Məhkəmə qərarları › İş №1-1(102)-56/2018

Ali Məhkəmə Qərar — İş №1-1(102)-56/2018

14.06.2018 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-56/2018 14.06.2018 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi Kollegiyası hakimlər Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Nəsirov İnqilab Maşallah oğlu və Əliyev Fərhad Kazım oğlundan ibarət tərkibdə, Allahverdiyeva Nilgün Qəhrəman qızının katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Məmmədov Anar Ələsgər oğlunun iştirakı ilə, Bakı Hərbi Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 351.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Təqsirləndirilən şəxs bar əsində Bakı Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının xx xxxx 2018-ci il tarixli qərarından Dövlət ittihamçısı Beykəs oğlu tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq MÜƏYYƏN E T D İ: Bakı Hərbi Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli hökmü ilə (sədrlik edən hakim H.B.Həsənov) xx xxxxxx 1988-ci ildə Goranboy rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, əvvəllər məhkum olunmayan, Goranboy rayonunun, Baxçakürd kəndində qeydiyyatda olan və Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Şubani hərbi şəhərciyində yaşayan, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissənin qərargah və təchizat taborunun maddi texniki təminat bölüyünün avtomobil taqım komandiri vəzifəsində, gizi r hərbi rütbəsində xidmət edən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 351.2-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il müddətə nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrum edilməklə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzası 1 (bir) il sınaq müddəti verilməklə şərti hesab edilmiş, o xidmətini davam etdirməsi üçün hazırda xidmət etdiyi N saylı hərbi hissə komandirinə təhvil verilmiş, təyin olunmuş sınaq müddəti ərzində onun davranışı üzərində nəzarət xidmət müddətində hazırda xidmət etdiyi N saylı hərbi hissə komandirinə, xidmət yerini dəyişərsə həmin hərbi hissənin komandanlığına, tərxis olunarsa daimi yaşayış yeri üzrə məhkəmə icraçıları şöbəsinə həvalə edilmiş, sınaq müddəti ərzində xidmət müddətində xidmət etdiyi hərbi hissə komandanlağının icazəsi olmadan heç yerə getməmək, tərxis olunarsa davranışı üzərində nəzarəti həyata keçirən orqana, yəni daimi yaşadığı yer üzrə məhkəmə icraçıları şöbəsinə məlumat vermədən daimi yaşayış yerini dəyişməmək, ailəsinə maddi yardım göstərmək, öz davranışı ilə islah olunduğunu sübut etmək Təqsirləndirilən şəxs bir vəzifə olaraq tapşırılmış, sınaq müddətinin əvvəli hökmün qanuni qüvvəyə mindiyi vaxtdan hesablanması və onun barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə mindikdən sonra ləğv edilməsi hökm edilmişdir. İŞİN H A L L A R İ: Məhkəmənin hökmünə əsasən Təqsirləndirilən şə xs ona görə təqsirli bilinib məhkum edilmişdir ki, o, nəqliyyat maşınlarının istismar qaydalarını ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin ölümünə səbəb olmaqla pozmuşdur. Belə ki, o, Müdafiə Nazirliyinin N saylı hərbi hissənin qərargah və təchizat taborunun maddi texniki təminat bölüyünün avtomobil taqımının komandiri vəzifəsində, gizir hərbi rütbəsində xidmətdə olarkən xx xxxxxx 2017-ci il tarixdə saat N radələrində hərbi hissənin avtomobil parkında yerləşən 4 №-li qarajda olan MAZ 531605 markalı «J 249 QQ» hərbi qeydiyyat nişanlı səhra hamamı təyinatlı avtomobilin «Y 586 QQ» hərbi qeydiyyat nişanlı qoşqusunu avtomobildən ayıraraq, həmin taqımın əsgəri X5 ilə birlikdə qoşqunun arxa hissəsindən tutmuş, ardınca oraya gələn 1-ci manqanın sürücüsü X3 qoşqunun qarşısında olan dəmir konstruksiya dan tutub onlara köməklik etməsini tapşıraraq «Avtomobil nəqliyyatında əməyin mühafizəsi qaydaları»nın 13.1.21, 13.1.22 bəndlərinin və «Maddi-texniki təminat bölüyünün təhlükəsizlik qaydalarının çatdırılması kitabı»nın «Avtomobil parkında təhlükəsizlik qaydaları» başlığının 12-ci abzasının tələblərini pozaraq qoşqunu avtomobil vasitəsi ilə deyil, əl ilə itələyərək hərəkətə gətirməklə ağır fiziki gərginlik (güc) tələb edən iş zamanı təhlükəsizliyi təmin edən müvafiq mexanizm və ləvazimatlar tətbiq etməyib bayıra çıxardarkən qoşqu saxlanc yerinin qarşısında olan maili yerdə idarə olunmaz formada hərəkət etmiş, bu zaman əsgər A.İsayev qoşqunun ön tərəfində olan dəmir nərdivanla qarşıda saxlanılmış «J 249 QQ» nömrəli MAZ 531605 markalı avtomobilin arasında qalıb sıxılması nəticəsində «kəllə əs ası sümüklərindən olan əsas sümüyün şaxələnmiş və qəlpələnmiş sınıqları, baş beyin əzilib dağılması, çənə sümüyünün sol şaxəsinin iki yerdən sınıqları, sol almacıq sümüyünün basılmış və qabarmış sınıqları, sağ said sümüklərinin (mil və dirsək) yerdəyişmiş sınıqlar, sol ağ ciyərinin kontuziyası, dalağın cırılması, qara ciyərinin kapsulaltı hematoması, sol 910-cu əzələsinin cırılması, sağ gicgahın əzələsinin hematoması, sol qulaq seyvanının əzilmişcırılmış yarası, bədəninin çoxsaylı qançır və sıyrılmış yaralar, sol gözaltı nahiyyəsinin şişkinlik və qansızması» diaqnozlu xəsarətlər almaqla nəqliyyat maşınlarının istismar qaydalarını pozub ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Hökmdən dövlət ittihamçısı H.B.İmranov tərəfindən verilmiş apellyasiya protestinə əsasən işə bax an Bakı Apellyasiya Məhkəməsinin Hərbi kollegiyası (hakimlər: S.A.Mirzəyev (sədrlik edən və məruzəçi), F.A.Qasımov və E.Y.Şamayevdən ibarət tərkibdə) xx xxxx 2018-ci il tarixli qərarı ilə apellyasiya protestini təmin etmədən, hökmü isə dəyişdirilmədən saxlamışdır. Bakı Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının xx xxxx 2018-ci il tarixli qərarından dövlət ittihamçısı H.B.İmranov kassasiya protesti vermişdir. KASSASİYA PROTESTİNİN D Ə L İ L L Ə R İ: Dövlət ittihamçısı H.B.İmranov kassasiya protestini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etməmiş və həmin Məcəllənin 416.0.21-ci maddəsinə əsasən məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən halları, həmçinin cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini düzgün nəzərə almayaraq Təqsirləndirilən şəxs barəsində əsassız olaraq Azərbaycan Respublikası CM-in 70-ci maddəsini tətbiq etmişdir. Qeyd olunanlara əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 351.2-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin xx xxxx 2018-ci il tarxili qərarının ləğv edilərək işin apellyasiya instansiyası məhkəməsində yenidən baxılmasının təyin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin dəlillərini müzakirə edib, kassasiya protestinin təmin edilməsi barədə dövlət ittihamçısı A.Ə.Məmmədovun çıxışını dinləyib hesab edir ki, kassasiya protesti təmin edilmədən Bakı Apellyasiya Məhkəməsinin Hərb i kollegiyasının xx xxxx 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanmalıdır. Kassasiya protestinə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq məhkum Təqsirləndirilən şəxs və iş üzrə zərər çəkmiş şəxs X2 hüquqi varisi X4 məhkəmə iclasında iştirak etməmişlər. Buna görə də məhkəmə kollegiyası Azərbaycan Respublikası CPM-in 419.4-cü maddəsinə əsasən işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ M Ə S Ə L Ə L Ə R: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan mad dədən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayətprosessual normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinə müvafiq toplanıb tədqiq edilmiş, mötəbər və yekun nəticəyə gəlməyə imkan verən sübutların məcmusuna istinad edilməklə Bakı Hərbi Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 351.2-ci maddəsinə tövsif edilmişdir. Apellyasiya instansiyası məhkəməsində dövlət ittihamçıs ının apellyasiya protesti əsasında cinayət işinə baxılarkən sübutların toplanması, tədqiqi və qiymətləndirilməsində birinci instansiya məhkəməsi tərəfindən nöqsanlara yol verilib-verilmədiyi yoxlanılmış və Bakı Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının xx xxxx 2018-ci il tarixli qərarı ilə apellyasiya protesti təmin edilməmiş, hökm dəyişdirilmədən saxlanılmışdır. Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində məhkumun əməlinin tövsifi və təqsirlilik məsələsi mübahisələndirilməmiş, ilkin olaraq məhkum Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 70-ci maddəsi ilə nəzərdə tutulan şərti məhkum etmənin düzgün olmayaraq tətbiq olunması iddia edilməklə buna dair bir sıra dəlillər irəli sürülmüşdür. Protestin dəlilləri ilə əlaqədar ilk növbədə qeyd olunmalıdır ki, apellay siya məhkəməsi məhkum Təqsirləndirilən şəxs barəsində şərti məhkum etmənin tətbiq edilməsinə dair birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab etməklə qeyd etmişdir ki, birinci instansiya məhkəməsi toplanmış sübutları müqayisəli şəkildə tədqiq edərək məhkuma ittiham olunmuş cinayət əməlini törətməsi haqda işin faktiki hallarına uyğun olan qanuni və əsaslı nəticəyə gəlmiş və onun əməlini Azərbaycan Respublikası CM-in 351.2-ci maddəsi ilə düzgün tövsif etmişdir. Qərardan görünür ki, məhkəmə məhkuma cəza təyin edərkən cəza təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan AR CM-in 58.3-cü maddəsinin tələblərinə əməl edərək, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən onun cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, h abelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini müzakirə edərək, belə qənaətə gəlmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmaması, ilk dəfə olaraq az ağır cinayət əməli törətməklə törətmiş olduğu cinayətdə təqsirini ilk gündən boynuna alaraq əməlindən səmimi peşmançılıq çəkdiyini bildirməsi, hadisədən sonra zərər çəkmiş şəxsin hüquqi varisindən üzr istəməsi, gənc olması, Milli Ordu sıralarında uzun müddət xidmət etməsi, ailəli olmaqla ailənin yeganə maddi təminatçısı olması, himayəsində bir azyaşlı uşağının olması, hərbi hissə komandanlığı tərəfindən müsbət xarakterizə olunması və xidmət etmək arzusunda olması kimi halların məcmusu nəzərə alınmaqla onun cəmiyyətdən təcrid etmədən islah olunmasını mümkün hesab edilərək barəsində AR CM-in 7 0-ci maddəsini tətbiq etmişdir. Apellaysiya məhkəməsinin gəldiyi bu nəticə iş materiallarına və qanun tələblərinə tam uyğun olduğu üçün məhkəmə kollegiyası da onunla razılaşır və qeyd edir ki, məhkum Təqsirləndirilən şəxs barəsində CM-in 70-ci maddəsinin tətbiq edilməli olduğuna dair həmin nəticənin qanuniliyini şübhə altına almağa əsas yoxdur, kassasiya protestinin dəlilləri də buna əsas vermir. Belə ki,AR CM-in 70.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.2-ci maddəsində isə qeyd olunmuşdur ki, məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Bu normaların həm məzmunundan, həm də mənasından belə başa düşülür ki, məhkəmə AR CM-in 70.2-ci maddəsində göstərilmiş halları nəzərə almaqla məhkumun cəza çəkmədən islah olunmasını mümkün saydıqda şərti məhkum etmə tətbiq edilməsi barədə qərar çıxara bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hökmün əsaslandırıcı hissəsində maddi hüquq normalarının tətbiqinə istinad edərək nəticə hissəsində bu normalara riayət etməklə və cəzanı yüngülləşdirən hallar kimi məhkum Təqsirləndirilən şəxs səmimi etirafını, əməlindən peşman olmasını və digər halları AR CM-in 59.2-ci maddələrinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzər almışdır. Həmçinin, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi cəzanı yüngülləşdirən halları müəyyən edərkən cinayət-prosessual qanunu tələblərinə riayət etmiş, eləcə də sübutların araşdırılmasında hər hansı bir qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarı qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə AR CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Odur ki, kassasiya protestinin qeyd olunan dəlilləri kifayət qədər əsaslandırılmamışdır. Məhkəmə kollegiyası cinayət işinin materiallarını araşdıraraq, cəz a təyin etmənin ümumi əsaslarına, həmçinin şərti məhkum etməyə dair cinayət qanunvericiliyinin yuxarıda qeyd olunan müddəalarına əsaslanaraq məhkum Təqsirləndirilən şəxs barəsində müəyyən edilmiş yüngülləşdrici halların məcmusunu nəzərə alaraq onlar barəsində CM-in 70-ci maddəsinin tətbiq olunmasını istisna edən hər hansı hal görmür. Məhkəmə kollegiyası həmçinin onu da qeyd etməyi zəruri hesab edir ki, şərti məhkum etmə zamanı məhkum cinayət məsuliyyətindən azad olunmur və onun əsasını məhkum edilmiş şəxsin öz davranışı ilə islah və tərbiyə olunduğunu sübut etməsi təşkil edir. CM-in 71-ci maddəsinə əsasən şərti məhkum edilmiş şəxs məhkəmə tərəfindən onun üzərinə qoyulmuş vəzifələri yerinə yetirməkdən boyun qaçırdığına və ya ictimai qaydanı pozduğuna görə barəsində inzibati tənbeh tətbiq ed ildikdə, məhkəmə məhkumun üzərində nəzarəti həyata keçirən dövlət orqanının təqdimatı əsasında sınaq müddətini bir ildən çox olmayaraq uzada bilər. CM-nin 71-ci maddəsi həmçinin müvafiq hallarda şərti məhkum etmənin ləğv edilməsini və hökmlə təyin olunmuş cəzanın icra olunmasının əsaslarını və qaydasını nəzərdə tutur. AR CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalı, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin tö rədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq olunur. Yəni cəzanın məqsədi təkcə məhkumun islah olunması ilə məhdudlaşmır. Qanuna görə təqsirli şəxsə təyin edilən cəza başqalarına xəbərdarlıq baxımından da əhəmiyyətlidir. Digər tərəfdən, AR CM-in 58.3-cü maddəsinə görə cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Kassasiya protestində bir sıra cinayət və cinayət prosessual qanunvericiliyinin normalarına istinad edilərək, bu normaların müddəaları göstərilsə də, məhkəmə kollegiyasının qənaətinə görə həmin normaların tələbləri pozulmamışdır. Göründüyü kimi, kassasiya protest inin dəlilləri apellyasiya məhkəməsinin qərarının qanuniliyini şübhə altına almağa əsas vermir. Qərarda göstərilən nəticələr tam qanuni olmaqla protestdə istinad edilən Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum qərarının və cinayət qanunvericliyinin müvafiq olaraq izahları və müddəaları ilə ziddiyyət təşkil etmir. Bunları nəzərə alaraq, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan (AR CPM-in 416-cı maddəsində nəzərdə tutulan hallar mövcud olmadığından) dəyişdirilmədən saxlanılmalı, kassasiya protesti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA A L D İ: Kassasiya protesti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Mə cəlləsinin 351.2-ci maddəsi ilə məhkum edilməsinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının xx xxxx 2018-ci il tarixli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar