Məhkəmə qərarları › İş №1-1(102)-58/2023

Ali Məhkəmə Qərar — İş №1-1(102)-58/2023

04.10.2023 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-58/2023 04.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X1 iştirakı ilə, Tərtər Hərbi Məhkəməsinin 7 sentyabr 2022-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 32.4,312. 1-ci maddələri ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 fevral 2023-cü il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Tərtər Hərbi Məhkəməsinin (X9 oğlunun sədrliyi, hakimlər X5 (məruzəçi hakim) və X2 ibarət tərkibdə) 7 sentyabr 2022-ci il tarixli hökmü ilə xx.xx.1987-ci il tarixdə Zərdab rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşamış Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1-ci maddəsi ilə təqsirli bilinərək 4.500 (dörd min beş yüz) manat miqdarında cərimə cəzasına, CM-in 32.4, 312.1-ci maddəsi ilə təqsirli bilinərək 5.500 (beş min beş yüz) manat miqda rında cərimə cəzasına məhkum edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cərimə cəzaları qismən toplamaq yolu ilə o, qəti olaraq 6.000 (altı min ) manat miqdarında cərimə cəzası ilə cəzalandırılmış, barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» növündə qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, hökmün icrasının ona aid hissədə Sumqayıt şəhər İcra və Probasiya Şöbəsinə həvalə olunması hökm edilmişdir. Həmin hökmlə Təqsirləndirilən şəxs da məhkum olunmuşdur. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X4 (sədrlik edən və məruzəçi), X7 və X3 ibarət tərkibdə) 28 fevral 2023-cü il tarixli qərarı ilə Zərərçəkmiş şəxs2 ərizəsi təmin edilmiş, zərərçəkmiş şəxsin apellyasiya şikayətinə baxılmasına onun həmin şikayətdən i mtina etməsi ilə əlaqədar xitam verilmişdir. Məhkum apellyasiya şikayəti təmin edilməmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 32.4, 312.1-ci maddələri ilə, Məhkum həmin Məcəllənin 178.2.1 və 32.4, 312.1 -ci maddələri ilə təqsirli bilinərək məhkum edilmələrinə dair Tərtər Hərbi Məhkəməsinin «07» sentyabr 2022-ci il tarixli, 1(098)-163/2022 nömrəli hökmü Məhkum apellyasiya şikayətinə münasibətdə Məhkum aid hissədə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İttiham aktına və birinci instansiya məhkəməsinin hökmünə əsasən Təqsirləndirilən şəxs xx.xx.2010-cu il tarixdə Səfərbərlik və hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Neftçala rayon şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağırılıb və Müdafiə Nazirliyinin Laçın rayonunda yerləşən N nömrəli hərbi hissəsinin maddi-texniki təminat bölüyünün avtomobil tağımının baş sürücüsü vəzifəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi kiçik çavuş hərbi rütbəsində xidmət edərkən Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu olan zaman onunla eyni taborda müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmət edən, hazırda ehtiyyatda olan Məhkum ilə 2021-ci ilin yay aylarında Bakı şəhərində görüşən zaman Məhkum ona hər hansı şəxsi müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluçusu və ya gizir kimi xidmətə qəbul etdirmək, yaxud hərbi qulluqçuların hərbi hissələrdə müvafiq vəzifələrə təyin edilməsini təşkil etməyə heç bir səlahiyyətə və real imkana malik olmadığı halda, qanunsuz qazanc əldə edib var lanmaq məqsədi ilə ətrafında dost-tanışlarının çox olduğunu, Müdafiə Nazirliyində vəzifədə çalışan tanışının olduğunu və müəyyən pul müqabilində hər hansı şəxsi müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu və gizir kimi xidmətə qəbul etdirə biləcəyini bildirdikdə, o, Məhkum bu təklifi ilə razılaşmış və onun istifadəsində olan 070217-63-63 mobil nömrəsini mobil telefonuna qeyd etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs şəxsi istifadəsində olan ***-***-**-** nömrəli mobil telefon vasitəsi ilə xx.xx.2021 -ci il tarixdə N nömrəli hərbi hissədə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmət edən zaman tanıdığı, xidmət müddətinin başa çatması səbəbilə ehtiyata buraxılmış Göyçay rayonunun Qarayazı kənd sakini Zərərçəkmiş şəxs2 istifadə etdiyi 050620-23-33 nömrəli mobil telefona zəng edib danışan zaman vətəndaş Zərərçəkmiş şəxs2 yenidən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmətə qayıtmaq istədiyini, bununla bağlı N nömrəli hərbi hissəyə də müraciət etdiyini bilib sonuncuya xidmətə qəbul edilməsinin bir-iki il ləngidiləcəyi barədə həqiqətə uyğun olmayan təhrikedici məlumatlar verərək səlahiyyətlərinin və real imkanlarının olmamasına baxmayaraq Zərərçəkmiş şəxs2 yenidən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmətə bərpa olunmasına köməklik edə biləcəyini bildirməklə yalan vəd verib, vədinə əməl etmək niyyətində olmayaraq, əvəzsiz və qanunsuz olaraq özgə əmlakını ələ keçirmək niyyəti ilə bu barədə şəxsi istifadəsində olan ***-***-**-** nömrəli mobil telefon vasitəsi ilə Məhkum istifadəsində olan ***-***-**-** nömr əli mobil telefonuna zəng edərək bildirmişdir. Məhkum yalan vəd verib, vədinə əməl etmək niyyətində olmayaraq, əvəzsiz və qanunsuz olaraq özgə əmlarını ələ keçirmək niyyəti ilə Zərərçəkmiş şəxs2 yenidən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmətə bərpa olunmasına köməklik edə biləcəyini bildirərək bu işin müqabilində Müdafiə Nazirliyində adını və vəzifəsini bildirmədiyi yüksək vəzifəli tanışına 4.000-4.500 manat məbləğində pul verməli olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs ona Zərərçəkmiş şəxs2 maddi imkanının zəif olduğunu dedikdə Məhkum 2.500 (iki min beş yüz) manat məbləğində pul qarşılığında Zərərçəkmiş şəxs2 guya müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmətə bərpa edəcəyi barədə razılaşıb onunla qabaqcadan əlbir olan bir qrup şəxs təşk il etdikdən sonra Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 Müdafiə Nazirliyində tanışı olan adama 2.500 (iki min beş yüz) manat pul verilməli olduğunu deyib aldadaraq, onu inandırıb həmin məbləğdə pulu verməyə razı salmaqla rüşvət verməyə təhrik etmiş və etibarını qazanmaq məqsədi ilə guya Zərərçəkmiş şəxs1 adlı şəxsi də özünün müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmətə bərpa etdiyini bildirmişdir. Bundan sonra Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs tərəfindən aldadılmış Zərərçəkmiş şəxs1la telefonda danışıb onunla dəqiqləşdirmə aparmış, həmin telefon danışığı zamanı Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs tərəfindən aldadıldığını bilmədiyi üçün onu həqiqətən Təqsirləndirilən şəxs xidmətə bərpa etdirdiyini demişdir. Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs onu da pul müqabilində xidmətə bərpa edəcəyinə inanıb aldanaraq xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs istifadəsində olan, sonuncunun qardaşı Şahid2 adına olan "Kapital Bank”a məxsus 6768 6771 7798 8411 nömrəli kart hesabına Göyçay şəhərində quraşdırılmış 5065 nömrəli "eManat” ödəniş terminalı vasitəsilə 25 (iyirmi beş) manat məbləğini komissiya haqqı kimi ödəməklə 2525 (iki min beş yüz iyirmi beş) manat pul köçürmüş, Təqsirləndirilən şəxs həmin pulu Naftalan şəhərində nağdlaşdıraraq "eManat” ödəniş terminalı vasitəsilə 1.500 (bir min beş yüz) manatını Məhkum adına olan "Kapital Bank”a məxsus 6768 6771 7276 0427 nömrəli kart hesabına köçürmüşdür. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 aldığı məbləğin 1.000 (bir min) manatını Məhkum güvənmədiyi üçün özündə saxlayaraq sonuncuya həmin 1.000 (bi r min) manat pulun Zərərçəkmiş şəxs2 olduğunu, istədiyi zaman göndərə biləcəyini deyib anasının əməliyyat xərclərinə və arvadının müalicəsinə xərcləmişdir. Daha sonra Təqsirləndirilən şəxs eyni niyyətlə Məhkum xəbərsiz onun adından istifadə edərək şəxsi istifadəsində olan ***-***-**-** mobil nömrəsi ilə vətəndaş Zərərçəkmiş şəxs2 özünün istifadəsində olan ***-***-**-** mobil nömrəsinə zəng edərək xx.xx.2021 -ci il tarixdə Zərərçəkmiş şəxs2 xidməti xasiyyətnamə və digər sənədlərin hazırlanması ilə bağlı 125 (bir yüz iyirmi beş) manat pul istəmiş, Zərərçəkmiş şəxs2 qeyd olunan pulu həmin tarixdə Göyçay şəhərində 5065 nömrəli "eManat” ödəniş terminalı vasitəsilə Təqsirləndirilən şəxs istifadəsində olmuş yuxarıda qeyd olunan kart hesabına göndərmiş, sonuncu isə həmin 125 (bir yüz iyirmi beş) m anat pulu özündə saxlamış və Məhkum göndərməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs eyni niyyətlə Məhkum istəyi əsasında xx.xx.2021-ci il tarixdə Zərərçəkmiş şəxs2 xidməti xasiyyətnamə və digər sənədlərin hazırlanması ilə bağlı əlavə olaraq 200 (iki yüz) manat pul istəmiş, Zərərçəkmiş şəxs2 qeyd olunan pulu həmin tarixdə Göyçay şəhərində 2011 nömrəli "eManat” ödəniş terminalı vasitəsilə Təqsirləndirilən şəxs istifadəsində olmuş yuxarıda qeyd olunan kart hesabına göndərmiş, Məhkum Təqsirləndirilən şəxs aralarında olan razılığa əsasən həmin pulun 50 (əlli) manatını özündə saxlayıb, 150 (bir yüz əlli) manatını ona göndərməsini bildirdikdə, Təqsirləndirilən şəxs həmin pulun 50 (əlli) manatını özündə saxlayıb 150 (bir yüz əlli) manatını Məhkum istifadəsində olan yuxarıdakı kart hesabına gönd ərmiş, bununla da o, qabaqcadan əlbir olan bir qrup şəxs halında və təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını, yəni 2.850 (iki min səkkiz yüz əlli) manat pulunu ələ keçirib dələduzluq etmiş, habelə təkrarən xidməti vəzifəsinin icrası ilə əlaqədar hər hansı hərəkətin edilməsi müqabilində vəzifəli şəxsə onun özü üçün dolayı yolla və vasitəçidən istifadə etməklə maddi nemət, yəni rüşvət verməyə təhrik etmişdir. Bundan başqa, Məhkum ümumi niyyətdən kənara çıxaraq Zərərçəkmiş şəxs2 daha artıq pul əldə etmək məqsədilə istifadəsində olan ***-***-**-** mobil nömrəsi ilə xx.xx.2021 -ci il tarixdə Zərərçəkmiş şəxs2 istifadəsində olan ***-***-**-** mobil nömrəsinə zəng edərək Təqsirləndirilən şəxs xəbəri olmadan guya işinin düzəlməyinə az qaldığını, lakin korpus komand irinə pul çatmadığını, buna görə də korpus komandirinə verməsi üçün ona 500 (beş yüz ) manat məbləğində pul göndərilməli olduğunu bildirdikdə, Zərərçəkmiş şəxs2 artıq bu məsələdən bezdiyini, işə düzəlmək istəmədiyini bildirərək onlara verdiyi pulları geri qaytarmalarını tələb etmişdir. Lakin, Məhkum Zərərçəkmiş şəxs2 guya çox əziyyət çəkdiklərini, işinin düzəlməsinə az qaldığını deyərək 500 (beş yüz) manat məbləğində pula görə işini pozmamasını demiş, "WhatsApp” proqramı vasitəsilə özünə məxsus üzərində «Məhkum» yazılmış Kapital banka məxsus 6768 6771 7276 0427 nömrəli kartının şəklini göndərmiş, Zərərçəkmiş şəxs2 məcbur qalaraq xx.xx.2021 -ci il tarixdə qeyd olunan kart hesabına "e-manat” ödəniş terminalı vasitəsilə 500 (beş yüz) manat pul köçürmüşdür. Bununla da Məhkum qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui- istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını, yəni ümumilikdə 3.225 (üç min iki yüz iyirmi beş) manat pulunu ələ keçirib dələduzluq etmiş, habelə Zərərçəkmiş şəxs2 xidməti vəzifəsinin icrası ilə əlaqədar hər hansı hərəkətin edilməsi müqabilində vəzifəli şəxsə onun özü üçün dolayı yolla və vasitəçidən istifadə etməklə maddi nemət, yəni rüşvət verməyə təhrik etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətində göstərir ki, Cinayət Məcəlləsinin 178.2.1-ci maddəsi ilə özünü təqsirli bilir və əməlindən peşmandır. Zərərçəkmiş şəxsə dəymiş zərəri ödəmiş və onunla barışıq əldə etmişdir. Lakin Cinayət Məcəlləsinin 32.4, 312.1-ci maddəsi ilə özünü təqsirli bilmir. Belə ki, o, xidməti vəzifəzisinin icrası ilə əlaqədar hər hansı hərək ətin edilməsi və ya edilməməsi üçün vəzifəli, yaxud səlahiyyətli şəxsə rüşvət verməmiş və belə bir niyyəti olmamışdır. Özü ərizələr yazmaqla Zərərçəkmiş şəxs2 qanuni yollarla xidmətə düzəlməyinə nail olmağa çalışmış, bu yolla ondan pul alaraq özünə götürmək istəmişdir. O, Zərərçəkmiş şəxs2 guya Müdafiə Nazirliyində tanışı olduğunu bildirərək onu aldatmış, etibarından sui-istifadə edərək əmlakını ələ keçirmək niyyətində olmuşdur. Əslində isə onun Müdafiə Nazirliyində və ya başqa yerdə bu işi həyata keçirə biləcək heç bir tanışı olan vəzifəli şəxs yoxdur və heç vaxt da olmamışdır. Nə istintaq zamanı, nə də məhkəmə zamanı onun Zərərçəkmiş şəxs2 aktiv rüşvətxorluğa təhrik etməyinə dair sübut yoxdur. Niyyətlərinin hamısı etibardan sui-istifadə edərək əmlakı ələ keçirmək olmuş və bunun üçün də z ərərçəkənə verdiyi bütün vədlər yalan olmuşdur. Məhkum kassasiya şikayətində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 fevral 2023-cü il tarixli qərarının ləğv edilməsi və Cinayət Məcəlləsinin 32.4,312.1-ci maddəsinə münasibətdə ona bəraət verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin olunmaması barədə dövlət ittihamçısının çıxışını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti qismən təmin edilməlidir. Azərbayc an Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan madd ədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid ola n kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya şikayətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Məhkum tərəfindən verilmiş kassasiya şikayətində mübahisə edilən məsələ CM-in 32.4, 312.1-ci maddəsi ilə bəraət verilməsi ilə bağlıdır. Göstərilən dəlillərə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, şəxsin cinayət qaydasında cəzalandırılmasının əsaslı olub-olmamasını müəyyən etmək üçün ilk növbədə cəzalandırılmaya əsas olmuş halların araşdırılması, xüsusilə də cinayət hadisəsinin, əməldə cinayət tərkibinin olub-olmaması, şəxsin hərəkətlərinə cinayət qanunu normasının düzgün şamil edilib-edilməməsi məsələlərinə münasibət bildirilməsi tələb olunur. Azə rbaycan Respublikası CPM-in 1.1-ci maddəsində əsasən Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmamasını, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və müdafiəsinin hüquqi prosedurlarını müəyyən edir. Məhkəmə kollegiyası iş materiallarına və qanunvericiliyin müvafiq norma və müddəalarına əsaslanaraq hesab edir ki, Məhkum əməlində Azərbaycan Respublikası CM-in 32.4, 312.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkibi olmadığına görə Məhkum Cinayət Məcəlləsinini həmin maddəsi ilə təqsirli bilinib məhkum olunmasına və cəza təyin edilməsinə dair müddəalar məhkəmə qərarl arından xaric olunmalıdır. Bu mövqeyini əsaslandırmaq üçün məhkəmə kollegiyası iş materiallarına, cinayət qanunu normalarının tələblərinə, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1, 178-ci maddələrinin və 312-ci maddəsinin Qeyd hissəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 14 iyul 2022-ci il tarixli Qərarında verilən şərhlərə, habelə “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarında göstərilən tövsiyələrə müraciət etməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət m əsuliyyəti yaradır. Həmin Məcəllənin 7.1-ci maddəsinə əsasən yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Cinayət Məcəlləsinin 178.1-ci maddəsi dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmənin törədilməsinə görə cinayət məsuliyyətini nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1, 178-ci maddələrinin və 312-ci maddəsinin Qeyd hissəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 14 iyul tarixli Qərarında və Konstitusiya Məhkəməsi Palatasının “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 1 78ci maddəsinin həmin Məcəllənin 312-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsi barədə Gəncə Apellyasiya Məhkəməsinin müraciətinə dair” 17 aprel 2023-cü il tarixli Qərardadında ifadə olunmuş hüquqi mövqelərə əsasən təqsirkarın əməli CM-in 178.1-ci maddəsinin dispozisiyası ilə əhatə olunduğundan və burada rüşvət verməyə təhrik etmə cinayətinin (CM-in 32.4, 312-ci maddələri) tərkibinin yaranması üçün zəruri olan obyektiv və subyektiv əlamətlər mövcud olmadığından, əməl qeyd edilən cinayətlərin ideal məcmusu kimi deyil, yalnız CM-in 178-ci maddəsi ilə dələduzluq cinayəti kimi tövsif olunmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun 2022-ci il 14 iyul tarixli Qərarının təsviriəsaslandırıcı hissəsində isə qeyd olunmuşdur ki, psevdorüşvətçiyə “rüşvət” şəklində pul və sair nemətlər verilməsi hal ında “rüşvət verməyə təhrik kimi görünən hərəkətlər əslində dələduzluğun üsuludur. Bundan əlavə, yalançı vasitəçi rüşvət verənlə rüşvət alan arasında korrupsiya razılaşmasının əldə olunmasına çalışmır, ona görə də onun əməli korrupsiya cinayətinin obyektinə zərər vura, yəni dövlət orqanlarını nüfuzdan sala bilməz. Yalançı vasitəçinin niyyəti dövlət qulluğunun mənafeyinə deyil, müstəsna olaraq əmlak münasibətlərinə zərər vurmağa yönəlib.” Konstitusiya Məhkəməsinin Palatası da məhz bu yanaşmadan çıxış edərək və bununla da həmin yanaşmanı müdafiə etdiyini bir daha nümayiş etdirərək 2023-cü il 17 aprel tarixli Qərardadında qeyd etmişdir ki, “yalançı vasitəçilik zamanı şəxs öz vasitəçilik xidmətini vəd edib rüşvət verəndən guya vəzifəli şəxsə ötürmək üçün rüşvət şəklində pul və sair maddi nemət lər alır, lakin faktiki olaraq alınanları mənimsəyərək dələduzluq əməlini törətmiş olur. Müvafiq olaraq bu halda rüşvət vermə cinayət əməlinin obyekti olan dövlət qulluğunun mənafeyi və s. ilə bağlı ictimai münasibətlər deyil, mülkiyyət hüquq münasibətləri təhlükə altına alınır.” “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2015-ci il 11 iyun tarixli 7 nömrəli qərarının 36-cı bəndində qeyd edilir ki, dələduzluq cinayətlərinə dair işlərə baxarkən məhkəmələrin diqqəti bu əməllərin vəzifəli şəxslər, habelə rüşvətxorluqda vasitəçilik etmə adı ilə dələduzluq etmiş (“rüşvətxorluqda yalançı vasitəçi”) şəxslər tərəfindən törədilməsinə cəlb edilsin. Dələduzluğun törədilməsi zamanı aldadılmış və ya etibarından sui-istifadə edilmiş və öz əmlakını bunun nəticəsində başqa şəxsə vermiş zərər çəkmiş şəxs qısa və ya uzun müddətdən sonra həmin əmlakının geri qaytarılmasını ehtimal edir, gözləyir, lakin əmlakı ələ keçirmiş şəxs onu qaytarmaq niyyətində olmadığından və öz ehtiyaclarına sərf etdiyindən, buna nail ola bilmir. Azərbaycan Respublikası CPM-in 416.1.6-cı maddəsinə əsasən məhkəmənin hökm və ya qərarının kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsinin əsaslarından biri məhkəmənin cinayət tərkibinin əlamətləri olmadan ittiham hökmü çıxarmasıdır. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda şərh olunanlara əsasən Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 fevral 2023-cü il tarixli qərarı Məhkum Azərbaycan Respublikası CM-in 32.4, 312.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə d air hissəsində dəyişdirilməlidir. Göstərilənlərə əsasən kassasiya şikayətinin dəlilləri qismən əsaslı olduğundan və cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 fevral 2023-cü il tarixli qərarını dəyişdirilərək Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 fevral 2023-cü il tarixli qərarından və onunla bağlı Tərtər Hərbi Məhkəməsinin 7 sentyabr 2022-ci il tarixli hökmündən Məhkum Azərbaycan Respublikası CM-in 32.4,312.1-ci maddəsi ilə təqsirləndirilməsinə və məhkum edilməsinə, həmin maddə ilə və Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsi ilə cəzalandırılmasına dair müddəalar xaric edilməli, apellyasiya instansiyasının qərarı qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləs inin 419.10.4-cü maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 fevral 2023-cü il tarixli qərarı Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilsin. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 fevral 2023-cü il tarixli qərarından və onunla bağlı Tərtər Hərbi Məhkəməsinin 7 sentyabr 2022-ci il tarixli hökmündən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 312.1-ci maddəsi ilə təqsirləndirilməsinə və cəzalandırılmasına, habelə Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsi ilə cəzalandırılmasına dair müddəalar xaric edilsin. Məhkum üzərində Tərtər Hərbi Məhkəməsinin 7 sentyabr 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1-ci maddəsi ilə təyin olunmuş 4500 manat miqdarında cərimə cəzası saxlanılsın. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar