Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-59/2019 20.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi Kollegiyası hakimlər Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Nəsirov İnqilab Maşallah oğlu və Əliyev Fərhad Kazım oğlundan ibarət tərkibdə, İbadzadə Anar Qənimət oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Yusifov İlkin Fərhad oğlu və Məhkum müdafiəçisi Müdafiəçi iştirakları ilə, Tərtər Hərbi Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının xx xxxxx 2019-cu il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq MÜƏYYƏN E T D İ: Tərtər Hərbi Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli, 1(098)-314/2018 saylı hökmü ilə (hakim: V.M.Nəsirov) xx xxxx 2000-ci il tarixdə Masallı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, tam orta təhsilli, Masallı rayonunun Boradigah qəsəbində qeydiyyatda olmaqla Müdafiə Nazirliyinin N №-li hərbi hissəsinin 3-cü taborunun əsgər yataxanasında yaşayan, xx xxxxx 2018-ci il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Masallı rayon şöbəsi tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılmış, hazırda N №-li hərbi hissənin 3-cü taborunun 7-ci bölüyünün 3-cü taqımının 1-ci manqasında atıcı vəzifəsində əsgər hərbi rütbəsində müddətli həqiqi hərbi xidmət edən, barəsində xx xxxxxx 2018-ci il tarixdə komandanlığın müşahidəsi altına vermə qətimkan tədbiri seçilmiş Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.1-ci maddəsi ilə təqsirli bilinərək, 6 (altı) ay müddətə intizam xarakterli hərbi hissədə saxlama cəzasına məhkum edilmiş, ona təyin edilmiş intizam xarakterli hərbi hissədə saxlama cəzasını intizam xarakterli hərbi hissədə, yəni Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində çəkməsi, cəzaçəkmənin başlanğıcının Məhkum intizam xarakterli hərbi hissədə cəzasının icrasına başladığı gündən hesablanması, hökmün icrasına nəzarətin intizam xarakterli hərbi hissənin komandirinə həvalə edilməsi, onun barəsində seçilmiş ko mandanlığın müşahidəsi altına vermə qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməsi hökm edilmişdir. İŞİN H A L L A R İ: Məhkəmənin hökmünə əsasən Məhkum ona görə təqsirli bilinib məhkum edilmişdir ki, o, tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozaraq zərərçəkmiş şəxsin şərəf və ləyaqətini alçaldaraq ona qarşı zor tətbiq etmişdir. Belə ki, Məhkum Müdafiə Nazirliyinin Ağcabədi rayonunun ərazisində yerləşən N nömrəli hərbi hissəsinin 3-cü taborunun 9-cu bölüyündə əsgər hərbi rütbəsində müddətli həqiqi hərbi xidmətdə olarkən, xx xxxx 2018-ci il tarixdə saat 19:30 radələrində taborun əsgər yataqxanasının yan tərəfində həmin bölükdə əsgər hərbi rütbəsində müddətli həqiqi hərbi xidmətdə olan X1 onunla söz lü mübahisə etməsinə əsəbiləşib, tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını, yəni Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 2, 5, 38 və 138-ci, habelə İntizam Nizamnaməsinin 1 və 3-cü maddələrinin «hərbi qulluqçular bir-biri ilə münasibətdə nəzakətli və təmkinli olmalı, nalayiq hərəkətlər etməməli, həmişə yüksək mədəniyyət, təvəzökarlıq və təmkin nümunəsi göstərilməlidir» kimi tələblərini pozaraq, əvvəlcə A.İ.Cəfərovun ünvanına nalayiq ifadə işlətmiş, daha sonra isə burun nahiyəsinə bir dəfə yumruq zərbəsi vurmaqla tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozmaqla zərərçəkmiş şəxs A.İ.Cəfərovun şərəf və ləyaqətini alçaldıb, ona qarşı zor tətbiq etmişdir. Hökmdən Məhkum müdafiəçisi S.B.Zeynalov tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Hərbi kollegiyası (hakimlər: F.K.Soltanov (sədrlik edən və məruzəçi), R.M.Cəfərov və İ.H.Əhmədovdan ibarət tərkibdə) xx xxxxx 2019-cu il tarixli qərarı ilə apellyasiya şikayətini təmin etmədən, hökmü isə dəyişdirilmədən saxlamışdır. Şirvan Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının xx xxxxx 2019-cu il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi kassasiya şikayəti vermişdir. KASSASİYA ŞİKAYƏTİNİN D Ə L İ L L Ə R İ: Məhkum müdafiəçisi Müdafiəçi kassasiya şikayətində zərərçəkmiş şəxsin şikayət və tələbinin olamamasını, hüquqlarını müdafiə etdiyi şəxsin zərərçəkmiş şəxslə barışmasını, təqsirini etiraf edib törətdiyi cinayət əmə linə görə peşmançılıq hissi çəkməsini, əvvəllər məhkum olunmamasını, hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən cinayət əməli törətməsini, xidməti yerindən müsbət xarakterizə olunmasını, ailə üzvlərinin çoxsaylı olması və heç yerdə işləməməklə ailəsinin həyat şəraitinin acınaqlı olmasını yüngülləşdirici hallar kimi nəzərə alaraq Şirvan Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının xx xxxxx 2019-cu il tarixli qərarının dəyişdirilməsini və Məhkum barəsində CM-in 70-ci maddəsini tətbiq etməklə, təyin edilmiş cəzanın şərti hesab edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsinə dair Məhkum müdafiəçisi Müdafiəçi, ka ssasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı İ.F.Yusifovun çıxışlarını dinləyib hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, Şirvan Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının xx xxxxx 2019-cu il tarixli qərarı cəza təyininə dair hissədə dəyişdirilməlidir. Kassasiya şikayətinə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq Məhkum məhkəmədə iştirak etmək arzusunu bildirməmiş, iş üzrə zərərçəkmiş şəxs A.İ.Cəfərov isə məhkəmə iclasında iştirak etməmişdir. Buna görə də məhkəmə kollegiyası Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.4-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ M Ə S Ə L Ə L Ə R: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılm ası üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir”. Qeyd olunan maddədən göründüyü kimi, kassa siya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Cinayət işinin materiallarından görünür ki, Məhkum cinayət əməli Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinə müvafiq toplanıb tədqiq edilmiş, mötəbər və yekun nəticəyə gəlməyə imkan verən sübutların məcmusuna istinad edilməklə Tərtər Hərbi Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 332.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Apellyasiya instansiyası məhkəməsində Məhkum apellyasiya şikayəti əsasında cinayət işinə ba xılarkən sübutların toplanması, tədqiqi və qiymətləndirilməsində birinci instansiya məhkəməsi tərəfindən nöqsanlara yol verilib-verilmədiyi yoxlanılmış və Şirvan Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının xx xxxxx 2019-cu il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, hökm dəyişdirilmədən saxlanılmışdır. Hazırkı kassasiya şikayətində isə Məhkum müdafiəçisi əməlin hüquqi tövsifini və təqsirlilik məsələsini mübahisələndirməmiş, Məhkum CM-in 70-ci maddəsi ttbiq edilməklə təyin edilmiş cəzanın şərti hesab edilməsini xahiş etmişdir. Cinayət işinin materiallarından və məhkəmələr tərəfindən qəbul edilmiş yekun məhkəmə aktlarından görünür ki, Məhkum ittiham olunduğu cinayət əməlini törətməsi halları, bu halları təsdiq edən ifadələr və ibtidai araşdırma zamanı qanuni üsullarla topla nmış başqa sübutlar birinci instansiya məhkəməsinin məhkəmə iclaslında tam, hərtərəfli və obyektiv araşdırılmış, apellyasiya instansiyası məhkəməsi tərəfindən ətraflı təhlil edilmiş, həmin iclaslarda sübutların toplanması və araşdırılması zamanı prosessual pozuntulara, o cümlədən təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CPM-in 91-ci maddəsində nəzərdə tutulmuş hüquqlarının pozulmasına və ya bu hüquqların həyata keçirilməsinin məhdudlaşdırılmasına yol verilməsi, sübutların tədqiqindən əsassız imtina olunması və yolverilməz sübutlardan istifadə edilməsi müəyyən edilməmiş, hökm və apellyasiya şikayətinə məhkəmə baxışının yekun qərarı isə adı çəkilən məhkumların barəsində qanunun tələblərinə uyğun qaydada tərtib edilmişdir. Məhkəmə kollegiyası Məhkum müdafiəçisi tərəfindən verilmiş kass asiya şikayətinin CM-in 70-ci maddəsinin tətbiq edilməsinə dair dəlillərini cinayət qanunvericiliyinin cəza təyininə dair maddələrinin tələblərinə uyğun şəkildə qiymətləndirərək hesab edir ki, həmin dəlillər, o cümlədən də Məhkum barəsində müdafiəçisinin qeyd etdiyi yüngülləşdirici hallar, habelə onların məcmusu müstəsna hal hesab edilməklə onun barəsində şərti məhkum etmənin tətbiqi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.2-ci maddəsinin dispozisiyasından görünür ki, məhkəmə şərti məhkum etmə təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkum törətdiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.1-ci maddəsində nəzərdə tutulan əməl tabelik m ünasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozmasına görə məsuliyyətə səbəb olur. Bu əməl xidmət keçmənin müəyyən edilmiş qaydalarına qarşı yönələn təhlükəli hərbi xidmət əleyhinə olan cinayətlərə aiddir və onu törədən hərbi qulluqçu eyni zamanda andın tələblərinə ciddi zərər vurur və Azərbaycan Respublikasının Konstitusiyasında müəyyən edilmiş vətəni müdafiə etmək borcunu yerinə yetirməkdən qəsdən yayınmış olur. Məhz bu hallar təhlil edilən cinayətin ictimai təhlükəlilik dərəcəsini artır. Belə ki, törədilmiş cinayət əməlinin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, məhkumun şəxsiyyəti, cinayət əməli törədilərkən oynadığı rol və hərəkətləri nəzərə alınmaqla, onun real olaraq intizam xarakterli hərbi hissədə saxlama cəzasını çəkmədən islah oluna biləcək şəxs olmadığı qənaətinə gəlməyə məhkəmə kollegiyasına kifayət qədər əsas verir. İşin halları Məhkum təqsirli bilindiyi maddəyə CM-in 70-ci maddəsinin tətbiqinin mümkünlüyünü istisna edir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası kassasiya şikayətində göstərilən əsaslara görə, Məhkum barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq edilərək ona şərti məhkum etmənin tətbiqini mümkün saymır. Bununla yanaşı Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.1-ci maddəsi ilə təyin edilmiş 6 (altı) ay müddətinə intizam xarakterli hərbi hissədə saxlama cəzasının müddəti cinayət qanunvericiliyinin ədalət və humanizm prinsipləri baxımından həmin maddənin sanksiyası həddində azaldılmalıdır. Belə ki, AR CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətb iq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin məcəllənin 41.2-ci maddəsinə əsasən isə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. AR CM-in 58-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarı n şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli, 4 nömrəli Qərarının 1-ci bəndində göstərilir: “Məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər”. Həmin Qərarın 2-ci bəndində göstərilir: “Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməs inin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olubolmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir”. Həmçinin, məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli, cəmiyyətin maraqlarının açıq-aşkar tələb etməsinə xüsusi göstərişlərin mövcudluğu nöqteyi-nəzərindən qiymətləndirilməlidir. Məhkəmə kollegiyası məhkumun ailə vəziyyətini, törətdiyi əməli etiraf etməklə səmimi peşmançılığını, əvv əllər məhkum olunmamasını, zərər çəkmiş şəxslə barışmasını, zərər çəkmiş şəxs tərəfindən hər hansı şikayət və tələbin olmamasını və digər yüngülləşdirici halları nəzərə almaqla, cinayət qanunvericiliyinin cəza təyininə dair yuxarıda qeyd edilən normalarının məzmunu baxımından Şirvan Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının xx xxxxx 2019-cu il tarixli qərarının cəza təyini hissəsində dəyişdirilməsini, Məhkum Azərbaycan Respublikası CM-in 332.1-ci maddəsi ilə təyin edilmiş intizam xarakterli hərbi hissədə saxlama cəzasının N ay müddətinə endirilməsini mümkün və məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası CPM-in “Məhkəmənin hökm və ya qərarının kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar” adlanan 416-cı maddəsinin tələblərinə əsasən məhkəmənin məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etməsi kassasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarının kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslarından biridir (maddə 416.0.21). Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 416.0.21 və 419.10.4-cü maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA A L D İ: Məhkum müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının xx xxxxx 2019-cu il tarixli qərarı Məhkum cəza təyininə dair hissədə dəyişdirilsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.1-ci maddəsi ilə təyin edilmiş 6 (altı) ay müddətinə intizam xarakterli hərbi hissədə saxlama cə zasının müddəti 3 (üç) ay müddətinə endirilsin. Qərar kassasiya şikayətinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1-1(102)-59/2019
Ali Məhkəmə Qərar — İş №1-1(102)-59/2019
20.06.2019 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver