Məhkəmə qərarları › İş №1-1(102)-52/2023

Ali Məhkəmə Qərar — İş №1-1(102)-52/2023

22.06.2023 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-52/2023 22.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X1, Məhkum müdafiəçisi Müdafiəçi2, Zərərçəkmiş şəxs nümayəndəsi X2 və onun vəkili X4 iştirakları ilə, Bakı Hərbi Məhkəməsinin 12 yanvar 2023-cü il tarixli hö kmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 mart 2023-cü il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayəti və kassasiya şikayətinə əlavə, Zərərçəkmiş şəxs nümayəndəsi X5 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Hərbi Məhkəməsinin (sədrlik edən hakim X6) 12 yanvar 2023-cü il tarixli hökmü ilə 24 dekabr 2022-ci il tarixdə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında daimi qeydiyyatda olmaqla Dövlət Sərhəd Xidməti Akademiyasının yataqxanasında yaşayan, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, Dövlət Sərhə d Xidməti Akademiyasının təlim-tədris taborunun 1 ci təlim-tədris bölüyünün 5-ci taqımının 1 -ci manqasının kursantı vəzifəsində, əsgər hərbi rütbəsində xidmət edən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.1-ci maddəsi ilə təqsirli bilinib, barəsində həmin Məcəllənin 62-ci maddəsi tətbiq edilməklə 300 (üç yüz) manat cərimə cəzasına məhkum edilmişdir. Barəsində seçilmiş «komandanlığın müşahidəsi altına vermə növündə» qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, hökmün icra olunması üçün daimi yaşayış yeri üzrə Mingəçevir şəhər İcra və Probasiya şöbəsinə həvalə olunması hökm edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: Allahverdiyev Elbəy Hidayət oğlunun sədrliyi və məruzəsi ilə, X9 və X3 ibarət tərkibdə 10 ma rt 2023-cü il tarixli qərarı ilə apellyasiya protesti təmin edilmiş, Məhkum CM-nin 332.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Bakı Hərbi Məhkəməsinin 1-1(093)-22/2023 saylı, 12 yanvar 2023-cü il tarixli hökmü verilmiş apellyasiya protestinə münasibətdə dəyişdirilmişdir. Hökmdən Məhkum barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsinin tətbiq edilməsinə dair müddəalar xaric edilmişdir. Məhkum CM-nin 332.1-ci maddəsi ilə 04 ay müddətinə intizam xarakterli hərbi hissədə saxlama cəzası təyin edilmiş, Məhkum cəzaçəkməsinin başlanğıcı onun intizam xarakterli hərbi hissəyə təhvil verildiyi gündən hesablanmış, intizam xarakterli hərbi hissədə cəza çəkdiyi vaxt Məhkum həqiqi hərbi xidmət müddətinə hesablanmamış, hökmün icrasının Məhkum xidmət etdiyi Dövlət Sərhəd Xidmətinin Akademiyasının komandanlığına həvalə edilmiş, hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum Dövlət Sərhəd Xidməti Akademiyasının təlim-tədris taborunun 1 -ci təlim-tədris bölüyünün 5-ci taqımının 1 -ci manqasının kursantı vəzifəsində, əsgər hərbi rütbəsində hərbi xidmətdə olarkən, 20 sentyabr 2022-ci il tarixdə saat 21:00 radələrində akademiyanın 3-cü tədris korpusunun 1 ci mərtəbəsində yerləşən sanitar qovşaqda aralarında tabelik münasibətlərinin olmadığı akademiyanın təlim-tədris taborunun 2-ci təlim-tədris bölüyünün 1 -ci təlim-tədris manqasının kursantı, əsgər Zərərçəkmiş şəxs yaxınlaşıb öz üstünlüyünü nümayiş etdirmək məqsədilə tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətl ərin nizamnamə qaydalarını, yəni Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 2, 5, 38 və 138-ci, habelə İntizam Nizamnaməsinin 1 və 3cü maddələrinin "hərbi qulluqçular bir-birinə münasibətdə nəzakətli və təmkinli olmalı, nalayiq hərəkətlər etməməli, həmişə yüksək mədəniyyət, təvazökarlıq və təmkin nümunəsi göstərməlidir” kimi tələblərini kobud surətdə pozaraq, sol əli ilə əsgər Zərərçəkmiş şəxs sağ qol nahiyəsinə 2 (iki), burun nahiyəsinə isə 1 (bir) yumruq zərbəsi vurmaqla sonuncuya qəsdən sağlamlığa yüngül zərərvurmaya aid olan "burun belinin yarası ilə müşayət olunan burun sümüyünün rentgenoloji təsdiq olunmuş yerdəyişən sınığı” diaqnozlu xəsarəti yetirmişdir. Kassasiya şikayətlərinin və kassasiya şikayətinə əlavənin dəlilləri: Müdafiəçinin kassasiya şikayə tində göstərilir ki, Məhkum ilk gündən özünü təqsirli bilərək əməlindən səmimi peşimançılıq çəkmiş, hadisədən sonra zərərçəkmiş şəxs, kursant Zərərçəkmiş şəxs üzr istəyib onunla barışmış, əvvəllər məhkum olunmamış, ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməklə törətmiş olduğu cinayətdə təqsirləndirilmiş, hərbi xidmət yerində müsbət xarakterizə olunur, gənc olmaqla təhsilini davam etdirmək arzusundadır. Bakı Hərbi Məhkəməsinin 12 yanvar 2023-cü il tarixli hökmü ilə göstərilənlər nəzərə alınaraq Məhkum CM-in 332.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib ona CM-in 62-ci maddəsi tətbiq edilməklə 300 (üç yüz) manat cərimə cəzası təyin edilmiş, barəsində seçilmiş “komandanlığın müşahidəsi altına vermə” növündə qətimkan tədbirinin hökm qanuni qüv vəyə minənədək dəyişdirilmədən saxlanılmışdır. Məhkum Bakı Hərbi Məhkəməsinin 12 yanvar 2023-cü il tarixli, 1(093)- 22/2023 saylı hökmünü icra edərək 300 manat cərimə cəzasını icra etmiş və həmin məbləği Azərbaycan Respublikasının dövlət büdcəsinə ödəmişdir. Həmin cəzanı icra edilməsinə baxmayaraq dövlət ittihamçısı apellyasiya protesti vermiş və icrada geriyə dönüş edilmədən, yəni Məhkum ödədiyi cərimə ona geri qaytarılmadan Bakı Apelyasiya Məhkəməsi Cinayət Kollegiyasının 10 mart 2023-cü il tarixli, qərarı hökmdən Məhkum barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsinin tətbiq edilməsinə dair müddəalar xaric edilmiş, Məhkum CM-nin 332.1-ci maddəsi ilə 04 ay müddətinə intizam xarakterli hərbi hissədə saxlama cəzası təyin edilmişdir. Belə ki, iş materiallarından görün ür ki, Məhkum cəzasını yüngülləşdirən hallar kifayət qədərdir və cəzasını ağırlaşdıran hal mövcud deyildir. Məhkəmə qərarının onunla əsaslandırmağa çalışmışdır ki, Rüstəmov cəzasız qaldığı halda bu digər hərbi qulluqçulara nümunə olacaqdır. Beləliklə məhkəmənin mövqeyindən belə çıxmışdır ki, cərimə cəzası cəza deyildir. Halbuki, CM-in 42-44-cü maddələrindən görünür ki, cərimə cəza növlərindən biridir, həm müstəqil, yəni əsas cəza kimi həm də əlavə cəza kimi tətbiq edilə bilər. Hazırkı işdə Rüstəmova tətbiq edilən cərimə cəzası əsas cəza kimi tətbiq edilmişdir, hansı ki, cərimə cəzasının da, islah edici, digərlərinin eyni əməli təkrarlamaqdan çəkındirici və cəmiyyətdə sosial ədaləti, qarşılıqlı hörməti aşılayıcı xüsusiyyəti olduğuna görə cərimə cəzası bütün dünyada, o cümlədən Azərbaycanda tətbiq edilməkdədir. Xüsusilə də, cəza təyin edilərkən Rüstəmovun şəxsiyyəti, xidməti keçmişi, xidmət zamanı qüsura yol verib-verməməsi nəzərə alınmalı idi. Həmçinin qeyd edilməlidir ki, Məhkum cərimə cəzasını tam icra etmişdir. Beləliklə hazırda yaranmış şərait ondan ibarətdir ki, bir əmələ görə iki cəza, həm cərimə cəzası (bunu icra edib) həm də intizam xarakterli hərbi hissədə saxlama cəzasına məhkum edilərək icra etməyə məcbur olur. Kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsi Cinayət kollegiyasının 10 mart 2023-cü il tarixli qərarının dəyişdirilməsi, Məhkum CM-nin 332.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib ona CM-in 62-ci maddəsi tətbiq edilməklə 300 (üç yüz) manat cərimə cəzası təyin edilməsi barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Kassa siya şikayətinə əlavədə Bakı Apelyasiya Məhkəməsi Cinayət Kollegiyasının 10 mart 2023-cü il tarixli qərarının ləğv edilməsi, Məhkum zərərçəkmiş şəxslə barışmasını, ona vurulmuş zərəri tamamilə ödəməsini, şəxsiyyətini nəzərə alaraq cinayət işi üzrə icraata xitam verilərək cinayət məsuliyyətindən azad edilməsi barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Zərərçəkmiş şəxs nümayəndəsi X5 tərəfindən verilmiş kassasiya şikayətində göstərilir ki, birinci instansiya məhkəməsi Məhkum cəza təyin edərkən onun hadisədən sonra onlarla barışmasını, əvvəllər məhkum olunmamasını, hərbi xidmət yerindən müsbət xarakterizə olunmasını, təhsilini davam etdirmək niyyətində olmasını və s. nəzərə almışdır. Zərərçəkən kimi bu arzulara qoşularaq onun barəsində cinayət işinə xitam verilməsini və təhsilini davam etd irməsini istəyir. Bakı Apellyasiya Məhkəməsi tərəfindən Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin tələblərinə əməl olunmamış, ilk dəfə cinayət törətmiş, zərərçəkənlə barışıq əldə etmiş, müsbət xasiyyətlənmiş bir gənc barəsində ağır cəza təyin etmiş, cinayət qanunvericiliyinin sosial ədalət və humanizm prinsiplərini pozmuşdur. Kassasiya şikayətində Məhkum CM-nin 332.1-ci maddəsi ilə məhkum edilməsinə dair Bakı Apellyasiya məhkəməsinin Cinayət kollegiyasının 10 mart 2023-cü il tarixli qərarını ləğv edib barəsində cinayət təqibinin xitam edilməsi və həbsdən azad edilməsi barədə qərar qəbul edilməsi xahiş olunur. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətlərinin və kassasiya şikayətinə əlavənin təmin olunması barədə müdafiəçinin, zərərçəkm iş şəxsin nümayəndəsinin, vəkilinin, kassasiya şikayətlərinin və kassasiya şikayətinə əlavənin təmin olunmaması barədə dövlət ittihamçısının çıxışını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayətləri və kassasiya şikayətinə əlavə təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlay ır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələbl ərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası qeyd edir ki, məhkum olunmuş şəxs Məhkum törətdiyi cinayət əməli aşağı instansiya məhkəmələrində məhkəmə baxışı zamanı araşdırılmış və tədqiq edilmiş sübutlarla tam təsdiq olunmuş, onun təqsirlilik məsələsi, əməlinin tövsifi mübahisə doğurmur. Bu cinayətin obyektini hərbi qullquçular arasındakı qarşılıqlı münasibətlərin hərbi nizamnamələrdə təsbit edilmiş qaydaları, habelə zərərçəkmiş şəxsin sağlamlığı, şərəf və l əyaqəti təşkil edir. Yəni Məhkum CM-nin 332.1-ci maddəsi ilə tövsif edilmiş cinayət əməlinin ictimai təhlükəliliyi tək zərərçəkmiş şəxsin sağlamlığına, onun şərəf və ləyaqətinə zərər vurma deyil, həmçinin ondan ibarətdir ki, hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarının pozulması hərbi hüquq qaydasına, şəxsi heyətin daimi döyüş hazırlığının təmin olunması mənafelərinə, ordunun şəxsi heyətinin komplektləşdirilməsinə zərər vurur, digər hərbi qulluqçulara mənfi nümunə olur. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum Cinayət Məcəlləsinin 332.1-ci maddəsi ilə təqsirli olması cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq toplanmış, yoxlanılmış və qiymətləndirilmiş – zərərçəkmiş şəxsin iz ahatı və şahidlərin ifadələri və mötəbərliyi şübhə doğurmayan digər sübutların məcmusu ilə təsdiq edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, məhkum edilmiş şəxs Məhkum barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsində (bəraətin əsasları) nəzərdə tutulan əsaslar, habelə həmin Məcəllənin 39-cu maddəsində nəzərdə tutulan cinayət təqibini istisna edən hallar müəyyən edilməmişdir. Odur ki, məhkum edilmiş şəxs Məhkum barəsində cinayət təqibinin xitam edilməsi üçün cinayət prosessual qanunvericilikdə müəyyən edilmiş əsaslar mövcud deyil. Zərərçəkmiş şəxsin nümayəndəsinin kassasiya şikayətinin və müdafiəçinin kassasiya şikayətinə əlavənin bu barədə dəlilləri mülahizə xarakterli əsassız dəlillərdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsi tərəfindən Məhkum Ci nayət Məcəlləsinin təqsirli bilindiyi maddənin sanksiyası çərçivəsində təyin olunmuş və müdafiəçinin kassasiya şikayətində mübahisələndirilən cəzaya dair aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Cinayət Məcəlləsinin 58.1ci maddəsinin tələblərinə əsasən məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır (Azərbaycan Respublikası Ali Məh kəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini qiymətləndirərkən məhkəmə konkret cinayət əməlinin törədilmə vəziyyətini tam, hərtərəfli və obyekt iv araşdırmalı, bu zaman təqsirin forması, motiv, üsul, cinayətin törədilmə şəraiti və mərhələsi, ağır nəticəyə səbəb olması, cinayətin iştirakçılarından hər birinin iştirakının dərəcəsi və xarakteri və s. kompleks halda qiymətləndirilməlidir. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsin in həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. CM-nin 332.1-ci maddəsinin sanksiyasında bir ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya bir ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Birinci instansiya məhkəmə si tərəfindən Məhkum cəza təyin edərkən onun hadisədən sonra zərər çəkmiş şəxsdən üzr istəyib onunla barışmasını, əvvəllər məhkum olunmamasını, ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməklə törətmiş olduğu cinayətdə təqsirini ilk gündən boynuna alaraq əməlindən səmimi peşmançılıq çəkməsini, hərbi xidmət yerində müsbət xarakterizə olunmasını, gənc olmaqla təhsilini davam etdirmək arzusunda olmasını cəzasını yüngülləşdirən hallar kimi qəbul edilməklə, CM-nin 62-ci maddəsini tətbiq edərək ona həmin Məcəllənin 332.1-ci maddəsinin sanksiyasında müəyyən ediləndən daha yüngül cəza növü təyin olunmuşdur. Apellyasiya məhkəməsi haqlı olaraq birinci instansiya məhkəməsinini cəza təyini ilə bağlı mövqeyi ilə razılaşmamış və qeyd etmişdir ki, hərbi xidmət üzrə məhdudlaşdırma cəzasının hə rbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına tətbiq edilməsi qanunvericilikdə nəzərdə tutulmadığından (CM-nin 50.4-cü maddəsi) Məhkum bu cəzanın təyin olunmasını mümkün saymır. Eyni zamanda təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallarının mövcudluğunu nəzərə alaraq onun barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini də ədalət və humanizm prinsipləri baxımından məqsədəmüvafiq hesab etmir. Qanunvericiliyin tələblərinə əsasən intizam xarakterli hərbi hissədə saxlama cəzası hərbi xidmətə çağırış üzrə müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulara, habelə kontrakt (bağlaşma) əsasında sıravi və gizir vəzifələrində hərbi xidmətdə olan hərbi qulluqçulara tətbiq edilə bilər (CM-nin 54-cü maddəsi) və məhkumun intizam xarakterli hərbi hissədə cəza çəkdiyi vaxt hərbi xidmət müddətinə hesablanmır (Cəzaların İcrası Məcəlləsinin 153.1-ci maddəsi). Apellyasiya məhkəməsi CM-nin 8.1-ci (cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır), 41.2-ci (cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir) və 58.3-cü (cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran ha lları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır) maddələrinin müddəalarına əsaslanaraq Məhkum əməlinin ictimai təhlükəliliyini, nizamnamə qaydalarını pozub xidmət yoldaşına xəsarət yetirməsinin digər hərbi qulluqçulara mənfi nümunə olmasını, cəzasız qaldığı halda hərbi intizama, hərbi hissənin döyüş hazırlığına və döyüş qabiliyyətinə, ordunun şəxsi heyətinin komplektləşdirilməsinə ciddi zərər vurmasını, eyni zamanda CM-nin 59-cu maddəsində nəzərdə tutulmuş cəzasını yüngülləşdirən halları, o cümlədən zərərçəkmiş şəxslə barışmasını nəzərə alaraq haqlı olaraq onun barəsində təqsirləndiyi maddənin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə intizam xarakterli hərbi hissədə saxlama cəzasının tətbiq edilməsini, intizam xarakterli hərbi hissədə cəza çəkdiyi vaxtın onun hərbi xidmət müddətinə hesablanmamasını qanuni, əsaslı və ədalətli hesab etmişdir. Kassasiya məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qeyd edilən mövqeyi ilə razılaşaraq hesab edir ki, birinci instansiya məhkəməsi Məhkum barəsində CMin 62-ci maddəsinin tətbiqində düzgün nəticəyə gəlmədiyi üçün hökmdən həmin maddənin tətbiqi ilə bağlı müddəaların xaric edilməsi və məhkum edilmiş şəxsə intizam xarakterli hərbi hissədə saxlama cəzasının tətbiq edilməsini, intizam xarakterli hərbi hissədə cəza çəkdiyi vaxtın onun hərbi xidmət müddətinə hesablanmaması barədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə əsaslıdır. Məhkəmə kollegiyası, müdafiəçinin kassasiya şikayətinin Məhkum barəsində Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq olun maqla ona Cinayət Məcəlləsinin təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulduğundan daha yüngül cəza təyin edilməsi ilə bağlı dəlillərinə dair qeyd edir ki: Cinayət Məcəlləsinin 62.1-ci maddəsinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan ə lavə cəzanı təyin etməyə bilər. Həmin Məcəllənin 62.2-ci maddəsinə əsasən isə cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" 02 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyi humanizm prinsipinə uyğun olaraq Cinayət Məcəlləsinin 62-ci maddəsində nəzərdə tutulan hallar mövcud olduqda cinayətə görə müəyyən ediləndən daha yüngül cəza təyin edilməsinə imkanını nəzərdə tutsa da, işin müstəsna halları sayılan anlayışını müəyyən etməmişdir. Belə halların mövcudluğu məhkəmə tərəfindən müəyyən edilərək konkretləşdirilməli və müstəsna hal kimi qiymətləndirilməsinin səbəbləri hökmdə əsaslandırılmalıdır. Bu halları müəyyən edərkən məhkəmə həm cəzanı yüngülləşdirən ayrı-ayrı halları, həm də bu halların məcmusunun, yəni cinayətin motivi və məqsədini, təqsirkarın törədilməsində rolunu, cinayətin törədilməsi zamanı və ondan sonrakı davranışı, təqsirkarın şəxsiyyətini xarakterizə edən məlumatları və cinayətin ictimai təhlükəsizliyini azaldan başqa halları qiymətləndirməlidir. Məhkəmə kollegiyası hesab edir ki, müdafiəçinin kassasiya şikayətinin məhkum barəsində CM-in 62-ci maddəsinin tətbiqinin zəruriliyi barədə dəlilləri əsassızdır. Belə olan halda məhkəmə kollegiyası cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini və işin digər faktiki hallarını nəzərə alıb hesab edir ki, Məhkum barəsində CMin 62-ci maddəsinin tətbiq edilərək cəzanın müəyyən edildiyindən daha y üngül cəza təyin edilməsi üçün hüquqi və qanuni əsaslar mövcud deyildir. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbir olmaqla cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Bu baxımdan da məhkəmə kollegiyası kassasiya şikayətinin Məhkum barədə cəza tətbiqi ilə əlaqədar (Cinayət Məcəlləsinin 62-ci maddəsini tətbiq etməklə əmələ görə nəzərdə tutulduğundan daha yüngül cəza təyin edilməsi) dəlillərini əsassız hesab edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası CM-nin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusi yasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının 8ci bəndində göstərilmişdir ki, CM-nin 62-ci maddəsinə görə Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilməsi şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli surətdə azaldan müstəsna hallar mövcud olduqda, yaxud qrup halında törədi lmiş cinayətin açılmasına fəal kömək göstərdikdə mümkündür. Bu zaman nəinki cinayətin məqsədi və motivi, habelə təqsirkarın cinayətin törədilməsində rolu, cinayəti törədərkən və ondan sonrakı davranışı nəzərə alınmalıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli dərəcədə azaldan bütün müstəsna hallar qanunda birbaşa nəzərdə tutulmadığından məhkəmə müstəsna hal kimi həm ayrı-ayrı yüngülləşdirici halları, həm də onların məcmusunu tanımağa haqlıdır. Bu zaman məhkəmə bu məsələ barədə qəbul etdiyi qərarı hökmdə əsaslandırmalıdır. CM-nin 62-ci maddəsində müəyyən olunmuş qaydalar nəzərə alınmaqla CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində göstərilməmiş hər hansı daha yüngül cəza növü, o cümlədən cərimə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrumetmə, islah işləri, azadlığın məhdudlaşdırılması və sair qismində cəzalar CM-nin 43.1 və 43.2-ci maddələrinin müddəalarına riayət etməklə CMnin Ümumi hissəsinin müvafiq maddələrində bu cəzaların hər biri üçün müəyyən edilmiş müddətdən və ya miqdardan az olmamaqla təyin oluna bilər. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li Qərarının 45-ci bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanı n onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, cinayət işinə apellyasiya baxışı mərhələsində cinayət və cinayət-prosessual qanunvericiliyin tələblərinin pozulması halları müəyyən edilməmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin məhkuma cəza təyini ilə bağlı gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, kassasiya şikayətinə əsasən apellyasiya instansiyası m əhkəməsinin qərarının ləğv edilməsi və dəyişdirilməsi üçün CPM-in 416-cı maddəsində nəzərdə tutulan əsaslar mövcud deyildir. Göstərilənlərə əsasən, kassasiya şikayətlərinin və kassasiya şikayətinə əlavənin dəlillərini, cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya şikayətlərinin və kassasiya şikayətinə əlavənin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 mart 2023-cü il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətlərində və kassasiya şikayətinə əlavədə irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan təmin olunmamalı, qərarın dəyişdirilmədən saxlanılması məqsədəmüvafiq hesab edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayəti və kassasiya şikayətinə əlavə, Zərərçəkmiş şəxs nümayəndəsi X5 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 mart 2023-cü il tarixli qərarı kassasiya şikayətlərinə və kassasiya şikayətinə əlavəyə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar