Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-55/2023 12.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, İsa-zadə Elnur Nizami oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun və məhkumun iştirakı ilə, xx xxxxxx il tarixdə Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kəndində doğulmuş Azərbaycan Respublikası vətəndaşı, ailəli himayəsində bir azyaşlı övladı olan, tam orta təhsilli əvvəllər məhkum olunmamış, Ağcabədi rayonunun Yuxarı Q iyaməddinli qeydiyyatda olan, N nömrəli hərbi hissənin sabiq müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda aparılmış döyüş əməliyyatlarında göstərdiyi şücaətlərə görə Azərbaycan Respublikasının Prezidenti tərəfindən «Xocavəndin azad olunmasına görə» və «Ağdamın azad olunmasına görə» medalları ilə təltif olunmuş, 09 oktyabr N1-ci il tarixdə xəstəliyə görə ordu sıralarından ehtiyata buraxılmış Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 34N.N-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 mart N3-cü il tarixli, 1-1(104)-14/N3 nömrəli qərarından apellyasiya instansiyası məhkəməsində iştirak etmiş dövlət ittihamçısı Rizvanov Qalib Arif oğlu tərəf indən verilmiş kassasiya protestinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Tərtər Hərbi Məhkəməsinin 18 oktyabr NN-ci il tarixli, 1(098)-N7/NN nömrəli hökmü ilə (hakim: Sevindik Əzizov) Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 34N.N-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 70.1 və 70.3-cü maddələrinə əsasən 1 (bir) il 6 (altı) ay sınaq müddəti müəyyən olunmaqla ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilmiş, onun üzərinə sınaq müddəti ərzində davranışına nəzarət edən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmuş, sınaq müddətinin əvvəlinin hökm qanuni qüvvəyə mindiyi gündən hesab lanması hökm edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 mart N3-cü il tarixli qərarı ilə (hakimlər: T.A.Muxtarov (sədrlik edən və məruzəçi), R.M.Cəfərov və N.T.Əliyevdən ibarət tərkibdə) dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti və məhkumun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Tərtər Hərbi Məhkəməsinin 18 oktyabr NN-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 mart N3-cü il tarixli qərarından dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Piriyev X9 Nazirliyinin N nömrəli hərbi hissəsinin Artilleriya Divizionunun 1-ci artilleriya batareyasının 1-ci tağımının idarəetmə manqası nın sürücü vəzifəsində, əsgər hərbi rütbəsində müddətdən artıq həqiqi hərbi xidmətdə olarkən, N7 sentyabr – 10 noyabr N0-ci il tarixlərdə aparılmış «Vətən Müharibəsi»ndən sonra xidmət etdiyi batareyanın şəxsi heyəti hərbi hissə komandirinin müvafiq məxfi əmrinə əsasən, N0-ci ilin noyabr ayının sonlarında daimi dislokasiya olaraq Ağdam rayonunun Şelli kəndinin ərazisində yerləşdirilmişdir. Bundan sonra, batareyanın 1-ci tağımının şəxsi heyəti həmin tarixdən etibarən batareya komandirinin müvafiq əmri ilə tutulmuş cədvəl əsasında Ağdam rayonunun Qasımlı kəndinin ərazisində 1 №-li atəş mövqeyində döyüş növbətçiliyinin aparılmasına cəlb edilmişdir. Həmin vaxtdan etibarən Məhkum atəş mövqeyinə təyin olunan müddətli həqiqi hərbi qulluqçulardan ibarət patrul qrupu üzərində rəis təyin olunmaqla hə min mövqedə mövqe başçısı, eləcə də qarovul rəisi kimi xidmət etməyə başlamışdır. O, batareya komandirinin müvafiq əmri əsasında N6 fevral N1-ci il tarixdən N7 fevral N1-ci il tarixədək olan müddətdə 1 №-li atəş mövqeyinə döyüş (patrul) növbətçiliyinin həyata keçirilməsinə təyin olunmuş patrullar üzərində rəis təyin olunaraq mövqe başçısı, habelə qarovul rəisi kimi xidməti vəzifələrini icra edərkən, N7 fevral N1-ci il tarixdə saat 03:00-dan saat 05:00-a kimi əsgərlər X8 ilə X6 1 №-li atəş mövqeyində döyüş (patrul) növbətçiliyinə təyin olunmaqla atəş mövqeyinin qabaqcadan müəyyən edilmiş mövqelərində döyüş (patrul) növbətçiliyini həyata keçirməli olduqları, əsgərlər Zərərçəkmiş şəxsN ilə Zərərçəkmiş şəxs1 ayıq növbədə olmaqla hərbi hissə komandirinin «N nömrəli hərbi hissə komandirinin əmri nə əsasən şəxsi heyətin istiliklə təmin edilməsi» haqqında 16 yanvar N1-ci il tarixli, 67 №-li əmrinə əsasən, həmçinin sobaçı vəzifələrini də icra etməklə N0-ci ilin noyabr ayının sonlarından etibarən atəş mövqeyinin ərazisinə gətirilmiş və şəxsi heyətin soyuq havalarda içərisində dayanıb xidmət aparması üçün nəzərdə tutulmuş dəmir və politelin materialdan olan sığınacağın içərisində quraşdırılmış sobanın qızdırılmasına, sobanın daim yanar vəziyyətdə saxlanılmasına nəzarət etməli və yanğın təhlükəsizliyi məqsədi ilə sobanın altına qoyulmuş qumun mütəmadi dəyişdirilməsini təmin etməli olduqları, özünün isə mövqe başçısı kimi saat 09:00-dan 13:00 kimi istirahətdə olmaqla digər vaxtlarda döyüş növbətçiliyinin düzgün aparılmasına, vaxtlı-vaxtında dəyişdirilməsinə, sobaçılar üzərində nəzarəti h əyata keçirməyə və döyüş mövqeyində yanğın təhlükəsizliyi qaydalarına riayət olunmasına cavabdeh şəxs olduğu halda, rəis kimi öz xidməti borcuna vicdansız və laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməyərək N7 fevral N1-ci il saat 03 radələrindən saat 07 radələrinədək əsgərlər x1, x2, Zərərçəkmiş şəxsN və Zərərçəkmiş şəxs1lə, eləcə də istirahətdə olan əsgərlər X4 və Zərərçəkmiş şəxs3 ilə birlikdə sığınacaqda quraşdırılmış çarpayılarda yatmış və bu müddət ərzində onun tərəfindən Azərbaycan Respublikası Qarnizon və Qarovul Nizamnaməsinin 95-ci maddəsində nəzərdə tutulmuş «Qarovul xidmətini yerinə yetirmək döyüş vəzifəsini yerinə yetirmək deməkdir və şəxsi heyətdən bu Nizamnamənin bütün müddəalarına dəqiq əməl etməyi, yüksək sayıqlıq göstərməyi tələb edir», 130-cu mad dəsində nəzərdə tutulmuş «Qarovul rəisi qarovula tapşırılmış obyektlərin mühafizəsinə və müdafiəsinə, qarovulun şəxsi heyətinin düzgün xidmət etməsinə, postlarda olan yanğınsöndürmə vasitələrinin saxlanmasına və sazlığına cavabdehdir» və 13N-ci maddəsində nəzərdə tutulmuş «Qarovul rəisinin vəzifəsidir: qarovulun şəxsi heyətindən öz vəzifələrini dəqiq yerinə yetirməyi, yüksək sayıqlıq və intizam tələb etmək, saatdarların xidmət yerinə yetirmələrini, yanğın söndürmə vasitələrinin sazlığını şəxsən yoxlamaq» kimi tələbləri pozularaq, atəş mövqeyində fasiləsiz döyüş növbətçiliyinin, eləcə də ayıq xidmətin aparılması və vaxtlıvaxtında dəyişdirilməsi təmin edilməmişdir. Həmçinin Məhkum həmin müddət ərzində mövqe başçısı kimi Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və Qarovul Xidmətl əri Nizamnaməsinin 19-cu fəslinin 359, 360, 361, 36N və 363-cü maddələrinin, Müdafiə Nazirinin 1N aprel N0-ci il tarixli N №-li, N nömrəli hərbi hissə komandirinin N iyul N0-ci il tarixli N №-li və N nömrəli hərbi hissə komandirinin N dekabr N0-ci il tarixli 1574 №-li əmrlərinin tələblərinə əsasən, yanğın təhlükəsizlik qaydalarına cavabdeh şəxs olaraq «Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları»nın 1.7-ci bəndində göstərilmiş «Hüquqi, fiziki, vəzifəli şəxslər, mülkiyyət sahibləri, mülkiyyətə sahib olmağa, ondan istifadə etməyə və ya onu idarə etməyə vəkil edilmiş şəxslər, yanğın təhlükəsizliyinin təmin edilməsinə müəyyən edilmiş qaydada təyin edilmiş şəxslər yanğın təhlükəsiziliyi qaydalarının, göstərişlərin, qərarların və yanğın nəzarəti üzrə dövlət yanğın nəzarəti orqanla rının digər qanuni tələblərinin vaxtında yerinə yetirilməsini təmin etməlidirlər», Azərbaycan Respublikası Qarnizon və Qarovul Nizamnaməsinin N37-ci maddəsində nəzərdə tutulmuş «Qarovul rəisinin vəzifəsidir: qarovul otağında müəyyən edilmiş qayda qanunu saxlamaq, qarovul otağında sobaları qalamaq qarovul heyətinə həvalə olunur. Qarovulun bu vəzifələri yerinə yetirməsinə həmçinin avadanlığın, invertarın və əmlakın salamatlığına nəzarət etmək qarovul rəisinin köməkçisinə, o, təyin edilməyən qarovullarda isə qarovul rəisinə həvalə olunur» tələblərini, eləcə də Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 180-cı bəndində göstərilmiş «Nasaz sobalardan istifadə etmək, sobaları nəzarətsiz qoymaq, qadağandır», Azərbaycan Respublikası Silahlı Qüvvələrin Daxili Xidmət Ni zamnaməsinin Yanğın təhlükəsizliyi qaydalarına dair 5 saylı Əlavəsinin N-ci bəndində göstərilmiş «Yanğın təhlükəsizliyi məqsədilə aşağıdakılar qadağandır: -nasaz sobalardan istifadə etmək, alışan materialları və əmlakı sobaların yaxınlığında qoymaq; yanan sobaları nəzarətsiz buraxmaq» kimi tələbləri pozub rəis kimi öz xidməti borcuna vicdansız və laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməyərək, atəş mövqeyində yanğın söndürmə qrupunun fəaliyyət göstərmədiyini, yangından mühafizə planının və yanğın söndürmə vasitələrinin olmadığını nəzərə almayıb yatdıqları dəmir kunqun içərisində N0-ci ilin dekabr ayından quraşdırılmış və maye yanacaqla alışdırılan yanğın təhlükəli sobanın istifadə olunmasına icazə verib N7 fevral N1-ci il tarixdə saat 03:00-dan 07:00-a kimi olan mü ddət ərzində ayıq növbədə olan əsgərlərin yanan sobaya nəzarət etmələrini, o cümlədən təhlükəsizlik qaydası kimi həmin sobanın ətrafında olan tez alışan materialların alışmaması məqsədi ilə altına tökülmüş qumun mütəmadi olaraq dəyişdirilməsini təşkil etməyərək özü də alışan sobanı və əsgərləri nəzarətsiz qoymuşdur. Bu səbəbdən N7 fevral N1-ci il tarixdə saat 07 radələrində sığınacağın içərisində quraşdırılmış maye yanacaqla çalışan sobanın alt hissəsi, alovun sobanın altına tökülmüş qumun üzərinə sıçrayaraq alışması nəticəsində yanmış, bu zaman yanğına oyanmış əsgər Zərərçəkmiş şəxs1 yanar sobanın üzərinə örtük ataraq onu söndürməyə, bunun mümkün olmadığını gördükdə isə sobanı götürüb çölə çıxarmağa cəhd etməsinə baxmayaraq, onun isti sobanı ümumi giriş qapısının qarşısında əlindən salmas ından sonra alov dərhal sobadan sığınacağın girişinə, daha sonra isə bütün konktruksiyasına keçərək yayılmış və bu zamanı dəmir sığınacağın içərisində olan əsgər x1 sığınacağın içərisindən çıxa bilməyərək həyat üçün təhlükəli olan və sağlamlığa ağır zərər vurmaya aid «Dəm qazı ilə kəskin zəhərlənmə və bədən səthinin 90 %-dən çox hissəsinin İİİ-İV dərəcəli termiki yanığı» xəsarətlərini alıb yatdığı çarpayının üzərində yanaraq ölmüş, əsgər x2 isə kunqdan çıxmağa müvəffəq olsa da, aldığı həyat üçün təhlükəli olan və sağlamlığa ağır zərər vurmaya aid «Başın, üzün, boyunun, hər iki qulaq seyvanının, hər iki saidin aşağı 1/3-nin, hər iki əlin, belin, hər iki sarğı nahiyəsinin, hər iki budun, hər iki ayağın, tənəffüs yollarının 58% (N8%) İİ-İİİA-İİİB-4-cü dərəcəli termiki yanığı» xəsarətlərində n N5 mart N1-ci il tarixdə saat 03:00-da müalicədə olduğu Silahlı Qüvvələrin Baş Klinik Hospitalında ölmüşdür. Həmin vaxt mövqe başçısı Məhkum digər əsgərlərlə birlikdə yanar sığınacağın içərisindən çıxmağa nail olsalar da, baş vermiş yanğın nəticəsində Məhkum özü həyat üçün təhlükəli olan və sağlamlığa ağır zərər vurmaya aid «Başın, üzün, hər iki qulaq seyvanının, boyunun, sağ saidin, hər iki əlin, yuxarı tənəffüs yollarının 35% İİ, İİİA, İİİB termiki yanığı, yanıq şoku İİ dərəcə» xəsarətlərini, əsgər Zərərçəkmiş şəxs6 həyat üçün təhlükəli olan və sağlamlığa az ağır zərər vurmaya aid «Başın, alının, üzün, hər iki qulaq seyvanının, boyunun arxa səthinin, hər iki əlin, sağ ayağın arxa səthinin, sol dabanın, sol bazunun yuxarı 1/3-nin və belin alovdan 17% İ-İİ-İİİA termiki yanığı» xəsarətlər ini, əsgər Zərərçəkmiş şəxs3 həyat üçün təhlükəli olan və sağlamlığa yüngül zərər vurmaya aid «Üzün və hər iki əlin alovdan 6 % İ-İİ-İİİA termiki yanığı» xəsarətlərini, əsgər Zərərçəkmiş şəxsN həyat üçün təhlükəli olan və sağlamlığa ağır zərər vurmaya aid «Başın, üzün hər iki qulaq seyvanının, hər iki əlin, hər iki saidin aşağı 1/3-nin, belin, sağ budun yuxarı 1/3-nin bayır səthinin, yuxarı tənəffüs yollarının 35% İİ, İİİA, İİİB alovdan termiki yanığı, sağ qaşın əzilmiş cırılmış yarası» xəsarətlərini, əsgər Zərərçəkmiş şəxs1 isə ağırlıq dərəcəsənə görə sağlamlığa zərər vurmayan «Burunun sol yarısının və hər iki əlin İ-İİ dərəcəli alovdan termiki yanığı» xəsarətlərini alaraq hərbi hospitala təxliyə edilmişlər. Habelə həmin vaxt baş vermiş yanğın hadisəsinin birbaşa texniki səbəbi, mövqe baş çısı Məhkum N nömrəli hərbi hissə komandirinin N dekabr N0-ci il tarixli 1574 №-li əmrlərinə əsasən atəş mövqeyində yanğın təhlükəsizliyi qaydalarına riayət olunmasına cavabdeh şəxs kimi həmin qaydaların ilk növbədə özü tərəfindən pozulması və həmin qaydaların digər şəxslər tərəfindən pozulmasına şərait yaratmaqla bunun qarşısını vaxtında almaması, baş vermiş yanğın nəticəsində kunq, onun ətrafı, eləcə də həmin vaxt kunqun içərisində olmuş ümumi dəyəri 8354 (səkkiz min üç yüz əlli dörd) manat təşkil edən N nömrəli hərbi hissəyə məxsus N (yeddi) ədəd 5,45 mm kalibrli «AK-74» markalı avtomat silah, N8 (iyirmi səkkiz) ədəd «AK-74» markalı avtomat silah üçün nəzərdə tutulmuş daraq, 840 (səkkiz yüz qırx) ədəd 5,45 mm kalibrli döyüş patronu, 4 (dörd) ədəd «OP-4 M-45» markalı top nişangahı, 4 (dö rd) ədəd «PQ-1» markalı top nişangahı, 4 (dörd) ədəd «K-1» markalı kollimator cihazı, 1 (bir) ədəd «PAB N AM» markalı müşahidə cihazı, 4 (dörd) ədəd top ealı, 1 (bir ədəd) ədəd «AK-3 MPL-50» markalı cihaz, 4 (dörd) ədəd «LUÇ-3M» markalı cihaz, 1 (bir) ədəd «PUO-9N markalı cihaz və müxtəlif məişət təyinatlı əşyalar yanaraq məhv olmuş, bununla da Məhkum rəis kimi öz xidməti borcuna vicdansız və laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi ehtiyatsızlıqdan iki şəxsin ölümünə və digər ağır nəticələrə, habelə dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulmasına səbəb olmuşdur. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi əsassız olaraq cəzanı yüngülləşdiriən halları (məh kumun ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, yaşadıqları yer üzrə müsbət xarakterizə olunmasını, gəncliyini, bir neçə zərərçəkmiş şəxslə barışmasını) müəyyən edib, onları Məhkum cəza çəkmədən islah oluna biləcəyinə inam yaradan hallar kimi qiymətləndirmiş, nəticədə Məhkum barəsində yüngüllüyünə görə onların şəxsiyyətinə, törətdikləri cinayətlərin xarakterinə, ictimai təhlükəlilik dərəcələrinə uyğun olmayan şərti məhkum etməni tətbiq etmiş, Cinayət Məcəlləsinin 8, 41.N, 58.3, 59, 70-ci maddələrinin tələblərini pozmuşdur. Kassasiya protestində CM-in 70-ci maddəsinin əsassız olaraq tətbiq edildiyini göstərən xüsusatlar kimi xüsusilə zərərçəkmiş şəxslərin hüquqi varislərinin yəni, mərhum əsgər x6in anası x8nın, həmçinin mərhum əsgər x4un atası Zərərçəkmiş şəxs4 Məhkum şikayətçı olmala rına istinad olunur. Dövlət ittihamçısı kassasiya protestində göstərilənləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.N1-ci maddəsində nəzərdə tutulmuş halı yaradan pozuntular kimi qiymətləndirərək, həmin əsasla Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 mart N3-cü il tarixli qərarının ləğv edilməsini və işin yeni apellyasiya baxışına təyin edilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə gös tərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Dövlət ittihamçısı kassasiya protestində məhkəmələr tərəfindən Məhkum məsuliyyətini yüngülləşdirən halların düzgün nəzərə alınmadığını, nəticədə Məhkum barəsində yüngüllüyünə görə onun şəxsiyyətinə, əməlinə uyğun olmayan şərti məhkum etmənin tətbiq olunduğunu iddia edərək, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi, işin yeni apellyasiya baxışına təyin edilməsi barədə kassasiya tələbini Cinayət-Prosessual Məcəllənin 416.1.N1-ci maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsi və yaxud dəyişdirilməsi əsaslarından biri kimi nəzərdə tutulmuş halla əsaslandırmışdır. Odur ki, kollegiya dövlət ittihamçısının kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 mart N3-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. Şərti məhkum etmənin tətbiqi üzrə məsələləri tənzimləyən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi həmin cinayət-hüquq normasında nəzərdə tutulmuş cəzalara məhkum edilmiş şəxslərin bu cəzaları (o cümlədən müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasını) çəkmədən islah edilmələri mümkün olduqda, şərti məhkum etmənin tətbiqinə yol verir. Cinayət Məcəlləsinin 70.N-ci m addəsinə əsasən məhkəmə şərti məhkum etməni təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-in 59.1.159.1.14-cü maddələrində sadalanan, eləcə də bu maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur (CM, maddə 59.N). Cəzanı ağırlaşdıran halların dairəsini isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1-ci maddəsi müəyyən edir. Cinayət Məcəlləsinin 61.N-ci maddəsinə əsasən cəza təyin edilərkən CM-in 61.1.1-61.1.13-cü maddələrində göstərilməmiş hallar cəzanı ağırlaşdıran hal qismində nəzərə alına bilməz. Az ərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139.0.5-ci maddəsi cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran halları cinayət təqibi üzrə icraat zamanı sübutlara əsasən müəyyən edilməli olan məsələlərin sırasında göstərmişdir. Təsvir edilən normaların mənasına görə, təqsirkar şəxsin təyin olunmuş cəzanı çəkmədən islah olunacağına dair inam onun barəsində şərti məhkum etmə institutunun tətbiqini şərtləndirən əsas kimi çıxış etməli, bu cür inam isə CM-in 70.N-ci maddəsində göstərilən bütün halların məcmusundan, o cümlədən cinayətin xarakterinin və ictimai təhlükəlilik dərəcəsinin, təqsirkarın şəxsiyyətinin, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların düzgün müəyyən edilib nəzərə alınmasından irəli gəlməlidir. Qeyd olunan cinayət – hüquqi normaların işı ğında və məhkəmə kollegiyasının hüquqi mövqeyinə nəzərən kassasiya protestində irəli sürülmüş dəlillərə baxdıqda, bu dəlillərin əsassız olduğu müəyyən olunur. Belə ki, baxılan işdə Məhkum təqsirli bilindiyi CM-in 34N-ci maddəsində nəzərdə tutulmuş cinayət ehtiyatsızlıqdan törədilmiş əməl olmaqla (törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi nəzərə alınması), sonuncunun cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir (cəzasının ağırlaşdıran halların olmamasının nəzərə alınması). Birinci instansiya məhkəməsinin hökmünü dəyişdirilmədən saxlayan apellyasiya instansiyası məhkəməsi bunları Cinayət Məcəlləsinin 58.3 və 70.N-ci maddələrinin tələblərini gözləməklə, şərti məhkum etmənin təyin edilməsində əhəmiyyətli olan digər əsaslarla (cinayətin törədilmə halları; Məhkum onun gənc olmaqla ilk dəfə az ağır cinayət törətməsi, törətdiyi cinayəti səmimi etiraf edərək əməlindən peşman olması, cinayət nəticəsində hərbi hissəyə dəymiş ziyanı könüllü olaraq tam ödəməsi, zərərçəkmiş şəxslərlə və zərərçəkmiş şəxslərin hüquqi varislərindən biri ilə razılıq əldə edərək barışması, zərərçəkmiş şəxslərin və zərərçəkmiş şəxslərin hüquqi varislərindən birinin ondan şikayət və tələblərinin olmaması, ailəli olmaqla himayəsində bir azyaşlı övladının olması, hadisə nəticəsində özünün də ağır dərəcəli yanıq xəsarətləri alması və bununla əlaqədar olaraq ehtiyata buraxılması, həmçinin həmin yanıq xəsarətləri ilə əlaqədar 3-cü qrup əlil olması, daimi ağrı sindromu keçirməsi, ağır işlərdə işləyə bilməməsi, yüngül işlərdə işləyib ailəsinin maddi ehtiyaclarına kömək etmək istəməsi, N7 sen tyabr N0-ci il tarixdən 10 noyabr N0-ci il tarixədək Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etməsi, həmin döyüşlərdə göstərdiyi şücaətlərə görə Azərbaycan Respublikasının Prezidenti tərəfindən «Xocavəndin azad olunmasına görə», «Ağdamın azad olunmasına görə» medalları ilə təltif olunması və hərbi xidmət yeri üzrə müsbət xarakterizə olunması kimi təqsirkarın cəzasını yüngülləşdirən və şəxsiyyətini səciyyələndirən hallar (məhkumun şəxsiyyətinin və cəzasını yüngülləşdirən halların nəzərə alınması); təyin olunan tədbirin onun islah olunmasına təsiri ilə birlikdə götürməklə nəzərə almışdır. Şərti məhkum etmənin tətbiqini mümkün edən faktiki əsaslar qismində nəzərə alınmış Məhkum şəxsiyyətini səciyyələndirən və onun cəzasını yün gülləşdirən hallar CPMin 139.0.5-ci maddəsi tələb etdiyi kimi yolverilənliyi təkzib edilməyən, uyğun və mötəbər sübutlar əsasında müəyyən edilmişdir. Eyni zamanda, Cinayət Məcəlləsinin 59.N-ci maddəsi cinayət qanununda birbaşa göstərilməyən halların da cəzanı yüngülləşdirən hallar qismində nəzərə alınmasına yol verdiyindən, apellyasiya məhkəməsinin yuxarıda sadalanan halları Məhkum cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirməsi əsassız və qanunsuz nəticə kimi qiymətləndirilə bilməz. Qeyd olunan səbəblərdən dövlət ittihamçısının Məhkum azadlıqdan məhrum etmə cəzasına şərti məhkum edilməsinin həddindən artıq yüngül tədbir olması və CM-in 8, 41.N, 58.3, 70-ci maddələrinin tələblərinə cavab verməməsi (məhkəmələrin Azərbaycan Respublikası CPM-in 416.1.N1-ci maddəsində nəzərdə tutulmuş p ozuntuya yol verməsi) barədə iddiası da əsaslı sayıla bilməz. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun N5 iyun N003-cü il tarixli 4 saylı Qərarının N5-ci bəndində göstərilmişdir ki, şərti məhkum etmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədlərinə cavab verməlidir. Göründüyü kimi məhkəmələrin şərti məhkum etmənin tətbiqi məsələsinə yanaşmaları Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” N5 iyun N003-cü il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə də uyğundur. Beləliklə, məhkəmə kollegiyası kassasiya protestinin təmin edilməsinə dair dövlət ittihamçısının, habelə kassasiya protestinin təmin edilmə məsinə dair Məhkum çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya protesti təmin edilməməli, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 14 mart N3-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara aldı: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 14 mart N3-cü il tarixli, 1-1(104)-14/N3 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1-1(102)-55/2023
Ali Məhkəmə Qərar — İş №1-1(102)-55/2023
12.09.2023 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver