Məhkəmə qərarları › İş №1-1(102)-54/2024

Ali Məhkəmə Qərar — İş №1-1(102)-54/2024

17.09.2024 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-54/2024 17.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Mövsümov Nazim Rasim oğlu və Muxtarov Teyyub Asif oğlundan ibarət tərkibdə, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlunun iştirakı ilə, Tərtər Hərbi Məhkəməsinin 31 oktyabr 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.4-1- ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Təqsirləndirilən şəxs barəsində Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 8 fevral 2024-cü il tarixli qərarından dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq MÜƏYYƏN ETDİ: Tərtər Hərbi Məhkəməsinin 31 oktyabr 2023-cü il tarixli 1-1(098)-199/2023 nömrəli (hakim: Sarıyev Əhməd Mədət oğlunun sədrliyi) hökmü ilə xx.xx.1997-ci il tarixdə Dəvəçi rayonunun x kəndində doğulmuş, x rayonunun x kəndində daimi qeydiyyatda olmaqla, hərbi xidmətlə əlaqədar N nömrəli hərbi hissədə yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum edilməmiş, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissənin 1-ci taborunun 3-cü bölüyünün 4-cü tağımının komandiri vəzifəsində, kiçik leytenant hərbi rütbə sində xidmət edən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 333.4-1-ci maddəsi ilə təqsirli bilinib, 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, barəsində CM-in 70-ci maddəsi tətbiq edilməklə 2 (iki) il sınaq müddəti ilə cəzası şərti hesab olunması, sınaq müddəti ərzində nümunəvi hərbi xidmət keçmək, ordudan tərxis olunduqdan sonra isə davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini dəyişməmək ona bir vəzifə olaraq həvalə olunması, sınaq müddəti ərzində Təqsirləndirilən şəxs davranışına nəzarət etmək hərbi qulluq keçdiyi hərbi hissənin komandanlığına, hərbi xidmət müddəti başa çatdıqdan sonra isə yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə olunması, barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbir inin hökm qanuni qüvvəsini alana kimi dəyişdirilməməsi qərara alınmışdır. Hökmdən dövlət ittihamçısı Orucov Azad Talıb oğlu tərəfindən verilmiş apellyasiya protestinə və müdafiəçi Mərdanlı Hümbət Natiq oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 8 fevral 2024-cü il tarixli 1-1(107)-5/2024 nömrəli (hakimlər: Səmədov Xəqani Hacı oğlu (sədrlik edən), Eyvazov Akif Məhərləm oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə) qərarı ilə apellyasiya protesti və apellyasiya şikayəti təmin edilməmiş, Tərtər Hərbi Məhkəməsinin 31 oktyabr 2023-cü il tarixli hökmü apellyasiya protestinə və apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 8 fevral 202 4-cü il tarixli qərarından dövlət ittihamçısı kassasiya protesti vermişdir. İŞİN HALLARİ: Tərtər Hərbi Məhkəməsinin 31 oktyabr 2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təqsirli bilinib, məhkum edilmişdir, ona görə ki, o, Müdafiə Nazirliyinin xxx yerləşən N nömrəli hərbi hissəsinin 1-ci taborunun 3-cü bölüyünün 4-cü taqımının komandiri vəzifəsində, kiçik leytenant hərbi rütbəsində xidmət edərkən N nömrəli hərbi hissə komandirinin xx.xx.2023-cü il tarixli, 58 nömrəli əmrinə əsasən N nömrəli hərbi hissəyə ezam olunmuş, xx.xx.2023-cü il tarixdə ezamiyyət vərəqəsini götürərək, xxx yerləşən N nömrəli hərbi hissəyə ezamiyyətə getməli olduğu halda getməyərək, xx.xx.2023-cü il tarixdə saat 14:00-da xidmət yeri hesab olunan xxx-də N nömrəli hərbi hissəyə qayıtmaqla, zabit olmaqla üzrlü səb əblər olmadan üç aydan artıq müddətə xidmət yerinə vaxtında qayıtmamışdır. KASSASİYA PROTESTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİSİNİN ÇİXİŞİ: Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, Şəki Apellyasiya Məhkəməsinin qərarı əsassız olduğundan ləğv edilməli, cinayət işi yeni apellyasiya baxışına qaytarılmalıdır. Belə ki, cinayət işinin materialları və iş üzrə toplanılmış sübutlarla müəyyən olunur ki, apellyasiya protestində göstərilmiş dəlillərə apellyasiya instansiyası məhkəməsi tərəfindən müvafiq hüquqi qiymət verilməmiş, irəli sürülmüş arqumentlərə qarşı kifayət qədər və zəruri əsaslandırma aparılmadan protestin dəlillərinin əsassız olması qənaətinə gəlinməklə, yalnız birinci instansiya məhkəməsinin gəldiyi nəticənin təkrarən qərarda yazılması ilə kifayətlənilmiş v ə nəticə etibarilə düzgün və ədalətli qərarın qəbul edilməsi təmin edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun şəxsiyyətini, törətdiyi cinayətin ictimai təhlükəliliyini, xarakterini düzgün qiymətləndirməmiş, məhkumun şəxsiyyətinə və cinayətin xarakterinə uyğun olmayan və cəzanın qanunla müəyyən edilmiş məqsədinə xidmət etməyən, yüngüllüyünə görə açıq-aydın ədalətsiz cəza təyin etmişdir ki, bu da məhkəmə hökmünün dəyişdirilməsi üçün əsasdır. Məhkəmənin hansı əsasla məhkuma real cəza təyin edilmədən onun islah oluna biləcəyinə ümid etməsi özü-özlüyündə sual doğuran yanaşmadır və Qanunvericilikdə CMin 70-ci maddəsinin tətbiqi üçün məhkumun səmimi peşmançılığı, əməlini etiraf etməsi ilə bağlı birbaşa göstəriş yoxdur. Həmçinin məhkumun ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsi cəzanı yüngülləşdirən hal kimi sayıla bilməz. Çünki, şəxsin cinayət törətməməsi onun cəmiyyətdə normal davranışı kimi qəbul edilir. Şəxsin cinayət məsuliyyətinə (ilk dəfə və ya sonrakı dəfələr) cəlb edilməsi onun müsbət ictimai xarakterizə üçün əsas ola bilməz. Bundan başqa məhkəmə məhkumun müsbət xarakterizə olunmasını da düzgün olmayaraq cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirmiş və onun barəsində CM-nin 70-ci maddəsinin tətbiq edilməsini əsaslı hesab etmişdir. Lakin konkret halda bu kimi nəticə cinayət qanunvericiliyinin tələblərinə və işin hallarına uyğun deyil. Odur ki, göstərilənləri nəzərə alaraq, Təqsirləndirilən şəxs barəsində Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 8 fevral 2024-cü il tarixli qərarını ləğv etməklə, cinayət işinin yeni apellyasiya bax ışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlu çıxış edərək, kassasiya protestinin təmin edilməsini və Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 8 fevral 2024-cü il tarixli qərarının ləğv edilərək işin yeni apellyasiya baxışına təyin edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununu n və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya protestinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində məhkəmələr tərəfin dən məhkumun barəsində təyin edilmiş cəzanın yüngül olduğu iddia edilmiş və mübahisələndirilən qərarın ləğv edilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.21-ci (məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə) maddəsində nəzərdə tutulmuş halla əlaqələndirilmişdir. Məhkəmə kollegiyası qeyd olunan kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 8 fevral 2024cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq, aşağıdakı xüsusatları qeyd edir. Tədqiq olunmuş iş materiallarından, birinci instansiya məhkəməsinin hökmündən və apellyasiya məhkəməsinin qərarından g örünür ki, məhkum Təqsirləndirilən şəxs verilmiş zabit olmaqla üzürlü səbəblər olmadan xidmət yerinə üç aydan artıq müddətə qayıtmama ilə bağlı ittiham birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-in 143-146cı maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin bunlara dair gəldiyi nəticə ilə razılaşmışdır. Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində əməlin tövsifi mübahisələndirilməsə də, təyin olunmuş cəzanın yüngül olduğunu, Təqsirləndirilən şəxs təyin edilmiş cəzanı şərti hesab etməyin əsassız olduğu və şəxsin törətmiş olduğu əməlin ədalətli nəticəsi olmadığı iddia edilir. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya protestinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir. Belə ki, "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarında qeyd edilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin cəzanın anlayışı və məqsədini müəyyən edən 41-ci maddəsi və cinayət qanununun vəzifələri və prinsip lərinin müddəaları cinayətkarlıqla mübarizədə cinayət cəzasını əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan bir tədbir kimi nəzərdə tutur. Ona görə də, cinayətkarlıqla mübarizədə əsas diqqət sosial-iqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməli, həmin tədbirlər gözlənilən nəticəni vermədikdə yalnız bundan sonra son tədbir kimi cinayət-hüquqi təsir tədbirləri tətbiq edilməlidir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsi n islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. İş materiallarından görünür ki, məhkəmələr tərəfindən məhkum Təqsirləndirilən şəxs cəza təyin edilərkən və cəzanı şərti hesab edərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən hallar (əvvəllər cinayət məsuliyyətinə cəlb olunmaması, ilk dəfə öz xarakterinə görə az ağır cinayət törətməsi, təqsirini etiraf edib istintaq orqanı ilə əməkdaşlıq etməsi, əməlindən səmimi peşmançılıq çəkməsi, xidmət yerindən müsbət xarakterizə olunması, 19-xx.xx.2023-cü il tarixlərdə keçirilən antiterror əməliyyatında fəal iştirak etməsi), ağırlaşdıran halların isə olmaması, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə uyğun olaraq, Təqsirləndirilən şəxs islah olunması məqsədini və Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən, təqsirli bilindiyi madd ənin sanksiyasında nəzərdə tutulmuş kifayət qədər ədalətli cəza təyin edilmişdir. Birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun əvvəllər cinayət məsuliyyətinə cəlb olunmamasını, ilk dəfə öz xarakterinə görə az ağır cinayət törətməsini, təqsirini etiraf edib istintaq orqanı ilə əməkdaşlıq etməsini, əməlindən səmimi peşmançılıq çəkməsini, xidmət yerindən müsbət xarakterizə olunmasını, 19xx.xx.2023-cü il tarixlərdə keçirilən antiterror əməliyyatında fəal iştirak etməsini, cəzasını ağırlaşdıran halın olmamasını və onun artıq islah yolunda olmasını nəzərə alaraq onun cəza çəkmədən islah olunmasını mümkün sayaraq, barəsində CM-in 70-ci maddəsini tətbiq etməklə həmin cəzanın sınaq müddəti müəyyən olunmaqla şərti təyin edilməsini məqsədəmüvafiq hesab etmişdir. İş mate riallarında olan N nömrəli hərbi hissənin təqdim etdiyi xidməti xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunmuşdur. Xidməti dövrundə beş dəfə həvəsləndirilmişdir. İş materiallarında olan Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən müəyyən olunur ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan N nömrəli hərbi hissə tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli sorğuya cavabdan görünür ki, Təqsirləndirilən şəxs 19-xx.xx.2023cü il tarixində antiterror əməliyyatlarında iştirak etmişdir. O cümlədən, Təqsirləndirilən şəxs məhkəmə iclasında ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.4-1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü tam təqsirli bilərək ifadəsində g östərmişdir ki, törətdiyi əməldən səmimi peşmandır və öz xidmətində dönüş etmişdir. Ümumiyyətlə, cəzanı yüngülləşdirən hallar dedikdə, təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və cinayət tərkibindən kənarda qalan, lakin qanunda nəzərdə tutulan müxtəlif hallar başa düşülməlidir. Cəzanı yüngülləşdirən halların cinayət-hüquqi əhəmiyyəti ondan ibarətdir ki, onlar: 1) əməlin tövsif edildiyi maddənin sanksiyasına uyğun seçilən cəza növünün aşağı həddinə yaxın həddə cəza təyin etməyə; 2) alternativ sanksiyaya malik maddələrlə məsuliyyət həll edilərkən daha yüngül cəza təyin etməyə; 3) qanunda nəzərdə tutulduğundan daha yüngül cəza təyin etməyə; 4) şərti məhkum etmə institutunu tətbiq etməyə; 5) təyin edilən cəzanın nisbətən yüngül rejimli cəzaçəkmə müəssisəsində çəkilməsini müəyyə n etməyə hüquq verir. Göründüyü kimi hər bir halda yüngülləşdirici halların mövcudluğu nisbətən yüngül cəza təyin edilməsini nəzərdə tutur. Lakin, o da nəzərdən qaçırılmamalıdır ki, cəzanın yüngülləşdirilməsinə dair əsaslar müəyyən olunduqda belə, bu hallar cəzanın təyinində əhəmiyyət kəsb edən, o cümlədən CM-in 8, 58.3-cü maddələrində göstərilən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəliliyi, törədilmə halları, təqsirkarın şəxsiyyəti, təyin olunan cəzanın onun islah olunmasına, cəzanın digər məqsədlərinin realizə edilməsinə təsiri kimi məsələlərlə birlikdə götürülməklə həll edilməlidir. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM- in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aidiyyatı olub, cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır və cinayət qanununda nəzərdə tutulmuş güzəştli institutlar elə tətbiq olunmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin. Qeyd olunan cinayət-hüquqi normalarına əsasən və məhkəmə kollegiyasının hüquqi mövqeyinə nəzərən kassasiya protestinin dəlillər ini baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda, dövlət ittihamçısının məhkuma cəzanın məsuliyyəti yüngülləşdirən halların düzgün nəzərə alınmaması ilə təyin edildiyi üçün həddindən artıq yüngül olması, cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmaması, məhkum barəsində CM-in 70-ci maddənin tətbiqinin qeyri-qanuni olmasına dair iddiasının əsassız olduğu müəyyən edilir. Məhkəmə kollegiyası qeyd edir ki, CM-nin 58.1-ci maddəsinə əsasən “.... Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir”. Ali Məhkəmənin Plenumunun yuxarıda istinad edilən Qərarında qeyd edilmişdir ki, “cəzaların tətbiqi məsələsi müzakir ə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir.” Göstərilən normaların tələbləri baxımından məhkəmə kollegiyası hesab edir ki, məhkuma təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının şərti tətbiq edilməsi ilə nə üçün islah olunmayacağını və cəzanın məqsədinə daha ağır – azadlıqdan məhrum etmə cəzasının faktiki olaraq çəkilməsi nəticəsində nail olunacağını dövlət ittihamçısı kassasiya protestində əsaslandıra bilməmişdir. Bundan əlavə dövlət ittihamçısı nəzərdən qaçırmışdır ki, şərti məhkum etmə institu eyni zamanda şəxsin sınaq müddəti ərzində öz davranışı ilə islah olunmadığı təqdirdə şərti məhkum edilmənin ləğv edilməsini və hökmlə təyin olunmuş cəzanın icra olunmasını nəzərdə tut ur. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs islah olunması üçün vaxt verilməlidir və sınaq müddəti ərzində öz davranışı ilə islah olunduğunu sübut edə bilmədiyi təqdirdə ona təyin olunmuş cəzanın real icrasından danışmaq olar. Məhkəmə kollegiyası hesab edir ki, dövlət ittihamçısı kassasiya protestində Cinayət Məcəlləsinin 61.1.1-61.1.13-cü maddələrində göstərilmiş ağırlaşdırıcı hallara istinad etməmiş, Cinayət Məcəlləsinin 59-cu maddəsinin tələblərini təhrif etmiş və yalnız öz formal mülahizələrinə əsaslanmaqla məhkuma daha ağır cəzanın təyin edilməsi məqsədilə azadlıqdan məhrum etmə cəza növünün şərti tətbiq edilməsi ilə əlaqədar apellyasiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir. Halbuki CPM-nin 416.1.21-ci maddəsində aydın göstərilmişdir ki, “məhkəmə məsu liyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir”. Məhkəmə kollegiyası qeyd olunanlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya protestinin dəlilləri isə əsassızdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbu l etməyə haqlıdır. Bütün bunları nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilməsin. Tərtər Hərbi Məhkəməsinin 31 oktyabr 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.4-1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Təqsirləndirilən şəxs barəsində Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 8 fevral 2024-cü il tarixli qərarı kassasiya protestinə əsasən dəyişdirilməd

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar