Məhkəmə qərarları › İş №1-1(102)-58/2024

Ali Məhkəmə Qərar — İş №1-1(102)-58/2024

01.11.2024 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-58/2024 01.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Cəbrayılova Sevinc Elton qızının katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X1, Məhkum3 müdafiəçisi Müdafiəçi3, Məhkum4 müdafiəçisi Müdafiəçi4 və Məhkum1 müdafiəçisi Müdafiəçi5 iştirakları ilə, Kassasiya şikayəti v erilməsi üçün buraxılmış müddətin bərpası haqqında vəsatətin təmin edilməməsinə dair Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 mart 2024-cü il tarixli, 1-1(106)-37/2018 nömrəli qərarından Məhkum3 müdafiəçisi Müdafiəçi3, Məhkum4 müdafiəçisi Müdafiəçi4 və Məhkum1 müdafiəçisi Müdafiəçi5 tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 2018-ci il 25 iyul tarixli, 1-1(097)-03/2018 saylı hökmü ilə Məhkum3 CM-in 134, 150.2.1, 150.2.4, 150.2.5, 151, 180.2.2, 182.2.1, 182.2.2, 274, 32.4,312.2, 329.3, 330.3, 331.2, 331.3, 338.2 və 341.3-cü maddələrində nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinib, CM-in 134-cü maddəsi ilə 9 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-in 150.2.1, 150.2.4 və 15 0.2.5-ci maddələri ilə 6 il müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-in 151-ci maddəsi ilə 1 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-in 180.2.2-ci maddəsi ilə 4 il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 182.2.1 və 182.2.2-ci maddələri ilə 6 il müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-in 274-cü maddəsi ilə ömürlük azadlıqdan məhrum etmə cəzasına, CM-in 32.4,312.2-ci maddəsi ilə 4 il müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-in 329.3-cü maddəsi ilə 6 il müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-in 330.3-cü maddəsi ilə 6 il müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-in 331.2-ci maddəsi ilə aylıq pul təminatından dövlət nəfinə 10 % məbləğdə pul tutulmaqla 6 ay müddətə hərbi xidmət üzrə məhdudlaşdırma, CM-in 331.3cü maddəsi ilə 4 il müddətinə azadlıqda n məhrum etmə cəzasına, CM-in 338.2-ci maddəsi ilə 4 il müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-in 341.3-cü maddəsi ilə ilə 6 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə ona qəti olaraq ömürlük azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, cəzasını həbsxanada çəkməsi, cəzanın əvvəlinin 26 noyabr 2016-cı il tarixdən hesablanması, hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməməsi qərara alınmış; Məhkum4 CM-in 120.2.1, 120.2.3, 120.2.6, 134, 150.2.1, 150.2.4, 150.2.5, 151, 182.2.1, 182.2.2, 274, 329.3, 330.3, 331.2, 331.3, 341.3 və 349.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinib, CM-in 120.2.1, 120.2.3 və 120. 2.6-cı maddələri ilə 20 il müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-in 134-cü maddəsi ilə 9 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-in 150.2.1, 150.2.4 və 150.2.5ci maddələri ilə 6 il müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-in 151-ci maddəsi ilə 1 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-in 182.2.1 və 182.2.2-ci maddələri ilə 6 il müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-in 274-cü maddəsi ilə 19 il müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-in 329.3-cü maddəsi ilə 6 il müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-in 330.3-cü maddəsi ilə 6 il müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-in 331.2-ci maddəsi ilə aylıq pul təminatından dövlət nəfinə 10 % məbləğdə pul tutulmaqla 6 ay müddətinə hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına, CM-in 331.3-cü 4 il müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-in 338.2-ci maddəsi ilə 4 il müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-in 341.3-cü maddəsi ilə 6 il müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-in 349.2.4-cü maddəsi ilə 4 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə ona qəti olaraq 20 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasının ilk on ilini həbsxanada, qalan hissəsini isə ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzanın əvvəlinin 22 noyabr 2016-cı il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, CM-in 48.0.2-ci maddəsinə əsasən "gizir” hərbi rütbəsindən məhrum edilməsi qərara alınmışd ir. Birinci instansiya məhkəməsinin qeyd olunan hökmündən Məhkum3 və müdafiəçisi E.S.Salahov, Məhkum4 və müdafiəçisi V.Y.Quliyev tərəfindən verilmiş apellyasiya şikayətləri Şirvan Apellyasiya Məhkəməsinin 2018-ci il 23 noyabr tarixli 1-1(106)-37/2018 saylı qərarı ilə təmin edilməmiş, hökm dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin 2018-ci il 23 noyabr tarixli 1-1(106)-37/2018 saylı qərarından Məhkum3 və müdafiəçisi Müdafiəçi3, habelə Məhkum4 müdafiəçisi Müdafiəçi4 kassasiya şikayətləri vermişlər, eyni zamanda, kassasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpası haqqında vəsatətlər verərək kassasiya şikayəti vermə müddətinin bərpa olunmasını xahiş etmişlər. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1-1(106)-37/2018 nömrəli qərarı ilə məhkumlar Məhkum3 və Məhkum4 vəsatətləri təmin edilməmiş, Şirvan Apellyasiya Məhkəməsinin 23 noyabr 2018-ci il tarixli 1-1(106)-37/2018 saylı yekun qərarından məhkumlar Məhkum3 və Məhkum4 münasibətdə kassasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpasından imtina edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, MÜDAFİƏÇİLƏR VƏ DÖVLƏT İTTİHAMÇİSNİN ÇİXİŞLARİ: Hər üç məhkumun müdafiəçiləri kassasiya şikayətlərini əsaslandıraraq qeyd etmişlər ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin əvvəlki redaksiyasında apellyasiya instansiyası məhkəməsinin qərarından məhkumlar və onların müdafiəçiləri tərəfindən kassasiya şikayətlərinin verilməsi üçün prosessual müddət 18 ay təşkil edirdi. 2020-ci İlin fevral-mart aylarından etibarən bütün dünyada, o cümlədən Azərbaycanda COVİD-19 pandemiyası geniş vüsət almış, nəticədə bütün ölkə boyu ciddi qapanmalara gedilmiş, Penitensiar Xidmətin bütün istintaq təcridxanaları və cəzaçəkmə müəssisələrində olduğu kimi məhkumların saxlandığı Cəzaçəkmə Müəssisələrində də sərt karantin rejimi tətbiq edilmişdir. Sərt karantin rejimi məhkumların ailə üzvləri və vəkillərlə normal və davamlı ünsiyyətini obyektiv olaraq məhdudlaşdırmış, işin və qərarlardan verilməsi planlaşdırılan kassasiya şikayətlərinin onların müdafiəçiləri ilə müzakirəsi və nəticədə onun verilməsi məhkumlardan asılı olmayan səbəblərdən, faktiki olaraq qarşısı alınmaz fövqəladə hadisə səbəbindən mümkün olmamışdır. Sərt karantin məhdudiyyətləri penitensiar xidmət müəssisələrində 2022-ci ilin əvvəllərinə qədər davam etmişdir. 18 dekabr 2021-ci il tarixdə Baş Prokurorluq, Daxili İ şlər Nazirliyi və Dövlət Təhlükəsizlik Xidmətinin mətbuat xidmətlərinin yaydığı birgə məlumatda bildirilmişdir ki, Müdafiə Nazirliyinin Tərtər, Ağdam, Beyləqan rayonları istiqamətində yerləşən hərbi hissələrində xidmət edən bəzi hərbi qulluqçuların qanunazidd əməlləri ilə əlaqədar həmin bölmələrin və digər hərbi hissələrin bir qrup hərbi qulluqçusu cinayət-prosessual qanunvericiliyinin tələblərinə zidd olaraq müvafiq səlahiyyətlərə malik olmaqdıqları halda qanunsuzluqlar törətməkdə şübhəli hesab etdikləri şəxsləri sorğulama prosesinə cəlb edib. Məlumatda o da qeyd edilmişdir ki, işçi qrup yaradılmaqla cinayət işləri Hərbi Prokurorluqdan tələb edilib ətraflı surətdə öyrənilib, hər bir qanunazidd əməlin baş vermə hallarının tam, hərtərəfli, obyektiv araşdırılması, bütün təqsirli şəxslərin da irəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb olunması, cinayətlərdən ziyan çəkmiş şəxslərin pozulmuş hüquqlarının bərpası və müdafiəsi üçün zəruri tədbirlərin görülməsi məqsədilə 2021-ci ilin 16 dekabr tarixində Baş Prokurorluqda göstərilən faktlar üzrə cinayət İşlərinin icraatının təzələnməsi haqqında qərarlar qəbul edilib. Yerli KİV tərəfindən geniş yayılmış bu məlumatlar məhkumlar tərəfindən onların da məsuliyyətə cəlb edildikləri cinayət işləri üzrə təzələnmiş araşdırma aparılacağı inamı formalaşdırmış, yuxarıda qeyd edilən pandemiya məhdudiyyətləri kontekstində o Şirvan Apellyasiya Məhkəməsinin qərarlarından kassasiya şikayətlərinin verilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş müddətləri ötürmüşlər və gözləmə mövqeyi tutmuşlar. Təzələnmiş icraatlar çərçivəsində 2022 və 2023-cü il lər ərzində çoxsaylı hərbi qulluqçulara bəraət verilmiş yaxud bəraət almadan azadlığa buraxılmışlar. Lakin hər 3 məhkumun cinayət məsuliyyəti ilə yekunlaşmış iş üzrə prokurorluq tərəfindən indiyə qədər heç bir araşdırma aparılmamışdır. Nəticədə pandemiya ilə başlamış məhkumların iradəsindən asılı olmayan vəziyyət indiyə qədər, yəni kassasiya şikayətlərinin verilməsinə qədər davam etmişdir. Nəticə etibarilə məhkumlar onların azadlıqdan məhrum etmə kimi ağır cəzaya məhkum edilməsi ilə nəticələnmiş cinayət işi üzrə apellyasiya instansiyası məhkəməsinin qərarlarından kassasiya şikayətləri vermək hüququndan könüllü imtina etməmiş, buna faktiki məcbur qalmaqla onların iradələrindən asılı olmayan və yuxarıda qeyd edilən hallar nəticəsində qərarlardan şikayət vermək üçün nəzərdə tutulmuş müddəti ö türmüşlər. İşin hallarından görünür ki, məhkumlar pandemiyadan əvvəlki dönəmə təsadüf edən barələrində birinci instansiya məhkəməsinin hökmündən qanunvericiliklə nəzərdə tutulmuş müddətdə şikayətlər vermişlər, onlara qarşı irəli sürülmüş ittihamları qətiyyətlə rədd etmişlər. Bu fakt da onu təsdiq edir ki, pandemiyanın başladığı zaman artıq məhkumlar özlərindən asılı olmayan səbəblərdən kassasiya şikayətləri vermək üçün imkandan məhrum olmuşdurlar. Məhkumların müdafiəçilər yuxarıda qeyd edilənlərə əsasən Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1-1(106)-37/2018 saylı iş üzrə 29 mart 2024-ci il tarixli qərarının ləğv edilməsini və məhkumlar barəsində olan Şirvan Apellyasiya Məhkəməsinin 23 noyabr 2018-ci il tarixli qərarından kassasiya şikayətlərinin verilməsi üçün nəzərdə tutu lan müddətlərin bərpa edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdirlər. Məhkəmə kollegiyasının iclasında iştirak edən Məhkum3 müdafiəçisi Müdafiəçi3 və Məhkum4 müdafiəçisi Müdafiəçi4 çıxış edərək tərəflərindən verilmiş kassasiya şikayətlərinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında işrirak edən dövlət ittihamçısı Ayxan Hüseynli çıxış edərək kassasiya şikayətlərinin təmin edilməməsini, Şirvan Apellyaisya Məhkəməsinin Cinayət kollegiyasının qərarının qüvvədə saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə ci nayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışını dinləyib cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, kassasiya şikayətinin d əlillərinə aşağıdakı məzmunda hüquqi qiymət vermişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 411.2-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi üçün buraxılmış müddətin bərpası haqqında vəsatəti aşağıdakı hallarda təmin etmək hüququna malikdir: 411.2.1. bu Məcəllənin 409-cu maddəsində göstərilmiş şəxs səhhətinin uzun müddətli fiziki və ya psixi pozuntularına səbəb olan ağır xəstəliyə tutulduqda və bunun nəticəsində onun obyektiv olaraq vaxtında kassasiya şikayəti və ya kassasiya protesti vermək imkanı olmadıqda; 411.2.2. bu Məcəllənin 409-cu maddəsində göstərilən şəxsi vaxtında kassasiya şikayəti və ya kassasiya protesti vermək imkanından məhrum edən fövqəladə hadisə və ya həmin şəxsin iradəsindən asılı olmayan digər hal baş verdikdə. Apellyasiya instansiya məhkəməsi kassasiya şikayəti vermək üçün müəyyən olunmuş müddətin üzrlü səbəbdən ötürülməsinə dair hər hansı sübutun müdafiə tərəfindən məhkəməyə təqdim edilmədiyini müəyyən etmiş və bu səbəbdən vəsatətləri təmin etməmişdir. Azərbaycan Respublikası CPM-in 412.3-cü maddəsinə görə kassasiya şikayəti və ya kassasiya protestinə, həmçinin müraciət edən şəxsin dəlillərini təsdiq edən sənədlər əlavə edilə bilər. Kassasiya məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, kassasiya şikayəti vermək üçün müddətin bərpasına dair vəsatətdə buraxılmış prosessual müddətin bərpası üçün üzürlü səbəb kimi qəbul oluna bilən hər hansı əsaslı dəlil qeyd edilməmişdir. Müdafiəçilər buraxılmış prosessual müddəti n bərpası barədə vəsatətinə həmin müddətin üzrlü səbəbdən ötürülməsini, yaxud onların vaxtında kassasiya şikayəti verməsini çətinləşdirən və ya mümkünsüz edən digər maneələrin və ya obyektiv amillərin ortaya çıxaraq uzun müddət davam etməsini təsdiq edən sübutlar, faktiki olaraq formal mülahizəyə istinad edərək təsdiqedici sənədlər təqdim etməmiş və əsaslı üzürlü səbəblər göstərə bilməmişdir. Vəsatətlərdə qeyd olunan sözügedən halların mövcud olması obyektiv olaraq məhkumları şikayət vermək hüququnun məhdudlaşdırılması üçün əsas olmamışdır Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin 23 noyabr 2018-ci il tarixli qərarından kassasiya şikayətinin verilməsi üçün qanunla nəzərdə tutulmuş prosessual müddət məhkumlar Məhkum3 və Məhkum4 tərəfindən üzrsüz səbəb dən ötürülmüşdür. Kassasiya şikayətində göstərilən dəlillər prosessual müddətin ötürülməsinin üzrlü səbəbdən baş verməsi qənaətinə gəlmək üçün yetərli deyildir. Digər tərəfdən, kifayət qədər üzrlü səbəblər olmadan buraxılmış prosessual müddətlərin bərpası məhkəmə aktlarının və bu aktlarla müəyyən olunan hüquq münasibətlərinin stabilliyinə xələl gətirmiş, demokratik cəmiyyətdə qanunun aliliyi və hüquqi müəyyənlik prinsiplərini pozmuş olar. Ona görə də məhkəmə aktları qanuni qüvvəyə mindikdən sonra onların mübahisələndirilməsi yolverilməzdir və vaxtında istifadə edilməmiş mübahisələndirmə (şikayət) imkanının yenidən verilməsi (yəni ötürülmüş müddətin bərpası) üçün kifayət qədər tutarlı (təkzib olunmaz) əsaslar mövcud olmalıdır. Cinayət-Prosessual Məcəlləsinə görə cinayət mühakimə icraatı zam anı üzrlü səbəblərə görə buraxılmış müddət maraqlı şəxsin vəsatəti və ya xahişi ilə cinayət prosesini həyata keçirən orqanın qərarı ilə bərpa olunmalıdır. Cinayət prosesini həyata keçirən orqanın qərarında başqa hal nəzərdə tutulmayıbsa, müddət digər şəxslər üçün deyil, ancaq onu buraxmış şəxs üçün bərpa edilir (203.3-cü maddə); Məhkəmə kollegiyası kassasiya şikayətinə münasibətdə həmçinin bildirir ki, cinayət prosessual qanunvericilikdə müəyyən edilmiş müddətlər ədalət mühakiməsinin həyata keçirilməsində xüsusi rol oynayır. Cinayət mühakimə icraatı vasitəsi ilə təsbit edilən müddətlərdə proses iştirakçılarının hüquq və vəzifələri yaranır, icra olunur və ya onlara xitam verilir. Müddət, proses iştirakçılarına hökm edib onları özünə tabe edən, inkar edilməsi mümkün olmayan və hamılıqla sö zsüz qəbul edilməli olan bir rəhbərdir. Buna əsasən qanunverici cinayət prosessual fəaliyyətin məqsədlərinə nail olmaq üçün prosessual müddətləri təsbit etmişdir. Bu müddətlər ərzində cinayət prosesinin iştirakçıları müəyyən prosessual hərəkətlər etməli və ya həmin prosessual hərəkətlərin edilməsindən çəkinməlidirlər. Məhkəmə kollegiyası həmçinin müddətlərin tətbiqi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “Avropa Məhkəməsi”) təcrübəsinə istinad etməyi zəruri hesab edir. Belə ki, Avropa Məhkəməsinin mövqeyinə görə, məhkəməyə müraciət edilməsi hüququna müddət məhdudiyyəti tətbiqinin bır sıra məqsədləri var. Bunlardan əsası - işlərə ağlabatan müddətdə baxılmasını təmin etməklə, hüquqi müəyyənliyi qoruyub saxlamaq və məhkəmə çəkişmələri tərəflərinin uzun müddət qeyri -müəyyənlik vəziyyətində qalmasının qarşısını almaqdır. Bu qayda, eyni zamanda, perspektiv şikayətçiyə məhkəməyə müraciət edib etməmək barədə düşünmək, şikayət etməyə qərar verdiyi halda isə qaldırılacaq konkret şikayət və dəlilləri barədə qərar vermək üçün vaxt verir. Müddət məhdudiyyətinin müəyyən edilməsi eləcə də məhkəmələrin iş üzrə faktların müəyyən edilməsi imkanlarını genişləndirir, çünki zaman keçdikcə, qaldırılan məsələlərə ədalətli şəkildə baxılması problemli hala çevrilir. Belə qayda məhkəmələr tərəfindən həyata keçirilən nəzarətin müəyyən vaxtla məhdud olduğunu nümayiş edir və tərəflərə belə nəzarətin tətbiqinin uzun müddət mümkün olmayacağını bildirir. Bu cür müddət məhdudiyyətinin mövcud olduğu, İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasına üzv dövlətlərinin qəbul edilmiş məhkəmə qərarlarının davamlı olaraq şübhə altına alınmasının qarşısını almaq arzusu ilə əsaslandırılmış və cəmiyyətdə nizam, sabitlik və sülhün qorunmasına yönəlmişdir. Avropa Məhkəməsinin davamlı mövqeyi ondan ibarət olmuşdur ki, prosessual qaydalara riayət edilməsi və məhkəməyə müraciət etmək hüququna müddət məhdudiyyətinin qoyulması, məhkəmə tərəflərinin qanun qarşısında bərabərliyini təmin edən hüquqi müəyyənlik prinsipinin təməl əsaslarını təşkil edir. Bu prinsip Konvensiyanın bütün maddələrində açıq şəkildə ifadə edilmişdir və qanunun aliliyinin fundamental tərkib hissələrindən biridir (bax, X4rşı [BP], no. 27396/06, §§ 39-42, 29 iyul 2012) Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayəti vermə müddəti üzrsüz səbəbdən buraxmaqla verildiyindən və iş materialları ilə müddət in üzrlü səbəbdən buraxılması müəyyən olunmadığından kassasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpası barədə vəsatətinin dəlilləri əsassızdır və ona görə də həmin vəsatətin rədd edilməsinə dair Apellyasiya məhkəməsinin gəldiyi nəticə əsaslıdır. Qeyd olunanlara əsasən kassasiya məhkəmə kollegiyası hesab edir ki, məhkumlar Məhkum3 və Məhkum4 müdafiəçiləri tərəfindən verilmiş kassasiya şikayətləri əsassız olduğundan təmin edilməməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 mart 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq QƏRARA ALDİ: Məhkum3 müdafiəçisi Müdafiəçi3 və Məhkum4 müdafiəçisi Müdafiəçi4 tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin 2018-ci il 23 noyabr tarixli 1-1(106)-37/2018 saylı qərarından verilmiş kassasiya şikayətlərinin verilmə müddətlərinin bərpa olunması haqqında vəsatətlərin rədd edilməsi barədə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 mart 2024-cü il tarixli, 1-1(106)-37/2018 nömrəli qərarı müdafiəçilər Müdafiəçi3 və Müdafiəçi4 tərəfindən verilmiş kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar