Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-53/2022 04.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimləri: Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və İlkin Əbülfəz oğlu Rəcəbovdan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri X4, zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi Nümayəndə, Məhkum və məhkumun müdafiəçiləri Müdafiəçi2 və Müdafiəçi1 iştirakla rı ilə, Sumqayıt Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 fevral 2022-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, MÜƏYYƏNETDİ: Bakı Hərbi Məhkəməsinin (hakim Camal Ramazanov) 1-1(093)-8/2021 saylı 17 fevral 2021-ci il tarixli hökmü ilə xx xxxxxx 1978-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli himayəsində 2 azyaşlı uşağı olan, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin avtomobil təmir bölüyünün sürücü-çilingər vəzifəsində əsgər hərbi rütbəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Məhkum Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə təqsirli bilinərək 1 (bi r) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi hökm edilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum ona görə təqsirli bilinib məhkum edilmişdir ki, o, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin avtomobil təmir bölüyünün sürücü-çilingər vəzifəsində əsgər hərbi rütbəsində müddətdən artıq həqiqi hərbi xidmətdə olarkən 22 noyabr 2019-cu il tarixdə saat 07:34 radələrində «BC» kateqoriyalı «AB 696012» seriyalı sürücülük vəsiqəsi ilə və «ƏN-11 794677» nömrəli etibarnamə ilə idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan «VAZ 2107» minik markalı «** CJ ***» dövlət nömrə nişanlı avtomobil ilə Bakı-Quba y olunun 39-cu km-də H.Zeynalabdin qəsəbəsində üzü Bakı şəhəri istiqamətində 62 km/saat sürətlə hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsi və həmin maddənin 2-ci hissəsinin 1-ci bəndində göstərilən, yəni «sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir» kimi tələblərini pozub yaşayış məntəqəsində maksimum icazə verilən sürətdən yüksək sürətlə hərəkət edərək yolu soldan sağa keçmək istəyən piyada X1 avtomobilin qabaq sağ hissəsi ilə vuraraq ona «baş beyinə qansızma, sağ gicgah nahiyədə yara, sol budun orta 1/3-nin açıq yerdəyişən, sol baldırın yuxarı 1/3-nin yerdəyişən, sol bazunun orta 1/3-nin yerdəyişən qapalı sınıqları, bur un belinin, alının sağ və sol hissələrinin, sağ yanaq nahiyəsinin, sol almacıq nahiyəsinin, hər iki göz ətrafına əhatə edən qançırları» ilə müşayiət olunan həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid xəsarət yetirib ölümünə səbəb olmuşdur. Sumqayıt Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Elman Rəhimov (sədrlik edən və məruzəçi), X5 Rzayev) 1-1(105)-1/2022 nömrəli, 25 fevral 2022ci il tarixli qərarı ilə Bakı Hərbi Məhkəməsinin 17 fevral 2022-ci il tarixli nömrəli hökmü dəyişdirilmədən saxlanılmış, Məhkumun müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apelyasiya şikayəti təmin olunmamışdır. Məhkum müdafiəçisi Müdafiəçi2 kassasiya şikayəti verərək Sumqayıt Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 fevral 2022-ci il tarixli qərarının ləğv edilməsini və cin ayət işinin yeni apelyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum müdafiəçisi Müdafiəçi2 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin hökmü qanunsuz və ədalətsizdir. Belə ki, təqsirləndirilən şəxsə elan edilmiş ittiham son dərəcə qərəzli və ədalətsiz olmuş, hadisənin başvermə mexanizmi ibtidai istintaq tərəfindən qəsdən təhrif edilmişdir. Hadisənin başvermə mexanizmi üzrə yol-nəqliyyat hadisələri ekspertizası təyin edilib keçirilərək, əslində əməlində heç bir cinayət tərkibi olmayan Məhkum bu hadisədə süni surətdə təqsirləndirilmişdir. və son nəticədə təqsirləndirilən şəxsə çevrilərək, məhkum edilmişdir. Təqsirləndirilən şəxs Məhkum əməlində cinayət tərkibi olmadan, süni surətdə təqsir ləndirilən şəxsə çevrilmişdir. İbtidai istintaq məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının rəylərinə istinad etməklə düzgün nəticə qəbul etməmişdir. İstintaq orqanı tərəfindən hadisə mexanizmi saxtalaşdırılmış, piyadanın qət etdiyi məsafənin süni surətdə uzadılması və hərəkət tempinin aşağı salınması hesabına təhlükə anının davam etmə müddəti qəsdən uzadılmış və bununla da qeyri-real parametrlərlə yolnəqliyyat hadisəsi ekspertizası təyin edilib keçirilməklə qərəzli rəy alınmışdır. Məhkəmə kollegiyası Məhkum barəsində olan cinayət işini nəzərdən keçirib, kassasiya şikayətinin dəlillərini araşdırıb, məruzəçini, prokurorun çıxışını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin edilmədən, Sumqayıt Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasını 25 fevral 20 22-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Müdafiəçi2 kassasiya şikayətinin dəlillərindən biri apellyasiya instansiyası məhkəməsinin qərarının əsassız və qanunsuz olmasıdır. Məhkəmə kollegiyası bu barədə qeyd etmək istəyir ki, apelyasiya instansiyasında apelyasiya şikayətlərinin bütün dəlillərinə ayrı ayrılıqda hüquqi qiymət verilmiş, tam qanun çərçivəsində hüquq normalarına riayət edilməklə baxılmış və Azərbaycan Respublikası CM-in 4-9-cu maddələrinin prinsiplərinə əsaslanmaqla, ciddi qanun pozuntusuna yol verilməmişdir. Buna əsasən də kassasiya kollegiyası şikayətinin bu dəlilini əsassız sayır. Kassasiya şikayətinin digər dəlili hazırkı cinayət işi üzrə Məhkum təqsirsiz olduğuna baxmayaraq barəsində bəraət hökmün ün çıxarılmalı olduğu halda qanunsuz olaraq ittiham hökmünün çıxarılmasıdır. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CPM-in 42.1ci maddəsinə görə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: cinayət hadisəsi olmadıqda (42.1.1-ci mad.), əməldə cinayət tərkibi olmadıqda (42.1.2-ci mad.), cinayət törədilməsində aidiyyəti olmadıqda (42.1.3-cü mad.), təqsirliliyi sübuta yetirilmədikdə (42.1.4-cü mad.). Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında 22 noyabr 2019-cu il tarixli protokoldan görünür ki, yol nəqliyyat hadisəsinin baş verdiyi yer Bakı-Quba yolunun 39-cu km-dir. Yolun hərəkət hissəsi düz olmaqla asfalt-beton örtüklüdür və yaş vəziyyətdədir. Həmin yol örtüyünün eni 12 metr, 2 zolaqlı olmaqla isə hərəkət hissəsinin eni 6 metrdir. Yolda nişanlanma zonası və işıqlandırma olmamışdır. Hadisə yerinin müayinəsi zamanı tormozlanma izləri aşkar edilməmişdir. 22 noyabr 2019-cu il tarixdə Məhkum idarə etdiyi 1984-cü il buraxılışlı «VAZ 2107» markalı **-CJ-*** nömrəli dövlət qeydiyyat nişanlı avtomobilə keçirilmiş baxış zamanı avtomobilin qabaq sağ fanarında və sağ şüşəsində zədələr və sınıqlar aşkar edilmişdir. Sumqayıt şəhər polis idarəsinə təqdim olunan “Təhlükəsiz şəhər” xidmətinin videogörüntü kamerasında qeydə alınmış diskə keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, Məhkum idarə etdiyi «VAZ 2107» markalı **-CJ-*** dövlət qeydiyyat nişanlı avtomobil saat 07:34:13-də üzü Bakı istiqamətinə hərəkət edir və 25- 26 saniyə hərəkət etdikdən sonra saat 07:34:47-da hər hansı maneəyə rast gəlir və əyləci basaraq avtomobili yolun sağına doğru hərəkət etdirir. Məhkum də diskə baxaraq qeyd olunanları təsdiq etmişdir. İş materiallarından görünür ki, məhkəmə yol-nəqliyyat hadisəsi ekspertizasının 09 dekabr 2019-cu il tarixli 29395 nömrəli rəyindən görünür ki, «VAZ 2107» markalı **-CJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Məhkum hadisənin qarşısını almağa texniki imkanı olmuş və onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Məhkum avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətdən yüksək sürətlə idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Re spublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Məhkum məhkəmə istintaqı zamanı özünü təqsirli bilməsə də, onun Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlarla – təqsirləndirilən şəxsin özünün, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri, məhkəmə yol-nəqliyyat və məhkəmə-tibbi ekspertizalarının rəyləri, istintaq hərəkətlərinin protokolları və digər iş materialları ilə təsdiq edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan birinci və apellyasiya instansiyası məhkəmələri iş üzrə düzgün nəticəyə gəlmişlər. Birinci instansiyası məhkəməsinin hökmündən görünür ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs Mə hkum ona elan edilmiş ittihamda özünün təqsirli bilməməsi barədə məhkəmədə verdiyi ifadələri işin faktiki halları ilə və iş üzrə toplanmış sübutlarla və işin hallarına uyğun gəlmir. Apelyasiya instansiyası məhkəməsi də apelyasiya şikayəti üzrə işə baxaraq birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alıb, hesab edir ki, Məhkum əməli CMin 263.2-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və işə baxılarkən cinayət və cinayətprosessual hüquq normaları düzgün tətbiq edilmişdir, işin faktiki halları və əməlin hüquqi tövsifi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Həmin əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin məhkum olunmuş şəxs Məhkum cinayət məsuliyyətindən azad edilməsi üçün əsas lar mövcud deyildir. Hökmdən və apelyasiya məhkəməsinin qərarından da görünür ki, birinci və apelyasiya instansiyası məhkəmələri yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. İş materiallarından da görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Göründüyü kimi, Məhkum barəsində Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə verilmiş ittiham üzrə təqsirli olması tam sübuta yetirilmişdir və barəsində cinayət təqibinə xitam verilməsi üçün qanuni əsaslar yoxdur. Bundan əlavə, məhkəmə kollegiyasının qənaətinə görə nə ibtidai istintaq, nə birinci instansiya məhkəməsi, nə də apelyasiya instansiyası məhkəməsi sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqind ən əsassız imtina etməmiş, yekun məhkəmə qərarları qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Bundan başqa, məhkəmələr Məhkum cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərini düzgün nəzərə almışdır. İşdə görünür ki, apelyasiya instansiyası məhkəməsinin Məhkum barəsindəki qərarının ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək Azərbaycan Respublikası CPM-in 416.1.1-ci maddəsində göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. Yuxarıda qeyd edilən halları nəzərə alaraq məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razıla şmayaraq həmin şikayətin təmin edilmədən, Sumqayıt Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 fevral 2022-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Məhkum Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə məhkum olunmasına dair cinayət işi üzrə Sumqayıt Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 fevral 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.
Məhkəmə qərarları › İş №1-1(102)-53/2022
Ali Məhkəmə Qərar — İş №1-1(102)-53/2022
04.10.2022 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver