Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-56/2025 03.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Zəminə Oruc qızının, Məhkum müdafiəçisi fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi3 iştirakları ilə, Məhkum Azərbaycan Respublikası Cinayət Məcə lləsinin (bundan sonra mətndə: Azərbaycan Respublikası CM-in və ya CM-in) 332.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 3 oktyabr 2024-cü il tarixli, 1-1(106)-26/2024 nömrəli qərarından Məhkum müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları:
1. Məhkum xx xxxxxx 2003-cü il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta ixtisas təhsilli, subay, ünvan 1 ünvanında daimi qeydiyyatda olmaqla yaşamış, əvvəllər məhkum olunmamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 6 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkir.
2. İ btidai istintaq orqanı tərəfindən tərtib edilmiş ittiham aktına əsasən, Əhmədov X12 Nazirliyinin Laçın rayonunun ərazisində yerləşən N nömrəli hərbi hissəsinin 4-cü taborunun 12-ci bölüyünün 2-ci tağımının 2-ci manqasında atıcı vəzifəsində, əsgər hərbi rütbəsində həmin bölüyün şərti olaraq «L/17» adlandırılan döyüş mövqeyində müddətli həqiqi hərbi xidmətdə olarkən, 2023-cü ilin yanvar ayının ortalarında döyüş mövqeyində xidmət etdiyi digər əsgərlərdən daha çox xidmət etməsindən və ondan əvvəlki çağırış əsgərlər arasında nüfuza malik olmasından istifadə edərək, döyüş mövqeyinin əsgər heyəti üzərində özünü «böyük əsgər», yəni qeyri-rəsmi qaydada əsgər heyəti arasında digər əsgərlər üzərində daha nüfuzlu, verdiyi bütün əmr və göstərişlərin digər əsgərlər tərəfindən icra olunması mütləq olan ə sgər kimi qəbul edilən əsgər elan etmiş və əsgərlərdən verdiyi bütün tapşırıqları sözsüz icra etməyi tələb edib, əks təqdirdə onlara qarşı zor tətbiq edəcəyi, şərəf və ləyaqətlərini alçaldacağı, şəxsi heyət arasında nüfuzdan salacağı ilə hədələyərək, bu yolla döyüş mövqeyinin əsgər heyəti tərəfindən «böyük əsgər» kimi qəbul edilməsinə nail olmuşdur.
3. Bundan sonra o, döyüş mövqeyindəki qeyri-rəsmi «böyük əsgər» statusundan istifadə edib xidmət etdiyi döyüş mövqeyinin əsgər heyəti ilə aralarındakı qarşılıqlı münasibətləri qüvvədə olan qanunvericiliklə həmin münasibətləri tənzimləyən normalara və nizamnamə qaydalarına tamamilə zidd olan qaydalarla müəyyən edərək, 2023-cü ilin yanvar ayının ortalarında günorta saatlarında həmin mövqedə xidmət edən əsgər X7 digər müddətli həqiqi hərbi xidmə t hərbi qulluqçuları ilə birlikdə sıraya düzüb, onlara döyüş növbətçiliyində yatacaq olan əsgərin həmin vaxtdan sonra hərbi qulluqçular arasında bütün söyüş və təhqirləri öz ünvanına götürən mənasını ifadə edən və şəxsi heyət arasında ən qəbuledilməz ağır təhqiredici ifadə kimi qəbul olunan «peysər» hesab olunacağını bildirmişdir.
4. Daha sonra Məhkum, həmin vəzifədə və hərbi rütbədə müddətli həqiqi hərbi xidmətdə olarkən, 2023-cü ilin yanvar ayının sonlarında gecə saatlarında xidmət etdiyi bölüyün şərti olaraq «L/17» adlandırılan döyüş mövqeyində döyüş növbətçiliyində xidmət aparan əsgərlər X9 və Şahid2 növbə apardıqları atəş sektorlarının ərazisində yanaşı dayandıqlarını görüb hər ikisinin növbə vaxtı eyni yerdə dayandıqlarına görə onlara öz iradını bildirmiş, daha sonra əsgər N.N.Nəzərz adənin üzərində öz fiziki üstünlüyünü nümayiş etdirmək məqsədi ilə, tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını, yəni Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 2, 5, 38 və 138-ci, habelə İntizam Nizamnaməsinin 1 və 3-cü maddələrində göstərilmiş «Hərbi qulluqçular bir-birinə münasibətdə həmişə nəzakətli və təmkinli olmalı, xidmət məsələləri üzrə birbirinə nümunəvi müraciət etməli, yüksək mədəniyyət, təvazökarlıq və təmkin nümunəsi göstərməli, özlərini ləyaqətli aparmalı, əsgər yoldaşlarının şərəf və ləyaqətlərinin qorunmasına yardım etməli, qayda-qanunun saxlanılmasına riayət etməlidirlər» tələblərini pozaraq, sonuncunun sinəsinə yumruqla bir zərbə vurub ona qarşı zor tətbiq etmişdir.
5. Bundan b aşqa o, həmin vəzifədə və hərbi rütbədə müddətli həqiqi hərbi xidmətdə olarkən, 2023-cü ilin fevral ayının əvvəllərində, gecə saatlarında xidmət etdiyi bölüyün şərti olaraq «L/17» adlandırılan döyüş mövqeyində əsgər N.N.Nəzərzadə ilə birlikdə döyüş növbəsində olduğu zaman sonuncunun mövqeyin düşmənin raket və artilleriya atəşlərindən qorunmaq üçün nəzərdə tutulmuş sığınacağına daxil olaraq orada yatdığını aşkar etmiş və döyüş növbəsi bitdikdən sonra mövqedə xidmət edən digər əsgərlərə bu barədə məlumat verib əsgər N.N.Nəzərzadənin onun tərəfindən qoyulmuş qaydaları pozaraq növbədə yatdığına görə artıq «peysər», yəni hərbi qulluqçular arasında bütün söyüş və təhqirləri öz ünvanına götürən şəxs çıxdığını elan etmişdir. Əsgər N.N.Nəzərzadənin özü həmin vaxt növbədən çıxıb istirəhətə getdiyind ən digər əsgərlərlə birlikdə olmasa da, sonradan bu barədə məlumat aldıqda əsgər Məhkum onu «peysər» elan etməsi əhvalına kəskin mənfi təsir göstərmiş, buna görə şəxsi heyət arasında özünü alçalmış və nüfuzdan düşmüş hiss etmişdir.
6. Həmçinin Məhkum həmin vəzifədə və hərbi rütbədə müddətli həqiqi hərbi xidmətdə olarkən, 2023-cü ilin fevral ayının sonlarında xidmət etdiyi bölüyün şərti olaraq «L/17» adlandırılan döyüş mövqeyinin əsgər heyəti ilk çərşənbə bayramı münasibətilə 3 (üç) ədəd avtomobil təkərini üst-üstə qoyub içərisini odun və ağac qırıntıları ilə dolduraraq yandırmışlar. Bundan bir neçə gün sonra, 2023-cü ilin fevral ayının sonlarında günorta saatlarında əsgər Məhkum döyüş mövqeyindəki qeyri-rəsmi «böyük əsgər» statusundan istifadə edib, əsgər N.N.Nəzərzadəyə içərisi qarla dolm uş vəziyyətdə olan həmin yanmış təkərləri göstərib «yuxarı baxa-baxa təkərlərə tərəf get ki, guya görmədən onun içərisinə düşürsən» deyərək yanmış təkərlərin olduğu yerə doğru getməsini tapşırmış və bu zaman əsgər N.N.Nəzərzadə verdiyi tapşırığı yerinə yetirməyəcəyi təqdirdə, əsgər Məhkum tərəfindən fiziki və psixi zorakılığa məruz qalacağından qorxub onun tapşırığını yerinə yetirərək, yanmış təkərlərin yığıldığı yerə getdikdə hər iki ayağı üzərində təkərlərin içərisinə yıxılmışdır. Bunu görən əsgər Məhkum, əsgər N.N.Nəzərzadənin üzərində öz fiziki üstünlüyünü nümayiş etdirmək məqsədi ilə, tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını, yəni Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 2, 5, 38 və 1 38-ci, habelə İntizam Nizamnaməsinin 1 və 3-cü maddələrində göstərilmiş tələbləri təkrar pozaraq, digər əsgərlərin yanında düşdüyü vəziyyətə görə əsgər N.N.Nəzərzadəni məsxərəyə qoyaraq bununla onun şərəf və ləyaqətini alçaltmış, onun bu hərəkəti sonuncuya mənfi təsir edərək N.N.Nəzərzadə buna görə şəxsi heyət arasında özünü alçalmış və nüfuzdan düşmüş hiss edərək əhvalı kəskin şəkildə pisləşmişdir.
7. Bundan başqa o, həmin vəzifədə və hərbi rütbədə müddətli həqiqi hərbi xidmətdə olarkən, 2023-cü ilin fevral ayının sonlarında, səhər saatlarında xidmət etdiyi bölüyün şərti olaraq «L/17» adlandırılan döyüş mövqeyinin ərazisində özünün döyüş mövqeyindəki qeyri-rəsmi «böyük əsgər» statusundan istifadə edib, həmin döyüş mövqeyində xidmət edən əsgər N.N.Nəzərzadəni digər müddətli həqiqi hərbi xi dmət hərbi qulluqçuları ilə birlikdə əsgər yataqxanasının arxasında sıraya düzmüş və sıranın qarşısında dayanıb əynindəki tulupun (qış üst geyiminin) sol qolunun çiyin hissəsindəki cırılmış hissəni göstərərək «bunu kim cırıb» deyib sual vermişdir. Bu zaman sırada dayanmış əsgər N.N.Nəzərzadə və digərləri ona əynindəki tulupun üzərindəki cırıq barədə məlumatlarının olmadığını bildirsələr də, əsgər Məhkum heç bir səbəb olmadan həmin əsgərlər üzərində öz fiziki üstünlüyünü nümayiş etdirmək məqsədi ilə onları öz mülahizəsinə görə «cəzalandırmaq» qərarına gələrək, bu məqsədlə «istiqamət üç yol» deyib onlardan dediyi istiqamətdə qaçmalarını tələb etmişdir. Bundan sonra əsgər N.N.Nəzərzadə və digər əsgərlər verdiyi tapşırığı yerinə yetirməyəcəkləri təqdirdə, əsgər Məhkum tərəfindən fiziki və psix i zorakılığa məruz qalacağından qorxub bölüyün digər mövqelərinə gedən və «Üç yol» adlandırılan yolun kəsişməsinə doğru qaçmağa başlamış və təxminən 30 (otuz) metr məsafə qaçdıqdan sonra əsgər Məhkum tapşırığı ilə geriyə qayıtmış, yolda qaçarkən hər birinin ayaqları islanmışdır. Əsgərlər qaçaraq onun yanına gəldikdən sonra əsgər Məhkum, yenidən əynindəki tulupun sol qolunun çiyin hissəsindəki cırılmış hissəni göstərərək «bunu kim cırıb» deyə sual vermiş, əsgər N.N.Nəzərzadə və digərləri ona bir daha bu barədə heç bir məlumatlarının olmadığını bildirmişlər. Bundan sonra əsgər Məhkum onların cavablarından qəzəblənib, tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını, yəni Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Niza mnaməsinin 2, 5, 38 və 138-ci, habelə İntizam Nizamnaməsinin 1 və 3-cü maddələrində göstərilmiş tələbləri təkrar pozaraq, əsgər N.N.Nəzərzadə və digərlərinə «jim vəziyyəti al» deyib onlardan əlləri və ayaqları üstə uzanıqlı vəziyyətdə qar örtüyünün üzərində dayanmalarını tələb etmiş və əsgərlər həmin tələbi yerinə yetirib bir neçə dəqiqə ərzində bu vəziyyətdə dayanıb ayağa qalxdıqdan sonra onları yenidən bir neçə dəfə eyni qaydada həmin vəziyyətdə saxladıb bununla əsgər N.N.Nəzərzadəyə güclü fiziki ağrı və mənəvi iztirab verərək ona qarşı təkrarən və işgəncə verməklə zor tətbiq etmişdir.
8. Həmçinin Məhkum, həmin vəzifədə və hərbi rütbədə müddətli həqiqi hərbi xidmətdə olarkən, 2023-cü ilin mart ayının əvvəllərində günorta saatlarında xidmət etdiyi bölüyün şərti olaraq «L/17» adlandırılan döyüş mövqeyinin ərazisində özünün döyüş mövqeyindəki qeyri-rəsmi «böyük əsgər» statusundan istifadə edib əsgər N.N.Nəzərzadə üzərində öz fiziki üstünlüyünü nümayiş etdirmək məqsədi ilə, tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını, yəni Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 2, 5, 38 və 138-ci, habelə İntizam Nizamnaməsinin 1 və 3-cü maddələrində göstərilmiş tələbləri təkrar pozaraq, ona döyüş mövqeyinin ərazisində qar yağmasından sonra təpə şəklində yaranmış buzu göstərib «qaça-qaça gəl buzun üstündə sürüş, yıxıl» demiş və sonuncu verdiyi tapşırığı yerinə yetirməyəcəyi təqdirdə, əsgər Məhkum tərəfindən fiziki və psixi zorakılığa məruz qalacağından qorxub onun tapşırığını icra edərək, buzun üzərində sürüşüb yıxıldıqdan sonra, bunu görən əsgər Məhkum digər əsgərlərin yanında düşdüyü vəziyyətə görə əsgər N.N.Nəzərzadəni məsxərəyə qoyaraq bununla onun şərəf və ləyaqətini alçaltmış, onun bu hərəkəti sonuncuya mənfi təsir edərək N.N.Nəzərzadə buna görə şəxsi heyət arasında özünü alçalmış və nüfuzdan düşmüş hiss edərək pərt olmuşdur.
9. Bundan başqa, o, həmin vəzifədə və hərbi rütbədə müddətli həqiqi hərbi xidmətdə olarkən, 08 mart 2023-cü il tarixdə günorta saatlarında xidmət etdiyi bölüyün şərti olaraq «L/17» adlandırılan döyüş mövqeyindəki özünün «böyük əsgər» statusundan istifadə edib həmin döyüş mövqeyində xidmət edən əsgər N.N.Nəzərzadəni döyüş mövqeyinin əsgər yeməkxanasında sıraya qoymuş və üzərində öz fiziki üstünlüyünü nümayiş etdirmək məqsədi ilə tabelik münasibətlərind ə olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını, yəni Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 2, 5, 38 və 138-ci, habelə İntizam Nizamnaməsinin 1 və 3-cü maddələrində göstərilmiş tələbləri təkrar pozaraq, heç bir səbəb olmadan əsgər N.N.Nəzərzadənin sağ qolunun çiyininin bir qədər aşağı hissəsinə dirsəyi ilə 3 (üç) zərbə vurub ona sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan, sağlamlığa yüngül zərər vurmaya aid «sağ bazunun hematoması» xəsarətini yetirərək təkrarən zor tətbiq etmişdir.
10. Həmçinin Məhkum, həmin vəzifədə və hərbi rütbədə müddətli həqiqi hərbi xidmətdə olarkən, 2023-cü ilin mart ayının əvvəllərində axşam saatlarında, xidmət etdiyi bölüyün şərti olaraq «L/17» adlandırılan döyüş mövqeyinin əsgər yataqx anasında əsgər N.N.Nəzərzadə üzərində öz fiziki üstünlüyünü nümayiş etdirmək məqsədi ilə, tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını, yəni Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 2, 5, 38 və 138-ci, habelə İntizam Nizamnaməsinin 1 və 3-cü maddələrində göstərilmiş tələbləri təkrar pozaraq, «şalvarını çıxart, tərsinə geyin, leytenant Valid Mürsəl içəri girəndə isə de ki, “oy blət, şalvarı tərsinə geyinmişəm» deyib ondan şalvarını tərsinə geyinməsini tələb etmiş və sonuncu verdiyi tapşırığı yerinə yetirməyəcəyi təqdirdə əsgər Məhkum tərəfindən fiziki və psixi zorakılığa məruz qalacağından qorxaraq, hərbi şalvarını soyunub tərsinə geyinib ayaqüstə vəziyyətində dayanmışdır. Bundan bir neçə dəqiqə sonra mövqe başçısı, leytenant Valid Mürsəl içəri daxil olub əsgər N.N.Nəzərzadəni həmin vəziyyətdə gördükdə, sonuncu «oy bləə, şalvarı tərsinə geyinmişəm» demiş və bunu görən əsgər Məhkum digər əsgərlərin yanında düşdüyü vəziyyətə görə əsgər N.N.Nəzərzadəni məsxərəyə qoyaraq bununla onun şərəf və ləyaqətini alçaltmış, onun bu hərəkəti sonuncuya mənfi təsir edərək N.N.Nəzərzadə buna görə şəxsi heyət arasında özünü alçalmış və nüfuzdan düşmüş hiss edərək pərt olmuşdur.
11. Bundan əlavə o, həmin vəzifədə və hərbi rütbədə müddətli həqiqi hərbi xidmətdə olarkən, 12 mart 2023-cü il tarixdə, saat 02:00-da əsgər N.N.Nəzərzadə ilə birlikdə xidmət etdiyi bölüyün şərti olaraq «L/17» adlandırılan döyüş mövqeyində döyüş növbətçiliyinə təyin olunmuş və döyüş növbəsinə çıxdıqları vaxt döyüş mövqeyinin d üşmənin atəş sektorlarının yaxınlığında yerləşən atəş sektorunun ətrafında aralarında yaranmış sözlü mübahisə zamanı, əsgər N.N.Nəzərzadə üzərində öz üstünlüyünü nümayiş etdirmək və sonuncunu aşağılamaq məqsədi ilə, tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını, yəni Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 2, 5, 38 və 138-ci, habelə İntizam Nizamnaməsinin 1 və 3-cü maddələrində göstərilmiş tələbləri təkrar pozaraq, əsgər N.N.Nəzərzadəyə artıq növbədə bir dəfə yatdığı üçün «peysər çıxdığını» bildirib onun şərəf və ləyaqətini alçaltmış, onun bu hərəkəti əsgər N.N.Nəzərzadənin əhvalına kəskin mənfi təsir göstərərək, buna görə sonuncu şəxsi heyət arasında özünü alçalmış və nüfuzdan düşmüş hiss etmiş dir.
12. Bundan sonra əsgər N.N.Nəzərzadə ona qarşı xidmət yerində əsgər Məhkum tərəfindən müntəzəm olaraq edilmiş qanunsuz və nizamnamədənkənar hərəkətlər, yəni sonuncunun digər şəxsi heyətin gözü qarşısında onu dəfələrlə məsxərəyə qoyması, şərəf və ləyaqətini alçaltması, ona qarşı fiziki zor tətbiq etməsi, əsgərlərə onun hərbi qulluqçular arasında bütün söyüş və təhqirləri öz ünvanına götürən mənasını ifadə edən və şəxsi heyət arasında ən qəbuledilməz ağır təhqiredici ifadə kimi qəbul olunan «peysər» elan etməsi səbəbindən davranış aktlarında təzahür etmiş emosional gərginlik halı keçirərək özünü öldürmək qərarına gəlmişdir. Bu vəziyyətdə əsgər N.N.Nəzərzadə əsgər Məhkumla birlikdə növbəti dəfə döyüş növbətçiliyinə çıxdıqdan sonra 12 mart 2023-cü il tarixdə, saat 02:30-da düşmənin atəş sektorlarının yaxınlığında yerləşən xidmət apardığı atəş sektorunun ətrafında döyüş növbəsində olduğu vaxt xidməti istifadəsinə verilmiş, bölüyə məxsus «AKM» markalı, «Lİ 7394» №-li avtomat silahın üzərindəki darağın içərisində olan 3 (üç) ədəd boş (təlim) patronu çıxardıb həmin patronları əynindəki tulupun cibinə qoymuş və sonra içərisində 27 (iyirmi yeddi) ədəd döyüş patronu olan həmin darağı avtomat silahının üzərinə taxıb silahı tək-tək atış rejimində atışa hazır vəziyyətə gətirərək gövdəsi qurşaqdan önə doğru əyilmiş vəziyyətdə, avtomat silahın sandıq yuvası çölə doğru olmaqla, qundaq hissəsini qarşısında ayaqlarının arasında yerə qoyub silahın lüləsinin ön kəsiyini alın nahiyəsinə dirəyərək öndən arxaya doğru istiqamətdə, atəşin əlavə faktorlarının təsir etdiyi yaxın məsafədən sağ ə linin baş barmağı ilə tətiyi qəsdən çəkib bir atəş açaraq özünə canlı şəxslərdə dərəcəsinə görə həyat üçün təhlükəli olan, sağlamlığa ağır zərər vurmaya aid «Alın nahiyəsindən girib öndən arxaya, cüzi sağdan sola istiqamətlənərək ənsə nahiyəsindən soldan çıxan, gedişi boyunca baş beyin toxumasının əzilib dağılması, kəllə tağı və kəllə əsası sümüklərinin çoxqəlpəli sınıqları ilə müşayiət olunan kəllə boşluğunun bir ədəd dəlib keçən odlu silah güllə yarası» xəsarətlərini yetirərək kəllə boşluğunun odlu silah güllə yaralanması nəticəsində kəllə tağı və kəllə əsası sümüklərinin çoxqəlpəli sınıqları ilə müşayiət olunan beyin toxumasının əzilib dağılması səbəbindən hadisə yerində ölmüş, bununla da əsgər Məhkum tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını təkrarən və işgəncə verməklə pozması ağır nəticəyə səbəb olmuşdur.
13. Füzuli Hərbi Məhkəməsinin (hakimlər: X14 (sədrlik edən), X2 və X4 ibarət məhkəmə tərkibində) 16 aprel 2024-cü il tarixli, 1-1(097)-76/2024 nömrəli hökmü ilə Məhkum CM-in 332.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 06 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, Məhkum cəzaçəkmə müddətinin əvvəlinin tutulduğu 18 mart 2023-cü il tarixdən hesablanması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi hökm edilmiş, hökmlə həmçinin maddi sübutlar və məhkəmə məsrəfləri məsələləri də həll edilmişdir.
14. Hökmdən təqsirləndirilən şəxs Məhkum və onun müdafiəçisi Müdafiəçi3 Şirvan Apellyasiya Məhkəməsinə ayrı-ayrılıqda apellyasiya şikayətləri verərək, hökmün ləğv edilməsini və Məhkum barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişlər.
15. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X11 (sədrlik edən), X5 və X3 ibarət məhkəmə tərkibində) 3 oktyabr 2024-cü il tarixli, 1-1(106)26/2024 nömrəli qərarı ilə təqsirləndirilən şəxs Məhkum və onun müdafiəçisi Müdafiəçi3 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinin təmin edilməməsi, Füzuli Hərbi Məhkəməsinin 16 aprel 2024-cü il tarixli, 1-1(097)-76/2024 nömrəli hökmünün apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
16. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 3 oktyabr 2024-cü il tarixli, 1-1(106)-26/2024 nömrəli qərarından Məhkum müdafiəçisi Müdafiəçi3 kassasiya şikayəti vermişdir. II. Kassasiya şikayətinin dəlilləri və etirazlar:
17. Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinin dəlilləri qismində apellyasiya müraciətinin dəlilləri təkrarlanmaqla, cinayət işinin faktiki hallarına və bir sıra qanunvericilik normalarına istinadlar edilərək qeyd etmişdir ki, ibtidai istintaq orqanı tərəfindən Məhkum qarşı əsassız olaraq CM-in 332.3-cü maddəsi üzrə ittiham irəli sürülmüşdür. Məhkum əməli əsassız olaraq CM-in 332.3-cü maddəsi ilə tövsif edilmiş və ona qarşı qanunsuz olaraq həmin maddələr üzrə ittiham hökmü çıxarılmışdır. Hesab edir ki, Məhkum əməlində CM-in 332.3-cü maddəsi üzrə heç bir cinayət tərkibi yoxdur. Məhkum həmin maddə üzrə cinayət əməli törətməmişdir. Füzuli Hərbi Məhkəməsi nin və Şirvan Apellyasiya Məhkəməsinin Məhkum barəsində çıxardığı ittiham hökmü əsassızdır. Qeyd etdiklərinə əsasən məhkəmədən Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 3 oktyabr 2024-cü il tarixli, 1-1(106)-26/2024 nömrəli qərarının ləğv edilməsini, Məhkum cinayətin törədilməsinə aidiyyəti olmaması və təqsirliliyinin sübuta yetirilmədiyinə görə onun barəsində həmin maddə üzrə bəraət verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
18. Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir.
19. Qərardan kassasiya protesti verilməmişdir. İİİ. Proses iştirakçılarının çıxışları:
20. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən Məhkum müdafiəçisi Müdafiəçi3 kassasiya şikayətini müdafiə edib, onun dəlillərinə uyğun qaydada çıxış edib, məhkəmə kollegiyasından şikayətinin təmin edilməsini xahiş etdi.
21. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı Əliyeva Zəminə Oruc qızı kassasiya şikayətinin dəlillərinə etiraz edərək, məhkəmə kollegiyasından təmin edilməməsini xahiş etdi. İV. Hüquqi məsələlər:
22. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-in 419-cu maddəsi müəyyən edir.
23. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən v ə mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
24. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.
25. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-in 416 -cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
26. Məhkum müdafiəçisi Müdafiəçi3 kassasiya şikayətində əməlinin hüquqi tövsifini mübahisələndirsə də, tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi CPM-in 416.1-ci maddəsində nəzərdə tutulmuş hər hansı hallarla əlaqələndirməmişdir.
27. Bununla belə, kollegiya müdafiəçinin kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 3 oktyabr 2024-cü il tarixli, 1-1(10 6)-26/2024 nömrəli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.
28. Cinayət məsuliyyətinin əsaslarına dair Azərbaycan Respublikası CM-in 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.
29. Bu normanın mənasına görə şəxsin əməlində konkret cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.
30. Bu tələb Azərbaycan Respublikası Konstitu siya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarının müddəalarından da irəli gəlir.
31. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumunun həmin qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir.
32. Azərbaycan Respublikası CPM-in 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.
33. Azərbaycan Respublikası CPM- in 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”.
34. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin (o cümlədən, əməldə cinayət tərkibinin əlamətlərinin olubolmamasının) müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1).
35. Müdafiəçinin kassasiya şikayətindən görünür ki, məhkumun əməlində cinayət tərkibi yoxdur, ibtidai istintaq orqanı və məhkəmələr tərəfindən düzgün və qanuni araşadırma aparılmamış, cinayət işi materiallarınd a onun əməlinin CM-in 332.3-cü maddəsi ilə tövsif edilməsini təsdiq edən sübutların mövcud olmadığını, onun əsassız və qanunsuz olaraq – həqiqəti əks etdirməyən sübutlar əsasında məhkum olunduğunu iddia etməklə, CM-in 332.3-cü maddəsi ilə irəli sürülmüş ittiham üzrə cinayətin törədilməsinə aidiyyəti olmaması və təqsirliliyinin sübuta yetirilməməsi haqqında mülahizəsini və həmin mülahizədən irəli gələn apellyasiya məhkəməsinin qərarının ləğv edilməsi haqqında tələbini məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarının inkar edilməsi üzərində qurmuşdur.
36. Bu isə onu göstərir ki, müdafiəçi kassasiya instansiyası məhkəməsini iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirməklə işin faktiki hallarını yenidən müəyyən etməyə dəvət edir.
37. Bununla əlaqədar kollegiya xatırladır ki, Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət-prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. CPM-in 419.11-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz.
38. Bu normaların mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxarkən bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya müraciəti olduqda birinci və apellyas iya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallara cinayət qanunu normalarının tətbiqini və həmin halların müəyyən edilməsi, ümumiyyətlə cinayət prosesinin həyata keçirilməsi zamanı cinayət-prosessual qanunun tələblərinə əməl olunub-olunmadığını yoxlaya bilər.
39. Odur ki, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi barədə kassasiya tələbinin (o cümlədən, cinayətin törədilməsinə aidiyyəti olmaması və təqsirliliyinin sübuta yetirilməməsinə baxmayaraq, Cinayət Məcəlləsinin 332.3-cü maddəsi ilə məhkum olunmasına dair ittiham hökmünün çıxarılması haqqında iddianın) əsaslılığını yoxlayarkən məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarını nəzərə almaya və məhkumun məhkəmə qərarlarının mübahisələndirilməsi üçün kassasiya şika yətində irəli sürdüyü, konkret dəlillərlə əsaslandırılmayan iddiasını mübahisələndirilən qərarın ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi qiymətləndirə bilməz.
40. Məhkəmələr tərəfindən müəyyən edilmiş faktiki hallardan çıxış etmək barədə kollegiyanın qənaəti həm də ondan irəli gəlir ki, kassasiya şikayətinin məzmunu ilə uzlaşan dəlillər müdafiə tərəfindən apellyasiya məhkəməsi qarşısında da irəli sürülmüş və apellyasiya məhkəməsi həmin dəlillərlə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgün olub-olmamasını yoxlayıb sübutlar və sübutetmə, cinayəti təşkil edən faktiki halların müəyyən edilməsi, faktiki hallara cinayət qanunu normasının tətbiqi, ibtidai istintaqda və birinci instansiya məhkəməsində cinayət-prosessual qanunun tələblərinə, o cümlə dən təqsirləndirilən şəxsin prosessual hüquqlarına əməl olunması məsələlərində hər hansı bir pozuntu aşkar etməmiş, Azərbaycan Respublikası CM-in 332.3-cü maddəsinin dispozisiyasından və cinayət qanununun ümumi hissəsinin müddəalarından çıxış edərək, Məhkum hərəkətlərində CM-in 332.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin tərkibinin olması, bu maddə ilə onun təqsirli bilinməsini və cəzalandırılmasını istisna edən halların, o cümlədən CPM-in 42.1-ci maddəsində təsbit edilmiş bəraətin əsaslarının olmaması haqqında nəticəyə gəlmişdir.
41. Həqiqətən də, kassasiya şikayətində göstərilənlərin əksinə olaraq, cinayət işi üzrə məhkəməyədək və məhkəmə icraatları Azərbaycan Respublikası CPM-in prinsiplərinə və digər müddəalarına uyğun olaraq, o cümlədən təqsirləndirilən şəxsin müdafiə hüququ gözlən ilməklə həyata keçirilmiş, birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş - hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, hökm və apellyasiya məhkəməsinin yekun qərarı çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və Məhkum təqsirliliyi barədə yekun nəticələr CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə işə aid olan və biri digərinə uyğun gələn bütün sübutların məcmusu, o cümlədən Məhkum ibtidai araşdırma zamanı şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələri, həmçinin zərərçəmiş şəxsin hüquqi varisinin ifadəsi, şahid ifadələri, ekspertiza rəylər, istintaq hərəkətlərinin protokolları və sair materiallar ilə, onların həqiqi məzmununa uyğun olaraq əsaslandırılmışdır.
42. Adı çəkilən və digər sübutlar hökmdə, eləcə də apellyasiya məhkəməsinin yekun qərarında təsvir edilib müdafiə tərəfinin dəlilləri ilə müqayisə edilməklə ətraflı şərh edildiyindən, məhkəmə kollegiyası isə qeyd olunan (kassasiya şikayətində irəli sürülmüş iddia ilə uzlaşan) dəlillərin araşdırılması və araşdırmanın nəticələrinin yoxlanılması üzrə müvafiq olaraq birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldikləri nəticələrlə razılaşdığından, həm də kassasiya şikayətində məhkəmələrin çıxardıqları nəticələri təkzib edə biləcək, araşdırmaların obyektivliyini, tamlığını, hərtərəfliliyini şübhə altına ala biləc ək dəlillər gətirilmədiyindən, nə sübutları yenidən təsvir edib onları və kassasiya şikayətində göstərilənləri daha ətraflı şərh etmək, nə də ki, hökmü və apellyasiya məhkəməsinin yekun qərarını şübhə altına almaq üçün əsas görmür.
43. Təsvir edilənlərdən görünür ki, Məhkum Azərbaycan Respublikası CM-in 332.3-cü maddəsi ilə təqsirli bilinməsi ilə bağlı apellyasiya instansiyası məhkəməsinin nəticəsi qanuni və əsaslıdır, təyin edilmiş cəza isə ədalətlidir, baxılan işdə apellyasiya instansiyası məhkəməsinin yekun qərarının ləğv edilməsinə və məhkumun cinayət işinə cinayətin törədilməsinə aidiyyəti olmaması və təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə bəraət verilməsi üçün əsas yoxdur, o cümlədən kassasiya şikayəti ilə ehtiva olunan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1-ci maddəsində nəzərdə tutulmuş pozuntulara yol verilməmişdir.
44. Beləliklə, məhkəmə kollegiyası məhkumun müdafiəçisinin və dövlət ittihamçısının çıxışını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, müdafiəçi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməli, Məhkum barəsində olan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 3 oktyabr 2024-cü il tarixli, 1-1(106)-26/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
45. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Mə hkəməsinin Cinayət kollegiyasının 3 oktyabr 2024-cü il tarixli, 1-1(106)-26/2024 nömrəli qərarı Məhkum müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.