Məhkəmə qərarları › İş №1-1(102)-54/2023

Ali Məhkəmə Qərar — İş №1-1(102)-54/2023

19.09.2023 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-54/2023 19.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və X5 ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun və Məhkum2 iştirakları ilə, Tərtər Hərbi Məhkəməsinin 06 avqust 2021-ci il tarixli hökmü ilə Məhkum2 Azərbaycan Respublikası Cinayə t Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4 və 32.4, 312.2-ci maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 3N mart 2022-ci il il tarixli qərarından Məhkum2 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Tərtər Hərbi Məhkəməsinin 06 avqust 2021-ci il tarixli hökmü ilə (hakimlər Quliyev İlqar Məsail oğlu (sədrlik edən və məruzəçi), Əzizov Sevindik Əziz oğlu və Nəsirov Vidadi Mikayıl oğlundan ibarət tərkibdə) Məhkum2, xx xxxxx 1984-cü il tarixdə Kürdəmir rayonunun Şilyan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində iki azyaşlı uşaqları olan, orta təhsilli, əvvəllər məhkum olunmamış, Kürdəmir rayonunun Şilyan kəndində daimi qeydiyyatda olmaqla həmin kənddə yaşamış, N nömrəli hərbi hissədə sinin hərbi qulluqçusu, gizir, 17 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən, CM-nin 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4 və 32.4, 312.2-ci maddələri ilə nəzərdə tutlmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, CM-nin 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4-cü maddələri ilə 3 (üç) il müddətə, CM-nin 32.4, 312.2-ci maddəsi ilə 04 (dörd) il müddətə, CM-nin 66.3-cü maddəsinə əsasən isə təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 4 (dörd) il 6 (altı) ay müddətə azadılqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmin hökmlə həmçinin Məhkum1 CM-nin 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4, 32.4,312.2-ci maddələri ilə, X31 isə CM-nin 178.2.1, 32.5,178.2.3 və 32.4,312.1-ci maddələri ilə təqsirli bilinərək müxtəlif cəzalara məhkum edilmişlər. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum2 məhkum edilmişdir ona görə ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirib dələduzluq edib eyni əməlləri təkrar törətmiş, həmçinin təkrar rüşvət verməyə, yəni xidməti vəzifəsinin icrası ilə əlaqədar hər hansı hərəkətin edilməsi müqabilində vəzifəli şəxsə vasitəçidən istifadə etməklə maddi nemət verməsinə təhrik etmişdir. Belə ki, Məhkum2 Müdafiə Nazirliyinin Kürdəmir rayonunda yerləşən N nömrəli hərbi hissəsində aerodrom texniki təminat taborunun mühafizə bölüyünün tağım komandiri vəzifəsində, gizir hərbi rütbəsində xidmə t edərkən 2018-ci ilin avqust ayının ortalarında arvadının xalası X10 əri X24 ailəsi ilə birlikdə yaşadığı və ünvan 1 ünvanında yerləşən evində qonaq olarkən X24un ailə üzvləri X25, X32 və X39 ilə birlikdə yemək yeyən zaman səlahiyyətlərinin və real imkanının olmamasına baxmayaraq X24a oğlu x39u Kürdəmir rayonunda yerləşən N nömrəli hərbi hissədə gizir hərbi rütbəsində hərbi xidmətə qəbul etdirə biləcəyini bildirməklə yalan vəd verib, vədinə əməl etmək niyyətində olmayaraq, əvəzsiz və qanunsuz olaraq özgə əmlakını ələ keçirmək niyyəti ilə bunun müqabilində guya hansısa qeyri-müəyyən vəzifəli şəxsə 4000 (dörd min) manat pul verilməli olduğunu deyib aldadaraq, onu inandırıb həmin məbləğdə pulu verməyə razı salmaqla rüşvət verməyə təhrik etmiş və X24un etibarını qazanmaq məqsədilə öz qulluq m övqeyindən istifadə edib hərbi hissə rəhbərliyi ilə münasibətinin yaxşı olmasını və Müdafiə Nazirliyində tanışlarının olmasını bildirib mobil telefonundan istifadə etməklə guya «rəis» olan şəxslə danışıb x39un hərbi xidmətə qəbul edilmək arzusunun olmasını bildirməklə «razılıq» almışdır. X24 Məhkum2 həmin pulun 3000 (üç min) manatını övladını işə düzəldənə qədər, qalan 1000 (bir min) manat pulu isə işə düzəltikdən sonra hissə-hissə verə biləcəyini bildirmişdir. Bundan sonra, Məhkum2 X24a 2018-ci ilin noyabr ayında vətəndaşların hərbi xidmətə qəbulu ilə bağlı sənəd toplanılmağa başlanacağını deyib evdə görüşdükləri gündən təxminən 3-4 gün sonra, yəni 2018-ci ilin avqust ayının ortalarında ünvan 2 ünvanında X24la görüşüb əvvəlcə ondan 1500 (bir min beş yüz) manat məbləğində pulu nağd şəkildə aldıqdan bir neçə gün sonra hərbi qulluqçu olduğundan özü hərbi xidmətə qəbul olunarkən tələb olunan sənədlərin siyahısını bildiyindən siyahını kompyuterdə çap edib sənədlərin siyahısını X24un Kürdəmir rayonunda yaşadığı evdə X24a vermişdir. 2018-ci ilin noyabr ayında Məhkum2 X24un aldadılmasını anlamaması üçün Kürdəmir rayonunda X24un yaşadığı evə gedib vətəndaşların həqiqi hərbi xidmətə “gizir” hərbi rütbəsində qəbulunun dayandırılmasını ona bildirib 2019-cu ilin fevral ayında işi həll edəcəyini vəd etmiş, 2019-cu ilin fevral ayında yenidən X24un yaşadığı evə gedib işin gecikdiyini və səbrli olmalarını demişdir. Məhkum2 2019-cu ilin iyul ayında X24la telefon əlaqəsi saxlamaqla verməli olduğu qalan puldan 1000 (bir min) manatını da verilməli olmasını deyərək 2019-cu ilin iyul ayında ün van 3 ünvanında Məhkum2la X24 təklikdə görüşüb 1000 (bir min) manat məbləğində pulu ondan almışdır. Məhkum2 X24dan 1000 (min) manat pulu aldıqdan təxminən 5 gün sonra mobil telefon vasitəsi ilə əlaqə saxlayıb 600 (altı yüz) manat məbləğində pul çatdırmalı olmasını deyərək 2019-cu ilin avqust ayının əvvəllərində yenidən ünvan 3 ünvanında X24la təklikdə görüşüb 600 (altı yüz) manat məbləğindəki pulu ondan alaraq vətəndaş X24dan ümumilikdə 3100 (üç min bir yüz) manat pul alıb, verdiyi vədin icrası üçün heç bir hərəkət etməyərək, öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa, Məhkum2 həmin vəzifədə və rütbədə xidmət edərkən, 2018-ci ilin payız aylarında həmkəndlisi, Kürdəmir rayonunda yerl əşən N nömrəli hərbi hissənin təminat taborunun avtomobil bölüyünün 1-ci tağım komandiri vəzifəsində, baş gizir hərbi rütbəsində xidmət edən X14 xidmət yerini N nömrəli hərbi hissədən N nömrəli hərbi hissəyə dəyişmək istəməsini hərbi hissədə xidmət yoldaşlarından və X14un özünün ona danışmasından bildikdən sonra X14un pulunu ələ keçirmək niyyəti ilə, habelə ondan aldığı pulun gələcəkdə geri qaytarılması prosesində pul tələbini özündən yayındırmaq məqsədilə özünün ***-***-**-**mobil telefon nömrəsi ilə tanışı, Müdafiə Nazirliyinin Bakı şəhərində yerləşən N nömrəli hərbi hissəsinin raketlərin hazırlanması mövqeyinin reqlament işləri qrupunun texniki vəzifəsində, gizir hərbi rütbəsində xidmət edən Məhkum1 istifadəsində olan ***-***-**-**mobil telefon nömrəsinə zəng vurub X14 adlı şəxsin xidmə t yerini dəyişmək istəməsini bildirib onunla birlikdə X14un xidmət yerini dəyişmək bəhanəsi ilə pulunu ələ keçirməyi təklif etdikdən sonra Məhkum1 «Mehman» kimi tanıdığı vətəndaş X15 ***-***-**-** mobil telefon nömrəsini ona verib zəng edib «Mehmanla» danışmasını bildirmişdir. Məhkum2 özünün ***-***-**-**mobil telefon nömrəsi ilə Bakı şəhər sakini və Bakı şəhərində yaşayan vətəndaş X15 istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinə zəng vurub telefon nömrəsini Məhkum1 aldığını, N nömrəli hərbi hissənin təminat taborunun avtomobil bölüyünün 1-ci tağım komandiri vəzifəsində, baş gizir hərbi rütbəsində xidmət edən X14 xidmət yerini Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinə dəyişmək istədiyini bildirdikdən sonra X15un da hansısa şəxsi hərbi xidmətə qəbul etdirmək üçün səlahiyyət lərinin və real imkanlarının olmamasını bilməsinə baxmayaraq birlikdə hərəkət edib özgənin əmlakını ələ keçirmək niyyəti ilə X15la və Məhkum1la razılaşıb öz niyyətlərini həyata keçirmək məqsədilə onlarla qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etdikdən sonra X15 X14un xidmət yerini N nömrəli hərbi hissədən N nömrəli hərbi hissəyə dəyişdirəcəyini X14a bildirməsini Məhkum2 deyib onunla birlikdə yalan vəd verib, vədinə əməl etmək niyyətində olmayaraq, X14un əmlakını əvəzsiz və qanunsuz olaraq ələ keçirmək niyyəti ilə 3000 (üç min) manat pul verməli olduğunu bildirdikdən sonra Məhkum2 X14u aldadaraq X15un adının “Mehman” olmasını, etibarını möhkəmlətmək məqsədilə «Mehman»ın Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşı olmasını bildirməklə inandırıb həmin məbləğdə pulu verməyə razı salıb pul mü qabilində hərbi xidmət yerini dəyişməyə, yəni təkrar rüşvət verməyə təhrik etmişdir. X14 3000 (üç min) manat pulu əldə etmək üçün xx.xx.2018-ci il tarixdə Bərdə rayonunda yerləşən avtomobil bazarına getməklə özünə məxsus VAZ 2106 markalı minik avtomobilini satışa çıxarıb alıcı ilə aralarındakı razılıq əsasında alıcıya Bərdə Regional ASAN xidmət mərkəzində avtonəqliyyat vasitəsinə sərəncam vermək hüququ verən etibarnamə verməklə 2700 (iki min yeddi yüz) manata satmış, Kürdəmir rayonuna geri qayıtdıqdan sonra hərbi şəhərcikdə yerləşən 10 nömrəli binanın həyətyanı sahəsində Məhkum2la görüşüb avtomobilini 2700 (iki min yeddi yüz) manata satmasını, 300 (üç yüz) manat pulunun çatmamasını bildirmişdir. Məhkum2 istifadəsində olan ***-***-**-** mobil nömrəsindən X15un istifadəsində olan ***-***-**- ** mobil nömrəsinə zəng edərək X14un 2700 (iki min yeddi yüz) manat pulunun olmasını, 300 (üç yüz) manatı isə maaş aldığı zaman verəcəyini bildirmiş, X15 da razılaşmışdır. Həmin gün, yəni xx.xx.2018-ci il tarixdə Məhkum2 xahişi ilə qayınları X33 və X7 məxsus “Mercedes Benz” markalı “E class” modelli aliminium rəngli minik avtomobil ilə X14, Məhkum2 və qayınları X15la görüşmək üçün Bakı şəhəri istiqamətində gedib həmin tarixdə saat 14:20 radələrində Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsi ərazisində yerləşən “Qaradağ körpüsü” adlanan yerin yaxınlığında X15la görüşmüşdür. Görüş zamanı X7 və X33 avtomobildən düşüb kənarlaşdıqdan sonra Məhkum2, onun “Mehman” adı ilə DTX əməkdaşı kimi təqdim etdiyi X15 və X14 “Mercedes Benz” markalı “E class” modelli avtomobildə əyləşdikdən sonra Məhkum2 X1 5a X14un xidmət yerini dəyişmək istəməsi barədə bildirdikdə X15 X14un getmək istədiyi xidmət yerini bildirməsini və X14u həmin yerə iki həftə müddətində köçürə biləcəyinə inandırmış, X14 isə X15a xidmət yerini bir ay müddətində də dəyişdirə biləcəyini deməklə Məhkum2 “mən Mehman müəllimi tanımıram, səni tanıyıram. Bir ay müddətində xidmət yerim dəyişdirilməsə, sənin yaxandan yapışacam” demişdir. X15un tələbi ilə X14 köçürülmək istədiyi N nömrəli hərbi hissənin adını, bölmənin adını və vəzifəni kağız vərəqə yazmaqla, həmçinin 2700 (iki min yeddi yüz) manat pulu X15a verib qalan 300 (üç yüz) manat pulu isə maaş aldığı zaman verəcəyini bildirdikdən sonra X15 avtomobildən düşüb özünə məxsus «Daevoo» markalı avtomobilinə əyləşmişdir. Bundan sonra Məhkum2 da X15un «Daevoo» markalı avtomobilinə ə yləşmiş və X15 X14u onunla əlaqələndirdiyinə görə 300 (üç yüz) manat pulu Məhkum2 vermişdir. Həmin görüşdən təxminən 10 gün sonra X14 maaşını aldığı üçün X15un istiqamət verməsinə əsasən ona göndərməsi üçün 300 (üç yüz) manat pulu Kürdəmir rayonunda Məhkum2 vermiş, Məhkum2 həmin pulu da özünə götürmüşdür. Bununla da, Məhkum2 Məhkum1 və X15la əlbir olan bir qrup şəxs olmaqla X15la birlikdə X14dan, ümumilikdə 3000 (üç min) manat pul alıb, verdiyi vədin icrası üçün heç bir hərəkət etməyərək, qabaqcadan əlbir olan bir qrup şəxs halında öz qulluq mövqeyindən istifadə etməklə aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək təkrarən dələduzluq etmişdir. 17 yanvar 2019-cu il tarixdə saat 18:59-da X14 özünə məxsus ***-***-**-** mobil nömrəsindən X15a məxsus ***-***-**-** mobil nömrəsinə “Mansimov i lkin cabbar oglu salam malim h/h-440.nomrali harbi hissanin avyasiya eskediriliyasinin tayyaranin bas texniki vazifasina” məzmunlu sms göndərməklə bir daha xidmət yerinin dəyişdirilməsini arzuladığı hərbi hissə və vəzifənin adını X15a bildirmiş, 26 yanvar 2019-cu il tarixdə saat 19:29-da isə yenidən X14 özünə məxsus ***-***-**-** mobil nömrəsindən X15a məxsus ******-**-** mobil nömrəsinə “Malim xayisediram manim amanatimi sabah mutlaq yolla gedasi olmadim” məzmunlu sms göndərməklə xidmət yerinin dəyişdirilməsini istəmədiyini və verdiyi pulu qaytarmasını X15a bildirmişdir. X15, sonradan aldadıldığını anlayan X14un pulu qaytarması barədə təkidli tələblərindən çəkinərək onun hüquq-mühafizə orqanlarına şikayət etməsinin qarşısını almaqdan ötrü X14a qaytarılması məqsədi ilə Kürdəmir rayonuna ge dən taksi və Bakı şəhərində şəxsən görüşmək vasitəsi ilə bir neçə dəfəyə Məhkum2 1900 (bir min doqquz yüz) manat məbləğində pul göndərsə də, Məhkum2 həmin pulun 1400 (bir min dörd yüz) manatını xərcləyib X14un şikayətlərinin qarşısını almaq üçün 2019-cu ilin axırlarında X14a 300 (üç yüz) manat, Məhkum2 atası X2 ilə eyni məqsədlə 200 (iki yüz) manat olmaqla, ümumilikdə 500 (beş yüz) manat pul qaytarmağa məcbur olmuşlar. X15 X14dan aldığı pulun 1100 (bir min bir yüz) manat hissəsini isə 2019cu ilin may ayında saat 22 radələrində Məhkum1 özünün xidmətlə bağlı hərbi hissədən çıxa bilməməsi səbəbindən ona çatdırması üçün istəyinə əsasən Müdafiə Nazirliyinin Maddi texniki təminat baş idarəsinin Mərkəzi əşya bazasının saxlanc rəisi vəzifəsində, gizir hərbi rütbəsində xidmət edən X11 Binəqədi rayo nu Biləcəri qəsəbəsi ərazisində yerləşən “Ağsaray”şadlıq sarayının yaxınlığında vermiş, həmin gün saat 23 radələrində Məhkum1 Binəqədi rayonu Biləcəri qəsəbəsi ərazisində yerləşən “Ağsaray”şadlıq sarayının yaxınlığında X11la görüşməklə X15un ona çatması üçün verdiyi 1100 (bir min bir yüz) manat pulu X11dan almışdır. Bundan başqa, Məhkum2 Kürdəmir rayonunda yerləşən N nömrəli hərbi hissədə aerodrom texniki təminat taborunun mühafizə bölüyünün tağım komandiri vəzifəsində, gizir hərbi rütbəsində xidmət edərkən, 2019-cu ilin yaz aylarında həmkəndlisi, Kürdəmir rayonunda yerləşən N nömrəli hərbi hissənin təminat taborunun avtomobil bölüyünün 1-ci tağım komandiri vəzifəsində, baş gizir hərbi rütbəsində xidmət edən X34 əmisi oğlu X16 Kürdəmir rayonunda yerləşən hərbi hava qüvvələrinə məxsus hər bi hissədə xidmətə qəbul olunmaq istədiyini bildirib xidmətə qəbuluna kömək edə bilib-bilməməsini soruşduqdan sonra X16nin atası X26 pulunu ələ keçirmək niyyəti ilə, habelə ondan aldatma yolu ilə ələ keçirəcəyi puldan özünü çatacaq məbləğin gələcəkdə geri qaytarılması prosesində pul tələbini özündən qismən yayındırmaq məqsədi ilə özünün ***-***-**-** mobil telefon nömrəsi ilə tanışı, Müdafiə Nazirliyinin Bakı şəhərində yerləşən N nömrəli hərbi hissəsinin raketlərin hazırlanması mövqeyinin reqlament işləri qrupunun texniki vəzifəsində, gizir hərbi rütbəsində xidmət edən Məhkum1 istifadəsində olan ***-***-**-**mobil telefon nömrəsinə zəng vurub Kürdəmir rayonu Şilyan kənd sakini X26 övladı X19 rayonunda yerləşən hərbi hava qüvvələrinə məxsus hərbi hissədə xidmətə qəbul olunmaq istədiyini bil dirib X16nin hərbi xidmətə qəbul edilmək arzusunda olduğunu bildirdikdən sonra o və Məhkum1 hansısa şəxsi hərbi xidmətə qəbul etdirmək üçün səlahiyyətlərinin və real imkanlarının olmamasına baxmayaraq aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək niyyəti ilə Məhkum1la razılaşıb X16nin əmisi oğlu X14un onun mobil telefon nömrəsini verəcəyini, X14 zəng edəndə X16ni hərbi hava qüvvələrində hərbi xidmətə qəbul etdirmək üçün 5500 (beş min beş yüz) manat pul verməli olduqlarını deməsini tapşırıb öz niyyətlərini həyata keçirmək məqsədilə öz qulluq mövqeyindən istifadə edib onunla qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edib 5500 (beş min beş yüz) manat pul verməli olduqlarını bildirdikdən sonra Məhkum2 da öz növbəsində əlbir olduğu Məhkum1 istinad edib X16ni aldadaraq inandırıb yalan vəd verib vədinə əməl etmək niyyətində olmayaraq, həmin məbləğdə pulu verməyə razı salıb pul müqabilində hərbi xidmətə qəbul etməyə, yəni təkrar rüşvət verməyə təhrik etmişdir. Bundan sonra, 09 may 2019-cu il tarixdə səhər saatlarında Məhkum2 X27un qardaşı oğlu X2N məhkum1 Kürdəmir rayonu istiqamətində gəlməsini və X27la görüşmək istəməsi barədə məlumat verdiyi üçün X14 istifadəsində olan ***-***-**-** mobil nömrəsindən qardaşı X17 istifadəsində olan ***-***-**-** mobil nömrəsinə zəng etməklə əmisi X27a “Tural” adlı şəxsin Kürdəmir rayonuna gəlməsini və onunla görüşmək istəməsi barədə bildirməsini tapşırmışdır. Həmin gün, yəni 09 may 2019-cu il tarixdə saat 15:30 radələrində X27, X14, Məhkum2 və Məhkum1 Kürdəmir rayonunda yerləşən, el arasında “arxın üstü” adlanan kafeyə gedərək gör üşmüşdür. Görüş zamanı X27 Məhkum2 müraciət edərək “bu işi sən düzəldəcəksən?” deyə soruşduqda Məhkum2 etiraz edib əvvəllər barəsində cinayət işi olmasına görə guya artıq heç bir qanunsuz iş görmədiyini bildirib onu Məhkum1 təqdim edərək X27 vəX14u inandırmaq üçün yalandan Məhkum1 dayısının “polkovnik” hərbi rütbəsində xidmət etdiyini və Məhkum1 dayısı vasitəsi ilə X16ni hərbi xidmətə qəbul etdirəcəyini bildirmişdir. X27 Məhkum1 dayısı ilə görüşmək istədiyini bildirsə də, Məhkum2 və Məhkum1 buna etiraz etmiş, Məhkum1 5500 (beş min beş yüz) manat pul qarşılığında X27un oğlunu hərbi xidmətə qəbul etdirəcəyini bildirdikdə X27 3000 (üç min) manat pulunun olmasını dediyi üçün Məhkum1 etiraz edib həmin məbləğin az olmasını, pulun 4000 (dörd min) manatını dərhal, qalan 1500 (bir min beş yüz) mana t pulu isə işi həll etdikdən sonra verməli olduğunu demişdir. X27 Kürdəmir rayonunda yerləşən el arasında “arxın üstü” adlanan kafedə Məhkum2 iştirakı ilə 4000 (dörd min) manat pulu X14a vermiş, X14 isə pulu saymasıüçün Məhkum1 vermişdir. Məhkum1 4000 (dörd min) manat məbləğindəki pulu alıb X27 vəX14dan ayrıldıqdan sonra Məhkum2 birlikdə ələ keçirdikləri pulun 300 (üç yüz) manatını Məhkum2 vermişdir. Məhkum1 4000 (dörd min) manat məbləğində pulu X27dan aldıqdan bir neçə gün sonra Bakı şəhərində olarkən işə düzəltmə bəhanəsi ilə ələ keçirilməli olan 5500 (beş min beş yüz) manat pulun qalığı olan 1500 (min beş yüz) manat pulu da ələ keçirməklə məqsədə tam çatmaq üçün özünün ******-**-** mobil telefon nömrəsi ilə Kürdəmir rayonunda olan Məhkum2 ***-***-**-** mobil telefon nömrəsinə zəng vurub 1500 manat pulu almaq üçün X14la danışmaq istəməsini bildirib mobil telefonunu X14a verməsini demiş, Məhkum2 telefonu danışması üçün X14a verdikdən sonra Məhkum1 X14la telefon vasitəsi ilə danışmaqla «işin düzəlməsi üçün» əmisi X27un əlavə olaraq 1500 (bir min beş yüz) manat məbləğində pul verməli olmasını bildirmiş, X27 1500 (bir min beş yüz) manat pulu toplayıb 15 may 2020-ci il tarixdəX14a təqdim etmiş, X14 isə həmin tarixdə həmin pulu Məhkum1 istiqamət verməsinə əsasən Kürdəmir rayonunda yerləşən N nömrəli hərbi hissənin ərazisində Məhkum2 vermişdir. Bununla da, MMəhkum2 və Məhkum1 vətəndaş X27dan, ümumilikdə, 5500 (beş min beş yüz) manat pul alıb, verdikləri vədin icrası üçün heç bir hərəkət etməyərək, qabaqcadan əlbir olan bir qrup şəxs halında öz qulluq mövqeyindən istifadə etmək lə aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirərək təkrarən dələduzluq etmişdir. Məhkum1, sonradan aldadıldıqlarını anlayan X27 və X14un pulu qaytarması barədə təkidli tələblərindən çəkinərək onların hüquq-mühafizə orqanlarına şikayət etməsinin qarşısını almaqdan ötrü 16 iyun 2020-ci il tarixdə 3000 (üç min) manat pulu X14un 416974*******6917 nömrəli əmək haqqı kartına göndərməklə qaytarmış, 09 sentyabr 2020ci il tarixdə X14un N nömrəli hərbi hissənin komandanlığına şikayət etməsindən sonra isə şikayətin geri götürülməsinə nail olmaq məqsədilə 700 (yeddi yüz) manat pulu 02 noyabr 2020-ci il tarixdə X14un 416974*******6917 nömrəli əmək haqqı kartına göndərməklə, beləliklə ələ keçirdiyi 5500 (beş min beş yüz) manat puldan özünə çatmış 3700 (üç min yeddi yüz) manat pulu geri qa ytarmağa məcbur olmuşdur. Məhkum2 isə X27un pulu geri qaytarmaq tələbini özündən yayındırmaq üçün 5500 (beş min beş yüz) manat puldan özünə götürmədiyini yalandan deyərək pulun bu məqsədilə qabaqcadan əlbir olduğu Məhkum1 olduğunu bildirib özünə götürdüyü 1800 (min səkkiz yüz) manat pulu geri qaytarmamışdır. Eləcə də, Məhkum2 N nömrəli hərbi hissədə avtomobil və elektroqaz təminatı xidmətinin nəzarət-texniki məntəqəsinin rəisi vəzifəsində, gizir hərbi rütbəsində xidmət edərkən 2019-cu ilin axırlarında N nömrəli hərbi hissədə yanğınsöndürən bölməsində yanğınsöndürən vəzifəsində çalışan X3 xalası oğlu X4 N nömrəli hərbi hissədə mülki işçi kimi işə qəbul olmaq istəməsi barədə məlumatı olduğu üçün X4in pulunu ələ keçirmək niyyəti ilə xx.xx.2019-cu il tarixdə saat 11 radələrində özünün mobil te lefon nömrəsi ilə X3un mobil telefon nömrəsinə zəng edib hərbi hissədə iki nəfər şəxsin mülki işçi kimi işə götürüləcəyini bildirdiyi üçün X3 həmin tarixdə xalası oğlu X4 mobil telefon nömrəsinə zəng edərək hərbi hissədə mülki işçi axtarıldığını və onun işə düzəlməsinə gizir Məhkum2 köməklik edəcəyini bildirmişdir. xx.xx.2019-cu il tarixdə saat 09 radələrində Məhkum2 təşəbbüsü ilə Məhkum2 X3 və X4lə Kürdəmir rayonunda yerləşən N nömrəli hərbi hissənin nəzarət buraxılış məntəqəsində görüşmüşdür. Söhbətin gedişində Məhkum2 gizir hərbi rütbəli hərbi formada olmaqla N nömrəli hərbi hissədə xidmət etdiyini bildirsə də, konkret olaraq hansı vəzifədə xidmət etdiyini deməmiş və görüş zamanı yanğınsöndürən mülki işçi axtarıldığını bildirməklə səlahiyyətlərinin və real imkanlarının olmamasına baxmay araq X4i işlə təmin edə biləcəyi barədə təkrar yalan vəd verib, vədinə əməl etmək niyyətində olmayaraq, əvəzsiz və qanunsuz olaraq özgə əmlakını ələ keçirmək niyyəti ilə bunun müqabilində guya hansısa qeyri-müəyyən vəzifəli şəxsə 2400 (iki min dörd yüz) manat pul verilməli olduğunu deyib aldadaraq, onu buna inandırıb həmin məbləğdə pulu verməyə razı salmaqla təkrar rüşvət verməyə təhrik etmişdir. X4 inəyini satdığı üçün hazırda 1300 (bir min üç yüz) manat pulunun olduğunu, qalan pulu isə bankdan kredit götürüb verəcəyini dedikdə Məhkum2 dediyi məbləğdə pulu verəcəyi halda onu işlə təmin edəcəyini bildirmiş, ilkin olaraq 1300 (bir min üç yüz) manatın kifayət edəcəyini, pulu qərargahda adını demədiyi bir şəxsə verəcəyini, X4 qərargahda xidmət edən şəxslə görüşmək istədiyini bildirdikdə isə h əmin şəxsin X4i qəbul etməyəcəyini demişdir. X4 gizir Məhkum2la yeni tanış olduğu və tam etibar etmədiyi üçün həmin pulu notariat vasitəsi ilə borc müqaviləsi şəklində verə biləcəyini deyib razılaşmışdır. Bundan sonra, xx.xx.2019-cu il tarixdə saat 10:30 radələrində X4 gizir Məhkum2la görüşdükdən sonra Kürdəmir rayonunda yerləşən notariusa gedərək orada borc müqaviləsi bağlamış və 1305 (bir min üç yüzbeş) manat pulu «Kapital» bankın Kürdəmir rayon filialında Məhkum2 adına köçürmüşdür. Məhkum2 isə 1305 (bir min üç yüz beş) manat pulu həmin gün həmin bankdan nağdlaşdırmışdır. 2020-ci ilin yanvar ayının 20-də gizir Məhkum2 X4ə zəng edərək işinin hazırlanmasıüçün təcili pul lazım olduğunu bildirmiş və 1100 (bir min bir yüz) manat pulun da ödənilməli olmasını demişdir. X4 xx.xx.2020-ci il tarix də Ağsu rayonunda yerlən “FİNCA” kredit təşkilatına müraciət edərək öz adına, anası Xnın zaminliyi ilə 3000 (üç min) manat pul götürərək artıq Məhkum2 etibar etdiyi üçün xx.xx.2020-ci il tarixdə 1100 (bir min bir yüz) manat pulu qarışıq əskinaslarla Kürdəmir rayonunda “dördyol” adlandırılan yerdə təklikdə gizir Məhkum2 vermişdir. Beləliklə, Məhkum2 vətəndaş X4dən ümumilikdə 2405 (iki min dörd yüzbeş) manat pul alıb, verdiyi vədin icrası üçün heç bir hərəkət etməyərək, öz qulluq mövqeyindən istifadə etməklə aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək təkrar dələduzluq etmişdir. Hökmdən Məhkum2 tərəfindən verilmiş apellyasiya şikayətinə və dövlət ittihamçısı X12 tərəfindən verilmiş apellyasiya protestinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Bəşirov Kamil Sücəddin oğlu (sədrlik edən və məruzəçi), Əhmədov İsmayıl Həmid oğlu və Bağırov Məhəmməd Əhəd oğlundan ibarət tərkibdə) 3N mart 2022-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, apellyasiya protesti təmin edilmiş, Tərtər Hərbi Məhkəməsinin 06 avqust 2021-ci il tarixli hökmü apellyasiya protestinə münasibətdə iş üzrə digər məhkumlar Məhkum1 və S.N.Hüseynova cəza təyini hissəsində dəyişdirilmiş, hökm qalan hissədə və Məhkum2 münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 3N mart 2022-ci il tarixli qərarından Məhkum2 kassasiya şikayəti verərək həmin qərardan onun CM-nin 32.4,312.2ci maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair müddəaların xaric edilməsini və onun barəsindəki cinayət işinə CM-nin 178-c i maddəsinin tələblərinə əsasən baxılaraq qanuni və ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətində Məhkum2 barəsində qəbul edilmiş yekun məhkəmə aktlarına istinad edərək həmin aktların qeyri-obyektiv, əsassız və qərəzli olmasını bildirməklə qeyd etmişdir ki, onun vətəndaşları Müdafiə Nazirliyinin hər hansı hərbi hissəsinə işə qəbul etdirmək səlahiyyəti olmamış, törətdiyi cinayət əməlləri isə yalnız CM-nin 178-ci maddəsinin müddəalarına uyğun gəlir, yəni bu əməllər zərər çəkmiş şəxslərə qarşı törədilmiş dələduzluq kimi qiymətləndirilməlidir. Bu baxımdan o, CM-nin 32.4,312.2-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmasını artıq hesab edir və buna görə həmin maddənin barəsindəki yekun məhkəmə aktlarından xaric edilməsini və CM-nin 17 8.2-ci maddəsinin tələblərinə uyğun olaraq cəzalandırılmasını xahiş edir. Hüquqi məsələlər: Məhkum2 kassasiya şikayətinin məzmunundan göründüyü kimi, o, həmin şikayətində apellyasiya instansiyası məhkəməsi tərəfindən onun cinayət əməlinin düzgün tövsif edilməməsini iddia edərək həmin məhkəmənin qəbul etdiyi 3N mart 2022-ci il tarixli qərarının dəyişdirilməli olması haqqında tələbini Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin (bundan sonra mətndə CPM-nin) 416.1.15-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirmişdir. CPM-nin 416.1.15-ci maddəsinə əsasən isə məhkəmə törədilmiş əməlin tövsifində səhvə yol verdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Odur ki, məhkəmə kollegiyası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından Məhkum2 şikayətini kassasiya qaydasında baxılmalı müraciət kimi görür və buna görə onun məhkum olunmasına dair cinayət işinin materiallarını, o cümlədən apellyasiya instansiyası məhkəməsinin qərarının qanuniliyini və əsaslığını yoxlayıb aşağıdakıları qeyd edir. Əvvəla məhkəmə kollegiyası növbəti dəfə xatırladır ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPMnin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. CPM-nin 419.11-ci maddəsinin tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş he sab edə bilməz. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxaraq və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-nin 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasın da icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 416 və 419-cu maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-nin 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Bundan başqa, kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual hüquq normalarının, yəni cinayət qanununun və CPM-nin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Daha sonra məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiyanın (bundan sonra mətndə Konstitusiyanın) aşağıda göstərilən müddəalarına, ədalətli məhkəmə araşdırılması hüq uqu təsbit edilmiş “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının (bundan sonra mətndə Avropa Konvensiyasının və ya Konvensiyanın) 6-cı maddəsinə, cinayət və cinayət-prosessual qanunvericiliklərinin tələblərinə, bir sıra məsələlər üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə və Ali Məhkəmənin Plenumunun izahlarına və tövsiyələrinə əsaslanaraq qeyd edir ki, hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarından Məhkum2 tərəfindən verilmiş kassasiya şikayətinə baxan kassasiya kollegiyasının üzərinə, qanunvericiliyin tələb etdiyi kimi, məhkəmələr tərəfindən sübutların toplanılması və araşdırılması zamanı sübutetməyə və digər məsələlərə dair qanunvericiliyin tələblərinə əməl olunub-olunmamasını, habelə törədilmiş ictimai təhlükəli əməlin bütün hallarının müəyyən edilməsinə əsasən bu əmələ maddi hüquq normasının düzgün tətbiq edilib-edilməməsini yoxlamaq vəzifəsi düşür. Bu vəzifənin yerinə yetirilməsi ilə bağlı məhkəmə kollegiyası ilk növbədə vurğulayır ki, Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra mətndə Konstitusiyasının) 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstittusiyanın 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Konstitusiyanın 71-ci maddəsinin İ hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcu dur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi məqsədi ilə dövlət səmərəli hüquqi mexanizmlər yaratmaqla, ədalət mühakiməsinin həyata keçirilmə prosesində hüquq və azadlıqların bərpasına nail olur. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiyanın müddəaları, cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Bununla yanaşı Konstitusiyanın təsvir edilən müddəaları həmçinin hər bir insanın və ümumilikdə cəmiyyətin və dövlətin cinayətkar qəsdlərdən qorunmasını və müdafiə olunmasını, belə qəsdlərdən zərər çəkmiş şəxslərin də po zulmuş hüquqlarının bərpa edilməsini, onların vurulmuş zərərin ödənilməsini və ya aradan qaldırılmasını tələb etmək hüququnun cinayət mühakmə icraatını həyata keçirən orqanlar, o cümlədən məhkəmələr tərəfindən təmin edilməsini, bu və ya digər cinayətin törədilməsində təqsirli bilinmiş şəxslərin isə qanuna müvaq qaydada və əsaslarla cinayət məsuliyyətinə cəlb edilmələrini və onların təqsirlilikləri sübuta yetirildikdə barələrində bu və ya digər cinayəthüquqi xarakterli tədbirin tətbiq edilməsini, cəzanın məqsədlərinə nail olunmasını, cinayətkarlığın qarşısınun alınması üçün lazımi tədbirlərin görülməsini də nəzərdə tutur. CM-nin 3-cü maddəsində təsbit edilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizli yin) törədilməsi cinayət məsuliyyəti yaradır. CM-nin 7-ci maddəsində isə müəyyən edilmişdir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Şəxs təqsirsiz olaraq vurduğu zərərə görə cinayət məsuliyyətinə cəlb oluna bilməz. CPM-nin 8.0-cı maddəsində göstərilmişdir ki, cinayət mühakimə icraatının vəzifələri aşağıdakılardan ibarətdir: 8.0.1. şəxsiyyəti, cəmiyyəti və dövləti cinayətkar qəsdlərdən qorumaq; 8.0.2. həqiqi və ya ehtimal edilən cinayət törətməsi ilə əlaqədar şəxsiyyəti vəzifə səlahiyyətlərindən sui-istifadə edilməsi hallarından qorumaq; 8.0.3. cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdır maq; 8.0.4. cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; 8.0.5. cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək. Qanunçuluq prinsipi təsbit edilmiş CPM-nin 10.1-ci maddəsinin tələblərinə görə, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-nin 12.1-ci maddəsində tələb olunur ki, cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etsinlər. CPM-nin 12.1 və 12.3-cü maddələrinə əsasən, cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. CPM-nin 28.5-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-nin 33.1-33.4-cü maddələrinin tələblərindən görünür ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərin ə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-nin 138.1-ci maddəsində təsbit edilmişdir ki, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. CPM-nin 139.0-cı maddəsinin tələblərindən görünür ki, cinayət təqibi ü zrə icraat zamanı aşağıdakılar yalnız sübutlara əsasən müəyyən edilir: 139.0.1. cinayət hadisəsinin baş vermə faktı və halları; 139.0.2. şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi; 139.0.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri; 139.0.4. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi; 139.0.5. cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar; 139.0.6. bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar. Göründüyü kimi, qanunvericilikdə hər hansı cinayəti törətmiş şəxsin təqsirli bilinməsi və onun haqqında cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsi zamanı məhkəmə nin yalnız qanuni üsullarla əldə olunmuş və araşdırılmış sübutlara əsaslanması tələb olunur, məhkəmənin həmin sübutlara əsaslanmadan ehtimallar və mülahizələr üzərində qurulmuş nəticənin isə yolverilməz olması təsbit edilir. CPM-nin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Qanunvericiliyin bu normasının müddəalarından görünür ki, həmin normada hər bir sübutun yuxarıda qeyd oluna n 3 meyar (mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi) əsasında qiymətləndirilməsi tələb olunur. Sübutların mötəbərliyi anlayışı isə zəruri şərt kimi cinayət işi üzrə toplanmış və tədqiq edilmiş hər bir sübutun digərinə uyğun olmasını, onu təsdiq etməsini və antisübutlar tərəfindən təkzib edilə bilməməsini tələb edir. CPM-nin 145.3-cü maddəsi isə cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməsini tələb edir. CPM-nin 145.2-ci maddəsinə əsasən, təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, mü əyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM-nin 146.1-ci maddəsi). CPM-nin 349.5-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslandıqda; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-nin 125, 143-146-cı maddələri, hökmün əsaslılığına da ir müddəalar (CPM-nin 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, CPM-nin 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli və ya təqsirsiz olması (təqsirinin sübuta yetirilməməsi) barədə nəticə əsaslı sayıla bilər. CPM-nin 351.1-ci maddəsində təsbit edilmişdir ki, məhkəmənin ittiham hökmü təqsirləndirilən şəxsin cinayətin törədil məsində təqsirli bilinməsi və onun barəsində cəza tədbirinin tətbiq edilməsi (cinayət qanunu ilə bilavasitə nəzərdə tutulduğu hallarda onun barəsində cəzanın tətbiq edilməməsi və ya cəzadan azad edilməsi) barədə məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. CPM-nin 351.2-ci maddəsinə görə, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-nin 351.3-cü maddəsinin tələblərindən göründüyü kimi, məhkəmə bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: 351.3.1. təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; 351.3.2. bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq; 351.3.3. məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; 351.3.4. təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək. Qanunvericiliyin təsvir olunan normalarına uyğun hüquqi mövqe həmçinin “Azərbaycan Respublikası CPM-nin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 may 2009cu il tarixli Qərarında da əksini tapmışdır. Həmin Qərarda qeyd edilir ki, həqiqətin müəyyənləşdirilməsi ədalət mühakiməsinin mütləq şərtidir və hər zaman cəmiyyət məhkəmədən həqiqəti əks etdirən ədalət mühakiməsini tələb edəcəkdir. Hər bi r hakim bu vəzifəsini icra etmək üçün ilk əvvəl prosessual tələblərə hökmən riayət olunmasını təmin etməlidir, çünki bu hal cinayət işi üzrə həqiqətin müəyyənləşdirilməsinin və düzgün məhkəmə qərarının qəbul olunmasının mühüm şərtidir. Eynilə də cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu bu Qərarında öz hüquq mövqeyini müəyyənləşdirərkən eyni zamanda vurğulam ışdır ki, hökm çıxarıldığı zaman məhkəmə onun qanunçuluq və əsaslılıq tələblərinə cavab verə biləcəyinin təmin edilməsi üçün öz aktını bu amillərin üzərində qərarlaşdırmalıdır. Belə tələblərə cavab verməyən məhkəmə qərarlarına yenidən baxılması imkanının məhdudlaşdırılması ədalət və hüquqi müəyyənlik kimi dəyərlərin müdafiəsində tarazlığın pozulması və Konstitusiya ilə təminat verilən insan hüquq və azadlıqlarına zərər yetirilməsi ilə nəticələnə bilər. Məhkəmə kollegiyası həmçinin vurğulayır ki, şəxsin əməlində bu və ya digər cinayətin tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayis ə edilməsi tələb olunur. Belə hüquqi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun aşağıda istinad olunan Qərarlarında da əksini tapmışdır. Belə ki, “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-nin 349.3-cü maddəsi).... Məhkəm ə hökmünün əsaslılığını şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-nin 28.5-ci maddəsi). “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət -hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd etməyi zəruri hesab etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamət lərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Göründüyü kimi, qanunvericiliyin normalarının, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bir sıra məsələlər üzrə verdiyi şərhlərinin ədalət mühakiməsinin həyata keçirilməsi zamanı m əhkəmələrin üzərinə qoyduqları əsas vəzifə ondan ibarətdir ki, əvvəla həqiqətin müəyyən edilməsi üçün məhkəmələr məhkəmə iclaslarında mümkün olan bütün sübutları araşdırmalı, onlara qanuna müvafiq qaydada qiymət verməli, onları müqayisə etməklə bir sübutun digərindən üstün olmasını şərh etməli, ittiham və ya bəraət hökmünün çıxarılması zamanı yalnız məhkəmə iclaslarından araşdırılmış və kifayət edən sübutlara əsaslanmalı və yalnız bundan sonra əməlin tövsifi, cəza tədbirinin seçilməsi və hökmə aid olan digər tələblər üzrə maddi və prosessual hüquq normalarının tətbiqi məsələlərini həll etməlidirlər. Bu vəzifənin yerinə yetirlməməsi və ya natamam yerinə yetirilməsi nəticəsində məhkəmənin iş üzrə çıxardığı yekun məhkəmə aktı əsaslı və qanuni hesab edilə bilməz. Şərh edilən qanunvericiliyin n ormaları və Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyi ilə müqayisə etməklə Məhkum2 ona qarşı irəli sürülmüş ittihamda və təqsirli bilinərək məhkum olunduğu hökmün təsviri-əsaslandırıcı hissəsində əksini apmış cinayət əməllərini törətməsi barədə həm birinci, həm də apellyasiya instansiyası məhkəmələrin gəldikləri nəticə ilə razılaşaraq məhkəmə kollegiyası qeyd edir ki, məhkum özü də kassasiya şikayətində onun bu əməlləri törətməsinin sübuta yetirilməsini və həmin əməlləri törətdiyinə görə təqsirləndirilməsini mübahisələndirmir və yalnız onun əməllərinin düzgün tövsif edilməməsini iddia edir. Məhkum2 barəsindəki cinayət işinin materiallarından göründüyü kimi, ilk növbədə faktları araşdırmaq və müəyyən etmək səlahiyyətləri üzərinə qoyulmuş birinci instansiyası məhkəməsi təqdim olunan s übutları araşdırmaqla, yəni sübutların tədqiqindən imtina etməməklə və onları CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq qaydada mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə adı çəkilən məhkumun hökmün təsviri-əsaslandırıcı hissəsində göstərilən cinayət əməllərini törətməsi barədə nəticəyə gəlmiş, apellyasiya instansiyası məhkəməsi də həmin sübutların təkrarən araşdırılmasına ehtiyac görməyərək, araşdırılmış sübutların isə Məhkum2 təqsirli olmasına dəlalət etməsini və belə qənaətə gəlmək üçün onların kifayət etməsini hesab edərək bu nəticə ilə razılaşmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci və apellyasiya instansiyası məhkəmələrinin həm sübutların tədqiqi, həm də onların qiymətləndirilməsi ilə bağlı gəldikləri bu nəticə düzgündür, qanunidir və bu baxımdan h əmin nəticənin şübhə altına alınması üçün heç bir əsas yoxdur. Eyni zamanda məhkəmə kollegiyası vurulamağı lazım bilir ki, birinci instansiya məhkəməsinin 06 avqust 2021-ci il tarixli hökmü ilə razılaşaraq həmin hökmü Məhkum2 aid hissədə dəyişdirilmədən saxlamış apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərarını yoxladıqda, məhkəmənin 3N mart 2022-ci il tarixli bu yekun məhkəmə aktının yuxarıda qeyd olunan prosessual normaların tələblərinə, xüsusilə də CPM-nin 143-146-cı maddələrində nəzərdə tutulmuş sübutların tədqiqi qaydalarına və CPM-nin 349.5-ci maddəsində təsbit olunmuş məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanması, bu sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət edən olması, məhkəmənin müəyyən etdiyi halların o nun tədqiq etdiyi sübutlarla uyğunluq təşkil etməsi barədə tələblərə cavab verdiyi müəyyən olunur. Buna görə, məhkəmə kollegiyası Məhkum2 ona qarşı irəli sürülmüş ittiham üzrə cinayət əməllərini törətməkdə təqsirliliyinin, bunun araxasında duran sübutların hazırki qərarda təftiş edilməsinə ehtiyac görmür və qeyd edir ki, həmin əməllər onun məhkum olunduğu dövrdə mövcud olmuş məhkəmə təcrübəsinə uyğun olaraq CM-nin 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4, və 32.4,312.2-ci maddələri ilə düzgün tövsif edilmişdir. Belə təcrübə isə “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarının 36-cı bəndində məhkəmələrə ünvanlanmış izah və tövsiyələrə əsasən formalaşmışdır. Belə ki, adı çəkilən Qərarın həmin bəndində məhkəmələrin diqqəti dələduzluq cinayətlərinə dair işlərə baxarkən bu əməllərin vəzifəli şəxslər, habelə rüşvətxorluqda vasitəçilik etmə adı ilə dələduzluq etmiş (“rüşvətxorluqda yalançı vasitəçi”) şəxslər tərəfindən törədilməsinə cəlb edilmişdir. Məhkəmələrə izah edilmişdir ki, dələduzluğun törədilməsi zamanı aldadılmış və ya etibarından sui-istifadə edilmiş və öz əmlakını bunun nəticəsində başqa şəxsə vermiş zərər çəkmiş şəxs qısa və ya uzun müddətdən sonra həmin əmlakının geri qaytarılmasını ehtimal edir, gözləyir, lakin əmlakı ələ keçirmiş şəxs onu qaytarmaq niyyətində olmadığından və öz ehtiyaclarına sərf etdiyindən, buna nail ola bilmir. Rüşvət vermə və ya rüşvət verməyə cəhd etmə cinayətlərinin törədilməsi zamanı isə şəxs tərəfindən istər vəzifəli şəxsə, istərsə də rüşvə txorluqda vasitəçilik etmiş və ya rüşvətxorluqda vasitəçilik etmək adı ilə dələduzluq etmiş şəxsə verilmiş pul, qiymətli kağızlar və ya sair maddi nemətlər ona məxsus olmuş əmlakdan artıq rüşvətin predmetinə çevrilir və həmin şəxs bu maddi nemətlərin nə vaxtsa qaytarılmasını yox, rüşvətin müqabilində onun xeyrinə vəzifəli şəxs tərəfindən qanuni və ya qanunsuz hərəkətin (hərəkətsizliyin) edilməsini gözləyir. Həmçinin izah edilmişdir ki, özgənin əmlakını ələ keçirmək məqsədi ilə vəzifəli şəxs öz qulluq mövqeyinə görə onun səlahiyyətlərinə aid olmayan hər hansı hərəkətin (hərəkətsizliyin) edilməsini vəd edərək buna görə pul, qiymətli kağızlar və sair maddi nemətlər aldıqda təqsirkarın əməli dələduzluq kimi qiymətləndirilməlidir. Şəxs, heç bir səlahiyyətə malik olmayan digər şəxsdən onun xeyri nə olan hər hansı hərəkətin (hərəkətsizliyin) vəzifəli şəxs tərəfindən edilməsində köməklik göstərilməsini xahiş etdikdə və onun razılığını aldıqdan sonra bunun müqabilində vəzifəli şəxsə çatdırılması üçün vasitəçiyə pul və ya sair nemətlər verdikdə, lakin vasitəçi pulu və ya sair nemətləri hansısa vəzifəli şəxsə çatdırmaq niyyətində olmayaraq ələ keçirdikdə sonuncunun əməli dələduzluq kimi qiymətləndirilir. Rüşvət verməyə cəhd edən şəxsin təşəbbüsü ilə vəzifəli şəxsə vermək məqsədi ilə pul və ya sair maddi nemətləri almış şəxs ondan asılı olmayan səbəblərdən (məsələn, vəzifəli şəxslə sövdələşmənin baş tutmaması, hüquq mühafizə orqanları tərəfindən ifşa edilməsi, son nəticədə rüşvət kimi verməli olduğu maddi nemətləri mənimsəmək niyyətinin yaranması və sair) rüşvətin predmetini səlahiyyətl i şəxsə verə bilmədikdə onun əməli dələduzluq deyil, rüşvət verməyə cəhd etmədə iştirakçılıq və işin hallarından asılı olaraq özgənin əmlakını mənimsəmə kimi qiymətləndirilir. Şəxs, o cümlədən müvafiq səlahiyyətləri olmayan vəzifəli şəxs rüşvətxorluqda vasitəçilik etmək adı altında hər hansı hərəkətin (hərəkətsizliyin) edilməsinə görə səlahiyyətli vəzifəli şəxsə vermək adı ilə digər şəxsi rüşvət verməyə təhrik etdikdə və vədinə əməl etmək niyyətində olmayaraq pul və ya sair nemətləri ondan alıb ələ keçirdikdə onun əməli həm dələduzluq (CM-nin 178-ci maddəsi), həm də rüşvət verməyə təhrik etmə (CM-nin 32.4,312-ci maddələri) kimi qiymətləndirilir. Lakin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1, 178-ci maddələrinin və 312-ci maddəsinin “Qeyd” hissəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 14 iyul tarixli 2022-ci il Qərarında və Konstitusiya Məhkəməsi Palatasının “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178ci maddəsinin həmin Məcəllənin 312-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsi barədə Şəki Apellyasiya Məhkəməsinin müraciətinə dair” 17 aprel 2023-cü il tarixli Qərardadında ifadə olunmuş hüquqi mövqeyə görə, təqsirkarın, yəni başqalarına rüşvət vermə adı ilə özgənin əmlakını dələduzluq yolu ilə ələ keçirmiş və heç kimə rüşvət vermək niyyəti olmayan şəxsin əməli CM-nin 178.1-ci maddəsinin dispozisiyası ilə əhatə olunduğundan və burada rüşvət verməyə təhrik etmə cinayətinin (CM-nin 32.4, 312-ci maddələri) tərkibinin yaranması üçün zəruri olan obyektiv və subyektiv əlamətlər mövcud olmadığından, əməl qeyd edilən cinayətlərin ideal məcmusu kimi deyil, yalnız CM-nin 178ci maddəsi ilə dələduzluq cinayəti kimi tövsif olunmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun 14 iyul tarixli 2022-ci il Qərarının təsviriəsaslandırıcı hissəsində həmçinin qeyd olunmuşdur ki, psevdorüşvətçiyə “rüşvət” şəklində pul və sair nemətlər verilməsi halında “rüşvət verməyə təhrik” kimi görünən hərəkətlər əslində dələduzluğun üsuludur. Bundan əlavə, yalançı vasitəçi rüşvət verənlə rüşvət alan arasında korrupsiya razılaşmasının əldə olunmasına çalışmır, ona görə də onun əməli korrupsiya cinayətinin obyektinə zərər vura, yəni dövlət orqanlarını nüfuzdan sala bilməz. Yalançı vasitəçinin niyyəti dövlət qulluğunun mənafeyinə deyil, müstəsna olaraq əmlak münasibətlərinə zərər vurmağa yönəlib. Konstitusiya Məhkəməsinin P alatası da məhz bu yanaşmadan çıxış edərək və bununla da həmin yanaşmanı müdafiə etdiyini bir daha nümayiş etdirərək 17 aprel 2023cü il tarixli Qərardadında vurğulamışdır ki, yalançı vasitəçilik zamanı şəxs öz vasitəçilik xidmətini vəd edib rüşvət verəndən guya vəzifəli şəxsə ötürmək üçün rüşvət şəklində pul və sair maddi nemətlər alır, lakin faktiki olaraq alınanları mənimsəyərək dələduzluq əməlini törətmiş olur. Müvafiq olaraq bu halda rüşvət vermə cinayət əməlinin obyekti olan dövlət qulluğunun mənafeyi və s. ilə bağlı ictimai münasibətlər deyil, mülkiyyət hüquq münasibətləri təhlükə altına alınır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu da Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun şərh olunan hüquqi mövqeyinə əsaslanaraq “Dələduzluq cinayətlərinə dair işlər üzr ə məhkəmə təcrübəsi haqqında” 2015-ci il 11 iyun tarixli 7 nömrəli Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarında dəyişiklik edilməsi haqqında” 19 may 2023-cü il tarixli Qərarı ilə 11 iyun 2015-ci il tarixli Qərarının 36-cı bəndini aşağıdakı redaksiyada vermişdir: “Dələduzluq cinayətlərinə dair işlərə baxarkən məhkəmələrin diqqəti bu əməllərin vəzifəli şəxslər, habelə rüşvətxorluqda vasitəçilik etmə adı ilə dələduzluq etmiş (“rüşvətxorluqda yalançı vasitəçi” - “psevdorüşvətçi”) şəxslər tərəfindən törədilməsi ilə bağlı olan aşağıdakı məsələlərə cəlb edilsin. Dələduzluğun törədilməsi zamanı aldadılmış və ya etibarından sui-istifadə edilmiş və öz əmlakını bunun nəticəsində başqa şəxsə vermiş zərər çəkmiş şəxs bir qayda olaraq qısa və ya uzun müddətdən sonra əmlakının geri qaytarıl masını ehtimal edir, gözləyir, lakin əmlakı ələ keçirmiş şəxs onu qaytarmaq niyyətində olmadığından və öz ehtiyaclarına sərf etdiyindən buna nail ola bilmir. Rüşvət vermə və ya rüşvət verməyə cəhd etmə cinayətlərinin törədilməsi zamanı isə şəxs tərəfindən istər vəzifəli şəxsə, istərsə də rüşvətxorluqda vasitəçilik etmiş və ya rüşvətxorluqda vasitəçilik etmək adı ilə dələduzluq etmiş şəxsə verilmiş pul, qiymətli kağızlar və ya sair maddi nemətlər onları vermiş şəxsin subyektiv qiymətləndirilməsində artıq rüşvətin predmetinə çevrilir və həmin şəxs bu maddi nemətlərin nə vaxtsa qaytarılmasına yox, rüşvətin müqabilində onun xeyrinə vəzifəli şəxs tərəfindən qanuni və ya qanunsuz hərəkətlərin (hərəkətsizliyin) edilməsini gözləyir. Özgənin əmlakını ələ keçirmək məqsədi ilə vəzifəli şəxs öz qulluq mövqeyinə görə onun səlahiyyətlərinə aid olmayan hər hansı hərəkətin (hərəkətsizliyin) edilməsini vəd edib aldadaraq və ya etibardan sui-istifadə edərək pul, qiymətli kağızlar və ya sair maddi nemətlər aldıqda təqsirkarın əməli dələduzluq kimi qiymətləndirilməlidir. Şəxs heç bir səlahiyyətə malik olmayan digər şəxsdən onun xeyrinə olan hər hansı hərəkətin (hərəkətsizliyin) vəzifəli şəxs tərəfindən edilməsində köməklik göstərilməsini xahiş etdikdə və onun razılığını aldıqdan sonra bunun müqabilində vəzifəli şəxsə çatdırılması üçün vasitəçiyə pul və ya sair nemətlər verdikdə, lakin vasitəçi pulu və ya sair nemətləri hansısa vəzifəli şəxsə çatdırmaq niyyətində olmayaraq, yəni aldatmaqla və ya etibardan sui-istifadə etməklə ələ keçirdikdə sonuncunun əməli dələduzluq kimi qiymətləndirilir. Rüş vət verməyə cəhd edən şəxsin təşəbbüsü ilə vəzifəli şəxsə vermək məqsədi ilə pul və ya sair maddi nemətləri almış şəxs ondan asılı olmayan səbəblərdən (məsələn, vəzifəli şəxslə sövdələşmənin baş tutmaması, hüquq mühafizə orqanları tərəfindən ifşa edilməsi, son nəticədə rüşvət kimi verməli olduğu maddi nemətləri mənimsəmək niyyətinin yaranması və sair) rüşvətin predmetini səlahiyyətli şəxsə verə bilmədikdə onun əməli dələduzluq deyil, rüşvət verməyə cəhd etmədə iştirakçılıq və işin hallarından asılı olaraq özgənin əmlakını mənimsəmə kimi qiymətləndirilir. Vəzifəli şəxsə rüşvət vermək barədə təşəbbüsü bu yolla özgə əmlakını ələ keçirmək məqsədini həyata keçirən şəxsin özü irəli sürdükdə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73- 1, 178-ci maddələrinin və 312-ci maddəsinin Qeyd hissəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 14 iyul tarixli Qərarında və Konstitusiya Məhkəməsi Palatasının “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci 3 maddəsinin həmin Məcəllənin 312-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsi barədə Şəki Apellyasiya Məhkəməsinin müraciətinə dair” 2023-cü il 17 aprel tarixli Qərardadında (bu Qərar və Qərardad birlikdə götürülməklə, onların təsviri-əsaslandırıcı hissələrində) ifadə olunmuş hüquqi mövqelərə əsasən təqsirkarın əməli CM-nin 178.1-ci maddəsinin dispozisiyası ilə əhatə olunduğundan və burada rüşvət verməyə təhrik etmə cinayətinin (CM-nin 32.4, 312-ci maddələri) tərkibinin yaranması üçün zəruri olan obyektiv və subyektiv əlamətlər mövcud olmadığından əməl qeyd ed ilən cinayətlərin ideal məcmusu kimi deyil, yalnız CM-nin 178ci maddəsi ilə dələduzluq cinayəti kimi tövsif olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə 2004-cü il 11 iyun tarixli 688-İİQD nömrəli Azərbaycan Respublikası Qanununun İİİ hissəsinin 9-cu bəndinin və İV hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İX hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 2005-ci il 25 yanvar tarixli Qərarına əsasən “Konstitusiya Məhkəməsinin qərarının yüksək hüquqi qüvvəsi onun bütün hissələrinə, habelə həmin qərarın əsasını təşkil edən hüquqi mövqelərə də şamil olunur. Lakin Konstitusiya Məhkəməsinin hüquqi mövqeləri bəzən müstəqil əhəmiyyət qazanır. Konstitusiya Məhkəməsinin hüquqi mövqelərinin qüvvəsi onun qərarlarının hüquqi qüvvəsinə bərabər olduğundan və ümumi xarakter daşıdığından yalnız konstitusiya işinin predmetini təşkil etmiş hala deyil, hüququn mənbəyi kimi hüquq tətbiqetmə təcrübəsində rast gəlinən analoji hallara da şamil edilməlidir”. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Palatası da “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsinin həmin Məcəllənin 312-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsi barədə Şəki Apellyasiya Məhkəməsinin müraciətinə dair” 2023-cü il 17 aprel tarixli Qərardadında müraciətdə qaldırılan məsələnin Cinayət Məcəlləsinin müvafiq normalarına və həmin normalara dair Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında əks olunmuş hüquqi mövqelərə uyğun həll edil məsinin mümkün olduğunu nəzərə alaraq, Şəki Apellyasiya Məhkəməsinin müraciətini icraata qəbul etməkdən imtina etmiş və bu zaman sözügedən məsələ üzrə Konstitusiya Məhkəməsinin hüquqi mövqeyini əks etdirən mənbə kimi “Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 731, 178-ci maddələrinin və 312-ci maddəsinin Qeyd hissəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 14 iyul tarixli Qərarının təsviri-əsaslandırıcı hissəsinin müddəalarına xüsusilə istinad etmişdir. Konstitusiya Məhkəməsi Plenumunun 2022-ci il 14 iyul tarixli Qərarının təsviriəsaslandırıcı hissəsində isə qeyd olunmuşdur ki, psevdorüşvətçiyə “rüşvət” şəklində pul və sair nemətlər verilməsi halında “rüşvət verməyə təhrik kimi görünən hərəkətlər əslində dələduzluğun üsuludur. Bundan əlavə, yalançı vasitəçi rüşvət verənlə rüşvət alan arasında korrupsiya razılaşmasının əldə olunmasına çalışmır, ona görə də onun əməli korrupsiya cinayətinin obyektinə zərər vura, yəni dövlət orqanlarını nüfuzdan sala bilməz. Yalançı vəsitəçinin niyyəti dövlət qulluğunun mənafeyinə deyil, müstəsna olaraq əmlak münasibətlərinə zərər vurmağa yönəlib”. Konstitusiya Məhkəməsinin Palatası da məhz bu yanaşmadan çıxış edərək və bununla da həmin yanaşmanı müdafiə etdiyini bir daha nümayiş etdirərək 2023-cü il 17 aprel tarixli Qərardadında qeyd etmişdir ki, “yalançı vasitəçilik zamanı şəxs öz vasitəçilik 4 xidmətini vəd edib rüşvət verəndən guya vəzifəli şəxsə ötürmək üçün rüşvət şəklində pul və sair maddi nemətlər alır, lakin faktiki olaraq alınanları mənimsəyərək dələduzluq əməlini törətmiş olur. Müvaf iq olaraq bu halda rüşvət vermə cinayət əməlinin obyekti olan dövlət qulluğunun mənafeyi və s. ilə bağlı ictimai münasibətlər deyil, mülkiyyət hüquq münasibətləri təhlükə altına alınır”. Şərh edilmiş bütün bu hallarda təqsirkara rüşvət şəklində pul və sair maddi nemətlər vermiş şəxsin əməli rüşvət verməyə cəhd kimi CM-nin 29,312-ci maddələri ilə tövsif edilir, CM-nin 312-ci maddəsinin Qeydində nəzərdə tutulmuş hallar müəyyən edilmədikdə həmin şəxslərin də cinayət məsuliyyətinə cəlb edilmələri məsələsi qanuna müvafiq qaydada həll edilir. Bu xarakterli işlər üzrə zərərçəkmiş şəxs qismində tanınma, cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsi və yaxud ələ keçirilmiş əmlakın xüsusi müsadirəsi kimi məsələlər həll olunarkən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərb aycan Respublikası Cinayət Məcəlləsinin 73-1, 178-ci maddələrinin və 312-ci maddəsinin Qeyd hissəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 14 iyul tarixli Qərarı rəhbər tutulmalıdır. Nəzərə alınmalıdır ki, Konstitusiya Məhkəməsi Plenumunun həmin Qərarına əsasən Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyası prinsipi baxımından rüşvət verən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 312-ci maddəsinin Qeyd hissəsinə uyğun olaraq rüşvət vermə haqqında müvafiq dövlət orqanına könüllü məlumat verdiyinə görə cinayət məsuliyyətindən azad edildiyindən barəsində törədilmiş dələduzluq cinayət işi üzrə onun zərərçəkmiş qismində tanınması mümkün hesab edilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu barəsində dələduzluq cinayəti t örədilmiş şəxs cinayət prosesində zərərçəkmiş şəxs qismində tanındığı halda, təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CM-nin 73-1-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməsini mümkün saydığından və bunu həmin maddədə göstərilən hallarla, o cümlədən dəymiş ziyanın tamamilə ödənilməsi ilə şərtləndirdiyindən ziyanın zərərçəkmiş şəxsə ödənilməsi ilə əlaqədar artıq dələduzluq əməli nəticəsində ələ keçirilmiş əmlak və yaxud onun dəyərinə barəbər təqsirləndirilən şəxsə məxsus digər əmlak xüsusi müsadirə edilə bilməz. Hər hansı xidmət göstərmək, güzəşt etmək və müstəsna olaraq yalnız vəzifəli şəxslərə aid olan digər səlahiyyətləri həyata keçirmək hüququ olmayan şəxs tərəfindən zərərçəkmiş şəxsə onun xeyrinə hər hansı hərəkətin edilməsində köməklik göstərəcəyini vəd edərək vəzi fəli şəxsə vermək adı ilə deyil, özü üçün hər hansı əmlakın və ya əmlaka olan hüququn verilməsini istəyib aldatma və ya etibardan suiistifadə etmə yolu ilə həmin əmlakın (əmlaka olan hüququn) ələ keçirilməsi də yalnız dələduzluq kimi qiymətləndirilməlidir”. Cinayət işinin materiallarından göründüyü kimi, Məhkum2 2018-2020-ci il illərdə ona qarşı irəli sürülmüş ittihamda göstərilən şəxslərin etibarından sui-istifadə edərək və onları alddadaraq həmin şəxslərin müxtəlif məbləğlərdə pul vəsaitlərini ələ keçirmək məqsədilə guya onların xeyrlərinə müvafiq hərəkətləri etmək müqabilində müəyyən olunmamış vəzifələri şəxslərə rüşvət vermək adı ilə həmin şəxslərin əmlaklarını dələduzluq yolu ilə ələ keçirsə də, faktiki olaraq hər hansı vəzifəli şəxsə pul və ya digər maddi nemət şəklində rüşvət verməm iş, rüşvət verməyə təhrik etmə hərəkətlərindən isə yalnız dələduzluğun üsulu kimi istifadə etmişdir. Buna görə, məhkəmə kollegiyası işin müəyyən olunmuş bu faktiki hallarından, araşdırılmış sübutlardan və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 14 iyul tarixli 2022-ci il tarixli Qərarında və 23 aprel 2023-cü il tarixli Qərardadında əksini tapmış hüquqi mövqedən, habelə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 19 may 2023-cü il tarixli Qərarı ilə “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarının 36-cı bəndində edilmiş dəyişikliklərdən çıxış edərək belə nəticəyə gəlir ki, Məhkum2 barəsindəki Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 3N mart 2022-ci il tarix li qərarında dəyişiklik edilməklə həmin qərardan və onunla bağlı Tərtər Hərbi Məhkəməsinin 06 avqust 2021-ci il tarixli il hökmündən Məhkum2 CM-nin 32.4,312.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına və ona CM-nin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə qəti cəzanın təyin edilməsinə dair müddəalar xaric edilməli, məhkumun üzərində isə ona CM-nin 178.2.1, 178.2.2, `78.2.3 və 178.2.4-cü maddləri ilə təyin olunmuş azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, bununla da sonuncunun kassasiya şikayəti təmin edilməlidir. Kassaiya şikayətində Məhkum2 ona CM-nin 178.2.1, 178.2.2, 178.2.3 və 178.2.4- cü maddələri ilə təyin edilmiş cəzanın açıq-aşkar ağır olmasını mübahisələndirməsə də, məhkəmə kollegiyası CPM-nin 419.1-ci maddəsinin tələblərinə əsasən kassasiya şikayətinin dəlil lərindən asılı olmayaraq bu məsələni də yoxlamış və müəyyən etmişdir ki, birinci instansiya məhkəməsi onun barəsində həmin maddələrlə cəza təyin edilməsi məsələsini həll edərkən CM-nin 8, 41, 58, 59 və 61-ci maddələrinin tələblərinə əməl edərək məhkumun törətdiyi cinayət əməllərinin xarakeri və ictimai təhlükəlilik dərəcəsi ilə yanaşı CM-nin 59.2-ci maddəsinə əsasən onun törətdiyi əməlləri etiraf edərək səmimi peşman olmasını və himayəsində iki azyaşlı uşaqlarının olmalarını (CM-nin 59.1.4-cü maddəsində nəzxərdə tutulmuş hal) cəzanı yüngülləşdirən hallar kimi, dələduzluq cinayətlərinə münasibətdə isə cəzanı ağırlaşdıran halların müəyyən edilməməsini kifayət qədər nəzərə almış və bu hallara uyğun olan qanuni və ədalətli cəza təyin etmiş, apellyasiya instansiyası məhkəməsi də haqlı olaraq bu məsələ üzrə həmin məhkəmənin gəldiyi nəticə ilə razılaşmışdır. Məhkəmə kollegiyası da Məhkum2 CM-nin 178.2.1, 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə (CM-nin 178.2-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur) təyin edilmiş cəzanın hər hansı şəkildə yüngülləşdirilməsi üçün əsaslar görmür və buna görə apellyasiya instansiyası məhkəməsinin mübahisələnlirilən qərarının bu məsələyə dair hissədə dəyişdirilməsini mümkün bilmir. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməsi barədə Məhkum2 və dövlət ittihamçısı H.B.İmranovun çıxışlarını dinləyib yuxarıda göstərilənlərə əsaslanaraq hesab edir ki, kassasiya şikayəti təmin edilməli, Məhkum2 barəsin dəki Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 3N mart 2022-ci il tarixli qərarında ona aid hissədə dəyişiklik edilərək, onun CM-nin 32.4,312.2-ci maddələri ilə təqsirli bilinib məhkum olunmasına və sonuncuya CM-nin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə qəti cəzanın təyin edilməsinə dair müddəalar həmin qərardan və onunla bağlı Tərtər Hərbi Məhkəməsinin 06 avqust 2021-ci il tarixli hökmündən xaric edilməli və məhkumun üzərində ona CM-nin 178.2.1, 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təyin edilmiş cəza saxlanılmalıdır. Şərh oluanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.4-cü maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası QƏRARA A L D I: Kassasiya şikayəti təmin edilsin. Məhkum2 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4 və 32.4,312.2-ci maddələri ilə təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 3N mart 2022-ci il tarixli qərarı Məhkum2 aid hissədə dəyişdirilsin. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 3N mart 2022-ci il tarixli qərarından və və onunla bağlı Tərtər Hərbi Məhkəməsinin 06 avqust 2021-ci il tarixli hökmündən Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4,312.2-ci maddələri ilə təqsirli bilinib məhkum edilməsinə və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə qəti cəzanın təyin edilməsinə dair müddəalar xaric edilsin və Məhkum2 üzərində ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.3 və 1 78.2.4-cü maddələri ilə təyin edilmiş 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Qərar kassasiya şikayətinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar