Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-53/2021 19.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Kərimov Fərhad Abdulkərim oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun iştirakı ilə, Azərbaycan Respublikası Cinayət Məcəllsinin (bundan sonra mətndə CM-nin) 329.1-ci ma ddəsi ilə təqsirləndirilən Məhkum barəsində cinayət işinin icraatının dayandırılmasına dair Tərtər Hərbi Məhkəməsinin 30 sentyabr 2020-ci il tarixli qərarının dəyişdirilmədən saxlanması barədə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 aprel 2021-ci il tarixli qərarından dövlət ittihamçısı Alıkişiyev Rəşad Nizami oğlu tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Tərtər Hərbi Məhkəməsinin hazırlıq iclasının 18 sentyabr 2020-ci il tarixli qərarı ilə (sədrlik edən hakim Sarıyev Əhməd Mədət oğlu) CM-nin 329.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Məhkum, xxxx il tarixdə Lerik rayonunun Mastail kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali hərbi təhsilli, məhkumluğu olmayan, 26.08.2007-ci il tari xdə SHÇDX-nin Bakı şəhəri Xətayi rayon idarəsi tərəfindən həqiqi hərbi xidmətə çağırılmış, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində təlim batareyasının komandiri vəzifəsində “kapitan” hərbi rütbəsində xidmət qeydiyyatda olan, edən, ünvan 1-də CM-nin 329.1-ci maddəsi ilə məhkəməyə verilmiş, işə məhkəmə baxışı iclası isə təqsirləndirilən və zərər çəkmiş şəxslərin, şahidlərin, dövlət ittihamçısının və müdafiəçinin iştirakları ilə 30 sentyabr 2020-ci il tarixə saat 14.00-a təyin edilmişdir. İşin halları: Məhkum CM-nin 329.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qsmində cəlb edilərək məhkəmə məsuliyyətinə verilmişdir ona görə ki, o, rəis kimi hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı öz tabeliyində olan şəxsə zor tətbiq etmişdir. Belə ki, Məhkum G oranboy rayonunun Goran-1 hərbi şəhərciyində yerləşən Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin təlim batareyasının komandiri vəzifəsində, kapitan hərbi rütbəsində xidmət edərkən 29.06.2020-ci il tarixdə saat 18:00 radələrində batareyanın əsgər kazarmasının qarşısında həmin hərbi hissənin hərbi qulluqçusu, əsgər X4 günün nizam qaydasına əsasən təyin edilmiş idman vaxtı olmasına baxmayaraq heç kimdən icazə almadan əsgər mağazasına getməsinə və idman düzülüşünə yubanmasına görə hərbi qulluqçular arasında qarşılıqlı münasibətləri Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili xidmət nizamnaməsinin 38 və 47-ci bəndlərində nəzərdə tutulmuş “Hərbi qulluqçular bir-birləri ilə həmişə nəzakətli davranmalıdırlar. Komandir (rəis) tabeliyində olanlara rəğbət və ehtiram göstərməli, qayğılarına qalmalı, kobudluq və onların şəxsi ləyaqətlərini alçalda biləcək hərəkətlər etməlidir” tələblərini pozaraq jim vəziyyətində saxlayıb onun baş nahiyyəsinə əlində olan topa açarla vurmuş, ayağa qaldırdıqdan sonra sağ əli ilə boynundan tutaraq sıxmış və sinəsinə sol əli ilə bir neçə yumuruq zərbəsi vurmuş, nəticədə sonuncuya sağlamlığa zərər vurmadığından ağırlıq dərəcəsi təyin edilməyən “Sol boyun nahiyyəsinin qançırı, başın sağ alın-təpə nahiyyəsinin şişkinliyi” diaqnozu ilə müşayət edilən xəsarətlər yetirmiş, bununla da rəis kimi hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı öz tabeliyində olan şəxsə zor tətbiq etmişdir. Cinayət işi 07 sentyabr 2020-ci il tarixdə Tərtər Hərbi Məhkəməsinin icraatına daxil olmuş, məhkəmənin 18 sentyabr 2020-ci il tarixli hazırlıq iclasının qərarı ilə təqsirləndirilən şəxs məhkəməyə verilmiş və məhkəmə iclası 30 sentyabr 2020-ci il tarixə təyin edilmişdir. Həmin tarixdə məhkəmə iclası təqsirləndirilən və zərər çəkmiş şəxslərin, dövlət ittihamçısının və müdafiəçinin iştirakları olmadan keçirilərək N nömrəli hərbi hissənin zabiti kapitan Məhkum CM-nin 329.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə sonuncu xidmət etdiyi hərbi hissənin tərkibində döyüş əməliyyatlarında iştirak etməsi ilə əlaqədar onun olduğu yer müəyyən olunmadığından cinayət təqibi üzrə icraat dayandırılmışdır. Tərtər Hərbi Məhkəməsinin 30 sentyabr 2020-ci il tarixli qərarından Azərbaycan Respublikası Hərbi Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Abdullayev Natiq Əkrəm oğlu tərəfindən 13 noyabr 2020-ci il tarixdə apellyasi ya protesti verilmiş, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 fevral 2021-ci il tarixli qərarı ilə apellyasiya protestinin verilməs üçün buraxılmış müddət bərpa edilmiş və qərar icra olunması üçün cinayət işi 02 mart 2021-ci il tarixdə Tərtər Hərbi Məhkəməsinə göndərilmişdir. Tərtər Hərbi Məhkəməsinin 12 mart 2021-ci il tarixli qərarı ilə cinayət işi üzrə icraat təzələnmiş və məhkəmə baxışı 31 mart 2021-ci il tarixə təyin edilmişdir. Bununla belə, cinayət işi üzrə icraatın dayandırılması haqqında Tərtər Hərbi Məhkəməsinin 30 sentyabr 2020-ci il tarixli qərarından dövlət ittihamçısı N.Ə.Abdullayev tərəfindən verilmiş apellyasiya protestinə əsasən işə baxan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası (hakimlər Muxtarov Teyyub Asif oğlu (sədrlik edən və məruzəçi), Məmm ədov Çingiz Böyükxan oğlu və Süleymanov Loğman Srac oğlundan ibarət tərkibdə) 28 aprel 2021-ci il tarixli qərarı ilə apellyasiya protesti təmin edilməmiş, brinci instansiya məhkəməsinin qeyd olunan qərarı isə dəyişdirilmədən saxlamışdır. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 aprel 2021-ci il tarixli qərarından dövlət ittihamçısı Alıkişiyev Rəşad Nazim oğlu kassasiya protesti verərək həmin qərarın ləğv edilməsini və işin yeni apellyasiya baxışına təyin olunmasını xahiş etmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı R.N.Alıkişiyev kassasiya protestini onunla əsaslandırmışdır ki, Tərtər Hərbi Məhkəməsi özünün 30 sentyabr 2020-ci il tarixli qərarında təqsirləndirilən şəxs Məhkum xidmət etdiyi hərbi hissənin tərkibində döyüş əməliyyatlarında iştirak etməsi il ə əlaqədar onun olduğu yerin müəyyən olunmadığını qeyd edib cinayət işi üzrə icraatın dayandırılması, onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməsi barədə nəticəyə gəlsə də, həmin qərarda Məhkum xidmət etdiyi hərbi hissənin tərkibində döyüş əməliyyatlarında iştirak etməsini göstərmiş, bu hal məhkəməyə məlum olmuş, həmin dövr üçün məlum hadislər üzrə cinayət təqibi üzrə icraatın dayandırılmasının məcburi olmamasına baxmayaraq məhkəmə iclasının təxirə salınmasının mümkünlüyünü müzakirə etməmiş, məhkəmə iclasında tərəflərinin iştirakını isə təmin etməmişdir. Məhkəmə həmçinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-nin) tələblərinə zidd orlaraq iş üzrə icraatı dayandırarkən təqsirləndirilən şəxsin axtarışı nı elan etməmiş, onun haqqında başqa qətimkan tədbirinin seçilməsi məsələsini də müzakirə etməmişdir. Lakin birinci instansiyası məhkəməsinin qanunsuz qərarını qüvvədə saxlayan apellyasiya instansiyası məhkəməsi bu pozuntulara, xüsusən də dövlət ittihamçısının hüquq və vəzifələri təsbit edilmiş CPMnin 84.6, 84.7 və 314.1 -ci maddələrinin tələblərinin pozulmasına əhəmiyyət verməmiş və iş üzrə qəbul etdiyi qərarda həmin qərarın ləğv edilməsinin əhəmiyyətsiz olmasını belə əsaslandırmışdır ki, artıq iş üzrə icraat təzələnmiş və işə məhkəmədə baxılması təyin olunmuşdur. Beləliklə, birinci instansiya məhkəməsinin çəkişmə prinsipini pozmaqla qəbul edilmiş qərarı qüvvədə saxlayan apellyasiya instansyası məhkəməsi də eyni pozuntuları təkrarlamışdır. Buna görə dövlət ittihamçısı kassasiya protestini n təmin edilməsini, qanun pozuntuları ilə çıxarılmış apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və işin yeni apellyasiya baxışına təyin olunmasını xahiş edir. Hüquqi məsələlər: Kassasiya protestinin dəlillərinə cavab olaraq məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmı ş hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər-hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından veri lmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxır və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-nin 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-nin 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Kassasiya protestində göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı birinci instansiya məhkəməsinin qərarında təq sirləndirilən şəxs Məhkum xidmət etdiyi hərbi hissənin tərkibində döyüş əməliyyatlarında iştirak etməsini göstərmiş, lakin onun hərbi xidmətdə olmaqla döyüş əməliyyatlarında olması məhkəməyə məlum olmuş və həmin dövr üçün məlum hadisələrlə bağlı cinayət təqibi üzrə icraatın dayandırılmasının məcburi olmaması nəzərə alınmamış, məhkəmə iclasının təxirə salınmasının mümkünlüyü isə məhkəmə tərəfindən müzakirə edilməmiş, qərar isə CPM-nin tələblərinə zidd olaraq hakim tərəfindən təkbaşına qəbul edilmiş və həmin qərarla təqsirləndirilən şəxsin axtarışı elan olunmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, həqiqətən CPM-də təqsirləndirilən şəxsin hərbi xidmətdə olduğu hərbi hissənin döyüş əməliyyatlarında iştirakı ilə əlaqədar cinayət işi üzrə icraatın dayandırılması nəzərdə tutulmamışdır. Bununla belə, CPM-nin 319.1-ci maddəsinə əsasən məhkəmə iclasına çağırılmış şəxslərdən hər hansı birinin məhkəmə iclasına gəlməməsinə görə və ya məhkəmənin təşəbbüsü ilə, yaxud cinayət prosesi tərəflərinin vəsatətləri üzrə yeni sübutların tələb edilməsi zərurəti ilə əlaqədar məhkəmə baxışının keçirilməsi mümkün olmadıqda məhkəmə təxirə salınma müddəti göstərilməklə məhkəmə baxışını təxirə salır (CPM-nin 319.1.1-ci maddəsi) və cinayət prosesi iştirakçısanın məhkəmə iclasına gəlməsi və ya yeni sübutların tələb edilməsi üçün lazımi tədbirlər görür (CPM-nin 319.1.2-ci maddəsi). Qanunvericiliyin bu normalarının mənasına görə, olduğu yer müəyyən olan şəxslərdən biri (o cümlədən təqsirləndirilən şəxs) məhkəmə iclasına gəlmədikdə təxirə salınma müddəti göstərilməklə məhkəmə baxışı təxirə salınır. Lakin h azırkı cinayət işi üzrə vəziyyət qanunda nəzərdə tutulmuş məhkəmə baxışının təxirə salınmasına əsas verən hallardan fərqli olmuşdur. Belə ki, əvvəla Məhkum xidmət etdiyi hərbi hissənin iştirak etdiyi döyüş əməliyyatlarının aparılması yeri, həmin əməliyyatların qurtarması vaxtı məhkəməyə qabaqcadan bəlli olmadığından məhkəmə kollegiyası işə baxılmasının təxirə salınmalı olması barədə kassasiya protestinin dəlilini əsassız sayır. İş üzrə müəyyən edilmiş faktiki hal ondan ibarətdir ki, cinayət işi üzrə icraatın dayandırıldığı 30 sentyabr 2020-ci il tarixdə Məhkum xidməti etdiyi N saylı hərbi hissənin şəxsi heyəti (Məhkum də daxıil olmaqla) aparılan döyüş əməliyyatlarına cəlb edilmiş və həmin vaxt Tərtər Hərbi Məhkəməsinin yerləşdiyi Tərtər rayonu düşmənin intensif raket atşələrinə tutulmuşdur. Bu səbəblərdən birinci instansiyası məhkəməsi əsaslı olaraq Məhkum döyüş əmələyyatlarında iştirakından kənarlaşdırılıb məhkəməyə göndərilməsi və ya onun öz xoşu ilə məhkəməyə gələrək məhkəmə iclasında iştirakını mümkünsüz hesab etmiş və buna görə də məhkəmə iclasının təxirə salınması deyil, cinayət işi üzrə icraatın dayandırılması barədə qərar qəbul etmişdir. Bu qərarın qəbul edilməsi üçün əhəmiyyətli əsaslardan biri də o, olmuşdur ki, onun çıxarılması zamanı döyüş əməliyyatlarının başa çatacağı vaxt nə məhkəməyə, nə də cinayət prosesinin iştirakçılarına məlum olmamışdır. Məhkəmə tərəfindən o, da nəzərə alınmışdır ki, Məhkum xidmət etdiyi hərbi hissənin şəxsi heyətinin ümumiyyətlə hansı bölgədə döyüş əməliyyatlarında iştirak etməsi də məlum olmamış və bu səbəbdən də təqsirləndirilən şə xsin olduğu yeri müəyyən etmək mümkün olmamışdır. Məhzh bu əsasla, yəni təqsirləndirilən şəxsin olduğu yer məlum olmadığına görə məhkəmə Məhkum barəsindəki cinayət işi üzrə icraatın dayandırılması haqqında qərar qəbul edilməli olması barədə əsaslı nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxsin hərəkətlərindən asılı olmayaraq yaranmış, ümumi məlum olan belə vəziyyət onun məhkəmə iclasına gəlməsini qeyri-mümkün etmiş və bu vəziyyət CPM-nin 319.2-ci maddəsində göstərilən hala daha uyğundur. Belə ki, CPM-nin 319.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs gizləndikdə və ya xroniki, yaxud digər ağır xəstəliyə tutulduğuna görə onun məhkəmə iclasına gəlməsi qeyrimümkün olduqda məhkəmə həmin təqsirləndirilən şəxs tapılanadək və ya sağalanadək onun barəsində cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraatı dayandırır, digər təqsirləndirilən şəxslər barəsində isə məhkəmə baxışını mümkün olduqda davam etdirir. Məhkəmə baxışının ayrıayrılıqda aparılması cinayət təqibi ilə bağlı olan bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsinə mane olduqda, məhkəmə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə bütün icraatı bu Məcəllənin 304.2-ci maddəsinin müddəaları nəzərə alınmaqla dayandırır. CPM-nin 304.2-ci maddəsinə görə isə, məhkəmə icraatı müdafiə hüquqlarına xələl gətirməməsi şərtilə bir və ya bir neçə təqsirləndirilən şəxs barəsində dayandırıla bilər. Göründüyü kimi, CPM-nin 319.2-ci maddəsində heç də bütün hallarda cinayət işi üzrə icraat həmin maddədə göstərilmiş əsaslarla dayandırıldıqda, məhkəməyə gəlməmiş təqsirləndirilən şəxsin axtarışının elan edilməsi və onun barəsində seçilmiş qətimkan tədbirinin dəyişdirilməsi, habelə iş üzrə icraatın dayandırılması haqqında qərarın hüquq mühafizə orqanlarına göndərilməsi tələb olunmur. Buna görə, məhkəmə kollegiyası bu məsələlərlə bağlı kassasiya protestinin dəlilləri ilə razılaşmır və qeyd etməyi zəruri bilir ki, Azərbaycan Respublikası Konstitusiyasının 76cı maddəsinə əsasən vətəni müdafiə hər bir vətəndaşın borcudur. Qanunla müəyyən edilmiş qaydada vətəndaşlar hərbi xidmət keçirlər. Cinayət işinin materiallarından göründüyü kimi,təqsirləndirilən şəxs Məhkum cinayət işi üzrə icraatı dayandırılan zaman xidmət etdiyi hərbi hissənin tərkibində vətəni müdafi ə üzrə borcunu yerinə yetirərək döyüş əməliyyatlarında iştirak etmiş, o, məhkəmədən gizlənməmiş və onun hər hansı xroniki, yaxud digər ağır xəstəliyə tutulması barədə məlumat məhkəməyə daxil olmamışdır. Bu səbəblərə görə Məhkum CPM-nin 53.3.2-ci maddəsində nəzərdə tutulmuş qaydada axtarışının elan edilməsi üçün əsaslar da yaranmamışdır. Bundan başqa cinayət işinin materialları müəyyən edilir ki, həmin iş üzrə məhkəmənin hazırlıq iclası 18 sentyabr 2020-ci il tarixdə dövlət ittihamçısı Quliyev Tahir Ramiz oğlunun iştirakı ilə keçirilmiş, cinayət işinə mahiyyəti üzrə baxılması 30 sentyabr 2020-ci il tarixə təyin edilmiş, hazırlıq iclasının qərarı dövlət ittihamçısının iştirakı ilə elan olunmuş və sonuncunun məhkəmə baxışı iclasının 30 sentyabr 2020-ci il tarixə təyin edilməsi barədə məlumatı olmuş, lakin həm o, həm də zərərçəkmiş X7 və təqsirləndirilən şəxsin müdafiəçisi həmin iclasa naməlum səbəblərdən gəlmədiklərinə görə işi üzrə icraatın dayandırılması barədə qərar onların iştirakları olmadan qəbul edilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə, bu hal göstərilən şəxslərin, o cümlədən dövlət ittihamçısının hüquqlarının pozulmasına dəlalət etmir. Gösərilənlərlə yanaşı, məhkəmə kollegiyası əhəmiyyətli hal kimi onu da vurğulamağı lazım bilir ki, Tərtər Hərbi Məhkəməsinin 12 mart 2021-ci il tarixli qərarı ilə cinayət işi üzrə icraat təzələnmiş və iş üzrə məhkəmə baxışı təyin olunmuşdur. Bu da onu göstərir ki, Məhkum xidmət etdiyi hərbi hissənin döyüş əməliyyatlarında iştirak etdiyi zaman iş üzrə icraatın təqsirləndirilən şəxs müdafiə və ittiham tərəflərinin məhkəmə iclası nda iştirak etməmələri vəziyyətində dayandırılması müvəqqəti xarakter daşımış, təqsirlilik barədə məsələnin həll edilməsinə aid qərar qəbul edilmədiyindən və artıq icraat təzələndiyindən isə çəkişmə prinsipinin pozulması halı baş verməmişdir. Həmin məsələnin həlli qanunla məhkəmənin səlahiyyətinə aid edilmiş və bu zaman müdafiə və ittiham tərəfinin (dövlət ittihamçısının) məcburi iştirakı nəzərdə tutulmamışdır. Bundan başqa birinci instansiya məhkəməsinin qərarından protest vermiş dövlət ittihamşıcı kimi göstərilmiş qərarın ləğv edilməsi üçün CPM-nin 399.1.4-cü maddəsinə (cinayət qanunu normasının düzgün tətbiq edilməməsi), protest vermə səlahiyyətini əsaslandırarkən isə CPM-nin 84.6.1-ci və 383.2-ci maddələrinə istinad etmişdir. Tərtər Hərbi Məhkəməsinin hazırlıq iclasında dövlət ittihamç ısı kimi isə Quliyev Tahir Ramiz oğlu iştirak etmiş, lakin cinayət işinin icraatının dayandırılması barədə qərardan həmin iş üzrə dövlət ittihamçısı kimi iştirak etməyən N.Ə.Abdullayev özü də CPM-nin 383.2-ci maddəsinə istinad etməklə apellyasiya protesti vermişdir. CPM-nin 383.2-ci maddəsinə əsasən, apellyasiya protesti vermək hüququna onun gəldiyi nəticələrin və təkliflərin nəzərə alınmadığı hissədə birinci instansiya məhkəməsində işə baxılmasında iştirak etmiş dövlət ittihamçısı malikdir. Göstərilən dövlət ittihamçısı vəfat etdikdə, xəbərsiz itkin düşdükdə, uzunsürən ağır xəstəliyə tutulduqda, protest verməkdən yayındıqda və ya imtina etdikdə, habelə onun mövqeyi ilə razılaşmadıqda Azərbaycan Respublikasının Baş prokuroru və ya onun müavini, habelə Naxçıvan Muxtar Respublikasının birinc i instansiya məhkəmələri tərəfindən çıxarılmış hökm və ya qərarlardan, həmçinin Naxçıvan Muxtar Respublikasının prokuroru birinci instansiya məhkəməsində iştirak etmiş dövlət ittihamçısının əvəzinə apellyasiya protesti vermək hüququna malikdir. Birinci instansiya məhkəməsində cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına bu Məcəllənin 314.1, 314.3 və 314.4-cü maddələrinin tələblərinin ziddinə baxıldığı halda apellyasiya protesti vermək hüququna Azərbaycan Respublikasının Baş prokuroru və ya onun müavini, habelə Naxçıvan Muxtar Respublikasının birinci instansiya məhkəmələri tərəfindən çıxarılmış hökm və ya qərarlardan həmçinin Naxçıvan Muxtar Respublikasının prokuroru malikdir.Həmin qanuna görə protest vermək səlahiyyətin Azərbaycan Respublikasının baş prokuroru və ya onun müavini malikdir. CPM-nin 314.1. 314.3 və 314.4-cü maddələrində təsbit edilmişdir ki, dövlət ittihamçısı ictimai və ya ictimai-xüsusi ittiham üzrə məhkəmə baxışı zamanı bütün məhkəmə iclaslarında iştirak edərək məhkəmədə irəli sürülmüş ittihamı müdafiə etmək üçün bu Məcəllənin 84.6 və 84.7-ci maddələri ilə nəzərdə tutulmuş hüquqlardan istifadə edir və vəzifələrini yerinə yetirir. Dövlət ittihamçısının ictimai və ya ictimai-xüsusi ittiham üzrə məhkəmə baxışı zamanı üzrlü səbəblərə görə məhkəmə iclasına gəlməsi mümkün olmadıqda, o məhkəmə iclası başlananadək bu barədə məhkəməyə məlumat verməlidir. Dövlət ittihamçısı üzrlü səbəblərə görə məhkəmə iclasına gəlmədikdə və onu başqa dövlət ittihamçısı ilə əvəz etmək mümkün olmadıqda, məhkəmə baxışı təxirə salınır və başqa vaxta keçirilir. İşə yeni cəlb edilmiş dövlət ittihamçısına məhkəmədə ittihamın müdafiəsinə hazırlaşması üçün vaxt verilir. İş materiallarından göründüyü kimi, həmin iş üzrə istər CPM-nin 314.1, 314.3 və 314.4-cü maddələrində, istərsə də CPM-nin 383.2-ci maddəsində nəzərdə tutulmuş hallardan heç biri baş verməmiş, məhkəmənin hazırlıq iclasında dövlət ittihamını müdafiə etmiş T.R.Quliyevə 30 sentyabr 2020-ci il tarixdə məhkəmə iclasının keçiriləcəyi məlum olmasına baxmayaraq o, naməlum səbəblərdən həmin iclasa gəlməmiş, onun həmin vaxt vəfat etməsi, xəbərsiz itkin düşməsi və ya uzunsürən ağır xəstəliyə tutulması, habelə 30 sentyabr 2020-ci il tarixli qərardan apellyasiya protestinin verilməsindən yayınması müəyyən edilməmiş, digər tərəfdən o, hər hansı üzrlü səbəbdən məhkəməyə gələ bilməməsi barədə məhkəmən i əvvəlcədən məlumatlandırmamış və onun başqa dövlət ittihamçısı ilə, o cümlədən prokuror N.Ə.Abdullayevlə əvəz edilməsi üçün əsas yaranmadığından bu məsələ qanunvericilikdə nəzərdə tutulmuş qaydada həll edilməmiş, yəni nəticə etibarı ilə prokuror N.A.Abdullayevin 30 sentyabr 2020-ci il tarixli qərardan apellyasiya protesti vermək hüququ da yaranmamış və belə hüquqa Azərbaycan Respublikasının Baş prokuroru və ya onun müavini malik olmuşlar. Digər tərəfdən məhkəmə kollegiyası bu vəziyyətdə Tərtər Hərbi Məhkəməsinin hakiminin cinayət işi üzrə icraatın dayandırılması haqqında qərarı təkbaşına qəbul etməsində hər hansı kobud qanun pozuntusunun baş verməsini görmür və hesab edir ki, həmin qərarın qəbul edilməsi ilə bağlı keçirilən məhkəmə iclasında Məhkum barəsində cinayət işi üzrə mahiyyəti üzrə heç bir araşdırma aparılmadığından dövlət ittihamçısının öz hüquqlarından istifadə etməsinə və vəzifələrinin yerinə yetirilməsinə hər hansı maneçilik törənməmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası artıq icraatı təzələnmiş iş üzrə icraatın dayandırılması qərarının ləğv edilməsi barədə kassasiya protestinin dəlillərini formal xarakterli olmaqla əsassız hesab edir və kassasiya protestinin təmin edilməsi barədə dövlət ittihamçısı H.B.İmranovun çıxışını dinləyərək belə nəticəyçəyə gəlir ki, cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 aprel 2021-ci il tarixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416cı maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmədiyindən kassasiya protesti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin göstərilən qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Qərara aldı: Kassasiya protesti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 aprel 2021-ci il tarixli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlansın.
Məhkəmə qərarları › İş №1-1(102)-53/2021
Ali Məhkəmə Qərar — İş №1-1(102)-53/2021
19.10.2021 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver