Məhkəmə qərarları › İş №1-1(102)-54/2021

Ali Məhkəmə Qərar — İş №1-1(102)-54/2021

12.10.2021 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-54/2021 12.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasının hakimləri: Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və Fərhad Abdulkərim oğlu Kərimovdan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, ədliyyə müşaviri X1 iştirakı ilə, Gəncə Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının 28 aprel 2021-ci il tarixli qərarından Dövlət ittihamçısı A rif oğlu tərəfindən verilmiş kassasiya protesti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Tərtər Hərbi Məhkəməsinin (hakim Əhməd Sarıyev) 1(098)-171/2020 nömrəli, 09 oktyabr 2020-ci il tarixli qərarı ilə 25 may 2001-ci ildə Beyləqan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvandan qeydiyyatda olan, N nömrəli hərbi hissənin əsgəri Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 335.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraatın təqsirləndirilən şəxsin xidmət etdiyi hərbi hissə tərkibində döyüş əməliyyatlarında iştirak etməsi ilə əlaqədar onun olduğu yer müəyyən olunmadığından dayandırılmışdır. İşin halları: İbtidai istintaq orqanı tərəfindən irəli sürülmüş ittihama əsasən Məh kum təqsirləndirilmişdir ona görə ki, o, hərbi qulluqçu kimi döyüş şəraitində öz sağlamlığına zərər yetirməklə hərbi xidmət vəzifələrinin icrasından müvəqqəti boyun qaçırmışdır. Tərtər Hərbi Məhkəməsinin 09 oktyabr 2020-ci il tarixli qərarı ilə təqsirləndirilən şəxsin xidmət etdiyi hərbi hissə tərkibində döyüş əməliyyatlarında iştirak etməsi ilə əlaqədar onun olduğu yer müəyyən olunmadığından dayandırılmışdır. Məhkəmənin həmin qərarından dövlət ittihamçısı apellyasiya protesti vermişdir. Gəncə Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının (sədrlik edən və məruzəçi hakim Teyyub Muxtarov, hakimlər Çingiz Məmmədov və Loğman Süleymanovdan ibarət tərkibdə) 1-1(104)-61/2021 nömrəli, 28 aprel 2021-ci il tarixli qərarı ilə Tərtər Hərbi Məhkəməsinin 09 oktyabr 2020-ci il tarixli qərarı dəyişdir ilmədən saxlanılmış, dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməmişdir. Tərtər Hərbi Məhkəməsi tərəfindən 12 mart 2021-ci il tarixdə Məhkum Azərbaycan Respublikası CM-in 335.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraat təzələnərək məhkəmə baxışına təyin edildiyindən cinayət işinin materialları mahiyyəti üzrə baxılması üçün Tərtər Hərbi Məhkəməsinə qaytarılması qərara alınmışdır. Apellyasiya instansiyası məhkəməsinin bu qərarından narazı qalan Dövlət ittihamçısı Arif oğlu verdiyi kassasiya protestində Gəncə Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının 28 aprel 2021-ci il tarixli qərarının ləğv edilməsini və cinayət işi üzrə yeni apellyasiya baxışının təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya protestinin dəlil ləri: Kassasiya protestinin dəlillərini Dövlət ittihamçısı onunla əsaslandırır ki, apellyasiya instansiyası məhkəməsinin qərarı əsassız olduğundan ləğv edilməli və cinayət işi yeni apellyasiya baxışına təyin olunmalıdır. Belə ki, məhkəmə kollegiyasının mövqeyinə əsasən, Tərtər Hərbi Məhkəməsi tərəfindən 12.03.2021-ci il tarixdə Məhkum Azərbaycan Respublikası CM-in 335.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraat təzələnmiş və məhkəmə baxış iclası 31.03.2021-ci il tarixə təyin edilmişdir. Göründüyü kimi Tərtər Hərbi Məhkəməsinin 09.10.2020-ci il tarixli qərarından verilmiş apellyasiya protestinə baxılanadək artıq 12 mart 2021-ci il tarixdə cinayət işi üzrə icraat təzələnmiş və cinayət işi məhkəmə baxışına təyin edilmişdir. Belə olan halda, dövlət ittihamçısının etirazı na səbəb olmuş hal artıq aradan qaldırılmışdır. Belə ki, dövlət ittihamçısının protest verməkdə məqsədi cinayət işi üzrə icraatın dayandırılmasına səbəb olan qərarın ləğv edilməsi və icraatın təzələnməsinə nail olmaqdan ibarət olmuş və icraatın dayandırılmasına səbəb olan hal aradan qalxdığı üçün, yəni Vətən Müharibəsi başa çatdığı üçün artıq icraat təzələnmişdir. Burada dövlət ittihamçısının etirazına səbəb olmuş hal artıq aradan qaldırılmış kimi qəbul etmək və icraatın təzələnməsinə nail olmaqdan ibarət olmuş nəticənin baş verməsini əsaslı qəbul etmək yanlışdır. Protestdən göründüyü kimi, burada qanunsuz qəbul edilmiş bir qərarın ləğvi xahiş edilmiş, həmin qərarın gələcək məhkəmə təcrübəsinə yol açmasının qarşısının alınmasına və CPM-in tələblərinə uyğun qərar qəbul edilməsinin təmini ol muşdur ki, cinayət təqibi üzrə icraatın təzələnməsi heç də həmin qərarın ləğvi demək deyildir. Məhkəmə kollegiyasının mövqeyinə əsasən, icraatın dayandırılması zamanı CPM-in 53.3.2-ci maddəsinin tələbinin pozulması xüsusatı ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, məlum olduğu kimi 27 sentyabr 2020-ci il tarixdə Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımız bütün cəbhə boyu əkshücum, əks-həmlə əməliyyatına başlamış və həmin vaxt Məhkum xidmət etdiyi N nömrəli hərbi hissə də döyüş əməliyyatları keçirmişdir. Həmin əməliyyatlar dövlətin hərbi fəaliyyəti ilə bağlı olub dövlət sirrini təşkil edir. Göstərilənlərə əsasən döyüş əməliyyatlarında olan əsgər Məhkum barəsində axtarış elan edilməsi qanunamüvafiq deyil. Belə ki, həm məhkəməyə, həm də dövlət ittihamçısına məlumdur ki, təqsirləndirilən şəxs mənfur düşmənə qarşı gedən döyüş əməliyyatlarında iştirak edir və məhkəmə də məhz bu səbəbdən cinayət işi üzrə icraatı dayandırmışdır. Belə olduğu təqdirdə hansı səviyyədə başa düşüləndir ki, məhkəmə döyüş əməliyyatlarında iştirak edən, öz canını vətən uğrunda qurban verən hərbi qulluqçu barəsində axtarış elan edilsin və qəbul edilmiş qərar icra edilməsi üçün hüquq mühafizə orqanlarına göndərilsin. Göründüyü kimi, məhkəmə öz qərarında təqsirləndirilən şəxs Məhkum xidmət etdiyi hərbi hissə tərkibində döyüş əməliyyatlarında iştirak etməsini göstərmiş, onun hərbi xidmətdə olmaqla döyüş əməliyyatlarında olması məhkəməyə məlum olmuş, həmin dövr üçün məlum hadisələr üzrə cinayət təqibi üzrə icraatın dayandırılması məcburi olmamasına, məhkəmə iclasının təxirə salınmasının mümkünlüyünü və CPM-in tələblərində cinayət təqibi üzrə icraat dayandırılmalıdır yox, dayandırıla bilər qeyd edilməsinə baxmayaraq məhkəmə proses tərəflərinin məhkəmə iclasında iştirakını təmin etmədən cinayət təqibi üzrə icraatı dayandırmış, CPM-in axtarış elan edildikdən sonra cinayət təqibi üzrə icraat dayandırıla bilər tələbini pozmuş, habelə qətimkan tədbirini də ləğv etmişdir. Bu isə, məhkəmənin mövqeyinin heç də əsaslı və qanunauyğun olması demək deyil, hərçənd ki, gələcək məhkəmə təcrübəsində cinayət təqibi üzrə icraatın dayandırılması zamanı daha ağır qətimkan tədbirinin seçilməsi yox, var olan bir qətimkan tədbirinin də ləğvi və axtarış elan edilməməklə cinayət tə qibi üzrə icraatın dayandırılmasının mümkünlüyü barədə məhkəmə təcrübəsi üzrə mübahisələrə yol açacaqdır. Gəncə Apellyasiya Məhkəməsinin eyni xarakterli işlər üzrə hazırkı cinayət işi üzrə qərar qəbul edilməsindən 2 gün öncə, yəni 26.04.2021-ci il tarixli qərarları ilə 6 cinayət işi üzrə, yəni Azər Əliyevin CM-in 329.1, Bayram Həsənovun CM-in 232.2.3, Fərman Həsənovun CM-in 330.1, Nicat Məmmədovun CM-in 335.1, Sadiq Sadıqbəylinin CM-in 329.2.5 və Zahid Dəmirovun CM-in 328.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət təqibi üzrə icraatın dayandırılması üzrə qərarlar ləğv edilmişdir. Bu isə eyni məhkəmədə fərqli məzmunda qərarlar qəbul edilməklə vahid məhkəmə təcrübəsi üzrə tələblərin pozulmasına gətirib çıxarmışdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protesti nin dəlillərini araşdırıb, məruzəçini, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya protesti təmin olunmamalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya ape llyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət və cinayət prosessual qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Kassasiya protestinin başlıca dəlili məhkəmə baxışı zamanı Azərbaycan Respublikası cinayət prosessual qanununun normalarının tələblərinin kobud şəkildə pozulması, cinayət işi üzrə icraatın dayandırılması haqqında qərarın qanunsuz qəbul edilməsidir. Məhkəmə kollegiyası kassasiya protestinin bu dəlili ilə razlaşmayaraq, həm birinci, həm də apellyasiya instansiyası məhkəmələrinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edərək aşağıdakıları qeyd edir. İş materiallarından göründüyü kimi Tərtər Hərbi Məhkəməsi təqsirləndirilən şəxs - N nömrəli hərbi hissənin əsgəri Məhkum xidmət etdiyi hərbi hissə tərkibində döyüş əməliyyatlarında iştirak etməsi ilə əlaqədar onun olduğu yer müəyyən olunmadığından cinayət işi üzrə icraatı 09 oktyabr 2020-ci il tarixdə dayandırmış və həmin qərardan dövlət ittihamçısı tərəfindən 13 noyabr 2020-ci il tarixdə apellyasiya protesti verilmişdir. Qeyd olunmalıdır ki, apellyasiya protesti müddət ötürülməklə verildiyindən müddətin bərpa edilməsi məsələsinə baxıldıqdan sonra cinayət işi 12 aprel 2021-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinə daxil olmuşdur. Cinayət işi daxil olan kimi öyrənilmiş və məlum olmuşdur ki, Tərtər Hərbi Məhkəməsi tərəfindən 12 mart 2021-ci il tarixdə Məhkum CM-in 335.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraat təzələnmiş və məhkəmə baxış iclası 31 mart 2021-c i il tarixə təyin edilmişdir. Kollegiya qeyd edir ki, Tərtər Hərbi Məhkəməsinin 09 oktyabr 2020-ci il tarixli qərardan verilmiş apellyasiya protestinə baxılanadək artıq 12 mart 2021-ci il tarixdə cinayət işi üzrə icraat təzələnmiş və cinayət işi məhkəmə baxışına təyin edilmişdir. Bundan başqa kollegiya qeyd edir ki, icraatın dayandırılmasında da qanun pozuntusu olmamışdır. Belə ki, icraatın dayandırılması zamanı birinci instansiya məhkəməsi Azərbaycan Respublikası CPM-in 53.1.2-ci maddəsini əsas götürmüşdür. Bilindiyi kimi 27 sentyabr 2020-ci il tarixdə Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq və mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımız bütün cəbhə boyu əks-hücum, əks-həmlə əməliyyatına başlamı ş və həmin vaxt Məhkum xidmət etdiyi N nömrəli hərbi hissə də döyüş əməliyyatları keçirmişdir. Həmin əməliyyatlarda iştirak etmiş hərbi hissələrin yerləşdiyi yer dövlət sirrini təşkil etdiyi üçün əsgər Məhkum barəsində axtarış elan edilməsi qanuna müvafiq hesab edilməmişdir. Göründüyü kimi, təqsirləndirilən şəxs düşmənə qarşı gedən döyüş əməliyyatlarında iştirak etmiş, onun olduğu yer məlum olmamış və birinci instansiya məhkəməsi də məhz bu səbəbdən cinayət işi üzrə icraatı dayandırmışdır. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi əsaslı olaraq nəticəyə gəlmişdir ki, apellyasiya protestinə baxılanadək birinci instansiya məhkəməsi tərəfindən iş üzrə icraatın təzələnməsi ilə əlaqədar Tərtər Hərbi Məhkəməsinin 09 oktyabr 2020-ci il tarixli qərarı öz hüq uqi qüvvəsi və əhəmiyyəti itirmişdir. Bu səbəbdən də həmin qərarın apellyasiya qaydasında ləğv edilməsi formal və əhəmiyyətsizdir. Məhkəmə kollegiyasının qənaətinə görə, apellyasiya instansiyası məhkəməsinin Məhkum haqqındakı apellyasiya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi ilə müəyyən edilən hallardan heç biri müəyyən edilməmişdir. Beləliklə, kassasiya kollegiyası kassasiya protestinin dəlillərini tədqiq edərək həmin dəlilləri qəbul etmir, onları əsassız hesab edir və belə nəticəyə gəlir ki, kassasiya protestinin təmin edilməsi və Gəncə Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının Məhkum barəsində olan cinayət işi üzrə 28 aprel 2021-ci il tarixli qərarının kassasiya protestinə münasibətdə ləğv edilməsi və ya dəyişdirilməsi üçün heç bir qanuni əsaslar yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Məhkum Azərbaycan Respublikası CM-in 335.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının 28 aprel 2021-ci il tarixli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Kassasiya protesti təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar