Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-57/2024 09.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimləri: Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Tahir Lələkişi oğlu Kazımov və Teyyub Asif oğlu Muxtarovdan ibarət tərkibdə, Pərviz Müseyib oğlu Hacıyevin katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun və Məhkum1 iştirakları ilə, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasını n 19 mart 2024-cü il tarixli qərarından Məhkum1 və Məhkum2 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Tərtər Hərbi Məhkəməsinin (hakim Vidadi Nəsirov) 16 yanvar 2024-cü il tarixli 11(098)-7/2024 nömrəli hökmü ilə xx xxxx 1999-cu ildə Goranboy rayonunun Qırıxlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmayan, Goranboy rayonunun Qırıxlı kəndində daimi qeydiyyatda olmaqla həmin kənddə də yaşayan Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 177.2.1 və 177.2.3cü maddələri ilə təqsirli bilinmiş, barəsində CM-in 62-ci maddəsi tətbiq edilərək 2000 (iki min) manat məbləğdə cərimə cəzasına məhkum edilmiş, CM-in 69.4-cü maddəsinə əsasən onun hazırkı cinayət iş üzrə 08 mart 2023-cü il tarixdən 10 mart 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu iki gün müddət nəzərə alınaraq ona təyin olunmuş cərimə cəzasının yüngülləşdirilərək qəti olaraq 1500 (bir min beş yüz) manat məbləğdə cərimə cəzası saxlanılmışdır, xx xxxx 2000-ci ildə Goranboy rayonunun Borsunlu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmayan, Goranboy rayonunun Borsunlu kəndində daimi qeydiyyatda olmaqla həmin kənddə də yaşayan, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin özüyeriyən artilleriya batareyasının 2-ci özüyeriyən artilleriya tağımının 2-ci topun mexanik-sürücüsü vəzifəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi əsgər hərbi rütbəsində xidmət etmiş, hazırda hərbi xidmətdən ehtiyata buraxılmış Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 177.2.1 və 177.2.3cü maddələri ilə təqsirli bilinmiş, barəsində CM-in 62-ci maddəsi tətbiq edilərək 2000 (iki min) manat məbləğdə cərimə cəzasına məhkum edilmiş, CM-in 69.4-cü maddəsinə əsasən onun hazırkı cinayət iş üzrə 08 mart 2023-cü il tarixdən 10 mart 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu iki gün müddət nəzərə alınaraq ona təyin olunmuş cərimə cəzasının yüngülləşdirilərək qəti olaraq 1500 (bir min beş yüz) manat məbləğdə cərimə cəzası saxlanılmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum1 təqsirli bilinib məhkum olunmuşdur ona görə ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə qanunsuz olaraq daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, Məhkum1 yaşadığı Goranboy rayonunun Qırıqlı kəndində yerləşən mağazanın sahibi, həmin kənd sakini Zərərçəkmiş şəxs qartal formalı, pul yığmaq üçün nəzərdə tutulmuş suvenir qabda metal “50 qəpiklik” yığdığını bilib, bu barədə xx.xx.2023cü il tarixdə saat 17 radələrində qohumu, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Məhkum2 bildirərək onunla cinayət əlaqəsinə girib həmin qabdakı pulları tamah niyyətilə əvəzsiz və qanunsuz olaraq ələ keçirərək talamaq barədə razılığa gəlmiş, bu məqsədlə xx.xx.2023-cü il tarixdə saat 03 radələrində Məhkum2la birlikdə mağazanın qarşısına gəlmiş, Məhkum2 özləri ilə gətirdikləri dəmir alətlə mağazanın plastik materialdan olan giriş qapısının kilid hissəsini sınd ırıb qapını açdıqdan sonra aralarındakı razılığa əsasən kimsə gəldikdə ona xəbər vermək üçün çöldə gözləmiş, o isə mağazaya daxil olub içində 836 (səkkiz yüz otuz altı) ədəd metal “50 qəpiklik” dən ibarət 418 (dörd yüz on səkkiz) manat pul olan 5 (beş) manat dəyərində suvenir qabı rəfdən götürüb birlikdə oradan uzaqlaşaraq və sonradan qabı sındırıb içindəki pulları bölərək, qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə qanunsuz olaraq daxil olmaqla özgənin, yəni Zərərçəkmiş şəxs ümumilikdə 423 (dörd yüz iyirmi üç) manat dəyərində əmlakını gizli olaraq talayıb oğurlamışdır. Məhkum2 qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə qanunsuz olaraq daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, Abbasov X2 Nazirliyinin N nömrəli hərbi hissə sinin özüyeriyən artilleriya batareyasının 2-ci özüyeriyən artilleriya taqımının 2-ci topunun mexanik- sürücüsü vəzifəsində əsgər hərbi rütbəsində müddətdən artıq həqiqi hərbi xidmətdə olarkən, xx.xx.2023-cü il tarixdə saat 17 radələrində qohumu Məhkum1 yaşadığı Goranboy rayonunun Qırıqlı kəndində yerləşən mağazanın sahibi, həmin kənd sakini Zərərçəkmiş şəxs qartal formalı pul yığmaq üçün nəzərdə tutulmuş suvenir qabda metal “50 qəpiklik” yığdığını bildirərək onunla cinayət əlaqəsinə girib həmin qabdakı pulları tamah niyyətilə əvəzsiz və qanunsuz olaraq ələ keçirərək talamaq barədə razılığa gəlmiş, bu məqsədlə 07 mart 2023-cü il tarixdə saat 03 radələrində Məhkum1la birlikdə mağazanın qarşısına gəlmiş, özləri ilə gətirdikləri dəmir alətlə mağazanın plastik materialdan olan giriş qapısının kilid hissəsini sındırıb qapını açdıqdan sonra aralarındakı razılığa əsasən kimsə gəldikdə Məhkum1 xəbər vermək üçün çöldə gözləmiş, Məhkum1 isə mağazaya daxil olub içində 836 (səkkiz yüz otuz altı) ədəd metal “50 qəpiklik”dən ibarət 418 (dörd yüz on səkkiz) manat pul olan 5 (beş) manat dəyərində suvenir qabı rəfdən götürüb birlikdə oradan uzaqlaşaraq və sonradan qabı sındırıb içindəki pulları bölərək, qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə qanunsuz olaraq daxil olmaqla özgənin, yəni Zərərçəkmiş şəxs ümumilikdə 423 (dörd yüz iyirmi üç) manat dəyərində əmlakını gizli olaraq talayıb oğurlamışdır. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Rafiq Cəfərov (sədrlik edən və məruzəçi), Salman Hüseynov və Əlizamin Abdullayev) 1-1(104)-41/2024 nömrəli, 19 m art 2024-cü il tarixli qərarı ilə Tərtər Hərbi Məhkəməsinin 16 yanvar 2024-cü il tarixli, 1-1(098)-7/2024 saylı hökmü dəyişdirilmiş, Məhkum1 və Məhkum2 barələrində CM-in 62-ci maddəsinin tətbiqi ilə bağlı müddəalar hökmdən xaric edilmiş, Məhkum1 təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə 1 (bir) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən maddəsinə əsasən Məhkum1 hazırkı cinayət iş üzrə 08 mart 2023-cü il tarixdən 10 mart 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu iki gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablamaqla cəmi dörd gün ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 1 (bir) il 5 (beş) ay 26 (iyirmi altı) gün müd dətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, Məhkum2 təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə 1 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən maddəsinə əsasən Məhkum2 hazırkı cinayət iş üzrə 08 mart 2023-cü il tarixdən 10 mart 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu iki gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablamaqla cəmi dörd gün ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin bu qərarından narazı qalan məhkum lar Məhkum1 və Məhkum2 ayrı-ayrılıqda verdikləri kassasiya şikayətlərində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 mart 2024-cü il tarixli qərarının ləğv edilməsini və barələrində yeni qərar qəbul etməklə birinci instansiya məhkəməsinin hökmünün qüvvədə saxlanılmasını xahiş etmişlər. Kassasiya şikayətlərinin dəlilləri: Məhkumlar Məhkum1 və Məhkum2 kassasiya şikayətlərini onunla əsaslandırmışlar ki, apellyasiya instansiyası məhkəməsi cinayət işi üzrə toplanmış sübutlara düzgün qiymətləndirməmiş və əməllərinə düzgün hüquqi qiymət verməmiş və bu səbəbdən cinayətin ağırlığına və onların şəxsiyyətlərinə uyğun olmayan ağır cəza təyin etməklə, cinayət prosessual qanunvericiliyinin tələblərinə zidd qanunsuz qərar qəbul etmişdir. Belə ki, Gəncə Apellyasiya Məhkəməsi öz mövqeyini əsa slandırarkən hüquqi məntiqin tələblərinə zidd olaraq işdə mövcud olmayan halları əsas götürüb hüquqi məntiqə və cinayət prosessual qanunvericiliyin tələblərinə zidd qanunsuz hökm çıxarmışdır. Tərtər Hərbi Məhkəməsi kifayət qədər aydın və anlaşılan tərzdə əməllərinə hüquqi qiymət verməklə məhkumların barəsində qanuna uyğun qərar qəbul etmişdir. Gəncə Apellyasiya Məhkəməsi isə bunun əksinə olaraq dövlət ittihamçısının protestində yazmış olduğu əsassız dəlilləri qəbul edərək səhv nəticəyə gəlmişdir. Məhkum1 qeyd etmişdir ki, ona təyin edilən cəza onu daha ağır məhrumiyyətlərə düçar etmək, ailəsini maddi vəziyyətdən çıxılmaz vəziyyətə salmaq məqsədi daşımışdır. Belə ki, o ailəsini saxlamaq üçün mövsümi işlərlə məşğul olur, kəndlərdən, rayonlardan kənd təsərrüfatı məhsulları, tərəvəz məhsulları yığılmasında fəhlə kimi iştirak edib günəmuzd işləyərək pul qazanıb ailəsini saxlayır. Məhkum2 isə şikayətində bildirir ki, atası görmə əngəllidir, onlar yay aylarında 5-6 ay Respublikanın müxtəlif regionlarında dənli bitkilərin biçini ilə məşğul olaraq ailələrini dolandırırlar. Onların əsas dolanışıq mənbəyi bundan ibarət idi. Apellyasiya məhkəməsi isə onu dolanışıq mənbəyindən məhrum etmişdir. Apellyasiya məhkəməsi öz mövqeyini əsaslandırmağa çalışarkən əsaslandırma görüntüsü yaratmaq məqsədi ilə CM-in 62-ci maddəsi ətrafında hərlənərək maddi hüququ normasının düzgün tətbiq edilməməsinə istinadən əsassız olaraq ona ağır cəza təyin etmişdir. Məhkumlar hesab edirlər ki, barələrində olan apellyasiya məhkəməsinin qərarı əsassızdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiy a şikayətlərinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayətləri təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kass asiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apelyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Qanunun yuxarıda göstərilən tələblərinə uyğun olaraq kassasiya kollegiyası apelyasiya məhkəməsinin həmin normalara riayət etməsini yoxlayaraq qeyd edir ki, məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlilləri müzakirə edərək qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən məhkumların əməllərinə verilmiş hüquqi tövsifin düzgün olmaması barədə kassasiya şikayətlərinin dəlili formal xarakter daşıyır, əməllərin tövsifi faktiki olaraq məhkumlar tərəfindən mübahisələndirilmir və kassasiya şikayətlərinin məcmusuna uyğun gəlmir. Belə ki, kassasiya şikayətlərindən görünür ki, məhkumlar birinci instansiya məhkəməsi tərəfindən onların törətdikləri əməllərinə verilmiş hüquqi qiyməti, yəni onların əməllərinin Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə tövsif edilməsini düzgün və əsaslı hesab edirlər. Bununla yanaşı məhkumlar qeyd edirlər ki, apellyasiya məhkəməsinin onların əməllərinə vermiş olduğu eyni hüquqi qiymət düzgün deyildir. Qeyd olunmalıdır ki, apellyasiya məhkəməsi apellyasiya şıkayətlərinə baxaraq, məhkumların cinayət törətməkdə təqsirinin sübuta yetirilib-yetirilməməsini, onların əməllər inin tövsifi məsəlləri obyektiv araşdırmış və buna dair nəticəni öz qərarında ətraflı şərh etmişdir. Apellyasiya məhkəməsinin həmin nəticələri iş materiallarına uyğun olduğu üçün məhkəmə kollegiyası onlarla razılaşır. Ona görə də, məhkəmə kollegiyası məhkumlar Məhkum1 və Məhkum2 əməllərinə dair apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumların təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Odur ki, Məhkum1 və Məhkum2 əməlləri Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin tərkibini yaratdı ğı üçün onların əməllərinin yuxarıda göstərilən maddələr ilə tövsif edilməsini məhkəmə kollegiyası düzgün sayır. Məhkumlar Məhkum1 və Məhkum2 kassasiya şikayətlərində barələrində Azərbaycan Respublikası CM-in 62-ci maddəsi tətbiq edilərək təyin edilmiş cəzanın yüngülləşdirilməsi barədə qərar qəbul edilməsini xahiş edirlər. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CM-in 62.1ci maddəsinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsus i hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Bundan başqa, Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bundan əlavə, Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər in törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Daha sonra, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il tarixli 04 saylı qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə qarşı cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cü il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İş üzrə Məhkum1 və Məhkum2 törətdkləri cinayətin məqsədi və motivi, onların cinayətin törədilməsində rolları, cinayətin törədilməsi zamanı və bundan sonra onların davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətlərin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar müəyyən edilməmişdir. Məhkəmə kol legiyası hesab edir ki, Məhkum1 və Məhkum2 barəsində CM-in 62-ci maddəsinin tətbiqi üçün əsaslar olmadığından işə baxan apellyasiya instansiyası məhkəməsi cinayət qanunun bu normasını ittiham hökmündən xaric etməkdə düzgün nəticəyə gəlmişdir. Həmçinin apellyasiya instansiyası məhkəməsi Məhkum1 əməlindən səmimi peşman olması, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi, zərərçəkmiş şəxslə barışması, zərərçəkmiş şəxsin ona qarşı tələb və şikayətinin olmaması, yaşayış yeri üzrə müsbət cəhətdən xarakterizə olunması, gənc olmasını, Məhkum2 isə əməlindən səmimi peşman olması, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi, zərərçəkmiş şəxsin ona qarşı tələb və şikayətinin olmaması, xidmət etdiyi hərbi hissənin şəxsi heyətinin tərkibində 27 sentyab r 2020-ci il tarixdən 10 noyabr 2020-ci il tarixədək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etməsi, “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunması, 19-20 sentyabr 2023 cü il tarixlərində keçirilən antiterror əməliyyatında iştirak etməsi, gənc olması cəzasını yüngülləşdirən hallar kimi nəzərə almışdır. Apelyasiya məhkəməsi onların barəsində təyin edilmiş cəzanın onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Məhkum1 təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə 1 (bir) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası və Məhkum2 təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə 1 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası CM-in 177.2-ci maddəsində 1 ildən 3 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 2 ildən 5 ilədək müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməli olması nəzərdə tutulmuşdur. Apellyasiya instansiyası məhkəməsi Məhkum1 və Məhkum2 cəza təyin edilərkən cəzanı yüngülləşdirən halların olmasını nəzərə almış və onlara təqsirli bilindikləri maddələrdə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza aşağı həddə təyin etmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə təyin edilmiş cəza məhkumların törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, onların şəxsiyyətlərinə və işin hallarına uyğundur. Ona görə də kollegiya kassasiya şikayətinin dəlilləri ilə razılaşmır. Azərbaycan Respublikası CPM-in 416.1-ci maddəs ində göstərilən hallarda kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsinin Məhkum1 və Məhkum2 barəsindəki qərarının ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. Yuxarıda qeyd edilən halları nəzərə alaraq, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətin təmin edilmədən, Məhkum1 və Məhkum2 barəsində Gəncə Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 mart 2024-cü il tarixli qərarının dəyişdirilmədən saxlanılması qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respub likası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Kassasiya şikayətləri təmin edilməsin. Məhkum1 və Məhkum2 barələrində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 mart 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1-1(102)-57/2024
Ali Məhkəmə Qərar — İş №1-1(102)-57/2024
09.10.2024 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver