Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-56/2017 01.06.2017 ALİ MƏHKƏMƏ İş № 1-1(102)-56/17 Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi Kollegiyasının QƏRARİ xx xxxx 2017-ci il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi Kollegiyası hakimlər Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Nəsirov İnqilab Maşallah oğlu və Əliyev Fərhad Kazım oğlundan ibarət tərkibdə, Allahverdiyeva Nilgün Qəhrəman qızının katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Yusifov İlkin Fərhad oğlu və müdafiəçi X1 iştirakları ilə, Tərtər Hərbi Məhk əməsinin xx xxxxxx 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.1, 332.1 və 228.1 maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkumt t oğlu barəsində Gəncə Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının xx xxxxxx 2017ci il tarixli qərarından Məhkumt t oğlunun müdafiəçisi X4 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq MÜƏYYƏN E T D İ: Tərtər Hərbi Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli hökmü ilə (sədrlik edən hakim Q.Ş.Sadayev, hakimlər K.V.Əliyev və V.M.Nəsirovdan ibarət tərkibdə) xx xxxxxxxx 1997-ci il tarixdə Zaqatala rayonunun Car kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, tam orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, Zaqatala rayonunun Car kəndində qeydiyyatda olan, cinayət edilən vaxt N saylı hərbi h issənin əsgəri olmuş Məhkum t t oğlu AzərbaycanRespublikasıCinayət Məcəlləsinin (bundan sonra AR CM)29, 120.1, 332.1 və 228.1cimaddələriilətəqsirlibilinərək, AR CM-in 29, 120.1-ci maddəsi ilə 9 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, həmin məcəllənin 228.1-ci maddəsi ilə 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, 332.1-ci maddəsi ilə 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, AR CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə cinayətlərin məcmusu üzrə ona qəti olaraq 10 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ciddi rejimlicəzaçəkməmüəssisəsindəçəkməsi, cəza çəkilmə müddətinin əvvəlinin xx xxxxxx 2016-cı il tarixdən hesablanması müəyyən edilmişdir. İ Ş İ N H A L L A R İ: Məhkəmənin hökmünə əsasən Məhkumt t oğlu ona görə təqsirli bilinib məhkum edilmişdir ki, o, xx xxxxx 2015ciiltarixdəAzərbaycanRespublikasınınSəfərbərlikvəHərbiXidmətəÇağırışüzrəDövlətXidmətininZaqat alarayonşöbəsitərəfindənmüddətli həqiqi hərbi xidmətə çağırılıb, AzərbaycanRespublikasıMüdafiə Nazirliyinin N saylı hərbi hissəsinin kəşfiyyat bölüyünün 1-ci kəşfiyyat tağımının 3-cü kəşfiyyat manqasının komandiri vəzifəsində, əsgər hərbi rütbəsində xidmətdə olarkən,tabelikmünasibətlərindəolmayanhərbiqulluqçulararasındaqarşılıqlımünasibətlərinnizamnam əqaydalarınızərər çəkmişşəxsinşərəfvələyaqətinialçaltmaqlavəonaqarşızortətbiqetməkləpozmuş, qanunsuzolaraqodlusilahıəldəetmiş, habelə qəsdən adam öldürməyə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Belə ki, o, Müdafiə Nazirliyinin N say lı hərbi hissəsinin kəşfiyyat bölüyünün 1-ci kəşfiyyat tağımının 3-cü kəşfiyyat manqasının komandiri vəzifəsində, əsgər hərbi rütbəsində xidmətdə olarkən, xx xxxxxx 2016-cı il tarixdə saat N radələrində həmin hərbi hissənin Goranboy rayonunun Qaraçinar qəsəbəsi ərazisində yerləşən komanda müşahidə məntəqəsində olan yeməkxanada tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını, yəni Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 2, 5, 38 və 138-ci, habelə İntizam Nizamnaməsinin 1 və 3-cü maddələrində göstərilmiş «Hərbi qulluqçular bir-birinə münasibətdə həmişə nəzakətli və təmkinli olmalı, nalayiq hərəkətlər etməməli, həmişə yüksək mədəniyyət, təvazökarlıq və təmkin nümunəsi göstərməlidir» tələblərini pozar aq hərbi hissənin artilleriya divizionunun 1-ci batareyasının idarəetmə tağımının rabitə manqa komandiri vəzifəsində, əsgər hərbi rütbəsində xidmət edən Zərərçəkmiş şəxs 2016-cı ilin yanvar ayında kəşfiyyat bölüyünün əsgəri X2 postun ərazisinə odun gətirməsi barədə göstəriş verməsini irad tutaraq onun ünvanına nalayiq sözlər işlətmiş, sonuncu ona cavab qaytardıqda əsgər Zərərçəkmiş şəxs qarşı zor tətbiq etməklə yaxasından tutmuş və yenidən anasının ünvanına nalayiq sözlər deməklə zərər çəkmiş şəxsin şərəf və ləyaqətini alçaltmışdır. Bundan sonra, o, əsgər Zərərçəkmiş şəxs yaxasını buraxmış, lakin öz cinayət əməllərini davam etdirərək yenidən onun anasını söymüş, sonuncu həmin söyüşlərlə ona cavab qaytardıqda isə əsgər Zərərçəkmiş şəxs qəsdən öldürmək, yəni qəsdən həyatdan məhrum etmək qəra rına gələrək, bu məqsədlə əsgər X.B.Xəlilova xidməti istifadə üçün təhkim olunmuş, həmin vaxt yeməkxananın divarına söykənmiş vəziyyətdə olan AKMS markalı, AN 4280 №-li avtomat silahı götürərək qanunsuz olaraq odlu silahı əldə etmiş, silahın qoruyucusunu açaraq çaxmağını çəkib silahı döyüşə hazır vəziyyətə gətirib, söyüş söyməklə "səni öldürəcəm peysər" deyərək lüləsini əsgər Zərərçəkmiş şəxs ürək nahiyyəsinə dirəmiş, sonuncu silahı özündən uzaqlaşdırmaq məqsədi ilə lülə hissəsindən tutaraq geri itələmək istəyərkən, o, Zərərçəkmiş şəxs qəsdən öldürmək məqsədi ilə silahın tətiyinə basaraq qəsdən bir atəş açmış, nəticədə güllə Zərərçəkmiş şəxs çənəsinin altından girərək ona dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid "çənə əsasında cırılmış-didilmiş, çənə sümüy ünün və dişlərin çoxsaylı sınıqları olan yara. Üst dodaq, sol yanaq, sol gözün və alının sol yarısını əhatə edən geniş toxuma deffektli yaralar. Çənə sümüyünün, əng sümüyünün, burun sümüklərinin, sol almacıq sümüyünün, sol göz yuvasını təşkil edən sümüklərin, sol alın sümüyünün, sol frontal cibinin ön divarını təşkil edən sümüklərin sümük deffektləri ilə müşahidə olunan sınıqları. Sol göz almasının tam dağılması. Yuxarı tənəffüs yollarının qanla obstruksiyası. Sol alın cibi nahiyyəsində çıxış yarası. Açıq kəllə beyin travması. Travmatik hemorragik şok İİİ dərəcə. Sol alın cibinin ön və arxa divarının qəlpəli yerini dəyişən sınıqları" xəsarətlərini yetirmiş, lakin əsgər Zərərçəkmiş şəxs dərhal hadisə yerindən 230 saylı hərbi hospitala təxliyə edilərək orada təxirəsalınmadan cərrahiyyə əməli yyatı olunması nəticəsində sağ qaldığından, o, iradəsindən asılı olmayan səbəblərə görə öz qəsdini başa çatdıra bilməyib qəsdən adam öldürməyə cəhd etmişdir. Hökmdən Məhkum müdafiəçisi X5 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Gəncə Apellyasiya Məhkəməsinin Hərbi kollegiyası (hakimlər: F.H.Əliyev (sədrlik edən və məruzəçi), B.C.Əliyev və E.A.Bayramovdan ibarət tərkibdə) xx xxxxxx 2017-ci il tarixli qərarı ilə apellyasiya şikayətini təmin etmədən, hökmü isə dəyişdirilmədən saxlamışdır. Gəncə Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının xx xxxxxx 2017-ci il tarixli qərarından Məhkum müdafiəçisi M.M.Yaqubov kassasiya şikayəti verərək qeyd olunan qərarın ləğv edilməsini və işin yeni apellyasiya baxışına təyin edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN D Ə L İ L L Ə R İ: Məhkum müdafiəçisi M.M.Yaqubov kassasiya şikayətində Məhkum istər ibtidai istintaq zamanı, istərsə də birinci instansiya və apellyasiya instansiyası məhkəmələrində elan olunmuş ittiham üzrə özünü ümumiyyətlə təqsirli bilmədiyini, ifadələrində isə iş üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs əlində olan avtomatla özünə atəş açaraq xəsarət yetirdiyini göstərmişdir. Belə ki, Məhkum atəş açılandan bir neçə saniyə əvvəl hadisə yerinə daxil olarkən Zərərçəkmiş şəxs əlində olan silahı özünə doğru dirədiyini görmüş, həmin anda Zərərçəkmiş şəxs silahdan atəş açmış və onların arasında məsafə az olduğu üçün xəsarət alan Zərərçəkmiş şəxs qanı onun üzərinə sıçarmışdır. Buna baxmayaraq ibtidai istintaq orqanı tərəfindən qanuna zidd olaraq zərər çəkmiş şəxsə və şahidlərə ciddi təsir göstərilmiş, saxta ifadələr alınmaqla Məhkum barəsində ağır cinayətə görə ittiham verilmişdir. Halbuki, Məhkumla Zərərçəkmiş şəxs arasında heç vaxt ədavət və düşmənçilik olmamışdır. Bundan başqa ittiham aktı yalnız iki nəfər şahidin ifadəsinə əsaslanmış, silahdan izlərin götürülməsi ekspert rəyi ilə müəyyən edilməmiş və digər şübhəli sübutlarla hökm çıxarılmışdır. Məhkəmə baxışı zamanı zərər çəkmiş Zərərçəkmiş şəxs ifadəsində, Məhkum barəsində heç bir şikayətinin olmamasını və onun azadlığa buraxılmasını xahiş etdiyini göstərmişdir. Qeyd olunanlara baxmayaraq apellyasiya instansiyası məhkəməsi mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmadan, əməlin tövsifində səhvə yol vermiş birinci instansiya məhkəməsinin hökmünü dəyişdirilmədən saxlamışdır. Məhkəmə kollegiyası işin materiallarını öyrəni b, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə müdafiəçi M.M.Yaqubovun, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı İ.F.Yusifovun çıxışlarını dinləyib hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməlidir. Kassasiya şikayətinə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəmə iclasında iştirak etməmiş, Məhkum isə məhkəmə kollegiyasına ərizə göndərərək kassasia şikayətinə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Buna görə də məhkəməkollegiyasıAzərbaycanRespublikası Cinayət Proessual Məcəlləsinin (bundan sonra AR CPM) 419.4-cümaddəsinəəsasənişəonların iştirakıolmadanbaxılmasınımümkünhesabetmişdir. HÜQUQİ M Ə S Ə L Ə L Ə R: Az ərbaycan Respublikası CPM-in 419.1-ci maddəsinin tələblərinə uyğun olaraq, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli isə qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Cinayət işinin materiallarından göründüyü kimi Məhkumtörətdiyi cinayət əməli, yəni yuxarıda qeyd olunan şəraitdə tabelikmünasibətlərindəolmayanhərbiqulluqçulararasındaqarşılıqlımünasibətlərinnizamnaməqaydal arınızərər çəkmişşəxsinşərəfvələyaqətinialçaltmaqlavəonaqarşızortətbiqetməkləpozması, qanunsuzolaraqodlusilahıəldəetməsi, habelə qəsdən adam öldürməyə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etməyə cəhd etməsi zərər çəkmiş şəxsin, şahidlərin ifadələri ilə və işdə olan digər mötəbər sübutlarla tam təsdiq edilmişdir. Apellyasiya instansiyası məhkəməsi hazırkı kassasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edən apellyasiya şikayətinin müvafiq dəlillərini araşdıraraq düzgün olaraq belə bir nətic əyə gəlmişdir ki, müdafiə tərəfi Məhkum təqsirliliyinin sübuta yetirilmədiyi, cinayəti törətməkdə təqsirli olmadığını iddia etsələr də, nə bu iddianı hansısa hala müraciət etməklə, konkret dəlil göstərməklə əsaslandırmamış, nə də ki, CM-in 29, 120.1, 228.1 və 332.1-ci maddələri ilə təqsirli bilinməsi üzrə nəticələri təkzib etmək üçün sübutlar və sübutetməyə dair cinayət-prosessual qaydaların pozulmasına istinad etməmişlər. Cinayət işinin materiallarından da göründüyü kimi, Həmzət Əzizovun ittihamolunduğucinayətəməllərinitörətməsihalları, buhallarıtəsdiqedənifadələrvəibtidaiaraşdırmazamanıqanuniüsullarlatoplanmışbaşqasübutlarbirincii nstansiyaməhkəməsininməhkəməiclaslındatam, hərtərəflivəobyektivaraşdırılmış, apellyasiyainstansiyasıməhkəməsitərəfindənətraflıtəhliledilmiş, həminiclaslardasüb utlarıntoplanmasıvəaraşdırılmasızamanıprosessualpozuntulara, ocümlədəntəqsirləndirilənşəxsinAzərbaycanRespublikasıCPM-in 91- cimaddəsindənəzərdətutulmuşhüquqlarınınpozulmasınavəyabuhüquqlarınhəyatakeçirilməsininməh dudlaşdırılmasınayolverilməsi, sübutlarıntədqiqindənəsassızimtinaolunmasıvəyolverilməzsübutlardanistifadəedilməsimüəyyənedil məmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası kassasiya şikayətinin müvafiq dəlillərini əsaslı hesab etməyərək onun təmin olunmasını mümkün hesab etmir. Bununla yanaşı məhkəmə kollegiyası qeyd edir ki, birinci və apellyasiya instansiyası məhkəmələri Məhkum əməlinin sübuta yetirilməsi və tövsifi məsələlərində düzgün hüquqi nəticəyə gəlsələr də, ona təyin edilmiş cəza məsələsində CM-in 8, 41 və 58-ci maddələrinin tələblərini kifayət qədər nəzərə alm amışlar. Belə ki, məhkum Həmzət Əzizova cinayətlərin məcmusu üzrə təyin edilmiş 10 il müddətinə azadlıqdan məhrum etmə cəzası onun şəxsiyyətinə, habelə tərəfindən törədilmiş əməlin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmamaqla ədalətsiz cəzadır. Cinayət işinin materiallarından göründüyü kimi, Məhkum cinayət əməlini törətdikdən sonra zərər çəkmiş şəxslə razılıq əldə etməyə cəhd etmiş, üzr istəyərək onunla barışmış, zərər çəkmiş şəxs onu bağışlamış, məhkəməyə müraciət edərək onun bağışlanılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi də Məhkum cinayət əməlini törətdikdən sonra zərər çəkmiş şəxslə razılıq əldə etməyə cəhd etməsini, üzr istəyərək onunla barışmasını, zərər çəkmiş şəxsin onu bağışlamasını, məhkəməyə müraciət edərək onun bağışlanılmasını xahiş etməsini, zə rər çəkmiş şəxslə barışmaqla zərər çəkmiş şəxsin ondan heç bir tələb və şikayətinin, habelə hər hansı bir iddiasının olmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alaraq, təqsirli bilindiyi maddələrin sanksiyasına uyğun azadlıqdan məhrum etmə cəzaları təyin etmiş, apellyasiya instansiyası məhkəməsi də birinci instansiya məhkəməsinin cəza tətbiqi ilə əlaqədar mövqeyini düzgün hesab etmişdir. İş materiallarından göründüyü kimi Məhkum məsuliyyətini ağırlaşdıran yeganə hal kimi cinayəti odlu silahdan istifadə edilməklə törətməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx xxxx 2004-cü il tarixli qərarında göstəril diyi kimi cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. CM-in 41.1-ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Törədilmiş cinayət əməlinə görə tətbiq edilməli olan cəzanın ədalətliliyi, mütənasibliyi və fərdiləşdirilməsinin mümkünlüyü qanunverici tərəfindən müəyyənləşdirilmiş cəza sistemi daxilindəki cəza növlərinin dairəsi ilə əlaqəlidir. Bundan əlavə məhkəmə kollegiyası qeyd edir ki, CM-in ədalət prinsipindən bəhs edən 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə və təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə i craatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2003-cü il tarixli, 4 nömrəli qərarına əsasən məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhz edən cinayət məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Bu ndan başqa qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 2002-ci il tarixli 3 nömrəli qərarında qeyd edilir ki, “...apellyasiya instansiyası məhkəməsi hökmdən verilən apellyasiya şikayəti və ya protestlərinə Azərbaycan Respublikası CPM-in 392.1.1-ci maddəsinə uyğun olaraq məhkəmə istintaqı aparmaqla baxılması məsələsini müzakirə etməli və birinci instansiya məhkəmələrinin yol verdiyi nöqsanların aradan qaldırılması üçün bütün zəruri tədbirləri görməlidir. Bu zaman işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən bütün hallar,yəni təqsirin xarakteri,dərəcəsi, təqsirləndirilən və zərər çəkmiş şəxslərin hadisədən əvvəlki münasibətləri,cinayətin məqsədi,motivi,törədilmə üsulu, təqsirləndirilən şəxsin hadisədən əvvəl, hadisə vaxtı və hadisəni törətdikdən sonrakı davranışı, təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə kömək edən digər hallar hərtərəfli araşdırılmalıdır”. Həmin Plenum qərarında daha sonra göstərilir ki, qəsdən adam öldürməyə görə cəza təyin edilərkən cinayətin baş verməsinin bütün halları, qəsdin növü motivi və məqsədi üsulu, edilmə mərhələsi və şəraiti, həmçinin təqsirkarın şəxsiyyəti, törətdiyi əmələ münasibəti nəzərə alınmalıdır. Eyni zamanda zərər çəkmişin şəxsiyyətinə aid məlumatlar, onun təqsirkarla qarşılıqlı münasibəti, həmçinin hadisəyə qədərki davranışı tədqiq olunmalıdır. Cinayət işinin materiallarından görünür ki, hadisənin baş vermə anında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs davranışı, Məhkumla mübahisə edərək söyüşlər söyməsi kimi xüsusatlar məhkəmələr tərəfindən ara şdırırlmamış və həmin hallar cəza təyini zamanı nəzərə alınmamışdır. Bundan əlavə, CM-in 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən həmin Məcəllənin 59.1.1-59.1.10-cu maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Cinayət işinin materiallarından göründüyü kimi, məhkəmələr tərəfindən Məhkum cəza təyini məsələsi həll edilərkən onun gəncliyi, ilkdəfəcinayətməsuliyyətinəcəlbedilməsi, təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri də kifayət qədər nəzərə alınmamışdır. Məhkəmə kollegiyası xüsusilə qeyd etməyi zəruri hesab edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli, cəmiyyətin maraqlarının açıq-aşkar tələb etməsinə xüsusi göstərişlərin mövcudluğu nöqteyi-nəzərindən qiymətləndiril məlidir. Azərbaycan Respublikası CPM-in “Məhkəmənin hökm və ya qərarının kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar” adlanan 416-cı maddəsinin tələblərinə əsasən məhkəmənin məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etməsi kassasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarının kassasiya qaydasında ləğv edilməsi üçün əsaslarından biridir (maddə 416.0.21.). Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.2-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA A L D İ: Kassasiya şikayəti qismən təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının hazırkı cinayət işi üzrə olan xx xxxxxx 2017-ci il tarixli qərarı Məhkumt t oğluna cəza təyininə dair hissədə ləğv edilsin və cinayət işi həmin hissədə apellyasiya instansiyası məhkəməsində yenidən baxılması üçün təyin edilsin. Qərar kassasiya şikayətinə münasibətdə digər hissələrdə dəyişdirilmədən saxlanılsın. Sədrlik edən: Hakimlər: İlqar Qılıcov İnqilab Nəsirov Fərhad Əliyev
Məhkəmə qərarları › İş №1-1(102)-56/2017
Ali Məhkəmə Qərar — İş №1-1(102)-56/2017
01.06.2017 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver