Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-52/2025 20.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlunun, Məhkumun, Müdafiəçinin iştirakları ilə, Bakı Hərbi Məhkəməsinin 18 noyabr 2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cina yət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 yanvar 2025-ci il tarixli qərarından Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Hərbi Məhkəməsinin 18 noyabr 2024-cü il tarixli 1-1(093)-177/2024 nömrəli (hakim: Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi) hökmü ilə xx.xx.1991-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, himayəsində bir az yaşlı uşağı olan, məhkum olunmamış, xxx müəllimi işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirli bilinərək, 1000 (bir min) manat cərimə cəzasına məhkum edilmiş, onun barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılması, dəymiş ziyanın əvəzi olaraq ödənilmiş və Azərbaycan Respublikası Hərbi Prokurorluğunun depozit hesabında saxlanılan 3765 manat pulun X Hərbi İnstitutun hesabına keçirilməsi və X Hərbi İnstitutunun mülki iddiadan imtina etməsi barədə ərizəsinin təmin edilərək mülki iddia ilə bağlı icraata xitam verilməsi müəyyən edilmişdir. Hökmdən Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinə və dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 yanvar 2025-ci il tarixli 11(103)-11/2025 nömrəli (hakimlər: İbrahimov Zamin Vəliyəddin oğlunun sədrliyi və məruzəsi ilə, Babayev Qə dim Xalid oğlu və Məmmədov Murad Akif oğlundan ibarət məhkəmə tərkibində) qərarı ilə apellyasiya protesti və apellyasiya şikayəti təmin edilməmiş, Bakı Hərbi Məhkəməsinin 18 noyabr 2024-cü il tarixli hökmü dəyişdirilmiş, Məhkum təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən ona cəzanın təyin edilməməsi müəyyən edilmiş, hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 yanvar 2025-ci il tarixli qərarından Məhkumun müdafiəçisi tərəfindən kassasiya şikayəti verilmişdir. İŞİN HALLARİ: Bakı Hərbi Məhkəməsinin 18 noyabr 2024-cü il tarixli hökmü ilə Məhkum təqsirli bilinib məhkum edilmişdir, ona görə ki, o, aldatma yolu ilə özgənin əmlakını ələ keçirib dələduzluq etmişdir. Belə ki, Məhkum xxx müəllimi vəzifəsində, kapitan hərbi rütbəsində xidmətdə olarkən, keçmiş arvadı Şahid1 və azyaşlı övladı X ilə birlikdə faktiki olaraq atası X-in adına olan Bakı şəhəri Xətai rayonu X13 küçəsi bina x mənzil x ünvanında yaşamasına baxmayaraq, Müdafiə nazirinin xx.xx.2019-cü il tarixli, 6 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Ordusunun hərbi qulluqçularına (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) və hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin ailəli kursantlarına müvəqqəti mənzilin kirayəsi üçün pul kompensasiyasının ödənilməsi Qaydası”nın 3.14.3-cü maddəsinin “yaxın qohumunun yaşayış sahəsində yaşayan hərbi qulluqçulara müvəqqəti mənzilin kirayəsi üçün pul kompensasiyası ödənilməməsinə” dair tələbinə əsasən, müvəqqəti mənzilin kirayəsi üçün pul kompensasiyası almaq hüququ olmadığından, tamah niyyəti ilə əvəzsiz və qanunsuz olaraq özgənin əmlakını ələ keçirmək, yəni qanunsuz olaraq dövlətdən müvəqqəti mənzilin kirayəsi üçün pul kompensasiyası almaq qərarına gəlmişdir. Bu məqsədlə o, xx.xx.2019-cu il tarixdə doğma əmisi, vətəndaş Şahid8 ilə bağladığı, sonuncuya məxsus ünvan 3 ünvanında yerləşən yaşayış sahəsinin kirayə götürülməsi ilə əlaqədar müqaviləni digər sənədlərlə birlikdə raportla sözügedən institutun komandanlığına təqdim edib guya həmin mənzildə kirayədə yaşaması barədə yalan məlumat verərək, faktiki olaraq kirayə yaşamadığı halda, 2021-ci ilin sentyabr ayından 2022-ci ilin noyabr ayınadək olan müddət ərzi ndə, yəni 2021-ci ilin sentyabr ayında 200 (iki yüz) manat, 2021-ci ilin oktyabr ayında 200 (iki yüz) manat, 2021ci ilin noyabr ayında 220 (iki yüz iyirmi ) manat, 2021-ci ilin dekabr ayında 220 (iki yüz iyirmi) manat, 2022-ci ilin yanvar ayında 225 (iki yüz iyirmi beş) manat, 2022-ci ilin fevral ayında 225 (iki yüz iyirmi beş) manat, 2022-ci ilin mart ayında 225 (iki yüz iyirmi beş) manat, 2022-ci ilin aprel ayında 225 (iki yüz iyirmi beş) manat, 2022-ci ilin may ayında 225 (iki yüz iyirmi beş) manat, 2022-ci ilin iyun ayında 300 (üç yüz) manat, 2022-ci ilin iyul ayında 300 (üç yüz) manat, 2022-ci ilin avqust ayında 300 (üç yüz) manat, 2022-ci ilin sentyabr ayında 300 (üç yüz) manat, 2022-ci ilin oktyabr ayında 300 (üç yüz) manat, 2022-ci ilin noyabr ayında 300 (üç yüz) manat olmaqla hə r ay bank vasitəsi ilə onun əmək haqqı kartının hesabına müvəqqəti mənzilin kirayəsi üçün pul kompensasiyası ödənilməsinə nail olaraq aldatma yolu ilə vahid niyyətlə, ümumilikdə 3765 (üç min yeddi yüz altmış beş) manat məbləğində özgə əmlakını ələ keçirərək dələduzluq etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Məhkumun müdafiəçisi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsinin qərarı əsassız və qanunsuzdur, maddi və prosessual hüquq normalarının pozulması nəticəsində qəbul edilmişdir. Belə ki, cinayət işi üzrə ittiham verilməsi məqsədilə şahid ifadələri saxtalaşdırılmış, Şahid7 məhkəmə istintaqı zamanı Bakı Hərbi Prokurorluğunda ifadə vermədiyini, müstəntiqin ifadə almaq məqsədilə onun yanına gəlmədiyini, ifadəsini Şahid2 ona hazır şəkildə gətirdiyini, onun xahişi və təkidi ilə ifadəsini oxumadan imzaladağını bildirsə də, onun ifadəsi hökmdə sübut kimi qiymətləndirilmişdir, bu hal apellvasiva məhkəməsi tərəfindən də nəzərə alınmamışdır. Eyni zamanda, işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasını təmin etmək üçün cinayət işi üzrə apellyasiya baxışının qismən istintaq ilə keçirilərək, Şahid7 ifadə verdiyi gün əhatə dairəsi müvafiq mobil operatordan əldə edilməsi, iş üzrə istintaqı aparan Bakı Hərbi Prokurorluğunun müstəntiqinin məhkəmə istintaqına dəvət olunub şahid ifadələrində yol verilmiş və digər nöqsanlar üzrə dindirilməsi, şahid X məhkəmə iclasında Şahid7 ifadəsi ilə bağlı təkrar dindirilməsi, zərurət yaranarsa müstəntiqin və X-in Şahid7 ifadə verdiyi gün əhatə dairəsi müvafiq mobil operatorda n əldə edilməsi, şahidlər Şahid4, X-in birinci instansiya məhkəməsinin iclasında verdiyi ifadənin videoyazısına məhkəmə iclasında baxılması, eləcə də cinayət təqibi ilə bağlı olan bütün məsələlərin hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün əhəmiyyətli ola biləcək halların araşdırılmasını təmin etmək üçün apellyasiya məhkəməsində məhkəmə baxışının qismən məhkəmə istintaqı ilə keçirilməsi dair qərar qəbul edilməsi xahiş edilmiş, lakin məhkəmə kollegiyası tərəfindən qeyd olunan vəsatət heç bir əsaslandırma aparılmadan təmin edilməmişdir. Bundan əlavə anten məlumatlarında Məhkum əsasən X13 küçəsində olduğu qeyd olunur, həmçinin qeyd olunur ki, telefondan az istifadə etdiyi, davamlı zənglərin olmadığı qeyd olunmuşdur. Göründüyü kimi, ittihamın verilməsinə səbəb olan əsas sübut də anten m əlumatlarıdır ki, istintaq orqanı da özü ittiham aktında öz sübutuna mötəbər yanaşa bilməmişdir. Cinayət işi üzrə Məhkum əməlində cinayətin əlamətləri mövcud olmamış, onunla Hərbi İnstitut arasında münasibətlər mülki xarakterli olmuş, Məhkum qanunvericiliyin verdiyi hüquqlardan istifadə edərək, kirayə müqaviləsi bağlamış və qanuni şəkildə ödənişlərini almış kirayə müqaviləsi bağladığı mənzildən də istifadə etmiş və bu fakt kirayə verən X tərəfindən də təsdiq edilmişdir. Kirayə müqaviləsi mülki müqavilə olmuş, həmin müqavilədən irəli gələn münasibətlərin də mülki xarakterlidir, Bu səbəbdən də hesab edirik ki, kirayə müqaviləsi ilə bağlı əgər pozuntu halları olsaydı belə burada cinayət işindən söhbət gedə bilməz, bu halda Hərbi institut kirayə üçün ödənilən pulun geri qaytarılması məqsədil ə mülki qaydada məhkəməyə müraciət edə bilərdi. Məhkum mülki müqavilə olan kirayə müqaviləsi bağlayıb, kirayə haqqı alması ilə nəticələnən hərəkətləri, onun işlədiyi verə qarsı dələduzluq cinayəti etmək məqsədi daşımamış, o, Bakı şəhərində özünə məxsus, mülkiyyətində ev olmadığından qanunvericiliyin verdiyi bu hüquqdan qanuni şəkildə istifadə etmişdir. Qanunvericilikdə verilmiş hüquqdan, qanuni şəkildə istifadə edilməsinin istintaq və məhkəmə orqanları tərəfindən cinayət əməli kimi tövsif edilməsi tam qanunsuz və əsassızdır. Odur ki, göstərilənləri nəzərə alaraq, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 yanvar 2025-ci il tarixli qərarının ləğv edilməsini, Məhkum bəraət verilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində Müdafiəçi və Məhkum kassasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək, kassasiya şikayətinin təmin edilməsini xahiş etdilər. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlu çıxış edərək, kassasiya şikayətinin təmin edilməməsini və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 yanvar 2025-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzr ə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətində işin hallar ının tam, hərtərəfli və obyektiv araşdırılmadığı və nəticədə maddi və prosessual normaların pozulduğu iddia edilmiş, bununla da məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.1 (məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə), 416.1.2 (məhkəmə bu Məcəllənin 143 - 146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə) və 416.1.6-cı (məhkəmə cinayət tərkibinin əlamətləri olmadan ittiham hökmü çıxardıqda) maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Odur ki, məhkəmə kollegiyası müdafiəçinin kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 yanvar 2025-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq aşağıdakı xüsusatları qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. A zərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməllərin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrinin dispozisiyaları ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan R espublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Kassasiya məhkəmə kollegiyası həmçinin qeyd edir ki, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri (CPM, 28 və 33-cü maddələr), sübutlar və sübutetməyə dair normalar, o cümlədən cinayət-prosessual qanunun 125, 143-146-cı maddələri, h ökmün əsaslılığına dair müddəalar da (CPM, maddə 349.5) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, Cinayət-Prosessual Məcəlləsinin 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə əsaslı sayıla bilər. Cinayət-Prosessual Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının apellyasiya instansiyası məhkəməsinin qərarının qüvvədə saxlanılması, müdafiə tərəfinin işə kassasiya şikayətinin təmin edilməsi barədə məhkəmə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 yanvar 2025-ci il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Kassasiya məhkəmə kollegiyası əməlin hüquqi töv sifi məsələsinə, əməlin mülki xarakterli olmasına dair şikayətin dəlillərinə qiymət verərək qeyd edir ki, “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarında qeyd olunur ki, başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir.... Törədilmiş əməl o halda CM-in 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni, etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçiril məsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun törədilməsi zamanı həqiqətə uyğun olmayan və ya gizlədilən məlumatlar kimi müxtəlif hallar, məsələn hüquqi faktlar, əmlakın dəyərinə və keyfiyyətinə, təqsirkarın ş əxsiyyətinə, onun səlahiyyətlərinə və niyyətinə dair məlumatlar çıxış edə bilər. Müdafiəçi kassasiya şikayətində Məhkum əməllində hər hansı bir cinayət tərkibinin olmadığını, onunla zərərçəkmiş hüquqi şəxs arasında münasibətlərin mülki xarakterli olduğunu qeyd etsə də, yuxarıda qeyd edilən normaların tələblərindən çıxış edildiyi halda aydın olur ki, Məhkum XXX müəllimi vəzifəsində, kapitan hərbi rütbəsində xidmətdə olarkən, ailəsi ilə birlikdə adına olan Bakı şəhəri Xətai rayonu X13 küçəsi bina X mənzil X ünvanında yaşamasına baxmayaraq müvəqqəti mənzilin kirayəsi üçün pul kompensasiyası almaq hüququ olmadığından, tamah niyyəti ilə əvəzsiz və qanunsuz olaraq özgənin əmlakını ələ keçirmək, yəni qanunsuz olaraq dövlətdən müvəqqəti mənzilin kirayəsi üçün pul kompensasiyası almaq üçün digər ünvanında yerləşən yaşayış sahəsinin kirayə götürülməsi ilə əlaqədar müqaviləni sözügedən institutun komandanlığına təqdim edib guya həmin mənzildə kirayədə yaşaması barədə yalan məlumat verərək, faktiki olaraq kirayə yaşamadığı halda özgə əmlakını ələ keçirib, dələduzluq edərək cinayət əməli törətmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum əməli Azərbaycan Respublikası CMin 178.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaratdığı, bu cinayətin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddə ilə tövsif edilmişdir. Birinci instansiya məhkəməsinin hökmündən və apellyasiya məhkəməsinin qərarından görünür ki, Məhkum dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə ilə bağlı cinayət əməlini törətməsi birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında tədqiq olunmuş mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin bunlara dair gəldiyi nəticə ilə razılaşmışdır. Həmçinin kassasiya şikayətinin dəlillərinə əsasən müəyyən olunur ki, şikayətçi iş üzrə yeni faktiki hallardan çıxış etməklə kassasiya instansiyası məhkəməsini gətirdiyi faktiki halların mövcud olub-olmamasına münasibət bildirməyə, birinci instansiya və apellyasiya məhkəməsində məhkəmə baxışı zamanı tədqiq olunmuş süb utların məcmusunu yenidən tədqiq etməklə qiymətləndirməyə dəvət edir. Kassasiya şikayətinin şərh olunan dəlilləri ilə əlaqədar kollegiya xatırladır ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət-prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. Bu normaların mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxarkən bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya müraciəti olduqda birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edil miş faktiki hallara cinayət qanunu normalarının tətbiqini və həmin halların müəyyən edilməsi zamanı cinayət-prosessual qanunun tələblərinə əməl olunubolunmadığını yoxlaya bilər. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətində irəli sürülmüş məhkəmə qərarının ləğv edilməsi barədə tələbin əsaslılığını yoxlayarkən məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarını nəzərə almaya və müdafiəçinin məhkəmə qərarlarının mübahisələndirilməsi üçün kassasiya şikayətində gətirdiyi faktiki hallardan çıxış edə, beləliklə də, onları mübahisələndirilən qərarın ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi qiymətləndirə bilməz. Kassasiya məhkəmə kollegiyası cinayət işinin materiallarını nəzərdən keçirərək, Məhkum CM-in 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli ü zrə təqsirliliyinin zərərçəkmiş hüquqi şəxs X Hərbi İnstitutun nümayəndəsi Nümayəndə2, şahid qismində dindirilmiş şəxslər Şahid1, Şahid2, Şahid4 və Şahid7, Şahid6, Şahid5, Şahid8 (qismən), Şahid3 ifadələri, “Mənzillərin, evlərin (bağların) müvəqqəti istifadəyə verilməsi” haqqında 23 iyun 2019-cu il tarixli müqavilə, 12 fevral 2022-ci il tarixli müqavilə, xx.xx.2021-ci il tarixli və xx.xx.2022-ci il tarixli raportlar, xx.xx.2024-cü il tarixli 189 nömrəli arayış, “Baxış keçirilməsi haqqında” 30 may 2024-cü il, 23 iyul 2024-cü il və 27 iyul 2024-cü il tarixli protokollar, Suraxanı rayon mənzil kommunal-təsərrüfat birliyinin 63 saylı mənzilkommunal istismar sahəsinin rəisinin arayışı, Xətai rayon mənzil kommunal-təsərrüfat birliyinin 93 saylı mənzil-kommunal istismar sahəsinin rəisinin arayışı, həmçinin iş üzrə toplanmış digər sübutlarla öz təsdiqini tapdığını müəyyən edir. Məhkum ona hökmlə istinad edilən (apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı), cinayət əməlini törətməsi kassasiya şikayətində iddia olunanın əksinə olaraq birinci instansiya məhkəməsində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 33, 125, 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Həmin dəlillər müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması zamanı apellyasiya məhkəməsi tərəfindən də yoxlanılmış, məhkəmə həmin dəlillərin (onların üzərində qurulmuş iddiaların) baxılmış sübutların məcmusu ilə və digər materiallarla təkzib olunması haqqında nəticəyə gələrə k birinci instansiya məhkəməsinin ittihamın sübuta yetirilməsi ilə bağlı gəldiyi nəticə ilə razılaşmışdır. Apellyasiya məhkəmə kollegiyası belə qənaətə gələrkən Azərbaycan Respublikası CPM-in 146.1-ci maddəsinin tələbinə əsaslanmışdır. Həmin normada göstərilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiyası işdə ola n sübutları bir daha təhlil edərək hesab edir ki, onlar Məhkum təqsirinin təsdiq edildiyi barədə yekun nəticəyə gəlməyə imkan verir. Məhkəmələrin yekun nəticəyə gəlməsi üçün kifayət hesab etdiyi mötəbər, mümkün və birbirini tamamlayan sübutlar birinci instansiya məhkəməsinin hökmündə və apellyasiya məhkəməsinin qərarında ətraflı şərh edildiyindən kassasiya məhkəmə kollegiyası həmin sübutları təkrarən sadalamağa zərurət görmür. Kassasiya şikayətində cinayət və cinayət prosessual qanunun normalarının pozulmasına istinad edilsə də, məhkəmə kollegiyasının qənaətinə görə həmin normaların tələbləri pozulmamış, apellyasiya məhkəməsinin qərarı həmin normalarla ziddiyyət təşkil etmir. Kassasiya şikayətində göstərilənlərdən deyil, məhz məhkəmələr tərəfindən müəyyən edilmiş faktiki hallardan çıxış et mək barədə kollegiyanın qənaəti ondan irəli gəlir ki, bu şikayətin dəlilləri ilə eyni məzmunda olan dəlillər müdafiə tərəfindən apellyasiya məhkəməsi qarşısında da irəli sürülmüş və apellyasiya məhkəməsi həmin dəlillərlə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgün olub-olmamasını yoxlayıb sübutlar və sübutetmə, eləcə də cinayətin epizodunu təşkil edən faktiki halların müəyyən edilməsi məsələlərində hər hansı bir pozuntu aşkar etməmiş, Məhkum hazırkı qərarın “İşin halları” bölməsində təsvir edilmiş hərəkətlərindən, eyni zamanda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsinin dispozisiyasından və cinayət qanununun ümumi hissəsinin müddəalarından çıxış edərək, Məhkum hərəkətlərində Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin t ərkibinin olması, bu maddə ilə onun təqsirli bilinməsini, o cümlədən CPM-in 42.1-ci maddəsində təsbit edilmiş əsasların olmaması haqqında nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPMin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Bütün bunları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, müdafiəçinin kassasiya şikayəti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Məh kum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Hərbi Məhkəməsinin 18 noyabr 2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 yanvar 2025-ci il tarixli qərarı kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1-1(102)-52/2025
Ali Məhkəmə Qərar — İş №1-1(102)-52/2025
20.05.2025 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver