Məhkəmə qərarları › İş №1-1(102)-59/2025

Ali Məhkəmə Qərar — İş №1-1(102)-59/2025

01.08.2025 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-59/2025 01.08.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Cəfərov İlqar Xanlar oğlu (sədrlik edən və məruzəçi), Mövsümov Nazim Rasim oğlu və Muxtarov Teyyub Asif oğlundan ibarət tərkibdə, Babayeva Lalə Tahir qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X1 və təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi3 iştirakları ilə, xx.xx.19N6-cı il tarixdə Gəncə şəhərində doğulmuş, Gəncə şəhəri, Dədə Qorqud küçəsi, ev 26, mənzil 2N qnvanda qeydiyyatda ol an, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, N nömrəli hərbi hissənin sabiq əsgəri Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 333.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1-1(104)-38/2025 nömrəli 2N yanvar 2025-ci il tarixli qərarından məhkumun müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Tərtər Hərbi Məhkəməsinin 1-1(098)-66/2024 nömrəli 3 dekabr 2024-cü il tarixli qərarı ilə (sədrlik edən İlqar Quliyev) Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.2-ci maddəsi ilə (1 may 2020-ci ilədək olan redaksiyada) həmin Məcəllənin N5.1 və N5.1.1-ci maddələrinə (Rusiya Fe derasiyası CM-nin 158-ci maddəsinin 2-ci hissəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama və 161-ci maddəsinin 2-ci hisəsinə əsasən soyğunçuluq cinayətlərini törətdiyindən Rusiya Federasiyasında 01 iyul 2005-ci ildən tutularaq, 4 (dörd) il 4 (dörd) ay azadlıqdan məhrum etmə cəzasını çəkmişdir) və Azərbaycan Respublikası CPM-nin 53.N-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi ilə bağlı cinayət məsuliyyətindən azad olunmuş, barəsində cinayət təqibinə və cinayət işinə xitam verilməklə seçilmiş “komandanlığın müşahidəsi altına vermə” növündə qətimkan tədbirinin ləğv edilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsinin həmin qərarından dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilmiş, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kolle giyasının 11(104)-38/2025 nömrəli 2N yanvar 2025-ci il tarixli qərarı ilə (hakimlər M.V.Məmmədov (sədrlik edən), R.M.Cəfərov və F.N.Mahmudov) apellyasiya protesti təmin edilmiş, Tərtər Hərbi Məhkəməsinin 3 dekabr 2024-cü il tarixli qərarı ləğv edilmiş, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.2-ci maddəsi ilə cinayət məsuliyyətindən azad olunması və cinayət təqibinə xitam verilməsi ilə bağlı cinayət işi yenidən baxılması üçün həmin məhkəmənin hazırlıq iclası mərhələsinə qaytarılması qərara alınmışdır. İşin halları: Məhkəmə qərarlarında qeyd olunur ki, Məhkum müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi üzrlü səbəblər olmadan on gündən artıq, lakin bir aydan çox olmayaraq xidmət yerini özbaşına tərk etmişdir. Belə ki, o, 2 aprel 2003-cü il tarixdə SHXÇÜDX Gəncə şəhər Kə pəz Rayon hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılaraq N saylı hərbi hissəyə göndərilmiş, hərbi hissə komandirinin N saylı N aprel 2003-cü il tarixli əmri ilə şəxsi heyətin siyahısına daxil edilmiş və həmin hərbi hissədə müddətli həqiqi hərbi qulluqda olarkən 11 sentyabr 2004-cü il tarixdə on gündən artıq, lakin bir aydan çox olmayan müddətə xidmət yerindən özbaşına getmiş, 11 oktyabr 2004-cü il tarixdə N saylı hərbi hissəyə qayıtmışdır. Bununla da, Məhkum Azərbaycan Respublikası CM-nin 333.2-ci maddəsi ilə (1 may 2020-ci ilədək olan redaksiyada) nəzərdə tutulan cinayət əməlini törətmişdir. xx.xx.2004-cü ildə ittiham aktı təsdiq olunaraq iş baxılması üçün aidiyyəti üzrə Tərtər hərbi məhkəməsinə göndərilmişdir. Məhkum məhkəmə məsuliyyətindən (məhkəmənin hazırlıq iclasına g əlmədiyi üçün) qaçıb gizləndiyindən və onun olduğu yer məlum olmadığından Tərtər Hərbi Məhkəməsinin 11 noyabr 2004-cü il tarixli qərarı ilə barəsində axtarış elan olunmaqla işin icraatı dayandırılmışdır. İşdə olan Gəncə şəhəri, Kəpəz RPŞ-nın xx.xx.2005-ci il tarixli məktubu ilə müəyyən olunur ki, Məhkum xx.xx.2005-ci ildə tutulmuş, Rusiya Federasiyasında CM-nin 158-ci maddəsinin İİ və 161-ci maddəsinin İİ hissələri ilə cinayət məsuliyyətinə cəlb olunmaqla 4 il müddətinə azadlıqdan məhrum edilərək X2 şəhərində 1 №-li cəzaçəkmə müəssisəsində cəza çəkmişdir. Bu əsasa görə də, barəsində olan axtarış işinə xx.xx.2005-ci ildə xitam verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DSX-nın xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, təqsirləndirilən şəxs Məhkum xx.xx.2020-ci ildə Azərbaycan Respublikasının ərazisinə daxil olaraq xx.xx.2022-ci ildə ölkəni tərk etmiş və xx.xx.2023-cü ildə yenidən Azərbaycan Respublikasının ərazisinə daxil olmuşdur. Kassasiya şikayətinin dəlilləri: Təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2N yanvar 2025-ci il tarixli qərarının ləğv edilməsi, onun cinayət məsuliyyətindən azad olunması xahiş olunur. Kassasiya şikayətində göstərilmişdir ki, məhkəmə qərarı qanunun və digər normativ aktların tələblərindən irəli gələn müddəaları geniş şərh etməklə hamı üçün aydın şəkildə elə əsaslandırmalıdır ki, qərarın əsasları təkzib olunmaz arqument kimi çıxış etsin. Eyni zamanda CPM-nin 41-ci və 43-cü maddələrində cinayət təqibinə xitam verilməsi əsaslarında olan fərq ondan ibarətdir ki, məhkəməyədək icraat zamanı CPM-nin 41-ci maddəsində cinayət təqibinə xitam verilməsi yalnız təqsirləndirilən şəxsin razılığı ilə mümkündür, məhkəmə baxışı gedişində isə CPM-nin 43-cü maddəsində cinayət təqibinə xitam verilməsi müdafiə tərəfinin razılığı ilə mümkündür. Bu səbəbdən müdafiəcinin razılığını özündə əks etdirən cinayət işinə xitam verilməsi barədə vəsatəti haqlı olaraq təmin edilmişdir. Odur ki, təqsirləndirilən şəxsin razılığı olmadan müdafiəçisi bəraətverici əsaslar olmadan işə xitam verilməsi ilə bağlı vəsatət verə bilər. CPM-nin 43-cü maddəsinə əsasən məhkəmə baxışı gedişində cinayət təqibinə xitam verilməsi müdafiə tərəfinin razılığı ilə mümkündür. Məhkum istinad edilən CM-nin 333.2-cü maddəsi ilə (1 may 2020-ci ilədək olan redaksiyada) nəzərdə t utulan cinayət əməli CM-nin 15.2-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət olduğundan və həmin əməlin törədildiyi 11 sentyabr 2004-cü il tarixdən 20 (iyirmi) ildən, eyni zamanda xx.xx.2005-ci il tarixdə Rusiya Federasiyasında törətdiyi digər cinayət əməlinə görə tutulmasından və bununla əlaqədar polisin axtarış işinə xitam verdiyi xx.xx.2005-ci il tarixdən isə 19 (on doqquz) ildən artıq vaxt keçdiyindən CM-nin N5.1.1-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb etmə müddəti ötmüşdür. Məhkum təqsirləndirildiyi CMnin 333.2-ci maddəsində iki ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama cəzası müəyyən edilmişdir, yəni həmin maddə böyük ictimai təhlükə törətməyən cinayətlərə aiddir. Böyük ictimai təhlükə törətməyən cinayətlər üzrə cinayət məsuliyyətinə cəlb etmə müddətləri 2 il təşkil edir. CPM-nin imperativ olan N5.1.1-ci maddəsinin tələblərinə əsasən həmin müddətlər keçdikdən sonra şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməsi barədə məhkumun müdafiəçisi Müdafiəçi3, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı A.Hüseynlinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzr ə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin hallan araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Gəncə Apellyasiya Məhkəməsin in 1-1(104)-38/2025 nömrəli 2N yanvar 2025-ci il tarixli qərarının ləğv edilməsi, Tərtər Hərbi Məhkəməsinin 3 dekabr 2024-cü il tarixli 1-1(098)-66/2024 nömrəli qərarının qüvvədə saxlanılması xahiş edilmişdir. “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 9 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasın a dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-in 28.5-ci maddəsi). İnsan Flüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” 13 yanvar 2009- cu il, Xirvisari Finlandiyaya qarşı” 2N sentyabr 2001-ci il, “X4rşı” 09 dekabr 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” 16 dekabr 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandır ılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin tələb etdiyi ədalətli araşdırmanın məcburi tələbləri arasında cinayət təqibini həyata keçirən hakimiyyət orqanının bütün sübutlar barədə müdafiə tərəfinə məlumat vermək vəzifəsi mühüm yer tutur. Konvensiyanın 6-cı maddəsi ilə təminat verilən ədalətli məhkəmə baxışı prinisipi hüququn əliliyinə və i nsan hüquqlarına hörmətin həyata keçirilməsinə xidmət edir. Əks maraqların toqquşduğu məhkəmə prosesində tərəflərin prosesdə bərabərliyinin təmin edilməsi məhkəmələr tərəfindən həyata keçirilməlidir. Şikayətdə göstərilən dəlillərlə razılaşmayan məhkəmə kollegiyası cinayət işinin materiallarına əsasən qeyd edir ki, apellyasiya məhkəməsi düzgün olaraq cinayət işini hazırlıq iclası mərhələsinə qaytarmışdır. Kassasiya kollegiyası işin bəzi hallarını qeyd etməyi zəruri bilir. Belə ki, iş materialının 5N-ci səhifəsində olan qəbzdən görünür ki, təqsirləndirilən şəxs Məhkum ittiham aktının surətini almışdır. Bundan sonra o, xx.xx.2004-cü il tarixdə məhkəmənin hazırlıq iclasının keçiriləcəyi barədə əvvəlcədən məlumatlı olmasına baxmayaraq, xx.xx.2004-cü il tarixdə hərbi hissəni özbaşına tərk etdiyi nə görə hərbi hissənin qazan təminatından çıxarılmış, bununla da məhkəmənin çağırışlarına gəlmədən məhkəmə məsuliyyətindən boyun qaçırmış və gizlənmişdir. Birinci instansiya məhkəməsinin qərarında qeyd edilir ki, Məhkum 2004-cü ilin oktyabr-noyabr aylarında məhkəmədən gizlənməmişdir, onun barəsində məhkəmə tərəfindən CPM-nin 311-ci maddəsinə zidd olaraq axtarış və icraatın dayandırılması barədə qərar qəbul edilmişdir. İş materialında olan DSX-nin xx.xx.2023-cü il tarixli 3-38-33/2-3619/23 nömrəli məktubundan göründüyü kimi Məhkumbdin oğlunun xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası ərazisinə daxil olması Məhkum məhkəməyə gəlmək öhdəliyindən azad etmir. Birinci instansiya məhkəməsinə təqsirləndirilən şəxsin Azərbaycan Respublikasını ərazisində olması məlum olduğu halda onun məhkəməd ə iştirakını təmin etmək üçün cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuş prosessual məcburiyyət tədbirlərindən istifadə etməyərək iş üzrə qiyabi icraat aparmaqla cinayət təqibinə xitam vermişdir. Təqsirləndirilən şəxsin məhkəmə baxışında iştirakı təmin olunduqdan sonra barəsində olan cinayət təqibinə xitam verilib verilməməsi, cinayət məsuliyyətindən azad olunub olunmaması və qanunvericilikdə nəzərdə tutulmuş digər hallar açıq məhkəmə iclasında həll olunmalıdır. Bundan başqa, məhkəmə kollegiyası qeyd edir ki, CPM-nin 91.5.N-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin müstəqil olaraq müdafiəçi seçmək, onun səlahiyyətlərinə xitam vermək, müdafiəçidən imtina etdiyi halda özü-özünü müdafiə etmək hüququ var; CPM-nin 91.5.1N-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin təqsirli olduğ unu və ya təqsirli olmadığını bildirmək hüququ var; CPM-nin 91.5.23-cü maddəsinin tələblərinə əsasən təqsirləndirilən şəxsin cinayət işinin icraatına bəraətverici əsaslar olmadan xitam verilməsinə etiraz etmək hüququ var. Həmçinin apellyasiya kollegiyası qərarında qeyd etmişdir ki, məhkəmənin hazırlıq iclası zamanı dəvət olunmuş vəkil təqsirləndirilən şəxs Məhkum məhkəməyədək istintaq zamanı onu müdafiə etmiş vəkil olmamış və eləcə də vəkil təqsirləndirilən şəxsə təqdim edilməmiş, sonuncunun həmin vəkilin yardımından istifadə etməyi qəbul edib-etməməsi, hakimə, məhkəməyə cinayət prosesinin tərəflərinə etiraz edib-etməməsi və sair hallar aydınlaşdırılmamış, bununla da təqsirləndirilən şəxsin müdafiə hüququ pozulmuşdur. Kassasiya məhkəməsi məhkumun müdafiəçisinin kassasiya şikayətində məhk umun müdafiəçisinin iş üzrə icraata xitam verilməsi barədə vəsatət verməsi barədə onu qeyd edir ki, təqsirləndirilən şəxsin ona dövlət hesabına təyin edilmiş müdafiəçinin və ya başqa müdafiəçinin xidmətlərindən istifadə etmək istəyib-istəməməsi, məhkəmənin yekun qərarının onun tərəfindən alınıb-alınmaması, müdafiəçinin onun barəsində cinayət təqibi üzrə icraata xitam veilməsi barədə vəsatətinə, eləcə də qəbul edilmiş qərara münasibəti aydınlaşdırılmamaqla təqsirləndirilən şəxsin keyfiyyətli və səmərəli hüquqi yardım almaq, habelə qərarla razılaşmadığı tədqirdə apellyasiya şikayəti vermək hüququndan məhrum edilmişdir. Təqsirləndirilən şəxsin razılığı olmadan belə müdafiəçi tərəfindən bəraətverici əsaslar olmadan işə xitam verilməsi ilə bağlı vəsatət verə bilməz, bununla bağlı verilmiş vəsat ət də əsassızdır. Bundan başqa, birinci instansiya məhkəməsi qərarında Məhkum törətdiyi CM-nin 333.2-ci maddəsinin hazırda qüvvədə olan Cinayət-Prosessual Məcəlləsinin 46N-13.1-ci maddəsində (cinayət təqibi üzrə qiyabi icraatın aparılması) göstərilən cinayətlərə aid olmadığını, yəni sözügedən maddənin iş üzrə qiyabi icraatın aparılmasının tələblərinə zidd olmasını göstərsə də, sədrlik edən CPM-nin tələblərini bilə-bilə qəsdən kobud pozaraq özü-özünə müstəsna səlahiyyət verərək təqsirləndirilən şəxsin iştirakı olmadan sonuncunun müdafiə hüququ pozulmaqla iş üzrə cinayət-prosessual qanunvericiliyin tələblərinə cavab verməyən qanunsuz yekun qərar qəbul etmiş, buna əsas kimi isə “prosessupal qənaət prinsipi”ni və “lüzumsuz məhkəmə işlərinin sayının azaldılması”nı qeyd etmişdir. CPM-nin 10-cu m addəsində (qanunçuluq) qeyd edilir ki, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarına ciddi əməl etməlidirlər. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya şikayətinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin şikayətin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1-1(104)-38/2025 nömrəli 2N yanvar 2025-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində onun dəyişdirilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, şikayət təmin edilmədən, həmin qərar isə də yişiklik edilmədən saxlanılmalıdır. Beləliklə, qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1 -ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara aldı: Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum barəsində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11(104)-38/2025 nömrəli 2N yanvar 2025-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar