Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-56/2023 10.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər X12 (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X4, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X10, Məhkum1 Elşən oğlunun müdafiəçisi Müdafiəçi iştirakları ilə, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 dekabr 2022-ci il tarixli, 1-1(104)-74/2022 nömrəli qərar ından dövlət ittihamçısı Rəşad Alıkişiyev tərəfindən verilmiş kassasiya protestinə və Məhkum1 Elşən oğlunun müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞIN HALLARI
1. Məhkum1 Elşən oğlu 06 iyun 06 iyun 1993-cü il tarixdə Göyçay rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali hərbi təhsilli, evli, əvvəllər məhkum olunmamış, himayəsində bir azyaşlı övladı olan, Vətən Müharibəsi iştirakçısı, «Ağdamın azad olunmasına görə» medalı ilə təltif edilmiş, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin Artilleriya Divizionunun 1-ci artilleriya batareyasının komandiri, baş leytenant, ünvan 1 ünvanında yaşamışdır.
2. Məhkum2 05 may 1985-ci il tarixdə Lerik rayonunda doğulmuş, Azərbaycan Respub likasının vətəndaşı, orta ixtisas təhsilli, evli, əvvəllər məhkum olunmamış, himayəsində iki azyaşlı uşağı olan, Vətən Müharibəsi işhtirakçısı, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin Artilleriya Divizionunun tibb məntəqəsinin rəisi-feldşer, gizir, Lerik rayonunun Ağçay kəndində yaşamışdır.
3. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Əliyev X19 Nazirliyinin N nömrəli hərbi hissəsinin Ağdam rayonunun Baharlı kəndinin ərazisində yerləşən Artilleriya divizionunun 1-ci artilleriya batareyasının komandiri vəzifəsində, baş leytenant hərbi rütbəsində həqiqi hərbi xidmətdə olarkən, 2020-ci ilin yanvar ayının əvvəllərində komandiri olduğu batareyanın 30%-ə yaxın şəxsi heyətinin xəstələnərək müayinə və müalicə məqsədi ilə mü xtəlif tibb müəssisələrinə göndərildiyindən xidmət etdiyi divizionun komandiri, mayor X25 tərəfindən ona, həmin divizionun tibb məntəqəsinin rəisi – feldşer, gizir Məhkum2, batareyanın sanitar təlimatçısı, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, kiçik çavuş X6 və digər aidiyyəti vəzifəli şəxslərə şəxsi heyətin sağlamlığının qeydinə qalmamaları ilə bağlı iradlar bildirilmiş və onlardan əsgərlərin xəstələnərək tibb məntəqələrinə düşmələrinin qarşısının alınması məqsədi ilə şəxsi heyətin sağlamlığına diqqətin artırılması tələb edilmişdir. Həmin dövrdə divizionun 1-ci artilleriya batareyasının 1-ci tağımının 1-ci topunun baş tuşlayıcısı, əsgər X1 da, səhhətində narahatçılıqlar yarandığından o, batareyanın ərazisində yüksək bədən hərarəti, ürəkbulanma, halsızlıq, iştahasızlıq, q usma və sair bu kimi xəstəlik əlamətlərinin olması ilə bağlı kiçik çavuş Nəvai Zeynalova dəfələrlə müraciət etmiş və bu müraciətlər zamanı onun xəstəliyinin klinik əlamətləri özünü aşkar surətdə biruzə verdiyindən kiçik çavuş Nəvai Zeynalov özü də, həmin əlamətləri müşahidə edərək öz növbəsində bu barədə batareya komandiri, baş leytenant Məhkum1 mütəmadi olaraq məlumat vermişdir. Baş leytenant Məhkum1, Azərbaycan Respublikası Müdafiə Nazirinin 24 iyun 2014-cü il tarixli, 41 №-li qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Silahlı Qüvvələrində hava damcı infeksiyalarının yaranmasına və yayılmasına qarşı profilaktik və əksepidemik tədbirlər planı»na uyğun olaraq verilmiş N nömrəli hərbi hissə komandirinin «Hərbi hissələrdə kəskin respirator xəstəlik, pnevmoniya, meningit, angina əleyi hinə profilaktik və əks-epidemik tədbirlər haqqında» 08 yanvar 2019-cu il tarixli, 14 №-li əmrinin «Bölüklərdə xəstələrin saxlanılması və bədən hərarəti 37 dərəcə və ondan yuxarı olan hərbi qulluqçuların ambulator müalicəsinin qəti qadağan edilməsi, habelə iki gün və daha artıq hərarəti olan xəstələrin (yüksək hərarəti olan xəstələrin isə dərhal) hərbi tibb müəssisələrinə təxliyə olunması»na dair tələblərinə əsasən əsgər Teymur Allahyarovu keyfiyyətli tibbi yardımın göstərilməsi məqsədilə ixtisaslı tibb müəssisəsinə təxliyə etməli olduğu halda batareyada xəstələrin sayının çox olmasının yuxarı komandanlıq tərəfindən nöqsan kimi qiymətləndirilməsi, eləcə də divizion komandirinin ona bu barədə irad tutması səbəbindən, yuxarı komandanlıq qarşısında özünün, komandiri olduğu batareyanın və buna aidiyyəti olan digər vəzifəli şəxslərin nüfuzunu süni surətdə artırmaq, habelə gələcəkdə mümkün ola biləcək irad və ya cəzalardan yayınmaq məqsədilə əmrin həmin tələblərini pozub əsgər Teymur Allahyarovun təxliyəsini təmin etməmiş və kiçik çavuş Nəvai Zeynalovla gizir Məhkum2 onu keyfiyyətli və ixtisaslı tibbi yardımın göstərilməsi məqsədilə aidiyyəti tibb müəssisəsinə təxliyə etmədən batareyada saxlayaraq müalicəsinin kortəbii üsullarla, yəni isti su, çay içdirmək, sarımsaq-qatıq yedirdib hərarətini salmaq üçün həb vermək, lazım gələrsə hərarətinin aşağı salınması üçün iynə vurmaq və sair bu kimi üsullarla aparmağı tapşırmışdır. Bundan sonra sanitar təlimatçı Nəvai Zeynalov, baş leytenant Məhkum1 ona verdiyi tapşırığa, feldşer Məhkum2 isə həmin tapşırıqdan irəli gələn eyni maraqlar namin ə, eləcə də divizion komandanlığı tərəfindən tutulmuş irada əsasən xəstələrin tibb məntəqəsinə göndərilməməsində maraqlı şəxs kimi öz şəxsi təşəbbüsünə uyğun olaraq intensiv təxirəsalınmaz terapevtik tibbi yardıma ehtiyacı olan əsgər Teymur Allahyarovun təxliyəsini vaxtında həyata keçirməmiş və onun müalicəsini heç bir həkim təyinatı olmadan şəxsi mülahizələrinə əsasən kortəbii qaydada həyata keçirib 2020-ci ilin yanvar ayının əvvəllərindən 07 yanvar 2020-ci il tarixədək olan müddət ərzində ona isti su, çay içirtmiş, sarımsaq-qatıq yedirdib yalnız hərarətini aşağı salan həblər vermiş, inyeksiyalar etmiş və qeyd edilən dövrdə onun ölümünə səbəb olan xəstəliyin inkişaf edərək daha da ağırlaşmasına baxmayaraq, baş leytenant Məhkum1 məlumatlandırmaqla bu kimi qeyrieffektiv üsullardan istifadə etməyə davam etmişlər. Bütün bu tədbirlər, sonda yalnız qısa müddət ərzində əsgər Teymur Allahyarovun bədən hərarətinin aşağı salınmasına səbəb olsa da, ümumilikdə ixtisaslı tibbi müayinə və müalicə məqsədilə təxliyəsi gecikdirildiyindən xəstəliyinin müalicəsi və ya müsbət inkişaf dinamikasına heç bir əhəmiyyətli təsir göstərməyərək hər hansı effekt verməmiş, əksinə baş leytenant Məhkum1 və onunla bir qrup şəxs halında cinayət törətmiş gizir Məhkum2, eləcə də baş leytenant Məhkum1 köməkçilik etmiş kiçik çavuş Nəvai Zeynalovun, əsgər Teymur Allahyarovun təxliyəsinin gecikdirilməsi ilə bağlı əməlləri ağır nəticələrə, yəni əsgər Teymur Allahyarovda mövcud olan xəstəliyin ilkin patoloji əlamətlərinin tədricən inkişaf etməklə təxminən son üç sutka ərzində ağır formaya keçərək hədsiz ağır pato logiya ilə ağırlaşıb yüksək letallıq səviyyəsinə çatmasına, daha sonra 08 yanvar 2020-ci il tarixdə saat 08-09 radələrində bir gün öncə ezam olunduğu işçi qrupundan hərbi hissənin tibb məntəqəsinə, oradan isə artıq poliorqan çatmamazlığı ilə müşayiət olunan terminal vəziyyətdə N nömrəli hərbi hissənin (hərbi hospitalın) reanimasiya bölməsinə təxliyə olunmasına və orada İİ-İİİ səviyyəli intensiv təxirəsalınmaz terapevtik və reanimasion yardımın göstərilməsinə baxmayaraq, həmin gün saat 19:30-da poliorqan çatmamazlığı – İİİ dərəcəli infeksion toksiki şok, İİ dərəcəli kəskin tənəffüs çatışmazlığı, baş beyin və ağciyər ödemi, xroniki tonzillitin kəskinləşməsi, endokardit, miokardit və bronxitlə ağırlaşmış kəskin respirator virus infeksiyası xəstəliyi nəticəsində inkişaf etmiş ağciyərürək çatma mazlığı diaqnozlu xəstəlikdən ölməsinə səbəb olmuşdur. Bununla yanaşı baş leytenant Məhkum1, qeyd edilən dövrdə xəstəlikləri ilə bağlı müraciət etmiş şəxsləri tibb məntəqəsinə göndərməmək barədə sanitar təlimatçı Nəvai Zeynalova tapşırıq verdiyindən, sonuncu həmin tapşırıqdan irəli gələn eyni maraqlar naminə əsgər Teymur Allahyarov da, daxil olmaqla faktiki xəstəlikləri (yüksək bədən hərarəti) ilə bağlı ona müraciət etmiş həmin batareyanın əsgərləri, 1-ci topun baş tuşlayıcısı X5, 2-ci topun baş tuşlayıcısı X7, 4-cü topun heyət nəfəri X8, 4-cü topun heyət nəfəri X17, rabitə manqasının radiotelefonçusu X18 və kəşfiyyat manqasının məsafə ölçəni X9 rəsmi qeydiyyatdan keçirməyib bununla bağlı hüquq verən və vəzifədən azad edən rəsmi sənəd hesab olunan «N nömrəli hərbi hissənin artilleriya divi zionunun 1-ci artilleriya batareyasının termometriya kitabı»na həmin şəxslərin bədən hərarətlərinin guya norma daxilində olduğu barədə bilə-bilə yalan məlumatlar daxil edib həmin sənədi saxtalaşdırmış, baş leytenant Məhkum1 isə öz növbəsində vəzifəli şəxs kimi sair şəxsi niyyətlə, yəni öz qanunsuz əməllərini ört-basdır etmək məqsədilə rəsmi sənədə daxil edilmiş yalan və təhrif olunmuş məlumatları bilə-bilə öz imzası ilə təsdiq edərək vəzifə saxtakarlığı etmişdir. Bundan əlavə, Məhkum1 həmin vəzifədə və hərbi rütbədə hərbi xidmətdə olarkən, 2020-ci ilin oktyabr ayının sonlarında saat 20-21 radələrində komandiri olduğu batareyanın 1-ci tağımının 2-ci topunun komandiri, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər X3 və həmin tağımın 1-ci topunun baş tuşlayıcısı, müddətdən artı q həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər X2 batareyanın Ağdam rayonunun Baharlı kəndində yerləşən atəş mövqeyində yanına çağırıb orada hər ikisinə mərmilərin daşınmasında batareyanın şəxsi heyətinə kömək etmədiklərinə görə iradını bildirib hər ikisini tənbeh etmiş, daha sonra həmin vaxt əlində tutduğu belin tutacaq hissəsi ilə əsgərlər X16 Tanrıverdiyevin hər birinin sol qol nahiyəsinə 2-3 zərbə vuraraq rəis olmaqla hərbi xidmət üzrə vəzifələrin yerini yetirilməsi ilə əlaqədar öz tabeliyində olan iki şəxsə qarşı zor tətbiq etmişdir. Həmin hərəkətləri ilə Məhkum1 Elşən oğlu CM-nin 313, 329.2.2, 341.2.1 və 341.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Məhkum2 cinayət işi üzrə toplanmış sübutların məcmusu ilə təqsirləndirilir ondan ötrü ki, o, rəis və vəzifəli ş əxs kimi bir qrup şəxs halında xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməklə fiziki şəxsin hüquqlarına və qanuni mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmuşdur. Belə ki, Məhkum2 Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin Ağdam rayonunun Baharlı kəndinin ərazisində yerləşən Artilleriya divizionunun tibb məntəqəsinin rəisi – feldşer vəzifəsində, gizir hərbi rütbəsində həqiqi hərbi xidmətdə olarkən, 2020-ci ilin yanvar ayının əvvəllərində xidmət apardığı divizionun 1-ci batareyanın 30%-ə yaxın şəxsi heyətinin xəstələnərək müayinə və müalicə məqsədi ilə müxtəlif tibb müəssisələrinə göndərildiyindən divizion komandiri, mayor X25 tər əfindən ona, həmin batareyanın komandiri, baş leytenant Məhkum1 Elşən oğluna, batareyanın sanitar təlimatçısı, kiçik çavuş X6 və digər aidiyyəti vəzifəli şəxslərə şəxsi heyətin sağlamlığının qeydinə qalmamaları ilə bağlı iradlar bildirilmiş və onlardan əsgərlərin xəstələnərək tibb məntəqələrinə düşmələrinin qarşısının alınması məqsədi ilə şəxsi heyətin sağlamlığına diqqətin artırılması tələb edilmişdir. Həmin dövrdə divizionun 1-ci artilleriya batareyasının 1-ci tağımının 1-ci topunun baş tuşlayıcısı, əsgər X1 da, səhhətində narahatçılıqlar yarandığından o, batareyanın ərazisində yüksək bədən hərarəti, ürəkbulanma, halsızlıq, iştahasızlıq, qusma və sair bu kimi xəstəlik əlamətlərinin olması ilə bağlı kiçik çavuş Nəvai Zeynalova dəfələrlə müraciət etmiş və bu müraciətlər zamanı onun xəstə liyinin klinik əlamətləri özünü aşkar surətdə biruzə verdiyindən kiçik çavuş Nəvai Zeynalov özü də, həmin əlamətləri müşahidə edərək öz növbəsində bu barədə batareya komandiri, baş leytenant Məhkum1 mütəmadi olaraq məlumatlandırmışdır. Baş leytenant Məhkum1, Azərbaycan Respublikası Müdafiə Nazirinin 24 iyun 2014-cü il tarixli, 41 №-li qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Silahlı Qüvvələrində hava damcı infeksiyalarının yaranmasına və yayılmasına qarşı profilaktik və əksepidemik tədbirlər planı»na uyğun olaraq verilmiş N nömrəli hərbi hissə komandirinin «Hərbi hissələrdə kəskin respirator xəstəlik, pnevmoniya, meningit, angina əleyihinə profilaktik və əks-epidemik tədbirlər haqqında» 08 yanvar 2019-cu il tarixli, 14 №-li əmrinin «Bölüklərdə xəstələrin saxlanılması və bədən hər arəti 37 dərəcə və ondan yuxarı olan hərbi qulluqçuların ambulator müalicəsinin qəti qadağan edilməsi, habelə iki gün və daha artıq hərarəti olan xəstələrin (yüksək hərarəti olan xəstələrin isə dərhal) hərbi tibb müəssisələrinə təxliyə olunması»na dair tələblərinə əsasən əsgər Teymur Allahyarovu keyfiyyətli tibbi yardımın göstərilməsi məqsədilə ixtisaslı tibb müəssisəsinə təxliyə etməli olduğu halda batareyada xəstələrin sayının çox olmasının yuxarı komandanlıq tərəfindən nöqsan kimi qiymətləndirilməsi, eləcə də divizion komandirinin ona bu barədə irad tutması səbəbindən, yuxarı komandanlıq qarşısında özünün, komandiri olduğu batareyanın və buna aidiyyəti olan digər vəzifəli şəxslərin nüfuzunu süni surətdə artırmaq, habelə gələcəkdə mümkün ola biləcək irad və ya cəzalardan yayınmaq məqsədi lə, əmrin həmin tələblərini pozub əsgər Teymur Allahyarovun təxliyəsini təmin etməmiş və kiçik çavuş Nəvai Zeynalovla gizir Məhkum2 onu keyfiyyətli və ixtisaslı tibbi yardımın göstərilməsi məqsədilə aidiyyəti tibb müəssisəsinə təxliyə etmədən batareyada saxlayaraq müalicəsinin kortəbii üsullarla, yəni isti su, çay içdirmək, sarımsaq-qatıq yedirdib hərarətini salmaq üçün həb vermək, lazım gələrsə hərarətinin aşağı salınması üçün iynə vurmaq və sair bu kimi üsullarla aparmağı tapşırmışdır. Bundan sonra sanitar təlimatçı Nəvai Zeynalov, baş leytenant Məhkum1 ona verdiyi tapşırığa, feldşer Məhkum2 isə həmin tapşırıqdan irəli gələn eyni maraqlar naminə, eləcə də divizion komandanlığı tərəfindən tutulmuş irada əsasən xəstələrin tibb məntəqəsinə göndərilməməsində maraqlı şəxs kimi öz şəxsi təşəbb üsünə uyğun olaraq, intensiv təxirəsalınmaz terapevtik tibbi yardıma ehtiyacı olan əsgər Teymur Allahyarovun təxliyəsini vaxtında həyata keçirməmiş, o cümlədən kiçik çavuş Nəvai Zeynalov N nömrəli hərbi hissə komandirinin qeyd edilən əmrinin, həmçinin Azərbaycan Respublikası Müdafiə Nazirinin 30 oktyabr 2014-cü il tarixli, 67 №-li qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Silahlı Qüvvələrində tibbi təminatın dinc dövrdə təşkili haqqında Əsasnamə»nin 1.3.19.1, 1.3.19.4 və 1.2.9.5-ci maddələrinin, yəni «yüksək hərarətlə müraciət etmiş əsgərləri dərhal feldşerin və ya həkimin baxışına təqdim etməli, gecikdirilməsi mümkün olmayan hallarda xəstələri şəxsən həkimə göndərməli və yalnız həkimin yazdığı müalicəvi təyinatları yerinə yetirməlidir» tələbini, gizir Məhkum2 isə N nömrəli hərbi hissə komandirinin qeyd edilən əmri ilə yanaşı həm də, göstərilən «Əsasnamə»nin 1.3.17.1-ci maddəsinin, yəni «feldşer xəstələri müayinə və müalicə üçün hərbi hissənin tibb məntəqəsinə göndərməyə borcludur» tələblərini pozub əsgər Teymur Allahyarovun müalicəsini heç bir həkim təyinatı olmadan şəxsi mülahizələrinə əsasən kortəbii qaydada həyata keçirməklə 2020-ci ilin yanvar ayının əvvəllərindən 07 yanvar 2020-ci il tarixədək olan müddət ərzində ona isti su, çay içirtmiş, sarımsaq-qatıq yedirdib yalnız hərarətini aşağı salan həblər vermiş, inyeksiyalar etmiş və qeyd edilən dövrdə onun ölümünə səbəb olan xəstəliyin inkişaf edərək daha da ağırlaşmasına baxmayaraq, baş leytenant Məhkum1 məlumatlandırmaqla bu kimi qeyri-effektiv üsullardan istifadə etməyə davam etmişlər. Bütün bu tədbirlər son da yalnız qısa müddət ərzində əsgər Teymur Allahyarovun bədən hərarətinin aşağı salınmasına səbəb olsa da, ümumilikdə ixtisaslı tibbi müayinə və müalicə məqsədilə təxliyəsi gecikdirildiyindən xəstəliyinin müalicəsi və ya müsbət inkişaf dinamikasına heç bir əhəmiyyətli təsir göstərməyərək hər hansı effekt verməmiş, əksinə baş leytenant Məhkum1 və onunla bir qrup şəxs halında cinayət törətmiş gizir Məhkum2, eləcə də baş leytenant Məhkum1 köməkçilik etmiş kiçik çavuş Nəvai Zeynalovun, əsgər Teymur Allahyarovun təxliyəsinin gecikdirilməsi ilə bağlı əməlləri ağır nəticələrə, yəni əsgər Teymur Allahyarovda mövcud olan xəstəliyin ilkin patoloji əlamətlərinin tədricən inkişaf etməklə təxminən son üç sutka ərzində ağır formaya keçərək hədsiz ağır patologiya ilə ağırlaşıb yüksək letallıq səviyyəsinə çatmasına, daha sonra 08 yanvar 2020-ci il tarixdə saat 08-09 radələrində bir gün öncə ezam olunduğu işçi qrupundan hərbi hissənin tibb məntəqəsinə, oradan isə artıq poliorqan çatmamazlığı ilə müşayiət olunan terminal vəziyyətdə N nömrəli hərbi hissənin (hərbi hospitalın) reanimasiya bölməsinə təxliyə olunmasına və orada İİ-İİİ səviyyəli intensiv təxirəsalınmaz terapevtik və reanimasion yardımın göstərilməsinə baxmayaraq, həmin gün saat 19:30-da poliorqan çatmamazlığı – İİİ dərəcəli infeksion toksiki şok, İİ dərəcəli kəskin tənəffüs çatışmazlığı, baş beyin və ağciyər ödemi, xroniki tonzillitin kəskinləşməsi, endokardit, miokardit və bronxitlə ağırlaşmış kəskin respirator virus infeksiyası xəstəliyi nəticəsində inkişaf etmiş ağciyərürək çatmamazlığı diaqnozlu xəstəlikdən ölməsinə səbəb olm uşdur. Həmin hərəkətləri ilə Məhkum2 CM-in 341.2.1 və 341.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir.
4. Tərtər Hərbi Məhkəməsinin (sədrlik edən hakim Ə.M.Sarıyev) 25 avqust 2022-ci il tarixli 1-1(098)-18/2022 saylı hökmü ilə Məhkum1 Elşən oğlu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə təqsirli bilinmiş və və cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən ona həmin maddə ilə cəza təyin edilməmiş, CM-in 329.2.2-ci, 341.2.1-ci və 341.2.3-cü maddələri ilə təqsirli bilinmiş və ona CM-in 329.2.2-ci maddəsi ilə 6 ay müddətinə, 341.2.1 və 341.2.3-cü maddələri ilə 4 il müddətinə azadlıqda məhrum etmə cəzası təyin edilmiş, CM-in 66.2-ci maddəsinə əsasən az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə üzərində qəti olaraq 4 il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Barəsində CM-in 70-ci maddəsi tətbiq edilməklə 2 il sınaq müddəti ilə cəzası şərti hesab olunmuşdur.
5. Məhkum2 CM-in 341.2.1 və 341.2.3-cü maddələri ilə təqsirli bilinmiş və 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir.Məhkum2 CM-in 341.2.1 və 341.2.3-cü maddələri ilə təqsirli bilinərək 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasna məhkum edilmiş, barəsində CM-in 70-ci maddəsi tətbiq edilməklə 1 il 6 ay sınaq müddəti ilə cəzası şərti hesab edilmişdir.
6. Hökmdən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti, Məhkum1 müdafiəçisi Müdafiəçi və Məhkum2 müdafiəçisi O.R.Muradov tərəfindən apellyasiya şikayətləri verilmişdir.
7. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 dekabr 2022-ci il tarixli, 11(104)-74/2022 saylı qərarı ilə dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti və məhkumların müdafiəçiləri tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, iş üzrə Tərtər Hərbi Məhkəməsinin 1(098)-18/2022 saylı, 25 avqust 2022-ci il tarixli hökmü verilmiş apellyasiya şikayəti və apellyasiya protestlərinə münasibətdə dəyişdirilmədən saxlanmışdır.
8. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 dekabr 2022-ci il tarixli qərarından dövlət ittihamçısı Rəşad Alıkişiyev kassasiya protesti və Məhkum1 müdafiəçisi Müdafiəçi kassasiya şikayəti vermişdir. KASSASIYA DƏLILLƏRI ŞIKAYƏTININ VƏ KASSASIYA POTESTININ MÜRACIƏTININ
7. Dövlət ittihamçısı kassasiya protestində qeyd etmişdir ki, iş üzrə hökm və apellyasiya məhkəməsinin qərarı əsassızdır. Belə ki, Məhkum1 və Məhkum2 törətmiş olduqları cinayət əməllərinin ictimai təhlükəliliyi ondan ibarətdir ki, bu əməllərin törədilməsi nəticəsində qoşun hissələrində hərbi xidmətin nizamnamə qaydalarının pozulması, nizam-intizamın aşağı düşməsi, şəxsi heyətdə normal qarşılıqlı münasibətlərin inkişafına, hərbi hissənin döyüş hazırlığına və döyüş qabiliyyətinə ciddi zərər vurulması ilə yanaşı hərbi qulluqçuların şərəf və ləyaqətinə, habelə onların heyatına və sağlamlığına da zərər vurulur və ya qəsd edilir. Ona görə də Məhkum1 və Məhkum2 törətmiş olduqları cinayət əməlləri ictimai təhlükəlilik baxımından obyektiv qiymətləndirilməli və cəza təyin edilərkən alınmalı idi. Bundan başqa, məhkəmənin şərti məhkum etmə ilə əlaqədar mövqeyini əsaslandırdığı hallar Məhkum1 və Məhkum2 barəsində CM-in 70-ci maddəsinin tətbiqi üçü n əsas hesab edilə bilməz.
8. Dövlət ittihamçısı kassasiya protestində Məhkum1 Elşən oğlunun Azərbaycan Respublikası CM-in 329.2.2, 341.2.1, 341.2.3-cü maddələri və Məhkum2 CM-in 341.2.1 və 341.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin 16 dekabr 2023-cü il tarixli qərarının ləğv olunmasını və işin yeni apellyasiya baxışına təyin edilməsini xahiş etmişdir.
9. Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində məhkəmələr qanunverciliyin tələblərinə riayət etməyərək əsassız və qanunsuz məhkəmə aktları çıxarılmışdır. Bundan başqa, hüquqlarını müdafiə etdiyi Məhkum1 Elşən oğlu barəsində Azərbaycan Respublikası CM-in 313, 329.2.2, 341.2.1 və 341.2.3-cü maddələri ilə verilmiş ittiham öz təsdiqini tapmadığından və sübuta yetirilmədiy indən onun barəsində cinayət təqibinə xitam verilməlidir.
10. Kassasiya şikayətinin müəllifi məhkəmədən Gəncə Apellyasiya Məhkəməsinin 16 dekabr 2022-ci il tarixli qərarının ləğv edilməsini və Məhkum1 Elşən oğlu barəsində cinayət işi üzrə cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. HÜQUQI MƏSƏLƏLƏR
11. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.
12. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir.
13. Kassas iya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CinayətProsessual Məcəlləsinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
14. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir.
15. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının lə ğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
16. Müdafiəçi kassasiya şikayətində məhkum edilmiş şəxsin əməlində cinayət tərkibinin olmadığını qeyd edərək ona bəraət verilməsini, bu mümkün olmadıqda isə ona daha yüngül cəza təyin edilməsini xahiş edərək, faktiki olaraq apellyasiya məhkəməsinin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi haqqında kassasiya tələbini Azərbaycan Respublikası CPM-nin 416.1.6-cı maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtlənd irən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişdilər.
17. Odur ki, məhkəmə kollegiyası müdafiəçisinin kassasiya şikayətini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 dekabr 2022-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.
18. Məhkum1 Elşən oğluna ona hökmlə istinad edilən (apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı) cinayət əməlini törətməsi birinci instansiya məhkəməsində Azərbaycan Respublikası CPM-nin 33, 125, 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş süb utların məcmusu ilə müəyyən edilmişdir.
19. Məhkum1 Elşən oğlunun qeyd olunan əməli törətməsinin mübahisələndirilməsi üzrə müdafiə tərəfinin dəlilləri onun tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması zamanı apellyasiya instansiyası məhkəməsi tərəfindən yoxlanılmış, məhkəmə həmin dəlillərin (onların üzərində qurulmuş iddiaların) baxılmış sübutların məcmusu ilə və məhkumun birinci instansiya məhkəməsində verdiyi ifadəsi ilə yanaşı zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, ekspertiza rəyləri, digər istintaq hərəkətlərinin aparılması haqqında protokollarla və iş üzrə toplanmış digər sübutlarla təkzib olunması haqqında nəticəyə gəlmişdir.
20. Məhkəmə kollegiyası kassasiya şikayətinin əsassız olduğuna dəlalət edən hal kimi onu da qeyd edir ki, apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgünlüyünü yoxlayıb sübutlar və sübutetmə, eləcə də işin faktiki hallarının müəyyən edilməsi məsələlərində hər hansı bir pozuntu aşkar etməmiş, Məhkum1 Elşən oğlunun hazırki qərarda təsvir edilmiş hərəkətlərindən, eyni zamanda Azərbaycan Respublikası CM-nin 329,2.2, 341.2.1,və 341.2.3-cü maddələri dispozisiyasından və Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəalarından çıxış edərək, Məhkum1 Elşən oğlunun əməlində Cinayət Məcəlləsinin qeyd edilən maddəsində nəzərdə tutulmuş cinayətin tərkibinin olması, bu maddə ilə onun təqsirli bilinməsini və cəzalandırılmalarını istisna edən halların, yəni Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsinin təsbit etdiyi bəraətin əsaslarının olmaması haqqında nəticəyə gəlmişdir.
21. Apellyasiya məhkəməsinin sözügedən mə sələlər üzrə gəldiyi nəticələr işin hallarının obyektiv araşdırılmasına, birinci instansiya məhkəməsində Cinayət-Prosessual Məcəlləsinin tələblərinə müvafiq qaydada tədqiq edilmiş sübutlara, müvafiq maddi və prosessual normaların düzgün təfsirinə əsaslandığından, kassasiya şikayətində göstərilənlər isə apellyasiya məhkəməsinin gəldiyi nəticələri təkzib etmədiyindən, məhkəmə kollegiyası birinci və apellyasiya instansiyası məhkəmələrinin Məhkum1 Elşən oğlunun əməlinin Cinayət Məcəlləsinin 329.2.2, 341.2.1 və 341.2.3-cü maddələri ilə tövsif edilməsi, onun bu maddələr ilə təqsirli bilinməsini və cəzalandırılmasını istisna edən halların olmaması barədə qənaətlərini şübhə altına almaq üçün əsas görmür. Sübutlar hökmdə ətraflı təsvir edilib, müdafiə tərəfinin dəlilləri ilə müqayisə edilməklə həqi qi məzmunlarına uyğun olaraq şərh edildiyindən, apellyasiya instansiyası məhkəməsi də öz nəticələrini həmin sübutların üzərində qurduğundan, məhkəmə kollegiyası hazırki qərarda sübutların yenidən təsvir və şərh edilməsini zəruri saymır.
23. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası qanunvericiliyin tələblərindən çıxış edərək bir daha vurğulamağı zəruri hesab edir ki, bəraət hökmü o halda çıxarılır ki, CPMnin 42.1-ci maddəsində nəzərdə tutulan əsaslar olsun, o cümlədən cinayət hadisəsi olmasın, əməldə cinayət tərkibi olmasın, şəxsin cinayətə aidiyyəti sübuta yetirilməsin və ya şəxsin təqsirliliyi sübuta yetirilməsin, lakin işdən də göründüyü kimi Məhkum1 CPM-nin 42ci maddəsinə əsasən bərəat verilməsi üçün əsaslar olması müəyyən edilmir. Ona görə də kollegiya hesab edir ki, məhkəmə tərəfind ən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, məhkəmə əməlin tövsifi ilə bağlı hissədə qanuni və əsaslı nəticəyə gəlmişlər.
24. Məhkəmə kollegiyası, həmçinin kassasiya protestinin məhkumlara təyin edilmiş cəza ilə bağlı dəlillərini də əsassız hesab edir.
23. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsində məhkəmə prosesi ədalət mühakiməsinin prinsiplərinə uyğun keçirilmiş, faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqi yoxlanarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmiş və qanuni yekun qərar qəbul edilmişdir. Qeyd olunanlar apellyasiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-nin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara y ol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.
24. Cəza məsələsi ilə əlaqədar kollegiya kassasiya protestinin dəlillərini nəzərdən keçirərək qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət Qanunu cəza təyin edərkən, habelə cəzanın və digər cinayət-hüquqi xarakterli tədbirlərin ədalətlilik meyarlarını müəyyən edərkən diqqəti törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, təyin olunmuş cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə ola biləcək təsirinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halların qiymətləndirilməsinə yönəltmiş, bu halların nəzərə alınmasının vacibliyini önə çəkmişdir. Cinayət Qanununun cəza ilə bağlı normalarının mənasına g örə, yalnız CM-nin 8.1 və 58.3-cü maddəsində göstərilən cinayət-hüquqi kriteriyalara əməl edilməklə təyin edilən və CM-nin 41.2-ci maddəsində göstərilən məqsədlərə cavab verən cəzanın ədalətli olmasından söhbət gedə bilər.
25. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, məhkəmə cəza təyin edərkən təqsirləndirilən şəxslər Məhkum1 Elşən oğlunun evli olmasını, bir azyaşlı övladının olmasını, həyat yoldaşının hamilə olmasını, xidmət yerindən müsbət xarakterizə olunmasını, zərərçəkmiş şəxsin hüquqi varisi və zərərçəkmiş şəxslərlə barışmasını, Vətən Müharibəsində iştirak etməsini, «Ağdamın azad olunmasına görə» medalı ilə təltif olunmasını, Məhkum2 evli olmaqla himayəsində iki azyaşlı övladının olmasını, xidmət yerindən müsbət xarakterizə olunmasını, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışması nı, Vətən Müharibəsində iştirak edərək yaralanmasını, medallarla təltif olunmasını, parkenson xəstəliyindən əziyyət çəkməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə almışdır.
26. Həmçinin, işdən də göründüyü kimi təqsirləndirilən şəxslər T.Allahyarovun ölümü ilə bağlı cinayət hadisəsindən sonra Vətən Müharibəsində iştirak etmişlər, medallarla təlif olunmuşlar, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmış, zərərçəmiş şəxsin hüquqi varisinin onlara qarşı heç bir şikayət və tələbi yoxdur, törətdikləri cinayət hadisəsindən təxminən iki ildən çox vaxt keçmişdir, bu müddət ərzində hər hansı bir qanun pozuntusuna yol verməmişlər. Eyni zamanda cinayət hadisəsi törədilənədək də təqsirləndirilən şəxslər başqa cinayətlər törətməmişlər.
27. Kollegiyanın qənaətinə görə qeyd olunan hallar təqsirləndi rilən şəxslərin barəsində CM-nin 70-ci maddəsinin tətbiq edilərək cəzalarının şərti tətbiq edilməsi üçün əsasdır və onların cəzanı real olaraq çəkmədən də islah olunmaları mümkündür.
28. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısının çıxışını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, Məhkum1 Elşən oğlunun müdafiəçisi Müdafiəçi verdiyi kassasiya şikayəti təmin edilməməli, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 dekabr 2022-ci il tarixli, 1-1(103)-74/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
29. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 dekabr 2022-ci il tarixli, 11(103)-74/2022 nömrəli qə rarı Məhkum1 Elşən oğlu və Məhkum2 barədə verilən protestə və Məhkum1 Elşən oğlunun müdafiəçisi Müdafiəçi verdiyi kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti və kassasiya protesti təmin edilməsin