Məhkəmə qərarları › İş №1-1(102)-55/2025

Ali Məhkəmə Qərar — İş №1-1(102)-55/2025

24.04.2025 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-55/2025 24.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Vidadi Cəfər oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balayeva Zəhra İbrahim qızının, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Yaqut Bəşir qızının iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1-1(107)-3/2025 nömrəli, 21 yanvar 2025-ci il tarixli hökmündən Məhkumun müdafiəçisi İsayeva Xanım Yusif qızı tərəfindən verilmiş kassasiy a şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Məhkum XXXXX il tarixdə Tərtər rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, Müdafiə Nazirliyinin X nömrəli hərbi hissəsinin 2-ci taborunun 5-ci bölüyünün 2-ci tağım komandirinin müavini vəzifəsində, gizir hərbi rütbəsində və həmin hərbi hissənin 2-ci taborunun 6-cı bölüyünün 2-ci tağımının 2-ci qrupunun komandiri, gizir hərbi rütbəsində xidmət etmiş, 08 aprel 2023-cü il tarixdə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış, X kəndində qeydiyyatda olmaqla yaşamışdır. 2. 19 iyun 2023-cü il tarixli ittiham aktına görə Məhkuma Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CM”) 234.1, 334.1 və 334.3-cü maddələri ilə təqsirləndirilmələr inə dair ittiham elan edilmişdir. 3. 07 iyul 2023-cü il tarixdə Tərtər Hərbi Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.

4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə Məhkum 08 may 2020-ci il tarixdən Müdafiə Nazirliyinin X nömrəli hərbi hissənin 2-ci taborunun 5-ci bölüyünün 2-ci tağımının komandirinin müavini vəzifəsində, gizir hərbi rütbəsində xidmət edərkən 11 aprel 2022-ci il tarixdə, saat 07:30 radələrində X yaşayış sahəsində yerləşən X nömrəli hərbi hissəni özbaşına buraxıb gedərək 12 aprel 2022-ci il tarixdə, saat 07 radələrində X yaşayış sahəsində yerləşən X nömrəli hərbi hissəyə qayıtmış, 04 iyul 2022-ci i l tarixdə, saat 07 radələrində X kəndində yerləşən X nömrəli hərbi hissəni özbaşına buraxıb gedərək 05 iyul 2022-ci il tarixdə, saat 08 radələrində X kəndində yerləşən X nömrəli hərbi hissəyə qayıtmış, 05 iyul 2022-ci il tarixdə, saat 20 radələrində X kəndində yerləşən X nömrəli hərbi hissəni özbaşına buraxıb gedərək 08 iyul 2022-ci il tarixdə, saat 08 radələrində X yerləşən X nömrəli hərbi hissəyə qayıtmış, 29 iyul 2022-ci il tarixdə, saat 13 radələrində X kəndində yerləşən X nömrəli hərbi hissəni özbaşına buraxıb gedərək 31 iyul 2022-ci il tarixdə, saat 09 radələrində X kəndində yerləşən X nömrəli hərbi hissəyə qayıtmış, 13 avqust 2022-ci il tarixdə, saat 07 radələrində X kəndində yerləşən X nömrəli hərbi hissəni özbaşına buraxıb gedərək 20 avqust 2022-ci il tarixdə, saat 07 radələrind ə X kəndində yerləşən X nömrəli hərbi hissəyə qayıtmış, 24 avqust 2022-ci il tarixdə, saat 19 radələrində X kəndində yerləşən X nömrəli hərbi hissəni özbaşına buraxıb gedərək 27 avqust 2022-ci il tarixdə, saat 19 radələrində X yerləşən X nömrəli hərbi hissəyə qayıtmış, 31 avqust 2022-ci il tarixdən həmin hərbi hissənin 2-ci taborunun 6-cı bölüyünün 2-ci tağımının 2-ci qrupunun komandiri vəzifəsində, gizir hərbi rütbəsində xidmət edərkən 26 oktyabr 2022-ci il tarixdə, saat 08 radələrində X ərazisində yerləşən X nömrəli hərbi hissəni özbaşına buraxıb gedərək 29 oktyabr 2022-ci il tarixdə, saat 10 radələrində Yevlax rayonunun Aran qəsəbəsi yerləşən X nömrəli hərbi hissəyə qayıtmış, 14 noyabr 2022-ci il tarixdə, saat 08 radələrində Yevlax rayonunun Aran qəsəbəsi ərazisində yerləşən X nömrəli h ərbi hissəni özbaşına buraxıb gedərək 24 noyabr 2022- ci il tarixdə, saat 14 radələrində Yevlax rayonunun Aran qəsəbəsi yerləşən X nömrəli hərbi hissəyə qayıtmış, 28 noyabr 2022-ci il tarixdə Yevlax rayonunun Aran qəsəbəsi ərazisində yerləşən X nömrəli hərbi hissəni özbaşına buraxıb gedərək 06 dekabr 2022-ci il tarixdə, saat 13 radələrində Yevlax rayonunun Aran qəsəbəsi yerləşən X nömrəli hərbi hissəyə qayıtmış, 07 dekabr 2022-ci il tarixdə, saat 18 radələrində Yevlax rayonunun Aran qəsəbəsi ərazisində yerləşən X nömrəli hərbi hissəni özbaşına buraxıb gedərək 08 dekabr 2022-ci il tarixdə, saat 10:50-də Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsinə şübhələr olduğu üçün Tərtər şəhəri, Heydər Əliyev prospektində Tərtər Rayon Polis Şöbəsinin əm əkdaşları tərəfindən saxlanılmış, 02 fevral 2023-cü il tarixdə, saat 08 radələrində Yevlax rayonunun Aran qəsəbəsi ərazisində yerləşən X nömrəli hərbi hissəni özbaşına buraxıb gedərək 24 mart 2022-ci il tarixdə, saat 08 radələrində Yevlax rayonunun Aran qəsəbəsi yerləşən X nömrəli hərbi hissəyə qayıtmaqla fərarilik etmiş, yəni hərbi qulluqçu olmaqla müddətindən asılı olmayaraq hərbi xidmətdən boyun qaçırmaq məqsədi ilə hərbi hissəni özbaşına buraxıb getmişdir. Bundan başqa o, Müdafiə Nazirliyinin X nömrəli hərbi hissəsinin 2-ci taborunun 6cı bölüyünün 2-ci tağımının 2-ci qrupunun komandiri vəzifəsində, gizir hərbi rütbəsində xidmət edərkən 29 oktyabr 2022-ci il tarixdə, saat 18.00-da buraxılışa buraxılmaqla 31 oktyabr 2022-ci il tarixdə, saat 07.00-da xidmət yerinə, yəni Yevlax rayonunun A ran qəsəbəsi ərazisində yerləşən X nömrəli hərbi hissəyə qayıtmalı olmasına baxmayaraq qayıtmayıb 12 noyabr 2022-ci il tarixdə, saat 12 radələrində xidmət yerinə, yəni Yevlax rayonunun Aran qəsəbəsi ərazisində yerləşən X nömrəli hərbi hissəyə qayıtmış, 08 dekabr 2022-ci il tarixdə, saat 10:50-də Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsinə şübhələr olduğu üçün Tərtər şəhəri, Heydər Əliyev prospektində Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılmaqla Tərtər RPŞ-də başlanılmış cinayət işi üzrə 10 dekabr 2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin gün saat 13.00-da barəsində “komandanlığın müşahidəsi altına vermə” növündə qətimkan tədbiri seçilməklə xidmət yerinə, yəni Yevlax rayonunun Aran qəsəbəs i ərazisində yerləşən X nömrəli hərbi hissəyə qayıtması barədə məlumat verilməsinə baxmayaraq xidmət yerinə qayıtmayıb 25 yanvar 2023cü il tarixdə, saat 11.00-da xidmət yerinə, yəni Yevlax rayonunun Aran qəsəbəsi ərazisində yerləşən X nömrəli hərbi hissəyə qayıtmış, 28 mart 2023-cü il tarixdə, saat 08.00-da xidmət yerinə, yəni Yevlax rayonunun Aran qəsəbəsi ərazisində yerləşən X nömrəli hərbi hissəyə qayıtmalı olmasına baxmayaraq qayıtmayıb 08 aprel 2023-cü il tarixdə, saat 10 radələrində xidmət yerinə, yəni Yevlax rayonunun Aran qəsəbəsi ərazisində yerləşən X nömrəli hərbi hissəyə qayıtmaqla fərarilik etmiş, yəni hərbi qulluqçu olmaqla müddətindən asılı olmayaraq hərbi xidmətdən boyun qaçırmaq məqsədi ilə xidmət yerinə qayıtmamışdır. Bundan əlavə Məhkum həmin vəzifədə və hərbi rütbədə x idmət edərkən 09 sentyabr 2022-ci il tarixdə, saat 07 radələrində Daşkəsən rayonunun Xoşbulaq kəndində yerləşən X nömrəli hərbi hissəni özbaşına buraxıb gedərək 11 sentyabr 2022-ci il tarixdə, saat 07 radələrində Kəlbəcər rayonunun Qılınclı kəndində yerləşən X nömrəli hərbi hissəyə qayıtmış, 29 sentyabr 2022-ci il tarixdə, saat 18 radələrində xidmət yerini, yəni Kəlbəcər rayonunun Zar kəndi ərazisində yerləşən 10 nömrəli döyüş mövqeyinin ərazisini özbaşına buraxıb gedərək 25 oktyabr 2022-ci il tarixdə, saat 13 radələrində xidmət yerinə, yəni Yevlax rayonunun Aran qəsəbəsi ərazisində yerləşən X nömrəli hərbi hissəyə qayıtmaqla döyüş şəraitində fərarilik etmiş, yəni hərbi qulluqçu olmaqla müddətindən asılı olmayaraq hərbi xidmətdən boyun qaçırmaq məqsədi ilə xidmət yerini özbaşına buraxıb ge tmişdir. Bundan başqa o, həmin vəzifədə və hərbi rütbədə xidmət edərkən 07 dekabr 2022-ci il tarixdə, saat 19 radələrində Tərtər rayon sakini X ilə birlikdə Tərtər rayonunun Şıxarx qəsəbəsi istiqamətində piyada gedərkən X-də yerləşən “X” adlı kafe ilə üzbəüz yolun qarşı tərəfində şəxsi istehlak miqdarından artıq 01 ədəd şəffaf sellofan bükümdə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini satış məqsədi olmadan qanunsuz olaraq əldə etmiş, bükümdə olan maddəni əynində olan qara rəngli gödəkçənin iç yan cibinə qoyaraq X ilə birlikdə X ərazisinə getmiş, həmin qəsəbəyə çatdıqdan sonra X-in təklifi ilə həmin psixotrop maddəni iki hissəyə bölməklə bir hissəsini özünə götürüb qalan hissəsini isə ona verərək həmin gün X qəsəbəsində metamfetamindən istifadə etmiş, bundan sonra özünə d üşən hissəni, yəni təmiz çəkisi 0,444 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini əynində olan qara rəngli gödəkçənin iç yan cibinə qoyaraq üzərində saxlamaqla daşımış və 08 dekabr 2022-ci il tarixdə, saat 10:50-də Tərtər Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Tərtər şəhəri Heydər Əliyev prospekti ərazisində yerləşən “Buta” adlı marketin qarşısında saxlanılmaqla Tərtər rayon polis şöbəsinin inzibati binasına aparılıb üzərində şəxsi axtarış aparan zaman həmin psixotrop maddə onun əynində olan qara rəngli gödəkçənin sol iç cibindən 01 ədəd sarı-yaşıl rəngli bükümdə aşkar edilərək götürülmüş, bununla da o, satış məqəsdi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmiş, üzərində saxlayaraq daşımışdır.

5. Tərtər Hərbi Məhkəməsinin 1-1(098)-6/2024 nömrəli, 05 aprel 2024-cü il tarixli qərarı ilə təqsirləndirilən şəxs Məhkumun əməlinin Azərbaycan Respublikası CM-nin 234.1, 334.1 və 334.3-cü maddələrindən həmin Məcəllənin 234.1, 333.3 və 333.4-cü maddələrinə tövsif edilməsi, Məhkumun Azərbaycan Respublikası CM-nin 333.3 və 333.4-cü maddələri ilə təqsirləndirildiyi cinayət işi üzrə Azərbaycan Respublikası CMnin 333-cü maddəsinin Qeyd hissəsinə əsasən ağır şərait zəminində Azərbaycan Respublikası CM-nin 333.3 və 333.4-cü maddəsində nəzərdə tutulmuş əməlləri ilk dəfə törətdiyindən cinayət məsuliyyətindən azad edilməsi və cinayət təqibinə bu hissədə Azərbaycan Respublikası CPM-nin 43.1.2-ci maddəsinə əsasən xitam verilməsi qərara alınmışdır.

6. Tərtər Hər bi Məhkəməsinin 1-1(098)-6/2024 nömrəli, 05 aprel 2024-cü il tarixli hökmü ilə Məhkumun Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinin tələbinə əsasən onun 02 (iki) ay 02 (iki) gün həbsdə, 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün ev dustaqlığında saxlanıldığı müddətin azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanması və ona təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasını çəkilmiş hesab edilməsi hökm edilmiş, maddi sübut, məhkəmə məsrəfləri və digər məsələlər həll edilmişdir.

7. Birinci instansiya məhkəməsinin qeyd edilən hökmündən və qərarından dövlət ittihamçısı apellyasiya protesti verib, ağır şərait zəminində Azərbaycan Respublikası CM-nin 333.3 və 333.4-cü maddələrində nəzərdə tutulmuş əməlləri ilk dəfə törədilməsi ilə əlaqədar Azərbaycan Respublikası CM-nin 333-cü maddəsinin “Qeyd” hissəsinə əsasən cinayət təqibinə xitam verilməsi barədə Tərtər Hərbi Məhkəməsinin 05 aprel 2024-cü il tarixli qərarının ləğv edilməsini, hökmün dəyişdirilərməsi, Məhkumun əməllərinin Azərbaycan Respublikası CM-nin 333.3 və 333.4-cü maddələrindən həmin Məcəllənin 334.1 və 334.3-cü maddələrinə tövsif edilməsi və barəsində ittiham hökmünün çıxarılmasını xahiş etmişdir.

8. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1-1(107)-3/2025 nömrəli, 21 yanvar 2025-ci il tarixli hökmü ilə verilmiş apellyasiya protes ti qismən təmin edilmiş, Tərtər Hərbi Məhkəməsinin 1-1(098)-6/2024 nömrəli, 05 aprel 2024-cü il tarixli qərarı və hökmü ləğv edilərək, yeni ittiham hökmü çıxarılmış, Məhkumun Azərbaycan Respublikası CM-nin 234.1, 334.1 və 334.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə 09 (doqquz) ay müddətə azadalıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-nin 334.1-ci maddəsi ilə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-nin 334.3-cü maddəsi ilə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaqla 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzas ının təyin edilməsi, həbsdə və ev dustaqlığında saxlanıldığı 11 (on bir) ay müddətin Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən təyin edilmiş 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla üzərində qəti olaraq 04 (dörd) il 07 (yeddi) ay müddətə azadlıqdan məhrumetmə cəzasının saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 21 yanvar 2025-ci il tarixdən hesablanması hökm edilmiş, maddi sübut, məhkəmə məsrəfləri və digər məsələlər həll edilmişdir.

9. Hazırda apellyasiya instansiyası məhkəməsinin həmin hökmündən Məhkumun müdafiəçisi İsayeva Xanım Yusif qızı tərəfindən kassasiya şikayəti verilmişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar

10. Kassasiya şikayətində qeyd olunmuşdur ki, Məhk um özünü Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilsə də, Azərbaycan Respublikası CM-nin 334.1 və 334.3-cü məddələri ilə təqsirli hesab etmir. O, ilk dəfə məhkum olunub, əməlindən səmimi peşmandır, anası xəstədir, onun həbsdə olması ailə üzvlərinin yaşayış tərzinə mənfi təsir göstərir, cəzasını ağırlaşdıran hallar mövcud deyildir. Göstərilənlərə əsasən Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1-1(107)-3/2025 nömrəli, 21 yanvar 2025-ci il tarixli hökmünün ləğv edilməsi, Tərtər Hərbi Məhkəməsinin 1-1(098)-6/2024 nömrəli, 05 aprel 2024-cü il tarixli hökmü ilə təyin edilmiş cəzanın qüvvəsində saxlanılması barədə qərar qəbul edilməsi xahiş edilir.

11. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər

12. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.

13. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və CinayətProsessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. 1

4. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.

15. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya instansiyası məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

16. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətin dəlilləri ilə əlaqəli şəkildə Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1-1(107)-3/2025 nömrəli, 21 yanvar 2025-ci il tarixli hökmünü yoxlayıb, araşdırmanın nəticəsi olaraq həmin hökmünü qanuni və əsaslı hesab edir.

17. Belə qənaətə gələrkən məhkəmə kollegiyası nəzərə alır ki, “Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 352 saylı, 19 yanvar 2006 -cı il tarixli Fərmanının 6-cı bəndi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə, Azərbaycan Respublikasının apellyasiya məhkəmələrinə və Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “Avropa Məhkəməsi”) presedent hüququnun məhkəmə təcrübəsində nəzərə alınması tövsiyə edilmişdir.

18. Eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə, cinayət hüquqpozmalarını nəzərdə tutan beynəlxalq müqavilələr birbaşa tətbiq oluna bilməsə də, hüquq tətbiqedici orqanlar tərəfindən qəbul edilən qərarların və hüquqi mövqelərin əsaslandırılması zamanı Azərbaycan Respublikasının qanunvericilik sisteminin ayrılmaz tərkib hissəsini təşkil edən beynəlxalq müqavilələrə və onun müddəalarına istinad edilməsi yolveriləndir (“Azərbaycan Respublikası Konstitusiyasının 63 və 71-ci maddələri baxımından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 312-1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı, 18 mart 2025-ci il).

19. İstinad edilən tövsiyəyə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə əsaslanaraq məhkəmə kollegiyası qeyd edir ki, Avropa Məhkəməsinin formalaşmış məhkəmə təcrübəsinə görə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6 maddəsinin 1-ci paraqrafının məqsədlərinin təmin edilməsi baxımından, yuxarı instansiya məhkəmələrinin (xüsusilə, məhkəmə baxışının predmetinı yalnız hüquqi məsələlər təşkil etdiyi kassasiya instansiyası məhkəməsi) şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istina d etməklə rədd etmələri qəbul edilən hesab oluna bilər o halda ki, şikayətdə fundamental vacib hüquqi məsələ qaldırılmır (Məzahir Cəfərov Azərbaycana qarşı, № 39331/09, § 45, 2 aprel 2020-ci il).

20. Məhkəmə kollegiyası kassasiya şikayətində təsvir edilənləri nəzərdən keçirib qeyd edir ki, apellyasiya instansiya məhkəməsinin gəldiyi yekun qənaəti iş materiallarının obyektiv araşdırmasına, müvafiq maddi və prosessual cinayət-hüquqi normaların düzgün təfsirinə və formalaşmış məhkəmə təcrübəsinə əsaslandığından, kassasiya şikayətində həmin nəticələri təkzib edə biləcək heç bir əsas gətirilmədiyindən, eyni zamanda mübahisəsi edilən hökmdə onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində sadalanan əsaslardan hər hansı biri müəyyən edilmədiyindən, mə hkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin müvafiq qənaətini şübhə altına almaq üçün əsas görmür.

21. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti üzrə ətraflı araşdırma aparılmadan apellyasiya instansiyası məhkəməsinin qəbul etdiyi hökmün qanuni və əsaslı nəticələri ilə razılaşmaq və onların təsdiqi ilə kifayətlənmək mümkündür.

22. Belə qənaətə gələn məhkəmə kollegiyası həmçinin nəzərə alır ki, məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkuma müdafiəsinin əlverişli qaydada təşkil etməsi və öz mənafeyini əks edən cinayət işinin hallarının təfsirinin təqdim edilməsi üçün bütün mümkün imkanlar yaradılmış, məhkəmə iclaslarında faktlar araşdırılıb maddi və prosessual cinayət-hüquqi normalarının tətbiqi yoxl anılarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmişdir.

23. Nəticədə, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq birinci instansiyası məhkəməsinin qərarını və hökmünü ləğv edərək, əsaslı və ədalətli yeni hökm çıxarmışdır.

24. Qeyd olunanlar apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi ilə ehtiva olunan hər hansı pozuntuya yol verilmədiyini, yəni mübahisələndirilən hökmün dəyişdirilməsi və ya ləğv edilməsi üçün digər əsasların olmadığını təsdiqləyir.

25. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, təsvir edilənlərə görə hesab edir ki, Məhkumun müdafiəçisi İsayeva Xanım Yusif qızı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməli, Şəki Apellyasiya M əhkəməsinin Cinayət kollegiyasının 1-1(107)-3/2025 nömrəli, 21 yanvar 2025-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA A L D I: Məhkumun müdafiəçisi İsayeva Xanım Yusif qızı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1-1(107)-3/2025 nömrəli, 21 yanvar 2025-ci il tarixli hökmü kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar