Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-58/2021 13.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Kazımov Tahir Lələkişi oğlu və Seyidov Əziz Cəfər oğlundan ibarət tərkibdə, Vəliyev Veysəl İsaxan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Həsənov Kamran Asəf oğlunun iştirakı ilə Təqsirəndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 335.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayə t işi üzrə icraatın dayandırılması haqqında Tərtər Hərbi Məhkəməsinin 30.09.2020-ci il tarixli qərarından dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinin təmin edilməməsi barədə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 08 may 2021-ci il tarixli ilkin baxış qərarından dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Tərtər Hərbi Məhkəməsinin (sədrlik edən hakim Nəsirov Vidadi Mikayıl oğlu) 30 sentyabr 2020-ci il tarixli qərarı ilə məhkəmənin icraatında olan Təqsirəndirilən şəxs Azərbaycan Respublikası CM-nin 335.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraat Təqsirəndirilən şəxs xidmət etdiyi hərbi hissə tərkibində döyüş əməliyyatlarında iştirak etməsi ilə əlaqədar olduğu yer müəyyən edilmədiyinə görə dayandırılmışdır. Həmin qərardan dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə baxan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (sədrlik edən hakim Ç.B.Məmmədov, hakimlər T.A.Muxtarov və F.Ə.Mehtiyevdən ibarət tərkibdə) 08 may 2021ci il tarixli qərarı ilə apellyasiya protesti təmin edilməmiş, Təqsirəndirilən şəxsin Azərbaycan Respublikası CM-nin 335.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraat təzələnərək məhkəmə baxışına təyin edildiyindən cinayət işinin materiallarının mahiyyəti üzrə baxılması üçün Tərtər Hərbi Məhkəməsinə qaytarılması qərara alınmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 08 may 2021-ci il tarixli qərarından dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilmişdir. KASSASİYA PROTESTİNİN DƏLİL LƏRİ: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti onunla əsaslandırılmışdır ki, Gəncə Apellyasiya Məhkəməsinin 08.05.2021-ci il tarixli qərarı əsassız olduğundan ləğv edilməli və cinayət işi yeni apellyasiya baxışına təyin olunmalıdır. Belə ki, Tərtər Hərbi Məhkəməsinin 30.09.2020-ci il tarixli cinayət təqibi üzrə icraatın dayandırılması qərarından apellyasiya protesti verilməsi müddəti dövlət ittihamçısına münasibətdə bərpa edilərək qərar icra üçün Tərtər Hərbi Məhkəməsinə göndərilmiş, Tərtər Hərbi Məhkəməsi isə cinayət işi üzrə icraatı təzələyərək cinayət işini məhkəmə baxışına təyin etmişdir. Burada dövlət ittihamçısının etirazına səbəb olmuş halı artıq aradan qaldırılmış kimi qəbul etmək və icraatın təzələnməsinə nail olmaqdan ibarət olmuş nəticənin baş verməsini əsaslı q əbul etmək yanlışdır. Protestdən göründüyü kimi, burada qanunsuz qəbul edilmiş bir qərarın ləğvi xahiş edilmiş, həmin qərarın gələcək məhkəmə təcrübəsinə yol açmasının qarşısının alınmasına və CPM-in tələblərinə uyğun qərar qəbul edilməsinin təmini olmuşdur ki, cinayət təqibi üzrə icraatın təzələnməsi heç də həmin qərarın ləğvi demək deyildir. Odur ki, göstərilənlərə əsasən, Təqsirəndirilən şəxs Azərbaycan Respublikası CM-nin 335.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin 08 may 2021-ci il tarixli qərarını ləğv edərək işin apellyasiya instansiyası məhkəməsində yenidən baxılmağa təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin ilkin baxış qərarının qanuniliyini kassasiy a protestinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində apellyasiya məhkəməsi tərəfindən apellyasiya protestinin əsassız olaraq təmin edilmədiyi iddia edilmiş və mübahisələndirilən ilkin baxış qərarının ləğv edilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.20-ci maddəsində (nəzərdə tutulmuş halla əlaqələndirilmişdir. Məhkəmə kollegiyası qeyd olunan kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 08 may 2021-ci il tarixli ilkin baxış qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq, aşağıdakıları xüsusatları qeyd edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya protestinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının kassasiya protestinin təmin edilməsi barədə çıxışını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya protesti təmin edilmədən, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 08 may 2021-ci il tarixli ilkin baxış qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Tədqiq olunmuş iş materiallarından görünür ki, 11 mart 2021-ci il tarixdə Tərtər Hərbi Məhkəməsi tərəfindən Təqsirəndirilən şəxs CM-in 335.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraat təzələnmiş və məhkəmə baxışı iclası 31 mart 2021-ci il tarixə təyin edilmişdir. Göründüyü kimi, Tərtər Hərbi Məhkəməsinin 30 sentyabr 2020-ci il tarixli qər arından verilmiş apellyasiya protestinə baxılanadək həmin məhkəmə tərəfindən 11 mart 2021-ci il tarixdə cinayət işi üzrə icraat Vətən Müharibəsinin ordumuzun qələbəsi ilə başa çatması ilə əlaqədar təzələnmiş və cinayət işi məhkəmə baxışına təyin edilməklə, dövlət ittihamçısının etirazına səbəb olmuş hal artıq aradan qaldırılmışdır. Beləliklə məhkəmə kollegiyası qeyd edir ki, hazırda Tərtər Hərbi Məhkəməsinin 11 mart 2021-ci il tarixli qərarı ilə cinayət işinin icraatı təzələnmişdir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmənin 30 sentyabr 2020-ci il tarixli qərarı prosessual qanunvericiliyin bəzi tələblərinə uyğun qəbul edilməsə də, cinayət işi üzrə icraatın dayandırılması üçün əsaslar olmuşdur. Eyni zamanda, artıq həmin qərar ləğv edildiyindən və cinayət işi üzrə icraat təzələndiyindən i craatın dayandırılması barədə qərarın ləğv edilməsi barədə apellyasiya instansiyası məhkəməsinin ilkin baxış qərarının kassasiya şikayətinə əsasən ləğv edilməsi və ya qüvvədə qalmasını özündə ehtiva edən hər hansı nəticə artıq aradan qalxmışdır. Odur ki, göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin ilkin baxış qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti isə təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilməsin. Təqsirəndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 335.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraatın dayandırılması haqqında Tərtər Hərbi Məhkəməsinin 30.09.2020-ci il tarixli qərarından dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinin təmin edilməməsi barədə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 08 may 2021-ci il tarixli ilkin baxış qərarı kassasiya protestinə əsasən dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1-1(102)-58/2021
Ali Məhkəmə Qərar — İş №1-1(102)-58/2021
13.10.2021 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver