Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-54/2018 14.06.2018 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi Kollegiyası hakimlər Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Nəsirov İnqilab Maşallah oğlu və Əliyev Fərhad Kazım oğlundan ibarət tərkibdə, Allahverdiyeva Nilgün Qəhrəman qızının katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X7 oğlunun iştirakı ilə, Gəncə Hərbi Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 330.2.1 və 331.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Gəncə Apellya siya Məhkəməsinin Hərbi kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq MÜƏYYƏN E T D İ: Gəncə Hərbi Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli hökmü ilə (sədrlik edən hakim S.B.Hüseynov) xx xxxx 1988-ci ildə Cəlilabad rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, Gəncə hərbi məhkəməsinin xx xxxxxxx 2017ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.3 və 334.1-ci maddələri ilə təqsirli bilinib qəti olaraq 03 (üç) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, ev 14, mənzil 14-də qeydiyyatda olan, N saylı hərbi hissənin sabiq müddətdən artıq həq iqi hərbi xidmət hərbi qulluqçusu, kiçik çavuş, barəsində həbs qətimkan tədbiri seçilmiş Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 330.2.1 və 331.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib, CM-in 330.2.1-ci maddəsi ilə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 331.3-cü maddəsi ilə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları cinayətlərin məcmusu üzrə qismən toplamaq yolu ilə ona qəti olaraq 03 (üç) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, təyin edilmiş 03 (üç) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən G əncə Hərbi Məhkəməsinin xx xxxxxxx 2017-ci il tarixli hökmü ilə təyin edilmiş 03 (üç) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti cəza olaraq 03 (üç) il 05 (beş) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Gəncə Hərbi Məhkəməsinin xx xxxxxxx 2017-ci il tarixli hökmü ilə təyin edilmiş 03 (üç) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilmiş müddəti, yəni 02 (iki) ay 08 (səkkiz) gün bu hökmlə ona təyin edilmiş qəti cəza müddətindən çıxılmaqla üzərində 03 (üç) il 02 (iki) ay 22 (iyirmi iki) gün müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasını çəkməsinin əvvəlinin xx xxxxxx 2017-ci il tarixdən hesablanması hökm edilmişdir. İŞİN H A L L A R İ: Məhkəmənin hökmünə əsasən Məhkum ona görə təqsirli bilinib məhkum edilmişdir ki, o, bir qrup şəxs halında hərbi xidmət üzrə öz vəzifəsinin yerinə yetirilməsi zamanı rəisi, habelə rəis olmaqla hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı öz tabeliyində olan şəxsi döymüşdür. Belə ki, o, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin 1-ci dağatıcı taborunun 4-cü bölüyünün 1-ci taqımının 3-cü manqasının komandiri vəzifəsində kiçik çavuş hərbi rütbəsində hərbi xidmətdə olarkən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 2, 5, 38, 42, 138-ci, İntizam Nizamnaməsinin 1-ci və 3-cü maddələrinin hərbi qulluqçuların bir-birinə münasibətdə həmişə nəzakətli və təmkinli olmaq, nalayiq hərəkətlər etməmək, həmişə yüksək mədəniyyət, təvazökarlıq və təmkin nümunəsi göstərmək kimi tələblərini kobud surətdə pozub 2013-cü ilin oktyabr ayının əvvəllərində müddətdən artıq hərbi xidmət qulluqçusu əsgər X3 ilə qrup təşkil edərək eyni taborda hərbi xidmətdə olduğu gizir X1 yataqxanaya çağırmış, əvvəlcə Pərvin Məmmədov onun yaxasından tutaraq ona su gətirmədiyinə görə irad tutmuş, sonra isə o, Pərvin Məmmədovla birlikdə Sərvin Babayevin bədəninin müxtəlif nahiyələrinə çoxsaylı yumruq və təpik zərbələri vuraraq hərbi xidmət üzrə öz vəzifəsini yerinə yetirən rəisi döymüşdür. Bundan başqa, o, xx xxx 2014-cü il tarixdə saat 19:30-da müddətdən artıq hərbi xidmət qulluqçusu əsgər X3 ilə birlikdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 2, 5, 38, 42, 138-ci, İntizam Nizamnaməsinin 1-ci və 3-cü maddələrinin hərbi qulluqçuların bir-birinə münasibətdə həmişə nəzakətli və təmkinli olmaq, nalayiq hərəkətlər etməmək, həmişə yüksək mədəniyyət, təvazökarlıq və təmkin nümunəsi göstərmək kimi tələblərini kobud surətdə pozub, həmin taborda sürücü vəzifəsində hərbi xidmətdə olan əsgər X4 yataqxanaya çağırmış, əvvəlcə Pərvin Məmmədov ona öz aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisəyə görə irad tutmuş, onu çarpayının üzərinə yıxaraq hər iki əli boğaz nahiyəsindən tutaraq sıxmış, sonra isə o, R.Cəfərovun baş nahiyəsindən 2-3 yumruq zərbələri vuraraq hərbi xidmət üzrə vəzifələrini yerinə yetirilməsi zamanı öz tabeliyində olan şəxsi döymüşdür. Hökmdən Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Gəncə Apellyasiya Məhkəməsinin Hərbi kollegiyası (hakimlər: Ç.B.Məmmədov (sədrlik edən və məruzəçi), E.İ.Xasməmmədov və T.A.Muxtarovdan ibarət tərkibdə) xx xxxxxx 2018-ci il tarixli qərarı ilə apellyasiya şikayətini təmin etmədən, hökmü isə dəyişdirilmədən saxlamışdır. Gəncə Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qərarından Məhkum kassasiya şikayəti vermişdir. KASSASİYA ŞİKAYƏTİNİN D Ə L İ L L Ə R İ: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Gəncə Hərbi məhkəməsinin xx xxxxxxx 2017-ci il tarixli hökmündə onun hərbi hissə komandanlığı tərəfindən müsbət hərbi qulluqçu kimi xarakterizə olunduğu lakin həmin məhkəmənin xx xxxxxx 2017-ci il tarixli hökmündə isə hərbi hissə komandanlığı tərəfindən mənfi xaraterizə olunmuşdur. Gəncə Apellyasiya Məhkəməsi isə bu ziddiyytələri araşdırmamışdır. Bundan baş qa o kassasiya şikayətində hərbi hissəni tərk etməmişdən N ay əvvəl raport yazaraq tələb olunan qaydada bölük komandiri mayor E.Fərzəliyevə təqdim etdiyini və bu səbəbdən heç bir fərariliyə yol vermədiyini göstərmişdir. Bu faktla bağlı məhkəmələrdə araşdırma aparılmamış və mayor E.Fərzəliyev dindirilməmişdir. Beləliklə məhkəmələr tərəfindən Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələbləri kobud şəkildə pozulmuşdur. Bundan başqa Məhkum kassasiya şikayətində fərari olmadığını lakin ittihamın digər hissələri ilə razılaşdığını qeyd etmişdir. Qeyd olunanlara əsasən Gəncə Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qərarının ləğv edilməsini və işin yeni apellyasiya baxışına təyin edilməsini xahiş etmişdir. Bundan başqa Məhkum cəza çəkdiyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 16 saylı Cəzaçəkmə Müəssisəsindən məhkəmə kollegiyasına ərizə ilə müraciət edərək məhkəmə iclasında özünün və mayor E.Fərzəliyevin iştirakının təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışını dinləyib hesab edir ki, kassasiya şikayəti təmin edilmədən Gəncə Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanmalıdır. HÜQUQİ M Ə S Ə L Ə L Ə R: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq ya lnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayətprosessual normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Cinayət işinin materiallarından görünür ki, Məhkum cinayət əməli AR CPM-in 143-146-cı maddələrinə müvafiq toplanıb tədqiq edilmiş, mötəbər və yekun nəticəyə gəlməyə imkan verən sübutların məcmusuna istinad edilməklə Gəncə Hərbi Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 330. 2.1 və 331.3-cü maddələrinə düzgün tövsif edilmişdir. Apellyasiya instansiyası məhkəməsində Məhkum apellyasiya şikayəti əsasında cinayət işinə baxılarkən sübutların toplanması, tədqiqi və qiymətləndirilməsində birinci instansiya məhkəməsi tərəfindən nöqsanlara yol verilib-verilmədiyi yoxlanılmış və Gəncə Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, hökm dəyişdirilmədən saxlanılmışdır. Hazırkı kassasiya şikayətində isə Məhkum cəzasını yüngülləşdirən halları sadalamış və məhkəmələr tərəfindən qərar qəbul edilərkən bu halların kifayət qədər nəzərə alınmamasını qeyd edərək ona köməklik göstərilməsini xahiş etmişdir. Cinayət işinin materiallarından və məhkəmə tərəfindən qəbul edilmiş yekun məhkəmə aktından görünür ki, Məhkum ittiham olunduğu cinayət əməlini törətməsi halları, bu halları təsdiq edən ifadələr və ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış başqa sübutlar birinci və apellyasiya instansiya məhkəməsinin məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırılmış, ətraflı təhlil edilmiş, həmin iclasda sübutların toplanması və araşdırılması zamanı prosessual pozuntulara, o cümlədən təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CPM-in 91-ci maddəsində nəzərdə tutulmuş hüquqlarının pozulmasına və ya bu hüquqların həyata keçirilməsinin məhdudlaşdırılmasına yol verilməsi, sübutların tədqiqindən əsassız imtina olunması və yolverilməz sübutlardan istifadə edilməsi müəyyən edilməmişdir. Cinayət işinin materiallarından görünür ki, apellyasiya instansiyası məhkəməsi Məhkum cəza təyin edərk ən törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, işin hallarını, o cümlədən ailəli olmaqla himayəsində bir azyaşlı uşağın olmasını, səmimi etirafını, əməlindən peşman olmasını, zərər çəkmiş şəxslərlə barışmasını, zərər çəkmiş şəxslərin ondan heç bir şikayət və tələblərinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə almış, CM-in 61.1.1-ci maddəsinə əsasən isə cəzasını ağırlaşdıran hallar müəyyən etməmişdir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən isə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2003-cü il 25 iyun tarixli, 4 saylı qərarının 1-ci bəndində göstərilmişdir ki, hər bir konkret halda təqsir ləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Məhkəmə kollegiyası cinayət işinin materiallarını, kassasiya şikayətinin dəlillərini və həmçinin Məhkum ərizəsini araşdıraraq hesab edir ki, kassasiya şikayəti və ərizədə göstərilən vəsatətlər əsassız və cinayət işinin materiallarına uyğun gəlmədiyindən təmin edilə bilməz. Belə ki, Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Bundan başqa cinayət işinin materiallarından görünür ki, birinci və apellyasiya instansiyası məhkəməsində cinayət işinə mahiyyəti üzrə baxılarkən cinayət prosessual və maddi hüquq normalarının tələblərinə tam şəkildə əməl edilmiş, cinayət hadisəsinin halları hərtərəfli, tam və obyektiv araşdırılmışdır. Apellyasiya instansiyası məhkəməsi Məhkum cəza təyin edərkən, cinayət qanununda nəzərdə tutulmuş yüngülləşdirici halları, məhkumun törətmiş olduğu cinayəti etiraf edib əməlindən səmimi peşmançılıq hissi keçirməsini, himayəsində bir azyaşlı uşağın olmasını, zərər çəkmiş şəxslərlə barışmasını, zərər çəkmiş şəxslərin ondan heç bir şikayət və tələblərinin olmamasını, habelə yuxarıda qeyd olunan normaların və Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarının müddəalarına tam əməl etmiş, törədilmiş cinayətin x arakterini, əməlin ictimai təhlükəlilik dərəcəsini və məhkumun ailə vəziyyətini nəzərə almaqla qanuni və ədalətli cəza təyin etmişdir. Beləliklə qeyd olunanalara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində nəzərdə tutulan əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi kollegiyası QƏRARA A L D İ: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 330.2.1 və 331.3-cü maddələri ilə məhkum edilməsinə dair iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1-1(102)-54/2018
Ali Məhkəmə Qərar — İş №1-1(102)-54/2018
14.06.2018 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver