Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-57/2023 16.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Qılıcov İlqar Səyyad oğlu və X4 ibarət tərkibdə, məhkəmə iclas katibi X6, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X8, Məhkum iştirakı ilə, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1-1(104)-20/2023 nömrəli, 13 aprel 2023-cü il tarixli hökmündən məhkumun müdafiəçisi Müdafiəçi2 tərəfində n verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Məhkum 22 avqust 1979-cu il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, ailəli, himayəsində üç yetkinlik yaşına çatmayan uşağı olan, əvvəllər məhkum olunmamış, Yevlax rayonunun Aran qəsəbəsində qeydiyyatda olmaqla həmin ünvanda yaşamışdır. 2. 14 iyun 2022-ci il tarixli ittiham aktına əsasən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - “Azərbaycan Respublikası CM”) 178.2.2, 178.2.3, 178.2.4 və 32.4,312.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir ona görə ki, o, Fövqəladə Hallar Nazirliyinin Yevlax şəhəri, Bakı prospekti 30 ünvanında yerləşən X18 Xüsusi xilasetmə hissəsinin Xilasetmə növbəsinin ba ş xilasedicisi vəzifəsində, baş gizir hərbi rütbəsində hərbi xidmətdə olarkən qanunsuz qazanc əldə etmək məqsədi ilə özünü Fövqəladə Hallar Nazirliyinin X19 yalandan kapitan rütbəsində təqdim etməklə ayrı-ayrı şəxsləri rüşvət verməyə təhrik etməklə və aldatma yolu ilə müxtəlif məbləğlərdə pullarını ələ keçirməyə dair qərara gəlmişdir. Məhkum cinayətkar niyyətini həyata keçirmək məqsədi ilə tanışı vətəndaş X12 vasitəsi ilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Goranboy rayon X13 hissəsində, yanğın söndürən vəzifəsində çalışan Şahid3 ilə 2020-ci ilin aprel ayının əvvəllərində tanış olmuş və Gəncə şəhərində yerləşən Gəncə Dövlət Universitetinin Tarix Coğrafiya korpusunun qarşısında olan çayxanada sonuncu ilə söhbət edən zaman ona Fövqəladə Hallar Nazirliyində işləyən yüksək vəzifəli tanışının vasitəsi ilə hər hansı bir şəxsi işə düzəltmək imkanının olduğunu və həmin qurumda işə düzəlmək istəyən hər hansı şəxsin olduğu tədqirdə, həmin şəxsləri ona yönəldə bilcəyini demişdir. Həmin görüş zamanı Şahid3 ona tanışı Şahid2 Bəxdiyar oğlunu Fövqəladə Hallar Nazirliyinin Goranboy rayonu X13 hissəsində yanğınsöndürən kimi işə düzəltmək istədiyini bildirmiş, o isə özünü kapitan rütbəsində təqdim edərək yalandan vəd edərək guya Fövqəladə Hallar Nazirliyində işləyən yüksək vəzifəli tanışının vasitəsi ilə Şahid2 işə düzəldə biləcəyini demişdir. Təxminən 2020-ci ilin aprel ayının əvvəllərində Məhkum Şahid3 və onun tanışları olan Zərərçəkmiş şəxs1 və Şahid2la Gəncə şəhərində yerləşən Gəncə Dövlət Universitetinin Tarix-Coğrafiya korpusunun binasının qarşısında olan çayxanada görüşmüşlər. Görüş zamanı Zərərçəkmiş şəxs1 ona Şahid2 Fövqəladə Hallar Nazirliyinin Goranboy rayon X13 hissəsində yanğınsöndürən kimi işə düzəlmək arzusunda olduğunu deyərək və bunu necə edə biləcəyini ondan soruşmuşdur. Həmin danışıq zamanı Məhkum aldatma yolu ilə vətəndaş Zərərçəkmiş şəxs1 əmlakını ələ keçirib qanunsuz qazanc əldə etmək qərarına gəlmişdir. Bu məqsədlə baş gizir Məhkum həmin görüş vaxtı Şahid2 Fövqəladə Hallar Nazirliyinin Goranboy rayon X13 hissəsində yanğınsöndürən kimi işə düzəltməyə real imkanlara və səlahiyyətlərə malik olmadığı, həmçinin bu məsələdə ona hər hansı köməklik göstərmək niyyətində olmadığı halda ona guya Fövqəladə Hallar Nazirliyində yüksək vəzifədə xidmət edən səlahiyyətli tanışının vasitəsi ilə həmin şəxsə onun vasitəsi ilə 13000 (on üç min) manat pul u rüşvət verməsi müqabilində vətəndaş Şahid2 Fövqəladə Hallar Nazirliyinin Goranboy rayon X13 hissəsində yanğınsöndürən kimi işə düzəldəcəyinə dair vətəndaş Zərərçəkmiş şəxs1 yalan vəd verərək, həmin 13000 (on üç min) manat puldan 3000 (üç min) manat pulu qabaqcadan verməli olduğunu, qalan 10000 (on min) manat pulu isə vətəndaş Şahid2 guya işə düzəldikdən sonra verməli olduğunu deməklə, Zərərçəkmiş şəxs1 inandırıb, razılığını almaqla onu rüşvət verməyə təhrik etmişdir. Baş gizir Məhkum vətəndaş Zərərçəkmiş şəxs1 inandırıb ələ aldıqdan və sonuncu ilə razılaşdıqdan sonra 2020-ci ilin aprel ayının ortalarında saat 17 radələrində Gəncə şəhərində yerləşən Gəncə Dövlət Universitetinin Tarix-Coğrafiya korpusunun binasının qarşısında olan çayxanada görüşdükdə qeyd olunan adla aldatmaqla Zərərçəkmi ş şəxs1 3000 (üç min) manat pulunu ələ keçirtmək üçün həmin pulu hissə-hissə ondan almağa dair onunla razılığa gəlmiş, əldə olunmuş razılığa əsasən həmin gün qeyd olunan çayxananın qarşısında dayanan VAZ 2107 markalı **-RA-*** dövlət qeydiyyat nişanlı avtomobilin içərisində Zərərçəkmiş şəxs1 3000 (üç min) manat puldan 2500 (iki min beş yüz) manat hissəsini almış, təxminən 2 gün sonra isə qeyd olunan çayxananın qarşısında 3000 (üç min) manat puldan qalan 500 (beş yüz) manat hissəsini ümumilikdə isə vahid niyyətlə Zərərçəkmiş şəxs1 3000 (üç min) manat pulunu əvəzsiz və qaytarmaq niyyəti olmadan ələ keçirmiş, lakin verdiyi vəd üzrə heç bir hərəkət etməyib öz qulluq mövqeyindən istifadə etməklə aldatma yolu ilə ümumilikdə 3000 (üç min) manat dəyərində pulunu ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa o, yuxarıda qeyd olunan vəzifədə və rütbədə xidmətdə olarkən tanışı Zərərçəkmiş şəxs4 guya Fövqəladə Hallar Nazirliyinin X19, kapitan rütbəsində xidmət edən, Fövqəladə Hallar Nazirliyində işləyən yüksək vəzifəli tanışı olan və həmin şəxsin vasitəsi ilə Fövqəladə Hallar Nazirliyində müxtəlif şəxsləri işə düzəldə bilən şəxs kimi özünü ona tanıtmışdır. 2021-ci ilin yanvar ayının sonlarında Zərərçəkmiş şəxs4 onunla Gəncə şəhərində Dədəqorqud küçəsində söhbət edərkən qızının nişanlısı olan X9 Fövqəladə Hallar Nazirliyində işə düzəltmək istədiyini demişdir. Həmin vaxt o Zərərçəkmiş şəxs4 yalandan kürəkəni X10 Hallar Nazirliyinin tabeliyindəki qurumlarında işə düzəltmək üçün guya Fövqəladə Hallar Nazirliyində işləyən yüksək vəzifəli tanışının vasitəsi ilə Zərərçəkmiş şəxs4 kürəkən ini işə düzəldə biləcəyini demişdir. Bundan sonra o Zərərçəkmiş şəxs4la 2021-ci ilin fevral ayının əvvəllərində Gəncə şəhəri, Dədə Qorduq küçəsində görüşmüş, həmin görüş zamanı Zərərçəkmiş şəxs4 ona kürəkəni X7 Hallar Nazirliyinin X14 xilasedici kimi işləmək kimi işə düzəlmək arzusunda olduğunu və bunu necə edə biləcəyini ondan soruşmuşdur. Həmin danışıq zamanı Məhkum təkrarən aldatma yolu ilə vətəndaş Zərərçəkmiş şəxs4 əmlakını ələ keçirib qanunsuz qazanc əldə etmək qərarına gəlmişdir. Bu məqsədlə, baş gizir Məhkum vətəndaş Zərərçəkmiş şəxs4 kürərəkəni X10 Hallar Nazirliyinin X14 xilasedici kimi işə düzəltməyə real imkanlara və səlahiyyətlərə malik olmadığı, həmçinin bu məsələdə ona hər hansı köməklik göstərmək niyyətində olmadığı halda ona guya Fövqəladə Hallar Nazirliyində yüksək vəzifə də xidmət edən səlahiyyətli tanışının vasitəsi ilə həmin şəxsə onun vasitəsi ilə əvvəlcə 10000 (on min) manat pulu rüşvət verməsi müqabilində vətəndaş X10 Hallar Nazirliyinin X14 xilasedici kimi işə düzəldəcəyinə dair vətəndaş Zərərçəkmiş şəxs4 yalan vəd verərək, həmin 10000 (on min) manat puldan 3000 (üç min) manat pulu qabaqcadan verməli olduğunu, qalan 7000 (yeddi min) manat pulu isə vətəndaş İlkin İbrahimovu guya işə düzəldikdən sonra verməli olduğunu, bundan əlavə İlkin İbrahimovun həkimlərdən keçərək sənədlərinin tez yığılması üçün müəyyən məbləğdə pul verməsini demişdir. 09 mart 2021-ci il tarixdə isə Məhkum Zərərçəkmiş şəxs4 etibarından sui-istifadə edərək daha çox məbləğdə pul almaq məqsədi ilə yalandan kürəkənin işi ilə bağlı guya Fövqəladə Hallar Nazirliyində işləyən yüksək vəz ifəli tanışı ilə danışaraq, guya həmin tanışına Zərərçəkmiş şəxs4 yaxın insan olduğunu dediyindən, Məhkum yüksək vəzifəli tanışı isə Zərərçəkmiş şəxs4 ona yaxın şəxs olduğundan əvvəlcədən ona 5000 (beş min) manat verəcəyini tədqirdə İlkin İbrahimovu 1-2 ay ərzində işə düzəldəcəyini deməklə, sonuncunu inandırıb, razlığını almaqla onu rüşvət verməyə təhrik etmişdir. Baş gizir Məhkum vətəndaş Zərərçəkmiş şəxs4 inandırıb ələ aldıqdan və sonuncu ilə razılaşdıqdan sonra 2021-ci ilin fevral ayının əvvəllərində Zərərçəkmiş şəxs4 İlkin İbrahimovun vasitəsi ilə Gəncə şəhərində Xan Bağında görüşərkən Məhkum deməsinə əsasən guya həkim müayinələrinin cavablarını tez alması məqsədi ilə ilkin olaraq 190 (yüz doxsan) manat pulu Məhkum vermiş, 12 mart 2021ci il tarixdə saat 19 radələrində Zərərçəkmiş şəxs4 Məhkumlə Gəncə şəhərində, Heydər Əliyev prospektində keçmiş Tikiş fabrik adlanan ərazidə Zərərçəkmiş şəxs4 idarə etdiyi “Wolsvagen Jetta” markalı **-VX-*** qeydiyyat nişanlı avtomobildə sonuncu Məhkum Fövqəladə Hallar Nazirliyində işləyən yüksək vəzifəli tanışına verməsi üçün 5000 (beş min) manat pulu vermiş, 2021-ci ilin mart ayının axırlarında Zərərçəkmiş şəxs4 Məhkumlə Gəncə şəhərində Dədəqorqud küçəsində görüşərkən Məhkum deməsinə əsasən guya həkim müayinələrinin cavablarını tez alması məqsədi ilə 60 (altmış) manat pulu Məhkum vermiş, 17 iyul 2021-ci il tarixdə isə Zərərçəkmiş şəxs4 İlkin İbrahimovun vasitəsi ilə Məhkum Bakı şəhərində Fövqəladə Hallar Nazirliyinin hospitalının qarşısında hərbi-həkim komissiyasının müayinəsinin cavablarını tez alması məqsədi ilə 250 (iki yüz əlli) mana t pulu vermişdir. Bununla da Məhkum ümumilikdə vahid niyyətlə Zərərçəkmiş şəxs4 5500 (beş min beş yüz) manat pulunu əvəzsiz və qaytarmaq niyyəti olmadan ələ keçirmiş, lakin verdiyi vəd üzrə heç bir hərəkət etməyib öz qulluq mövqeyindən istifadə etməklə aldatma yolu ilə ümumilikdə 5500 (beş min beş yüz) manat dəyərində pulunu ələ keçirməklə xeyli miqdar ziyan vurmaqla dələduzluq etmişdir. Bundan əlavə o, eyni vəzifədə və rütbədə xidmətdə olarkən tanışı Şahid5 ilə görüşən zaman sonuncuya onun guya X5 işləyən tanışı vasitəsi ilə hər hansı şəxsi Fövqəladə Hallar Nazirliyinə işə qəbul edə biləcəyini demişdir. Şahid5 isə Məhkum dediklərini tanışı olan Şahid1 dediyindən, 2021-ci ilin iyul ayının ortalarında Şahid5 tanışı olan Şahid1 ona zəng edərək, görüşərək danışmaq istədiyini bildirmişdir. B undan sonra 24 iyul 2021-ci il tarixdə Gəncə şəhərində X25 Hacıyevlə görüşən zaman Şahid1 tanışları olan Zərərçəkmiş şəxs2 və onun oğlu Kamran Qurbanovla birlikdə gəlmiş, Şahid1 ona tanışı olan Kamran Qurbanovu təqdim edərək, Fövqəladə Hallar Nazirliyinin tabeliyində qurumlarda işləmək istədiyini, eləcə də Kamran Qurbanovun ali təhsilli olduğundan zabit kimi işə düzəlmək arzusunda olduğunu və bunu necə edə biləcəyini ondan soruşmuşdur. Həmin danışıq zamanı Məhkum kapitan rütbəsində Fövqəladə Hallar Nazirliyinin geyim formasında gəlməklə, özünü Fövqəladə Hallar Nazirliyinin X19, kapitan rütbəsində xidmət edən, Fövqəladə Hallar Nazirliyində işləyən yüksək vəzifəli tanışı olan və həmin şəxsin vasitəsi ilə Fövqəladə Hallar Nazirliyində müxtəlif şəxsləri işə düzəldə bilən şəxs kimi özünü tanıtm aqla təkrarən aldatma yolu ilə Şahid1 vasitəsi ilə Zərərçəkmiş şəxs2 əmlakını ələ keçirib qanunsuz qazanc əldə etmək qərarına gəlmişdir. Bu məqsədlə, baş gizir Məhkum vətəndaş Zərərçəkmiş şəxs2 oğlu X11 Hallar Nazirliyinin X14 zabit kimi işə düzəltməyə real imkanlara və səlahiyyətlərə malik olmadığı, həmçinin bu məsələdə ona hər hansı köməklik göstərmək niyyətində olmadığı halda ona guya Fövqəladə Hallar Nazirliyində yüksək vəzifədə xidmət edən səlahiyyətli tanışının vasitəsi ilə həmin şəxsə və Kamran Qurbanovun xidmətə qəbulu tezləşdirilməsi üçün müvafiq həkimlərdən keçməsi müqabilində ümumilikdə 13000 (on üç min) manat pulu rüşvət verməsi müqabilində vətəndaş X11 Hallar Nazirliyinin X14 zabit kimi işə düzəldəcəyinə dair vətəndaş Şahid1 vasitəsi ilə Zərərçəkmiş şəxs2 yalandan vəd verərək, sonuncunu inandırıb, razlığını almaqla onu rüşvət verməyə təhrik etmişdir. Baş gizir Məhkum vətəndaş Zərərçəkmiş şəxs2 inandırıb ələ aldıqdan və sonuncu ilə razlışdıqdan sonra Kamran Qurbanovu həkimlərdən sənədlərin tez yığılması məqsədi ilə Şahid1 vasitəsi ilə 03 avqust 2021-ci il tarixdə Gəncə şəhərində Xan Bağında görüşərkən Məhkum deməsinə əsasən guya həkim müayinələrinin cavablarını tez alması məqsədi ilə ilkin olaraq 300 (üç yüz) manat pulu Məhkum vermiş, 19 avqust 2021-ci il tarixdə saat 14 radələrində Fövqəladə Hallar Nazirliyinin hospitalının qarşısında Zərərçəkmiş şəxs2 Kamran Qurbanov vasitəsi ilə sonuncunun guya zabit kimi işə qəbul olunacağı üçün hərbi-həkim komissiyasına vermək üçün Məhkum 300 (üç yüz) manat pul, 25 avqust 2021-ci il tarixdə Gəncə şəhəri Nizami rayon Polis İ darəsinin yanında Zərərçəkmiş şəxs2 oğlu Kamran Qurbanovun qeyd olunan vəzifədə işə qəbul olunması üçün Məhkum yüksək vəzifəli tanışına verməsi ilə əlaqədar Şahid1 vasitəsi ilə Məhkum 1000 (min) manat pul vermişdir. Bununla da Məhkum vahid niyyətlə Zərərçəkmiş şəxs2 ümumilikdə 1600 (min altı yüz) manat pulunu əvəzsiz və qaytarmaq niyyəti olmadan ələ keçirmiş, lakin verdiyi vəd üzrə heç bir hərəkət etməyib öz qulluq mövqeyindən istifadə etməklə aldatma yolu ilə ümumilikdə 1600 (min altı yüz) manat dəyərində pulunu ələ keçirməklə ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa o, eyni vəzifədə və rütbədə xidmətdə olarkən tanışı Şahid5la görüşən zaman sonuncuya onun guya Fövqəladə Hallar Nazirliyində işləyən tanışı vasitəsi ilə hər hansı şəxsi Fövqəladə Hallar Nazirliyinə işə qəbu l edə biləcəyini demişdir. Şahid5 isə Məhkum dediklərini tanışı olan Şahid1 dediyindən, 2021-ci ilin iyul ayının ortalarında Şahid5 tanışı olan Şahid1 ona zəng edərək, görüşərək danışmaq istədiyini bildirmişdir. Bundan sonra 24 iyul 2021- ci il tarixdə Gəncə şəhərində Xan Bağında görüşən zaman Şahid1 tanışları Zərərçəkmiş şəxs2 və onun oğlu Kamran Qurbanovla birlikdə gəlmiş, bir müddət sonra isə Zərərçəkmiş şəxs3 ora gəlmişdir. Həmin vaxtı Şahid1 ona tanışı olan Zərərçəkmiş şəxs3 təqdim edərək, Fövqəladə Hallar Nazirliyinin X14 xilasedici kimi işə qəbul olunmaq arzusunda olduğunu və bunu necə edə bilcəyini ondan soruşmuşdur. Həmin danışıq zamanı Məhkum kapitan rütbəsində Fövqəladə Hallar Nazirliyinin geyim formasında gəlməklə özünü Fövqəladə Hallar Nazirliyinin X19, kapitan rütbəsində xidm ət edən, Fövqəladə Hallar Nazirliyində işləyən yüksək vəzifəli tanışı olan və həmin şəxsin vasitəsi ilə Fövqəladə Hallar Nazirliyində müxtəlif şəxsləri işə düzəldə bilən şəxs kimi özünü tanıtmaqla Məhkum təkrarən aldatma yolu ilə Şahid1 vasitəsi ilə Zərərçəkmiş şəxs3 əmlakını ələ keçirib qanunsuz qazanc əldə etmək qərarına gəlmişdir. Bu məqsədlə, baş gizir Məhkum vətəndaş Zərərçəkmiş şəxs3 Fövqəladə Hallar Nazirliyinin X14 xilasedici kimi işə düzəltməyə real imkanlara və səlahiyyətlərə malik olmadığı, həmçinin bu məsələdə ona hər hansı köməklik göstərmək niyyətində olmadığı halda guya Fövqəladə Hallar Nazirliyində yüksək vəzifədə xidmət edən səlahiyyətli tanışının vasitəsi ilə həmin şəxsə və Zərərçəkmiş şəxs3 xidmətə qəbulunu tezləşdirilməsi üçün müvafiq həkimlərdən keçməsi müqabilində ümu milikdə 9000 (doqquz min) manat pulu rüşvət verməsi üçün vətəndaş Zərərçəkmiş şəxs3 qeyd olun vəzifədə işə düzəldəcəyinə dair vətəndaş Şahid1 vasitəsi ilə Zərərçəkmiş şəxs3 yalandan vəd verərək, sonuncunu inandırıb, razılığını almaqla onu rüşvət verməyə təhrik etmişdir. Baş gizir Məhkum vətəndaş Zərərçəkmiş şəxs3 inandırıb ələ aldıqdan və sonuncu ilə razılaşdıqdan sonra Zərərçəkmiş şəxs3 04 avqust 2021-ci il tarixdə Gəncə şəhərində yerləşən Milli Süfrə restoranında görüşərkən Məhkum deməsinə əsasən guya həkim müayinələrinin cavablarını tez alması məqsədi ilə 300 (üç yüz) manat pulu Məhkum vermiş, 23 oktyabr 2021-ci il tarixdə saat 12 radələrində isə Gəncə şəhərində Üzeyir Hacıbəyov küçəsində “Sovxoz” adlanan ərazidə icarəyə götürdüyü KİA Optima markalı maşının içərisində Məhkum Fövqəladə H allar Nazirliyində işləyən yüksək vəzifəli tanışına verməsi üçün sonuncuya 5000 (beş min) manat pul vermişdir. Bununla da Məhkum Zərərçəkmiş şəxs3 vahid niyyətlə ümumilikdə 5300 (beş min üç yüz) manat pulunu əvəzsiz və qaytarmaq niyyəti olmadan ələ keçirmiş, lakin verdiyi vəd üzrə heç bir hərəkət etməyib öz qulluq mövqeyindən istifadə etməklə aldatma yolu ilə ümumilikdə 5300 (beş min üç yüz) manat dəyərində pulunu ələ keçirməklə xeyli miqdar ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. 3. 31 avqust 2022-ci il tarixdə Gəncə Hərbi Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.
4. Gəncə Hərbi Məhkəməsinin 1-1(095)134/2022 nömrəli, 21 dekabr 2022-ci il tarixli hö kmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 178.2.2 178.2.3, 178.2.4 və 32.4,312.1-ci maddələrində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib Azərbaycan Respublikası CM-nin 178.2.2 178.2.3 və 178.2.4-cü maddələri ilə 4000 (dörd min) manat məbləğində cərimə cəzasına, Azərbaycan Respublikası CM-nin 32.4,312.1-ci maddəsi ilə isə 5000 (beş min) manat məbləğində cərimə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti olaraq 6000 (altı min) manat məbləğində cərimə cəzasının təyin edilməsi, Azərbaycan Respublikası CM-nin 69.4-cü maddəsinə əsasən həbsdə saxlanıldığı müddət nəzərə alınmaqla təyin edilmiş cəzanın yüngülləşdirilməsi və üzərində qəti olaraq 5500 (beş min beş yüz) manat miqdarında cərimə cəzasının saxlanılması qərara alınmış, həmçinin hökmlə maddi subutların taleyi məsələsi həll edilmişdir.
5. Birinci instansiya məhkəməsinin qeyd edilən hökmündən dövlət ittihamçısı apellyasiya protesti verib hökmün ləğv edilməsi, Məhkum əməlinin Azərbaycan Respublikası CM-nin 178.2.2 178.2.3, 178.2.4 və 32.4,312.1- ci maddələrindən həmin Məcəllənin 178.2.2 178.2.3, 178.2.4 və 32.4,312.2-ci maddələrinə tövsif edilməklə, yeni hökm çıxarılmasını və sonuncuya həmin maddələrin sanksiyası daxilində cəza təyin edilməsini xahiş etmişdir.
6. Həmçinin hökmdən zərərçəkmiş şəxs X1 apellyasiya şikayəti verib hökmün dəyişdirilməsi, Məhkum təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi barədə qərar çı xarılmasını xahiş etmişdir.
7. Bundan başqa hökmdən Zərərçəkmiş şəxs4 apellyasiya şikayəti verib hökmün yüngüllüyünə görə dəyişdirilməsi, Məhkum təqsirli bilindiyi maddələrin sanksiyası daxilində ağır cəza olan azadlıqdan məhrum etmə cəzasının yuxarı həddində cəza təyin edilməsini xahiş etmişdir.
8. Bundan əlavə hökmdən Zərərçəkmiş şəxs3 nümayəndəsi - vəkil X2 apellyasiya şikayəti verib hökmün dəyişdirilməsi, Məhkum əməlinin Azərbaycan Respublikası CM-nin 32.4,312.1-ci maddəsindən həmin Məcəllənin 32.4,312.2-ci maddəsinə tövsif edilməklə təqsirli bilindiyi maddələrin sanksiyalarında nəzərdə tutulmuş ən ağır cəza verilməsinə dair yeni hökm çıxarılmasını xahiş etmişdir.
9. Eyni zamanda hökmdən zərərçəkmiş Zərərçəkmiş şəxs2 nümayəndəsi - vəkil X3 apellyasiya şikayəti verib hökmün dəyişdirilmə si, Məhkum əməlinin Azərbaycan Respublikası CM-nin 32.4,312.1-ci maddəsindən həmin Məcəllənin 32.4,312.2-ci maddəsinə tövsif edilməklə təqsirli bilindiyi maddələrin sanksiyalarında nəzərdə tutulmuş ən ağır cəza verilməsinə dair yeni hökm çıxarılmasını xahiş etmişdir.
10. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1-1(104)-20/2023 nömrəli, 13 aprel 2023-cü il tarixli hökmü ilə dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti və zərərçəkmiş şəxslər tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilmiş, Gəncə Hərbi Məhkəməsinin 1-1(095)134/2022 nömrəli, 21 dekabr 2022-ci il tarixli hökmü ləğv edilmiş, iş üzrə yeni ittiham hökmü çıxarılaraq, Məhkum Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3, 178.2.4-ci maddələri ilə təqsirli bilinib 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının, Azərbaycan Respublikası CM-nin 32.4,312.2-ci maddəsi ilə təqsirli bilinib 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaqla qəti olaraq 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 69.4-cü maddəsinə əsasən ibtidai istintaq dövründə həbsdə saxlanıldığı 2 (iki) gün müddətin təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 4 (dörd) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 13 aprel 2023-cü il tarixdən hesablanması hökm edilmiş, hökmlə digə r məsələlər də həll edilmişdir.
11. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1-1(104)-20/2023 nömrəli, 13 aprel 2023-cü il tarixli hökmündən hazırda məhkumun müdafiəçisi Müdafiəçi2 tərəfindən kassasiya şikayəti vermişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar
12. Kassasiya şikayətində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1-1(104)-20/2023 nömrəli, 13 aprel 2023-cü il tarixli hökmünün ləğv edilməsi, Məhkum təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsi barədə qərar çıxarılması xahiş edilir.
13. Dövlət ittihamçısı məhkəmə baxışının gedişində məhkəmə kollegiyasına müraciət edərək, Məhkum qarşı verilmiş ittihamdan Azərbaycan Respublikası CM-nin 32.4,312.2-ci maddəsinə münasibətdə cinayət təqibindən imtina etdiyini bildirmişdir. III. Hüquqi məsələl ər
14. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.
15. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və CinayətProsessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
16. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.
17. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
18. Müdafiəçi2 kassasiya şikayətində Məhkum barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinin tətbiq edilməli olduğunu iddia etməklə, faktiki olaraq xahişini Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirmişdir.
19. Odur ki, kollegiya kassasiya şikayətini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və onun dəlilləri ilə əlaqəli şəkildə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1-1(104)-20/2023 nömrəli, 13 aprel 2023-cü il tarixli hökmünü yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.
20. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilə n cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 15 mart 2022-ci il tarixli qərar ları).
21. Azərbaycan Respublikası CM-nin 8, 41 və 58-ci maddələrinin ümumi məzmunundan da belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün Cinayət Məcəlləsinin 58-ci maddəsində təsbit olunmuş cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında götürülməsi və nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədl ərini, o cümlədən sosial ədalətin bərpası və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üzrə rolunu təmin edə bilsin.
22. Şərti məhkum etmənin tətbiqi üzrə məsələləri tənzimləyən Azərbaycan Respublikası CM-nin 70.1-ci maddəsi həmin cinayət-hüquq normasında nəzərdə tutulmuş cəzalara məhkum edilmiş şəxslərin bu cəzaları (o cümlədən, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasını) çəkmədən islah edilmələri mümkün olduqda, şərti məhkum etmənin tətbiqinə yol verir. Həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır.
23. Şərti məhkum etmə və cəzanın çəkilməsinin təxirə salınmas ı cinayət-hüquqi məsuliyyətin qanunvericilikdə müəyyən edilmiş hallarda və əsaslarla tətbiq edilən güzəştli formasıdır. Qanunverici humanizm prinsipindən çıxış edərək müəyyən kateqoriya şəxslərin cəzanı real olaraq çəkmədən, cəmiyyətdən təcrid edilmədən də islah olunmasını mümkün hesab etdiyi təqdirdə, bu cinayət-hüquqi vasitələrdən istifadə edilməsinin mümkünlüyünü təsbit etmişdir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci maddəsinin həmin Məcəllənin 70 və 79-cu maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 dekabr 2021-ci il tarixli qərarı).
24. Qeyd olunan cinayət-hüquqi normalara və məhkəmə kollegiyasının hüquqi mövqeyinə əsaslanmaqla kassasiya şikayətinin dəlilləri baxılan işin müvafiq materialları ilə müqayisə edilm əklə yoxlanıldıqda, müdafiəçinin Məhkum barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsini tətbiq etməklə ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının şərti hesab edilməsi haqqında iddiasının əsassız olduğu müəyyən edilir.
25. Bunula belə məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası CMnin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.
26. Həmin Məcəllənin 7.1-ci maddəsində təsbit edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər.
27. Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3, 178.2.4-cü maddələrinin ümumi məzmunu ilə müəyyən edilir ki, dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə - təkrar, şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə və xeyli miqdarda ziyan vurmaqla törədildikdə, dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya əmlakı müsadirə olunmaqla və ya olunmamaqla bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
28. Cinayət Məcəlləsinin 312.2-ci maddəsinə əsasən vəzifəli şəxs tərəfindən biləbilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət vermə - səkkiz min manatdan on iki min manatadək miqdarda cərimə və ya əmlakı müsadirə olunmaqla dörd ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
29. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə yalançı vasitəçinin hərəkətləri rüşvət verməyə təhrik kimi qiymətləndirilə bilməz, çünki yalançı vasitəçinin niyyəti bütün digər iştirakçılarla birgə bir cinayət əməlini törətməyə (rüşvət verməyə) deyil, digər şəxslərin əmlakını ələ keçirməyə şərait yaratmağa yönəlmişdir. Hətta yalançı vasitəçiyə qarşı rüşvət verməyə cəhdə təhrik etmə ittihamının irəli sürülməsi də burada vəziyyəti dəyişmir. Cinayət Məcəlləsinin 29-cu maddəsinə əsasən, bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd h esab olunur. Başa çatmamış cinayətdə iştirakçılıq həm də onu nəzərdə tutur ki, bu hallar bütün iştirakçıların, o cümlədən təhrikçinin iradəsindən asılı olmadan baş verir. Sözügedən halda isə cinayətin başa çatmamasının səbəbi yalançı vasitəçinin hərəkətləridir ki, onun əməlləri rüşvət verən şəxsin başa çatmış cinayəti törətməsi ehtimalını istisna edir. Rüşvət verməyə təhrik kimi görünən hərəkətlər əslində dələduzluğun üsuludur. Bundan əlavə, yalançı vasitəçi rüşvət verənlə rüşvət alan arasında korrupsiya razılaşmasının əldə olunmasına çalışmır, ona görə də onun əməli korrupsiya cinayətinin obyektinə zərər vura, yəni dövlət orqanlarını nüfuzdan sala bilməz. Yalançı vasitəçinin niyyəti dövlət qulluğunun mənafeyinə deyil, müstəsna olaraq əmlak münasibətlərinə zərər vurmağa yönəlib (“Azərbayca n Respublikası Cinayət Məcəlləsinin 73-1, 178-ci maddələrinin və 312-ci maddəsinin Qeyd hissəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 14 iyul 2022-ci il tarixli Qərarı).
30. Məhz bu yanaşmadan çıxış edərək və həmin yanaşmanı müdafiə etdiyini bir daha nümayiş etdirərək Konstitusiya Məhkəməsi qəbul etdiyi digər qərardadında bir daha qeyd etmişdir ki, yalançı vasitəçilik zamanı şəxs öz vasitəçilik xidmətini vəd edib rüşvət verəndən guya vəzifəli şəxsə ötürmək üçün rüşvət şəklində pul və sair maddi nemətlər alır, lakin faktiki olaraq alınanları mənimsəyərək dələduzluq əməlini törətmiş olur. Müvafiq olaraq bu halda rüşvət vermə cinayət əməlinin obyekti olan dövlət qulluğunun mənafeyi və s. ilə bağlı ictimai münasibətlər deyil, mü lkiyyət hüquq münasibətləri təhlükə altına alınır (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsinin həmin Məcəllənin 312-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsi barədə Şəki Apellyasiya Məhkəməsinin müraciətinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının 17 aprel 2023-cü il tarixli Qərardadı).
31. Konstitusiya Məhkəməsinin şərhini rəhbər tutan Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu qəbul etdiyi müvafiq qərarında belə nəticəyə gəlmişdir ki, vəzifəli şəxsə rüşvət vermək barədə təşəbbüsü bu yolla özgə əmlakını ələ keçirmək məqsədini həyata keçirən şəxsin özü irəli sürdükdə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1, 178-ci maddələrinin və 312-ci maddəsinin Qeyd hissəsinin əlaqəl i şəkildə şərh edilməsinə dair” 2022-ci il 14 iyul tarixli Qərarında və Konstitusiya Məhkəməsi Palatasının “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsinin həmin Məcəllənin 312-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsi barədə Şəki Apellyasiya Məhkəməsinin müraciətinə dair” 2023-cü il 17 aprel tarixli Qərardadında (bu Qərar və Qərardad birlikdə götürülməklə, onların təsviriəsaslandırıcı hissələrində) ifadə olunmuş hüquqi mövqelərə əsasən təqsirkarın əməli CM-in 178.1-ci maddəsinin dispozisiyası ilə əhatə olunduğundan və burada rüşvət verməyə təhrik etmə cinayətinin (CM-in 32.4,312-ci maddələri) tərkibinin yaranması üçün zəruri olan obyektiv və subyektiv əlamətlər mövcud olmadığından əməl qeyd edilən cinayətlərin ideal məcmusu kimi deyil, yalnız CM-in 178-ci maddəsi ilə dəl əduzluq cinayəti kimi tövsif olunmalıdır (“Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 2015-ci il 11 iyun tarixli 7 nömrəli Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarı, № 11/2023, 19 may 2023-cü il).
32. Baxılan cinayət işinin hallarından, eləcə də Məhkum qarşı verilmiş ittihamdan isə müəyyən edilir ki, müxtəlif məbləğlərdə pulu zərərçəkmiş şəxslərdən Fövqəladə Hallar Nazirliyində işləyən yüksək vəzifəli şəxsə çatdırılması üçün alsa da, əslində onun heç vaxt həmin pulu hansısa vəzifəli şəxsə çatdırmaq niyyəti olmamış, yeganə məqsədi həmin şəxslərin əmlakının aldatmaqla və ya etibardan sui-istifadə etməklə ələ keçirilməsindən ibarət olmuşdur.
33. Məhkəmə kollegiyası həmçinin nəzərə alır ki, Azərbaycan Respublikası CPMnin 416.1.6-cı maddəsinə əsasən məhkəmənin hökm və ya qərarının kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsinin əsaslarından biri məhkəmənin cinayət tərkibinin əlamətləri olmadan ittiham hökmü çıxarmasıdır.
34. Şərh olunanlara əsaslanaraq məhkəmə kollegiyası hesab edir ki, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1-1(104)-20/2023 nömrəli, 13 aprel 2023-cü il tarixli hökmü Məhkum Azərbaycan Respublikası CM-nin 32.4,312.2-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair hissədə ləğv edilməli, Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən əməlində cinayət tərkibi olmadığına görə barəsində olan cinayət işi üzrə icraata həmin hissədə xitam verilməlidir.
35. Beləliklə məhkəmə kollegiyası çıxışları dinl əyib, təsvir edilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1-1(104)-20/2023 nömrəli, 13 aprel 2023-cü il tarixli hökmünə dəyişiklik edilməli, Məhkum Azərbaycan Respublikası CM-nin 32.4,312.2-ci maddələri ilə təqsirli bilinib məhkum olunmasına və ona Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə cəzaların təyin edilməsinə dair müddəalar həmin hökümdən xaric edilməli, Məhkum üzərində qəti olaraq Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1-1(104)-20/2023 nömrəli, 13 aprel 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3 və 178.2.4 maddələri ilə təyin edilmiş 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Y uxarıda şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.4-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya şikayəti təmin edilsməsin. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1-1(104)-20/2023 nömrəli, 13 aprel 2023-cü il tarixli hökmü dəyişdirilsin, həmin hökmdən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4,312.2-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə cəzaların təyin edilməsinə dair müddəalar xaric edilsin. Məhkum üzərində qəti olaraq Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1-1(104)-20/2023 nömrəli, 13 aprel 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4 maddələri ilə təqsirli bilinib təyin edilmiş 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1-1(104)-20/2023 nömrəli, 13 aprel 2023-cü il tarixli hökmü qalan hissələrdə dəyişdirilmədən saxlanılsın.