırada danışacaq əsgərin özünün və ailəsinin ünvanına nalayiq formada söyüşlər söyəcəyini astadan ona xatırlatmasından Zərərçəkmiş şəxs1 situasiya ilə şərtləndirilmiş depressiv reaksiya halı keçirmiş, Məhkum və cinayətkar qrupun digər üzvlərinin 2018-ci ilin oktyabr-noyabr aylarında ona qarşı etdikləri qanunsuz və zorakı hərəkətlər, əsasən də, Məhkum ona qarşı mütəmadi olaraq qanunsuz və zorakı hərəkətlər etməsi, xüsusən də, sonuncu dəfə yəni 05 dekabr 2018-ci il tarixdə, bölüyün əsgə r yeməkxanasında digər əsgərlərin yanında ona qarşı fiziki zor tətbiq edərək onu döyməsi, habelə, sırada danışacaq əsgərin ünvanına digər əsgərlərin yanında nalayiq formada söyüşlər söyməsi ilə əlaqədar Zərərçəkmiş şəxs1 psixi-emosional vəziyyətində yaranmış sıxıntı, qəmginlik, əhvali-ruhiyyənin enməsi, bezikmə, gərginlik onda emosional halları dərinləşdirmiş, sırada bilmədən danışdığı üçün Məhkum söydüyü söyüşü üzərinə götürərək şəxsi heyət içində nüfuzunu və hörmətini itirməsi düşüncəsi “sonuncu damla” kimi onun psixi-emosional vəziyyətinə neqativ təsir göstərmiş, nəticədə Zərərçəkmiş şəxs1 həmin günü saat 20:10da, növbəni təhvil verib qarovul evinə gedən zaman, 10 №-li keşikçi qülləsinin altında xidməti istifadəsinə verilmiş AK-74 markalı, «3404996» nömrəli avtomat silahın qoryucusunu t ək-tək atəş rejiminə qoyub, çaxmağı çəkib buraxmaqla silahı döyüşə hazır vəziyyətə gətirmiş, silahın ön kəsiyini çənəaltı nahiyəsinə dirəyib bir atəş açaraq dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid «giriş dəliyi çənəaltı nahiyəsində ortada, çıxış dəliyi alın nahiyəsində solda, yara kanalı boyunca dilin, sərt damağın, burun sümüyünün, sol göz yuvasının medial divarının, alın sümüyünün sınıqları ilə nəticələnmiş başın bir ədəd dəlib keçən yarası» xəsarətini yetirməklə özünü öldürməyə cəhd etmişdir.

3. Bakı Hərbi Məhkəməsinin 10 noyabr 2021-ci il tarixli, 1-1(093)-176/2021 saylı hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməsi, Məhkum Azərbaycan Respublikası Cina yət Məcəlləsinin 332.3-cü maddəsi ilə 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmasi, Məhkum 10 dekabr 2018-ci il tarixdən 10 iyun 2020-ci il tarixə kimi həbsdə saxlanıldığı müddətin təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 02 (ik) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, Məhkum dərhal məhkəmə iclas zalından həbsə alınması, Məhkum cəzasını ümumi rejimli cəzaçəkmə müssəsində çəkməsi və cəzaçəkməsinin əvvəlinin 10 noyabr 2021-ci il tarixdən hesablanması hökm edilmişdir. Hökmlə həmçinin, məhkəmə məsrəfləri və maddi sübut məsələləri də həll edilmişdir.

5. Bakı Hərbi Məhkəməsinin 10 noyabr 2021-ci il tarixli,1-1(093)-176/2021 saylı hökmündən Məhkum müdafiəçisi Müdafiəçi apellyasiya şikayəti vermişdir.

6. Bakı Apellyasiya Məhkəməsi nin Cinayət kollegiyasının 17 yanvar 2022-ci il tarixli, 11(103)-4/2022 nömrəli qərarı ilə məhkumun müdafiəçisi tərəfindən verilmiş apelyasiya şikayətii təmin edilməmiş, Bakı Hərbi Məhkəməsinin 10 noyabr 2021-ci il tarixli, 1-1(103)176/2021 saylı hökmü məhkumun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.

7. Hazırda Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 yanvar 2022-ci il tarixli, 1-1(103)-4/2022 nömrəli qərarından Məhkum kassasiya şikayəti vermişdir. II. Kassasiya şikayətinin dəlilləri, şikayətə qarşı etirazlar

8. Məhkum tərəfindən verilmiş kassasiya şikayətində ona daha yüngül cəza təyin edilməsini xahiş edir.

9. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər 10.Kassasiya instansiyası məh kəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.

11. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. 12.Qanunun bu t ələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir. 13.Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haql ıdır. 14.Məhkum tərəfindən verilmiş kassasiya şikayətində ona daha yüngül cəza təyin edilməsi barədə qərar qəbul edilməsi xahiş olunur. Məhkum ona daha yüngül cəza təyin edilməsi haqqında kassasiya tələbini Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirmişdir. 15.Odur ki, kollegiya məhkumun kassasiya şikayətini Azərbaycan Respublikası CPMnin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətin dəlilləri ilə əlaqəli şəkildə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 yanvar 2022-ci il tarixli, 1-1(103)-4/2022 nömrəli qərarını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıla rı qeyd edir. 16.Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cin ayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (bax, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 23 iyul 2004-cü il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Az ərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli qərarları). 17.Azərbaycan Respublikası CM-nin 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 18.Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində də göstərilir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümləd ən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 19.Cəzanın məqsədini təsbit edən Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 20.Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində təsbit olunmuş cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında götürülməsi və nəzərə alınması tələb olunur. O c ümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini, o cümlədən sosial ədalətin bərpası və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üzrə rolunu təmin edə bilsin. 21.Məhkəmə kоllеgiyаsı apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə əlaqədar mövqeyi ilə razılaşaraq hesab edir ki, məhkəmələrin cəza təyini ilə bağlı ilk dəfə olaraq cinayət törətməsini, onun zərərçəkmiş şəxslər, Zərərçəkmiş şəxs2, Zərərç əkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs6, X8 və Zərərçəkmiş şəxs5 təqsirləndirilən şəxslərlə ayrı-ayrılıqda barışdıqlarını, onların təqsirləndirilən şəxs Məhkum qarşı şikayət və tələblərinin olmadıqlarını, onun cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını və işin digər hallarını nəzərə almış, Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3-cü maddələrinin tələblərinə tam riayət etmişdir. Bu səbəbdən məhkəmə kollegiyası məhkum barəsində daha yüngül cəzanın təyin edilməsi üçün əsas müəyyən etmir. 22.Məhkəmə kollegiyası onuda qeyd etmək istəyir ki, işə ali məhkəmədə baxılan müddətdə diğər Zərərçəkmiş şəxs1 Əhəd oğluda məhkəməyə teleqram vuraraq Məhkumla barışdığını və ona qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. 23.Azərbaycan Respublikası Cin ayət Məcəlləsinin 332.3-cü maddəsinin sanksiyasında bu cəza növünün 3 ildən 8 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırması nəzərdə tutulmuşdur. 24.Məhkəmə kollegiyası Məhkum təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzasını ağırlaşdıran və yüngülləşdirən halların olmamasını nəzərə alaraq hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş minimum həddə yaxın həddə azadlıqdan məhrumetmə cəzasının təyin olunması cəzanın məqsədini təmin edə bilər və cazanın azaldılmasına əsas yoxdur. 25.Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, apellyasiya instansiya məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçir ilmiş, faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən, mövcud sübutları Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmiş və haqlı olaraq birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilməməsi barədə qərar qəbul edilmişdir. Qeyd olunanlar apellyasiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-nin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.

26. Odur ki, məhkəmə kollegiyası tərəflərin çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, Məhkum kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 yanvar 2022-ci il tarixli, 1-1(103 )-4/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 yanvar 2022-ci il tarixli, 1-1(103)-4/2022 nömrəli qərarı Məhkum münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar