Məhkəmə qərarları › İş №1-1(102)-52/2024

Ali Məhkəmə Qərar — İş №1-1(102)-52/2024

25.07.2024 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-52/2024 25.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Vidadi Cəfər oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əlisoy Nuray Kəramət qızının, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Yaqut Bəşir qızının iştirakı ilə, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 1-1(108)5/N0N4 nömrəli, 0N aprel N0N4-cü il tarixli qərarından Məhkum və müdafiəçisi Müdafiəçi tərəfindən birgə verilmiş kas sasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Məhkum xx xxxxxxx 1997-ci il tarixdə Cəlilabad rayonunun Üçtəpə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali hərbi təhsilli, N nömrəli hərbi hissənin kəşfiyyat bölüyünün N-ci kəşfiyyat taqımının komandiri vəzifəsində xidmət etmiş, əvvəllər məhkum olunmamış, Cəlilabad rayonu, Üçtəpə kəndində qeydiyyatda olmaqla yaşamışdır.

2. N3 noyabr N0N3-cü il tarixli ittiham aktına əsasən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - “Azərbaycan Respublikası CM”) 3N9.N.1, 3N9.N.N və 3N9.N.6-cı maddələri ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir. 3. 07 dekabr N0N3-cü il tarixdə Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsinin hazırlıq iclasının qərarı i lə Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.

4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin kəşfiyyat bölüyünün N-ci kəşfiyyat taqımının komandiri vəzifəsində xidmət edərkən rəis kimi hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı öz tabeliyində olan şəxslərə - əsgərlər Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs15, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs10, Zərərçəkmiş şəxs14, Zərərçəkmiş şəxs16, Zərərçəkmiş şəxs18, Zərərçəkmiş şəxs17, Zərərçəkmiş şəxsN1, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs19, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs1N, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxsN, Zərərçəkmiş şəxsN3, Zərərçəkmiş şəx sNN, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs13, X1, Zərərçəkmiş şəxsN0, X3 və Zərərçəkmiş şəxs11 qarşı təkrarən zor tətbiq etməklə onlara işgəncə vermişdir.

5. Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsinin 1-1(09N)-5/N0N4 nömrəli, 1N fevral N0N4-cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 3N9.N.1, 3N9.N.N-ci və 3N9.N.6-cı maddələrində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib, 0N (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 08 sentyabr N0N3-cü il tarixdən hesablanması hökm edilmiş, maddi sübut, məhkəmə məsrəfləri və digər məsələlər həll edilmişdir.

6. Birinci instansiya məhkəməsinin qeyd edilən hökmündən təqsirləndirilən şəxs Mə hkum və müdafiəçisi Müdafiəçi apellyasiya şikayəti verib hökmün dəyişdirilməsi, Məhkum barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsini tətbiq etməklə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının şərti hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər.

7. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 1-1(108)5/N0N4 nömrəli, 0N aprel N0N4-cü il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsinin 1-1(09N)-5/N0N4 nömrəli, 1N fevral N0N4-cü il tarixli hökmü apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.

8. Apellyasiya instansiyası məhkəməsinin həmin qərarından Məhkum və müdafiəçisi Müdafiəçi birgə kassasiya şikayətini vermişlər. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar

9. Kassasiya şikayətində qeyd edilir ki, Məhkum cinayət törətmək məqsədinin olmaması, cinayət baş verdikdən sonra davranışında heç bir ictimai təhlükəlilik olmaması, əvvəllər məhkum olunmaması, gənc olması, əməlindən səmimi peşmançılıq çəkməsi, bir kəşfiyyatçı zabit kimi xidmətini davam etdirmək arzusunda olması, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsi, ona qarşı heç bir şikayət və tələbin olmaması məsuliyyətini yüngülləşdirən hallar kimi cəza təyin edən məhkəmələr tərəfindən nəzərə alınmamışdır. Məhkum barəsində şərti cəza təyin edilməsi, həmin cəzanın təyin edilməsinin onun cəmiyyətdən təcrid olunmadan islah olunmasına, zabit kimi xidmətini davam etdirərək nümunəvi xidmət etməsi ilə əməlindən səmimi olaraq nəticə çıxarmasına kifayət edəcəkdir. Göstərilənlərə əsasən Naxçıvan MR Ali Məhk əməsi Cinayət kollegiyasının 1-1(108)-5/N0N4 nömrəli, 0N aprel N0N4-cü il tarixli qərarının dəyişdirilməsi, Məhkum barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsini tətbiq etməklə hökmlə təyin edilmiş cəzanın şərti tətbiq edilməsi barədə qərar çıxarılması xahiş edilir.

10. Kasasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər

11. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.

12. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və Cinayət-Prosessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

13. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir.

14. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

15. Kassasiya şikayətində Məhkum barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinin tətbiq edilməli olduğunu iddia etməklə, kassasiya xahiş faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.N1-ci maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirmişdir.

16. Odur ki, məhkəmə kollegiyası kassasiy a şikayətini Azərbaycan Respublikası CPMnin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kimi görür və bu müraciətin dəlilləri ilə əlaqəli şəkildə Naxçıvan MR Ali Məhkəməsi Cinayət kollegiyasının 11(108)-5/N0N4 nömrəli, 0N aprel N0N4-cü il tarixli qərarını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.

17. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tut ulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 11N.1-ci maddəsi nin şərh edilməsinə dair” 17 mart N011-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 0N aprel N01N-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 15 mart N0NN-ci il tarixli qərarları).

18. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.

19. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nə zərdə tutan Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində də göstərilir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.

20. Cəzanın məqsədini təsbit edən Azərbaycan Respublikası CM-nin 41.N-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.

21. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə də, məhkumun azadlıqdan məhrum edilməsi üçün qanuni penoloji əsaslar sırasına cəzalandırma, çəkindirmə, cəm iyyətin müdafiəsi və islah məqsədləri daxildir (Vinter və Başqaları Birlərmiş Krallığa qarşı [BP], № 66069/09, § 111, 9 iyul N013-cü il).

22. Öz növbəsində, şərti məhkum etmənin tətbiqi üzrə məsələləri tənzimləyən Azərbaycan Respublikası CM-nin 70.1-ci maddəsi həmin cinayət-hüquq normasında nəzərdə tutulmuş cəzalara məhkum edilmiş şəxslərin bu cəzaları (o cümlədən, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasını) çəkmədən islah edilmələri mümkün olduqda, şərti məhkum etmənin tətbiqinə yol verir. Həmin Məcəllənin 70.N-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır.

23. Şərti məhkum etmə və cəzanın çəkilməsinin təxirə salınmas ı cinayət-hüquqi məsuliyyətin qanunvericilikdə müəyyən edilmiş hallarda və əsaslarla tətbiq edilən güzəştli formasıdır. Qanunverici humanizm prinsipindən çıxış edərək müəyyən kateqoriya şəxslərin cəzanı real olaraq çəkmədən, cəmiyyətdən təcrid edilmədən də islah olunmasını mümkün hesab etdiyi təqdirdə, bu cinayət-hüquqi vasitələrdən istifadə edilməsinin mümkünlüyünü təsbit etmişdir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci maddəsinin həmin Məcəllənin 70 və 79-cu maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 dekabr N0N1-ci il tarixli qərarı).

24. Qeyd olunan cinayət-hüquqi normalara və məhkəmə kollegiyasının hüquqi mövqeyinə əsaslanmaqla kassasiya şikayətinin dəlilləri baxılan işin müvafiq materialları ilə müqayisə edilmək lə yoxlanıldıqda, Məhkum barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsini tətbiq etməklə ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının şərti hesab edilməsi haqqında xahişin əsassız olduğu müəyyən edilir.

25. Məhkəmə kollegiyası qeyd edir ki, Məhkum Azərbaycan Respublikası CM-nin 3N9.N.1, 3N9.N.N və 3N9.N.6-cı maddəsi ilə təqsirli bilindiyi cinayət əməli, eyni Məcəllənin 15.3-cü maddəsində az ağır cinayətlər kateqoriyasına aid edilmişdir.

26. Azərbaycan Respublikası CM-nin 3N9.N-ci maddəsinin sanksiyasında bir ildən iki ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur.

27. Məhkəmə kollegiyası aşağı instansiya məhkəmələrinin cəza təyini ilə əlaqədar mövqeyi ilə razılaşır və qeyd edir ki, məhkəmələr Məhkum cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini səciyyələndirən halları, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, eləcə də cəzasını yüngülləşdirən hallar olaraq zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini, cəzasını ağırlaşdıran halların isə olmamasını nəzərə alıb, təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının müddətinin aşağı həddinə yaxın olmaqla 0N (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin etmişlər.

28. Mahiyyət etibarı ilə apellyasiya şikayəti ilə üst-üstə düşən kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qənaətini təkzib edə biləcək dəlillər gətirilmədiyindən, hazırda fərqli nəticəyə gə lmək, o cümlədən məhkəmələr tərəfindən müəyyən edilmiş işin hallarını Məhkum cəzasının yüngülləşdirilməsinə (Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiqinin mümkünlüyü məsələsi daxil olmaqla) əsas verən hallar kimi qiymətləndirmək üçün əsas müəyyən edilmir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr cəzanın qanunla müəyyən edilmiş məqsədinə xidmət edən qanuni cəza təyin etmiş, o cümlədən Azərbaycan Respublikası CM-nin 8, 41.N, 58.3-cü maddələrinin tələblərinə tam riayət etmişlər.

29. Belə qənaətə gələn məhkəmə kollegiyası onu da nəzərə alır ki, apellyasiya instansiyası məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətdə keçirilmiş, məhkuma müdafiəsinin əlverişli qaydada təşkil etməsi və öz mənafeyini əks edən cinayət işinin hallarının təfsirin in təqdim etməsi üçün bütün mümkün imkanlar yaradılmış, faktlar araşdırılıb maddi və prosessual cinayət-hüquqi normalarının tətbiqi yoxlanılarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmişdir.

30. Qeyd olunanlar apellyasiya instansiyası məhkəməsi tərəfindən Cinayət-Prosessual Məcəlləsinin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını təsdiqləyir.

31. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısının çıxışını dinləyib, təsvir edilən əsaslara görə hesab edir ki, Məhkum və müdafiəçisi Müdafiəçi tərəfindən birgə verilmiş kassasiya şikayəti təmin edilməməli, Naxçıvan MR Ali Məhkəməsi Cinayət kollegiyasın ın 11(108)-5/N0N4 nömrəli, 0N aprel N0N4-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum və müdafiəçisi tərəfindən birgə verilmiş kassasiya şikayəti təmin edilməsin. Naxçıvan MR Ali Məhkəməsi Cinayət kollegiyasının 1-1(108)-5/N0N4 nömrəli, 0N aprel N0N4-cü il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar