Məhkəmə qərarları › İş №1-1(102)-53/2023

Ali Məhkəmə Qərar — İş №1-1(102)-53/2023

31.08.2023 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-53/2023 31.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər X6 (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X4, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X5, Məhkum müdafiəçisi Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.3-cü maddəsi ilə məhkum olunmasına dair Naxçıvan MR Ali Məhkəməsinin Cinayət kollegiyasının 30 mart 2023-cü il tarixli, 1-1(108)-2/2023 nömrəli qərarından Məhkum mü dafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Məhkum xx xxxxxxxx 1992-ci ildə Babək rayonu, Cəhri kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli - 2 uşaq atası, orta-ixtisas təhsilli, əvvəllər məhkum olunmamış, “Naxçıvan” X2 təminat qrupunun komandiri vəzifəsində xidmət etmiş, Babək rayonu, Cəhri qəsəbəsində qeydiyyatda olmaqla, barəsində həbs qətimkan tədbiri seçilmişdir.

2. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum “Naxçıvan” X3 Ordubad rayonu ərazisində yerləşən 23-cü sərhəd zastavasında, təminat qrupunun komandiri vəzifəsində xidmət edərkən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 38-ci maddəsində göst ərilən «hərbi qulluqçular bir-birinə münasibətdə həmişə nəzakətli və təmkinli olmalıdırlar» və 47-ci maddəsində göstərilən «komandir (rəis)… tabeliyində olanlara rəğbət və ehtiram göstərməli, qayğılarına qalmalı, kobudluq və onların şəxsi ləyaqətini alçalda biləcək hərəkətlər etməməlidir» tələblərini pozaraq öz tabeliyində olan, həmin zastavada aşpaz vəzifəsində xidmət edən əsgər Zərərçəkmiş şəxs1 2022-ci ilin fevral ayının axırlarında günorta vaxtı yeməkxanada çay dəmləmək üçün suyu qaynatmadığını bəhanə edərək nalayiq ifadələr işlədib sifətinə şillə zərbəsi vurmaqla, təkrarən 2022-ci ilin iyun ayının əvvəllərində günorta vaxtı yeməkxananın mətbəxində kompotu düzgün hazırlamaması səbəbindən nalayiq ifadələr işlədib yaxasından tutub arxaya itələyib divara çırpdıqdan sonra yaxasından tutub dartıb yerə yıxıb yerdə yaxasından tutaraq silkələməklə, 2022-ci ilin iyun ayının sonlarında saat 21 radələrində tapşırığına əsasən əti aparıb zastavanın ərazisində onun yaşadığı xidməti evin qarşısına qoyduqdan sonra ona məlumat verməməsi və itlərin həmin əti yeməsi səbəbindən yataqxananın qarşısında nalayiq ifadələr işlədib sifətinə şillə zərbəsi vurmaqla, 2022-ci ilin iyul ayının əvvəllərində saat 15 radələrində heç bir səbəb olmadan zastava binasının giriş hissəsində qulağından yapışıb dartmaqla, 2022-ci ilin iyul ayının əvvəllərində saat 17 radələrində heç bir səbəb olmadan mətbəxdən çıxanda yataqxananın dəhlizində əlinin içi ilə belinə vurmaqla, 2022- ci ilin iyul ayında xidmətə çıxarkən sursat çantasını çıxarıb yerə qoyması səbəbindən rabitə vasitəsilə ona qarşı nalayiq ifadələr i şlətməklə, 2022-ci ilin avqust ayının 14-də saat 19 radələrində ərzaq anbarında işləyərkən torbanın cırılaraq ətin yerə düşməsi səbəbindən yataqxananın qarşısındakı siqaret çəkilən yerin yanında nalayiq ifadələr işlədib sifətinə şillə zərbələri vurmaqla, bundan başqa 2022-ci ilin fevral ayından avqust ayınadək olan müddətdə müxtəlif vaxtlarda səbəbsiz yerə ona qarşı nalayiq ifadələr deyib onu mütəmadi olaraq, həmçinin bəzi vaxtlarda istirahət vaxtı yuxudan qaldırıb işlətməklə, işlədərkən nalayiq ifadələr deməklə, onunla prinsip aparıb pis rəftar etməklə, həmin hərəkətləri ilə yanaşı kürəyindən şillə zərbələri vurmaqla ona qarşı zor tətbiq etməsi nəticəsində Zərərçəkmiş şəxs1 emosional gərginlik halı keçirərək avqust ayının 24-də saat 05:30-dan 09:30-dək müşahidə qülləsində “zastava gözətçi si” sərhəd naryadına təyin edilib xidmət apararkən saat 06:25 radələrində ona təhkim olunmuş AK-74 markalı ******* №-li avtomat silahı tək atəş vəziyyətinə gətirib sol döş nahiyəsindən bir atəş açaraq özünə “İİİ dərəcəli travmatik-hemoragik şok, hemotoraks (döş boşluğuna qanın yığılması), hemoperitoneum (qarın boşluğuna qanın yığışması) və dalağın çıxarılması ilə nəticələnən, giriş dəliyi döş qəfəsinin sol yarısının ön səthində, çıxış dəliyi döş qəfəsinin sol yarısının arxa səthində olan, döş və qarın boşluqlarına nüfuz edən yara kanalı boyunca yumşaq toxumaların və sol ağciyərin, diafraqmanın, qara ciyərin, mədənin, sol böyrəyin zədələnməsi ilə müşahidə olunan, öndən-arxaya, bir qədər sağdan-sola və cüzi yuxarıdan-aşağı istiqamətli, döş qəfəsinin və qarın boşluğunun müştərək bir ədəd dəli bkeçən odlu silah yaralanması” ilə müşayiət olunan, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarət yetirərək özünü öldürməyə cəhd etmişdir. Bundan başqa, gizir Məhkum “Naxçıvan” X3 Ordubad rayonu ərazisində yerləşən 23-cü sərhəd zastavasında, təminat qrupunun komandiri vəzifəsində xidmət edərkən qeyd olunan Nizamnamənin tələblərini pozaraq öz tabeliyində olan əsgər Zərərçəkmiş şəxs5 2021-ci ilin dekabr ayında axşam vaxtı yeməkxanada aşpaz təyin edilərkən tapşırdığı işi düzgün yerinə yetirə bilməməsi səbəbindən kürəyinə şillə zərbəsi vurmaqla, təkrarən 2022-ci ilin yanvar ayının əvvəllərində axşam vaxtı yeməkxanada tapşırılan işi gec yerinə yetirməsi səbəbindən kürəyinə şillə zərbəsi vurmaqla, 2022-ci ilin yanvar ayının ortalarında axşam vaxtı yeməkxanda aşpaz təyin olunduğu vaxt tapşırılan işi yaxşı icra etməməsi səbəbindən kürəyinə şillə zərbəsi vurmaqla; -əsgər Zərərçəkmiş şəxs6 2022-ci ilin aprel ayının əvvəllərində saat 15 radələrində yeməkxananın mətbəxində səbəbsiz yerə qoluna yumruqla vurmaqla, 2022-ci ilin aprel ayının əvvəllərində, bir neçə gün ara ilə günorta vaxtı, 3 dəfə ayrı-ayrı vaxtlarda səbəbsiz yerə, ələ salmaq məqsədilə yeməkxananın mətbəxində belinə şillə zərbəsi vurmaqla; əsgər Zərərçəkmiş şəxs4 2022-ci ilin aprel ayının əvvəllərində saat 14-15 radələrində yataqxananın qarşısındakı siqaret çəkilən yerin yanında səhhətində problem olduğundan tapşırılan işi yerinə yetirə bilməməsi səbəbindən belinə şillə zərbəsi vurmaqla; -əsgər Zərərçəkmiş şəxs3 2022-ci ilin may ayının ortalarında, saat 12 radələrində rabitə otağında səbəbsi z yerə kürəyinə şillə zərbəsi vurmaqla, 2022-ci ilin may ayının axırlarında saat 15 radələrində rabitə otağında səbəbsiz yerə, ələ salmaq məqsədilə kürəyinə şillə zərbəsi vurmaqla; -əsgər Zərərçəkmiş şəxs7 2022-ci ilin iyul ayının ortalarında saat 15 radələrində yataqxananın qarşısındakı siqaret çəkilən yerdə səbəbsiz yerə, ələ salmaq məqsədilə sifətinə və belinə şillə zərbəsi vurmaqla; -əsgər Zərərçəkmiş şəxs2 2022-ci ilin iyul ayının əvvəllərində saat 19 radələrində yeməkxanada səbəbsiz yerə boynunu qolunun arasına salaraq sıxmaqla, 2022-ci ilin iyul ayının ortalarında saat 14 radələrində yeməkxananın mətbəxində səbəbsiz yerə, ələ salmaq məqsədilə belinə şillə zərbəsi, qoluna yumruqla vurmaqla öz tabeliyində olan şəxslərə qarşı zor təbiq etmiş, bununla da Məhkum hərbi xidmət üzrə vəzif ələrin yerinə yetirilməsi zamanı və ya belə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar rəis kimi öz tabeliyində olan şəxslərə qarşı təkrarən zor tətbiq etməsi, Zərərçəkmiş şəxs1 özünü öldürməyə cəhd edərək ağır xəsarətlər alması ilə ağır nəticələrə səbəb olmuşdur

3. Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin 07 fevral 2023-cü il tarixli, 11(092)-4/2023 nömrəli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 329.3- cü maddəsi ilə təqsirli bilinib 3 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, cəzaçəkmə müddətinin əvvəlinin 28 sentyabr 2022-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılması və ona təyin olunan azadlıqdan məhrumetmə növündə cəzanı ümumi rejimli cəzaçə kmə müəssisəsində çəkməsi hökm edilmişdir.

4. Hökmdən Məhkum müdafiəçisi Müdafiəçi2 apellyasiya şikayəti verərək, Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin 1-1(092)-4/2023 nömrəli 07 fevral 2023-cü il tarixli hökmünün Məhkum 3 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi hissəsində ləğv olunması, Məhkum barəsində Cinayət Məcəlləsinin 62-ci və ya 70-ci maddəsi tətbiq edilməklə, onun azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzaya məhkum edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

5. Naxçıvan MR Ali Məhkəməsinin Cinayət kollegiyasının 30 mart 2023-cü il tarixli, 11(108)-2/2023 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, hökm dəyişdirilmədən saxlanılmışdır.

6. Naxçıvan MR Ali Məhkəməsinin Cinayət kollegiyasının 30 mart 2023-cü il tarixli, 11 (108)-2/2023 nömrəli qərarından Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən kassasiya şikayəti verilmişdir. II. Kassasiya şikayətinin dəlilləri və etirazlar:

7. Kassasiya şikayətinin dəlilləri ilə apellyasiya şikayətinin dəliləri eyni olmuş, müdafiəçi onları təkrarlamaqla, eyni zamanda bir sıra qanunvericilik aktlarına istinadlar etməklə, məhkumun barəsində yüngülləşdirici halların çoxluğunu nəzərə alaraq, kassasiya şikayətində göstərilənləri Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halı yaradan pozuntular kimi qiymətləndirərək, həmin əsasla Naxçıvan MR Ali Məhkəməsinin Cinayət kollegiyasının 30 mart 2023-cü il tarixli, 1-1(108)-2/2023 nömrəli qərarının dəyişdirilməsini, məhkum barəsində Cinayət Məcəlləsinin 62 və ya 70-ci maddəsi tətbiq edilməklə, onun azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzaya məhkum edilməsini xahiş etmişdir. Kassasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Qərardan dövlət ittihamçısı kassasiya protesti verməmişdir. III. Hüquqi məsələlər

8. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsi müəyyən edir.

9. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”

10. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır.

11. Məhkum müdafiəçisi kassasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən cəza təyin edilərkən və apellyasiya məhkəməsi tərəfindən cinayət işinə baxılarkən onun məsuliyyətini yüngülləşdirən (CM-in 62 və ya 70-ci maddələrinin tətbiqinə əsas yaradan) halların nəzərə alınmadığını, nəticədə onun həddindən art ıq ağır cəzaya məruz qaldığını iddia etməklə, faktiki olaraq apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsi, cəzasının Cinayət Məcəlləsinin 62 və ya 70-ci maddəsinə əsasən azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəza təyin edilməsi haqqında kassasiya tələblərini Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirmişdir.

12. Odur ki, kollegiya müdafiəçinin kassasiya şikayətini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Naxçıvan MR Ali Məhkəməsinin Cinayət kollegiyasının 30 mart 2023-cü il tarixli, 1-1(108)-2/2023 nömrəli qərarı nın qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.

13. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”.

14. Cəzanın məqsədini təsbit edən CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.

15. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”.

16. Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-in 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.10-cu maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur (CM, maddə 59.2).

17. Cəzanı ağırlaşdıran halların tam siyahısı Cinayət Məcəlləsinin 61-ci maddəsində təsbit olunmuşdur. CM-in 61.2-ci maddəsinə görə cinayət qanununun 61.1.1-61.1.13-cü maddələrində təsbit olunmuş halların xaricində hər hansı başqa bir hal təqsirkarın cəzasını ağırlaşdıran hal kimi nəzərə alına bilməz.

18. Cinayət qanununda göstərilən xüsusi hallarda, məsələn, CM-in 60, 65.2-ci maddələrinin nəzərdə tutduğu vəziyyətlərdə həmin maddələrdə təsbit olunmuş cəzanın təyin edilməsi qaydalarına əməl olunmasına da cəzanın ədalətliliyini təmin edən hüquqi vasitə kimi baxılmalıdır.

19. Cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin edilməsinin tətbiqi üzrə məsələləri tənzimləyən Cinayət qanununun 62.1-ci maddəsinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağl ı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər.

20. Şərti məhkum etmənin tətbiqi üzrə məsələləri tənzimləyən Cinayət qanununun 70.1-ci maddəsi həmin cinayət-hüquq normasında nəzərdə tutulmuş cəzalara məhkum edilmiş şəxslərin bu cəzaları (o cümlədən, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasını) çəkmədən islah edilmələri mümkün olduqda, şərti məhkum etmənin tətbiqin ə yol verir.

21. Cinayət Məcəlləsinin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır.

22. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş baxılan işə aid olub cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayəthüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin.

23. Qeyd olunan cinayət-hüquqi normaların işığında və məhkəmə kollegiyasının hüquqi mövqeyinə nəzərən kassasiya şikayətinin dəlillərini baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda Məhkum özünə münasibətdə həddindən artıq ağır və ədalətsiz cəzanın təyin edilməsi haqqında iddiasının əsassız olduğu müəyyən edilir.

24. Belə ki, Məhkum barəsində Cinayət Məcəlləsinin 62 və ya 70-ci maddəsi tətbiq edilməklə Məhkum barəsində azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəza təyin edilməsinə dair iddia sonuncunun müdafiəçisi tərəfindən apelly asiya məhkəməsi qarşısında da irəli sürmüş, apellyasiya məhkəməsi həmin iddia ilə razılaşmayıb və müdafiə tərəfinin tələblərini təmin etməyib, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.3-cü maddəsi üzrə 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsinə dair Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin 1-1(092)-4/2023 nömrəli 07 fevral 2023-cü il tarixli hökmünü dəyişdirilmədən saxlamışdır.

25. Apellyasiya məhkəməsi cəzanın dəyişdirilmədən saxlanılması haqqında nəticəyə gələrkən ona əsaslanmışdır ki, birinci instansiya məhkəməsi Məhkum cəza təyin edərkən yüngülləşdirən hal kimi törətdiyi cinayət əməllərini səmimi etiraf etməsini, zərərçəkmiş şəxslərlə barışmasını, zərərçəkmiş şəxslərin şikayət və tələblərinin olmamasını, himayəsində iki azyaşlı uşağının olmasını, xidmət müddətində müsbət xarakterizə olunmasını və fəxri fərmanlarla təltif edilməsini, törətdiyi əməllərdən səmimi peşman olmasını və cəzanı ağırlaşdıran halın müəyyən edilməməsini, Cinayət Məcəlləsinin 58.3cü maddəsinin tələb etdiyi digər hallarla, o cümlədən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, törədilmə halları, təqsirkarın şəxsiyyəti, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə və islah olunmasına təsiri, cəzanın digər məqsədləri ilə birlikdə götürməklə (tarazlaşdırılmış şəkildə) nəzərə almış, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələblərinə cavab verən ədalətli cəza təyin etmişdir.

26. Göründüyü kimi, Məhkum birinci instansiya məhkəməsinin hökmü ilə təyin olunmuş cəzanın mübahisələndirilməsinə həsr olunmuş apellyasiya şikayəti ilə əlaqədar cinayət işinə baxan Naxçıvan MR Ali Məhkəməsinin Cinayət kollegiyası da sonuncunun cəzasının yüngülləşdirilməsi üçün əsas tapmamış, apellyasiya şikayətində irəli sürülmüş azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəza təyin edilməsi barədə tələblərlə razılaşmayıb hökmü dəyişdirilmədən saxlamışdır.

27. Kassasiya şikayətinin dəlilləri birinci və apellyasiya instansiyası məhkəmələrinin qənaətlərini təkzib etmədiyindən, məhkəmə kollegiyası fərqli nəticəyə gəlmək, o cümlədən məhkəmələr tərəfindən cəzanın təyin edilməsi və yoxlanılması zamanı nəzərə alınan və kassasiya şikayətində gətirilən digər halları Məhkum cəzasının yüngülləşdirilməsini və yaxud onun barəsində Cinayət Məcəlləsinin 62 və ya 70-ci maddələrinin tətbiqini mümkün edən xüsusatlar kimi qiymətləndirmək üçü n əsas görmür və hesab edir ki, baxılan işdə birinci və apellyasiya instansiyası məhkəmələri Cinayət Məcəlləsinin yuxarıda təsvir olunmuş cəzanın təyin edilməsi məsələlərini tənzimləyən normalarının pozuntularına yol verməmişlər.

28. Məhkəmə kollegiyası kassasiya şikayətində gətirilən yəni, birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilməyən hallarla bağlı yuxarıda qeyd olunan nəticəyə gələrkən onu da nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət - prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. CPM-in 419.11-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmay an faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz.

29. Qeyd olunanlar məhkumun müdafiəçisinin kassasiya şikayətinə baxılması nəticəsində bu şikayətlə ehtiva olunan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 416.1.21-ci maddəsində təsbit olunmuş halların müəyyən edilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və yaxud ləğv edilməsi üçün əsasların olmadığını göstərir.

30. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməsinə dair müdafiəçinin, şikayətin təmin edilməməsinə dair isə dövlət ittihamçısının çıxışını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, Məhkum müdafiəçisinin kassasiya şikayəti təmin edilməməli, onun barəsində olan Naxçıvan MR Ali Məhkəməsinin Cinayət kollegiyasının 30 mart 2023-cü il tarixli, 1-1(108)-2/20 23 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

31. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 419.10.1ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.3-cü maddəsi ilə məhkum olunmasına dair Naxçıvan MR Ali Məhkəməsinin Cinayət kollegiyasının 30 mart 2023-cü il tarixli, 1-1(108)-2/2023 nömrəli qərarı məhkumun müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar