Məhkəmə qərarları › İş №1-1(102)-57/2025

Ali Məhkəmə Qərar — İş №1-1(102)-57/2025

23.07.2025 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-57/2025 23.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Mövsümov Nazim Rasim oğlu və Muxtarov Teyyub Asif oğlundan ibarət tərkibdə, Rüstəmova-Qasımova Türkan Bəndər qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun, Zərərçəkmiş şəxsin hüquqi varisi X5, Məhkum müdafiəçisi, “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili Yusifbəyli Rəsul Rəbbil oğlunun iştirakları ilə x xxxxxx 1998-ci il tarixdə Şərur rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, sub ay, ali hərbi təhsilli, əvvəllər məhkum olunmamış, Şərur rayonunun Zeyvə kəndində daimi qeydiyyatda olmaqla yaşamış, XXX vəzifəsini icra etmiş, hal-hazırda həbsdə olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 329.2.1, 329.2.2 və 329.3-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 29 mart 2024-cü il tarixli 11(108)-4/2024 nömrəli qərarından məhkumun müdafiəçisi, “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili Yusifbəyli Rəsul Rəbbil oğlu tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Naxçıvan MR Hərbi Məhkəməsinin 29 yanvar 2024-cü il tarixli, 1-1(092)-4/2024 nömrəli hökmü ilə (hakimlər: İ.S.İbrahimov (sədrlik edən), S.S.Hüseynov və A.E.O rucəliyev) Məhkum - Azərbaycan Respublikası CM-in 329.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 6 (altı) il 8 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəza çəkmə müddətinin əvvəlinin 12 iyul 2023-cü il tarixdən hesablanması hökm edilmişdir. Məhkəmənin həmin hökmündən dövlət ittihamçısı tərəfindən apelyasiya protesti və məhkumun müdafiəçisi tərəfindən apellyasiya şikayəti verilmiş, Naxçıvan MR Ali Məhkəməsinin Cinayət Kollegiyasının 29 mart 2024-cü il tarixli 1-1(108)-4/2024 nömrəli qərarı ilə (hakimlər: F.M.Abbasov (sədrlik edən), Ə.N.Novruzov və İ.M.Mirzəyev) apelyasiya şikayətləri təmin edilməmiş, apelyasiya protesti təmin edilərək, Naxçıvan MR Hərbi Məhkəməsinin 29 yanvar 2024-cü il tarixli, 1-1(092)-4/2024 nömrəli hökmü ləğv edilmişdir. Təqsirləndirilən şəxs Məhkum Azərbaycan Respublikası CM-in 329.3-cü maddəsi ilə təqsirli bilinməklə cəzalandırıldığı 6 (altı) il 8 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzası yüngülləşdirilərək 4 (dörd) il 9 (doqquz) aya endirilmiş, Məhkum Azərbaycan Respublikası CM-in 329.2.1 və 329.2.2-ci maddələri ilə təqsirli bilinərək 2 (iki) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən, təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Məhkum cinayətlərin məcmusu üzrə qəti olaraq 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum rəis kimi hərbi xidmət üzrə vəzifəl ərin yerinə yetirilməsi zamanı və belə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar öz tabeliyində olan iki və ya daha çox şəxsə qarşı, təkrarən zor tətbiq etmiş, ondan xidməti cəhətdən asılı olmuş X1 götürərək 14 saatadək, ayaqüstə xidmətdə artıq saxlamaqla, tabeliyində olan şəxslərə təkrarən və işgəncə verməklə, ondan xidməti cəhətdən asılı olan şəxsə qarşı alçaldıcı ifadələr işlətməklə və zor tətbiq etməsi ağır nəticələrə səbəb olmuşdur. Belə ki, Məhkum “X” Əlahiddə Sərhəd Diviziyasının (X) Culfa rayonunun Gülüstan kəndi ərazisində yerləşən X rəisi vəzifəsini icra edərkən, 19 iyun 2023-cü il tarixdə, saat 08 radələrində zastavanın ərazisində olan zaman zastavanın 1-ci qrupunun pulemyot köməkçisi, əsgər Zərərçəkmiş şəxs3 səngərdə bərpa işləri ilə məşğul olan əsgərlərə 2 litrlik plastmas s u qabının içərisində içməli su apardığını görüb, yanına çağıraraq baxdıqda suyun soyuq olduğunu bilib, suyu haradan götürdüyünü soruşmuş, əsgər Zərərçəkmiş şəxs3 suyu zastavanın təminat qrupunun aşbazı, əsgər Zərərçəkmiş şəxs2 verdiyini dedikdə, baş leytenant Məhkum əsəbiləşərək yumruqla əsgər Zərərçəkmiş şəxs3 başının sağ tərəfindən bir zərbə vurub, əsgər Zərərçəkmiş şəxs2 çağırmasını tapşırmış, yanına gəldikdən sonra soyuq su verdiyinə görə əvvəlcə əsgər Zərərçəkmiş şəxs2 başına bir neçə sillə zərbəsi vurub, ardınca 2 litrlik plastmas su qabı ilə başına yenidən bir neçə zərbə endirərək və çiyin nahiyəsindən tutub silkələyərək, ona güclü fiziki ağrı yetirməklə rəis kimi hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı və belə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar öz tabeliyin də olan iki və ya daha çox şəxsə zor tətbiq etmişdir. Bundan başqa, Məhkum həmin vəzifədə və hərbi rütbədə həqiqi hərbi xidmətdə olarkən, 02 iyul 2023-cü il tarixdə, saat 14 radələrində zastavanın silah otağında yoxlama apararkən həmin gün zastava növbətçisi xidmətinə təyin edilmiş, zastavanın 2-ci qrupunun pulemyot köməkçisi, əsgər Zərərçəkmiş şəxs4 silahların sayı barədə düzgün məruzə etmədiyini görüb əsəbiləşərək, əsgər Zərərçəkmiş şəxs4 əynində olan kitelin yaxasından tutaraq önə və arxaya doğru bir neçə dəfə silkələmiş və daha sonra sol çiyin nahiyəsinə iki yumruq zərbəsi vurub ona güclü fiziki ağrı yetirməklə, təkrarən rəis kimi hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı və belə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar öz tabeliyində olan şəxsə zor tətbiq etmişdir. Bu ndan başqa, Məhkum həmin vəzifədə və hərbi rütbədə həqiqi hərbi xidmətdə olarkən, 2023-cü ilin iyul ayının əvvəllərində, saat 17 radələrində zastavanın silah otağına gəlib, həmin gün müşahidə məntəqəsi xidmətində olmuş, zastavanın təminat qrupunun aşbazı, əsgər Zərərçəkmiş şəxs5 xidmətdən sonra silahını yaxşı təmizləmədiyini görüb, əsəbiləşərək sonuncunu silah otağının qarşısına çağırmış, əsgər Zərərçəkmiş şəxs5 başında olan əsgər papağından tutub, bir neçə dəfə başını aşağı çəkərək silkələdikdən sonra başından bir yumruq zərbəsi vuraraq ona güclü fiziki ağrı yetirməklə, təkrarən rəis kimi hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı və belə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar öz tabeliyində olan şəxsə zor tətbiq etmişdir. Həmçinin, Məhkum həmin vəzifədə və rütbədə həq iqi hərbi xidmətdə olarkən, 08 iyul 2023-cü il tarixdə, saat 17 radələrində əsgər yataqxanasının qarşısındakı ağacların altında qoyulmuş masada oturan zaman rabitə növbətçisi xidmətində olan zastavanının texniki qrupunun baş rabitəçisi, əsgər Zərərçəkmiş şəxs1 çağıraraq, xidməti otağındakı stolun üzərində olan sənədləri gətirməsini tapşırmış, əsgər Zərərçəkmiş şəxs1 sənədləri gətirib ona verən zaman dəqiqləşdirmək məqsədilə həmin sənədlər olub-olmamasını soruşduqda, sonuncunun verdiyi tapşırığı təkrar soruşmasına hirslənərək əsgər Zərərçəkmiş şəxs1 sifətindən bir sillə zərbəsi vuraraq ona fiziki ağrı yetirməklə, təkrarən rəis kimi hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı və belə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar öz tabeliyində olan şəxsə zor tətbiq etmişdir. Bundan başqa, Məhkum həmin vəzifədə və rütbədə həqiqi hərbi xidmətdə olarkən 08 iyul 2023-cü il tarixdə, saat 19 radələrində əsgər yataqxanasının qarşısında olan zaman rabitəçi xidmətində olan, zastavanın 3-cü qrupunun atıcısı, əsgər X9 çağıraraq qələm gətirməsini tapşırmış, əsgər Zərərçəkmiş şəxs qələmi aparıb ona verən zaman əlindən yerə düşürdüyü üçün əsəbiləşərək, əvvəlcə sonuncunun ünvanına nalayiq söz işlətmiş və daha sonra sağ əli ilə boyun nahiyəsinin arxa tərəfindən bir zərbə vuraraq ona güclü fiziki ağrı yetirməklə, təkrarən rəis kimi hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı və belə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar öz tabeliyində olan şəxsə zor tətbiq etmişdir. Bundan əlavə, Məhkum həmin vəzifədə və rütbədə həqiqi hərbi xidmətdə olarkən 2023-cü ilin iyul ayını n 9-da gecə saat 02 radələrində zastavanın rabitə otağına gəlib rabitə vasitələrinin üzlüklərini yoxlayan zaman iki ədədinin yerində olmadığına görə həmin vaxt rabitə xidmətində olan əsgər X10 növbəni təhvil alan zaman bu barədə məruzə etməməsinə iradını bildirərək, əsgər X10 xidməti istifadəsi üçün əyləşdiyi stulunu götürməklə onu həmin vaxtdan səhər saat 08:00-dək ayaqüstə saxladıb xidmət aparmağa məcbur etməklə ona mənəvi iztirablar yetirib əzab verərək təkrarən rəis kimi hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı və belə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar öz tabeliyində olan şəxsə işgəncə vermişdir. Bundan başqa, Məhkum həmin vəzifədə olarkən 09 iyul 2023-cü il tarixdə, saat 21 radələrində Culfa rayonunun Gülüstan kəndində yaşayan tanışının yas mərasimindən zastav aya qayıdan zaman rabitə otağında xidmətdə olan və onun zastavada olmamasından istifadə edərək yeməkxanaya gedən əsgər X6 ona görünməməsi üçün yeməkxananın pəncərəsindən tullandığını görüb, pəncərədən düşən yerdə X10 sağ çiynindən tutub silkələyərək, ünvanına nalayiq sözlər işlətməklə şəxsiyyətini, şərəf və ləyaqətini alçaltmışdır. Daha sonra Məhkum əsgər X10 qarşı olan qərəzli münasibətini davam etdirərək yeməkxananın pəncərəsindən tullanmasına görə saat 21:30-dan sonra zastavanın şəxsi heyətini yeməkxananın qarşısında düzüb sıranın qarşısında əsgər X10 çiynindən tutub silkələyərək itələmiş, ardınca ünvanına nalayiq sözlər işlədərək şəxsi heyətin yanında şərəf və ləyaqətini alçaltmış və sonuncunun xidmət zamanı istifadə etdiyi oturacağı götürdüb rabitə otağında ayaqüstə xidmət aparmağa mə cbur etməklə ona mənəvi iztirablar yetirib əzab verərək təkrarən rəis kimi hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı və belə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar öz tabeliyində olan şəxsə işgəncə verməklə zor tətbiq etmişdir. Bundan sonra əsgər X10 ona rəis hesab edilən baş leytenant Məhkum davamlı olaraq onun yol verdiyi hər xırda nöqsana görə mütəmadi olaraq ünvanına nalayiq ifadələr işlədib ləyaqətini alçaltması, onunla kobud, amansız rəftar etməsi, mənəvi-psixoloji basqılar göstərərək ona qarşı zor tətbiq etməsi, Məhkum hadisədən bir gün əvvəl rabitə vasitələrinin üzlüklərini yoxlayarkən iki ədədinin yerində olmamasını görüb rabitə xidmətində olduğu zaman əyləşdiyi oturacağı götürərək xidmət zamanı ona oturmağı qadağan etməsi, onun rabitə xidmətinə çıxmaq istəməməs i, istirahət vaxtlarının kəsilməsi, baş leytenant Məhkum hadisədən bir qədər əvvəl icazəsiz yeməkxanaya getməsinə görə onu sıranın qarşısına çıxararaq ünvanına nalayiq ifadələr işlədib ləyaqətini alçaltması və onun bu hərəkətinə görə əsgər yoldaşının doğum günü şənliyinin yarıda saxlanılaraq tortun kəsilməsinə icazə verilməməsi və rabitə otağında xidməti istifadəsində olan oturacağının yenidən götürülərək cəzalandırılması səbəbindən emosional halında müəyyən dəyişikliklər baş vermiş, emosional gərginlik halı keçirərək, həmin halın yaranmasını özündə əks etdirən, öz əlyazısı ilə yazdığı “Anam Atam bağışlayın məni. Mən demişdim Bu insana dözə bilmirəm. Allaha əmanət olun. Sizi çox sevirəm. Haqqınızı halal edin. Bəkiyevv” məzmunlu məktubu cibinə qoyub zastava rəisi baş leytenant Məhkum tərə findən ona qarşı törədilmiş qanunsuz və nizamnamədən kənar hərəkətlərə dözməyərək 09 iyul 2023-cü il tarixdə, saat 22:55-də zastavanın silah doldurub-boşaltma yerinin yaxınlığında zastava gözətçisi xidmətində olan əsgər yoldaşı Şahid4 yanına gedərək, silahını zastava rəisinin istədiyini bildirib aldatmaqla onun adına təhkim olunmuş “AK-74” markalı, 5.45 mm çaplı, “1232672” nömrəli avtomat silahını və sursat çantasını götürüb, yanından ayrılaraq silah doldurub-boşaltma yerinin qarşısına gəlmiş, orada ayaqüstə durmaqla patron sandıqçasından təlim patronu olan birinci patronu çıxarıb, sandıqçanı silaha birləşdirərək silahı tək-tək atəş rejimində döyüşə hazır vəziyyətə gətirməklə silahın lüləsini çənəaltı nahiyəsinə dirəmiş və silahdan qəsdən bir atəş açaraq özünə yetirilən anda həyat üçün təh lükəli olan, sağlamlığa ağır zərər vurmaya aid “odlu silah yarasının giriş dəliyi çənənin alt nahiyəsində, çıxış dəliyi təpə nahiyəsində olan, baş beyin toxumasının dağılması, baş beyinin ödemi və beyin toxumasına qansızma ilə müşayiət olunan, aşağıdan yuxarıya istiqamətli başın bir ədəd dəlib-keçən yarası” xəsarətlərini yetirməklə, aldığı xəsarətlərdən hadisə yerində ölmüş, bununla da baş leytenant Məhkum tabeliyində olan şəxslərə təkrarən və işgəncə verməklə, ondan xidməti cəhətdən asılı olan şəxsə qarşı alçaldıcı ifadələr işlətməklə və zor tətbiq etməsi ağır nəticələrə səbəb olmuşdur. Kassasiya şikayətinin dəlilləri: Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Naxçıvan MR Ali Məhkəməsinin Cinayət Kollegiyasının 29 mart 2024-cü il tarixli qərarının ləğv edilməsi və cin ayət işinin apellyasiya instansiyası məhkəməsində yenidən baxılmasının təyin olunmasına dair qərar qəbul edilməsi xahiş olunur. Cinayət işi üzrə ibtidai istintaq orqanı cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmamış və nəticədə tamamilə əsassız və qərəzli qərar qəbul etmişdir. Şikayətdə qeyd olunur ki, Məhkum elan olunmuş ittihamında “tabeliyində olan şəxsə təkrarən və işgəncə verməklə zor tətbiq etməsi ağır nəticələrə səbəb olmuşdur" deyə qeyd olunub. Lakin məhkəmə-tibbi ekspertiza rəylərinə əsasən deyərik ki, nə zərərçəkmiş şəxslərdə, nə də mərhum X10 (atəş açma nəticəsində yaranmış xəsarətlər xaric) bədən səthi üzərində heç bir xəsarət və zədə izləri müəyyən edilməmişdir. Yəni həyat təcrübəsi olmayan gənc əsgərlərin adlarından yazılmış həmin ifadələri mö təbər sübut hesab etmək olmaz. Komandirinin tabeliyində olan əsgərə qışqırması və yaxud onun yaxasından tutub silkələyərək hərbi əmrləri dərhal, dəqiq və düzgün icrasını tələb etmək təhqir, işgəncə hesab edilə bilməz. Bu səlahiyyətli şəxsdir, dövlət sərhədimizin qorunması ona həvalə edilmişdir. Yəni mühüm məsuliyyəti olan vəzifəli şəxsdir. Bu kateqoriyalı işlərdə gənc əsgərlərdən istənilən formada İfadələr almaq mümkündür. Şikayətdə qeyd edilir ki, zərərçəkmiş və şahidlərin ifadələrindəki dəyişkənliyə Naxçıvan MR Ali Məhkəməsi hüquqi qiymət verməmişdir. Ona görə də qanunsuz qərar qəbul etmişdir. Naxçıvan MR Ali Məhkəməsində apelyatorlar tərəfindən zərərçəkmiş və şahid ifadələrindəki dəyişkənliklər: yəni ifadələrindəki ziddiyətlər məhkəmə kollegasiyasında nəzərə çatdırılsa da, Məhkəmə Kolle giyası bu ziddiyətlərə hüquqi qiymət verməmişdir. Ona görə də bu mübahisələndirdiyimiz qanunsuz qərarı qəbul etmişdir. Sübut növü kimi sadəcə zərərçəkmiş şəxslərin, şahidlərin və zərərçəkmiş şəxsin hüquqi varisinin ifadələri mövcuddur. Həmin ifadələrdə də düzəlişlər olunmuşdur. Məhkəmə Kollegiyası məhkum şəxs Məhkum ittihamını sübut edəcək heç bir sübut, dəlil müəyyən etməmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası verilmiş kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, kassasiya şikayətinin təmin edilməsi barədə müdafiəçi R.Yusifbəylinin, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı A.Hüseynlinin və zərərçəkmiş şəxsin hüquqi varisi çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apell yasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Naxçıvan MR Ali Məhkəməsinin Cinayət Kollegiyasının 29 mart 2024-cü il tarixli qərarının ləğv edilməsi və cinayət işinin apellyasiya instansiyası məhkəməsində yenidən baxılmasının təyin olunmasına dair qərar qəbul edilməsi xahiş olunur. Azərbaycan Respublikası CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası CM-in 329.1-ci maddəsinə əsasən: “Hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı və ya belə və zifələrin yerinə yetirilməsi ilə əlaqədar rəisin öz tabeliyində olan şəxsə zor tətbiq etməsi”nə görə cinayət məsuliyyəti nəzərdə tutulur. Azərbaycan Respublikası CM-in 329.2-ci maddəsinə əsasən: “Eyni əməllər: 329.2.1. təkrar törədildikdə; 329.2.2. iki və ya daha çox şəxsə qarşı törədildikdə— bir ildən iki ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası CM-in 329.3-cü maddəsinə görə “Bu Məcəllənin 329.1 və 329.2-ci maddələrində nəzərdə tutulmuş əməllər zərərçəkmiş şəxsin sağlamlığına qəsdən ağır zərər vurduqda və ya digər ağır nəticələrə səbəb olduqda — üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şər h edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthü quq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” 13 yanvar 2009-cu il, “Xirvisari Finlandiyaya qarşı” 27 sentyabr 2001-ci il, “Ruis Torija İspaniyaya qarşı” 09 dekabr 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” 16 dekabr 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçi rməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. Şikayətdə göstərilən dəlillərlə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarına əsasən Məhkum əməlləri mötəbərliyi heç bir şübhə doğurmayan, Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş sübutlarla yəni, zərərçəkmiş şəxslərin, zərərçəkmiş şəxsin hüquqi varisinin, şahidlərin ifadələri, ekspert rəyləri və bir çox istintaq hərəkətlərinin aparılması haqqında protokollarla və işə əlavə edilmiş sənədlərlə tam sübuta yetirilmişdir. Bundan başqa, məhkəmə işə baxılması zamanı natamamlığa, qeyri-obyektivliyə, cinayət p rosesi iştirakçılarının hüquqlarının pozulmasına yol verməmiş, məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmiş və məhkəmələr hər hansı bir sübutun tədqiqindən imtina etməyərək qanunsuz yolla əldə olunmuş sübutlardan istifadə etməmişlər. Məhkəmə baxışları zamanı həmçinin İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, onun lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqları da pozulmamışdır. Naxçıvan MR Ali Məhkəməsinin qərarında Məhkum ittiham olunduğu cinayət əməlləri ilə əlaqədar sübutların geniş təhlili verildiyindən məhkəmə kollegiyası apelyasiya instansiya məhkəməsinin mövqeyi il ə razılaşır və həmin sübutların təkrar geniş şərhini zəruri hesab etmir. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apelyasiya instansiya məhkəməsi açıq, ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən Azərbaycan Respublikası CPM-nin 145-ci maddəsinin tələblərinə uyğun olaraq sübutların hər birini onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə düzgün qiymətləndirmiş və haqlı olaraq Məhkum verdiyi ifadələrin bir hissəsini həmin ifadələr digər sübutlarla ziddiyyət təşkil etdiyindən özünü müdafiə məqsədilə verilmiş ifadələr kimi hesab edərək onları rədd etmiş, digər sübutları isə məhkəmə qərarının əsasına qoymuşdur. Məhz bu sübutları qanuna müvafiq qaydada qi ymətləndirərək apellyasiya instansiyası məhkəməsi tam əsaslı olaraq Məhkum əməllərini Azərbaycan Respublikası CM-in 329.2.1, 329.2.2 və 329.3-cü maddələri ilə düzgün tövsif etmiş, yekun qərar qəbul edərkən isə – qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan apellyasiya instansiya məhkəməsi məhkumun qeyd edilən cinayətləri törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırki qərarda tam təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd olunması qənaətindədir. Məhkəmə kollegiyası qeyd edir ki, Məhkum özünü qeyd edilmiş cinayət əməllərinin t örədilməsində təqsirli bilməsə də, iş üzrə zərərçəkmiş şəxsin hüquqi varisi X5, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs5, şahidlər Şahid1, Şahid2, Şahid3, Şahid4, Şahid5 Davgeldivic oğlu, Şahid6, Şahid7, Şahid11, Şahid12, Şahid13, X7, Şahid15, Şahid18, Şahid19, Şahid20, Şahid22, Şahid8, Şahid9, Şahid10, Şahid16, Şahid17, Şahid21, Şahid23, Şahid24 və X8 ifadələri, iş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 10 iyul 2023-cü il tarixli, 54 nömrəli rəyi, kompleks məhkəmə-daktiloskopikballistik və trasoloji ekspertizasının 4 avqust 2023-cü il tarixli, 686, 687, 688, 689 nömrəli rəyi, məhkəməxətşünaslıq ekspertizasının 28 avqust 2023-cü il tarixli, 827 nömrəli rəyi, habelə iş üzrə toplanmış digər sübutların məcm usu ilə məhkumların təqsirləri tam sübuta yetirilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, bu cinayət işində qanunla nəzərdə tutulmuş bəraətin əsasları, yəni Azərbaycan Respublikası CPM-in 42-ci maddəsində göstərilən əsaslar mövcud deyildir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, apellyasiya instansiya məhkəməsi Məhkum barəsində cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halların düzgün müəyyən olunmasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alıb ona təqsirli bilindiyi maddələrin sanksiyası həddində cəza təyin etmişdir. Qeyd olunanlar, apellyasiya instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş pozuntuya yol verilmədiyini, yəni apellyasiya instansiya məhkəməsinin mübahisələndirilən qərarının qanuni və əsaslı olduğunu, onun kassasiya qaydasında ləğv edilməsi üçün əsasların olmadığını göstərir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya şikayətinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya şikayətinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də hesab edir ki, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 29 mart 2024-cü il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində onun ləğv edilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, şikayət təmin edilmədən, həmin qərar isə dəyişiklik edilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. Məhkum barəsində olan Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 29 mart 2024-cü il tarixli 1-1(108)-4/2024 nömrəli qərarı məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar