Məhkəmə qərarları › İş №1-1(102)-53/2019

Ali Məhkəmə Qərar — İş №1-1(102)-53/2019

16.05.2019 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-53/2019 16.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi Kollegiyası hakimlər Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Nəsirov İnqilab Maşallah oğlu və Əliyev Fərhad Kazım oğlundan ibarət tərkibdə, Həsənli-Məmmədova Nailə Əli qızının katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Yusifov İlkin Fərhad oğlu və zərər çəkmiş şəxsin hüquqi varisi X5 iştirakları ilə, Tərtər Hərbi Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125, 331.3 və 341.3-cü maddələri ilə təq sirli bilinib məhkum olunmuş Məhkum barəsində Gəncə Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının xx xxxxxx 2019-cu il tarixli hökmündən dövlət ittihamçısı Ə.Əzimov tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq MÜƏYYƏN E T D İ: Tərtər Hərbi Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli hökmü ilə (hakimlər İ.M.Quliyev (sədrlik edən), V.M.Nəsirov (məruzəçi) və Ə.M.Sarıyevdən ibarət tərkibdə) xx xxxxxx 1993-cü ildə Bərdə rayonunun Yenidaşkənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, Kəlbəcər rayonunun Zar kəndində qeydiyyatda olan, N №-li hərbi hissənin 2-ci taborunun 6-cı bölüyünün 1-ci tağımının 3-cü manqasının komandiri vəzifəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi əsgər hərbi rütbəsind ə xidmət etmiş, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyininin Pentensiar Xidmətinin 17 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125, 331.3 və 341.3-cü maddələri ilə təqsirli bilinib, həmin Məcəllənin 125-ci maddəsi ilə 5 il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 331.3-cü maddəsi ilə 4 il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 341.3-cü maddəsi ilə 5 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, təyin olunmuş azadlıqdan məhrum etmə cəzalarını CM-in 66.3-cü maddəsinə əsasən qismən toplamaq yolu ilə ona qəti cəza 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən onun xx xxxxx 2017-ci il - xx xxx 2017-ci il tarixlərdə intizam qaydasında haupvaxtada saxlanıldığı 6 (altı) gün bir günə bir gün hesablanmaqla cəzadan çıxılaraq üzərində qəti olaraq 6 (altı) il 11 (on bir) ay 24 (iyirmi dörd) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəlinin xx xxx 2017-ci il tarixdən hesablanılması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməsi hökm edilmişdir. İŞİN H A L L A R İ: Məhkəmənin hökmünə əsasən Məhkum ona görə təqsirli bilinib məhkum edilmişdir ki, o, rəis olmaqla hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı və belə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar öz tabeliyində olan şəxsləri döymüş, rəis kimi hakimiyyətdən müntəzəm olaraq, digər şəxsi marağa görə döyüş şəraitində qəsdən istifadə etməmiş, habelə ondan xidməti cəhətdən asılı olmuş zərər çəkmiş şəxsi onunla amansız rəftar etmə və onun ləyaqətini mütəmadi olaraq alçaltma yolu ilə özünü öldürmə həddinə çatdırmışdır. Belə ki, Məhkum: - N №-li hərbi hissənin 2-ci taborunun 6-cı bölüyünün 1-ci tağımının 3-cü manqasının komandiri vəzifəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi əsgər hərbi rütbəsində xidmət edərkən 2017-ci ilin yanvar-aprel ayları ərzində Tərtər rayonunun Çiləbürt kəndi ərazisində bilavasitə düşmənə qarşı durmaqla döyüş şəraitində yerləşən 6-cı bölüyün dayaq məntəqəsində və bölüyün döyüş mövqelərində bölük növbətçisi, dəyişdirici və mövqe başçısı əvəzi kimi xidmət aparan zaman Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və Qarovul Xidmətləri Nizamn aməsinin 8, 132 və 161-ci maddələrində göstərilən “hər bir hərbi qulluqçu qarnizon və yaxud qarovul xidməti yerinə yetirən şəxslərə kömək etməyə borcludur; patrul, yaxud qarovul heyətində kiminsə xidməti pozduğunu görən hərbi qulluqçu bu barədə qarnizon komendantına, qarovullar (hərbi hissə, gəmi, təlim mərkəzi, düşərgə toplanışı) növbətçisinə, yaxud qarovul rəisinə və özünün bilavasitə rəisinə dərhal məlumat verməlidir; dəyişdiricinin ümumi vəzifəsidir: hər növbə qayıtdıqdan sonra qarovul rəisinə növbənin dəyişilməsi, postların vəziyyəti, bütün nöqsanlar və onların aradan qaldırılması tədbirləri haqqında məlumat vermək” kimi tələblərini pozaraq Azərbaycan Respublikasına qəfil hücumun vaxtında aşkara çıxarılması və dəf olunması, habelə onun təhlükəsizliyinin təmin edilməsi üzrə döyüş növbə sində olan həmin bölüyün 1-ci tağımının 3-cü manqasının baş atıcısı əsgər X3 döyüş növbətçiliyində olan zaman yatmaqla döyüş növbəsi çəkmə qaydalarını pozduğunu mütəmadi olaraq aşkar etməsinə baxmayaraq, şəxsi heyət arasında özünü nüfuzlu manqa komandiri kimi göstərmək, tabeliyində olan şəxsin döyüş növbətçiliyində yol verdiyi nöqsanları hərbi hissə komandanlığından gizlətmək və komandiri olduğu manqanın şəxsi heyətinin xidmətinin düzgün təşkil olunması görüntüsünü yaratmaq istəməsindən ibarət şəxsi marağına görə həmin faktlar barədə vəzifəsinə uyğun olaraq şifahi və ya yazılı formada yuxarı komandanlığa məruzə etməli olduğu halda bunu etməyərək, rəis kimi müntəzəm olaraq, digər şəxsi marağa görə döyüş şəraitində hakimiyyətdən qəsdən istifadə etməmişdir; - həmin vəzifədə və hərbi rütbədə x idmətdə olarkən xx.xx.2017-ci il tarixdə saat 16 radələrində xidmət etdiyi bölüyün Tərtər rayonunun Çiləbürt kəndi ərazisində yerləşən 10 nömrəli döyüş mövqeyinin qazmasının qarşısında Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 38-42 və 47-ci bəndlərində göstərilən “Hərbi qulluqçular bir-birinə münasibətdə həmişə nəzakətli və təmkinli olmalıdırlar, vəzifəsindən asılı olmayaraq, hərbi qulluqçular xidmət məsələləri üzrə bir-birinə «Siz» deyə müraciət etməlidirlər”, “Hərbi qulluqçular həmişə yüksək mədəniyyət, təvazökarlıq və təmkin nümunəsi göstərməli, ictimai yerlərdə və küçədə özlərini ləyaqətlə aparmalıdırlar”, “Komandir (rəis) tabeliyində olanlara rəğbət və ehtiram göstərməli, qayğılarına qalmalı, kobudluq və onların şəxsi ləyaqətlərini alçalda biləcək hərə kətlər etməməlidir” kimi tələblərini pozaraq komandiri olduğu manqanın əsgəri X3 mövqenin əlaqə səngərindən su gətirməsi barədə verdiyi tapşırığını icra etmək istəmədiyinə görə sağ əli ilə sonuncunun sağ bazu nahiyəsinə iki-üç dəfə yumruq zərbəsi vurub rəis olmaqla hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar öz tabeliyində olan şəxsi döymüşdür; - həmin vəzifədə və hərbi rütbədə müddətdən artıq həqiqi hərbi xidmətdə olarkən xx.xx.2017ci il tarixdə saat 14 radələrində 6-cı bölüyün Tərtər rayonunun Çiləbürt kəndi ərazisində yerləşən 11 nömrəli döyüş mövqeyinin qazmasının qarşısında Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 38-42 və 47-ci bəndlərinin tələblərini pozaraq heç bir səbəb olmadan sol əli ilə komandiri olduğu manqanın əsgəri X2 bazu nahiyəsinə iki-üç dəfə yumruq zərbəsi vurub rəis olmaqla hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı öz tabeliyində olan şəxsi döymüşdür; - həmin vəzifədə və hərbi rütbədə müddətdən artıq həqiqi hərbi xidmətdə olarkən xx.xx.2017ci il tarixdə saat 15:57 radələrində 6-cı bölüyün Tərtər rayonunun Çiləbürt kəndi ərazisində yerləşən 10 nömrəli döyüş mövqeyinin qazmasının qarşısında Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 38-42 və 47-ci bəndlərinin tələblərini pozaraq heç bir səbəb olmadan sağ əli ilə komandiri olduğu manqanın əsgəri X1 bazu nahiyəsinə iki-üç dəfə yumruq zərbəsi vurub rəis olmaqla hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı öz tabeliyində olan şəxsi döymüşdür; - həmin vəzifədə və hərbi rütbədə müddətdən artıq həqiqi hər bi xidmətdə olarkən tabeliyində olduğuna görə ondan xidməti cəhətdən asılı olmuş əsgər X3 bir neçə dəfə döyüş növbəsində yatdığına görə 2017-ci ilin yanvar ayının axırlarından, xüsusən də xx xxxxx 2017-ci il tarixdən ünvanına şəxsi heyətin qarşısında nalayiq ifadələr işlətməklə, davranışlarına görə onun cinsi azlığın nümayəndəsinə bənzədiyini bildirməklə, xx.xx.2017 və xx.xx.2017-ci il tarixlərdə müvafiq olaraq sağ və sol bazu nahiyələrinə iki-üç dəfə yumruq zərbələri vuraraq döyməklə, xx.xx.2017-ci il tarixdə saat 17:30 radələrində 6-cı bölüyün Tərtər rayonunun Çiləbürt kəndi ərazisində yerləşən 10 nömrəli döyüş mövqeyində onun növbəti dəfə döyüş növbəsində olan zaman yatdığını aşkar etdikdən sonra “posta basqın” komandası verərək bütün şəxsi heyəti ayağa qaldırıb əsgərlərin qarşısında on u nalayiq ifadələrlə ağır formada təhqir etməklə onunla amansız rəftar etmə və onun ləyaqətini mütəmadi olaraq alçaltma yolu ilə özünü öldürmə həddinə çatdırmış, şəxsi heyətin gözü qarşısında edilən təhqirlər əsgər Elsevər İbayevin psixi-emosional durumunda bezikmə, məyusluq, əhval-ruhiyyənin enməsi, emosional gərginlik yaratmış, nəticədə sonuncu “situasiya ilə şərtləndirilmiş depressiv reaksiya” halını keçirməklə özünü öldürmək qərarına gəlib xx.xx.2017-ci il tarixdə saat 17:47 radələrində 10 nömrəli döyüş mövqeyinin müşahidə məntəqəsinin içərisində özünə təhkim olunmuş AKM markalı “TH 8641” nömrəli avtomat silahı döyüşə hazır vəziyyətə gətirərək silahın lülə ağızlığını alın nahiyəsində qaşarası sahəyə dirəyib tək-tək atış rejimində baş nahiyəsinə bir atəş açaraq özünə ümumilikdə həyat üç ün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid “alın nahiyəsində-qaşarası sahədə kənarlarında dərinin yanması və tüklərin deformasiyası qeyd olunan, ətrafında (əsasən yaradan aşağı hissələr) qaramtıl rəngli hisəbənzər çirklənmə ilə müşayiət olunan, kəllə boşluğuna nüfuz edən, nahamar kənarlı bir ədəd yara (güllənin giriş yarası); ənsə nahiyəsində kənarları bayıra çevrilmiş, kəllə boşluğuna nüfuz edən bir ədəd yara (güllənin çıxış yarası); baş beyin toxumasının həyatla bir araya sığmayan əzilib-dağılması, kəllə qapağı və əsası sümüklərinin çoxqəlpəli, yerdəyişən sınıqları, kəskin qanitirmə” xəsarətlərini yetirməklə özünü öldürmüşdür. Hökmdən Məhkum və müdafiəçisi Z.K.Qəhrəmanov tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Gəncə Apellyasiya Məhkəməsinin H ərbi kollegiyası (hakimlər T.A.Muxtarov (sədrlik edən və məruzəçi), Ç.B.Məmmədov və Ə.G.Abdullayevdən ibarət tərkibdə) xx xxxxxx 2019-cu il tarixli hökmü ilə apellyasiya şikayətlərini qismən təmin edərək, Tərtər Hərbi Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli hökmünü ləğv etmiş, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə bəraət vermiş, CM-in 331.3 və 341.3-cü maddələri ilə təqsirli bilinərək həmin Məcəllənin 331.3-cü maddəsi ilə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 341.3-cü maddəsi ilə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum etmiş, CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş azadlıqdan məhrum etmə cəzalarını qismən toplamaq yolu ilə ona qəti olaraq 05 (beş) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin etmiş, həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən Məhkum xx xxxxx 2017-ci il - xx xxx 2017-ci il tarixlərdə intizam qaydasında haupvaxtada saxlanıldığı 6 (altı) gün bir günə bir gün hesablanmaqla cəzadan çıxılaraq üzərində qəti olaraq 5 (beş) il 2 (iki) ay 24 (iyirmi dörd) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasının əvvəli xx xxx 2017-ci il tarixdən hesablanılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının xx xxxxxx 2019-cu il tarixli hökmündən dövlət ittihamçısı Ə.Əzimov kassasiya protesti vermişdir. KASSASİYA PROTESTİNİN D Ə L İ L L Ə R İ: Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi sübutlar və sübutetməyə dair cinayət-prosessual qanunun normalarının tələblərini pozmuş, məhkəmə baxış iclaslarında şahid lər X14, X15, X6, X7 və zərər çəkmiş şəxs X13 ifadələri arasında ziddiyyətli halların aradan qaldırılması qənaətinə gələrkən hansı motivlər və sübutlara əsaslandığını göstərməmiş, zərər çəkmiş şəxsin hüquqi varisi X16 və şahid X10, həmçinin şahidlərin ibtidai istintaq zamanı vermiş olduqları ifadələri guya təhrif etmiş müstəntiqi məhkəmə baxışlarında dindirməyərək onları üzləşdirməmiş, apellyasiya zamanı alınmış və tədqiq edilmiş hər iki məhkəmə-psixoloji ekspertizasının rəyləri ekspertlər tərəfindən qanun pozuntusuna yol verildiyindən mümkünlüyü və mötəbərliyi baxımından rədd edilməli olduğu halda sübut kimi qəbul edilmiş, rəylərdə zərər çəkmiş şəxsin hüquqi varisi X16 və şahid X8 ifadələri isə ümumiyyətlə tədqiqat obyekti olmamışdır. X4 Məhkəməsi tərəfindən xx xxxxxx 2019-cu il tarixdə h ökm çıxarılarkən cinayət-prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq cinayət işi üzrə toplanmış sübutlar məcmu qaydada qiymətləndirilməmiş, sübutlar CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilməmiş, nəticədə Məhkum CM-in 125-ci maddəsi ilə irəli sürürlmüş ittiham üzrə əsassız olaraq bəraət verilmişdir. Dövlət ittihamçısı kassasiya protestində göstərilənləri Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 416.0.2, 416.0.3-cü maddələrində nəzərdə tutulmuş halları təşkil edən pozuntular kimi qiymətləndirərək, həmin əsaslarla Gəncə Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının xx xxxxxx 2019-cu il tarixli hökmünün ləğv edilməsi, işin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işi n materiallarını öyrənib, kassasiya protestinin dəlillərini müzakirə edib, kassasiya protestinin təmin edilməsi barədə zərər çəkmiş şəxsin hüquqi varisi S.S.İbayev və dövlət ittihamçısı İ.F.Yusifovun çıxışlarını dinləyib hesab edir ki, kassasiya protesti təmin edilməli, Gəncə Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü ləğv edilərək, cinayət işi yeni apellyasiya baxışına təyin edilməlidir. Kassasiya protestinə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq Məhkum məhkəmədə iştirak etmək arzusunu bildirməmiş, iş üzrə zərər çəkmiş şəxs Ə.E.Şumalov isə məhkəmə iclasında iştirak etməmişdir. Bu səbəbdən məhkəmə kollegiyası Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.4-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ M Ə S Ə L Ə L Ə R: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlah iyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Dövlət ittihamçısı kassasiya protestində apellyasiya instansiyası məhkəməsi tərəfindən Məhkum sübutlar və sübutetməyə dair Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinin pozulması və cinayət qanunu normalarının düzgün tətbiq edilməməsi ilə əsassız və qanunsuz olaraq CM-in 125-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə bəraət verildiyini iddia edərək, mübahisələndirilən hökmün ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə tələbini məhkəmə qərar larının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.0.2, 416.0.3 və 416.0.15-ci maddələrində nəzərdə tutulmuş hallarla əsaslandırmışdır. Odur ki, kollegiya dövlət ittihamçısının kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Gəncə Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının xx xxxxxx 2019-cu il tarixli hökmünün qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Apellyasiya instansiyası məhkəməsi Məhkum CM-in 125-ci maddəsi ilə bəraət verilməsini onunla əsaslandırmışdır ki, iş üzrə zərər çəkmiş şəxs Ə.E.Şumalov və xx.xx.2017-ci il tarixdə hadisə baş verən yerdə olmu ş bütün şahidlər Məhkum həmin gün E.S.İbayevi döymədiyini, söymədiyini, təhqir etmədiyini lakin yatdığı üçün sonuncunu məzəmmət etdiyini bildirmişlər. Məhkəmə zərər çəkmiş şəxsin, həm də şahidlərin məhkəmə kollegiyası iclaslarında verdiyi ifadələri daha inandırıcı hesab edərək, həmin ifadələrin bir-birindən eyni ilə köçürülməklə müxtəlif şahidlərin adından verilmiş ifadələr kimi göstərmiş, bütün cümlələrin, bütün sözlərin hətta qara şriftlə verilmiş yerlərin də eyni olduğunu göstərərək bu ifadələri şübhə altına almışdır. Bundan əlavə, apellyasiya məhkəməsi Cinayət Məcəlləsinin 125-ci maddəsi üzrə ittiham tərəfin əsas sübutlarından biri olan istintaq orqanının qərarı əsasında keçirilmiş xx.xx.2017-ci il tarixli “məhkəmə-psixatrik və məhkəmə-psixoloji ekspertizası”nın rəyinə münasibət bildir ərək, həmin ekspertizanın Azərbaycan Republikası Səhiyyə Nazirliyi tərəfindən keçirildiyindən qeyd olunan ekspert rəyinin hüquqi qüvvəsinin olmadığını qeyd etmişdir. Həmçinin, apellyasiya məhkəməsi şahidlərdən E.E.Əhmədovun, N.R.Əsgərovun, Q.A.Şükürovun və K.E.İsgəndərlinin zərər çəkmiş şəxs Ə.E.Şumalovun istintaqın ilkin mərhələsində, Tərtər Hərbi Məhkəməsində verdikləri ifadələrin məzmunu ilə Gəncə Apellyasiya Məhkəməsinin iclasları zamanı verilmiş ifadələrin məzmunu arasında ziddiyyətlər aşkar etmiş və sonuncu ifadələrin şübhə altına alınması üçün heç bir əsas görməmiş, Məhkum ibtidai istintaq zamanı, eləcə də Tərtər Hərbi məhkəməsində dindirilərkən E.S.İbayevə qarşı nalayiq sözlər işlətmədiyini onu təhqir etmədiyini və zor tətbiq etmədiyinə dair ifadəsini və apellyasiya instansiyası məhkəməi tərəfindən təyin edilmiş məhkəmə-psixoloji ekspertizasının xx.xx.2018-ci il tarixli 19953 saylı və xx.xx.2019-cu il tarixli 33779 saylı rəylərini əsas götürmüşdür. Lakin, kassasiya protestində qeyd olunduğu kimi, apellyasiya məhkəməsinin bu nəticəni CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq surətdə tam, hərtərəfli və obyektiv araşdırılmış sübutların məcmusundən hasil etdiyini söyləmək mümkün deyil. Azərbaycan Respublikası CPM-in 143-cü maddəsinə əsasən məhkəmə tərəflərin vəsatəti və yaxud öz təşəbbüsü ilə sübutların toplanılmasında iştirak edir, o cümlədən dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanımaya təqdim etmə və digər prosessual hərəkətləri həyata keçirir. CPM-in 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə görə “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”. Belə ki, Gəncə Apellyasiya məhkəməsi zərər çəkmiş şəxsin və şahidlərin ibtidai istintaq və birinci instansiya məhkəməsi zamanı verdikləri ifadələrin məzmunu ilə apellyasiya məhkəməsində verdikləri ifadələrin məzmunu arasında ziddiyyət olduğunu müəyyən etməyə cəhd etsə də, əvvəlki ifadələrdən imtina etmənin obyektiv səbələrini aydınlaşdırmamış, bu ziddiyyətlərin yaranma səbəblərini müəyyən etməyərək, həmin ziddiyyətlərin aradan qaldırılması üçün zəruri prosessual hərəkətlər, yəni ifadələri iş üçün mühüm əhəmiyyət kəsb edən - zərər çəkmiş şəxsin hüquqi varisi S.S.İbayev, şahid S.S.İbayev, N saylı Hərbi Hissə komandirinin şəxsi heyətlə iş üzrə müavini X9, N saylı hərbi hissənin 2-ci taborunun 6-cı bölüyünün 1-ci tağımının komandiri leytenant X11, cinayət işinin istintaqını aparmış müstəntiq dindirilməmiş və ifadələri arasında ziddiyyət olan şəxslər arasında üzləşdirmə keçirilməmişdir. Apellyasia Məhkəməsinin əvvəlki ifadələrindən imtina etmiş şəxslərin guya, hədə-qorxu təsiri altında məcburiyyət qarşısında qalıb ifadə vermələrinə dair fikirlərinə gəl dikdə isə, bu müddəalara dair kassasiya instansiyası məhkəməsinin mövqeyi təəccüb doğurmaya bilmir. Cinayət işinin materiallarından görünür ki, Məhkum ibtidai istintaq və məhkəmə baxışları zamanı sərbəst ifadə vermiş, törətdiyi cinayət əməlini etiraf etməmiş və istintaq orqanı tərəfindən ona hər hansı bir təsir göstərilməmişdir. Bundan başqa, iş materiallarından görünür ki, təqsirləndirilən şəxsə heç bir təsir və təzyiq göstərilmədiyi halda iş üzrə şahidlərdən “məcburiyyət altında ifadə alınması və hədə-qorxu altında ifadə vermələrinə” dair apellyasia məhkəməsinin gəldiyi nəticənin obyektivliyi şübhə doğurur. Belə ki, qeyd olunan şahidlər nə ibtidai istintaq zamanı, nə də birinci instansiya məhkəməsində onlara müstəntiq tərəfindən hədə-qorxu gəlinməsi barədə heç bir məlumat verməmiş, yalnı z bu barədə apellyasiya məhkəməsində ifadə vermişlər. Apellyasiya məhkəməsinin müstəntiqin hədə-qorxu gələrək məcburiyyət altında şahidlərdən ifadə alınması mülahizəsi üzərində qurduğu nəticələr həm də ona görə inandırıcı deyil ki, məhkəmə lazımi araşdırma aparmadan belə nəticəyə gəlmiş, hətta müstəntiqin özünü belə məhkəmə iclasında dinləməmişdir. Gəncə Apellyasiya Məhkəməsi iş üzrə ibtidai istintaq zamanı təyin edilmiş Məhkum elan edilmiş ittihamda təqsirliliyini sübut edən kompleks məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının rəyi ilə razılaşmayaraq, kifayət qədər əsaslandırılmamış formal olaraq xx.xx.2018ci il tarixdə məhkəmə-psixoloji ekspertizası təyin etmişdir. Maraqlı haldır ki, cinayət işi ekspertizada olarkən, şahidlər E.E.Əhmədovun Azərbaycan Respublikası Hərbi Prokur orluğuna və K.E.İsgəndərlinin səlahiyyətli orqanlara ilkin ifadələrindən imtina etmələrinə dair ərizələri (şahid qismində dindirilmiş ifadələri yox) ünvanlarına deyil buna zərurət olmadığı halda apellyasiya məhkəməsi tərəfindən məhkəmə ekspertizasına təqdim edilmişdir. Əgər həqiqətən də ekspertə rəy verilməsi üçün əlavə materialların təqdim olunmasına zərurət yaranmışdısa, bu barədə ekspert tərəfindən məhkəməyə məhz hansı materiala ehtiyac olması barədə rəsmi sorğu ilə müraciət olunmalı idi. Eyni zamanda əgər şahidlər E.E.Əhmədovun və K.E.İsgəndərlinin əvvəlki ifadələrindən imtina etmələri barədə ərizələr ekspertiza tədqiqatının obyekti üçün zəruri idisə, belə olan halda zərər çəkmiş şəxsin hüquqi varisi X16 və şahid X8 ifadələri də tədqiqat obyekti olmalı idi. Apellyasiya instansiyası m əhkəməsi Məhkum CM-in 125-ci maddəsi ilə bəraət verərkən əsaslandığı məsələlərdən biri də, məhkəmə-psixoloji ekspertizasının Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən keçirilməli olduğu halda Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən keçirilməsi olmuşdur. Bununla bağlı məhkəmə kollegiyası bildirməyi zəruri hesab edir ki, məhkəmə və istintaq təcrübəsindən məlumdur ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi ilə yanaşı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixatrik Ekspertiza Mərkəzi tərəfindən də kompleks məhkəmə-psixatrik və məhkəmə-psixoloji ekspertizası həyata keçirilir. Apellyasiya instansiyası məhkəməsi əvvəlcə təyin etdiyi məhkəmə-psixoloji ekspertizasının rəyindəki nəticələrlə də kifayətlənməyərək xx xxxxxx 2018-ci il tarixli qərarı ilə əlavə m əhkəməpsixoloji ekspertizası təyin etmişdir. Əlavə məhkəmə-psixoloji ekspertizasının xx.xx.2019-cu il tarixli 33779 saylı rəyi ilə müəyyən edilmişdir ki, E.S.İbayevin ölümündən əvvəlki dövrdə emosional halı səviyyəcə aşağı enməklə frustrasiya halı keçirmişdir. Mərhumun bu halı keçirməsi Məhkum tərəfindən ona qarşı edilmiş hərəkətlərlə səbəbli nəticə əlaqəsində olmamışdır. Qeyd olunan rəydən görünür ki, ekspertlər birinci dəfə məhkəmə-psixoloji ekspertizasının təyin edilməsi haqqında qərarda apellyasiya instansiyası məhkəməsi tərəfindən təqdim edilmiş məlumatları hansısa səbəbdən qəbul etməmiş, özləri məhkəmə kollegiyasına şahidlər E.E.Əhmədov, N.R.Əsgərov, K.E.İsgəndərli və zərər çəkmiş şəxs Ə.E.Şumalovun guya verdikləri ifadələrin məzmunu arasında ziddiyyətlərin mövcud olmasına görə E.S.İ bayevin ölümündən əvvəlki dövrdə emosional halında baş vermiş dəyişikliklərin hansı amillərlə şərtlənməsini müəyyən edilməsinin mümkün olmadığı qənaətinə gəlmişlər. Halbuki, “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin 1-ci hissəsinə görə ekspertin vəzifəsinə məhkəmə ekspertizasının aparılmasından imtina etməyə əsas verən bu Qanunun 12-ci maddəsində nəzərdə tutulmuş hallar olduqda rəy verməyin qeyri-mümkünlüyü barədə təhqiqat aparan şəxsə, müstəntiqə və ya məhkəməyə (hakimə) yazılı formada məlumat vermək aiddir. Həmin qanunun 12-ci maddəsinə görə məhkəmə ekspertizasının təyin edilməsinin prosessual qaydası pozulduqda və bu, ekspertizanın aparılmasını çətinləşdirdikdə və ya onun aparılmasını qeyri-mümkün etdikdə, verilən suallar eks pertin zəruri biliyindən kənara çıxdıqda, tədqiqat obyektləri və iş üzrə materiallar rəy verilməsi üçün yararsız olduqda və ya kifayət qədər olmadıqda və onların tamamlanması barədə ekspertin vəsatəti təmin edilmədikdə, tədqiqat aparılması və rəy verilməsi üçün zəruri olan şərait, metodik vəsait və avadanlıqlar olmadıqda ekspert məhkəmə ekspertizasının aparılmasından imtina edir. Belə olduğu halda onlara verilmiş suallar və təqdim edilmiş tədqiqat obyektlərinin hər hansı bir ziddiyyətin olması əsası ilə ekspertlər məhkəmə ekspertizasının aparılmasından imtina edə bilməz. Beləliklə də, apellyasiya instansiya məhkəməsində alınmış və tədqiq edilmiş hər iki məhkəmə- psixoloji ekspertizasının rəyləri yuxarıda qeyd olunduğu kimi ekspertlər tərəfindən qanun pozuntusuna yol verildiyindən, mümkünlü yü və mötəbərliyi baxımından rədd edilməli olduğu halda məhkəmə kollegiyası tərəfindən hansı əsasla həmin rəyləri əsas sübut kimi qəbul edilməsi bəlli deyildir. Göründüyü kimi, apellyasiya instansiya məhkəməsi, ittihamın sübut edilməsində yaranmış şübhələrin (özünün mülahizəsinə görə) aradan qaldırılması üçün müvafiq tədbirləri görməmiş, gəldiyi nəticəni faktiki olaraq əsaslandırmamışdır. Mübahisəsizdir ki, apellyasiya məhkəməsi tərəfindən bu cür çatışmazlıqlarla çıxarılmış qərar qanuni hesab oluna bilməz. Məhkəmə kollegiyası belə qənaətə gələrkən yuxarıda göstərilən normalarla yanaşı Azərbaycan Respublikası CPM-in 21.2, 145.3, 146.1, 349.5, 350.3 və 392.3-cü maddələrinin tələbləri və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə də əsaslanır. Azərbaycan Respublikası CPM-in 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir, bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir, eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Buna uyğun norma Azərbaycan Respublikası CPM-in 145.3-cü maddəsində göstərilmiş və təsbit olunmuşdur ki, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası CPM-in yuxarıda göstərilən hər iki normasının həm məzmunu na həm də mənasına görə, ittihamın sübut edilməsində şübhələrin yarandığı mövqeyində olan məhkəmə ilk növbədə həmin şübhələrin aradan qaldırılması üçün müvafiq tədbirləri görməli və yalnız bu mümkün olmadıqda həmin şübhələri təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir. Azərbaycan Respublikası CPM-in 146.1-ci maddəsində göstərilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası CPM-in 349.5-ci maddəsində nəzərdə tutulmuşdur ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; bu sübutlar ittihamın qiymətləndirilm əsi üçün kifayət etdikdə; məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. Azərbaycan Respublikası CPM-in 350.3-cü maddəsinə əsasən məhkəmənin bəraət hökmünə bəraət almış şəxsin təqsirsizliyini şübhə altına qoyan ifadələrin daxil edilməsi yolverilməzdir. Təqsirsizliyi şübhə altına alan ifadələr dedikdə bəraət almış şəxsin cinayət törətməkdə təqsirli hesab edilməsi kimi şərh edilə bilən istənilən ifadə başa düşülməlidir. Azərbaycan Respublikası CPM-in 392.3-cü maddəsində göstərilmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən məhkəmənin gəldiyi nəticələrin düzgünlüyü üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmadığını güman etməyə əsaslar olduqda, apellyasiya instansiyası məhkəməsi məhkəmə istintaqının tam və ya qismən aparılmasını zəruri hesab edə bilər, məhkəmə istintaqı tam və ya qismən aparıldıqda apellyasiya tələbinin əsaslandırıldığı bütün dəlillərin tədqiq edilməsi məcburidir. Sadalanan normalara əsaslanan məhkəmə kollegiyasının qənaətinə görə yuxarıda göstərilən məsələlər araşdırılmalı, qeyd olunan çatışmamazlıqların aradan qaldırılması üçün müvafiq tədbirlər görülməli, nəticəsindən asılı olaraq sübutlara müvafiq qiymət verilməli və yalnız bundan sonra Azərbaycan Respublikası CM-in 125-ci maddəsi ilə verilmiş ittihamın sübuta yetirilib-yetirilməməsi məsələsi həll edilməlidir. Bütün bunlar belə nəticəyə gəlməyə əsas verir ki, apellyasiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə riayət olunmamışdır (Azərbaycan Respublikası CPM-in 33.2- ci maddəsinə görə isə cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir). Göründüyü kimi, Azərbaycan Respublikası CPM-in 416.0.2 və 416.0.3-cü maddələrində göstərilən halların iş üzrə mövcud olmasına dair protestin dəlilləri əsaslıdır. (CPM-in 416.0.2-ci maddəsində göstərilmişdir ki, məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə və həmin Məcəllənin 416.0.3-cü maddəsinə əsasən məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir.) Odur ki, apellyasiya məhkəməsinin hökmü əsassız olduğundan ləğv edilməli, kassasiya protesti təmin olunmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.2-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi kollegiyası QƏRARA A L D İ: Kassasiya protesti təmin edilsin. Məhkum barəsində Gəncə Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasının xx xxxxxx 2019cu il tarixli hökmü ləğv edilsin, cinayət işi apellyasiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar