Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-56/2021 22.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru X19, Məhkum1 Pirverdi oğlunun müdafiəçisi Müdafiəçi iştirakları ilə, Şirvan Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının 26 aprel 2013-cü il tarixli, 11(106 )-02/2013 nömrəli qərarından Məhkum1 müdafiəçisi, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Məhkum1 (xx xxx 1990-cı il tarixdə Qazax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, əvvəllər məhkum olunmamış, orta təhsilli, Ağstafa rayonu, Qıraq Kəsəmən kəndində daimi qeydiyyatda olan, N saylı hərbi hissənin 2-ci motoatıcı taborunun, 6-cı bölüyünün 1-ci tağımının 2-ci manqasının sabiq komandiri), Füzuli Hərbi Məhkəməsinin 16 fevral 2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra “Azərbaycan Respublikası CM”) 180.2.4, 274, 331.3, 338.1 və 341.3-cü maddələri ilə təqsirli bilinib, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən qəti olaraq əmlakı müsadirə olunmamaqla 12 (on iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasının ciddi rejimli Cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin 17 mart 2011-ci il tarixdən hesablanması qərara alınmışdır.
2. Həmçinin, həmin hökmlə Məhkum2 Cinayət Məcəlləsinin 338.1 və 274-cü maddələri ilə qəti olaraq 11 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir.
3. Hökmə əsasən, Məhkum1 Piverdi oğlu Azərbaycan Respublikasına qəfil hücumun vaxtında aşkara çıxarılması, dəf olunması və təhlükəsizliyinin təmin edilməsi üzrə döyüş növbəsində olarkən, dəfələrlə döyüş növbəsi çəkmə qaydalarını kobud surətdə pozub dövlət təhlükəsizliyi mənafelərinə zərər vura bilmə təhlükəsini yaratmış, Azərbaycan Respublikasının ərazi toxunulmazlığı, dövlət t əhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə olaraq Azərbaycan Respublikasının vətəndaşı olmaqla qəsdən düşmən tərəfinə keçmiş, Azərbaycan Respublikasına qarşı düşmənçilik fəaliyyəti aparan Ermənistan Respublikasının Silahlı Qüvvələrinin əməkdaşlarına köməklik edərək onlara dövlət sirri təşkil edən məlumatların verilməsini təşkil etməklə dövlətə xəyanət etmiş, rəis olmaqla hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı tabeliyində olan şəxsi dəfələrlə döymüş, həyat və sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etməklə özgə əmlakını açıq talamaqla soyğunçuluq etmiş, habelə rəis olmaqla döyüş şəraitində tamahkarlıq məqsədilə qulluq mövqeyindən sui-istifadə edib, qulluq səlahiyyətlərini aşmışdır.
4. Hökmdən məhkum edilmiş şəxs Məhkum1 müdafiəçisi Müdafiəçi və məhkum edilmiş şəxs Mə hkum2 müdafiəçisi X14 apellyasiya şikayətləri vermişlər.
5. Şirvan Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının 21 may 2012-ci il tarixli ilkin baxış qərarı ilə həmin apellyasiya şikayətləri üzrə cinayət işinə baxılması məhkəmə istintaqı aparılmamaqla 31 may 2012-ci il tarixə təyin edilmişdir.
6. Müdafiəçilər Müdafiəçi və N.S.Hacıyev apellyasiya instansiyası məhkəməsinin ilkin baxış qərarından kassasiya şikayətləri verərək apellyasiya baxışında məhkəmə istintaqının keçirilməsinin nəzərdə tutulmamasına görə 21 may 2012-ci il tarixli qərarı mübahisələndirmişlər.
7. Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi kollegiyasının 02 avqust 2012-ci il tarixli qərarı ilə müdafiəçilərin kassasiya şikayətləri təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının 21 may 2012-ci il tari xli ilkin baxış qərarı ləğv edilib, cinayət işi apellyasiya instansiyası məhkəməsində yenidən ilkin baxışa təyin edilmişdir.
8. Şirvan Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının 01 oktyabr 2012-ci il tarixli qərarı ilə müdafiəçilər Müdafiəçi və N.S.Hacıyevin apellyasiya şikayətləri üzrə cinayət işinə məhkəmə baxışı tam məhkəmə istintaqının keçirilməsi nəzərdə tutulmaqla 18 oktyabr 2012-ci il tarixə təyin edilmişdir.
9. Şirvan Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının 26 aprel 2013-cü il tarixli, 11(106)-02/2013 nömrəli qərarı ilə müdafiəçilər Müdafiəçi və N.S.Hacıyev tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Füzuli Hərbi Məhkəməsinin 16 fevral 2012-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır.
10. Müdafiəçilər Müdafiəçi və N.S.X8 Məhkəməsinin Hərbi kollegiya sının 26 aprel 2013-cü il tarixli qərarından kassasiya şikayətləri vermişlər.
11. Məhkumlar müdafiəçiləri tərəfindən verilmiş kassasiya şikayətlərinin geri götürülməsi barədə ərizələrlə müraciət etdikləri üçün Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi kollegiyasının 28 noyabr 2013-cü il tarixli qərarı ilə kassasiya şikayətləri məhkəmə baxışından çıxarılaraq geri qaytarılmışdır.
12. Yenidən Məhkum2 müdafiəçisi N.S.Hacıyev 12 mart 2014-cü il tarixdə, Məhkum1 müdafiəçisi Müdafiəçi isə 06 iyun 2014-cü il tarixdə kassasiya şikayətləri vermişlər.
13. Müdafiəçi kassasiya şikayətinin daxil olması ilə əlaqədar və hər iki kassasiya şikayətinə birlikdə baxılmasını təmin etmək üçün 05 iyun 2014-cü il tarixli məhkəmə iclasında məhkəmə baxışı təxirə salınaraq 10 iyul 2014-cü il tarixə saat 11.00-a təyin edilmiş və bu barədə 11 saylı Cəzaçəkmə müəssisəsində cəza çəkən Məhkum1 və onun müdafiəçi – fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi 06 iyun 2014-cü il tarixli bildirişlərlə məlumat verilmişdir.
14. Müdafiəçi 03 iyul 2014-cü il tarixli vəsatətlə müraciət edərək 10 iyul 2014-cü il tarixdə (6 iyuldan 18 iyuladək olan müddətdə) Azərbaycan Respublikasında olmayacağını bildirmiş və məhkəmə baxışının başqa vaxta keçirilməsini xahiş etmişdir.
15. Hərbi kollegiyanın 10 iyul 2014-cü il tarixli iclasında Müdafiəçi vəsatəti ilə əlaqədar kassasiya şikayətlərinə məhkəmə baxışının 24 iyul 2014-cü il tarixə təxirə salınması haqqında qərar qəbul edilmiş və Ali Məhkəmənin 10 iyul 2014-cü il tarixli bildirişləri ilə məhkəmə iclasının 24 iyul 2014-cü il tarixə saat 11.10-a təyin edilməsi haq qında Məhkum1 və Müdafiəçi məlumat verilmişdir.
16. Hərbi kollegiyanın 24 iyul 2014-cü il tarixli iclasına Müdafiəçi, eləcə də müdafiəçi N.S.Hacıyev gəlməsələr də, məhkəmə kollegiyası onların vaxtında məlumatlandırılmasını, məhkumların isə məhkəmə iclasında iştirakının təmin edilməsi barədə müraciət etmədiklərini nəzərə alaraq, həmin şəxslərin iştirakı olmadan kassasiya şikayətlərinə mahiyyəti üzrə baxılmasını mümkün saymışdır.
17. Kassasiya şikayətlərinə mahiyyəti üzrə baxılması nəticəsində Hərbi kollegiyanın 24 iyul 2014-cü il tarixli qərarı ilə Məhkum1 müdafiəçisi Müdafiəçi və məhkum X10 müdafiəçisi X14 tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməmiş, Şirvan Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının 26 aprel 2013-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
18. Məh kum1 24 yanvar 2015-ci il tarixdə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə (bundan sonra – “Avropa Məhkəməsi”) şikayətlə müraciət edərək, onun barəsində olan cinayət işi üzrə icraat zamanı İnsan Hüquqlarının və X5 haqqında Konvensiya (bundan sonra – “Konvensiya”) ilə təmin edilən aşağıdakı hüquqlarının pozulduğunu iddia etmişdir: Konvensiyanın 6-cı maddəsinin 1-cı bəndi altında - birinci və apellyasiya instansiyası məhkəmələrində iclaslarının qapalı şəraitdə aparılması, eləcə də onun və vəkilinin Azərbaycan Respublikası Ali Məhkəməsinin iclasında iştirakının təmin edilməməsi haqda; Konvensiyanın 6-cı maddəsinin 1 və 3 (b) və (d) bəndləri altında - müdafiə tərəfinin bütün vəsatətlərinin əsassız təmin edilməməsi, şahidlərə qanunsuz təsir edilməsi, digər təqsirləndirilən şəxsin ifadələrini n düzgün təfsir edilməməsi və sair bu kimi hallarla ədalətli məhkəmə araşdırması hüququnun pozulması haqda; Konvensiyanın 13-cü maddəsi altında - səmərəli hüquqi müdafiə vasitələrinin təmin edilməməsi haqda.
19. Məhkum1 Konvensiyanın 6-cı maddəsinin 1 və 3 (c) bəndləri altında təqdim etdiyi, cinayət işinə qapalı məhkəmə iclasında baxılması, eləcə də onun və vəkilinin Azərbaycan Respublikası Ali Məhkəməsinin iclasında iştirakının təmin edilməməsi ilə bağlı şikayəti barədə bildiriş Avropa Məhkəməsi tərəfindən 3 aprel 2019-cu il tarixdə Azərbaycan Hökumətinə göndərilmişdir.
20. Hökumət Avropa Məhkəməsinə Məhkum1 şikayətində qeyd olunan məsələlərin həlli ilə bağlı birtərəfli bəyanat vermişdir.
21. Bəyanatda Hökumət ərizəçinin Konvensiya ilə təmin olunan hüquqlarının pozulması faktını etiraf etdiyini bəyan edərək, üzərinə Məhkum1 maddi və mənəvi ziyana, məhkəmə xərcləri və digər məsrəflərə görə 5600 Avro ödəmək, habelə Konvensiyanın 6-cı maddəsinin tələblərinə uyğun olaraq kassasiya şikayətinin araşdırılmasını təmin etmək məqsədilə kassasiya şikayəti üzrə icraatın yenidən açılması üçün bütün tədbirləri görmək öhdəliklərini götürmüşdür.
22. Bəyanatda göstərilənləri nəzərə alaraq, Hökumət Avropa Məhkəməsindən Konvensiyanın 37-ci maddəsinə uyğun olaraq şikayət üzrə icraata xitam verilməsini xahiş etmişdir.
23. Avropa Məhkəməsinin Beşinci bölməsi 6 fevral 2020-ci il tarixli qərarı ilə Azərbaycan Hökumətinin bəyanatının şərtlərini və bəyanatda göstərilən öhdəliklərə əməl edilməsinin təmin edilməsi üzrə tədbirləri nəzərə almış və Konvensiyanın 37-ci maddəsinin 1-ci hissəsinin (c) bəndinə uyğun olaraq Məhkum1 şikayəti üzrə icraata xitam verilmişdir.
24. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 30 aprel 2021-ci il tarixli qərarı ilə məhkumlar Məhkum1 və Məhkum2 barəsində olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi kollegiyasının 24 iyul 2014-cü il tarixli qərarı Məhkum1 aid hissədə ləğv edilmiş və cinayət işi həmin hissədə Azərbaycan Hökumətinin birtərəfli bəyanatına və Avropa Məhkəməsinin 6 fevral 2020-ci il tarixli qərarına uyğun olaraq yenidən baxılması üçün Ali Məhkəmənin Cinayət kollegiyasına göndərilmişdir. II. Hüquqi məsələlər
25. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, Məhkum1 24 yanvar 2015-ci il tarixdə Avropa Məhkəməsinə şikayətlə müraciət edərkən, daxili məhkəmələrin barəsində olan cinayət işi üzrə icraat dövründə onun ədalətli məhkə mə araşdırması hüququnu pozduğunu iddia etmişdir (bax, paraqraf 18). Bununla belə, Məhkum1 ilkin şikayət ərizəsinə münasibətdə, Avropa Məhkəməsi 3 aprel 2019-cu il tarixdə Azərbaycan Hökumətinə müvafiq bildirişini göndərərkən, sorğuda yalnız cinayət işinə qapalı məhkəmə iclasında baxılması, eləcə də Məhkum1 və vəkilinin Azərbaycan Respublikası Ali Məhkəməsinin iclasında iştirakının təmin edilməməsi haqda şikayətlərlə bağlı sualları qaldırmışdır (bax, paraqraf 19). Bu hal belə nəticəyə gəlməyə əsas verir ki, Məhkum1 ilkin şikayət ərizəsini araşdıran Avropa Məhkəməsi, daxili məhkəmələrin ədalətli məhkəmə araşdırması hüququnu pozduğunu aşkar etməmiş və bununla bağlı şikayətini qəbuledilməz saymışdır.
26. Nəticə etibarilə, işin mübahisəsiz hallarından göründüyü kimi, Məhkum1 onun barəsində aşa ğı instansiya məhkəmələrində aparılan araşdırmanın ədalətsiz odluğunu, müdafiə tərəfinin prosessual hüquqlarının təmin edilmədiyini, Konvensiyanın 6-cı maddəsi ilə təsbit edilmiş ədalətli məhkəmə araşdırması hüququnun pozulduğunu iddia etsə də, Avropa Məhkəməsi bu iddiaların əsassız olduğunu və cinayət təqibinin Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin müvafiq hissədə tələblərinə riayət edilməklə aparıldığını müəyyən etmişdir. 27.Davam edərək, məhkəmə kollegiyası qeyd edir ki, Avropa Konvensiyasının “Ədalətli məhkəmə araşdırması hüququ” başlıqlı 6-cı maddəsinin 1-ci bəndinə görə, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, hər kəs qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Ma ddənin mətnindən göründüyü kimi, ədalətli məhkəmə araşdırması hüququ ayrıca komponentlərdən ibarətdir, bunlar - cinayət işinə baxan məhkəmənin müstəqil və qərəzsiz olması, işə ağlabatan müddətdə baxılması, cinayət işinin ədalətli araşdırılması və araşdırmanın açıq iclasda aparılmasıdır.
28. Avropa Məhkəməsinin formalaşmış presedent hüququna görə, məhkəmə araşdırmasının ədalətliliyi nəzərdən keçirilərkən, Konvensiyanın 6-cı maddəsi ilə təmin edilən bir sıra, o cümlədən aşağıda göstərilən əsas hallar nəzərə alınır: Müdafiə tərəfinə cinayət işi üzrə toplanmış sübutların keyfiyyətinin və həqiqiliyinin tədqiqində, həmin sübutlardan təqsirləndirilən şəxsə qarşı istifadə edilməsində verilən imkanlar (bax, Boxonko Gürcüstana qarşı, № 6739/11, § 92, 22 oktyabr 2020); Cinayət prosesinin tərəf lərinə iş üzrə mövqelərini bərabər şəkildə təqdim etmək imkanlarının yaradılması (bax, Qusev Ukraynaya qarşı, № 25531/12, § 26, 14 yanvar 2021); Cinayət prosesi tərəflərinin məhkəmə qarşısında qaldırdığı məsələlərə müvafiq münasibətin bildirilməsi (bax, Fərzəliyev Azərbaycana qarşı, № 29620/07, § 35, 28 may 2020); Verilən məhkəmə qərarlarının lazımi səviyyədə əsaslandırılması (bax, X20rşı, №№29084/07 və 1191/08, § 128, 27 oktyabr 2020).
29. Bununla belə, Avropa Məhkəməsinin qərarları ilə müəyyən edilmişdir ki, məhkəmə araşdırmasının Konvensiyanın 6-cı maddəsinə uyğun ədalətliliyi nəzərdən keçirilərkən, onun ayrıca hissələrinin yox, ümumilikdə ədalətli olub-olmamasının müəyyən edilməsi zəruridir (məsələn, Fariz Əhmədov Azərbaycana qarşı, № 40321/07, § 53, 14 yanvar 2021).
30. Məhkum1 vəkili tərəfindən verilmiş kassasiya şikayətinə baxan məhkəmə kollegiyası öz növbəsində qeyd edir ki, cinayət işinin materiallarından göründüyü kimi, Ali Məhkəmənin Hərbi kollegiyasının 02 avqust 2012-ci il tarixli qərarı ilə hazırkı cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasının 21 may 2012-ci il tarixli ilkin məhkəmə baxışı qərarı ləğv edilmiş, cinayət işi yeni apellyasiya baxışına təyin edilmiş, bununla əlaqədar apellyasiya instansiyası tərəfindən işə tam məhkəmə istintaqı aparmaqla baxış keçirilmiş, verilmiş vəsatətlərə əsasən şahidlər dindirilərək, iş üzrə müəyyən olunmuş bütün sübutlar tam, hərtərəfli yoxlanılmaqla hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi baxımından qiymət verilmişdir.
31. Bununla yanaşı, cinayət işinin materiallarından və məhkəm ələr tərəfindən qəbul edilmiş yekun məhkəmə aktlarından görünür ki, Məhkum1 ittiham olunduğu cinayət əməlini törətməsi halları, bu halları təsdiq edən ifadələr və ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış başqa sübutlar birinci instansiya məhkəməsinin məhkəmə iclaslında tam, hərtərəfli və obyektiv araşdırılmış, apellyasiya instansiyası məhkəməsi tərəfindən ətraflı təhlil edilmiş, həmin iclaslarda sübutların toplanması və araşdırılması zamanı prosessual pozuntulara, o cümlədən təqsirləndirilən şəxslərin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 91-ci maddəsində nəzərdə tutulmuş hüquqlarının pozulmasına və ya bu hüquqların həyata keçirilməsinin məhdudlaşdırılmasına yol verilməsi, sübutların tədqiqindən əsassız imtina olun ması və yolverilməz sübutlardan istifadə edilməsi müəyyən edilməmişdir.
32. Belə ki, hazırkı cinayət işi üzrə apellyasiya baxışı tam məhkəmə istintaqı aparılmaqla keçirildiyindən, Məhkum1 müdafiəçisinin apellyasiya şikayətinin dəlilləri apellyasiya instansiyasının məhkəmə kollegiyası tərəfindən ətraflı araşdırılmış, iş üzrə verilən vəsatətlərin böyük bir hissəsi təmin edilmişdir.
33. Məhkum1 qarşı Azərbaycan Respublikası CM-nin 180.2.4-cü, 274-cü,331.3-cü, 338.1-ci və 341.3-cü maddələri ilə irəli sürülmüş ittiham şahidlər X6, X21, X22, X7, Eyvazlı Rəvan Ağagül oğlu, X16, X4, X17 və zərərçəkmiş şəxs X3 ifadələri, həmçinin şahid X1 ibtidai istintaq və birinci instansiya məhkəməsində verdiyi ifadələr, Məhkum2 ibtidai istintaq zamanı dindirilməsi və Məhkum1lə üzləşməsi zamanı aparılmış video çəkilişlər və iş üzrə toplanmış digər sübutların məcmusu, iş üzrə tədqiq olunmuş ambulator psixiatrik ekspertizasının 24 iyun 2011-ci il tarixli, 520 saylı və 01 iyul 2011-ci il tarixli, 535 saylı rəyləri, N saylı hərbi hissə komandirinin əmrləri və işin digər halları ilə tam sübuta yetirilmişdir.
34. Cinayət işi üzrə əsas şahid olan X1 ibtidai istintaq zamanı və məhkəmə instansiyalarında verdiyi fərqli ifadələri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Məhkum2 ibtidai istintaq zamanı dindirilməsi və Məhkum1lə üzləşməsi zamanı aparılmış videoçəkilişlərə apellyasiya məhkəmə iclasında keçirilən baxış zamanı bir daha təsdiq olunmuşdur ki, Məhkum2 ifadələrini müdafiəçinin iştirakı ilə heç bir təzyiq, təsir olmadan tam sərbəst şəkildə və könüllü olaraq vermiş, hadisənin necə baş verməsini ta m dəqiqliyi ilə təsvir etmişdir.
35. Beləliklə, cinayət işinin materiallarını hərtərəfli və tam şəkildə araşdıran məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, ibtidai araşdırma zamanı cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə toplanmış mötəbər sübutları tam, hərtərəfli və obyektiv araşdırmış birinci instansiya məhkəməsi iş üzrə əhəmiyyət kəsb edən bütün halları aydınlaşdıraraq, Məhkum1 ona ittiham olunmuş cinayət əməllərini törətməsi haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmiş və onun əməlləri düzgün tövsif edilmiş, apellyasiya instansiyası da düzgün olaraq birinci instansiya məhkəməsinin hökmünü qüvvədə saxlamışdır. Bununla yanaşı, hazırkı cinayət işinə birinci və apellyasiya instansiyası məhkəmələrində baxılan zaman hər hansı prosessual hüquq normalarının poz untusuna yol verilməmişdir.
36. Belə olan halda, Azərbaycan Respublikası CPM-nin 399.3-cü maddəsinin tələblərini nəzərə almaqla məhkəmə kollegiyası hesab edir ki, məhkəmə araşdırmasının ümumi ədalətliliyi prinsiplərinə riayət etməklə, işin bütün hallarının araşdırılması nəticəsində çıxarılmış və mahiyyətcə düzgün olan hökmün yalnız qapalı məhkəmə iclasları keçirilməsinə dair Cinayət-Prosessual Məcəlləsinin və Avropa Məhkəməsinin presedent hüququnun tələblərinin pozulması səbəbindən formal mülahizələrə əsaslanaraq ləğv edilməsi məqsədəuyğun deyil. Bunun edilməsi faktiki olaraq eyni məhkəmə baxışının açıq icraatda təkrarlanması və cinayət təqibinin əsassız həddindən artıq müddətdə başa çatdırılması ilə nəticələnəcəkdir.
37. Qeyd edilən nəticəyə gələrkən məhkəmə kollegiyası həmçinin nəzərə al ır ki, aşağı instansiya məhkəmələrində məhkəmə araşdırmasının qapalı icraatda aparılmasına görə vurulan mənəvi zərərin əvəzi olaraq, Azərbaycan Hökumətinin bəyanatı əsasında Məhkum1 maddi təzminat ödənilmişdir.
38. Məhkum1 və onun vəkilinin əvvəllər verdiyi kassasiya şikayəti ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsində keçirilən iclasda iştirakının təmin edilməməsi barədə Konvensiyanın 6-cı maddəsinin 1-cı bəndi altında verdiyi şikayətinə (bax, paraqraf 18) münasibət bildirərək məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarından göründüyü kimi, Müdafiəçi həmin iclaslardan xəbəri olmuş və iştirak etməməsi bilavasitə özünün hərəkəti nəticəsində baş vermişdir (bax, paraqraf 13-16). Faktiki olaraq, Avropa Məhkəməsinə həqiqətə uyğun olmayan yanlış məlumatı verməklə, ərizəçi nin nümayəndəsi Konvensiyanın 35-ci maddəsinin 3(a) bəndinin tələblərini pozmuşdur. Hər bir halda, hazırki məhkəmə iclasının Məhkum1 vəkilinin iştirakı təmin edilərək keçirilməsi ilə Məhkum1 Pirverdi oğlunun Avropa Məhkəməsi qarşısında iddia etdiyi müvafiq pozuntu da aradan qaldırılmışdır. 39.Odur ki, məhkəmə kollegiyası tərəflərin çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Şirvan Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının 26 aprel 2013-cü il tarixli, 1-1(106)-02/2013 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsini n Hərbi kollegiyasının 26 aprel 2013-cü il tarixli, 11(106)-02/2013 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın.