Məhkəmə qərarları › İş №1-1(102)-56/2020

Ali Məhkəmə Qərar — İş №1-1(102)-56/2020

19.08.2020 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-56/2020 19.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kərimov Fərhad Abdulkərim oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyev Namiq Qadir oğlunun iştirakı ilə, Tərtər Hərbi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmünə əsaəsn Məhkum Azərbaycan Respublikası Cina yət Məcəlləsinin 330.2.3-cü maddəsi ilətəqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarından məhkumun müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Tərtər Hərbi Məhkəməsinin (sədrlik edən hakim: Sarıyev Əhməd Mədət oğlu) xx xxxxxx 2019-cu il tarixli hökmü ilə xx xxxx 1999-cu il tarixdə Lerik rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam orta təhsilli, əvvəllər məhkum olunmamış, Lerik rayonunun Tikəband kəndində qeydiyyatda olan Məhkum, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 330.2.3-cü maddəsi ilə təqsirli bilinib barəsində CM-nin 62-ci maddəsi tətbiq edilməklə 4 (dörd) ay müddətinə İntizam xarakterl i hərbi hissədə saxlama cəzasına məhkum edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarı ilə (hakimlər: Abdullayev Əlizamin Gülzalı oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Salman Bilal oğlu və Xasməmmədov Elçin İskəndər oğlundan ibarət tərkibdə) məhkumun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilmiş, Tərtər Hərbi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü cəza təyini hissəsində dəyişdirilmiş, hökmlə Məhkum təqsirli bilindiyi Cinayət Məcəlləsinin 330.2.3-cü maddəsi ilə təyin edilmiş intizam xarakterli hərbi hissədə saxlama cəzasının müddəti, Cinayət Məcəlləsinin 62-ci maddəsinin tətbiqinə dair müddəalar saxlanılmaqla, artırılaraq 1 ( bir) il həddində müəyyən edilmiş, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İşin halları Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Goranboy rayonu ərazisində dislokasiya olunmuş N nömrəli hərbi hissənin 3-cü taborun 8-ci bölüyündə atıcısı vəzifəsində, əsgər hərbi rütbəsində xidmət edərkən xx xxxx 2019-cu il tarixdə, saat 15:00 radələrində həmin bölüyün 1-ci taqımın 1-ci manqasının komandiri vəzifəsində, əsgər hərbi rütbəsində xidmət edən Bayraməliyev Rafiz Rafiq oğlunun rəhbərliyi ilə sırada gedərkən nalayiq hərəkət etmiş, nəticədə sıra intizamı pozulmuşdur. Həmin vaxt əsgər Rafiz Bayraməliyev əsgər Məhkum sıra intizamını pozduğuna görə iradını bildirdikdə aralarında sözlü mübahisə yaranmışdır. Həmin mübahisə zamanı əsgər M əhkum əsəbləşərək, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 38-42-ci və 138-ci maddələrinin tələblərini pozaraq rəisin hərbi xidmət üzrə vəzifələrinin yerinə yetirilməsi zamanı və belə vəzifələrin yerinə yetirməsi ilə əlaqədar tabelikdə olan şəxs kimi onun üçün rəis hesab olunan əsgər Rafiz Bayraməliyevin sol diz nahiyəsinə sağ ayağı ilə bir dəfə təpik zərbəsi vurmuş, sonra sağ əli ilə burun nahiyəsinə bir dəfə yumruq zərbəsi vurub dərəcəsinə görə sağlamlığa az ağır zərərvurmaya aid - burunun küt travması, xarici burunun yumuşaq toxumalarının əziyi, burun sümüyünün yerdəyişən sınığı diaqnozu ilə müşayiət olunan bədən xəsarətləri yetirmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə görə Məhkum həmin hərəkətləri ilə CM-nin 330.2.3-cü maddəsi ilə nəzə rdə tutulan cinayət əməlini törətmişdir. Kassasiya şikayətinin dəlilləri Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarından məhkumun müdafiəçisi Müdafiəçi kassasiya şikayəti verərək həmin qərarın dəyişdirilməsi və Məhkum barəsində CM-nin 70-ci maddəsinin tətbiq edilməsini xahiş etmişdir. Müdafiəçi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmələr tərəfindən məhkumun barəsində ədalətsiz və ağır cəza təyin edilmişdir. Ona cəza təyin edilərkən Məhkum əməlindən səmimi peşman olmasını, gənc olmasını, zərərçəkmiş şəxsdən üzr istəyərək barışmasını, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını, xidmətini davam etdirmək istədiyini, ailəsinin yeganə övladı olmasını nəzərə almamışlar. Qeyd olunanları nəzərə alaraq Gəncə Apellyas iya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarını dəyişərək Məhkum barəsində CM-nin 70.1-ci maddəsinin tətbiq edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışını dinləyərək hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarı dəyişdirilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanunun un və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunvericiliyinin normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Müdafiəçi kassasiya şikayətində məhku mun barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinin tətbiq edilməsini mübahisələndirmişdir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli, 4 saylı Qərarının 25-ci bəndinə əsasən məhkəmələrin nəzərinə çatdırılmışdır ki, şərti məhkum etmə, haqqında CM-in maddəsində göstərilən bir və ya bir neçə növ cəzaların təyin olunduğu şəxslər haqqında tətbiq oluna bilər. Şərti məhkum etmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədinə cavab verməlidir. Qanunun tələbinə və qanunla müəyyən edilmiş cəza təyin etmənin prinsiplərinə görə cəza təyin edilərkən Azərbaycan Respublikası CM-nin 8.1-ci, 41.2 və 58.3-cü maddələrində təsbit edilmiş digər hallar, o cümlədən cinayətin ictimai təhlükəlilik dərəcəsi də nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 70.1 və 70.2-ci maddələrinə əsasən islah işlə ri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə kollegiyası işin hallarını, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlik dərəcəsini nəzərə alıb qeyd edir ki, Məhkum cəza çəkmədən islah olunacağına əsas verə biləcək hallar mövcud olunmadığından onun barəsində şərti məhkum etmə tətbiq edilməsi üçün əsaslar müəyyən edilmədi. Azərbaycan Respublikası C inayət Məcəlləsinin 62-ci maddəsinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. «Məhkəmələr tərəfindən cinayət cəz alarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli, 4 saylı Qərarının 8-ci bəndinə əsasən Cinayət Məcəlləsinin 62-ci maddəsinə görə Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilməsi şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli surətdə azaldan müstəsna hallar mövcud olduqda, yaxud qrup halında törədilmiş cinayətin açılmasına fəal kömək göstərdikdə mümkündür. Bu zaman nəinki cinayətin məqsədi və motivi, habelə təqsirkarın cinayətin törədilməsində rolu, cinayəti törədərkən və ondan sonrakı davranışı nəzərə alınmalıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli surətdə azaldan bütün müstəsna hallar qanunda birbaşa nəzərdə tutulmadığından məhkəmə müstəsna hal kimi həm ayrı-ayrı yüngülləşdirici halları, həm də onların məcmusunu tanımağa haqlıdır. Bu zaman məhkəmə bu məsələ barədə qəbul etdiyi qərarı hökmdə əsaslandırmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr təqsirləndirilən şəxs barəsində olan yuxarıda qeyd edilən cəzanı yüngülləşdirən, o cümlədən əməlinin və şəxsiyyətinin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan halların məcmusunu müstəsna hal kimi və eləcə də cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, həmçinin cəzanı ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə almaqla, hümanizm və ədalətlilik baxımından, onun barəsində CM-nin 62-ci maddəsini tətbiq etməklə düzgün nəticəyə gəlmişdirlər. Lakin, məhkəmə kollegiyası “Azərbaycan Respublikası Cinayət Məcəlləsinə dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının xx xxx 2020-ci il tarixli Qanununu nəzərə alaraq hesab edir ki, Məhkum əməli yeni redaksiyada olan Cinayət Məcəlləsinin 330.3.5-ci maddəsinə tövsif edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” xx xxxxxxxx 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-ci 28.5-ci maddəsi) İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” xx xxxxxx 2009-cu il, “Xirvisari Finlandiyaya qarşı” xx xxxxxxxx 2001-ci il, “Ruis Torija İspaniyaya qarşı” xx xxxxxx 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” xx xxxxxx 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. İnsan hüquq və Əsas Azadlıqları Haqqında Avropa Konvensiyasının 6-cı maddəsinin tələb etdiyi ədalətli araşdırmanın məcburi tələbləri arasında cinayət təqibini həyata keçirən hakimiyyət orqanının bütün sübutlar barədə müdafiə tərəfinə məlumat vermək vəzifəsi mühüm yer tutur. Konvensiyanın 6-cı maddəsi ilə təminat verilən ədalətli məhkəmə baxışı prinisipi hüququn aliliyinə və insan hüquqlarına hörmətin həyata keçirilməsinə xidmət edir. Əks maraqların toqquşduğu məhkəmə prosesində tərəflərin prosesdə bərabərliyinin təmin edilməsi məhkəmələr tərəfindən həyata keçirilməlidir. Belə ki, Məhkum ittiham irəli sürülərkən Azərbaycan Respublikası CM-nin 330.2.3cü maddəsinin dispozisiyasında “Rəisin hərbi xidmət üzrə öz vəzifəsini yerinə yetirilməsi ilə əlaqədar onun sağlamlığına az ağır və ya ağır zərər vurma, habelə ağır nəticələrə səbəb olma” əməli təsbit edilmişdir. İş materiallarından görünür ki, əsgər Məhkum əsəbləşərək, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 38-42-ci və 138-ci maddələrinin tələblərini pozaraq rəisin hərbi xidmət üzrə vəzifələrinin yerinə yetirilməsi zamanı və belə vəzi fələrin yerinə yetirməsi ilə əlaqədar tabelikdə olan şəxs kimi onun üçün rəis hesab olunan əsgər Rafiz Bayraməliyevin sol diz nahiyəsinə sağ ayağı ilə bir dəfə təpik zərbəsi vurmuş, sonra sağ əli ilə burun nahiyəsinə bir dəfə yumruq zərbəsi vurub dərəcəsinə görə sağlamlığa az ağır zərərvurmaya aid - burunun küt travması, xarici burunun yumuşaq toxumalarının əziyi, burun sümüyünün yerdəyişən sınığı diaqnozu ilə müşayiət olunan bədən xəsarətləri yetirmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzinin Tərtər Regional Məhkəmə Tibbi Ekspertiza Bölməsi tərəfindən verilmiş 14-xx xxxx 2019-cu il tarixli, 332 nömrəli ekspert rəyindən görünür ki, əsgər Bayraməliyev Rafiz Rafiq oğlu hospitala müraciət edərkən, onda bur unun küt travması, burunun yumşaq toxumalarının əziyi, burun sümüyünün yerdəyişən sınığı aşkar olunmuşdur, hansı ki, küt əşyanın təsirindən əmələ gəlmiş, qərarda göstərilən (xx xxxx 2019-cu il) tarixdə və şəraitdə yetirilməsi inkar olunmur, ağırlıq dərəcəsinə görə səhhətinin uzun müddət pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. (i.v.57) “Azərbaycan Respublikası Cinayət Məcəlləsinə dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının xx xxx 2020-ci il tarixli Qanunu ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinə edilmiş dəyişiklikdən sonra Məhkum törətdiyi cinayət əməli yəni “Rəisin hərbi xidmət üzrə öz vəzifəsini yerinə yetirilməsi ilə əlaqədar onun sağlamlığına az ağır zərər vurma” cinayəti həmin Məcəllənin330.3.5-ci maddəsinin dispozisiyasında “Rəisə, habelə hərbi qulluq vəzifəsini yerinə yetirən digər şəxsə hərbi xidmət üzrə öz vəzifəsini yerinə yetirməsi zamanı və ya belə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar sağlamlığına qəsdən az ağır zərər vurma ” - təsbit edilmişdir. Həmin maddənin sanksiyasında “bir ildən iki ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə” cəzası nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum əməli “Azərbaycan Respublikası Cinayət Məcəlləsinə dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının xx xxx 2020-ci il tarixli Qanunu ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinə edilmiş dəyişiklikdən sonra həmin Məcəllənin330.2.3-cü maddəsindən 330.3.5-ci maddəsinə tövsif edilməli, lakin məhkəmələr tərəfindən Məhkum barəsində Azə rbaycan Respublikası CM-nin 62-ci maddəsinin tətbiqinə dair müddəalar saxlanılmaqla cəza təyin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyanın 71-ci maddəsinin 8-ci hissəsində təsbit olunmuşdur ki, hüquq pozuntusu törədildikdən sonra yeni qanunla bu cür hərəkətlərə görə məsuliyyət aradan qaldırılmışsa və ya yüngülləşdirilmişsə, yeni qanun tətbiq edilir. Azərbaycan Respublikası CM-in 10.3-cü maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və bu əmələ görə cəzanı aradan qaldıran, cəzanı yüngülləşdirən, yaxud cinayət etmiş şəxsin vəziyyətini başqa cür yaxşılaşdıran cinayət qanununun geriyə qüvvəsi vardır, yəni həmin qanunun qüvvəyə minməsindən əvvəl müvafiq əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxslərə, habelə cəza çəkən, yaxud cəzasını çəkmiş, lakin məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslərə şamil edilir. Azərbaycan Respublikası Konstitusiyanın 12-ci maddəsində insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi Azərbaycan dövlətinin ali məqsədi kimi təsbit edilmişdir. Hüquqi və demokratik dövlətə xas olan dəyərlərə əsaslanan Konstitusiya insan və vətəndaş hüquq və azadlıqlarını təsbit etməklə, onların qorunmasına və müdafiəsinə yönəlmiş təminatı da müəyyənləşdirmişdir. Cinayət qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasına, beynəlxalq hüququn hamılıqla qəbul edilmiş normalarına və prinsiplərinə əsaslanmaqla, cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini, həcmini, eləcə də digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edir (Cinayət Məcəlləsinin 1.2 və 2.2-ci maddələri). Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.4-cü maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarı “Azərbaycan Respublikası Cinayət Məcəlləsinə dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının xx xxx 2020-ci il tarixli Qanununa əsasən dəyişdirilsin. Məhkum əməli Azərbaycan Respublik ası Cinayət Məcəlləsinin 330.2.3-cü maddəsindən həmin Məcəllənin 330.3.5-ci maddəsinə tövsif edilsin. Məhkum barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə ona 11 (on bir) ay müddətə İntizam xarakterli hərbi hissədə saxlama cəzası təyin edilsin. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar