Məhkəmə qərarları › İş №1-1(102)-59/2020

Ali Məhkəmə Qərar — İş №1-1(102)-59/2020

14.10.2020 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-59/2020 14.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Nəsirov İnqilab Maşallah oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X2, məhkumunmüdafiəçisi Mehtiyev Əli Həsənqulu oğlunun iştirakları ilə, Gəncə Hərbi Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli hökmünə əsasən Məhkum Azərba ycan Respublikası CM-nin 150.2.1, 274 və 338.1-ci maddələri ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qərarından məhkumun müdafiəçisi Mehtiyev Əli Həsənqulu oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Gəncə Hərbi Məhkəməsinin (hakimlər: X10 (sədrlik edən), X9 (məruzəçi) və X3 ibarət tərkibdə) xx xxxxxx 2018-ci il tarixli hökmü ilə xx xxxxxx 1991-ci il tarixdə Rusiya Federasiyasında doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində bir azyaşlı uşağı olan, Xaçmaz rayonunun Bostançı kəndində qeydiyyatda olan, əvvəllər məhkum olunmamış, Müdafiə Nazirliyinin N №-li hərbi hissəsinin 2-ci taborunun 6-cı bölüyünün 3-cü tağımının 2-ci manqa sında heyət nəfəri-atıcı vəzifəsində xidmət etmiş sabiq müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.2.1, 274 və 338.1-ci maddələrində nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinib, CM-in 150.2.1-ci maddəsi ilə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 274-cü maddəsi ilə 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CPM-in 44.2.1-ci maddəsinə əsasən CM-in 338.1-ci maddəsi ilə cəza təyin edilməmiş, CM-in 66.3-cü maddəsinə əsasən Məhkum təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti olaraq 12 (on iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Məhkum ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının ilk 04 (dörd) ilini həbsxanad a, qalan hissəsini isə ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkmə müddətinin əvvəlinin xx xxxxxx 2018-ci il tarixdən hesablanması hökm edilmişdir. Hökmdən Məhkum müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Gəncə Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasının (hakimlər: X11 (sədrlik edən və məruzəçi), X5 və X1 ibarət tərkibdə) xx xxxxxx 2018-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Gəncə Hərbi Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N №-li hərbi hissəsinin 2-ci taborunun 6-cı bölüyünün 3-cü tağımının şərti olaraq «Dilqəm» adlandırılan döyüş postunda yerləşən 2-ci manqasında heyət nəfəri-atıcı vəzifəsində, əsgər hərbi rütbəsində müddətli həqiqi hərbi xidmətdə olarkən, istintaqa məlum olmayan vaxtda və şəraitdə Azərbaycan Respublikasına qarşı düşmənçilik fəaliyyəti aparan Ermənistan Respublikasının xüsusi xidmət orqanının əməkdaşları tərəfindən onların xeyrinə məxfi əməkdaşlıq etməyə cəlb edilmiş, digər hərbi qulluqçuların da düşmən hərbi qulluqçularının uşaqbazlıq və ya seksual xarakterli digər zorakılıq hərəkətləri edib, həmin prosesin video çəkilişini aparmaqla gələcəkdə həmin çəkilişin «İnternet» vasitəsi ilə yayılacağı hədəsi altında şantaj edərək məxfi əməkdaşlığa cəlb etməli olması barədə düşmən hərbi qulluqçularından tapşırıq almışdır. Məhkum həmin tapşırığın icrası ilə əlaqədar olaraq həmin tağımın 3-cü manqasında sanitar atıcı vəzifəsində xidmət edən əsgər X4 bəhanə il ə aldadıb düşmən hərbi qulluqçularına təhvil vermək məqsədi ilə 2011-ci ilin aprel ayının axırlarında, gecə saatlarında döyüş növbəsi çəkmə qaydalarını pozaraq, dəyişdirici kimi xidmətdə olduğu şərti olaraq «Dilqəm» adlandırılan döyüş postundan həmin tağımın şərti olaraq «Babək» adlandırılan döyüş postunun uzunmüddətli atəş nöqtəsində döyüş növbəsində olan Vüsal Mehtiyevin yanına gəlmiş, V.Mehtiyevə guya qardaşının onun mobil telefonuna zəng etdiyini və onunla danışmaq istədiyini bildirmişdir. V.Mehtiyev döyüş növbəsinə çıxarkən xidməti istifadəsi üçün verilmiş avtomat silahını və patron daraqlarını Füzuli Nəbiyevin yanında qoyaraq Məhkumlə birlikdə səngərlə şərti olaraq «Dilqəm» adlandırılan döyüş postu istiqamətində getmişdir. Səngərin ortasına çatdıqda Məhkum düşmən hərbi qulluqçuları i lə məxfi əməkdaşlıq çərçivəsində onların tapşırığını yerinə yetirərək düşmən postuna gedən cığır tapdığını və həmin cığırın apardığı döyüş mövqeyində düşmən hərbi qulluqçularının olmadığını müşahidə etməklə müəyyən etdiyini V.Mehtiyevə yalandan bildirmişdir. Məhkum V.Mehtiyevin əvvəllər Azərbaycan Respublikasının Milli X6 şücaətindən ruhlanaraq özünün də qəhrəmanlıq göstərərək düşmən hərbi qulluqçularını öldürmək istəməsi barədə ona deməsindən istifadə edərək V.Mehtiyevi özünün bələdçiliyi ilə silahsız Ermənistan Respublikasının Berd rayonunun ərazisində yerləşən düşmənin şərti olaraq «Seyrək meşə» adlandırılan postu istiqamətində aparmağa razı salmışdır. Bundan sonra onlar hər ikisi şərti olaraq «Dilqəm» adlandırılan döyüş postu istiqamətində hərəkət zamanı səngərin ortasından üzərinə çıx ıb meşəlik ərazidə cığırla hərəkət etdikdən sonra düşmənin şərti olaraq «Seyrək meşə» adlandırılan döyüş postunun müşahidə mövqeyinə çatanda Məhkum düşmən hərbi qulluqçuları ilə qabaqcadan razılaşdığı kimi oradan naməlum istiqamətdə qaçaraq ərazidən uzaqlaşmış, düşmən mövqeyinə daxil olan V.Mehtiyevi düşmən hərbi qulluqçuları tutaraq əllərini bağlamaqla meşəlik ərazidə olan ağacın yanına gətirmişlər. Düşmən hərbi qulluqçuları əvvəlcə V.Mehtiyevin bədəninin müxtəlif nahiyələrinə yumruq və təpik zərbələri vurub döyməklə onun iradəsini qırmış, daha sonra V.Mehtiyevi yerə salınmış Azərbaycan Respublikasının Dövlət Bayrağının üzərinə eninə doğru istiqamətdə üzü üstə uzatmış, iki düşmən hərbi qulluqçusu onun çiyinlərini yerə sıxmaqla müqavimət göstərməsinin qarşısını almış, digər düşmən hərbi qu lluqçusu isə V.Mehtiyevin şalvarını aşağıya çəkərək cinsiyyət orqanını onun arxa keçəcəyinə daxil etməklə uşaqbazlıq etmiş və bu proses kənarda dayanmış düşmən hərbi qulluqçusu tərəfindən video kamera ilə çəkilmişdir. Düşmən hərbi qulluqçuları tərəfindən V.Mehtiyev xidmət etdiyi şərti olaraq «Babək» adlandırılan postun istifadə edilməyən «parolsuz səngər» adlandırılan səngərin yanına gətirilmiş, Azərbaycan dilində ləhcə ilə danışan saqqalı düşmən hərbi qulluqçusu V.Mehtiyevə şərti olaraq «Babək» adlandırılan postda xidmət edən və post böyüyü olan tağım komandirinin müavini, gizir X7 öldürülməsi barədə orada tapşırıq vermiş, verilmiş tapşırığı icra etməyəcəyi təqdirdə videoçəkilişin «İnternet» vasitəsi ilə yayılacağı bildirilmiş, tapşırığın icrası ilə bağlı yenidən görüşmək istəyəcəyi təqdi rdə «parol» olaraq V.Mehtiyevin havaya bir atəş açması, bundan sonra isə düşmən hərbi qulluqçuları tərəfindən havaya iki atəş açılacağı təqdirdə V.Mehtiyevin görüşmək üçün «parolsuz səngər» adlandırılan səngərin neytral əraziyə doğru çıxışına gəlməsi barədə V.Mehtiyev təlimatlandırılmış, əsgər V.Mehtiyev videoçəkilişin yayılacağından qorxaraq həmin vaxt düşmən hərbi qulluqçularına tapşırığı icra edəcəyini bildirmişdir. V.Mehtiyev xidmət etdiyi şərti olaraq «Babək» adlandırılan posta qayıtdıqdan sonra düşmən hərbi qulluqçuları tərəfindən verilmiş tapşırığı icra etməmiş, tapşırığı icra edə bilməyəcəyini bildirmək üçün düşmən hərbi qulluqçuları ilə görüşməyə qərar vermişdir. Bir neçə gün sonra döyüş növbəsində olarkən düşmən hərbi qulluqçularının verdiyi təlimata uyğun olaraq görüşmək məqsə dini bildirmək üçün havaya bir atəş açmış, düşmən hərbi qulluqçuları tərəfindən havaya iki atəş açıldıqdan sonra «parolsuz səngər» adlandırılan səngərin neytral əraziyə doğru çıxışına getmiş və orada əvvəlki görüşdən tanıdığı və Azərbaycan dilində ləhcə ilə danışan saqqalı düşmən hərbi qulluqçusu ilə görüşmüşdür. Görüş zamanı V.Mehtiyev gizir R.Rüstəmovun öldürülməsi ilə bağlı onun tərəfindən verilmiş tapşırığı icra etmədiyini bildirmiş, lakin düşmən hərbi qulluqçusu V.Mehtiyevin sözünə məhəl qoymayaraq «vaxtın azalıb, işi tez bir zamanda bitir» demiş və düşmən mövqeləri istiqamətində çıxıb getmişdir. Xidmət etdiyi şərti olaraq «Babək» adlandırılan döyüş postunun qarşı tərəfində piyada əleyhinə minaların aşkar edilməsi ilə bağlı həmin mövqeyə qalxmış keçmiş Milli Təhlükəsizlik Nazirliyinin Hərbi Əks-kəşfiyyat baş idarəsinin əməkdaşına Məhkum onu aldadaraq düşmən mövqeyinə apardığını, düşmən hərbi qulluqçuları tərəfindən ona post böyüyü, gizir R.Rüstəmovun öldürülməsi barədə tapşırıq verildiyini və tapşırığı icra etməyəcəyi təqdirdə ona qarşı edilmiş və videoyazıya alınmış uşaqbazlıq hərəkətini «İnternet» vasitəsi ilə yayılacağı barədə hədə-qorxu gəlmələrinə baxmayaraq bu tapşırığı icra etmədiyini bildirmiş, təhlükəsizliyini təmin olunması barədə xahiş etmiş və bu məqsədlə V.Mehtiyev hərbi hissənin tibb məntəqəsinə düşürülmüş və faktla bağlı araşdırmaya başlanılmışdır. Bununla da, o dövlətə xəyanət etmiş, yəni Azərbaycan Respublikasının vətəndaşı olaraq, Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə olaraq qəsdən düşmən tərəfə keçmiş və Azə rbaycan Respublikasına qarşı düşmənçilik fəaliyyəti aparmaqda xarici dövlətə kömək etmiş, Azərbaycan Respublikasına qəfil hücumun vaxtında aşkara çıxarılması və dəf olunması üzrə, yaxud onun təhlükəsizliyinin təmin edilməsi üzrə döyüş növbəsi çəkmə qaydalarını dövlətin təhlükəsizlik mənafelərinə zərər vura biləcək tərzdə pozmuş, habelə qabaqcadan əlbir olan bir qrup şəxs halında zərərçəkmiş şəxsə zor tətbiq etməklə uşaqbazlıq etmişdir. Kassasiya şikayətinin dəlilləri: Gəncə Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qərarından Məhkum müdafiəçisi Mehtiyev Əli Həsənqulu oğlu kassasiya şikayəti verərək qeyd olunan qərarın ləğv edilməsini xahiş etmişdir.. Müdafiəçi Mehtiyev Əli Həsənqulu oğlu kassasiya şikayətində qeyd etmişdir ki, məhkəmələr tərəfindən məhkumun barəsində qanunsuz, əsassız və ədalətsiz qərar qəbul edilmişdir. Müdafiəçi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə hökm çıxararkən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” xx xxxxxx 1996-cı il tarixli 4 saylı qərarının 3-cü bəndinin tələblərinə əhəmiyyət verməmişdir. Məhkəmnin hökmündə nəyə görə bir sübutun mötəbər hesab edilməsi, digərinin rədd olunması öz əksini tapmamış, birinci instansiya məhkəməsində cinayət işi üzrə bütün faktiki halları tam, hərtərəfli və obyektiv aparılmamış, bəraət verilə biləcək sübutlar araşdırılmamış və onlara hüquqi qiymət verilməmişdir. Birinci instansiya məhkəməsində cinayət işi üzrə bütün faktiki hallar tam, hərtərəfli və obyektiv aparılsaydı, müdafiə tərəfinin vəsatətləri təmin olunsaydı və işə baxılarkən məhkəmə sübutların cəmini işin bütün materialları ilə birlikdə obyektiv qiymətləndirsəydi Məhkum barəsində bəraət hökmü çıxarardı Belə ki, cinayət təqibi ilə bağlı olan bütün məsələlərin hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün qeyd olunan şəxslərin əlavə şahid qismində məhkəməyə dəvət olunaraq dindirilmələri, zərərçəkmiş Vüsal Mehtiyevin dəqiq məlum olan yerdə baş vermiş hadisə ilə bağlı ifadələrinin düzgünlüyünü müəyyən etmək və ya dəqiqləşdirmək məqsədi ilə onun ifadəsinin yerində yoxlanılması, hadisə yerinə, yəni səngərə baxış keçirilməsi, istintaq eksperimentinin aparılması zəruri idi və məhkəmə mənim müdafiəçi kimi bu barədə olan vəsatətimi təmin etməli idi. Lakin məhkəmə bu barədə olan vəsatətimi təmin etməmiş, müdafiə tərəfinin sübutları məhkəmədə tədqiq olunmamış, müdafiə tərəfinin özünü müdafiəsinə şərait yaradılmamışdır. Müdafiəçi qeyd olunanların nəzərə alınmasını, Gəncə Apellyasiya Məhkəməsi Hərbi Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qərarının ləğv edilməsi və Məhkum barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi bərədə məhkumun müdafiəçisinin, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onl arı sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir Məhkəmə kollegiyası kassasiya şikayətində məhkumunn təqsirs izliyi ilə bağlı qeyd edilən hallarla razılaşmayaraq bildirir ki, Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli və cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci və apellyasiya instansiya məhkəməsi tərəfindən CPM-in 143-146-cı mаddələrinin tələblərinə əməl edilərək, Məhkum CM-in 150.2.1, 274 və 338.1ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplanmış və bu sübutlar birinci və apellyasiya instansiya məhkəməsinin iclasında tam, hərtərəfli və obyektiv araşdırılıb q iymətləndirilərək törədilmiş cinayətin faktiki hallarına uyğun nəticəyə gəlinmişdir. Məhkum ona istinad edilən cinayət əməlini törətməməsi barədə göstərilən dəlillər məhkəmələr tərəfindən tədqiq edilmiş sübutlarla öz təsdiqini tapmamışdır. Əksinə, təqsirləndirilən şəxsin onlara qarşı irəli sürülən cinayət əməlini törətmələri zərərçəkmiş şəxs vəşahid ifadələri, ekspertiza rəyləri, habelə işdə olan digər sübutlarla tam təsdiqini tapır. Bu sübutlar işin faktiki halları ilə tam üst-üstə düşməklə uyğunlaşaraq verilmiş ittihamlara uyğun hər bir cinayət hadisəsinin ardıcıllığının və vahid mexanizminin tam şəkildə gerçək və məntiqə uyğun təsvirini formalaşdırır. Sübutlar arasında heç bir uyğunsuzluq və ziddiyyət yaranmır. Məhkumun təqsirsiz olması barədə dəlilləri məhkəmələr tərəfindən tədqiq edil miş sübutlarla təsdiqini tapmır. Hazırki kassasiya şikayətində göstərilən dəlillər zərərçəkmiş şəxsin eyni məzmunlu apelyasiya şikayətində də göstərilmiş, apelyasiya instansiyası məhkəməsi həmin dəlilləri ətraflı araşdırıb qərar qəbul etmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edir və həmin sübutların təkrar sadalanmasını zəruri hesab etmir. Bundan əlavə cinayət işinin materialları ilə təqsirləndirilən şəxsin hər hansı bir qaydada ifadələr verməyə məcbur edilməsi, ona qarşı təzyiq və təsir göstərilməsi, habelə sübutların toplanması və araşdırılması zamanı prosessual pozuntulara, o cümlədən məhkumun Azərbaycan Respublikası CPM-in 91-ci maddəsində nəzərdə tutulmuş hüquqlarının pozulmasına və ya bu hüquqların həyata keçirilməsinin məhdudl aşdırılmasına yol verilməsi müəyyən edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin təmin edilməsi və Gəncə Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslar müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilmədən, qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qərarı Məhkum müdafiəçisi Mehtiyev Əli Həsənqulu oğlu tərəfində n verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar