Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-59/2024 25.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Muxtarov Teyyub Asif oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Əhmədli Əlizadə Aytac Səfa qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun, Məhkum iştirakları ilə x xxxxxx 1995-ci il tarixdə Biləsuvar rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində bir azyaşlı uşağı olan, məhkumluğu olmayan, Biləsuvar rayonunun Ağayrı kəndində qeydiyyatda olan, həmin ünvan da yaşamış, halhazırda həbsdə olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 329.3 və 341.3-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 yanvar 2024-cü il tarixli 1-1(106)-3/2024 nömrəli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Füzuli Hərbi Məhkəməsinin 28 iyul 2023-cü il tarixli 1-1(097)-49/2023 nömrəli hökmü ilə (hakimlər: Ə.Z.Süleymanov (sədrlik edən), Ə.B.Nəcəfov və F.M.Ağamirzəyev) Məhkum - Azərbaycan Respublikası CM-in 329.3 və 341.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib, CM-in 329.3-cü maddəsi ilə 4 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzası, CM-in 341.3-cü maddəsi ilə 6 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən, təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Məhkum qəti olaraq 7 (yeddi) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəli 1 sentyabr 2022-ci il tarixdən hesablanması hökm edilmişdir. Məhkəmənin həmin hökmündən zərərçəkmiş şəxsin hüquqi varisi və məhkum edilmiş şəxs və onun müdafiəçisi tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayətləri verilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 yanvar 2024-cü il tarixli 11(106)-3/2024 nömrəli qərarı ilə (hakimlər: İ.H.Əhmədov (sədrlik edən), M.Ə.Bağırov və E.İ.Əliyev) apelyasiya şikayətləri təmin edilməmiş, Füzuli Hərbi Məhkəməsinin 28 iyul 2023-cü i l tarixli 1-1(097)-49/2023 nömrəli hökmü dəyişdirilmədən saxlanmışdır. İşin halları: Məhkum edilmişdir ona görə ki, o, Müdafiə Nazirliyinin Laçın rayonunda dislokasiya olunmuş N nömrəli hərbi hissəsinin 2-ci taborunun Xırmanlar kəndinin ərazisində yerləşdirilmiş 6-cı bölüyünün baş çavuşu vəzifəsində, gizir hərbi rütbəsində həqiqi hərbi xidmətdə olarkən, 2022-ci ilin yanvar ayının sonlarında səhər saatlarında həmin bölüyün 1-ci tağımının 3-cü manqasının baş atıcısı vəzifəsində xidmət edən əsgər X9 xidmət etdiyi bölüyün dayaq məntəqəsinin yaxınlığında yerləşən hərbi hissənin Zenit-Raket Artilleriya Batareyasının döyüş mövqeyinə icazəsiz getməsini bilib bundan qəzəblənərək, buna görə əsgər Zərərçəkmiş şəxsiradəsini sındırıb qorxu altında saxlamaqla öz şəxsi mülahizəsinə görə «cəzalandırmaq» q ərarına gəlmiş və bu məqsədlə ilk öncə sonuncunu xidmət etdiyi bölüyün dayaq məntəqəsində yanına çağırıb yaxasından tutaraq üç-dörd dəfə arxaya və önə doğru itələmiş, sonra isə sağ əli ilə əsgər X sol sifət nahiyəsinə bir yumruq və iki-üç sillə zərbəsi vurmuşdur. Daha sonra gizir Məhkum özünün qeyri-qanuni və nizamnamələrdən kənar hərəkətlərini davam etdirərək, elə orada əsgər X başına bir ədəd dəmir dəbilqə və əyninə bir ədəd zirehli gödəkçə geyindirib başına yumruqla dörd-beş zərbəsi vurmuş və onu nahar yeməyinədək 2 (iki) saat müddətində həmin vəziyyətdə hərəkət etmədən ayaqüstə vəziyyətdə dayanmağa məcbur edərək, başındakı dəmir dəbilqə ilə əynindəki zirehli gödəkçəsini yalnız nahar yeməyi vaxtı çıxartmağa icazə vermişdir. Şəxsi heyət nahar yeməyini yedikdən sonra gizir Məhkum öz cinay ətkar hərəkətlərini davam etdirərək, yenidən əsgər X başına dəmir dəbilqə və əyninə zirehli gödəkçə geyindirmiş və onu bu vəziyyətdə şəxsi heyətlə birlikdə 3-4 saat müddətində bölüyün dayaq məntəqəsinin ərazisində mişar daşı, su və odun daşımağa cəlb edərək, həmin işləri gördüyü müddətdə ona dəbilqə ilə zirehli gödəkçəni çıxartmağı qadağan etmiş və yalnız şəxsi heyət şam yeməyini yeməyə gedərkən əsgər X başındakı dəbilqəni və əynindəki zirehli gödəkçəsini çıxartmağa icazə vermişdir. Şəxsi heyət şam yeməyindən qayıtdıqdan sonra gizir Məhkum, öz şəxsi mülahizəsinə görə əsgər X «cəzasının» bitmədiyi qənaətinə gəlib öz qanunsuz və nizamnamələrdən kənar hərəkətlərini davam etdirərək, sonuncuya yenidən dəmir dəbilqə və zirehli gödəkçə geyindirib onu şəxsi heyətlə birlikdə sıraya qoymuş və şəxsi heyətin qarşısında əsgər Zərərçəkmiş şəxsbölüyün yeməkxana naryadına təyin etdiyini elan edib, daha sonra sonuncunu həmin gün saat 19:00-dan saat 21:00-dək başına dəmir dəbilqə və əyninə zirehli gödəkçə geyindirilmiş vəziyyətdə naryad üzrə vəzifələrinin yerinə yetirməsinə məcbur edib bununla əsgər X güclü fiziki ağrı və psixi iztirablar yetirərək, rəis kimi hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı və belə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar öz tabeliyində olan şəxsə işgəncə verməklə zor tətbiq etmişdir. Bundan başqa, o, həmin vəzifədə və hərbi rütbədə həqiqi hərbi xidmətdə olarkən, 2022-ci ilin mart ayının sonlarında günorta saatlarında xidmət etdiyi bölüyün 3-cü tağımının sürücüsü, əsgər Zərərçəkmiş şəxs1 bölüyün dayaq məntəqəsində ona yaxınlaşıb çəkmələrinin 2022-c i ilin yanvar ayının sonlarında cırılaraq istifadəyə yararsız vəziyyətə düşdüyünü və həmin vaxtdan etibarən qarlı və şaxtalı hava şəraitində həmin çəkmələri geyindiyinə görə xəstələnərək artıq bir neçə gündür ki, yüksək hərarətdən əziyyət çəkdiyini, eləcə də corablarının cırıq olduğunu deyərək ona yeni çəkmə və corab verilməsini xahiş etdikdə, gizir Məhkum heç bir səbəb olmadan, rəis kimi döyüş şəraitində xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək, yəni özünü yuxarı komandanlıq qarşısında tələbkar, xidməti vəzifələrini nümunəvi yerinə yetirən, hərbi əmlakın qorunub saxlanılmasını, əşya-əmlakdan qənaətlə istifadə edilməsini təmin edən komandiri kimi göstərmək məqsədilə, öz qulluq səlahiyyətlərindən qulluq mənafeyi tələb etdiyi halda istifadə etməyərək, m üxtəlif bəhanələr gətirməklə əsgər Zərərçəkmiş şəxs1 yeni çəkmələr və corablar verməkdən imtina edib ona rezin materialdan olan köhnə adi uzunboğaz çəkmə verərək, həmin çəkmələri geyinməsini tələb etmiş, habelə yüksək hərarətdən əziyyət çəkdiyini bildirən əsgər Zərərçəkmiş şəxs1 müayinə olunması üçün tibb məntəqəsinə göndərməmişdir. Həmçinin, Məhkum, həmin vəzifədə və hərbi rütbədə həqiqi hərbi xidmətdə olarkən, 2022-ci ilin aprel ayının əvvəllərindən həmin ilin iyun ayının əvvəllərinədək olan müddət ərzində müxtəlif vaxtlarda xidmət etdiyi bölüyün dayaq məntəqəsində bir neçə dəfə əsgərlərin yataqxanada və bölüyün ərazisində yüksək səslə danışmalarını, habelə odun və su gətirməyə gedərkən gec qayıtmalarını aşkar edib bundan qəzəblənərək, rəis kimi nizamnamələrlə üzərinə düşən vəzifələrin i yerinə yetirib bununla bağlı qanunamüvafiq tədbirlər görmək əvəzinə, öz şəxsi mülahizəsinə görə əsgərlərin iradəsini sındırıb onları qorxu altında saxlamaq yolu ilə «cəzalandırmaq» qərarına gəlmiş və bu məqsədlə qeyriqanuni olan, hər hansı nizamnamədə nəzərdə tutulmayan cəza tədbiri kimi əsgərlər Zərərçəkmiş şəxs1la X, xidmət etdiyi bölüyün 2-ci tağımının 3-cü manqasının atıcısı, əsgər X17, bölüyün 3-cü tağımının 3-cü manqasının tuşlayıcısı, əsgər X10, eləcə də qeyd olunan vaxtlarda xidməti zərurətlə əlaqədar 6-cı bölüyün dayaq məntəqəsinə ezam olunmuş hərbi hissənin Zenit-Raket Artilleriya Batareyasının 1-ci tağımının 2-ci manqasının doldurucusu, əsgər X8 və həmin batareyanın zenit-raket tağımının 2-ci manqasının komandiri, əsgər Zərərçəkmiş şəxs3 bölüyün dayaq məntəqəsinin ərazisində, əsgər yataqxanasının qarşısında sıraya düzüb hər dəfə hər birinin başına dəmir dəbilqə və əyinlərinə zirehli gödəkçə geyindirməyə məcbur etmiş və onları 30-40 (otuz-qırx) dəqiqə müddətində həmin vəziyyətdə açıq havada, kəskin soyuq və kəskin günəşli hava şəraitində hərəkət etmədən ayaqüstə vəziyyətdə dayanmağa məcbur edib bununla həmin əsgərlərə güclü fiziki ağrı və psixi iztirablar yetirərək, rəis kimi hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı və belə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar təkrarən öz tabeliyində olan iki və daha çox şəxsə qarşı işgəncə verməklə zor tətbiq etmişdir. Bundan başqa, o, həmin vəzifədə və hərbi rütbədə həqiqi hərbi xidmətdə olarkən, 2022-ci ilin may ayının ortalarında günorta saatlarında xidmət etdiyi bölüyün dayaq məntəqəsində həmin bölüyün 3-cü tağımının 1-ci manqasının qumbaraatanı vəzifəsində xidmət edən, əsgər X11 bölüyün şəxsi heyətinin istifadə etdiyi yemək qablarını təmiz yumadığını aşkar edib bundan qəzəblənərək, rəis kimi nizamnamələrlə üzərinə düşən vəzifələrini yerinə yetirib bununla bağlı qanuna müvafiq tədbirlər görmək əvəzinə, əsgər X iradəsini sındırıb qorxu altında saxlamaqla onu öz şəxsi mülahizəsinə görə, «cəzalandırmaq» qərarına gəlmiş və bu məqsədlə, qeyri-qanuni olan, hər-hansı nizamnamədə nəzərdə tutulmayan cəza tədbiri kimi, sonuncunun əyninə üst-üstə 2 (iki) ədəd zirehli gödəkçə geyindirərək ona ilk öncə yeməkxanada olan qabları yenidən yudurtmuş, daha sonra isə buna dair heç bir xidməti zərurət olmadan əsgər X 2 (iki) saat müddətində əyninə üst-üstə 2 (iki) ədəd zirehli gödəkçə geyindirilmiş vəziyyət də bölüyün ərazisində hərəkət etməsinə məcbur edib bununla ona güclü fiziki ağrı və psixi iztirablar yetirərək, rəis kimi hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı və belə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar təkrarən öz tabeliyində olan şəxsə işgəncə verməklə zor tətbiq etmişdir. Həmçinin, Məhkum, həmin vəzifədə və hərbi rütbədə həqiqi hərbi xidmətdə olarkən, 2022-ci ilin may ayının ortalarında, saat 17 radələrində xidmət etdiyi bölüyün dayaq məntəqəsində həmin vaxt xidməti zərurətlə əlaqədar bölüyə ezam olunmuş hərbi hissənin Zenit-Raket Artilleriya Batareyasının 1-ci tağımının 2-ci manqasının doldurucusu, əsgər X yüksək səslə danışdığını görüb bundan qəzəblənərək, rəis kimi nizamnamələrlə üzərinə düşən vəzifələrini yerinə yetirib bununla bağlı qanunamüvafiq tədbirlə r görmək əvəzinə, əsgər X iradəsini sındırıb qorxu altında saxlamaqla onu öz şəxsi mülahizəsinə görə, «cəzalandırmaq» qərarına gəlmiş və bu məqsədlə, qeyri-qanuni olan, hər hansı nizamnamədə nəzərdə tutulmayan cəza tədbiri kimi əsgər X ünvanına nalayiq ifadələr işlədib onun şərəf və ləyaqətini alçaltmış, daha sonra kitelindən tutub sağ əli ilə onun sol sifət nahiyəsinə bir sillə zərbəsi və yumruqla ağız nahiyəsinə bir zərbə vuraraq, rəis kimi hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı və belə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar təkrarən öz tabeliyində olan şəxsə zor tətbiq etmişdir. Bundan başqa, o, həmin vəzifədə və hərbi rütbədə həqiqi hərbi xidmətdə olarkən, 2022-ci ilin iyun ayının sonlarında saat 03 radələrində əsgər X döyüş növbətçiliyinə daxil olmaq üçün yuxud an gec oyandığını görüb bundan qəzəblənərək, rəis kimi nizamnamələrlə üzərinə düşən vəzifələrini yerinə yetirib bununla bağlı qanunamüvafiq tədbirlər görmək əvəzinə, əsgər X və onunla bərabər digər əsgərlərin də iradəsini sındırıb onları qorxu altında saxlamaqla öz şəxsi mülahizəsinə görə «cəzalandırmaq» qərarına gəlmiş və bu məqsədlə, qeyri-qanuni olan, hər-hansı nizamnamədə nəzərdə tutulmayan cəza tədbiri kimi həmin vaxt bölüyün əsgər yataqxanasında yatmış əsgərlər Zərərçəkmiş şəxs1, X və bölüyün 2-ci tağımının sürücüsü vəzifəsində xidmət edən əsgər X14 yuxudan oyadaraq, həmin vaxt oyaq olan əsgər X birlikdə onları, eləcə də həmin vaxt döyüş növbətçiliyini təhvil verib əsgər yataqxanasına gəlmiş bölüyün 1-ci tağımının 3-cü manqasının tuşlayıcısı vəzifəsində xidmət edən əsgər Zərərçəkmiş şəxs2 ilə bölüyün 3-cü tağımının 1-ci manqasının tuşlayıcısı vəzifəsində xidmət edən əsgər X12 bölüyün əsgər yataqxanasının qarşısında sıraya düzmüş və onları 30 (otuz) dəqiqə müddət ərzində hərəkət etmədən ayaq üstə vəziyyətdə dayanmağa məcbur edib bununla həmin əsgərlərə güclü fiziki ağrı və psixi iztirablar yetirmişdir. Daha sonra gizir Məhkum həmin əsgərlərə yataqxanaya daxil olmağa icazə verərək, yeməkxananın səliqəsiz vəziyyətdə olduğunu, çörək üçün yoğrulmuş xəmirin isə çörək bişirilməsi üçün istifadə edilimədiyini aşkar edib bundan qəzəblənərək, rəis kimi nizamnamələrlə üzərinə düşən vəzifələrini yerinə yetirib bununla bağlı qanuna müvafiq tədbirlər görmək əvəzinə, özünün qeyri-qanuni və nizamnamələrdən kənar hərəkətlərini davam etdirərək, həmin nöqsanlara yol vermiş əsgərləri onla rın iradəsini sındırıb qorxu altında saxlamaqla öz şəxsi mülahizəsinə görə «cəzalandırmaq» qərarına gəlmiş və bu məqsədlə əsgərlər Zərərçəkmiş şəxs1, X, X, x, Zərərçəkmiş şəxs2 və X yenidən bölüyün əsgər yataqxanasının qarşısında sıraya düzərək ilk öncə xəmiri yoğurub çörək bişirmədiyinə görə əsgər X yaxasından tutub silkələyərək sinəsinə yumruqla 2 (iki) zərbə vurmuş, daha sonra ona və sıraya düzdüyü əsgərlərə yeməkxananı təmizlətdirib yalnız bundan sonra onlara yatmağa icazə vermiş, bununla da rəis kimi hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı və belə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar təkrarən öz tabeliyində olan iki və daha çox şəxsə qarşı işgəncə verməklə zor tətbiq etmişdir. Həmçinin, Məhkum, həmin vəzifədə və hərbi rütbədə həqiqi hərbi xidmətdə olarkən, 07 iy ul 2022-ci il tarixdə, günorta saatlarında əsgərlər X, X, Zərərçəkmiş şəxs2 və X şəxsi heyətin sıra düzülüşü zamanı yuxuladıqlarını görüb bundan qəzəblənərək, rəis kimi nizamnamələrlə üzərinə düşən vəzifələrini yerinə yetirib bununla bağlı qanuna müvafiq tədbirlər görmək əvəzinə, buna görə həmin əsgərləri onların iradəsini sındırıb qorxu altında saxlamaqla öz şəxsi mülahizəsinə görə «cəzalandırmaq» qərarına gəlmiş və bu məqsədlə, qeyri-qanuni olan, hər-hansı nizamnamədə nəzərdə tutulmayan cəza tədbiri kimi onların hər birinin başına dəmir dəbilqə və əyinlərinə zirehli gödəkçə geyindirib 1 (bir) saat müddətində yataqxananın yerləşdiyi binanın qarşısında qızmar günün altında hərəkət etmədən ayaq üstə vəziyyətdə dayanmağa məcbur edib bununla həmin əsgərlərə güclü fiziki ağrı və psixi iztirabl ar yetirərək, rəis kimi hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı və belə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar təkrarən öz tabeliyində olan iki və daha çox şəxsə qarşı işgəncə verməklə zor tətbiq etmişdir. Bundan əlavə, o, həmin vəzifədə və hərbi rütbədə həqiqi hərbi xidmətdə olarkən, əsgər Zərərçəkmiş şəxs1 07 iyul 2022-ci il tarixdə səhər saatlarında bölüyün dayaq məntəqəsinə gəlmiş Müdafiə Nazirliyinin Quru Qoşunlarının hərbi qulluqçusu, polkovnik X hərbi xidmətlə bağlı çətinlikləri, eləcə də bölükdə mövcud olan bəzi nöqsan və çatışmazlıqlar barədə şikayət etmişdir. Polkovnik X bölüyün dayaq məntəqəsindən getdikdən sonra gizir Məhkum həmin gün günorta saatlarında əsgər Zərərçəkmiş şəxs1 hərbi xidmətdə olan nöqsan və çatışmazlıqlarla bağlı qeyd olunan vəzifəli şəxsə şikayət etməsindən qəzəblənib, rəis kimi döyüş şəraitində xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək, yəni Zərərçəkmiş şəxs1 iradəsini sındırıb onu qorxu altında saxlamaqla özünü tabeliyində olan şəxsi heyət arasında prinsipial komandir kimi göstərmək məqsədi ilə xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər edərək, ilk öncə qeyri-qanuni olan, hər-hansı nizamnamədə nəzərdə tutulmayan cəza tədbiri kimi, əsgər Zərərçəkmiş şəxs1, həmin gün saat 19:00-da təyin olunduğu yeməkxana naryadından çıxaraq növbəti gün şəxsi heyətin «qalx» komandasınadək istirahət etməli olmasına baxmayaraq, 08 iyul 2022-ci il tarixdə saat 05:00-dan saat 07:00-dək döyüş növbətçiliyinə təyin etmişdir. Daha sonra Məhkum, özünün qeyri-qanuni və ni zamnamələrdən kənar hərəkətlərini, əsgər Zərərçəkmiş şəxs1 qarşı öz qərəzli münasibətini və amansız rəftarını davam etdirərək, 08 iyul 2022-ci il tarixdə saat 21:00-da sonuncunu heç bir zərurət olmadan və döyüş növbətçiliyinin aparılması cədvəlinə zidd olaraq 2 (iki) saat müddətində döyüş növbətçiliyinə təyin etmiş və əsgər Zərərçəkmiş şəxs1 onun bu qanunsuz hərəkətlərindən bezib bu barədə həmin gün saat 20 radələrində mobil telefon vasitəsi ilə bölük komandiri, baş leytenant X13 məlumat verərək şikayət etmişdir. Lakin gizir Məhkum buna məhəl qoymayaraq, əsgər Zərərçəkmiş şəxs1 qarşı öz qərəzli münasibətini açıq-aşkar nümayiş etdirərək bununla bağlı verdiyi qanunsuz qərarını dəyişməmiş və onu sonradan qanunsuz olaraq döyüş növbətçiliyi aparmağa məcbur etmişdir. Bundan sonra əsgər Zərərçəkm iş şəxs1 gizir Məhkum digər əsgərlərlə bərabər ona da dəfələrlə əsassız komandalar verib dəmir dəbilqə və zirehli gödəkçə geyindirərək soyuq və günəşli havalarda uzun müddət hərəkət etmədən ayaq üstə vəziyyətdə dayanmağa məcbur etməsi, hansısa əsgərin səhlənkarlığı ucbatından şəxsi heyətlə bərabər, onu da yuxudan oyadıb komandalar verməsi, çəkməsinin, eləcə də corabının cırıq və istifadəyə yararsız olduğunu bilsə də, ona qarşı qərəzli münasibət göstərib yeni çəkmə və corab verməməsi, 07 iyul 2022-ci il tarixdə bölükdə baş verən pozuntular, mövcud olan çatışmazlıqlar və əsgərlərin problemləri barədə polkovnik X məlumat verdiyinə görə onu qanunsuz olaraq ardıcıl döyüş növbətçiliyinə çıxartması, gizir Məhkum qanunsuz və nizamnamədən kənar davranışından və psixoloji basqılarından bezməsi, ən s onda isə 8 iyul 2022-ci il tarixdə cəza tədbiri kimi onun tərəfindən yenidən döyüş növbətçiliyinə cəlb edilməsindən frustrasiya halını, yəni insanın qarşılaşdığı şəraitdən asılı olaraq narazılıq və ya təmin olunmamaq səviyyəsinin dözüm-iradi səviyyəsindən üstün olması vəziyyətini keçirərək özünü öldürmək qərarına gəlmişdir. Bu vəziyyətdə əsgər Zərərçəkmiş şəxs1 08 iyul 2022-ci il tarixdə, saat 21 radələrində gizir Məhkum tərəfindən cəza tədbiri kimi təyin edildiyi döyüş növbətçiliyinə daxil olmazdan öncə başına dəmir dəbilqə və əyninə zirehli gödəkçəsini geyinərək bölüyün silah saxlama otağına daxil olmuş və oradan özünə təhkim edilmiş xidməti istifadəsində olan, bölüyə məxsus «AK-74M» markalı, ********* №-li avtomat silahını, hər birinin içərisində 2 (iki) ədəd boş (təlim) və 28 (iyirmi s əkkiz) ədəd döyüş patronu olan 4 (dörd) ədəd patron darağını götürərək, silah otağından çıxıb döyüş növbətçiliyinin aparıldığı istiqamətdə hərəkət etmişdir. Daha sonra əsgər Zərərçəkmiş şəxs1 bölüyün əşya anbarının yaxınlığında yerləşən torpaq örtüklü yolun üzərində dayanıb orada götürdüyü daraqlardan birinin içərisində olan 2 (iki) ədəd boş (təlim) patronu çıxardıb həmin patronları əynindəki zirehli gödəkçənin cibinə qoymuş, sonra isə içərisində 28 (iyirmi səkkiz) ədəd döyüş patronu olan həmin darağı avtomat silahının üzərinə taxıb silahı tək-tək atış rejimində atışa hazır vəziyyətə gətirərək çöməlmiş vəziyyətdə, avtomat silahın sandıq yuvası çölə doğru olmaqla, qundaq hissəsini qoyub silahın lüləsinin ön kəsiyini öz çənəaltı nahiyəsinə dirəmiş və bu vəziyyətdə sol əlinin baş barmağı ilə tətiyi qəsdən çəkib bir atəş açaraq özünə qəsdən ağırlıq dərəcəsinə görə sağlamlığa qəsdən ağır zərər vurmaya səbəb olan «Başın dəlib keçən odlu silah güllə yaralanması, kəllə tağı və əsası sümüklərinin çoxqəlpəli açıq sınıqları, baş-beyin toxumasının diffuz əzilib-dağılması» xəsarətlərini yetirmiş və dərhal atəş səsinə oraya gəlmiş hərbi qulluqçular tərəfindən tibb məntəqəsinə təxliyə olunmasına baxmayaraq, aldığı xəsarətlərdən yolda ölmüş, bununla da Məhkum rəis kimi hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı və belə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar təkrarən, öz tabeliyində olan iki və daha çox şəxsə qarşı işgəncə verməklə zor tətbiq etməsi, habelə rəis kimi döyüş şəraitində xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi və xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər etməsi ağır nəticələrə səbəb olmuşdur. Kassasiya şikayətinin dəlilləri: Məhkum tərəfindən verilmiş kassasiya şikayətində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 yanvar 2024-cü il tarixli qərarının ləğv edilməsi və barəsində ədalətli qərar qəbul edilməsi xahiş olunur. Məhkum hesab edir ki, barəsində ibtidai istintaq qərəzli aparılmış, məhkəmələr də ədalətli araşdırma aparmadan ittiham hökmü çıxarmış, həmçinin onun ikinci Qarabağ müharibəsi iştirakçısı olması, təltif olunması və himayəsində azyaşlı övladının olması nəzərə alınmayaraq ağır cəza təyin etmişlər. Hüquqi məsələlər: Məhkəmə kollegiyası verilmiş k assasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, kassasiya şikayətinin təmin edilməsi barədə Məhkum, kassasiya şikayətinin təmin edilməməsi dövlət ittihamçısı R.Məmmədlinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkə mə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Məhkum tərəfindən verilmiş kassasiya şikayətində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 yanvar 2024-cü il tarixli qərarının ləğv edilməsi və barəsində ədalətli qərar qəbul edilməsi xahiş olunur. Azərbaycan Respublikası CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mö vcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası CM-in 329.1-ci maddəsinə əsasən: “Hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı və ya belə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar rəisin öz tabeliyində olan şəxsə zor tətbiq etməsi”nə görə cinayət məsuliyyəti nəzərdə tutulur. Azərbaycan Respublikası CM-in 329.3-cü maddəsinə görə “Bu Məcəllənin 329.1 və 329.2-ci maddələrində nəzərdə tutulmuş əməllər zərərçəkmiş şəxsin sağlamlığına qəsdən ağır zərər vurduqda və ya digər ağır nəticələrə səbəb olduqda — üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası CM-in 341.1-ci maddəsində “Rəisin və ya vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü ş əxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi və ya xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər etməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyət və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda” cinayət məsuliyyətio nəzərdə tutulur. Azərbaycan Respublikası CM-in 341.3-cü maddəsinə əsasən “Bu Məcəllənin 341.1 və 341.2-ci maddələrində nəzərdə tutulmuş əməllər müharibə vaxtı və ya döyüş şəraitində törədildikdə— beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispo zisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” 13 y anvar 2009-cu il, “Xirvisari Finlandiyaya qarşı” 27 sentyabr 2001-ci il, “Ruis Torija İspaniyaya qarşı” 09 dekabr 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” 16 dekabr 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. Şikayətdə göstərilən dəlillərlə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarına əsasən məhkumlar Məhkum əməlləri mötəbərliyi heç bir şübhə doğurmayan, Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş sübutlarla yəni, zərərçəkmiş şəxslərin, zərərçəkmiş şəxsin hüquqi varisinin, şahidlərin ifadələri, ekspert rəyləri və bir çox istintaq hərəkətlərinin aparılması haqqında protokollarla və işə əlavə edilmiş sənədlərlə tam sübuta yetirilmişdir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi işə baxılması zamanı natamamlığa, qeyri-obyektiv liyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına yol verməmiş, məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmiş və məhkəmələr hər hansı bir sübutun tədqiqindən imtina etməyərək qanunsuz yolla əldə olunmuş sübutlardan istifadə etməmişlər. Məhkəmə baxışları zamanı həmçinin İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, onun lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqları da pozulmamışdır. Apellyasiya instansiyası məhkəməsinin qərarında Məhkum ittiham olunduğu cinayət əməlləri ilə əlaqədar sübutların geniş təhlili verildiyindən məhkəmə kollegiyası apelyasiyası məhkəm əsinin mövqeyi ilə razılaşır və həmin sübutların təkrar geniş şərhini zəruri hesab etmir. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi açıq, ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən Azərbaycan Respublikası CPM-nin 145-ci maddəsinin tələblərinə uyğun olaraq sübutların hər birini onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə düzgün qiymətləndirmiş və haqlı olaraq Məhkum verdiyi ifadələrin bir hissəsini həmin ifadələr digər sübutlarla ziddiyyət təşkil etdiyindən özünü müdafiə məqsədilə verilmiş ifadələr kimi hesab edərək onları rədd etmiş, digər sübutları isə məhkəmə qərarının əsasına qoymuşdur. Məhz bu sübutları qanun a müvafiq qaydada qiymətləndirərək apellyasiya instansiyası məhkəməsi tam əsaslı olaraq Məhkum əməllərini Azərbaycan Respublikası CM-in 329.3 və 341.3-cü maddələri ilə düzgün tövsif etmiş, yekun qərar qəbul edərkən isə – qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan apellyasiya instansiya məhkəməsi məhkumun qeyd edilən cinayətləri törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırki qərarda tam təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd olunması qənaətindədir. Məhkəmə kollegiyası qeyd edir ki, Məhkum özünü qeyd edilmiş cinayət əməllə rinin törədilməsində təqsirli bilməsə də, iş üzrə zərərçəkmiş şəxsin hüquqi varisi X3, zərərçəkmiş şəxslər X21, X18, Zərərçəkmiş şəxs2, X22, X15, X23, X26 və Zərərçəkmiş şəxs3 ifədələri, şahid X6, X24, X29, X27 və X2 ifadələri, iş materiallarında olan məhkəmətibbi ekspertizasının 9 iyul 2022-ci il tarixli 8 nömrəli rəyi, məhkəmə-psixoloji ekspertizasının 6 oktyabr 2022-ci il tarixli 11/420 nömrəli rəyi, məhkəmə-psixiatrik ekspertizasının 13 oktyabr 2022-ci il tarixli 2720 nömrəli rəyi, kompleks məhkəmə-ballistik, daktiloskopik və trassoloji ekspertizasının 22 avqust 2022-ci il tarixli 3/1009, 3/1010, 3/1011, 3/1012 nömrəli rəyləri, məhkəmə-bioloji ekspertizasının 20 iyul 2022-ci il tarixli 39/MTB nömrəli rəyi, 5 noyabr 2022-ci il tarixli istintaq eksperimenti keçirilməsi haqqında protokol, məhkəmə-tibbi ekspertizasının 1 avqust 2022-ci il tarixli 807 nömrəli rəyi, məhkəmə-tibbi ekspertizasının 29 avqust 2022-ci il tarixli 1125 nömrəli rəyi, məhkəmə-tibbi ekspertizasının 1 avqust 2022-ci il tarixli 808 nömrəli rəyi, məhkəmə-tibbi ekspertizasının 22 noyabr 2022-ci il tarixli 1621 nömrəli rəyi, məhkəmə-tibbi ekspertizasının 1 avqust 2022-ci il tarixli 809/1 nömrəli rəyi, məhkəmə-tibbi ekspertizasının 1 avqust 2022-ci il tarixli 809 nömrəli rəyi, məhkəmə-tibbi ekspertizasının 29 avqust 2022-ci il tarixli 1126 nörməli rəyi, məhkəmə-tibbi ekspertizasının 22 noyabr 2022-ci il tarixli 1203 nömrəli rəyi və iş üzrə toplanmış digər sübutların məcmusu ilə məhkumların təqsirləri tam sübuta yetirilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, bu cinayət işində qanunla nəzərdə tutulmuş bəraə tin əsasları, yəni Azərbaycan Respublikası CPM-in 42-ci maddəsində göstərilən əsaslar mövcud deyildir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, apellyasiya instansiya məhkəməsi Məhkum barəsində cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətlərini, o cümlədən cəzalarını yüngülləşdirən və ağırlaşdıran halların düzgün müəyyən olunmasını, habelə təyin olunacaq cəzanın onların islah olunmalarına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alıb onlara təqsirli bilindiyi maddələrin sanksiyası həddində cəza təyin etmişdir. Qeyd olunanlar, apellyasiya instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş pozuntuya yol verilmədiyini, yəni ape llyasiya instansiya məhkəməsinin mübahisələndirilən qərarının qanuni və əsaslı olduğunu, onun kassasiya qaydasında ləğv edilməsi üçün əsasların olmadığını göstərir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya şikayətlərinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya şikayətinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də hesab edir ki, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 yanvar 2024-cü il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində onun ləğv edilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, şikayət təmin edilmədən, həmin qərar isə dəyişiklik edilmədən saxlanılmalıdır. Şərh e dilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. Məhkum barəsində olan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 yanvar 2024-cü il tarixli qərarı məhkum tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1-1(102)-59/2024
Ali Məhkəmə Qərar — İş №1-1(102)-59/2024
25.10.2024 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver