Məhkəmə qərarları › İş №1-1(102)-54/2025

Ali Məhkəmə Qərar — İş №1-1(102)-54/2025

21.05.2025 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-54/2025 21.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Cəbrayılova Sevinc Elton qzının katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X1 iştirakı ilə, Məhkum Azərbaycan Respublikası CM-in 333.4-1-ci maddəsi ilə məhkum edilməsinə dair Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası nın 2024-cü il 26 dekabr tarixli, 1-1(106)-39/2024 nömrəli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında mahiyyəti üzrə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Füzuli Hərbi Məhkəməsinin (Ə.B.Nəcəfov) 2024-cü il 18 oktyabr tarixli, 1-1(097)128/2024 nömrəli hökmü ilə, xx xxxxxx 1994-cü il tarixdə Qazax rayonunda doğulmuş, evli, himayəsində 1 (bir) azyaşlı uşağı olan, orta təhsilli, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmamış, Qazax rayonunun Kəmərli kəndində daimi qeydiyyatda olan, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin sabiq müddətdən artıq həqiqi hərbi xidmətdə olan hərbi qulluqçusu, əsgər, hazırda azadlıqdan məhrum etmə növündə cəza çəkən, X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.4-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, barəsində CM-in 62-ci maddəsi tətbiq edilməklə ona 1 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 2024- cü il 28 iyun tarixdən hesablanması hökm edilmişdir. Hökmdən dövlət ittihamçısı apellyasiya protesti vermişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (X3 (sədrlik edən), X4 və X2 ibarət tərkibdə) 2024-cü il 26 dekabr tarixli, 1-1(106)-39/2024 nömrəli qərarı ilə apellyasiya protesti təmin edilmiş, hökm dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə əsasən dəyişdirilmiş, CM-in 62-ci maddəsinin tətbiq edilməsinə dair müddəa Füzuli Hərbi Məhkəməsinin 18 oktyabr 2 024-cü il tarixli 1-1(097)-128/2024 saylı hökmündən xaric edilmiş, CM-in 333.4-1-ci maddəsi ilə təqsirli bilinmiş Məhkum 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İŞİN HALLARİ: Məhkum müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi hərbi xidmətdə olarkən, üzrlü səbəblər olmadan xidmət yerinə üç aydan artıq müddətdə vaxtında qayıtmamışdır. Belə ki, Məhkum Müdafiə Nazirliyinin Laçın rayonu ərazisində yerləşən N nömrəli hərbi hissəsinin 2-ci taborunun 5-ci bölüyünün 3-cü tağımının 2-ci manqasında baş atıcı vəzifəsində, əsgər hərbi rütbəsində müddətdən artıq həqiqi hərbi xidmətdə olarkən 2022-ci il 6 oktyabr tarixdə 8 gün müddətinə növbəti məzuniyyətə buraxılaraq yaşadığı Qazax rayonuna getmiş, 2022-ci il 14 ok tyabr tarixdə xidmət yerinə qayıtmalı olduğu halda üzrlü səbəblər olmadan qayıtmamış, yalnız N nömrəli hərbi hissənin komandirinin 2023-cü il 17 yanvar tarixli 17 Nə-li əmri ilə həmin tarixdə hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılıb ehtiyata tərxis edilməklə, üzrlü səbəblər olmadan xidmət yerinə üç aydan artıq müddətdə vaxtında qayıtmamışdır. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, DÖVLƏT İTTİHAMÇİSİNİN ÇİXİŞİ; Məhkum kassasiya şikayətini əsaslandıraraq bildirmişdir ki, o, Vətən Müharibəsi iştirakçısıdır, müxtəlif medallarla təltif olunmuşdur və himayəsində azyaşlı uşağı vardır. Məhkum kassasiya şikayətində göstərilənlərə əsasən cəzasının yüngülləşdirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı Ayxan Hüseynli kassasiya şikayətinin təmin ed ilməməsini və Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 26 dekabr tarixli qərarının dəyişdirilmədən saxlanılmasının xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkə məsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunların normalarının düz gün tətbiq edilib-edilməməsi məsələlərini yoxlayır. Məhkum kassasiya şikayətində cəzasının yüngülləşdirilməsini mübahisələndirərək apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsi barədə tələbini CPM-in 416.1.21-ci maddəsində nəzərdə tutulan hallarla əlaqələndirmişlər. Məhkəmə kollegiyası kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya müraciətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mən əvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən fakt ların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməlidir. İşin hallarından güründüyü kimi müdafiə tərəfi məhkumun əməlinin tövsifini mübahisələndirməmiş, yalnız cəza məsələsini mübahisləndirmişdir. Buna baxmayaraq, məhkəmə kollegiyası hesab edir ki, cinayət işi üzrə tolanmış mötəbər sübutların məcmusu ilə Məhkum CM-in 333.4-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. Məhkuma təyin edilmiş cəza ilə bağlı məhkəmə kollegiyası aşağıdakıların qeyd edilməsini zəıruri hesab edir Belə ki, cinayət işinə əlavə edilmiş sənədlərdən görünür ki, Məhkum Vətən Müharibəsində iştirak etdiyinə görə Azərbaycan Respublikasının Prezi denti, Cənab Ali Baş Komandan tərəfindən verilmiş müvafiq sərəncamla “Qubadlının azad olunmasına görə”, Azərbaycan Respublikasının Baş Naziri tərəfindən verilmiş “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunmuşdur. Cinayət işinə əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Məhkum ailəlidir və himayəsində 01 (bir) azyaşlı uşağı vardır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüng ülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarında qeyd edilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin cəzanın anlayışı və məqsədini müəyyən edən 41-ci maddəsi və cinayət qanununun vəzifələri və prinsiplərinin müddəaları cinayətkarlıqla mübarizədə cinayət cəzasını əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan bir tədbir kimi nəzərdə tutur. Ona görə də, cinayətkarlıqla mübarizədə əsas diqqət sosial-iqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməli, həmin tədbirlər gözlənilən nəticəni vermədikdə yalnız bundan sonra son tədbir kimi cinayət-hüquqi təsir tədbirləri tətbiq edilməlidir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəz ərə alınır”. Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən, cəzanı yüngülləşdirən halların dairəsi qanunla məhdudlaşdırılmır və Cinayət Məcəlləsinin 59-cu maddəsində göstərilməyən başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Cəzanı yüngülləşdirən hallar dedikdə, təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin və cinayətin təhlükəliliyini azaldan, cinayət tərkibindən kənarda qalan, lakin qanunda nəzərdə tutulan müxtəlif hallar başa düşülməlidir. Cəzanı yüngülləşdirən halların cinayət-hüquqi əhəmiyyəti ondan ibarətdir ki, onlar: 1) əməlin tövsif edildiyi maddənin sanksiyasına uyğun seçilən cəza növünün aşağı həddinə yaxın həddə cəza təyin etməyə; 2) alternativ sanksiyaya malik maddələrlə məsuliyyət həll edilərkən daha yüngü l cəza təyin etməyə; 3) qanunda nəzərdə tutulduğundan daha yüngül cəza təyin etməyə (CM-nin 62-ci maddəsi); 4) şərti məhkum etmə institutunu tətbiq etməyə(CM-nin 70-ci maddəsi); 5) təyin edilən cəzanın nisbətən yüngül rejimli cəzaçəkmə müəssisəsində çəkilməsini müəyyən etməyə hüquq verir. Aydın məsələdir ki, yüngülləşdirici halların mövcudluğu yuxarıda qeyd edilən müxtəlif formalarda nisbətən yüngül cəza təyin edilməsini nəzərdə tutur. Lakin o da nəzərdən qaçırılmamalıdır ki, cəzanın yüngülləşdirilməsinə dair əsaslar müəyyən olunduqda belə, bu hallar cəzanın təyinində əhəmiyyət kəsb edən, o cümlədən CM-in 8, 58.3-cü maddələrində göstərilən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəliliyi, törədilmə halları, təqsirkarın şəxsiyyəti, təyin olunan cəzanın onun islah olunmasına, cəzanın digər məqsədlərinin realizə edilməsinə təsiri kimi məsələlərlə birlikdə götürülməklə həll edilməlidir. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aidiyyatı olub, cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır və cinayət qanununda nəzərdə tutulmuş güzəştli institutlar elə tətbiq olunmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuz luq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin. Cinayət prosessual qanunvericiliyə əsasən (CPM-139.0.5-ci mad.) cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. İş materialarındakı müvafiq sənədlərə əsasən Məhkum ailəsinə yeganə qazanc gətirən şəxs olması, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsi, əvvəllər məhkum olunmaması, himayəsində bir azyaşlı uşağının olması, Vətənimizin erməni işğalçılarından azad olunması uğrunda aparılan müqəddəs müharibədə fəal iştirak edərək Vətən müharibəsi veteranı olması, Cənab Prezident tərəfindən medalla təltif edilməsi təs diq olunur. Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən, cəzanı yüngülləşdirən halların dairəsi qanunla məhdudlaşdırılmır və Cinayət Məcəlləsinin 59-cu maddəsində göstərilməyən başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin edilməsi məsələlərinə həsr olunmuş CM-in 62.1 və 62.2-ci maddələrinin mənasına görə cəzanı yüngülləşdirən ayrı-ayrı hallar və yaxud onların məcmusu CM-in 62.1-ci maddəsində sadalananlara, yəni cinayətin məqsədi və motivinə, təqsirkarın cinayətin törədilməsində roluna, cinayətin törədilməsi zamanı və sonrakı davranışına, digər hallara aid olub cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaltdıqda, şəxsin barəsində CM-in 62-ci maddəsinin tətbiqini mümkün edən əsaslar kimi nəzərdən keçirilə bilərlər. Lakin o da nəzərdən qaçırılmamalıdır ki, CM-in 62-ci maddəsinin nəzərdə tutduğu (CM-in 62.1-ci maddəsində göstərilən halların dairəsinə daxil edilə bilən) əsaslar müəyyən olunduqda belə, bu halların cinayətin ictimai təhlükəliliyinə (onun əhəmiyyətli dərəcədə azaldılması yönündə) təsir edib-etməməsi, yəni onların cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan müstəsna hallar kimi qiymətləndirilməsinin mümkünlüyü məsələsi, yalnız sözügedən hallara görə deyil, həm də cəzanın təyinində əhəmiyyət kəsb edən, o cümlədən CM-in 8, 58.3-cü maddələrində göstərilən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəliliyi, törədilmə halları, təqsirkarın şəxsiyyəti, təyin olunan cəzanın onun islah olunması və cəzanın onun ailəsinin həyat şərainə təsiri kimi m əsələlərlə birlikdə götürülməklə həll edilməlidir. Ali Məhkəmənin Plenumunun yuxarıda istinad edilən Qərarında qeyd edilmişdir ki, “cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və həddinin seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir.” Məhkəmə kollegiyası nəzərə çatdırır ki, yuxarıda sadalanan qanun normalarının tələblərinə görə təqsirləndirilən şəxsə məhz hansı cəzanın təyin edilməli olduğunu müəyyən etmək üçün məhkəmə cinayət qanununun törədilmiş əmələ görə cinayət məsuliyyəti nəzərdə tutan normasının sanksiyasını, konkret cəza növünün təyin olunması şərtlərini, habelə cinayət qanunun cəza təyin etmənin əsaslarını müəyyən edən normalarını (CM-nin 8, 9, 41, 58-71 və 85-86-cı maddələri) rəhbər tutur. İtti ham hökmü çıxarılarkən cəza təyin etmə məsələsi ən mühüm məsələ olduğundan, məhkəmə cinayət qanunun bütün tələblərini nəzərə almaqla, cəzanın fərdiləşdirilməsi prinsiplərindən istifadə etməklə ədalətli, qanuni və layiqli cəza təyin etməli və yəqin ki, bu zaman cəzanın məqsədlərinə nail olunması da diqqət mərkəzində olmalıdır. Məhkəmə kollegiyası Məhkum tərəfindən törədilmiş cinayət əməlinin məqsəd və motivini, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna halları, eləcə də məhkumun cəzasını yüngülləşdirən halların məcmuyunu müstəsna hal kimi qiymətləndirir və hesab edir ki, Məhkum təqsirli bilindiyi CM-in 333.4-1-ci maddəsinə CM-in 62-ci maddəsi tətbiq edilməklə ona təyin edilmiş azadlıdan məhrum etmə cəzasının müddəti azaldılmalıdır. Qeyd olunanlara əsas ən məhkəmə kollegiyası hesab edir ki, məhkumun kasssaiya şikayəti təmin edilməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 dekabr 2024-cü il tarixli qərarı dəyişdirilməli, Məhkum təqsirli bilindiyi CM-in 333.4-1-ci maddəsinə CM-in 62-ci maddəsi tətbiq edilməklə, ona həmin maddənin sanksiyasının ən aşağı həddindən də aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.4-cü maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilsin. Füzuli Hərbi Məhkəməsinin 2024-cü il 18 oktyabr tarixli, 1-1(097)-128/2024 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.4-1-ci maddəsi ilə təqsirli bilinər ək məhkum edilmiş Məhkum barəsində olan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 26 dekabr tarixli, 1-1(106)-39/2024 nömrəli qərarı məhkuma təyin edilən cəzaya aid hissədə dəyişdirilsin. Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.4-1-ci maddəsinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə, təyin edilən 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası 2 (iki) il müddətinə endirilsin. Qərar, kassasiya şikayətinə münasibətdə, qalan hissədə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar