Məhkəmə qərarları › İş №1-1(102)-58/2020

Ali Məhkəmə Qərar — İş №1-1(102)-58/2020

12.08.2020 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-58/2020 12.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Nəsirov İnqilab Maşallah oğlu ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Alverdiyev Ramiz Xalıqverdi oğlu, Məhkum1, müdafiəçisi X31, məhkum X10 və müdafiəçisi Müdafiəçi iştirakları ilə Bakı Hərbi Məhkəməsinin xx xxxx 2018-ci il tar ixli hökmünə əsasən Məhkum1 və X5 Azərbaycan Respublikası CM-nin 274-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmaları barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qərarından məhkum X5 müdafiəçisi Müdafiəçi və Məhkum1 tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Hərbi Məhkəməsinin (hakimlər: X23 (sədrlik edən), X4 və X7 ibarət tərkibdə) xx xxxx 2018-ci il tarixli hökmü ilə xx xxxxxx 1975-ci il tarixdə Cəlilabad şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi qaydada ticarətlə məşğul olmuş, Bakı şəhəri, Binəqədi rayonu, 3-cü mədən, korpus 124 ünvanında qeydiyyatda olan Məhkum1 Azərb aycan Respublikası Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinmiş və ona həmin maddə ilə 13 (on üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkməsinin başlanğıcının xx xxxx 2017-ci il tarixdən hesablanması xx xxxxx 1961-ci il tarixdə Cəlilabad rayonunun Məlikqasımlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta-ixtisas təhsilli, əvvəllər məhkum olunmamış, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti X11 3 saylı Neft-Qaz Çıxarma sexində operator vəzifəsində işləmiş, Bakı şəhəri, Neft daşları, 1 nömrəli yataqxanada qeydiyyatda olan X10 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməklə, ona 12 (on iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkməsinin başlanğıcının xx xxxx 2017-ci il tarixdən hesablanması hökm edilmişdir. Həmin hökmlə həmçinin X24, X6, X25 və X15 oğlu təqsirli bilinərək məhkum edilmişdirlər. Hökmdən məhkum X10 və Məhkum1 tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasının (hakimlər: X33 (sədrlik edən və məruzəçi), X1 və X20 ibarət tərkibdə) xx xxxxxx 2018-ci il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Hərbi Məhkəməsinin xx xxxx 2018-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Məhkum1 2016-cı ilin yanvar ayının əvvəllərində qohumu X16 A zərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə olaraq qəsdən tamah məqsədi ilə İran İslam Respublikasının xüsusi xidmət orqanı olan «xxxxx»la məxfi əməkdaşlığa razılığını bildirdikdən sonra, xx xxxxxx 2016-cı il tarixdə Muxtar Yağubovla birlikdə İranın Ərdəbil şəhərinə gedib həmin şəhərdəki məxfi görüş mənzilində «xxxxx»-ın Əmir və Məlik adlı əməkdaşları ilə görüşüb, orada Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə olaraq qəsdən tamah məqsədi ilə İran İslam Respublikasının xüsusi xidmət orqanı olan «xxxxx»la məxfi əməkdaşlıq etməsi barədə razılığının alınmasına dair iltizam vermiş, ondan hərbi xidmətdə olan və «xxxxx»la məxfi əməkdaşlığa razılıq verə bilən tanışının olub-olmaması soruşulduqda sonunculara Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı hərbi hissənin tərkibində olan N saylı hərbi hissədə Dövlət sirrinin mühafizəsi bölməsinin xüsusi rabitə postu rəisi vəzifəsində xidmət edən baş gizir X39 barədə məlumatı bildirmişdir. «xxxxx»-ın Əmir və Məlik adlı əməkdaşları Məhkum1 Asif Həsənovu İran xüsusi xidmət orqanı ilə əməkdaşlığa cəlb etməsi, eləcə də Azərbaycan Respublikasının aidiyyəti hüquq mühafizə orqanlarının şübhələnməmələri üçün şifrəli formada danışıqlar barədə tapşırıqlar verərək ona tapşırığın icrası üçün 180 manat məbləğində İran rialı verilmiş, müsbət nəticə alındıqdan sonra əlavə pul verilməsi vəd edilmişdir. Məhkum1 Azərbaycan Respublikasına qayıdaraq «xxxxx»-ın Məlik adlı əməkdaşının mobil telefon nömrəsini yaz dığı kağız parçasını avtomobilində gizlətmiş, tapşırıqların icrası ilə əlaqədar bir neçə gün sonra Azərbaycan Respublikasının əleyhinə «xxxxx»-ın Məlik və Əmir adlı əməkdaşlarının əlaqəsinə vermək üçün Asif Həsənovun hərbi formada fotoşəklini istəmiş, sonuncu hərbi formada fotoşəklini göndərməkdən imtina etmişdir. 2016-cı ilin fevral ayının əvvəlində İran xüsusi xidmət orqanı olan «xxxxx»-ın Əmir adlı əməkdaşı +**********48 İran telefon nömrəsindən Məhkum1 istifadəsində olmuş mobil telefonuna zəng edərək, Azərbaycan Respublikasının aidiyyəti hüquq mühafizə orqanlarında şübhə yaranmaması üçün şifrəli formada görüşməsindən ötrü onu İrana dəvət etmişdir. xx xxxxxx 2016-ci ildə Məhkum1 İranın Ərdəbil şəhərində Muxtar Yağubovla birlikdə «xxxxx»-ın Əmir və Məlik adlı əməkdaşları ilə görüşüb məxf i görüş mənzilinə gələrək həmin əməkdaşlara Asif Həsənovun adından istifadə edərək sonuncunun «xxxxx»la məxfi əməkdaşlığa razı saldığını bildirərək qəsdən tamah məqsədi ilə Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi, müdafiə qabiliyyəti zərərinə olaraq, Sumqayıt şəhərinin çıxacağında «Nasosnu» adlanan ərazidə yerləşən hərbi hissə barədə topladığı məlumatları «xxxxx»-ın Məlik və Əmir adlı əməkdaşlarına təqdim etmişdir. Sonunculardan Məhkum1 Asif Həsənovdan xidmət etdiyi hərbi hissə barədə ətraflı məlumat alması, hərbi hissənin say tərkibi, silah sursatın növü, silahların əsasən harada saxlanılması və hər gün hansı işlərin görülməsi barədə məlumatlar toplaması ilə bağlı tapşırıqlar və bu tapşırıqların icrası üçün 200 manat məbləğində İran rialı almışd ır. xx xxxxxx 2016-cı ildə Məhkum1 İranın Qum şəhərinə gedərək Muxtar Yağubov və 2008-ci ilin iyun ayının 20-də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 28, 214.2.1, 28, 214.2.3, 274-cü və digər maddələri ilə barəsində axtarış elan edilmiş, hazırda İran İslam Respublikasının ərazisində gizlənmiş, Azərbaycan Respublikasının vətəndaşı X9 ilə görüşüb, avtomobildə söhbət etmiş, orada Muxtar Yağubov ona Əflatun Şükürov vasitəsi ilə İranın xüsusi xidmət orqanı «xxxxx»-la məxfi əməkdaşlıq etməsini tapşırmışdır. Bundan sonra Məhkum1 Əflatun Şükürovla İran xüsusi xidmət orqanlarının nəzarətində olan 3 mərtəbəli yaşayış evinin 2-ci mərtəbəsində yerləşən məxfi görüş mənzilinə getmiş, orada X44 Zeynallıdan «xxxxx»-ın Əmir və Məlik adlı əməkdaşları ilə gördüyü işlər barədə maraqlanaraq ona 50 manat məbləğində İran rialı vermişdir. xx xxxx 2016-cı il tarixdə Məhkum1 Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsində Muxtar Yağubovla görüşmüş, sonuncu ona Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə olaraq maddi maraq zəminində Azərbaycan Respublikasının əleyhinə «xxxxx»-ın Hacı Xəlil adlı əməkdaşı ilə məxfi əməkdaşlıq etməsini təklif etmiş, Məhkum1 öz razılığını vermiş, buna görə də Muxtar Yağubov xx xxxx 2016-cı il tarixdə İranın Təbriz şəhərində «xxxxx»-ın Hacı Xəlil adlı əməkdaşına bu barədə məlumat vermişdir. xx xxxxxx 2016-cı ildə Məhkum1 Bakı şəhəri, Xəzər rayonunun Şağan qəsəbəsində Muxtar Yağubovla görüşüb Əflatun Şükürovla əlaqəsini kəsəcəyini bildirib «xxxxx»-ın Hacı Xəlil adlı əməkdaşı ilə Azərbaycan Respub likasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə maddi maraq zəminində məxfi əməkdaşlığa cəlb olunaraq qəsdən tamah məqsədi ilə konkret hərəkətlər etməklə onlara köməklik etməsi barədə razılıq vermişdir. Bundan sonra Məhkum1 Muxtar Yağubov xxxxx»-ın Hacı Xəlil adlı əməkdaşı ilə İran ərazisində görüşməsi üçün **********1 və özünün **********5 İran mobil telefon nömrələrini yazaraq, eləcə də İranın Təbriz və Ərdəbil şəhərlərinin mərkəzi hissələrinin sxemini çəkərək vermiş, avqust ayı ərzində İranın Təbriz şəhərinə gedib görüşməsini tapşırmışdır. xx xxxxxx 2016-cı ildə Məhkum1 ilə Muxtar Yağubov əlaqə saxlayaraq, «xxxxx»-ın Hacı Xəlil adlı əməkdaşı ilə görüşməsindən ötrü İrana gəlməsini tələsdirməsini tapşırmışdır. xx xxxxxx 2016-cı ildə Məhku m1 «xxxxx»-ın Hacı Xəlil adlı əməkdaşı ilə görüşmək üçün İranın Təbriz şəhərində yerləşən avtovağzaldan Hacı Xəlilin **********1 mobil telefon nömrəsinə zəng edib onunla görüşərək məxfi görüş mənzilinə getmiş, orada «xxxxx»-ın Hacı Xəlil adlı əməkdaşı Azərbaycan dilində onun sorğusunu aparmış, sonra Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə maddi maraq zəminində məxfi əməkdaşlığa cəlb olunaraq qəsdən tamah məqsədi ilə konkret hərəkətlər etməklə onlara köməklik etməsi üçün iltizamı alınaraq Azərbaycandakı vəhabilərin maliyyə mənbələri, toplaşdıqları yerlər, başçıları və onlar haqqında sair məlumatları əldə edilməsi tapşırılmış və bu tapşırığın icrası üçün 1000 ABŞ dolları almışdır. xx xxxxxxx 2016-cı ildə Məhkum1 İran ın Təbriz şəhərində «xxxxx»-ın Hacı Xəlil adlı əməkdaşı ilə görüşüb, birlikdə 4 mərtəbəli binanın 2-ci mərtəbəsindəki əvvəl görüşdükləri məxfi görüş mənzilinə gedərək qəsdən tamah məqsədi ilə Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə olaraq, yəni Azərbaycanda yaşayan vəhabilərin maliyyə mənbələri, toplaşdıqları yerlər, başçıları, eləcə də digər məlumatları «xxxxx»-ın Hacı Xəlil adlı əməkdaşına təqdim etmişdir. xx xxxxxxx 2016-cı il tarixdə həmin məxfi görüş mənzilində «xxxxx»-ın Hacı Xəlil adlı əməkdaşı ilə təkrarən görüşərək bir ədəd «19751975» rəqəmləri ilə şifrələnmiş mikro yaddaş kartını təhvil alıb yaddaş kartında olan tapşırıqları icra edərək yazması barədə tapşırıq almış və ona həmin tapşırığın icrasına görə 1 000 (min) ABŞ dolları verilmişdir. Məhkum1 «xxxxx»-ın Hacı Xəlil adlı əməkdaşının verdiyi tapşırığın icrası ilə bağlı qəsdən tamah məqsədi ilə Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə olaraq, yəni vəhabilərin ən çox Sumqayıt şəhərindəki məsciddə toplaşmaları, vəhabilərin Bakı şəhərində ətir və mobil telefon dükanları işlətmələri, bununla maliyyələşmələri, vəhabilərə qarşı Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi orqanının və Azərbaycan Respublikasının Əks-Kəşfiyyat Xidmətinin məşğul olması, strukturların rəhbərlərinin kimliyi, eləcə də vəhabilərin Başı şəhərindəki «Qaraçuxur» məscidində toplaşmaları, idman zallarını ələ keçirərək idmançıları öz ətraflarında birləşdirmək istəmələri və sair məlumatları toplaya raq 2016-cı ilin oktyabr ayının 06-da verilmiş yaddaş kartına yazıb «xxxxx»-ın Hacı Xəlil adlı əməkdaşına çatdırmaq üçün xx xxxxxx 2017-ci ildə Biləsuvar sərhəd nəzarət-buraxılış məntəqəsinə getmiş, lakin kredit borcuna görə ölkədən çıxışına qadağa qoyulduğundan İran İslam Respublikası ərazisinə keçə bilməmişdir. xx xxxxx 2017-ci ildə «xxxxx»-ın Hacı Xəlil adlı əməkdaşı Məhkum1 çatdırması üçün Muxtar Yağubova bir ədəd yaddaş kartını və 2000 ABŞ dollarını vermişdir. xx xxxxx 2017-ci ildə Məhkum1 Bakı şəhəri, Xəzər rayonunun Şağan qəsəbəsində kafelərin birində Muxtar Yağubovla görüşərək sonuncu vasitəsilə göndərilmiş bir ədəd yaddaş kartını və 2000 ABŞ dollarını təhvil alıb həmin məbləğdən 100 ABŞ dollarını minnətdarlıq əlaməti kimi Muxtar Yağubova qaytarmışdır. xx xxx 2017-ci ildə «xxxxx»-ı n Hacı Xəlil adlı əməkdaşı X34 şəhərində görüşüb Məhkum1 çatdırması üçün bir ədəd yaddaş kartını verib 2017-ci ilin mart ayında sonuncuya verdiyi yaddaş kartını geri qaytarmasını tapşırmışdır. xx xxx 2017-ci ildə saat 14 radələrində Məhkum1 Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən «Sədərək» ticarət mərkəzində Muxtar Yağubovla görüşüb «xxxxx»-ın Hacı Xəlil adlı əməkdaşının verdiyi bir ədəd yaddaş kartını təhvil alaraq özündə olan, 2017-ci ilin mart ayında verilmiş yaddaş kartını, eləcə də digər yaddaş kartında qeyd olunan sualları üç-dörd gün ərzində cavablandırmaqla icra edib Bakı şəhəri, 3-cü mikrorayon dairəsində olan körpünün altında təhvil verməsi ilə bağlı razılığa gəlmişdir. Məhkum1 «xxxxx»-ın Hacı Xəlil adlı əməkdaşının göndərdiyi suallar ətrafında topladığı məlumatları yad daş kartına köçürmüş və Muxtar Yağubovun mobil telefon nömrəsinə mesaj yazaraq şifrəli formada «əmanətin» deyərək verilmiş tapşırığın hazır olduğuna işarə vermişdir. xx xxx 2017-ci ildə Məhkum1 Muxtar Yağubovla əvvəlcədən əldə etdikləri razılığa əsasən iyun ayının 02-də saat 18 radələrində Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon dairəsində olan körpünün altında görüşərək qəsdən tamah məqsədi ilə Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə olaraq, yəni İslam oyunlarının Azərbaycanın öz maraqları daxilində keçirilməsi, İsrail dövlətinin aidiyyətinin olmaması, DTX və Əks-kəşfiyyat qurumlarının rəhbərinin kimliyi, onların ayrı-ayrılıqda prezidentə tabe olmaları, Azərbaycan Respublikası, Ermənistan Respublikası və Rusiy a Federasiyasının xarici işlər nazirlərinin görüşləri, Ermənistan sərhədlərinin Rusiya tərəfindən qorunduğu, vəhabilərin bəzi tanınmış şəxslərinin xüsusi xidmət orqanlarına işləmələri barədə və sair topladığı məlumatları yazdığı 2017-ci ilin aprel ayının 23-də və may ayının 23-də göndərilmiş yaddaş kartlarını İran xüsusi xidmət orqanı olan «xxxxx»-ın Hacı Xəlil adlı əməkdaşına çatdırması üçün Muxtar Yağubova vermişdir. xx xxxx 2017-ci il tarixdə saat 16 radələrində Muxtar Yağubov «Biləsuvar» gömrük keçid məntəqəsindən keçərək İran İslam Respublikasına getmək istəyərkən Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanılmış, keçirilmiş baxış zamanı üzərindən Məhkum1 tərəfindən icra edilmiş, içərisində Azərbaycan Respublikasının suverenliyi, ərazi toxu nulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə məlumatlar olan 02 ədəd yaddaş kartları, eləcə də iş üzrə mühüm əhəmiyyət kəsb edən əşyalar aşkar edilərək götürülmüşdür. X10 Azərbaycan Respublikasının əleyhinə İran xüsusi xidmət orqanı «İnformasiya və Təhlükəsizlik Nazirliyi» - «Ettalaat»-ın Əli və Cəlali adlı əməkdaşları ilə maddi maraq zəminində məxfi əməkdaşlıq edən Muxtar Yağubov 2013-cü ilin yay aylarında İranın «Biləsuvar» gömrük keçid məntəqəsində 400 manat məbləğində pul qarşılığında X10 ilə birlikdə Azərbaycan Respublikasının Biləsuvar rayonundan Lənkəran rayonunadək olan avtomobil yolunun kənarında yerləşən obyektlərin, məntəqələrin fotoşəkillərinin və videogörüntülərinin çəkilməsi, həmin obyektlər haqqında məlumatlar toplanması ilə bağlı tapşırıqlar icrası üçün sonunculardan smartfon tipli mobil telefon alaraq Cəlilabad rayonuna qayıdıb dostu Xudaşükür Nuriyevə həmin ölkənin xüsusi xidmət orqanı «İnformasiya və Təhlükəsizlik Nazirliyi» - «Ettalaat»-la məxfi əməkdaşlıq etməsi barədə məlumat verib, onun Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə olaraq qəsdən tamah məqsədi ilə konkret hərəkətlər etməklə onlara köməklik etməsi üçün maddi maraq zəminində məxfi əməkdaşlıqla bağlı razılığını aldıqdan sonra, sonuncunun idarə etdiyi tünd göy rəngli, «Opel» markalı ** FN *** dövlət qeydiyyat nişanlı avtomobildə mobil telefon vasitəsilə Biləsuvar rayonundan Lənkəran rayonunadək olan məsafədə yolboyu yerləşən yaşayış və qeyri-yaşayış sahələrinin, obyektlərin, Azərbaycan Respublikası D övlət Sərhəd Xidmətinin Lənkəran şəhərində yerləşən hərbi hissəsinin kənardan fotoşəkillərini və izahlar verməklə video çəkilişlər apararaq verilən tapşırıqları Xudaşükür Nuriyevlə birlikdə icra edib 2014-cü ilin iyun ayında İranın Ərdəbil şəhərinə gedərək yaddaşında həmin məlumatların olduğu mobil telefonu «Ettelaat»-ın Mehraci adlı əməkdaşına təqdim edib dostu Xudaşükür Nuriyevlə birlikdə toplaması barədə məlumat verib aldığı 400 manat məbləğində pulun 150 manatını Cəlilabad rayonu ərazisində Xudaşükür Nuriyevə çatdırmışdır. xx xxxx 2016-cı ildə Muxtar Yağubov məxfi əməkdaşlıq etdiyi digər İran xüsusi xidmət orqanı «xxxxx»-ın Hacı Xəlil adlı əməkdaşı ilə həmin ölkənin Təbriz şəhərində görüşmüş, sonuncu ondan Azərbaycan Respublikasının əleyhinə işləyəcək «Neft Daşları» ilə bağlı məlumatla rın toplanılması üçün Azərbaycan Respublikasının Dövlət Neft Şirkətində işləyən şəxs tapmasını tapşırmış, Muxtar Yağubov Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin «Neft Daşları»-da işləyən dostu X10 haqqında məlumat vermişdir. Hacı Xəlil adlı əməkdaş Xudaşükür Nuriyevin xüsusi xidmət orqanı «xxxxx»-la məxfi əməkdaşlığa cəlb edilməsi üçün həmin ölkəyə dəvət etməsini tapşırmış və bu tapşırıqların icrası üçün Muxtar Yağubova 800 ABŞ dolları vermişdir. xx xxxx 2016-cı ildə X18 Yağubov Cəlilabad rayonunda İran bazarı» kimi tanınan ticarət mərkəzinin qabağında görüşüb Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə olaraq maddi maraq zəminində Azərbaycan Respublikasının əleyhinə «xxxxx»-ın Hacı Xəlil adlı əməkdaşı ilə məxfi əməkdaşlıq etməyini təklif edib razılığını almış və bu barədə xx xxxx 2016-cı il tarixdə İranın Təbriz şəhərində «xxxxx»-ın Hacı Xəlil adlı əməkdaşına məlumat vermişdir. xx xxxxxx 2016-cı ildə X45 gedib Təbriz şəhərində həmin ölkənin xüsusi xidmət orqanı «xxxxx»-ın Hacı Xəlil adlı əməkdaşı ilə görüşərək Xudaşükür Nuriyevlə əlaqə saxlamasını və görüşə tələsdirməsini tapşırmışdır. Həmin gün saat 10:20 radələrində «xxxxx»-ın tapşırığının icrası ilə əlaqədar X28 Nuriyevə zəng edərək «xxxxx»-ın Hacı Xəlil adlı əməkdaşı ilə danışdığını, sonuncu ilə görüşməsi üçün İran İslam Respublikasına getməsini tapşırmışdır. X29 Yağubovun istifadəsində olmuş **********1 mobil telefon nömrəsini götürərək, avqust ayının 23-də «xxxxx»-ın Hacı Xəlil adlı əməkdaşı ilə görüşməsi üçün İrana gedəcəyi barədə mə lumat vermiş və ora gedərkən konsprativliyə əməl etmək üçün həmin ölkəyə məxsus mobil telefon nömrəsi alaraq onunla əlaqə saxlayacağını bildirmişdir. xx xxxxxx 2016-cı ildə X30 Ərdəbil şəhərinə getmiş, axşam saatlarında İran mobil telefon operatoruna məxsus nömrədən Muxtar Yağubova zəng edərək sonuncu ilə həmin ölkənin Ərdəbil şəhərində «Tusi» mehmanxanasında görüşmüşdür. X19 «xxxxx»-ın Hacı Xəlil adlı əməkdaşının əlaqəsinə vermək üçün Təbriz şəhərinə apararaq «xxxxx»-ın Hacı Xəlil adlı əməkdaşının mobil telefon nömrəsinə zəng edib Təbriz şəhərində olduğu barədə məlumat vermiş, sonuncu isə Muxtar Yağubova zəng edərək Xudaşükür Nuriyevlə təklikdə görüşmək istədiyini bildirmişdir. «xxxxx»-ın Hacı Xəlil adlı əməkdaşı Xudaşükür Nuriyevlə həmin şəhərdə görüşərək ikimərtəbəli fərdi yaşayış evini n ikinci mərtəbəsində yerləşən məxfi görüş mənzilinə aparmışdır. «xxxxx»-ın Hacı Xəlil adlı əməkdaşı Xudaşükür Nuriyevin sorğusunu aparıb Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə olaraq maddi maraq zəminində Azərbaycan Respublikasının əleyhinə məxfi əməkdaşlıq etməsi barədə təklif edib iltizamını aldıqdan sonra onun Azərbaycan Respublikası Dövlət Neft Şirkətində «Neft Daşları»-da olan iş prosesi və özünün fəaliyyəti barədə soruşmuşdur. Xudaşükür Nuriyev «Neft Daşları»-da neftin hasilatı barədə izahat verdikcə Hacı Xəlil adlı əməkdaş vərəqdə onun sözlərinə uyğun olaraq neft daşlarındakı neft özüllərinin sxemini çəkmiş və həmin mənzildə gecələmişlər. Növbəti gün səhər saatlarında «xxxxx»-ın Hacı Xəlil adlı əməkdaşı Xu daşükür Nuriyevə 500 ABŞ dolları verərək işlədiyi Azərbaycan Respublikası Dövlət Neft şirkətinin «Neft Daşları» meydançasının fotoşəkillərini çəkib göndərməsini tapşırmış, sonuncu da onun tapşırığını icra edəcəyini vəd etmişdir. Səhəri gün X28 Nuriyev və «xxxxx»-ın Hacı Xəlil adlı əməkdaşı ilə əlaqə saxlayıb Təbriz şəhərində onlarla görüşmüş, sonuncu getdikdən sonra X38 Xəlil tərəfindən tapşırığın verilməsi və onun icra etmək üçün 500 ABŞ dolları verildiyini barədə Muxtar Yağubovu məlumatlandırmış və avqust ayının 25-də Astara nəzarət-buraxılış məntəqəsindən keçərək Cəlilabad rayonunda qayıtmışdır. «xxxxx»-ın tapşırığının icrası ilə əlaqədar xx xxxxxx 2016-cı il tarixdə saat 17:40 dəqiqədə X22 Yağubov zəng edib Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivində görüşərək «xxxxx»- ın Hacı Xəlil adlı əməkdaşının Dövlət Neft Şirkətinin «Neft Daşlarının» fotoşəkillərini çəkməsi ilə bağlı verdiyi tapşırığın icra vəziyyəti ilə maraqlanmışdır. Xudaşükür Nuriyev istintaqa məlum olmayan vaxtda və şəraitdə «Azercell» mobil operatorlarına məxsus ***-***-**-** nömrəli və «Baksell» mobil operatorlarına məxsus ***-***-**-** nömrəli mobil telefon nömrələrinin quraşdırıldığı «Samsung Galaxy S4 Mini GT-İ9192» markalı mobil telefondan istifadə edərək çəkib topladığı Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi, müdafiə qabiliyyəti zərərinə olaraq, yəni Dövlət Neft Şirkətinin «Neft Daşları»nın X11 3 saylı meydançasında yerləşən qurğuların, xidməti otaqların və özüllərinin fotoşəkillərini «whatsapp» proqramı vasitəsilə İran xüsusi xidmət orqanı « xxxxx»-ın Hacı Xəlil adlı əməkdaşına göndərmişdir. Kassasiya şikayətlərinin dəlilləri: Bakı Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qərarından məhkum X5 müdafiəçisi Müdafiəçi və Məhkum1 kassasiya şikayətləri vermişdirlər. Müdafiəçi kassasiya şikayətində qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən X.Nuriyevin Azərbaycan Respublikası CM-nin 274-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətdiyini təsdiq edən mötəbər və təkzibedilməz sübutlar toplanmamış, sübutlar saxtalaşdırılaraq hökmün əsasına yolverilməz sübutlar qoyulmuş, məhkəmə ittiham mövqeyi tutaraq X.Nuriyev barəsində ancaq ifşaedici sübutları toplamış, onu məsuliyyətdən azad edən və ya vəziyyətini yüngülləşdirən sübutları əsassız olaraq rədd edərək digər sübutlarla yanaşı məcmu halında qiymətləndirməmiş, cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina edərək qanunsuz və əsassız hökm çıxarmışdır. Apellyasiya instansiya məhkəməsi isə heç bir əsas olmadan həmin hökmü dəyişdirmədən saxlamışdır. Qeyd olunanları nəzərə alaraq Bakı Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qərarını ləğv edərək X8 bəraət verilməsini xahiş etmişdir. Məhkum1 kassasiya şikayəti verərək yalan ittihamlar nəticəsində əsassız yerə həbs edildiyini bildirmişdir. Məhkəmələr tərəfindən barəsində əsassız və ədalətsiz qərar qəbul edildiyini vurğulayaraq Bakı Apellyasiya Məhkəməsi Hərbi Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qərarın ın ləğv edilməsi və işin yeni Apellyasiya baxışına təyin edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətlərinin dəlillərini müzakirə edib, kassasiya şikayətlərinin təmin edilməsi bərədə məhkumları və müdafiəçilərinin, kassasiya şikayətlərinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, kassasiya şikayətlərinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayətləri təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya i nstansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edil məsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir Məhkəmə kollegiyası kassasiya şikayətlərində məhkumların təqsirsizliyi ilə bağlı qeyd edilən hallarla razılaşmayaraq bildirir ki, Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq, hər bir sübut mənsubiyyəti, m ümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli və cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci və apellyasiya instansiya məhkəməsi tərəfindən CPM-in 143-146-cı mаddələrinin tələblərinə əməl edilərək, Məhkum1 və X5 CM-in 274-cü maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinməsləri haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplanmış və bu sübutlar birinci və apellyasiya instansiya məhkəməsinin iclasında tam, hərtərəfli və obyektiv araşdırılıb qiymətləndirilərək törədilmiş cinayətin faktiki hallarına uyğun nəticəyə gəlinmişdir. X10 və Məhkum1 onlara istinad edilən cinayət əməlini törətməmələri barədə göstərilən dəlillər məhkə mələr tərəfindən tədqiq edilmiş sübutlarla öz təsdiqini tapmamışdır. Əksinə, təqsirləndirilən şəxslərin onlara qarşı irəli sürülən cinayət əməlini törətmələri məhkumların ibtidai istintaqa verdiləri ifadələr, şahid ifadələri, məhkəmə kompüter texniki ekspertizalarının, məhkəmə ballistik ekspertizasının, məhkəmə fonoskopik ekspertizalarının, məhkəmə xətşünaslıq ekspertizalarının və ambulator məhkəmə psixiatrik ekspertizasının rəyləri, habelə işdə olan digər sübutlarla tam təsdiqini tapır. Bu sübutlar işin faktiki halları ilə tam üst-üstə düşməklə uyğunlaşaraq verilmiş ittihamlara uyğun hər bir cinayət hadisəsinin ardıcıllığının və vahid mexanizminin tam şəkildə gerçək və məntiqə uyğun təsvirini formalaşdırır. Sübutlar arasında heç bir uyğunsuzluq və ziddiyyət yaranmır. Məhkumların təqsirsiz olması barədə dəlilləri məhkəmələr tərəfindən tədqiq edilmiş sübutlarla təsdiqini tapmır. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edir və həmin sübutların təkrar sadalanmasını zəruri hesab etmir. Bundan əlavə cinayət işinin materialları ilə təqsirləndirilən şəxslərin hər hansı bir qaydada ifadələr verməyə məcbur edilmələri, onlara qarşı təzyiq və təsir göstərilməsi, habelə sübutların toplanması və araşdırılması zamanı prosessual pozuntulara, o cümlədən məhkumun Azərbaycan Respublikası CPM-in 91-ci maddəsində nəzərdə tutulmuş hüquqlarının pozulmasına və ya bu hüquqların həyata keçirilməsinin məhdudlaşdırılmasına yol verilməsi müəyyən edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin təmin edilməsi və Bakı Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslar müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilmədən, qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Məhkum X5 müdafiəçisi Müdafiəçi və Məhkum1 tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qərarı məhkumlar Məhkum1 və X8 aid hissədə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar