Məhkəmə qərarları › İş №1-1(102)-55/2024

Ali Məhkəmə Qərar — İş №1-1(102)-55/2024

08.08.2024
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-55/2024 08.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Hakimlər Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi) Muxtarov Teyyub Asif oğlu və Yusifov Şahin Yaşar oğlundan ibarət tərkibdə, Məmmədli Əleyman Məmməd oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin kassasiya instansiya məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, ədliyyə müşaviri X5 iştirakı ilə, X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.4-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçdiyindən cəzadan azad edilməsi və barəsində cinayət t əqibinə xitam verilməsinə dair iş üzrə kassasiya şikayəti vermə müddətinin bərpa olunması barədə vəsatətin təmin edilməməsinə dair Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1-1(104)-84/2023 saylı, 02 aprel 2024-cü il tarixli ilkin baxış qərarından X2 müdafiəçisi Fərzəliyev Heydər Ağayar oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Tərtər Hərbi Məhkəməsinin 1-1(098)-2/2023 saylı, 17 oktyabr 2023-cü il tarixli qərarı ilə (sədrlik edən hakim Əhməd Sarıyev) xx.xx.1969-cu il tarixdə Gürcüstan Respublikası Bolnisi rayonu Saraclı kəndində anadan olmqla həmin ünvanda daimi qeydiyyatda olan, Gürcüstan Respublikasının vətəndaşı, evli, əvvəllər məhkum olunmuş, N nömrəli hərbi hissənin sabiq giziri, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş, X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.4-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçdiyindən cəzadan azad edilmiş və barəsində cinayət təqibinə xitam verilmişdir. Həmin qərardan dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə əsasən işə baxan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1-1(104)-84/2023 saylı, 17 dekabr 2023-cü il tarixli qərarı (hakimlər: X8 (sədrlik edən və məruzəçi), X1 və X6 ibarət tərkibdə) ilə apellyasiya protesti təmin edilmiş, Tərtər Hərbi Məhkəməsinin 1-1(098)2/2023 saylı, 07 oktyabr 2023-cü il tarixli qərarı ləğv edilərək X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi yenidən baxılması üçün həmin məhkəmənin məhkəmə baxışı mərhələsinə qaytarılmışdır. Təqsirləndirilən şəxs Məhkum müdafiəçisi Fərzəliyev X9 Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1-1(104)-84/2023 saylı, 07 dekabr 2023-cü il tarixli qərarından kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair vəsatətlə məhkəməyə müraciət etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1-1(104)-84/2023 saylı, 02 aprel 2024-cü il tarixli qərarı (hakimlər: X8 (sədrlik edən və məruzəçi), X1 və X6 ibarət tərkibdə) ilə müdafiəçi Fərzəliyev Heydər Ağayar oğlu tərəfindən verilmiş kassasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa olunması barədə vəsatət əsassız olduğundan təmin edilməmişdir. Kassasiya şikayətinin dəlilləri: Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1-1(104)-84/2023 saylı, 02 apr el 2024-cü il tarixli ilkin baxış qərarından Məhkum müdafiəçisi Fərzəliyev Heydər Ağayar oğlu kassasiya şikayəti vermişdir. O, kassasiya şikayətində qeyd etmişdir ki, apellyasiya məhkəməsi tərəfindən qanunsuz və ədalətsiz qərar qəbul edilmiş, apellyasiya şikayəti vermə müddətinin bərpasına dair vəsatəti təmin edilməməklə məhkumun prosessual hüquqları pozulmuşdur. O, şikayətində üzrlü səbəb olaraq 2023-cü ilin sonu olduğundan ilin yekunlarına dair vaxt sərf etdiyindən və həmin müddətdə həmdə səhhətində problemlər olduğundan müddəti buraxdığını əsas gətirmişdir. Lakin məhkəmə kollegiyasının bu əsasları üzrlü saymamasını qeyd etmişdir. Müdafiəçi qeyd olunanların nəzərə alınmasını, kassasiya şikayətinin təmin edilməsini, apellyasiya məhkəməsinin qeyd edilən qərarının ləğv edilərək kassasiya şi kayəti vermə müddətinin üzrlü səbəbdən buraxılmasına dair vəsatətinin təmin edilməsini xahiş edir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 411.1-ci maddəsinə əsasən kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi üçün müddət üzrlü səbəbdən buraxıldıqda bu Məcəllənin 409-cu maddəsində göstərilən şəxslər apellyasiya instansiyası məhkəməsi qarşısında kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi üçün bura xılmış müddətin bərpası haqqında vəsatət qaldırmaq hüququna malikdirlər. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 410.1.1-ci maddəsinə əsasən bu Məcəllənin 391.3 (bu Məcəllənin 391.3.4-cü maddəsində nəzərdə tutulmuş qərar istisna olmaqla), 411.5, 520.7 və 524.8- ci maddələrində nəzərdə tutulmuş apellyasiya instansiyası məhkəməsinin qərarlarından—onların çıxarıldığı, bu Məcəllənin 410.1-1-ci maddəsində nəzərdə tutulmuş halda isə həmin şəxsə verildiyi gündən 1 (bir) ay müddətində kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Həmin Məcəllənin 411.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi üçün buraxılmış müddətin bərpası haqqında vəsatəti aşağıdakı hallarda təmin etmək hüququna malikd ir: “411.2.1. bu Məcəllənin 409-cu maddəsində göstərilmiş şəxs səhhətinin uzun müddətli fiziki və ya psixi pozuntularına səbəb olan ağır xəstəliyə tutulduqda və bunun nəticəsində onun obyektiv olaraq vaxtında kassasiya şikayəti və ya kassasiya protesti vermək imkanı olmadıqda; 411.2.2. bu Məcəllənin 409-cu maddəsində göstərilən şəxsi vaxtında kassasiya şikayəti və ya kassasiya protesti vermək imkanından məhrum edən fövqəladə hadisə və ya həmin şəxsin iradəsindən asılı olmayan digər hal baş verdikdə.” Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 411.3-cü maddəsinə əsasən kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi məsələsi apellyasiya instansiyası məhkəməsinin yekun qərar çıxarmış məhkəmə tərkibi (bu mümkün olmadıqda, digə r hakimlərdən ibarət məhkəmə tərkibi) tərəfindən həll edilir. Həmin Məcəllənin 411.4-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi müddətinin bərpa olunması haqqında vəsatəti rədd etdikdə, bu qərardan apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya instansiya məhkəməsinin iş üzrə qəbul etmiş olduğu məhkəmə qərarı elan olunduğu andan qanunla müəyyən edilmiş müddətlərdə kassasiya protesti və ya şikayəti verilə bilər. Həmin müddətin axımı qərarın elan olunduğu vaxtdan hesablanmağa başlayır. Həmin müddətdən sonra kassasiya şikayəti və ya protesti verilərsə, prosessual müddətin bərpasına dair vəsatət də verilməlidir. Kassasi ya şikayətinin (protestinin) verilmə müddəti üzrlü səbəblərə görə buraxıldıqda prosessual müddət bərpa edilməlidir. Buna görə də kassasiya şikayətini (protestini) verən şəxs vəsatətində prosessual müddətin bərpasına dair vəsatətində müddətin buraxılmasının üzrlü səbəblərini göstərməli və əsaslandırmalıdır ki, onun iradəsindən asılı olmayan səbəblərdən müddət buraxılmışdır. Çünki buraxılmış müddətin bərpa edilməsi üçün əsas kassasiya şikayəti vermək hüququ olan şəxsin səhhətinin uzun müddətli fiziki və ya psixi pozuntularına səbəb olan ağır xəstəliyə tutulmalı və bunun nəticəsində onun obyektiv olaraq vaxtında kassasiya şikayəti vermək imkanı olmamalı, yaxud da fövqəladə hadisə və ya həmin şəxsin iradəsindən asılı olmayan digər hal baş verməli idi. Bu iki haldan hər hansı birinin baş verməs i kassasiya şikayəti verilməsi müddətinin bərpasının üzrlü hesab edilməsi üçün əsasdır. Şəxsin iradəsindən asılı olmayan halın olması, şəxs həmin müddət ərzində özündən asılı olmayan səbəblərə görə kassasiya şikayəti vermək imkanının olmamasını ehtiva edir. Həmin müddət yalnız üzrlü səbəbdən buraxıldıqda bərpa edilməsi mümkündür. Lakin iş materiallarında müddətin üzrlü səbəbdən buraxılmasını əks etdirən hər hansı bir sənəd mövcud deyildir və həmçinin müddətin bərpasına dair kassasiya şikayətində də kassasiya şikayəti vermək üçün buraxılmış müddətin bərpa olunmasına əsas ola biləcək bir dəlil yoxdur. Azərbaycan Respublikası CPM-in 412.3-cü maddəsinə görə kassasiya şikayəti və ya kassasiya protestinə, həmçinin müraciət edən şəxsin dəlillərini təsdiq edən sənədlər əlavə edilə bilər. İş materi allarından və verilmiş vəsatətdən məlum olur ki, Məhkum barəsində olan Gəncə Apellyasiya Məhkəməsinin qərarı 07 dekabr 2023-cü il tarixdə müdafiəçinin iştirakı ilə elan edilmişdir. Bundan sonra müdafiəçi müddətin bərpasına dair vəsatətini 13 fevral 2024-cü il tarixdə imzalayaraq Gəncə Apellyasiya Məhkəməsinin dəftərxanasına təqdim etmişdir. Yəni müdafiəçi qərarın elan olunduğu gündən 2 ay 5 gün sonra kassasiya şikayəti vermiş, bununla da kassasiya şikayətinin verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddətdən 1 aydan artıq bir müddət keçmişdir. Həmin qərardan qanunla müəyyən edilmiş müddətdə məhkum və müdafiəçisi tərəfindən apelyasiya şikayəti verilməmişdir. Kassasiya şikayəti verilməsi müddəti bitəndən 1 ay 5 gündən çox zaman keçdikdən sonra, yəni 13 fevral 2024-cü il tarixdə Məhk um müdafiəçisi Fərzəliyev Heydər Ağayar oğlu tərəfindən Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 07 dekabr 2023cü il tarixli qərarından kassasiya şikayəti, eləcə də kassasiya şikayəti verilməsi müddətinin bərpasına dair vəsatət verilmişdir. Apellyasiya məhkəməsi müddətin bərpasına dair məsələyə baxarkən qeyd etmişdir ki, müdafiə tərəfi kassasiya şikayətinin vermə müddətinin buraxılmasının üzrlü səbəbdən olmasını təsdiq edən sübutlara istinad etməmişdir. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edərək qeyd edir ki, müdafiəçi Fərzəliyev Heydər Ağayar oğlu, yəni qərarın elan olunduğu andan 1 ay müddətində məhkumun və özünün kassasiya şikayəti verə bilməməsini və bunun üzrlü səbəbdən baş verməsini təsdiq edən hər hansı bir sübutu vəsatətə əlavə etməmiş, nə də ki, məhkəmələrə təqdim etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti vermə müddəti üzrsüz səbəbdən buraxmaqla verildiyindən və iş materialları ilə müddətin üzrlü səbəbdən buraxılması müəyyən olunmadığından kassasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpası barədə vəsatətin dəlilləri əsassızdır və ona görə də kassasiya şikayəti təmin edilməməlidir. Həmin müddət yalnız üzrlü səbəbdən buraxıldıqda bərpa edilməsi mümkündür. Lakin iş materiallarında müddətin üzrlü səbəbdən buraxılmasını əks etdirən hər hansı bir sənəd mövcud deyildir. Məhkəmə kollegiyası kassasiya şikayətinə münasibətdə bildirir ki, cinayət prosessual qanunvericilikdə müəyyən edilmiş müddətlər ədalət mühakiməsinin həyata keçirilməsində xüsusi rol oynayır. Cinayət mühakimə icraatı va sitəsi ilə təsbit edilən müddətlərdə proses iştirakçılarının hüquq və vəzifələri yaranır, icra olunur və ya onlara xitam verilir. Müddət, proses iştirakçılarına hökm edib onları özünə tabe edən, inkar edilməsi mümkün olmayan və hamılıqla sözsüz qəbul edilməli olan bir rəhbərdir. Buna əsasən qanunverici cinayət prosessual fəaliyyətin məqsədlərinə nail olmaq üçün prosessual müddətləri təsbit etmişdir. Bu müddətlər ərzində cinayət prosesinin iştirakçıları müəyyən prosessual hərəkətlər etməli və ya həmin prosessual hərəkətlərin edilməsindən çəkinməlidirlər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Məhkum X3 müdafiəçisi Fərzəliyev Heydər Ağayar oğlunun Gəncə Apellyasiya Məhkəmə sinin Cinayət kollegiyasının 07 dekabr 2023-cü il tarixli qərarından kassasiya şikayətinin verilməsi üçün müəyyən edilmiş müddətin bərpasına dair vəsatətinin rədd edilməsi haqqında Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1-1(104)84/2023 saylı, 02 aprel 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar