Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-58/2018 21.06.2018 ALİ MƏHKƏMƏ 1-1(102) -58/2018 Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi kollegiyasının QƏRARİ 21 iyun 2018-ci il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi kollegiyası hakimlər Seyidov Əziz Cəfər oğlunun sədrliyi və məruzəsi ilə, X7 və X2 ibarət ibarət tərkibdə, məhkəmə iclas katibi X4, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X5, məhkum Təqsirləndirilən şəxs müdafiəçisi – fərdi fəaliyyət göstərən vəkili Müdafiəçi2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının xx xx 2017-ci il tarixli qərarından məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 ilə birgəverdiyi kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Hərbi Məhkəməsinin xx xx 2016-cı il tarixli hökmü ilə (sədrlik edən M.Q.Əliyev) Təqsirləndirilən şəxs oğlu (18 avqust 1998-ci il tarixdə Kürdəmir rayonunda anadan olmuş, Kürdəmir rayonu, Atakişili kəndində qeydiyyatda olan və yaşayan, əvvəllər məhkum olunmamış, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli) Azərbaycan Respublikası CM-nin 332.2.5-ci maddəsi ilə təqsirli bilinib, 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, barəsində CM-in 70-ci maddəsi tətbiq edilərək, üzərində 01 (bir) il sınaq müddəti müəyyən edilməklə cəzası şərti olaraq tətbiq edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin H ərbi Kollegiyasının xx xx 2017-cı il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim S.Mirzəyev, hakimlər F.Qasımov və C.Ramazanovdan ibarət məhkəmə tərkibi) apellyasiya şikayəti və apellyasiya protesti təmin edilməmiş, hökm dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasının xx xx 2017-cı il tarixli qərarından məhkum müdafiəçisi ilə birgə kassasiya şikayəti vermişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən Təqsirləndirilən şəxs tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozub, zərərçəkmiş şəxsə qarşı zor tətbiq edərək, sağlamlığına az ağır zərər vurmuşdur. Belə ki, o, AAHM-in rəisinin xx xx 2015-ci il tarixli, 14 nömrəli əmrində əsasən həmin tarixdən hərbi məktəbin şəxsi heyətinin siyahıs ına daxil edilib, AAHTM-nin 1-ci kursunda kursant vəzifəsində xidmət edərkən 16.01.2016-cı il tarixdə saat 22:30-da 29 saylı kursant yataq otağında öz zənnincə aşağı düşmüş nüfuzunu bərpa etmək niyyəti ilə əsəbləşib, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 2, 5, 38, 42, 138-ci, İntizam Nizamnaməsinin 1-ci və 3-cü maddələrinin hərbi qulluqçuların bir-birinə münasibətdə həmişə nəzakətli və təmkinli olmaq, nalayiq hərəkətlər etməmək, həmişə yüksək mədəniyyət, təvazökarlıq və təmkin nümunəsi göstərmək kimi tələblərinə zidd olaraq tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozub, əlindəki içərisi su ilə dolu olan plastmas 0,5 litlik qabı zərbə ilə kursant yoldaşı X1 göz nahiyəsinə vuraraq, sonuncu ya sağlamlığın uzun müddətə pozulmasına səbəb olan, sağlamlığa az ağır zərər vurmaya aid edilən “sol gözün küt travması, sol gözün alt və üst qapaqlarının qançırı, alt qapağın çapıqlaşan yaraları, makulyar dəlik, subretinal qansızmalar” kimi xəsarətlər yetirib, zərərçəkmiş şəxsə qarşı zor tətbiq edərək, sağlamlığına az ağır zərər vurmuşdur. Kassasiya şikayətinin dəlilləri: Məhkum Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi2 kassasiya şikayətini onunla əsaslandırmışlar ki, məhkəmələr tərəfindən sübutlar düzgün tədqiq edilibqiymətləndirilməmiş, nəticədə Təqsirləndirilən şəxs əsassız olaraq Azərbaycan Respublikası CM-in 332.2.5-ci maddəsi ilə təqsirli bilinmişdir. Kassasiya şikayətinin müəllifləri hesab edirlər ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə su ilə dolu plastik butulkanı atarkən ona xəsarət yetirməyi nəinki arzu etməmiş, ümumiyyətlə plastik butulka ilə xəsarət yetirmək mümkün olmadığından hərəkətinin hansısa xəsarətlə nəticələnəcəyini gözləməmişdir. Bundan başqa, kassasiya şikayətində qeyd olunur ki, zərərçəkmiş Xaliq Baxışov əmək qabiliyyətini ümumiyyətlə itirməmiş, o, cəmi 4-5 gün stasionar müalicədə olmuşdur. Müdafiəçi və məhkum kassasiya şikayətində göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının xx xx 2017-ci il tarixli qərarının ləğv edilməsini, bəraətverici əsasla cinayət işi üzrə icraata xitam verilməsini xahiş edirlər. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarın ı kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkum Təqsirləndirilən şəxs Müdafiəçi2 ilə birgə verdiyi kassasiya şikayətində məhkəmələr tərəfindən sübutlar və sübutetməyə dair cinayət-prosessual qaydaların pozulduğunu, nəticədə əsassız olaraq Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 332.2.5- ci maddəsi ilə təqsirli bilindiyini iddia edərək, faktiki olaraq mübahisələndirilən qərarın ləğv edilməsi və cinayət işi üzrə icraata bəraətverici əsasla xitam verilməsi haqqında kassasiya tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.0.2, 416.0.3 və 416.0.11-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Odur ki, məhkəmə kollegiyası məhkumun müdafiəçisi il ə birgə verdiyi kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının xx xx 2017-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Kassasiya şikayətindən görünür ki, orada, məhkum Təqsirləndirilən şəxs cinayət törətmədiyi, ittihamda və məhkəmə qərarlarında göstərilən su butulkasının xəsarət yetirmək məqsədi ilə atılmadığı iddia edilməklə, Təqsirləndirilən şəxs barəsində əsassız olaraq ittiham hökmünün çıxarılmasına dair qənaəti və bu qənaətdən irəli gələn apellyasiya məhkəməsinin qərarının ləğv edilməsi, ona bəraət verilməsi barədə tələbi işin məhkəmələr tərəfindən müəyyən edil miş sayılan faktiki hallarının inkar edilməsi və özlərinin işin faktiki hallarına verdiyi fərqli təsvirlər üzərində qurulmuşdur. Bu isə onu göstərir ki, məhkum və müdafiəçi kassasiya instansiyası məhkəməsini gətirdiyi faktiki halların mövcud olub-olmamasına münasibət bildirməyə, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirməklə işin faktiki hallarını yenidən müəyyən etməyə dəvət edir. Kassasiya şikayətinin şərh olunan dəlilləri ilə əlaqədar kollegiya xatırladır ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət-prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. CPM-in 419.11-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəməsində mə hkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Bu normaların mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxarkən bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya müraciəti olduqda birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallara cinayət qanunu normalarının tətbiqini və həmin halların müəyyən edilməsi, ümumiyyətlə cinayət prosesinin həyata keçirilməsi zamanı cinayət-prosessual qanunun tələblərinə əməl olunub-olunmadığını yoxlaya bilər. Odur ki, kassasiya kolleg iyası kassasiya şikayətində irəli sürülmüş məhkəmə qərarının ləğv edilməsi barədə tələbin (o cümlədən, cinayət təqibini istisna edən halın olmasına baxmayaraq əsassız olaraq Cinayət Məcəlləsinin 322.2.5-ci maddəsi ilə təqsirli bilinməsinə dair iddianın) əsaslılığını yoxlayarkən məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarını nəzərə almaya və məhkumun və müdafiəçisinin məhkəmə qərarının mübahisələndirilməsi üçün kassasiya şikayətində gətirdiyi faktiki hallardan çıxış edə, beləliklə də, onları mübahisələndirilən qərarın ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi qiymətləndirə bilməz. Kassasiya şikayətində göstərilənlərdən deyil, məhkəmələr tərəfindən müəyyən edilmiş sayılan (hazırki qərarın “İşin halları” bölməsində təsvir edilən) işin faktik hallarından çıxış etmək barədə kollegiyanın qənaəti həm də ondan irəli gəlir ki, apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgün olub-olmamasını yoxlayıb sübutlar və sübutetmə, cinayəti təşkil edən faktiki halların müəyyən edilməsi, faktiki hallara cinayət qanunu normasının tətbiqi, məhkəməyədək icraatda və birinci instansiya məhkəməsində cinayət-prosessual qanunun tələblərinə, o cümlədən təqsirləndirilən şəxsin müdafiə, digər prosessual hüquqlarına əməl olunması məsələlərində hər hansı bir pozuntu aşkar etməmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.2.5-ci maddəsinin dispozisiyasından və cinayət qanununun ümumi hissəsinin müddəalarından çıxış edərək, Təqsirləndirilən şəxs hərəkətlərində Cinayət Məcəlləsinin 332.2.5-ci maddəsində nəzərdə tutulmuş cinayəti n tərkibinin olması, bu maddə ilə onun təqsirli bilinməsini istisna edən halların olmaması haqqında nəticəyə gəlmişdir. Həqiqətən də, kassasiya şikayətində göstərilənlərin əksinə olaraq, birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən cinayət əməlini təşkil edən faktik halların müəyyən edilməsi zamanı birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş - hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, hökm və apellyasiya məhkəməsinin yekun qərarı çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və Qüdrət Möns umovun təqsirliliyi barədə yekun nəticələr CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə işə aid olan və biri digərinə uyğun gələn sübutların məcmusu ilə, onların həqiqi məzmununa uyğun olaraq əsaslandırılmışdır. Sübutlar birinci instansiya məhkəməsinin hökmündə ətraflı təsvir edilib hökmdə, eləcə də müdafiə tərəfinin dəlilləri ilə müqayisə edilməklə - apellyasiya instansiyası məhkəməsinin yekun qərarında şərh edildiyindən, məhkəmə kollegiyası isə qeyd olunan (kassasiya şikayətində göstərilənlərlə eyni olan) dəlillərin yoxlanılması üzrə apellyasiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşdığından, həm də kassasiya şikayətində apellyasiya məhkəməsinin çıxardığı nəticələri təkzib edə biləcək, araşdırmanın obyektivliyini, tamlığını, keyfiyyətini şübhə altına ala biləcək dəlillər gətirilməd iyindən, nə sübutları yenidən təsvir edib onları və kassasiya şikayətinin dəlillərini daha ətraflı şərh etmək, nə də ki, apellyasiya məhkəməsinin yekun qərarını şübhə altına almaq üçün əsas görmür. Qeyd olunanlar, ümumiyyətlə cinayət işinin materialları apellyasiya məhkəməsinin qərarının qanuni və əsaslı olduğunu, məhkəmə tərəfindən kassasiya şikayəti ilə ehtiva olunan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.0.2, 416.0.3 və 416.0.11-ci maddələrində təsbit olunmuş pozuntulara yol verilmədiyini göstərir. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməsinə dair məhkumun müdafiəçisinin və kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısının çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, məhkum X3 müdafiəçisi Müdafiəçi2 ilə bi rgə verdiyi kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının Təqsirləndirilən şəxs barəsində olan xx xx 2017-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 ilə birgə verdiyi kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının Təqsirləndirilən şəxs barəsində olan xx xx 2017-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1-1(102)-58/2018
Ali Məhkəmə Qərar — İş №1-1(102)-58/2018
21.06.2018 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver