Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-54/2019 23.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi Kollegiyası hakimlər Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Nəsirov İnqilab Maşallah oğlu və Əliyev Fərhad Kazım oğlundan ibarət tərkibdə, Həsənli-Məmmədova Nailə Əli qızının katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Yusifov İlkin Fərhad oğlunun və Məhkum iştirakları ilə, Tərtər Hərbi Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.2.2, 232.2.2, 232.2.3 və 342.2-ci maddələri ilə təqsirli bili nib məhkum olunmuş Məhkum barəsində Gəncə Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının xx xxxx 2019cu il tarixli qərarından dövlət ittihamçısı Ədalət Əzimov tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq MÜƏYYƏN E T D İ: Tərtər Hərbi Məhkəməsinin (hakim İ.M.Quliyev (sədrlik edən), hakimlər V.M.Nəsirov (məruzəçi) və Ə.M.Sarıyevdən ibarət tərkibdə) «12» sentyabr 2018-ci il tarixli, 1(098)-197/2018 №li hökmü ilə xx xxx 1993-cü il tarixdə Tovuz rayonunun Çeşməli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali hərbi təhsilli, subay, əvvəllər məhkum olunmamış, Tovuz rayonunun Çeşməli kəndində daimi qeydiyyatda olan, Müdafiə Nazirliyinin N №-li hərbi hissəsinin 2-ci taborunun 6-cı bölüyünün 1-ci tağımının sabiq komandiri, leytenant, N nömrəli hərbi hissə komandiri nin sərəncamında olan, barəsində xx xxx 2017-ci il tarixdə «həbs» qətimkan tədbiri seçilmiş, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.2.2, 232.2.2, 232.2.3 və 342.2-ci maddələri ilə təqsirli blinirərək, Cinayət Məcəlləsinin 228.2.2-ci maddəsi ilə həmin Məcəllənin 62-ci maddəsi tətbiq edilməklə 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 232.2.2 və 232.2.3-cü maddələri ilə həmin Məcəllənin 62-ci maddəsi tətbiq edilməklə 10 (on) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 342.2-ci maddəsi ilə həmin Məcəllənin 62-ci maddəsi tətbiq edilməklə 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, təyin olunmuş azadlıqdan məhrum etmə cəzalarını Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən qismən toplamaq yol u ilə ona qəti olaraq 1 (bir) il 05 (beş) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəlinin xx xxx 2017-ci il tarixdən hesablanması və barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməsi hökm edilmişdir. İŞİN H A L L A R İ: Məhkəmənin hökmünə əsasən Məhkum ona görə təqsirli bilinib məhkum edilmişdir ki, o təkrarən və öz qulluq mövqeyindən istifadə etməklə döyüş sursatını talamış və təkrarən qanunsuz olaraq döyüş sursatını əldə edərək saxlamış, habelə rəis olmaqla döyüş şəraitində öz xidməti borcuna səhlənkar yanaşması ağır nəticələrə səbəb olmuşdur. Belə ki, o, xx xxxxxx 2016-cı il tarixdən N nömrəli hərbi hissəsinin Tərtər rayonunun Talış kəndi ərazisində yerləşən və döyüş şəraitində olmaqla döyüş tapşırıqlarını yerinə yetirən 2-ci taborunun 6-cı bölüyünün 1-ci tağımının komandiri vəzifəsində, leytenant hərbi rütbəsində hərbi xidmətdə olarkən, tağımın düşmənlə 35-37 metr məsafədə yerləşən şərti olaraq «Eldəniz» adlandırılan N №-li döyüş mövqeyində mövqe başçısı kimi xidmət etdiyi müddətdən 2017-ci ilin may ayının əvvəllərinə qədər olan müddətədək, həmin mövqedə tabeliyində xidmət edən əsgərlər X1, X8, X6 və X2, düşmən tərəfindən atəşkəs pozularkən cavab atəşi zamanı sursatdan sərbəst istifadə etmək məqsədi ilə, istifadə olunmuş düşmən tərəfindən atəşkəs pozularkən cavab atəşi zamanı istifadə olunmuş sursat sərfiyyatını yuxarı komandanlığa məruzə edilərkən artıq məlumat verilməsi barədə verdiyi qanunsuz göstərişin icrasına nail olmaqla sərf edilən d öyüş sursatının sayı barədə şişirdilmiş məlumat verilməsi nəticəsində artıq qalmış döyüş sursatlarını qanunsuz olaraq əldə edib talayaraq saxlamışdır. Belə ki, xx xxx 2017-ci il tarixdə leytenant Məhkum Azərbaycan Respublikası CM-in 274-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş, həmin tarixdən barəsində həbs qətimkan tədbiri seçilmiş, Məhkum Azərbaycan Respublikası CM-in 274-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi sübuta yetirilmədiyindən, Azərbaycan Respublikası CM-in 274-cü maddəsi ilə təqsirləndirilməsinə, habelə həmin maddə ilə barəsində aparılan cinayət təqibinə Azərbaycan Respublikası CPM-in 39.2-ci maddəsinə əsasən xitam verilmiş, düşmənlə əməkdaşlıq etməsini etiraf etdirmək məqsədilə M.V.Verdiyevə fiziki zor tətbiq edilməsi və işgəncə verilməsi faktına görə Ağır Cinayətlərə Dair X11 İdarəsi tərəfindən istintaqı aparılmış ********** №-li cinayət işi üzrə zərər çəkmiş şəxs kimi tanınmış, Məhkum CM-in 228.2.2, 232.2.2, 232.2.3 və 341.3-cü maddələri ilə təqsirləndirilməsinə dair ayrıca cinayət işi ayrılmasına dair qərar qəbul edilmişdir. Bu axtarış işi ilə əlaqədar yuxarı komandanlığın tapşırığı ilə xx xxx 2017-ci il tarixdə şərti olaraq «Eldəniz» adlandırılan N №-li döyüş mövqeyində axtarış aparılarkən Məhkum məxsus idman çantasından onun qanunsuz olaraq əldə edib talayıb saxladığı və döyüş sursatı hesab olunan 180 ədəd 5,45 mm kalibrli, ümumi dəyəri 153 manat olan patron, 33 ədəd 7,62 mm kalibrli, ümumi dəyəri 31,68 manat olan PS patron, 19 ədəd 7,62 mm kalibrli, ümumi dəyəri 23,37 manat olan LPS patron, 1 ədəd M-DN 21 markalı, də yəri 98,41 manat olan qəlpəli əl qumbarası aşkar edilərək götürülmüşdür. Bundan başqa, Məhkum həmin vəzifədə hərbi xidmətdə olarkən, mövqe başçısı kimi xidmət etdiyi müddətdə tabeliyində xidmət edən hərbi qulluqçuların düşmənlə üzbəüz yerləşən mövqelərdə, müdafiə xəttində dəbilqəsiz və zirehli jiletsiz hərəkətin qadağan olduğunu bildiyi halda, xidmət etdiyi tağımın şərti olaraq «Eldəniz» adlandırılan N №-li döyüş mövqeyi ilə hərbi hissənin 19N №-li döyüş mövqeyini birləşdirən, düşmən mövqelərindən aydın müşahidə olunduğundan yuxarı komandanlığın şifahi əmri ilə hərəkətin həyat və sağlamlıq üçün təhlükəli olmasına görə hərbi qulluqçuların daxil olması və hərəkəti qadağan edilmiş əlaqə səngərini 2-ci tabor komandiri polkovnik-leytenant Pərviz Pirməmmədovun ona və müddətdən artıq hərbi qulluq çu kiçik çavuş X7 diqqətli, ayıq-sayıq və ehtiyatlı xidmət təşkil etməklə səngərlərin içərisinin təmizlənməsini, sektorların bağlanmasını və səngərlərin düşmən mövqeləri istiqamətində yüksəldilməsi barədə vermiş olduğu əmrə əsasən qeyd edilən postun ərazisində tapşırığı icra edərkən o, rəis kimi öz xidməti borcuna səhlənkar yanaşaraq təhlükəsizlik qaydalarına əməl etməyərək F.F.Qafarovun silah, dəbilqə və zirehli geyimlə təmin edilməsi üçün zəruri tədbirlər görməmiş, nəticədə kiçik çavuş F.F.Qafarov xx xxxxxx 2017-ci il tarixdə saat 17:20 radələrində səngəri qardan təmizləyib istehkam işləri görərkən, düşmən tərəfindən açılmış snayper atəş nəticəsində həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid edilən, baş beyin toxumasının həyatla bir araya sığmayan əzilibdağılması, kəllə q apağı və əsası sümüklərinin çoxqəlpəli, yerdəyişən sınıqları, kəskin qanitirmə ilə müşayiət olunan başın dəlib-keçən bir ədəd odlu silah-gülləyaralanması və ağırlıq dərəcəsi təyin edilməyən, sağ bazunun aşağı 1/3-nin səthində çəp-boylama istiqamətli saat sferblatının 10/4 rəqəmlərinə müvafiq xətt üzrə yerləşən toxunub keçən xarakterli yara xəsarətləri alaraq yaralı vəziyyətdə hadisə yerindən hərbi hospitala təxliyyə olunarkən yolda ölmüşdür. Hökmdən Məhkum müdafiəçisi V.C.Quliyev tərəfindən verilmiş apellyasiya şikayətinə və dövlət ittihamçısı C.Ə.Cümşüdov tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxan Gəncə Apellyasiya Məhkəməsinin Hərbi kollegiyası (hakimlər: Ə.G.Abdullayev (sədrlik edən və məruzəçi), Ç.B.Məmmədov və E.İ.Xasməmmədovdan ibarət tərkibdə) xx xxxx 2019-cu il tarix li qərarı ilə apellyasiya şikayətini təmin etməyərək, kassasiya protestini isə qismən təmin edərək, hökmü cəza təyininə dair hissədə dəyişdirmiş, Məhkum Cinayət Məcəlləsinin 232.2.2 və 232.2.3-cü maddələri ilə həmin Məcəllənin 48-ci maddəsinə əsasən əlavə cəza olaraq hərbi rütbədən məhrum etmə cəzası təyin etmiş, təyin edilmiş əsas və əlavə cəzaları CM-in 66.3 və 66.4-cü maddələrinə əsasən qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti cəza olaraq hərbi rütbədən məhrum edilməklə 1 (bir) il 5 (beş) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edərək, hökmü qalan hissədə dəyişdirilmədən saxlamışdır. Gəncə Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının xx xxxx 2019-cu il tarixli qərarından dövlət ittihamçısı Ə.Əzimov kassasiya protesti vermişdir. KASSASİYA PROTESTİNİN D Ə L İ L L Ə R İ: Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, birinci və apellyasiya instansiyası məhkəmələri cinayət və cinayət prosessual qanunvericiliyinin normalaırının tələblərini pozmuş, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşadırmamış, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsiplərinə riayət etməyərək, ibtidai istintaq orqanı tərəfindən Məhkum Cinayət Məcəlləsinin 341.3-cü maddəsi ilə verilmiş ittiham üzrə törətdiyi əməli qanunsuz və əsassız olaraq həmin Məcəllənin 342.2-ci maddəsi ilə tövsif etmiş, Məhkum təqsirli bilindiyi maddələrlə cəza təyini zamanı barəsində CM-in 62-ci maddəsi tətbiq olunmaqla qeyd olunan maddələrin sanksiyasında nəzərdə tutulmuş cəzadan az cəza təyin etməklə, ona, şəxsiy yətini, törətdiyi cinayətin ictimai təhlükəlilik dərəcəsini və xarakterini nəzərə almayaraq ədalətsiz olaraq cəzanın qanunla müəyyən edilmiş məqsədinə xidmət etməyən açıqaydın aşağı cəzalar təyin etmişlər. Beləliklə, Gəncə Apellyasiya Məhkəməsi tərəfindən xx xxxx 2019-cu il tarixdə qərar çıxarılarkən cinayət-prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq cinayət işi üzrə toplanmış sübutlar məcmu qaydada qiymətləndirilməmiş, sübutlar CPM-in 143-146cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilməmiş, əməlin tövsifində səhvə yol verilmiş, eləcə də məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin edilmişdir. Dövlət ittihamçısı kassasiya protestində göstərilənləri Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 416.0.2, 416.0.15 və 416.0.21- ci maddələrində nəzərdə tutulmuş halları təşkil edən pozuntular kimi qiymətləndirərək, həmin əsaslarla Gəncə Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının xx xxxx 2019-cu il tarixli qərarının ləğv edilməsi, işin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin dəlillərini müzakirə edib, kassasiya protestinin təmin edilməməsi barədə Məhkum və kassasiya protestinin təmin edilməsi dövlət ittihamçısı İ.F.Yusifovun çıxışını dinləyib hesab edir ki, kassasiya protesti təmin edilmədən Gəncə Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının xx xxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanmalıdır. Kassasiya protestinə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılm alarına baxmayaraq Məhkum müdafiəçisi F.İ.İskəndərov, iş üzrə zərər çəkmiş şəxsin hüquqi varisi F.H.Qafarov və zərər çəkmiş şəxsin nümayəndəsi Z.M.Əhmədov məhkəmə iclasında iştirak etməmişlər. Buna görə də məhkəmə kollegiyası Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 419.4-cü maddəsinə əsasən işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ M Ə S Ə L Ə L Ə R: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiya ları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində Məhkum törətdiyi əməlin CM-in 342.2-ci maddəsi ilə düzgün tövsif edilməməsi, ona əsassız olaraq CM-in 62-ci maddəsi tətbiq olunmaqla cəza təyin edilməsi göstərilmiş və buna dair bir sıra dəlillər irəli sürülmüşdür. Kassasiya protestinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, CM-in 341-ci maddəsinin dispozisiyasına əsasən rəisin və ya vəzifəli şəxsin hakimiyyətdən və ya öz qulluq mövqeyindən sui-istifadə etməsi, hakimiyyət həddini və ya qulluq səlahiyyətini aşması, hakimiyyətdən qəsdən istifadə etməməsi, bu əməllər müntəzəm, yaxud tamahkarlıq məqsədilə və ya digər şəxsi marağa görə törədildikdə, habelə bu əməllər əhəmiyyətli zərər vurduqda göstərilən cinayətin tərkibini yaradır. Bu cinayət obyektiv cəhətdən rəisin və ya vəzifəli şəxsin hakimiyyətdən və ya öz qulluq mövqeyindən sui-istifadə etməsində, hakimiyyət həddini və ya qulluq səlahiyyətini aşmasında, hakimiyyətdən qəsdən istifadə etməməsində, bu əməllər müntəzəm, tamah və ya sairşəxsi marağa görə törədilməsində, habelə əhəmiyyətli zərər vurulmasında, başqa sözlə ictimai təhlükəli hərəkət və hərəkətsizliklə nəticə arasında səbəbli əlaqədə ifadə olunur. Hərbi vəzifə cinayətlərinin törədilməsi zamanı təhlükəli nəticələr zərər çəkmiş şəxsə bilavasitə zərər vurulması ilə deyil, qanunsuz əmr verilməsi yolu ilə mövcud olur. Qəsdən belə əmr vermiş hərbi vəzifəli şəxs qanunsuz əmrin icrasından irəli gələn nəticələrə görə cinayət məsuliyyəti daşımalıdır. Hərbi vəzifəli şəxsin qanunsuz hərəkətləri ilə baş vermiş zərərli nəticələr arasında səbəbli əlaqənin olması zəruridir. Həmçinin bu kateqoriya cinayətlərdə bu əlaqə təkcə bilavasitə deyil, digər şəxsin hərəkəti vasitəsi ilə də yarana bilər. Hakimiyyətdən və ya qulluq mövqeyindən sui-istifadə etmə dedikdə, rəis və ya vəzifəli şəxsin öz qulluq mövqeyindən hərbi xidmətin mənafeyi zərərinə qəsdən istifadə edilməsi başa düşülür. İş materiallarından görünür ki, Məhkum öz şəxsi marağına görə hakimiyyətdən sui-istifadə etməsi öz təsdiqini tapmamışdır. Belə ki, ibtidai istintaq və məhkəmə baxışları zamanı dindirilmiş təqsirlə ndirilən şəxsin, zərər çəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələrinə əsasən Məhkum qadağan edilmiş əlaqə səngərinin qardan təmizlənməsi və istehkam işlərinin həyata keçirilməsi barədə kiçik çavuş F.F.Qafarova əmr verməmişdir. İbtidai istintaq zamanı toplanmış və apellyasiya məhkəməsi zamanı araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, Məhkum kiçik çavuş F.F.Qafarov qadağan edilmiş əlaqə səngərini qardan təmizləyərkən və istehkam işləri həyata keçirərkən post başçısı kimi F.F.Qafarovdan təhlükəsizlik qaydalarına riayət etməsini tələb etməli, dəbilqə və zirehli gödəkcə geyinmədən işlərin görülməsinə icazə verməməli olduğu halda bunları etməyərək sonuncunun bu ərazini yaxşı tanıması, zirehli jiletin çəkisinin 18 kq olduğu üçün geyinən zaman ağırlıq hiss etdiyindən təmizlik işi ap armağın çətinlik törətməsini bildirməsi səbəbindən F.F.Qafarovu silah, dəbilqə və zirehli geyimlə təmin etməyərək öz xidməti borcuna səhlənkar yanaşması döyüş şəraitində xidməti vəzifələrini yerinə yetirən F.F.Qafarovun düşmən tərəfindən açılmış atəş nəticəsində başından dəyən güllə nəticəsində ölməsinə, yəni ağır nəticələrə səbəb olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, əməlin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddəöz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir.Bu isə ilk növbədə işin faktiki hallarının öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həm birinci instansiya, həm də apellyasiya instansiyası məhkəmələrindəki baxış zamanı Məhkum törətdiyi cinayət əməlinin Cinayət Məcəlləsinin 341.3-cü maddəsindən, həmin Məcəllənin 342.2-ci maddəsi ilə tövsif edilərkən təqsirləndirilən şəxsin, zərər çəkmiş şəxsin hüquqi varisinin, şahidlərin ifadələri və iş üzrə tədqiq olunmuş digər sübutlarla təsdiq olunmuş, məhkəmələr tərəfindən tam, hərtərəfl i və obyektiv araşdırılmış, heç bir şübhə doğurmayan bu sübutlar əsasında işin faktiki hallarına uyğun olan qanuni və əsaslı nəticəyə gəlinmişdir. Bundan əlavə məhkəmə kollegiyası bildirir ki, apellyasiya instansiyası məhkəməsi ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən CPM-in 145.1-ci maddəsinin tələblərinə uyğun olaraq sübutların hər birini onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə düzgün qiymətləndirmişdir. Bundan başqa məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılması zamanı natamamlığa, qeyri obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının, CPM-in 143-146-cı maddələrinin təl əblərinin pozulmasına yol verilməmiş, məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət məhkəmə icraatının prinsiplərinə uyğun olaraq aparılmış və məhkəmə hər hansı bir sübutun tədqiqindən imtina etməyərək qanunsuz yolla əldə olunmuş sübutlardan istifadə etməmiş, o cümlədən təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CPM-in 91-ci maddəsində nəzərdə tutulmuş hüquqlarının pozulmasına və ya bu hüquqların həyata keçirilməsinin məhdudlaşdırılmasına yol verilməsi, sübutların tədqiqindən əsassız imtina olunması və yolverilməz sübutlardan istifadə edilməsi müəyyən edilməmişdir. Birinci və apellyasiya instansiyası məhkəmələrinin Məhkum cinayət əməlinin sübuta yetirilməsinə və tövsifinə dair nəticələri iş materiallarına uyğun olduğu üçün məhkəmə kollegiyası da bu nəticə ilə razılaşaraq hesab edir ki, Məhkum cinayət əməlləri məhkəmələr tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 228.2.2, 232.2.2, 232.2.3 və 342.2-ci maddələri ilə tövsif edilmişdir. Kassasiya protestində dövlət ittihamçısı məhkum barəsində CM-in 62-ci maddəsi tətbiq edilməklə ona təqsirli bilindiyi CM-in 228.2.2, 232.2.2, 232.2.3 və 342.2-ci maddələrinin sanksiyasında müəyyən edilmiş azadlıqdan məhrum etmə cəzasının aşağı həddindən də az, yəni onun törətdiyi əməllərin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə, eləcə də şəxsiyyətinə uyğun olmayan cəzanın təyin edilməsinin düzgün olmadığını qeyd etmiş və məhkuma təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının ağırlaşdırılmasını xahiş etmişdir. Cinayət işinin materiallarından görünür ki, apellyasiya instansiyası məhkəməsi Məhkum cəza təyin edərkən törətdi yi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, işin hallarını, o cümlədən gəncliyini, yaşayış yerindən müsbət cəhətdən xarakterizə olunmasını, etdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsini, Azərbaycan Respublikası 59-cu maddəsinə əsasən yüngülləşdirən hallar kimi, CM-in 61-ci maddəsinə əsasən isə cəzasını ağırlaşdıran halların olmamasını nəzərə almışdır. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza so sial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən isə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2003-cü il 25 iyun tarixli, 4 saylı qərarının 1-ci bəndində göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin qərarın 8-ci bəndinə əsasən Cinayət Məcəlləsinin 62-ci maddəsinə görə Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilməsi şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli surətdə azaldan müstəsna hallar mövcud olduqda, yaxud qrup halında törədilmiş cinayətin açılmasına fəal kömək göstərdikdə mümkündür. Bu zaman nəinki cinayətin məqsədi və motivi, habelə təqsirkarın cinayətin törədilməsində rolu, cinayəti törədərkən və ondan sonrakı davranışı nəzərə alınmalıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli surətdə azaldan bütün müstəs na hallar qanunda birbaşa nəzərdə tutulmadığından məhkəmə müstəsna hal kimi həm ayrı-ayrı yüngülləşdirici halları, həm də onların məcmusunu tanımağa haqlıdır. Bu zaman məhkəmə bu məsələ barədə qəbul etdiyi qərarı hökmdə əsaslandırmalıdır. Belə ki, apellyasiya instansiyası məhkəməsi cinayət qanununda nəzərdə tutulmuş yüngülləşdirici halları, habelə yuxarıda qeyd olunan normaların və Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarının müddəalarına tam əməl etmiş, törədilmiş cinayətin xarakterini, əməlin ictimai təhlükəlilik dərəcəsini və məhkumun ailə vəziyyətini nəzərə almaqla qanuni və ədalətli cəza təyin etmişdir. Kassasiya protestində bir sıra cinayət və cinayət prosessual qanunvericiliyinin normalarına istinad edilərək, bu normaların müddəaları göstərilsə də, məhkəmə kollegiya sının qənaətinə görə həmin normaların tələbləri pozulmamışdır. Göründüyü kimi, kassasiya protestinin dəlilləri apellyasiya məhkəməsinin qərarının qanuniliyini şübhə altına almağa əsas vermir. Qərarda göstərilən nəticələr tam qanuni olmaqla protestdə istinad edilən Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum qərarının və cinayət qanunvericliyinin müvafiq olaraq izahları və müddəaları ilə ziddiyyət təşkil etmir. Beləliklə, məhkəmə kollegiyası kassasiya protestinin dəlillərini tam, hərtərəfli araşdıraraq iş üzrə müəyyən edilmiş hallara obyektiv qiymət verərək hesab edir ki, kassasiya protesti əsassız olduğundan təmin edilməməli və Gəncə Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının xx xxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Resp ublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA A L D İ: Kassasiya protesti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.2.2, 232.2.2, 232.2.3 və 342.2-ci maddələri ilə məhkum edilməsinə dair iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının xx xxxx 2019-cu il tarixli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1-1(102)-54/2019
Ali Məhkəmə Qərar — İş №1-1(102)-54/2019
23.05.2019 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver