Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-53/2025 24.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Vidadi Cəfər oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balayeva Zəhra İbrahim qızının, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Yaqut Bəşir qızının iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1-1(106)-24/2024 nömrəli, 06 avqust 2024-cü il tarixli qərarından dövlət ittihamçısı Hüseynov Elnar Əli oğlu tərəfindən verilmiş kassasiya protestinə mahiyyə ti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi I. İşin halları
1. Məhkum XXXX il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, Müdafiə Nazirliyinin X nömrəli hərbi hissəsinin sabiq hərbi qulluqçusu, hazırda X nömrəli hərbi hissənin maliyyə xidmət rəisi vəzifəsində xidmət edən, ailəli, himayəsində 3 azyaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, X nömrəli hərbi hissədə daimi yaşayış qeydiyyatında olmaqla, faktiki olaraq X ünvanda yaşayır. 2. 13 fevral 2024-cü il tarixli ittiham aktına görə Məhkuma Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - “Azərbaycan Respublikası CM”) 333.4 və 333.4-1-ci maddələri ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir. 3. 06 mart 2024-cü il tarixdə Füzuli Hərbi Məhkəməsinin hazırlıq iclasının qərar ı ilə Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.
4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum Müdafiə Nazirliyinin X rayonu ərazisində yerləşən X nömrəli hərbi hissəsinin maliyyə xidmət rəisinin köməkçisi vəzifəsində, kapitan hərbi rütbəsində hərbi xidmətdə olarkən, 09 may 2023-cü il tarixdə xidməti zərurətlə bağlı 3 gün müddətində Müdafiə Nazirliyinin Bakı şəhərində yerləşən Xnömrəli hərbi hissəsinə ezamiyyətə göndərilərək, sonradan ezam müddəti 24 may 2023-cü il tarixə qədər uzadılaraq həmin tarixdə oradan çıxarış edilib xidmət yerinə qayıtmalı olduğu halda üzrlü səbəblər olmadan qayıtmamış, yalnız 03 oktyabr 2023-cü il tarixdə xidmət yerinə geri yə qayıtmaqla, üzrlü səbəblər olmadan xidmət yerinə üç aydan artıq müddətdə vaxtında qayıtmamışdır. Bundan başqa, o, həmin vəzifədə və hərbi rütbədə X rayonu ərazisində hərbi xidmətdə olarkən, 06 oktyabr 2023-cü il tarixdə xidməti yerini özbaşına tərk edib getmiş, yalnız 27 noyabr 2023-cü il tarixdə xidmət yerinə geriyə qayıtmaqla, xidmət yerini bir aydan artıq, lakin üç aydan çox olmayan müddətdə özbaşına tərk etmişdir.
5. Füzuli Hərbi Məhkəməsinin 1-1(097)-213/2024 nömrəli, 01 may 2024-cü il tarixli hökmü ilə Məhkumun Azərbaycan Respublikası CM-nin 333.4 və 333.4-1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinib, Azərbaycan Respublikası CM-nin 333.4-cü maddəsi ilə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-nin 333.4-1-ci maddəsi ilə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etməklə qəti olaraq 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, barəsində Azərbaycan Respublikası CM-in 70-ci maddəsi tətbiq olunmaqla təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını 03 (üç) il müddətə sınaq müddəti müəyyən edilməklə şərti hesab edilməsi, sınaq müddətinin əvvəlinin hökmün icraya yönəldiyi vaxtdan hesablanması hökm edilmiş, həmçinin üzərinə vəzifələr qoyulmuş və digər məsələlər həll edilmişdir.
6. Birinci instansiya məhkəməsinin həmin hökmündən dövlət ittihamçısı apellyasiya protesti verib hökmdən Məhkum barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinin tətbiqin ə dair müddəaların xaric edilməsi, təqsirli bilindiyi maddələrin sanksiyası həddində cəza təyin edilməklə dəyişdirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
7. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1-1(106)-24/2024 nömrəli, 06 avqust 2024-cü il tarixli qərarı ilə dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməmiş, Füzuli Hərbi Məhkəməsinin 1-1(097)-213/2024 nömrəli, 01 may 2024-cü il tarixli hökmü apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
8. Apellyasiya instansiyası məhkəməsinin həmin qərarından dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilmişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar
9. Kassasiya protestində qeyd olunmuşdur ki, hər iki məhkəmə instansiyası iş üzrə cəzaya təsir edə biləcək bütü n halları araşdırmamış, Məhkum barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsini tətbiq edərkən cinayət qanununun normalarının, eləcə də Konstitusiya Məhkəməsi Plenumunun qərarının tələblərinə, Ali Məhkəmənin Plenumunun qərarında verilən tövsiyələrə əməl etməmiş, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsinə, hadisənin baş vermə səbəbinə, şəraitinə, nəticələrinə, eləcə də məhkumun şəxsiyyətinə, onun hərbi qulluqçu olmaqla Silahlı Qüvvələrin müvafiq nizamnamələrinin tələbləri baxımından müəyyən vəzifələrin daşıyıcısı olmasına əhəmiyyət verməmişlər. Göstərilənlərə əsasən Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1-1(106)-24/2024 nömrəli, 06 avqust 2024-cü il tarixli qərarının ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar q əbul edilməsi xahiş edilir.
10. Kassasiya protestinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər
11. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.
12. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbu l edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və CinayətProsessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
13. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.
14. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya instansiyası məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təs bit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
15. Dövlət ittihamçısı kassasiya protestində Məhkuma təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının şərti tətbiq olunmasını mübahisələndirməklə, xahişini faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslarla əlaqələndirmişdir.
16. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısının kassasiya protestini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət k ollegiyasının 1-1(106)-24/2024 nömrəli, 06 avqust 2024-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.
17. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, h əm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012 -ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 15 mart 2022-ci il tarixli qərarları).
18. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bir sıra qərarlarında həmçinin qeyd edilir ki, qüvvədə olan cinayət qanunu cəza anlayışına bir sıra yeni elementlər daxil edərək, cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsini xüsusi vurğulamışdır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin IV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2, 46.3-cü maddələrinin və Azərbaycan Re spublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.14-cü maddəsinin şərh edilməsinə dair” 14 noyabr 2011-ci il tarixli qərarları).
19. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.
20. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində də göstərilir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdir ən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.
21. Cəzanın məqsədini təsbit edən Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.
22. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə də, məhkumun azadlıqdan məhrum edilməsi üçün qanuni penoloji əsaslar sırasına cəzalandırma, çəkindirmə, cəmiyyətin müdafiəsi və islah məqsədləri daxildir (Vinter və Başqaları Birləşmiş Krallığa qarşı [BP], № 66069/09, § 111, 9 iyul 2013-cü il).
23. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində təsbit olunmuş cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında götürülməsi və nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini, o cümlədən sosial ədalətin bərpası və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarş ısının alınması üzrə rolunu təmin edə bilsin.
24. Müvafiq olaraq, şərti məhkum etmə və cəzanın çəkilməsinin təxirə salınması cinayət-hüquqi məsuliyyətin qanunvericilikdə müəyyən edilmiş hallarda və əsaslarla tətbiq edilən güzəştli formasıdır. Qanunverici humanizm prinsipindən çıxış edərək müəyyən kateqoriya şəxslərin cəzanı real olaraq çəkmədən, cəmiyyətdən təcrid edilmədən də islah olunmasını mümkün hesab etdiyi təqdirdə, bu cinayət-hüquqi vasitələrdən istifadə edilməsinin mümkünlüyünü təsbit etmişdir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci maddəsinin həmin Məcəllənin 70 və 79-cu maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 dekabr 2021-ci il tarixli qərarı).
25. Şərti məhkum etmənin tətbiqi üzrə məsələləri tənzimləy ən Azərbaycan Respublikası CM-nin 70.1-ci maddəsi həmin cinayət-hüquq normasında nəzərdə tutulmuş cəzalara məhkum edilmiş şəxslərin bu cəzaları (o cümlədən, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasını) çəkmədən islah edilmələri mümkün olduqda, şərti məhkum etmənin tətbiqinə yol verir.
26. Həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır.
27. Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-nin 59cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.10-cu maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tut ulur (Azərbaycan Respublikası CMnin 59.2-ci maddəsi).
28. Cəzanı ağırlaşdıran halların dairəsini isə Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsi müəyyən edir. Azərbaycan Respublikası CM-nin 61.2-ci maddəsinə əsasən cəza təyin edilərkən CM-nin 61.1.1-61.1.13-cü maddələrində göstərilməmiş hallar cəzanı ağırlaşdıran hal qismində nəzərə alına bilməz.
29. Azərbaycan Respublikası CPM-nin 139.0.5-ci maddəsi cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran halları cinayət təqibi üzrə icraat zamanı sübutlara əsasən müəyyən edilməli olan məsələlərin sırasında göstərmişdir.
30. Təsvir edilən normaların mənasına görə, təqsirkar şəxsin təyin olunmuş cəzanı çəkmədən islah olunacağına dair inam onun barəsində şərti məhkum etmə institutunun tətbiqini şərtləndirən əsas kimi çıxı ş etməli, bu cür inam isə Azərbaycan Respublikası CM-nin 70.2-ci maddəsində göstərilən bütün halların məcmusundan, o cümlədən cinayətin xarakterinin və ictimai təhlükəlilik dərəcəsinin, təqsirkarın şəxsiyyətinin, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların düzgün müəyyən edilib nəzərə alınmasından irəli gəlməlidir.
31. Qeyd olunan cinayət-hüquqi normalara və məhkəmə kollegiyasının hüquqi mövqeyinə əsaslanmaqla kassasiya protestinin dəlilləri baxılan işin müvafiq materialları ilə müqayisə edilməklə yoxlanıldıqda, bu dəlillərin əsassız olduğu müəyyən olunur.
32. Belə ki, baxılan işdə birinci instansiya məhkəməsi Məhkumun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzasını yüngülləşdirən hallar olaraq əvvəllər məhkum olunmamasını, əməlini səmimi еtira f еdərək, peşmançılıq hissi keçirməsini və xidmət etmək arzusunda olmasını, Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə “Xocavəndin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Hərbi xidmətlərə görə” medallarla, Azərbaycan Respublikasının Baş Naziri tərəfindən verilmiş “Vətən müharibəsi iştirakçısı” medalı, Azərbaycan Respublikasının Müdafiə Naziri tərəfindən verilmiş “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medalı ilə təltif edilməsini, həmçinin cəzasını ağırlaşdıran halın olmamasını nəzərə alaraq, onun şəxsiyyətcə cəmiyyətdən təcrid olunmadan islah və tərbiyə olunmasını mümkün sayaraq, barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsini tətbiq etməklə, təyin olunacaq cəzanın sınaq müddəti ilə şərti hesab edilməsini qanuni və əsaslı hesab etmişdir.
33. Ö z növbəsində, apellyasiya instansiyası məhkəməsi apellyasiya protestini araşdırarkən, məhkəmə baxışında müəyyən edilmiş yuxarıda qeyd olunan cəzanı yüngülləşdirən halların məcmusunu, eləcə də Məhkumun əməlində cəzasını ağırlaşdıran hər hansı halın olmamasını, cinayətin məqsədi və motivini, cinayəti törədərkən və bundan sonra onun davranışını, yəni hökmün çıxarılmasından keçən müddət ərzində məhkum tərəfindən hər hansı pozuntuya yol verilməsi barədə məlumatın olmamasını, xidmətini davam etdirməsini nəzərə alıb, birinci instansiya məhkəməsinin ona təyin olunmuş cəzanı çəkmədən islah olunmasının mümkünlüyü barədə gəldiyi qənaətini əsaslı hesab etmiş, bununla da Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3, 59 və 70-ci maddələrinin tələb və məqsədlərinə riayət etmişdir.
34. Birinci və apelly asiya instansiyası məhkəmələrinin şərti məhkum etmənin tətbiqini mümkün edən faktiki əsaslar qismində nəzərə aldıqları Məhkumun şəxsiyyətini səciyyələndirən və onun cəzasını yüngülləşdirən hallar Azərbaycan Respublikası CPM-nin 139.0.5-ci maddəsi tələb etdiyi kimi yolverilənliyi təkzib edilməyən, uyğun və mötəbər sübutlar əsasında müəyyən edilmişdir.
35. Eyni zamanda, Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsi cinayət qanununda birbaşa göstərilməyən halların da cəzanı yüngülləşdirən hallar qismində nəzərə alınmasına yol verdiyindən, apellyasiya instansiyası məhkəməsinin yuxarıda sadalanan halları Məhkumun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirməsi əsassız və qanunsuz nəticə kimi qiymətləndirilə bilməz.
36. Qeyd olunan səbəblərdən dövlət ittihamçısının Məhkumun azadlıqdan məhr um etmə cəzasına şərti məhkum edilməsinin əsassız olması və Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3, 70-ci maddələrinin tələblərinə cavab verməməsi (məhkəmənin Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş pozuntuya yol verməsi) barədə iddiası da əsaslı sayıla bilməz.
37. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısının çıxışını dinləyib, təsvir edilən əsaslara görə hesab edir ki, kassasiya protesti təmin edilməməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkumun barəsində olan 11(106)-24/2024 nömrəli, 06 avqust 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA A L D I: Kassasiya protesti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkumun barəsində olan 1-1(106)-24/2024 nömrəli, 06 avqust 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.