Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-6/2021 14.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Hakimlər Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi) və Seyidov Əziz Cəfər oğlu və Kazımov Tahir Lələkişi oğlundan ibarət tərkibdə, Cəbrayılova Sevinc Elton qızının katibliyi Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin kassasiya instansiya məhkəməsində dövlət ittihamında müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, ədliyyə müşaviri İmanov Hafiz Beykəş oğlunun, Məhkumun müdafiəşisi Həmidov Babək Ziyafəddin oğlunun iştirakları ilə 05 avqust 1988-ci il tarixdə Masallı rayonunda anadan olmuş, Azərbaycan Respublikas ı vətəndaşı, ailəli, orta təhsilli, himayəsində iki azyaşlı uşağı olan, Masallı rayon Məhəkəməsinin 12 dekabr 2017-ci il tarixli hükmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 2000 (iki min) manat məbləğində cərimə cəzasına məhkum edilmiş, Masallı rayonun Xallıcallı kəndində qeydiyyatda olan, 812№-li hərbi hissəsinin sabiq hərbi qulluqçusu, kiçik çavuş, hazırda heç bir yerdə işləməyən,hal-hazırda həbsdə olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Azərbaycan Respublikası CM-nin 134, 274, 331.2, 331.3, 333.6 və 338.21-ci maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasının 15 noyabr 2018-ci il tarixli qərarından məhkumun müdafiəçisi Həmidov Babək Ziyafəddin oğlu tə rəfindən verilmiş kassasiya şikayətinə qapalı məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Gəncə Hərbi Məhkəməsinin 15 avqust 2018-ci il tarixli hökmü ilə (sədrlik edən V.K.Məmmədov. hakimlər S.B.Hüseynov və V.Z.Nəsirov) Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin nin 134, 274, 331.2, 331.3, 333.6 və 338.1-ci maddələri ilə təqsirli bilinib, CM-nin (30 may 2014-cü il tarixədək qüvvədə olan redaksiyada) 274-cü maddəsi ilə 10 il müddətə, CM-nin 333.6-cı maddəsi ilə 4 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 134, 331.2, 331.3 və 338.1ci maddələri ilə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyi üçün ona cəza təyin edilməmiş, CM-nin 66.3-cü maddəsinə əsasən qəti olaraq 11 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-nin 66.5-ci maddəsinə əsasən Masa llı rayon məhkəməsinin 12 dekabr 2017-ci il tarixli hökmü ilə təyin edilmiş 2.000 manat məbləğində cərimə cəzası hazırki hökmlə təyin edilmiş cəza ilə tam toplamaq yolu ilə ona qəti olaraq 11 il müddətə azadlıqdan məhrum etmə cəzası və 2.000 manat məbləğində cərimə cəzası, cəzaçəkmə müddətinin əvvəli 22 may 2018-ci il tarixdən hesablanmaqla, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi hökm edilmişdir. Məhkəmənin həmin hökmündən dövlət İttihamçısı tərəfindən apellyasiya protesti və məhkumun müdafiəçisi tərəfindən apellyasiya şikayəti verilmiş, Gəncə Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasının 15 noyabr 2018-ci il tarixli qərarı ilə (hakimlər: Ç.B.Məmmədov (sədrlik edən), T.A.Muxtarov və Ə.G.Abdullayev) apellyasiya protesti və apellyasiya şikayəti təmin edilməmiş, Gəncə Hərbi Məhkəməsinin 15 avqust 2018-ci il tarixli hökmü dəyişdirilmədən saxlanmışdır. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum dövlətə xəyanət etmiş, yəni Azərbaycan Respublikasının vətəndaşı olaraq, Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə olaraq qəsdən düşmən tərəfə keçmiş, casusluq etmiş və Azərbaycan Respublikasına qarşı düşmənçilik fəaliyyəti aparmaqda xarici dövlətə kömək etmiş, hədənin icra ediləcəyi üçün real əsaslar olmaqla öldürməklə hədələmiş, hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı rəis olaraq tabeliyində olan şəxsi təhqir etmiş, hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı rəis olaraq tabeliyində olan şəxsləri döymüş, Azərbaycan Respublikasına qəfil hücumun vaxtında aşkara çıxarılması və dəf olunması üzrə, yaxud onun təhlükəsizliyinin təmin edilməsi üzrə döyüş növbəsi çəkmə qaydalarını dövlətin təhlükəsizlik mənafelərinə zərər vura biləcək tərzdə pozmuş, habelə çağırış üzrə hərbi xidmətdə olan hərbi qulluqçu olmaqla, üç gündən az olsa belə, altı ay ərzində təkrarən döyüş şəraitində yerləşən hərbi hissəni özbaşına tərk etmişdir. Belə ki, Məhkum N №-li hərbi hissənin «Qan çanağı» döyüş postunda manqa komandiri vəzifəsində, kiçik çavuş hərbi rütbəsində müddətli həqiqi hərbi xidmətdə olarkən, istintaqa məlum olmayan şəraitdə qarşı tərəfdə olan Ermənistan Respublikasının xüsusi xidmət orqanının əməkdaşları tərəfindən onların xeyrinə məxfi əməkdaşlıq etməyə cəlb edilmiş, şərti olaraq «Qan çanağı» adlandırılan döyüş postunda xidmət aparan digər hərbi hərbi qulluqçuların da düşmən hərbi qulluqçuları tərə findənzorakılıq və alçaldıcı hərəkətlərə məruz qalaraq, həmin prosesin video çəkilişini aparmaqla gələcəkdə həmin çəkilişin “internet” vasitəsi ilə yayılacağı hədəsi altında şantaj edilərək məxfi əməldaşlığa cəlb edilmələri barədə düşmən hərbi qulluqçularından tapşırıq almışdır. Məhkum həmin tapşərığın icrası ilə əlaqədar olaraq “Qan çanağı” döyüş postuna yeni təyin edilmiş əsgər X18 düşmənə təhvil vermək qərarına gələrək, həmin niyyətini həyata keçirmək üçün Elşən Tağıyevin iradəsini sındıraraq özünə tabe etdirmək və ona verəcək istənilən göstərişi yerinə yetirmək dərəcəsinə çatdırmağa çalışmışdır. Bundan sonra o, «Qan çanağı» döyüş postunda əsgər Elşən Tağıyevlə birlikdə 2007-ci ilin oktyabr ayında gecə saatlarında uzunmüddətli atəş nöqtəsində döyüş növbəsinə çıxmış və onu düşmən postuna aparmaq qərarına gəlmişdir. Məhkum döyüş növbəsində olarkən döyüş mövqeyinə yeni təyin edilmiş Elşən Tağıyevə ayıq-sayıq olmasını tapşıraraq yatmış və bununla da ikisinin arasında «söz sahibinin» və «böyüyün» özünün olduğunu nümayiş etdirmişdir. Məhkum düşmən hərbi qulluqçularından aldığı tapşırığın icrası ilə bağlı Elşən Tağıyevi düşmən hərbi qulluqçularına təhvil vermək üçün onu düşmən mövqelərinə getməsinə razı salmaq üçün bir neçə gün sonra 2007- ci ilin oktyabr ayında gecə saatlarında ikinci dəfə Elşən Tağıyevlə birgə döyüş növbəsinə çıxmış, döyüş növbəsində olarkən Elşən Tağıyevin onun göstərişlərindən çıxmayacağına əmin olduğu üçün ona birlikdə düşmən postuna getməyi təklif etmiş, Elşən Tağıyev düşmən postuna getməyin «xəyanət» olduğunu bildirdikdə, Səayıl Şükürov əsəbləşərək, Elşə n Tağıyevin bədəninin müxtəlif nahiyələrinə yumruq və təpik zərbələri vurmaqla onu döyərək iradəsini «sındırmaqla» özünə tabe etməyə çalışmışdır. Məhkum Elşən Tağıyevi düşmən hərbi qulluqçuları ilə məxfi əməkdaşlığa cəlb etmək üçün düşmən hərbi qulluqçularına təhvil vermək məqsədi ilə bir neçə gün sonra 2007-ci ilin oktyabr ayında gecə saatlarında üçüncü dəfə Elşən Tağıyevlə birlikdə döyüş növbəsində olarkən, Sədayıl X27 düşmən postuna aparacağını bildirmiş və etiraz edəcəyi təqdirdə öldürəcəyi ilə hədələmiş, Elşən Tağıyevə hədənin real olduğunu göstərmək üçün Məhkum xidməti istifadəsində olan avtomat silahı döyüşə hazır vəziyyətə gətirərək havaya bir atəş açmış, atəş səsinə döyüş növbəsinin aparıldığı uzunmüddətli atəş nöqtəsinə gəlmiş digər hərbi qulluqçulara guya düşmən kəşfiyyatçısın a bənzətdiyi qaraltıya atəş açması barədə yalandan bildirmişdir. Digər hərbi qulluqçular getdikdən sonra Məhkum Elşən Tağıyevin iradəsini sındırmaq və düşmən postuna getməyə müqavimət göstərməsinin qarşısını almaq üçün onun bədəninin müxtəlif nahiyələrinə yumruq və təpik zərbələri vurmuş, habelə döyüş növbəsinə çıxarkən götürdüyü avtomat silahın qundağı ilə Elşən Tağıyevin qarın və ayaq nahiyələrinə çoxsaylı zərbələr vuraraq döymüşdür. Elşən Tağıyev qorxduğundan hava xətti ilə təxminən 220 metr məsafədə yerləşən düşmənin şərti olaraq «Yumru təpə» adlandırılan döyüş postuna getmək məcburiyyətində qalıb razılıq vermişdir. Elşən Tağıyevin düşmən hərbi qulluqçuları ilə görüşəcəyinə əmin olduqdan sonra Məhkum «Qan çanağı» döyüş postunun qarşı tərəfində yerləşən neytral əraziyə gedib əvvəlcədən danışıb razılaşdıqları kimi 2 düşmən hərbi qulluqçusu ilə görüşmüş, onları bu barədə məlumatlandırmış, sonra səngərə qayıdıb Elşən Tağıyevə düşmən hərbi qulluqçuları ilə görüşməyə getməyi təklif etmiş, Elşən Tağıyev yenə də etiraz etməyə başladıqda onun iradəsini «sındırmaq» üçün Elşən Tağıyevin bədəninə yumruq və təpik zərbələri vurmuş, döyüş növbəsi çəkmə qaydalarını pozaraq uzunmüddətli atəş nöqtəsində müşahidəni dayandırıb Elşən Tağıyevi özü ilə birlikdə neytral əraziyə getməyə məcbur etmişdir. Elşən Tağıyev neytral əraziyə gedərkən xidməti istifadəsi üçün verilmiş «PKM» markalı pulemyot silahını uzunmüddətli atəş nöqtəsində qoymuşdur. Elşən Tağıyev neytral ərazidə iki düşmən hərbi qulluqçusunu görüb qorxuya düşdükdə düşmən hərbi qulluqçularından biri Elşən Tağıyevin çiyninə əli ilə vu raraq Azərbaycan Dilində ona qorxmamasını bildirmiş və onlar düşmən hərbi qulluqçuları ilə birlikdə özbaşına olaraq Ermənistan Respublikasının Berd rayonunun ərazisində yerləşən düşmənin «Yumru təpə» döyüş postuna getmişlər. Düşmənin «Yumru təpə» döyüş postuna çatdıqdan sonra orada daha bir neçə düşmən hərbi qulluqçusunun olduğunu görmüş, düşmən hərbi qulluqçuları və Məhkum birlikdə Elşən Tağıyevin bədəninə yumruq və təpik zərbələri vuraraq onu döymüş, daha sonra düşmən hərbi qulluqçuları Azərbaycan Respublikasının Dövlət Bayrağını gətirərək yerə sərmiş və Elşən Tağıyevdən bayrağı taptalamasını, üstünə tüpürməsini və üstünə işəməsini tələb etmiş, Elşən Tağıyev qorxduğundan düşmən hərbi qulluqçularının tələblərini icra etmiş və bu proses kənarda dayanmış düçmən hərbi qulluqçqusu tərəfindən video kamera ilə çəkilmişdir. Düşmən hərbi qulluqçuları Elşən Tağıyevə taqım və bölükdə olan zabitlərin adını, soyadını, rütbələrini, tağımda olan silahların sayını və markasını öyrənib Məhkum vasitəsi ilə onlara bildirilməsi barədə tapşırıq vermiş və verilmiş tapşırığı icra etməyəcəyi təqdirdə Azərbaycan Respublikasının Dövlət Bayrağına qarşı etdiyi təhqiredici hərəkətlərin videoçəkilişinin «İnternet» vasitəsi ilə yayılacağını bildirməklə Elşən Tağıyevi şantaj edəcəyi ilə hədələmiş və bu yolla Elşən Tağıyevi özləri ilə məxfi əməkdaşlığa cəlb etməyə çalışmışlar. Məhkum Elşən Tağıyevlə birlikdə düşmənin «Yumru təpə» döyüş postunda təxminən bir saat olduqdan sonra öz postlarına qayıtmış, düşmən postundan qayıtdıqdan sonra Məhkum Elşən Tağıyevə bu barədə heç kimə heç nə bildirməməsini və düşm ən hərbi qulluqçuları tərəfindən qoyulmuş tapşırığı icra etməsini tapşırmış, Məhkum hətta döyüş növbəsi dəyişdirilərkən istifadə edilən parolların öyrənilməsi barədə də Elşən Tağıyevə tapşırıq qoymuşdur. Bir bir neçə gün sonra 2007-ci ilin oktyabr ayında Məhkum gecə saatlarında döyüş növbəsində olarkən döyüş növbəsi çəkmə qaydalarını pozaraq uzunmüddətli atəş nöqtəsində müşahidəni dayandırıb Elşən Tağıyevi yenidən özbaşına olaraq Ermənistan Respublikasının Berd rayonunun ərazisində yerləşən düşmənin «Yumru təpə» postuna aparmış, düşmən postuna doğru hərəkət zamanı Məhkum düşmən hərbi qulluqçuları ilə əvvəlcədən razılaşdıqları kimi alışqanın arxasında olan işıqla düşmən postu istiqamətində işarə verərək gəldiklərini bildirmiş, düşmən postu istiqamətindən də işıq yandırılaraq onların gəlmə lərinə icazə verildiyinə işarə etmişlər. Məhkum və Elşən Tağıyev düşmən hərbi qulluqçuları ilə görüşmək üçün düşmən postuna getmiş, orada görüş zamanı Elşən Tağıyev düşmən hərbi qulluqçularının tapşırığına əsasən əldə etdiyi məlumatları, yəni taqım və bölükdə olan zabitlərin adı, soyadı, rütbələri, tağımda olan silahların sayı və markaları, həmçinin döyüş növbəsini dəyişərkən istifadə olunan parolları düşmən hərbi qulluqçularına bildirmiş, görüş zamanı düşmən hərbi qulluqçuları Elşən Tağıyevə Azərbaycan dilində və əlifbasında olmayan, üzərində rus və erməni dilində yazıldığını ehtimal etdiyi vərəq təqdim etmiş və həmin vərəqə imza etməsi tələb edilmiş, Elşən Tağıyev imza edəcəyi vərəqin nə olduğunu soruşduqda Məhkum ona verilmiş məxfi tapşırıqları icra edəcəyi barədə imza etdiyini bildirmi ş, tapşırıqları icra etməyəcəyi təqdirdə isə ailə üzvlərinə xəsarət yetiriləcəyi ilə hədələmiş, Elşən Tağıyev də vərəqdə nə yazıldığını bilməyərək qorxduğundan artıq sual verməmiş, vərəqdə imza etmiş və düşmən hərbi qulluqçuları Məhkum vasitəçiliyi ilə bu qaydada Elşən Tağıyevin məxfi əməkdaşlığa cəlb olunmasına nail olmuşlar. Düşmən postunda təxminən bir saat qaldıqdan sonra Sədayııl Şükürov və Elşən Tağıyev öz postlarına geri qayıtmış, düşmən postundan qayıdarkən Məhkum yol boyu geriyə çevrilib alışqanın arxasında olan işığı yandırıb söndürməklə öz postları istiqamətində getdiklərini və posta çatdıqlarını düşmən hərbi qulluqçularına işarə vermişdir. Bundan əlavə, 2007-ci ilin oktyabr ayından 2008-ci ilin aprel aymadək olan müddətdə Məhkum Elşən Tağıyevi daha bir neçə dəfə eyni qaydada, y əni gecə saatlarında döyüş növbəsində olarkən döyüş növbəsi çəkmə qaydalarını pozaraq uzunmüddətli atəş nöqtəsində müşahidəni dayandırıb özbaşına olaraq Ermənistan Respublikasının Berd rayonunun ərazisində yerləşən düşmənin «Yumru təpə» postuna aparmış, hər biri təxminən bir saat davam edən görüşlər zamanı düşmən hərbi qulluqçuları Məhkum vasitəçiliyi ilə Elşən Tağıyevdən «Qan çanağı» postunda olan «DŞK» silahı, habelə həmin bölüyün «Çənlibel» postunda olan və «İstiqlal» adlanan «İST-14,5» markalı silah barədə soruşmuş, Elşən Tağıyev öz postlarında olan «DŞK» silahı barədə bildiyi məlumatları düşmən hərbi qulluqçularına versə də, İST-14,5» markalı silahın onun xidmət etdiyi postda olmadığını və silahın orduya yeni verilməsi səbəbindən silah barədə məlumatının olmadığını düşmən hərbi qulluq çularına bildirmişdir. Hər biri təxminən bir saat davam edən görüşlər zamanı düşmən hərbi qulluqçuları Sədayıl Şükürovun vasitəsi ilə Elşən Tağıyevin xidmət etdiyi posta olan hərbi qulluqçuların nə ilə qidalanmaları, nə yemələri, hətta hansı siqaret çəkmələri barədə soruşmuş, Elşən Tağıyev də düşmən hərbi qulluqçularının verdiyi sualları cavablandırmışdır. Düşmən hərbi qulluqçuları Elşən Tağıyevə ordu sıralarından ehtiyata təxis olunduqdan sonra Sədayıl Şükürovun vasitəsi ilə onunla əlaqə saxlayacaqlarını, digər şəxslə əlaqə saxlayacaqları təqdirdə həmin şəxsin ona parol olaraq “Xoren” və ya “Vazgen” adı ilə yaxınlaşacağını, Elşən Tağıyev isə həmin adamın tapşırıqlarını sözsüz icra etməli olduğunu bildirmişlər. Bundan başqa, Məhkum qeyd olunan vəzifədə hərbi xidmətdə olarkən, 2007-ci ilin oktyabr ayının əvvəllərində xidmətini davam etdirmək üçün döyüş şəraitində yerləşən «Qan çanağı» postuna göndərilmiş Elşən Tağıyevə özünün «söz sahibi» olduğunu, postda xidmət edən hərbi qulluqçuların onu «böyük» kimi qəbul etdiklərini və Elşən Tağıyevin onun üçün «heç kim» olduğunu göstərmək üçün şəxsi heyətin yanında Elşən Tağıyevlə şit zarafatlar edərək onu ələ salmış, Elşən Tağıyevin ünvanına nalayiq sözlər deyərək hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı rəis olaraq tabeliyində olan şəxsi təhqir etmişdir. Bundan əlavə, Məhkum qeyd olunan vəzifədə hərbi xidmətdə olarkən, 2007-ci ilin oktyabr ayında «Qan çanağı» postunda tuşlayıcı vəzifəsində xidmət edən əsgər X14 əsgər yataqxanasında kürəyini qaşımasını bildirmiş, Rəcəb Rüstəmovun onun kürəyini qaşımaqdan imtina etdiyi ni görüb əsəbləşmiş və Rəcəb Rüstəmovun bədəninin müxtəlif nahiyələrinə, xüsusən də qarın və bel nahiyələrinə çoxsaylı yumruq və təpik zərbələri vuraraq hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı rəis olaraq tabeliyində olan şəxsi döymüşdür. Həmçinin, Məhkum qeyd olunan vəzifədə hərbi xidmətdə olarkən, 2007-ci ilin sonlarında əsgər yataqxanasında olan naranın üzərində uzanmış vəziyyətdə əsgər Rəcəb Rüstəmova ona çay gətirməsini bildirmiş, Rəcəb Rüstəmovun ona çay gətirməkdən imtina etdiyini görüb əsəbləşərək onun bədəninin müxtəlif nahiyələrinə çoxsaylı yumruq və təpik zərbələri vuraraq hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı rəis olaraq tabeliyində olan şəxsi döymüşdür. Habelə, Məhkum qeyd olunan vəzifədə hərbi xidmətdə olarkən, 2007-ci ilin sonlarında axşam s aatlarında postda xidmət edən hərbi qulluqçular əsgər yeməkxanasında şam edərkən əsgər Elşən Tağıyev əsgər yataqxanasının və əsgər yeməkxanasının üzərinə neytral ərazidən daşlar atıldığını bildirmiş, əsgər yeməkxanasından bayıra çıxan Məhkum əraziyə baxıb heç kimin olmadığını görmüş, əsgər yeməkxanasında olan hərbi qulluqçuların daş atılması səslərini eşitmələri barədə dediklərinə məhəl qoymayan Məhkum Elşən Tağıyevin əsgər yataqxanasının və əsgər yeməkxanasının üzərinə neytral ərazidən daş atılması ilə bağlı yalan danışdığını bahanə edib Elşən Tağıyevin bədəninin müxtəlif nahiyələrinə yumruq və təpik zərbələri vuraraq hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı rəis olaraq tabeliyində olan şəxsi döymüşdür. Bundan başqa, Məhkum qeyd olunan vəzifədə hərbi xidmətdə olarkən, 2007- ci ilin sonları-2008-ci ilin əvvəllərində, gecə saatlarında əsgər yataqxanasının qarşısında növbəyə təyin edilmiş Elşən Tağıyev havanın soyuq olması səbəbindən üşüdüyünü bildirərək qızınmaq üçün əsgər yataxanasına daxil olmuş, həmin vaxt əsgər yataxanasında olan Məhkum bundan əsəbləşərək Məhkum Elşən Tağıyevin bədəninin müxtəlif nahiyələrinə çoxsaylı yumruq və təpik zərbələri vuraraq onu əsgər yataxanasından bayıra çıxarmış və Elşən Tağıyev növbədə olduğu bir saat müddətində bu hal bir neçə dəfə davam etmiş, bu hərəkətləri ilə Məhkum hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı rəis olaraq tabeliyində olan şəxsi döymüşdür. Bundan əlavə, Məhkum qeyd olunan vəzifədə hərbi xidmətdə olarkən, 2008-ci ilin yanvar-fevral aylarında Elşən Tağıyev döyüş növbəsində olacağı uzunmüddətli atə ş nöqtəsinə gedərək hərəkət etdiyi daşlıq-qayalıq ərazidə ayağı sürüşərək yıxılmış, Elşən Tağıyevin yıxılması zamanı xidməti istifadəsində olan “PKM” markalı pulemyot silahının qundağı qaya daşına dəyərək çatlamış, Məhkum bundan əsəbləşmiş və Elşən Tağıyevin bədəninin müxtəlif nahiyələriənə, o cümlədən qarnına və boynuna müxtəlif zərbələr vuraraq hərbi xidmət üzrə hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı rəis olaraq tabeliyində olan şəxsi döymüşdür. Kassasiya şikayətinin dəlilləri: Müdafiəçi Həmidov Babək Ziyafəddin oğlu kassasiya şikayəti verərək, Gəncə Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının 1-1(104)-98/2018 iş nömrəli 15 Noyabr 2018-ci il tarixli hökmünü ləğv edərək Məhkum barəsində aparılan cinayət işinə bəraətverici əsaslarla xitam verilməsini xahiş etmişdir. Müda fiəçi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Hüquqlarını müdafiə etdiyim şəxsə qarşı ittihımın əsasını və mahiyyətini başqa hər hansı bir sübut, dəlil və şahid ifadəsi ilə təsdiqini tapmayan sadəcə Zərərçəkmiş şəxsin ifadəsi təşkil edir. Təqsirləndirilən şəxs ifadəsində X18 daim nizamsız, intizamsız əsgər olduğunu bildirmiş və dəfələrlə xəbərdarlıq etməyinə baxmayarq Tağıyev Elşən ona təhkim edilmiş silahla ehtiyatsız davranmağının nəticəsində, silahın qundağını sındırmış, çatlatmışdır. Bu səbəbdən Tağıyev Elşənin boynuna, çiyninə bir neçə yumruq zərbəsi vurduğunu etiraf etmişdir. Onu vurmaqda məqsədini isə Silahla ehtiyatsız davrandığına, silahın qundağının çatlamasına, sınmasına səbəb olduğundan cəzalandırmaq və silahla daha ehtiyatlı davranmağını gələcəkdə təmin etməkdən iba rət olması ilə izah edib. O cümlədən Tağıyev Elşəni başqa hər hansı bir məqsədlə vurmadığını, döymədiyi və təhqir etmədiyini istintaqa bildirmişdir. Təqsirləndirilən şəxs İttiham üzrə sadəcə bu fakt üzrə özünü təqsirli bilir. AR-sı Cinayət Məcəlləsinin 274-cii, o cümlədən 333.6-cı maddəsi ilə elan edilmiş İttihamın mahiyyətini və əsasım Zərərçəkmiş şəxs X18 ifadəsi təşkil edir. X19 Təqsirləndirilən şəxs Məhkum onu - zərərçəkmişi düşmənin “Yumru Təpə” adlandırılan postuna aparması məqsədilə döyməsi o cümlədən Tağıyevin iradəsini smdararaq onu düşmən postuna aparması faktı iş üzrə dindirilmiş hər hansı bir şahid ifadəsi ilə öz təsdiqini tapmır. Şahid ifadələrində əsasən, şahidlərin özləri ilə, öz xidmətləri ilə bağlı məlumatlardan və hərbi xidmətləri zamanı ittihama aid ediləbilməyən xüsusat larlardan bəhs olunur. Aşkar və aydındır ki, şahid ifadələri özlərinin hərbi xidmətini və “Qan çanağı” postunun ümumi vəziyyətini təsvir edir və Şahid ifadələrində təqsirləndirilən şəxsin əleyhinə sübut kimi qoyula biləcək hər hansı bir fakt yoxdur. Xüsusilə vurğulamaq lazımdır ki, X2 ifadəsini hər hansı bir formada təsdiq edən şahid ifadəsi yoxdur. Zərərçəkmiş şəxsin ifadəsini isə heç bir halda əsaslı və mötəbər, o cümlədən həqiqəti əks etdirən ifadə hesab etmək mümkün deyil. Belə ki, zərərçəkmiş şəxs ilk öncə hadisəyə dair ifadəsini 24.12.2008-ci ildə vermişdir. Daha sonra X30 Sənani oğlu müxtəlif vaxtlarda hadisəyə dair ifadələr vermiş və ifadələrini öz imzası ilə təsdiq etmişdir. 08.06.2015-ci il, 05.07.2017-ci il, 27.09.2017-ci il, o cümlədən 10.11,2017-ci il tarixli Zərərçəkən tərəfi ndən aidiyyatı qurumlara verilmiş hadisəyə dair ifadələr arasında kəskin fərqlər, ziddiyətlər mövcuddur. Eyni Hadisəyə dair çox ciddi fərqlərin və ziddiyyətlərin olması Zərərçəkənin ifadəsinin mötəbər olmadığını, o cümlədən həqiqəti əks etdirmədiyini bir daha təsdiq edir. Zərərçəkənin verdiyi ifadə həm də ona görə həqiqəti əks etdirmir ki, iş üzrə dindirilmiş 20-ə yaxın şahidin heç bir onun ifadəsində göstərilən halları, konkret olaraq Təqsirləndirilən şəxs haqqında Cinayət Məcəlləsinin 274-cü və 333.6-cı maddəsi ilə cinayət işi başlanmasına əsas olan halları hər hansı bir formada təsdiq etmir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 125.1-ci maddəsində göstərilmişdir ki, “Məlumatların, sənədlərin və digər əşyaiarın həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər.” Zərərçəkmiş şəxsin hadisəyə dair müxtəlif vaxtlarda verdiyi ifadələr arasında ciddi fərqlər, o cümlədən ziddiyyətlər olması, habələ bu ifadələrin digər hər hansı sübutlarla öz təsdiqini tapmaması həmin ifadələrin həqiqəti əks etdirməməsini düşündürür. Nəticə etibarı ilə Zərərçəkmiş şəxsin Şahid qismində ibtidai istintaq zamanı verdiyi 10 Noyabr 2017-ci il və 24.11.2017-ci il tarixli ifadələr sübutlar siyahısından xaric edilməli olduğu halda məhkəmə bunu etməmişdir. Ümumiyyətlə məhkəmə istintaqı zamanı, şahidlərin dindirilməsi zamanı ortaya çıxan hallar, yəni şahidlərin verdiyi ifadələr məhkəmə hökmü ilə təhrif edilmiş və ittiham tərəfin xeyrinə ittihamın cinayəti sübut etməsinə xidmət edən hallara uyğunlaşdırılaraq qeydə alınmışdı r. Hansıki, məhkəmədə ifadə verən bir çox şahid ibtidai istintaq zamanı verdiyi ifadənin tam və ya qismən əleyhinə ifadə vermişdir. İttiham tərəfin, Müdafiə tərəfin və məhkəmənin verdiyi suallarla da ibtidai istintaq zamanı verdikləri ifadənin ittihamın marağına xidmət edən hissəsini tamamilə təkzib edərək tam ziddi ifadələr vermişlər. Belə olan təqdirdə məhkəmənin hökmlə şahidlərin ifadələrində ziddiyət olmadığını vurğulaması qəbuledilən deyil və şahid ifadələrinin təhrif edilməsidir. Bu kimi məsələlərin araşdırılması üçün Məhkəmə istintaqı zamanı bir neçə Vəsatətlə müraciət etsək də məhkəmə Vəsatətlər təmin etməmiş və Təqsirləndirilən şəxsin Azərbaycan Respublikasının tərəfdar çıxdığı Avropa İnsan Hüquqları Konvensiyasının 6cı maddəsi ilə qorunan Ədalətli məhkəmə Araşdırması hüququ pozul maqla məhkəmə istintaqı yekunlaşdırılmış və təqsiri sübuta yetirilmədən haqqında Hökm qəbul edilmişdirTəqsirləndirilən şəxsə ittiham edilən cinayət əməli ümumiyyətlə baş verməmişdir. Xüsusilə Cinayət Məcəlləsinin 274-cü və 333.6-cı maddəsi ilə ehtimal edilən cinayət hadisəsinin nəinki baş vermə ehtimalı, ümumiyyətlə baş verməyinin qeyrimümkünlüyü məhkəmədə dindirilən şahid ifadələri ilə öz təsdiqini tapsa da məhkəmə şahid ifadələrini təhrif edərək ittiham hökmü qəbul etmişdir. Hüquqlarını müdafiə etdiyim təqsirləndirilən şəxs Məhkum AR CM-nin 274-cü maddəsilə təqsirləndirilir. Belə ki, ehtimal edilir ki, Təqsirləndirilən şəxs Məhkum Ermənistan Respublikası xüsusi xidmət orqanının əməkdaşları tərəfindən istintaqa məlum olmayan şəraitdə əməkdaşlığa cəlb edilmiş, 2007-ci ilin Oktyabr ayında X3 düşmənə təhvil vermək qərarına gəlmiş, həmin niyyətini həyata keçirmək üçün Tağıyevin iradəsini sındararaq onu düşmən postuna aparmışdır. Bundan əlavə 16 Aprel 2018-ci il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham edilməsi haqqında Qərarla Məhkum AR-sı Cinayət Məcəlləsinin 134, 331.2, 331.3, 333.6, və 338.1-ci maddələri ilə yenidən ittiham elan olundu. İş üzrə Şahid qismində məhkəmə iclasında dindirilmiş X20 iş üzrə istintaq zamanı verdiyi ifadənin tam əksinə ifadə vermişdir. Belə ki, İş materiallarına əlavə olunmuş və ittiham aktında öz əksini tapan X5 ifadəsində yazılır ki, “2009, 2010, 2014-cü illərdə şərti olaraq “Qan çanağı” adlanan, hazırda “Qan Çanağı 1” adlandırılan postun düşmən tərəfə olan hissəsində piyada əleyhinə minalar basdırılmış, həmin minaların basıdırlmasmdan əvv əl ərazinin kəşfi aparılmış və bu zaman həmin ərazidə minalar aşkar edilməmiş, yuxarıda qeyd etdiyi tarixlərdə basdırılmış minalar istisna olmaqla həmin ərazidə əvvəllər mina basdırılmadığını hesab etmişdir”. Lakin Məhkəmə iclasında şahid qismində ifadə verərkən, o cümlədən müdafiə və ittiham tərəfinin suallarına cavab verərkən Şahid X7 bildirmişdir ki, “Qan Çanağı” adlanan döyüş postu ilə düşmənin “Yumru Təpə” postunun arasındakı ərazi 1995- 2000ci illərdə minalanmış ərazidir, həmin ərazinin minalanmasma dair Çertyoj- Formulyarı iş üzrə ibtidai istintaqı aparan müstəntiqə təqdim etmişdir(lakin iş materiallarına əlavə edilməmişdir), o həmin Çertyoj-Formulyar üzrə minalanmış ərazidə hər hansı yoxlama, ərazi kəşfi aparmamışdır, Çertyoj-Formulyarda minalanmamış ərazi kimi görünən ərazilərin k əşfini aparmış və həmin ərazilərə 2009,2010, 2014-cü illərdə minalar basdırmışdır. Xüsusilə qeyd etmək vacibdir ki, məhkəmə iclasında dindirilmiş iş üzrə şahid X28, X33, X29, X34 “Qan çanağı” postu ilə düşmənin “Yumru Təpə” adlandırılan postunun arasındakı ərazinin minalanmış ərazi olduğunu və həmin ərazinin minalanmış olması ilə bağlı “Qan Çanağı” döyüş Postunun DOT-unda və Bölüyündə məlumatlandırım lövhələrin olduğunu öz ifadələrində məhkəməyə bildirməklə X5 Məhkəmədə verdiyi ifadəsini təsdiqləmişlər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 125.1,-ci maddəsində göstərilmişdir ki, “Məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər.” X5 Məhkəmə iclasında verdiyi ifa də ilə ibtidai istintaq zamanı verdiyi ifadəsinin iş üçün əsasını təşkil edən hissədə ciddi fərqlər olduğundan Şahidin ibtidai istintaq zamanı verdiyi ifadə yolverilməz sübut hesab edilməli və cinayət işi üzrə sübutlar siyahısından çıxarılmalı olduğu halda məhkəmə bunu etməmişdir. X13 təmin edilməsi üçiin X10 tərəfindən Azərbaycan Respublikası Hərbi Prokurorluğuna, ibtidai istintaqı aparmış X26 təqdim edilmiş Qan Çanağı postu ilə düşmənin X48 arasındakı minalanmış ərazini özündə əks etdirən Çertyoj- Formulyar əldə edilməli, iş materiallarına sübut qismində əlavə edilməli və məhkəmə iclasında tədqiq edilməli olduğu halda məhkəmə bunu etməmişdir. İş üzrə İbtidai İstintaq dövründə şahid qismində dindirilmiş, İttiham aktı ilə məhkəmə istintaqına dəvət ediləməsi nəzərdə tutulmuş X4 məhkəmə isti ntaqı zamanı məhkəmə, ittiham və müdafiə tərəfindən dindirilmədi. Məhkəməyə daxil olmuş məktubdan aşkar oldu ki, X4 Azərbaycan Respublikasının hüdudlarından kənarda, Türkiyə Respublikasındadır. Dolayısı ilə X31 hazırki halda məhkəmə iclasında iştirak etməsi təmin edilməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinə, o cümlədən Avropa İnsan Hüquqları haqqında Konvensiyanın 6-cı maddəsinə əsasən təqsirləndirilən şəxs özünün əleyhinə ifadə vermiş şəxsləri - şahidləri dindirmək hüququna malikdir. Məhkəmə istintaqından X1 iştirak etməməsi ilə Təqsirləndirilən şəxs, o cümlədən müdafiə tərəfi ittiham tərəfini şahid qismində dindirə bilməmişdir. Nəticə etibarı ilə X4 məhkəmə istintaqında iştirak edib, özünün ibtidai istintaqa verdiyi ifadəsini təsdiq və ya təkzib etməməmişdir. O cümlədən Müdafiəçi, Təqsirləndirilən və Hakim tərəfindən dindirilməmişdir. Belə olan halda İbtidai İstintaq zamanı şahid qismində dindirilmiş, lakin məhkəmə istintaqında iştirakı təmin edilməmiş X9 şahid ifadəsi sübutlar siyahısından çıxarılmalı olduğu halda, məhkəmə vəsatətimizi təmin etməmiş və məhkəmə istintaqında dindirilməyən şahidin ifadəsinə sübut kimi qiymət vermişdir. İş üzrə Şahid qismində məhkəmə iclasında dindirilmiş X25 iş üzrə istintaq zamanı verdiyi ifadənin tam əksinə ifadə vermişdir. Belə ki, İş materiallarına əlavə olunmuş və ittiham aktında öz əksini tapan X6 ifadəsində yazılır ki, “..O, əvvəlcə əsgər yoldaşlarından həmin yerdə müşahidə apararkən neytral ərazidən daşlar atılması barədə eşitmiş, daha sonra həmin mövqedə müşahidədə olarkən uzunmüddətli atəş nöqtəsinin üzər inə neytral ərazidən daşlar atılmasının şahidi olmuş, həmin daşların düşmənin qarşı tərəfdə yerləşən postundan yəni 300 metr məsafədən atılması qeyri-mümkün idi”. Lakin Məhkəmə iclasında şahid qismində ifadə verərkən, o cümlədən müdafiə və ittiham tərəfinin suallarına, Məhkəmənin onun ifadəsinin bu hissəsinin səsləndirməsinə cavab verərkən Şahid X8 bildirmişdir ki, “O düşmən mövqeləri tərəfdən, neytral ərazidən hər hansı daşlar atılmasının şahidi olmamış, səsini eşitməmişdir.” Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 125.1,-ci maddəsində göstərilmişdir ki, “Məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul ediləbilərlər.” X6 Məhkəmə iclasında verdiyi ifadə ilə ibtidai istintaq zama nı verdiyi ifadəsinin iş üçün əsasını təşkil edən hissədə ciddi fərqlər olduğundan Şahidin ibtidai istintaq zamanı verdiyi ifadə yolverilməz sübut hesab edilməli və cinayət işi üzrə sübutlar siyahısından çıxarılmalı olduğu halda məhkəmə bunu etməmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası CPM-nin 419.1-ci maddəsinin tələblərinə görə, Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yeku n qərar qəbul edir. Qeyd olunan maddədən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası həmin normanın tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Apellyasiya şikayətində Məhkum qarşı irəli sürülən ittiham əssasız hesab edilərək qeyd edilir, məhkəmə istintiaqı zamanı şahidlər dindirilərkən ortaya çıxan hallar, yəni şahidlərin verdiyi ifadələr məhkəmə hökmü ilə təhrif edilmiş ittihamın sübut edilməsinə xidmət edən hallara uyğunlaşdırılaraq qeydə alınmışdır. Məhkəmədə ifadə verən bir çox şahid ibtidai istintaq zamanı verdikləri ifadənin tam və ya qismən əleyhinə ifadə vermişlər. Təqsirləndirilən şəxsə ittiham edilən cinayət əməli ümumiyyətlə baş verməmişdir. CM-nin 274 və 333.6-cı maddələri ilə ehtimal edilən cinayət hadisəsinin nəinki baş vermə ehtimalı, ümumiyyətlə baş verməsinin qeyri-mümkünlüyü məhkəmədə dindirilən şahid ifadələri ilə öz təsdiqini tapsa da məhkəmə şahid ifadələrini təhrif edərək ittiham hökmü qəbul etmişdir. Məhkum verilmiş ittihamını əsasını və mahiyyətini zərərçəkmiş şəxsin başqa sübutla öz təsdiqini tapmayan ifadəsi təşkil edir. İş üzrə zərərçəkmiş E.Tağıyev hadisəyə dair ifadəni ilk öncə 2008-ci il tar ixində vermişdir. Daha sonra zərərçəkən müxtəlif vaxtlarda hadisəyə dair ifadələr vermiş və ifadələrin öz imzası ilə təsdiq etmişdir. Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətində də göstərilsə də apellyasiya məhkəməsi qərarında sübutları sadalamaqla özünün mövqeyini əsaslandırmaq üçün yalnız aşağıdakılar göstərmişdir: Apellyasiya məhkəməsinin qərarında həmin dəlillərlə əlaqədar göstərilmişdir ki, “..CPM-nin 42.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır:cinayət hadisəsi olmadıqda; (CPM-nin 42.1.1)-əməldə cinayət tərkibi olmadıqda; (CPM-nin 42.1.2)cinayətin törədilməsinə aidiyyəti olmadıqda; (CPM-nin 42.1.3)təqsirliliyi sübuta yetiri lmədikdə; (CPM-nin 42.1.4)Həmin Məcəllənin 42.2-ci maddəsinə əsasən bəraət hökmü aşağıdakı hallarda çıxarılır:bu Məcəllənin 42.1.1-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə hadisənin baş verməməsi sübut olunduqda və ya baş vermiş hadisədə cinayət hadisəsi sübut olunmadıqda;-bu Məcəllənin 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi yoxdursa və ya əməlin cinayət olmasını aradan qaldıran hallar mövcuddursa;bu Məcəllənin 42.1.3-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirləndirildiyi cinayətin törədilməsinə aidiyyəti olmaması sübut edildikdə və ya onun həmin əmələ aidiyyəti sübut edilmədikdə;bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanıl madıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə.Lakin, yuxarıda göstərilən halların heç biri Məhkum hərəkətlərində müşahidə edilməmişdir. Əksinə apellyasiya şikayətində göstərilən xüsusatlar digər danılmaz sübutlarla- digər zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətinin protokolları və digər sübutlarla tamamilə təkzib edilmişdir. Belə ki, həmin sübutlarla Məhkum Azərbaycan Respublikasının vətəndaşı olaraq, Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə olaraq qəsdən düşmən tərəfə keçməsi, casusluq etməsi və Azərbaycan Respublikasına qarşı düşmənçilik fəaliyyəti aparmaqda xarici dövlətə kömək etməsi, hədənin icra ediləcəyi üçün real əsaslar olmaqla öldürməklə hədələməsi, hərbi xidmət üzrə vəzifəl ərin yerinə yetirilməsi zamanı rəis olaraq tabeliyində olan şəxsi təhqir etəsi, hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı rəis olaraq tabeliyində olan şəxsləri döyməsi, Azərbaycan Respublikasına qəfil hücumun vaxtında aşkara çıxarılması və dəf olunması üzrə, yaxud onun təhlükəsizliyinin təmin edilməsi üzrə döyüş növbəsi çəkmə qaydalarını dövlətin təhlükəsizlik mənafelərinə zərər vura biləcək tərzdə pozmasi, habelə çağırış üzrə hərbi xidmətdə olan hərbi qulluqçu olmaqla üç gündən az olsa belə altı ay ərzində təkrarən döyüş şəraitində yerləşən hərbi hissəsini özbaşına tərk etməsi faktı tamamiylə sübuta yetirilmişdir.” Göründüyü kimi, apellyasiya məhkəməsi apellyasiya şikayətinin bir sıra dəlillərinə münasibət bildirmiş, onlarla razılaşmadığının səbəblərini qərarda göstərmiş, b ununla əlaqədar gəldiyi nəticəni işin hallarına, qanunun tələblərinə istinad edərək ətraflı şərh etməklə əsaslandırmış, apellyasiya məhkəməsinin qiymət verdiyi nəticə iş materiallarına və qanunun tələblərinə uyğun olduğu üçün məhkəmə kollegiyası da onunla razılaşır və qeyd edir ki, həmin nəticənin qanuniliyini şübhə altına almağa əsas yoxdur, kassasiya şikayətinin cavablandırılmış dəlilləri də buna əsas vermir. Lakin, apellyasiya məhkəməsi apellyasiya şikayətinin digər dəlili şahid ifadələri ilə əlaqədar heç bir fikir söyləməmiş, razı olmadığının səbəblərini açıqlamamış, münasibət bildirməmiş, əhəmiyyət belə verməmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə bu cür çatışmazlıqlarla çıxarılmış qərar əsaslı hesab oluna bilməz. Məhkəmə kollegiyası hesab edir ki, işin hərtərəfli və obyektiv ar aşdırılması və iş üzrə düzgün nəticəyə gəlmək üçün mühüm əhəmiyyət kəsb edə biləcək, cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutlar qanuna müvafiq qaydada tədqiq edilməli, zərurət yaranarsa tərəflərin təqdim etdikləri sübutlarla yanaşı başqa sübutlar da araşdırmalı və araşdırılmış sübutlar onların mənsubiyyəti, mötəbərliyi və mümkünlüyü üzrə düzgün qiymətləndirilməlidir. Məhkəmə kollegiyası belə qənaətə gələrkən İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsini də nəzərə alır. Hiro Balani İspaniyaya qarşı məhkəmə işində (09 dekabr 1994-cü il tarixli qərar) ərizəçi məhkəməyə konkret cavab tələb edən yazılı arqumentlər təqdim etməsinə baxmayaraq məhkəmə həmin arqumentlərə cavab verməmiş, bu səbəbdən də müəyyən etmək mümkün olmamışdır ki, məhkəmə həmin arqumentlərə sadəcə olaraq əhəmiyyət verməyib, yoxsa onları rədd edib, əgər rədd edibsə bunu hansı əsaslara görə edib. Bu hal İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yuxarıda göstərilən qərarı ilə İnsan Hüquqları və X17 haqqında Avropa Konvensiyasının 6-cı maddəsinin pozuntusu hesab edilmişdir. Göründüyü kimi, Avropa Konvensiyasının 6-cı maddəsi (İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqelərinə görə) məhkəmə qərarlarının əsaslandırılmasını məhkəmə müdafiəsi, xüsusilə də, şəxslərin öz mövqeyini məhkəməyə çatdırmaq, məhkəmə tərəfindən dinlənilmək hüququnun mühüm aspekti kimi nəzərdə tutur və məqsədi şəxsləri özbaşınalıqdan müdafiə etmək olan hüquqi vasitə kimi xarakterizə edir. Məhkum təqsirli bilindiyi Cinayət Məcəlləsinin 331.3-cü maddəsinin sanksiyasında üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum e tmə cəzası nəzərdə tutulduğu halda, yeni redaksiyada Cinayət Məcəlləsinin 329.2-ci maddəsinin sanksiyasında bir ildən iki ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyasının qənaətinə görə, pozuntulara yol verilməsi barədə dəlillər hissəsində kassasiya şikayətləri əsaslı hesab edilməli və bu pozuntular səbəbindən yenidən işə apellyasiya qaydasında baxılmasını təmin etmək üçün apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərarı ləğv edilməlidir. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısının və kassasiya şikayətinin qismən təmin edilməsinə dair müdafiəçinin çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir k i, məhkumun müdafiəçisinin kassasiya şikayəti qismən təmin edilməli, Gəncə Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının 15 noyabr 2018-ci tarixli qərarı ləğv edilməli, iş yeni apellyasiya baxışına təyin olunmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.2-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti qismən təmin edilsin. Azərbaycan Respublikası CM-nin 134, 274, 31.2, 331.1, 333.6 və 338.1-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Gəncə Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının 15 noyabr 2018-ci il tarixli qərarı ləğv edilsin və cinayət işi yeni apellyasiya baxışına təyin edilsin.
Məhkəmə qərarları › İş №1-1(102)-6/2021
Ali Məhkəmə Qərar — İş №1-1(102)-6/2021
14.04.2021 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver