Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-58/2025 18.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Teyyub Asif oğlu Muxtarov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, Pərviz Müseyib oğlu Hacıyevin katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun iştirakı ilə, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 yanvar 2025-c i il tarixli 1-1(104)-40/2025 nömrəli qərarından Məhkum müdafiəçisi Müdafiəçi2 İnqilab oğlu tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏNETDİ: Tərtər Hərbi Məhkəməsinin (hakim Əhməd Sarıyev) 17 oktyabr 2023-cü il tarixli 11(098)-1/2023 nömrəli qərarı ilə 1968-ci il tarixdə Tərtər rayonu Umudlu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən Məhkum həmin maddələr ilə cinayət məsuliyyətindən azad olunmuş və barəsində cinayət təqibinə xitam verilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin qərarı ilə Məhkum vətəndaşların şəxsi mülkiyyətində olan əmlakını oğurlay ıb talamaq məqsədilə qohumları X4 və X5 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək 1994-cü ilin avqust ayının 31-də gecə vaxtı Goranboy rayonunun Xanqərvənd kəndində yaşayan X1 həyətindəki xüsusi saxlanc yeri olan mal damından 3 baş qoyun, 13 baş hinduşkanı və 20 baş toyuğu gizli yolla oğurlayıb talamaqla zərərçəkənə külli miqdarda ziyan vurmuşdur. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Salman Hüseynov (sədrlik edən və məruzəçi), Əlizamin Abdullayev və Nural Əliyev) 07 dekabr 2023-cü il tarixli 1-1(104)-85/2023 nömrəli qərarı ilə Tərtər Hərbi Məhkəməsinin 17 oktyabr 2023-cü il tarixli 1-1(098)-1/2023 nömrəli qərarı ləğv edilmiş, Məhkum 1 sentyabr 2000-ci ilə kimi qüvvədə olmuş Azərbaycan Respublikası CM-in 143-cü maddəsi ilə təqsirləndirilməsinə dair cin ayət işi yenidən baxılması üçün həmin məhkəmənin məhkəmə baxışı mərhələsinə qaytarılmışdır. Dövlət ittihamçısı1 tərəfindən verilmiş apellyasiya protesti təmin edilmişdir. Tərtər Hərbi Məhkəməsinin (hakim İlqar Quliyev) 03 dekabr 2024-cü il tarixli 11(098)-6442023 nömrəli qərarı ilə Azərbaycan Respublikası (01 sentyabr 2000-ci ilə kimi qüvvədə olmuş) Cinayət Məcəlləsinin 44-cü maddəsinin tələblərinə əsasən cinayət məsuliyyətinə cəlb etmə müddəti keçməsi ilə bağlı Azərbaycan Respublikası (01 sentyabr 2000-ci ilə kimi qüvvədə olmuş) Cinayət Məcəlləsinin 143-cü maddəsinin 4-cü hissəsi ilə cinayət məsuliyyətindən azad olunmuş, barəsində cinayət təqibinə və cinayət işi üzrə icraata xitam verilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Müşfiq Məmmədov (sədrlik edən və məruzəçi), Rafiq Cəfərov və Faiq Mahmudov) 27 yanvar 2025-ci il 1-1(104)-40/2025 nömrəli qərarı ilə Tərtər Hərbi Məhkəməsinin 03 dekabr 2024cü il tarixli 1-1(098)-6442023 nömrəli qərarı ləğv edilmiş, Məhkum 1 sentyabr 2000-ci ilə kimi qüvvədə olmuş Azərbaycan Respublikası CM-in 143-cü maddəsinin 4-cü hissəsi ilə təqsirləndirilməsinə dair cinayət işi yenidən baxılması üçün birinci instansiya məhkəməsinə məhkəmə baxışı mərhələsinə qaytarılımışdır. Dövlət ittihamçısı1 tərəfindən verilmiş apellyasiya protesti təmin edilmişdir. Təqsirləndirilən şəxs Məhkum müdafiəçisi Müdafiəçi2 İnqilab oğlu kassasiya şikayəti verərək Gəncə Apellyasiya Məhkəməsi Cinayət kollegiyasının 27 yanvar 2025-ci il 11(104)-40/2025 nömrəli qərarının ləğv edilməsini və Tərtər Hərbi Məhkəməsinin 03 dekabr 2024-cü il tarixl i 1-1(098)-6442023 nömrəli qərarının qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Müdafiəçi2 İnqilab oğlu kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsinin qərarı əsassız və qanunsuzdur. Belə ki, təqsirləndirilən şəxs Məhkum cinayət əməlini 31 avqust 1994-cü il tarixdə törətdiyindən onun barəsində 01 sentyabr 2000-ci ilədək qüvvədə olmuş Azərbaycan Respublikası CM-in 44-cü maddəsinin tələblərini əsas tutmaqla CM-in 10-cu maddəsinə əsasən onun barəsində tətbiq edilməlidir. Belə ki, CM-in (01 sentyabr 2000-ci ilə kimi qüvvədə olmuş) 44-cü maddəsinə əsasən şəxsin gizlənməsindən və müddətin axımının dayandırlmasından asılı olmayaraq əgər cinayət edildiyi vaxtdan on beş il keçərsə və müddət yeni cinayətin edilməsi il ə kəsilməmişdirsə, şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Hazırda qüvvədə olan CM-in 10-cu maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza, bu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə müəyyən edilir. Törədildiyi zaman cinayət sayılmayan əmələ görə heç kəs cinayət məsuliyyətinə cəlb oluna və cəzalandırıla bilməz. İctimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilmə vaxtı, onun nəticələrinin baş verdiyi andan asılı olmayaraq, cinayətin törədildiyi vaxt sayılır. Əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və bu əmələ görə cəzanı aradan qaldıran, cəzanı yüngülləşdirən, yaxud cinayət etmiş şəxsin vəziyyətini başqa cür yaxşılaşdıran cinayət qanununun geriyə qüvvə si vardır, yəni həmin qanunun qüvvəyə minməsindən əvvəl müvafiq əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxslərə, habelə cəza çəkən, yaxud cəzasını çəkmiş, lakin məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslərə şamil edilir. Əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və həmin əmələ görə cəza müəyyən edən, cəzanı ağırlaşdıran, yaxud cinayət törətmiş şəxsin vəziyyətini başqa cür ağırlaşdıran cinayət qanununun geriyə qüvvəsi yoxdur. Yuxarıda qeyd olunan hallar özü-özlüyündə 01 sentyabr 2000-ci ilədək qüvvədə olan CM-in 44-cü maddəsinin həqiqi məzmunu və mənası ilə uzlaşan faktlar əsasında Məhkum məhkəmədən gizlənib-gizlənməməsindən asılı olmayaraq, gizlənibsə və arada gizlənmə müddətini kəsən hallar olub-olmamasından asılı olmayaraq, bir sözlə onun tərəfində n törədilən cinayət əməlindən sonra 15 il keçdikdə hər bir halda onun barəsində məsuliyyətinə cəlb etmə müddətinin keçməsinə görə cinayət məsuliyyətindən azad edilməsi əsasları yaranmışdır. Qanunvericiliyin bu imperativ normasının tətbiqinə prosessual qanunvericiliyin müddəasına istinadən məhdudiyyət qoyulması qanunsuzdur və əsassızdır. Təsvir olunanlarla müdafiə tərəfi hesab edir ki, cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsinə görə Məhkum barəsində cinayət işi üzrə icraata xitam verilməsinə dair müdafiəçinin verdiyi vəsatət qanuni və əsaslı olmuşdur. Eyni zamanda CPM-in 41-ci və 43-cü maddələrində cinayət təqibinə xitam verilməsi əsaslarında olan fərq ondan ibarətdir ki, məhkəməyədək icraat zamanı CPM-in 41-ci maddəsində cinayət təqibinə xitam verilməsi yalnız təqsirləndirilən şə xsin razılığı ilə mümkündür, məhkəmə baxışı gedişində isə CPM-in 43-cü maddəsində cinayət təqibinə xitam verilməsi müdafiə tərəfinin razılığı ilə mümkündür. Ona görə də birinci instansiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, Məhkum tərəfindən keçən əsrdə törədilmiş və hal-hazırda az ağır cinayət sayılan əmələ görə cinayət məsuliyyətinə cəlb etmə müddəti 2010-ci ildə bitmişdir və bu səbəbdən məhkəmə onun barəsində cinayət işinin icraatını əsassız olaraq 15 il ərzində dayandırılmış vəziyyətdə saxlamışdır və bu səbəbdən müdafiəçinin razılığını özündə əks etdirən cinayət işinə xitam verilməsi barədə vəsatəti haqlı olaraq təmin etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, dövlət ittihamçısının çıxışını dinləyib hesab edir ki, aşağı da göstərilənlərə əsasən təqsirləndirilən şəxs Məhkum müdafiəçisi Müdafiəçi2 İnqilab oğlunun kassasiya şikayəti təmin olunmamalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Təqsirləndirilən şəxs Məhkum müdafiəçisi Müdafiəçi2 kassasiya şikayətinin başlıca dəlili ondan ibarətdir ki, apellyasiya instansiyası məhkəməsinin qərarı maddi və prosessual qanunların normalarının tələblərinin pozulması ilə çıxarılmışdır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini cinayət işinin materialları ilə əlaqəli şəkildə araşdırıb, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, kassasiya şikayətinin dəlillərini əsaslı hesab etmir. Belə ki, Azərbaycan Respublikası CPM-in 10.1-ci maddəsinə əsasən məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. Azərbaycan Respublikası CPM-in 41.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq və ya prokuror bəraətverici əsaslar olmadıqda təqsirləndirilən (şübhəli şəxsin), habelə ölmüş təqsirləndirilən (şübhəli) şəxsin və ya cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş, lakin təqsirləndirilən (şübhəli) şəxs qismində tanınanadək ölmüş şəxsin hüquqi varisinin, hüquqi varis müəyyən edilmədiyi, o cümlədən bu Məcəllənin 106-1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda müdafiəçinin, barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsi üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin razılığı olmadan cinayət təqibinə xitam verilməsi barədə qərar çıxara bilməz. Belə olan halda cinayət təqibi üzrə icraat bu Məcəllə ilə müəyyən edilmiş qaydada davam etdirilir və hökmün, məhkəmənin digə r qərarının çıxarılması ilə başa çatdırılır. Azərbaycan Respublikası CPM-in 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Həmin Məcəllənin 44.2.1-ci maddəsinə əsasən bəraət hökmü və ya cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılması üçün müvafiq olaraq CPM-in 42 və 43-cü maddələrində göstərilən əsaslar mövcud olmadıqda, məhkəmə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyi halda, təqsirləndirilən şəxsə cəza təyin etməməklə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının cinayət-prosessual qa nunvericiliyində əks olunan uzanan və davam edən cinayətlərlə bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75-ci maddəsinin şərh olunmasına dair” 27 dekabr 2006-cı il tarixli qərarında göstərilmişdir ki, cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsinə görə cinayət işinin başlanması rədd edilərkən və ya başlanmış cinayət işinin icraatına xitam verilərkən CPM-in 41.2-ci maddəsinin tələbləri də nəzərə alınmalıdır. Belə halda, tədqiqatçı, müstəntiq və ya prokuror bəraətverici əsaslar olmadıqda təqsirləndirilən (şübhəli) şəxsin razılığı olmadan cinayət təqibinə xitam verilməsi barədə qərar çıxara bilməz. Bu halda cinayət təqibi üzrə icraat CPM ilə müəyyən edilmiş qaydada davam etdirilir və hökmün, məhkəmənin digər qərarının çıxarılması ilə başa çatdırılır. İş materiallarından görünür ki, təqsirləndirilən şəxs Məhkum uzun illər əvvəl yaşadığı ünvana qərarın göndərilməsi ilə bağlı məktub ünvanlasa da, təqsirləndirilən şəxsin olduğu yeri müəyyən etmək və məhkəmədə iştirakını təmin etmək üçün birinci instansiya məhkəməsi tərəfindən cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulan heç bir tədbir görülməmişdir. Bundan başqa, cinayət işinin materiallarından görünür ki, birinci instansiya məhkəməsi məhkəmə baxışı təqsirləndirilən şəxsin iştirakı olmadan Azərbaycan Respublikası CPM-in 467-13-cü maddəsinə əsasən qiyabi icraat qaydasında keçirilmişdir. Azərbaycan Respublikası CPM-in 467-13.1-ci maddəsinin tələblərinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100–119, 137, 144–145, 178, 179, 182, 193-1, 204, 205, 206, 206-1, 208, 214–219-1, 228, 274–283-1, 308–314-3, 318, 318-1, 319 və 324-cü maddələri, eləcə də həmin maddələrlə yanaşı eyni bir cinayət işi çərçivəsində cinayətlərin məcmusu üzrə həmin Məcəllənin digər maddələri ilə ittiham olunan təqsirləndirilən şəxsin Azərbaycan Respublikasının ərazisindən kənarda istintaqdan və ya məhkəmədən gizləndiyi və ya çağırışa gəlməkdən qəsdən boyun qaçırdığı üçün cinayət prosesində şəxsən iştirakının təmin edilməsi mümkün olmadıqda onun barəsində cinayət təqibi qiyabi icraat qaydasında aparıla bilər. Beləliklə hazırkı cinayət işi üzrə Məhkum barəsində cinayət təqibi qiyabi icraat qaydasında aparılmasına əsas verən ittiham irəli sürülməmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi işə baxarkən təqsirləndirilən şəxs Məhkum məhkəmə baxışında iştirakını təmin etmək üçün cinayət-prosessual qanunvericilikdə nəzərdə tutulmuş prosessual məcburiyyət tədbirlərini tətbiq etməmiş, qanuni əsaslar olmadan təqsirləndirilən şəxsin iştirakı olmadan məhkəmə iclasını keçirmiş, bununla da onun məhkəmə iclasında iştirak və müdafiə hüququnun pozulması ilə iş üzrə yekun qərar qəbul etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası 27 yanvar 2025-ci il tarixli, 11(104)-40/2025 nömrəli qərarı ilə haqlı olaraq Tərtər Hərbi Məhkəməsinin 03 dekabr 2024cü il tarixli, 1-1(098)-644/2023 nömrəli qərarını ləğv etmişdir. Birinci instansiya məhkəməsi məhkəmə baxışını təqsirləndirilən şəxsin iştirakı təmin edilmədən, yəni qanunun bu tələbi kobud şəkildə pozulmaqla keçirdiyindən, apellyasiya instansiyası məhkəməsi tərəfindən qərarın ləğv edilərək cinayət işinin yeni məhkəmə baxışına qaytarılması Azərbaycan Resp ublikası Cinayət-Prosessual Məcəlləsinin 391.9-cu maddəsinin tələblərinə tam uyğun olmuşdur. Azərbaycan Respublikası CPM-in 416.1-ci maddəsində göstərilmiş hallarda kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. Beləliklə, yuxarıda qeyd edilən halları nəzərə alaraq məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq şikayətin təmin edilmədən, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 yanvar 2025-ci il 1-1(104)-40/2025 nömrəli qərarının dəyişdirilmədən sax lanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 yanvar 2025-ci il 11(104)-40/2025 nömrəli Məhkum barəsindəki qərarı dəyişdirilmədən saxlanılsın. Məhkumun müdafiəçisi Müdafiəçi2 kassasiya şikayəti təmin edilməsin.
Məhkəmə qərarları › İş №1-1(102)-58/2025
Ali Məhkəmə Qərar — İş №1-1(102)-58/2025
18.06.2025 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver